Etiket arxivi: FOTO

ZAUR USTAC – YAZARLAR VƏ YAZILAR və ya MÜASİR ROMANÇILIQ NECƏ OLMALIDIR???

Zaur Ustac – şair, publisist.

ON BEŞİNCİ YAZI

Salam olsun sənə ,ey dəyərli oxucum. Dünya kitabxanalarındakı kitabların, yazıların, o yazılardakı sözlərin, sözlərdəki hərflərin sayının min misli qədər uca Yaradana şükürlər olsun ki, daha bir bəhanə ilə görüşmək qismət olub bizlərə… Xoş gördük sizləri…
Söhbətimizin mövzusu iki kitabda cəmlənmiş bu iyirmi üç yazıdan ən vacibi kimi də qəbul edilə bilər… Beləki, sayı ilə on beşinci adlandırdığım bu yazıda iki əsas məsələni müzakirə edəcəyik. Birinci məsələdə bizə qədər olanlara nəzər salıb fikir (əlbəttə, subyektiv) bildirəcək, ikincidə isə giley-güzarla dolu zəmanəmizdə müasir romançılıq necə olmalıdır? – sualına cavab tapmağa çalışacağıq. Bu iki ciddi məsələyə toxunmağa nə dərəcədə haqqım çatır, arqumentlərim nə qədər tutarlı ola bilər, ümumiyyətlə bu yazını qəbul etmək olarmı, əgər olarsa, bu hansı səviyyədə mümkündür? Oxucuda yarana biləcək bu qəbildən olan digər suallara öncədən cavab vermək üçün qısa bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ
Bütün digər yaradılmışlar kimi insan da özü anlayandan sonra ətraf aləmi anlamağa çalışır. Bu çabalar içində demək olar ki, bir körpə başqa bir canlının balasından elə də çox fərqlənmir. Ətraf aləmi hissə-hissə, çox kiçik parçalarla, fraqmentlərlə dişimizlə, dırnağımızla, gözümüzlə, hiss edib, dadıb, görüb tanıyır, yadda saxlayırıq. Dünyadan – ətraf aləmdən yadımda qalan ilk fraqment atla bağlıdır; bu ilk olaraq özümün çəhrayı rəngli oyuncaq atım – üstünə minilə biləcək möhkəm plastmasdan olan təkərli at, qonşu oğlanın həmişə balkonlarında olan yaşıl şar atı (Bakıda) və ən dəqiq, net mənzərə bir axşamçağı (Ağdam rayonu, Yusifcanlı kəndində) mal-qaranı örüşdən gətirən babamın qabağına – qarşılamağa – çıxdıqda məni öz tünd qəhvəyi rəngə çalan qızlı “yava” Qarabağ cinsindən olan atının tərkinə alıb doqqazdan evin qarşısına – həyətə qədər 60 – 70 addımlıq yolu (bu bir neçə dəfə təkrar olunub) gətirməsidir. At anladığım, yadımda qalan oyuncaq olsa da minə bilmədiyim, çünki, ondan tutub duranda mən boyda idi… Əsl at da həmçinin qardaşlardan ən kiçiyi olan Hafiz əmimin məni qaldırıb Müseyib babam minən atının tərkinə oturdanda (o kiçik oğul, mənsə böyük nəvə idim – təbii estafet məsələsi) arxadan babamın belindən necə bərk-bərk yapışdığım hələ də yadımdadır… Beləliklə sanki, at əl dəysə də əlçatmaz bir varlıq olaraq qaldı mənim üçün… Ancaq, yadda qalan ilklərdən həyatım boyu həmişə birinci olan ikinci bir varlıq da var. Bu kitabdır, kitab… Ətrafdakı canlı və cansızları tanımağa başlayanda dişimə vurub yoxladığım varlıqlardan biri də yadımda qalan birincisi orta qalınlıqlı,tünd göy rəngli kitabdır – “mikrobiologiya” kitabı… Yəqin ki, ağ yerlərini yazdığım, nəyəsə əsəbləşib ağlayanda vərəqlərini dartıb qopardığım kitab da elə bu “göy kitab” olub… Səhv etmirəmsə bu sualları bir müsahibədə cavablandırmışam, odur ki, təkrar olsa bağışlamanızı rica edirəm. Kənd uşaqlarının çoxu kimi əlifbadakı gözəl buzov rəsminin altında iri böyük hərflərlə yazılmış “DANA” sözünü hərfləyib “BUZOY” deyə-deyə əlifbanı öyrəndikdən sonra ilk oxuduğum kitab “Qızıl şamdan” uşaq nağıl kitabı olub –bu təxminən 1981 –ci ilin okyabr ayı idi. Oxuduğum ilk iri həcimli kitab göy rəngli, qalın, üstündə qalxan şəkli olan “Koroğlu dastanı”, xarici ədəbiyyat nümunəsi “Kapitan Qrantın uşaqları”, çox cildli isə “Min bir gecə” dastanları olub. 80-ci illərdən etibarən üç dildə ana dilimizdə (hal-hazırda Türk dili adlandırdığımız dili mən xaric dil hesab etmirəm), rus dilində, ingilis dilində və üç əsas qrafikada; kiril, latın, ərəb əlifbaları ilə sərbəst mütaliə vərdişlərim var. Təxminən 1987-ci ilin yayından etibarən ətrafda nələrin baş verməsindən asılı olmayaraq saatlarla sadəcə oturduğum taxta stulu yellədə – yellədə qalxmadan bəzən gündüz axşama kimi, bəzən gecə səhərə kimi kitbdan ayrılmadan oxumaq kimi bir bacarığa yiyələnmişdim… Təəssüf ki, indi belə vaxt yoxdur. Maraqlı kitab olanda ya uzaq yol gedəndə çatana qədər maşında, ya da qonaq və istirahətdə olduqda belə uzun müddətli – ayrılmadan – mütaliə etmək imkanı olur. Bu minvalla o zamanın əksər gənci kimi mən də əvvəl məktəb kitabxanasının, ardınca kənd kitabxanasının axırına çıxdıqdan sonra rast gəldiyim, adını eşitdiyim kitabları alıb oxumağa başladım. Bütün bunlar bu yazını oxuyanların əksəriyyəti kimi mənim də sovetlər birliyində yaşadığımız nisbətən məhdud bir dövrə aid olan məlumatlar idi. 90-cı illərdən sonra əvvəllər bizim üçün əlçatmaz olan bütün kitablar da, müəlliflər də əlçatan oldu. Yeni əsrdə internet deyilən məhdudiyyətsiz bir aləm ərmağan oldu bizə və bununla da inandırım sizi ki, dünyada limit deyilən anlayış öz qüvvəsini itirdi…
Bütün təfsilatı ilə belə bir girş verməyə ehtiyac var idimi? – Haqlı sual çıxa bilər ortaya. Əvvəlcədən deyim ki, bəli var idi. Çünki, yazının buradan sonra oxuyacağınız hissələrində elə məqamlar ola bilər ki, “bunun heç filankəsin filan romanından xəbəri yoxdur, və ya bəs niyə heç filankəsin adını qeyd etməyib və s.” Qarşıda belə problemlərlə üzləşməmək üçün nəzərinizə bir daha çatdırıram ki, yuxarıda qeyd olunan tarixdən üzübəri Respublikamızda əlçatan olan və günümüzdə internetdən oxuya biləcəyimiz sizə məlum olan nümunələr və müəlliflər mənə də məlumdur. Sadəcə bu yazının öz məqsədi var. Mən bu məqsədə uyğun davranacaq və ancaq, faydalı bildiyim məqamlara toxunacam. Yəni, kimin və ya hansı əsərin adının çəkilməməsi onun olmaması anlamına gəlmir. Onlar da var. Sadəcə mənim subyektiv fikrimə görə hal-hazırda bizə, bizim gəncliyə bu yazıda adı hallanan müəlliflər, qeyd olunan əsərlər haqqında olan məlumat və biliklər daha faydalı ola bilər. Yəni, yazının məqsədi bu müəllif və nümunələri bilənlərə xatırlatmaq, bilməyənlərə isə tanıtmaqdan ibarətdir.
XATIRLATMA 
İndi işlədəcəyim “MƏNCƏ” ifadəsi bundan sonra sıralanacaq bütün fikirlərə aiddir. Və beləliklə, məncə, bəşər tarixi yarandığı gündən müasir dövrümüzədək – insan oğlu əlinə qələm alıb yazmağa başlayandan bəri ən dəyərli yazılar ortaya qoymuş yazar çoxumuzun uşaqlıqdan tanıdığı Lev Nikolayeviç Tolstoydur. Bəs, tanıdığımız digər yazrlardan onu belə kəskin dərəcədə fərqləndirən nədir? Və bunu real, həyati səbəbləri nə olub? Onu nəyə, hansı səbəblərə nümunə götürüləcək birinci şəxs hesab edirik və ya etməliyik? Axı onun qədər tanıdığımız digər Dostoyevski, Ernest Heminquey, Viktor Hüqo, Cek London, Sent-Ekzüperi, Vasiliy Yan, Tarle kimi məşhur yazarlar da olub. Sözsüz ki, indi kimsə bu sətirləri oxuyub tam fərqli adını qeyd etmədiyimiz bir müəllifi xatırlaya və onu öz kriteriyalarına – meyarlarına görə Tolstoydan üstün hesab edə bilər. Bu onun təbii haqqıdır. Ancaq , burda bir məsələni mütləq qeyd etməliyəm, Tolstoy yaradıcılığının əsasında hansı səbəb və məqamlar durmasından asılı olmayaraq mən yuxarıda misal üçün adını çəkdiyim və bu an sizin fikrinizdə olan digər müəllifdən seçilir. Yuxarıda nisbət üçün elə yazarları seçmişəm ki, bu yazını oxuyan şəxslər mütləq onları da oxuyublar və yaradıcılıqları ilə tanış olduqlarına əminəm. Dostoyevski, Ernest Heminquey, Viktor Hüqo, Cek London, Sent-Ekzüperi, kimi yazrlar nə qədər cəlbedici yazsalar da bütün yaratdıqları nümünələrdə çatışmamazlıq, natamamlıq hiss olunur. Bu məsələ bəlkə də inam məsələsi ilə bağlıdır. Beləki, bu müəlliflər nə qədər maraqlı süjet xətti üzərində işləsələr də, hadisələr nə qədər qızışıb, səngisə də sonda bir nəticəyə gəlib çıxa bilmirlər. Bu özü-özlüyündə müəlliflərin bütün problemləri hansı dil, üslub, bənzətmə vasitələrindən istifadə etmələrinə baxmayaraq insanın üzərinə yükləməsindən və insan oğlunun isə nə qədər faili-muxtar olmasına baxmayaraq bir Yaradan tərəfindən yaradılmış omasını ya qəbul etməmələrindən, ya da unutduqlarından qaynaqlanır deyə düşünməkdəyəm. (fikir dəyişə bilər, hərəkət varsa, dəyişiklik labüddür). Bəs, belə natamamlıq Tolstoyda yoxdurmu, əlbəttə , var məsələn, “Hacı Murad”-da. Ümumiyyətlə, mən özüm üçün Tolstoyun əsərlərini nümunə götürülə biləcək baxımdan belə sıralayıram: I – “ETİRAF”, II – “SERGEY ATA” və “İVAN İLİÇİN ÖLÜMÜ”, III – “HƏRB VƏ SÜLH”….. sonuncu “HACI MURAD”. Vasiliy Yan, Tarle barədə ayrıca onu qeyd etmək istəyirəm ki, bu müəlliflər haqqında On yeddinci yazı – “Hərb mövzulu yazılar” – da nisbətən ətraflı söhbət açacam. Nəticə olaraq nə qeyd etmək istəyirəm Tolstoy istər özündən əvvəlki, istərsə də günümüzə qədər – sonrakı yazrlardan fərqləndirən məqam və keyfiyyət onun şəxsiyyətinin və nümunələrinin tamlığı, mükəmməlliyi və ya mükkəməl kimi qəbul etdiyimiz əlbətdə, nisbi olan anlayışa daha yaxın olması ilə seçilir. Bunu kökündə uca Yaradana inancın, onun uzun, keşməkeşli ömrünün, sağlam ruhunun – həyat yolu – fəaliyyətinin, özünəməxsus yaşam tərzi və təlatümlü ailə həyatının dayandığını hesab edirəm. Bu məqamda yenidən kiçik bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ
Yəqin bu deyimi eşitmisiz? Əgər, eşitməmisizsə onda indi xəbəriniz olsun ki, belə bir deyim var: – “Batmaqda olan gəmidə bir nəfər də olsun allahsız tapa bilməzsən” Əfsuslar olsun ki, məsləyindən asılı olmayaraq çoxumuz əslində böyük bir, hər an batmaq təhlükəsi ilə üzləşə biləcək, müdhiş dalğalar qoynunda atıla-düşə üzən gəminin sakinləri – sərnişinləri olduğumuzu unudur, bunu ancaq gəmimiz ləngər verəndə hiss edirik. Bu baxımdan Xalid Hüseyninin “Çərpələng Uçuran” romanında iki maraqlı məqam var. Bu arada onu qeyd etmək istəyirəm ki, Xalid Hüseyni və əsərləri nümunə ola biləcək müasirlərimizdir. Əgər hələ tanış olmamısınızsa, bu andan sonra boşa gedən vaxt əsl itki kimi hesab oluna bilər. Məsələn, bu tanışlıq elə “Çərpələng Uçuran” – la başlaya bilər. Çox maraqlı və yuxarıda nümunə kimi qeyd etdiyimiz meyarlara tam uyğun gələn bir əsərdir. Tamdır. Əlavə edim ki, “Çərpələng Uçuran”-ı həm ingilis dilində orijinalda, həm də Xədicə İsmayılın tərcüməsində doğma, şipşirin ana dilimizdə oxumuşam. Tərcümə indiki tərcümələrin əksəriyyətindən fərqli olaraq çox gözəl alınıb. Hadisələrin bir qisminin bizim mədəniyyətə yaxın Şərq mühitində baş verməsi də onun ana dilimizə rahat uyum sağlamasına, daha asan qavranmasına yardımçı olur. Bu tərcümə ana dilimizdə bizim üçün orijinal hesab oluna bilər. Tərcümədə heç nə itməmişdir. Əksinə daha da zənginləşmiş, romanın cod dili bir az yumşalmış, daha rahat anlaşılan olmuşdur. Mətləbdən uzaqlaşmayaq, deməli, romanın qəhrəmanı Əmir heç də inanclı biri sayıla bilməz. Ancaq, onun şüuraltı bilincində belə bir qüvvənin varlığı barədə məlumat olduğundan əsər boyu iki dəfə ən kritik məqmda bu özünü büruzə verir. Birinci dəfə atası xəstə olanda, ikinci dəfə isə doğmaca qardaşının balası və eyni zamanda artıq, onların – Babanın nəslinin yeganə davamçısı Zöhrab xəstəxanada can çəkişəndə… 
Məncə, ordan-burdan nala-mıxa vurmaq bu qədər kifayətdir. İndi gələk, ümumilikdə əsas məsələyə bəs bizim özümüzün nümunə ola biləcək kimlərimiz, nələrimiz var. Əlbəttə, bu misallar elə seçilməlidir ki, ən azından bu yazını oxuyan şəxs onları da tanımış olsun. Bu məqamda şübhəsiz ki, yenə hansısa keçid mövqeyində dayanan nümunələr olmalıdır. Belə şəxslərə Abbasqulu ağa Bakıxanovu, Həsən bəy Zərdabini, Əhməd bəy Ağaoğlunu, Əbdürrəhim bəy Haqverdiyevi, Məmməd Səid Ordubadini, Vintsas Kreveni, Üzeyir Hacıbəylini, Yusif Vəzir Çəmənzəminlini, İlyas Əfəndiyevi, Bayram Bayramovu, İsmayıl Şıxlını və onların düşüncələrini, yazıb-yaratdıqlarını misal göstərə bilərik. Bu keçid şəxslərdən sonra Bəxtiyar Vahabzadə, Cəmil Əlibəyov, Xudu Məmmədov, İsa Hüseynov (Muğanna), Nəriman Həsənzadə, Əlibala Hacızadə, Anar, Elçin, Hamlet İsaxanlı, Kamal Abdulla, Akif Əli, Elçin Hüseynbəyli (Qaraçuxa), Orxan Fikrətoğlu, Əsəd Cahangir, Sadıq Qarayev, İlqar Fəhmi, Rövşən Abdullaoğlu kimi şəxsiyyətindən, həyat yolundan, fikirlərindən, yazıb-yaratdıqlarından, müasirlərimiz olanların söhbətlərindən faydalana biləcəyimiz kiçik, çox da zəngin olmayan bir siyahı tərtib etmək olar. Ancaq, biz daha konkret olub və heç olmasa üç gedişə ortaya konkret nəticə qoymalı olsaq, mən bunu belə edərdim. Vintsas Kreve “Azəristan ölkəsi”, Makulu “Səttarxan”, Müəllifi mübahisəli olsa da əsl milli nümunə “Əli və Nino”.
Əgər, hələ də Vintsas Kreve ilə tanış deyilsizsə, mütləq tanış olun. Tanışlığa “ATV kitab seriyasından olan” doğma, şipşirin ana dilimizdə nəşr olunmuş – sağ olsun Səlim Babullaoğlu – Vintsas Kreve “ Azəristan ölkəsi” kitabından başlaya bilərsiz. “Səttarxan ” və “Əli və Nino”, biz müasir mili romançılığın standartı, (müasir roman necə olmalıdır ki, oxunaqlı, faydalı və gəlirli – satıla bilən – olsun) üzərində düşünürüksə, bu iki əsərə diqqətlə baxıb, özümüz üçün yığcam araşdırma aparıb müəyyən nəticəyə gələ bilərik. İlk öncə müəlliflərə baxaq, Makulu o qədər də məşhur imza olmasa da, “Səttarxan” iri həcimli çox ətraflı, zəngin məlumat mənbəyi olan, faydalı romandır. Müəllifi dəqiq bilinməyən – imza yoxdur – “Əli və Nino” əsl nümunədir. Məncə, “Əli və Nino” bütün parametrlərdə standarta daha yaxındır. Bu iki əsər əlavə heç bir təsir dairəsinə düşmədən hər ikisi nümunə ola biləcək səviyyədədir. Ancaq, “Əli və Nino” “Səttarxanı” həcm məsələsində qabaqlayır və üstünlük əldə edir. “Əli və Nino” hadisələrin zənginliyi, məlumatlılıq və həcm baxımından müasir Azərbaycan oxucusu üçün əsl nümunə – çağdaş romançılığın standartı sayıla biləcək bir əsərdir. Ümumiyyətlə yeni yaranacaq romanlar 80 – 100 səhifə həcmində olsa daha cəlbedici və faydalı olar deyə düşünməkdəyəm…
Uca Yaradanın insan oğluna bəxş etdiyi ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyiniz üçün qarşınızda baş əyir, sonsuz sayğılarımı bildirirəm. Hörmətlə: Zaur Ustac.
QEYD
Yazarlar ancaq, (əyləncə və ya mənfəət xatirinə yazanlar xaric) yazarlar. Şübhəsiz ki, söz Uca Yaradana məxsusdur. Biz sadəcə qələm tutan qullarıq… Yox əgər, kimsə bunu inkar edib, ancaq yenə oturub saatlarla kiminsə pıçıltılarını qələmə alırsa, onda bağışlayın məni, belə çıxır ki, onun yazdıqları şeytan vəsvəsəsindən başqa bir şey deyildir…

24.05.2018. Bakı.



QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON BEŞİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru




İLDIRIM ƏKBƏROĞLU – QARABAĞ AZƏRBAYCANDIR!

İldırım Əkbəroğlu – şair, MYK sədri.

AZƏRBAYCAN  TORPAĞIDIR  QARABAĞ!

(“Qarabağ Azərbaycandır və nida işarəsi” İlham ƏIiyev.)

Yalalnların dönüb qurumuş arxa,
Yad torpaqda yaşarsan qorxa-qorxa.
Tarix olsun söykəndiyin güc-arxa,
Gör, nə ətir saçır burda baxça-bağ
Azərbaycan torpağıdır Qarabağ!

Sən işğalçı, mən sahibəm, unutma,
Bağa girib bağbanına daş atma.
Ulağını cən atıma tay tutma,
Böhtanınla, öz-özünə çəkmə dağ,
Azərbaycan torpağıdır Qarabağ !

Bir daş göstər.adı dilində olsun.
Bir gül göstər, orda, elində olsun.
Elə şər de faktı əlində olsun,
Cıdır düzü mərd meydanı, etmə ağ,
Azərbaycan torpağıdır Qarabağ!

Gözdən olub özgə yurda göz tikən,
Vurub-tutan babaların qan tökən.
Sən dağıdan,parçalayan, mən tikən,
Aşkar olur gələn dövran, gələn çağ,
Azərbaycan torpağıdır Qarabağ!

Əlin qanlı,get əlinin qanın yu,
Haqlı danış, böhtan demə, dinc uyu.
Yolun sərtdir, son uçurum, son quyu,
Fərəhlənmə öndə görüb zirvə-dağ ,
Azərbaycan tirpağıdır Qarabağ!

Ay İldırım, dünya bilir haqq sənin,
Gözəlliyi gül-çiçəkdir çəmənin,
Özgə yurdda gor evində kömənin,
Yurdu itər, ruhu çəkər zülüm,ah,
Azərbaycan torpağıdır Qarabağ!


Müəllif:İldırım ƏKBƏROĞLU

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYƏTXAN ZİYAD – II QARABAĞ MÜHARİBƏSİNİN SALNAMƏSİNİ YAZANLAR – FAİL İSGƏNDƏROV

Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov

II QARABAĞ MÜHARİBƏSİNİN SALNAMƏSİNİ YAZANLAR:

                      Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov

Tarixin

yaddaşından

Son bir qərinədə Azərbaycanın öz torpaqları uğrunda mücadilə tarixini  iki qanlı dövrə bölmək olar: Birinci Qarabağ Müharibəsi (20 fevral 1988 – 12 may 1994-cü il) və İkinci Qarabağ Müharibəsi (27 sentyabr – 10 noyabr 2020-ci il).

Birinci Qarabağ Müharibəsinin

nəticələri

Atəşkəs əldə olunması ilə qan tökülməsinin durdurulması (may 1994 27 sentyabr 2020-ci il). Münaqişənin sülh yolu ilə həlli məqsədilə ATƏT-in prinsipləri əsasın­da  Minsk qrupunun yaradılması. Uzun illər ərzində Azərbaycan tərəfinin səbr və təmkin göstərərək danışıqlar aparması. Məsələnin sülh yolu ilə qansız həllinə çalışmaq cəhdi.

İkinci Qarabağ Müharibəsinin

nəticələri

XXI əsrin ilk iki onilliyiAzərbaycan üçünyaddaqalandır. Mütəxəssislər tərəfindən sınaq döyüşləri kimi qiymətləndirilən aprel döyüşləri (1-5 aprel 2016-cı il) və 2020-ci ilin44 günlük Zəfər döyüşü (27 sentyabr – 10 noyabr 2020 – ci il).

Qürurla qeyd etməliyik ki, 28 il çözülməsi mümkünsüz olan problem Azərbaycan Prezidenti İlham Əliyevin qətiy­yəti, silahlı qüvvələrimizin cəsarətli döyüş əzmi sayəsində 44 günə həllini tapmış oldu.

*** 

İkinci Qarabağ Müharibəsinin salnaməsini

yazanlardan biri:

İsgəndərov Fail Rəfayıl oğlu

1994-cü ildə Hacıqabul şəhərində anadan olub.  2011-ci ildə Hacıqabul şəhər 2 saylı orta məktəbin bitirib. 2012-2016-cı illərdə Şirvan şəhər Humanitar kollecində təhsil alıb. 2016-2018-ci illərdə hərbi xidmətdə olub. 2018-ci ilin sentyabrından ailəlidir. Zeynəb adında 2019-cu il (16.06.2019)təvəllüdlü bir övladı var. Bir neçə dəfə Məşhəd, Kərbəla ziyarətində olub. “Qarabağ qazisi Kərbəlayi Fail” adı ilə tanınır…

2020-ci il iyulun 14-də Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı general-mayor Polad Həşimovun şəhid olmasın­dan ciddi təsirlənən Fail Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə müraciət edib. Müraciəti ilə əlaqədar Ali Baş Komandan İlham Əliyevin qismən səfərbərlik haqqında sərəncamından sonra yuxarıda adı çəkilən qurum tərəfindən səfərbərliyə alınaraq cəbhəyə göndərilib.

Əvvəlcə artilleriya bölməsində  kəşfiyyatçı kimi təlimlərə qatılsa da, döyüşlərin başlandığı elə ilk günlərdəcə öz xahişi ilə  minaatan  batareyasından ayrılaraq piyada  bölüyünə qoşulub.

F.İsgəndərovun döyüş yolu haqqında

qısa xronoloji anlatma                                            

1. Sentyabrın 27-də müharibə başlayanda Füzuli şəhərindən hücum əmri alıb Alıxanlıya kimi gediblər;

Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov

2. Oktyabrın 10-da Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılmış minaatan mərmilərindən  biri Cəlilabad­­­dan olan Əkbərov İbarət Faiq oğlunun üstünə düşüb. İ.Əkbərov şəhid olub, Fail isə sol çiynindən və burnundan ciddi qəlpə yarası alıb: “Düşmən minaatanlardan mərmini dolu kimi yağdırırdı. Pis və­ziy­yətə düşmüşdük. Ayağımızın altına, yan-yörəmizə minaatan mərmiləri düşür, snayperlə yağan güllə yağışı göz açmağa imkan vermirdi.  Kömək gələnə qədər o cür güclü hücuma necə tab gətirdiyimizi təsəvvür edirsinizmi? Bu vaxta qədər belə şeyləri ancaq Böyük Vətən Müharibəsindən bəhs edən filmlərdə görmüşdüm…

Burunla gicgah arasında nə qədər məsafə var? Ölüm gözlə qaş arasında olub. “Allah qoruyub” bunun kimi hallar üçün deyilib. Bunabənzər hallarla isə hər gün-hər saat göz-gözə idik…

Əvvəl-əvvəl elə bildim qəlpə burnumu tamam aparıb, burnum daha yoxdur. Ancaq sən demə qəlpə bir tərəfdən girib o biri tərəfdən çıxıbmış. Burunda nə qədər qan olarmış! Hospitalda da qanı kəsməkdə çətinlik çəkirdilər”.

Sutka yarım Füzulidə hospitalda, doqquz gün Zərdab rayon xəstəxanasında, qısa bir müddət də alayın tibb məntəqəsində müalicə alandan sonra yenidən döyüş əməliyyatlarına qoşulub.

“Çiyindəki yaramın vəziyyəti yaxşıdır. Burnumdakı yaranın fəsadları isə bu gün də qalıb. Qəlpənin yeri zaman-zaman şişməkdə davam edir. Bu fəsad səsimdə də dəyişiklik əmələ gətirib. Əvvəlki ilə müqayisədə səsim boğulmuş vəziyyətdə çıxır, elə bil yolunu nə isə tutub”.

Atasının səhhətində narahatlıq olduğundan, günaşırı, iki gündənbir ailə ilə telefon əlaqəsi saxlayırmış. Əlaqənin qəflətən 10 gündən artıq müddətə kəsilməsi valideynlərində əndişə yaratsa da, digər ailə üzvləri onları inandırmağa çalışıb ki, komandiri ilə maraqlanıblar, heç bir narahatlıq yoxdur, sadəcə telefon rabitəsi mümkün deyil.

3. Müalicədən sonra da Füzulinin və kəndlərinin düşməndən azad olunmasında və müdafiəsində iştirak edib.

4. Sonra üç gün Qubadlının müdafiəsində olublar;

5. Zərurət üzündən müəyyən taktiki əməliyyatların icraası məqsədilə bölük yenidən Hadruta üz tutub, bir gün şəhərin yaxınlığındakı yüksəkliyin müdafiəsində olub;

6. Briqada Tuğda cəmləşdiriləndən sonra tabor min zülmlə Topxana meşəsinə qədər hərbi yürüş edib;

7. Daha ağır döyüşlərdən biri Daşaltı istiqamətində olub: “Noyabrın ilk günləri idi. Minamyot atəşləri, iri çaplı silahlardan atılan güllə yağışı altında Topxana meşəsindən Daşaltı kəndinə irəlilədik. Burada çox ölüm oldu, çox yaralanan oldu”;

8. Noyabrın 8-də Şuşa şəhərinə giriblər: “Noyabın 9-u da daxil olmaqla gecə saat 3-4-ə kimi ermənilər səhəri atəşə tuturdular. Atəş səslərindən qulaq tutulurdu. Noyabrın 10-na keçən gecə Atəşkəs imzalansa da, təqribən bir saat sonra və dəfələrlə atışma yenidən qızışdı. Şuşanın onlardan alınmasilə ermənilər heç cür barışa bilmirdilər”;

Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov

9. Şuşa alınandan sonra Failgilin bölüyü Şuşaətrafı kəndləri düşməndən təmizləyə-təmizləyə Xankəndiyə istiqamət götürüb. Son olaraq bölük musiqi məktəbinin binasında yerləşib;

Xankəndi yaxınlığında “erməni xaçı” deyilən bir təpə var. Ermənilər iri bir təpə üzərində dəmirdən xaç vurmuşdular, ona görə belə deyilirdi”. Həmin gündən ordudan tərxis olunana qədər – dekabrın 15-dək adı çəkilən ərazinin düşməndən qorunmasında fəallıq göstərib. Deyir, bizim gücümüz də, qüvvətimiz də var idi ki axıra qədər gedək. İkicə saat vaxt lazım idi, Xankəndini götürəcəkdik. Bəzən eşidirəm deyirlər ki, ermənilər özləri təslim olublar. Bu heç də belə deyil, erməni məcbur olub təslim olub. Düşmən yaxşı bilirdi ki, Azərbaycan ordusu ondan qat-qat güclüdür. Təslim olmasaydılar, hamısı qırılacaqdı… Ordudan tərxis olunana qədər həmin ərazinin müdafiəsində iştirak etmişəm”.

Qaziliyi ilə ailəsinə, elinə-obasına başucalığı gətirən F.İsgəndərov üçün 44 günlük Zəfər döyüşü 86 günə tamamlanıb. Müharibədə göstərdiyi qəhrəmanlıq nümunəsi döyüşçünün hərbi biletində də əksini tapır. Belə ki, F.İsgəndərovun hərbi biletində dö­yüş qabiliyyətinin göstəricisi olan aşa­ğı­dakı kəlmələr qeyd olunub: “Fü­zu­li və Şuşa istiqa­mətində gedən dö­yüş əmə­liy­yat­la­rın­da iştirak et­miş­dir”.

  Döyüş qabiliyyəti Füzulinin və Qubadlının alınmasına görə medalları ilə dəyərləndirilib.    

 Cəbhədən döndüyü ilk günlər Faillə çox görüşlə­­rimiz olub. Yaddaş pərakəndəliyi hiss olunurdu. Söhbətdən yayınmağa çalışır, danışı­lanlara aludə olurdusa da, bir an sonra bəhs etdiyi hadisə ilə əlaqədar sual verəndə duruxur, dəqiqləşdirmə apar­maq­­da şətinlik çəkirdi.

Döyüşçü yoldaşlarının, tanışlarının tez-tez onun görüşünə gəlməkləri, dindar dostlarının ziyarətləri, cəbhə yoldaşları ilə telefon danışıqları və yazışmaları  zaman-zaman yaddaşının bərpasına yardımçı oldu. “MTV Azərbaycan”  kanalının  “10-da görüşərik” adlı verilişində söhbətlərinin lazımi mizan-tərəzidə olduğunu görəndə telefon açdım ki, səninlə ilk görüşlərimiz zamanı özün bilərəkdən danışmaq istəmirdin, yoxsa… “Elə demə, əmi, o zaman həqiqətən olanları xatırlamaqda çətinlik çəkirdim, sonra yavaş-yavaş yaddaşım aydınlaşdı”, – dedi.

Verilişin aparıcının aşağıdakı düşüncələrinə diqqət yetirək: “Döyüşçü yoldaşlarına daim yüksək əhval-ruhiyyə bəxş edən bu qəhrəmanlar (verilişə F.İsgəndərovla eyni taborda döyüşmüş Hacıqabullu Nurlan Şükürov da dəvətli idi) bu gün olduqca məmnundurlar. Aldıqları yaralar, bədənlərindəki qəlpələr onların bugünkü məmnunluqlarına mane olmur. Əksinə, başlarına gələnlərdən bir şey olmamış kimi söhbət açır, erməniyə acıq verirmiş kimi təbəssümlə, məmnunluqla bəhs edirlər”.

II Qarabağ Müharibəsi əsl müharibənin nə və necə olduğunu bizlərə başa saldı. Dərk etdik ki, filmlərdə gördüklərimiz həqiqətən kinodur. Müharibə tamam özgə bir nəsnədir. Sözün müstəqim mənasında “müharibə” döyüşçü üçün bir yandan əgər düşmənə nifrət və intiqam kəlmələri ilə qoşalaşırsa, digər tərəfdən həm də ölümlə üzləşmək, müəyyən taktiki döyüş əməliyyatları zamanı bu kimi hallarla üzləşməmək üçün ayıq-sayıq olmaq, qarlı-şaxtalı, sazaqlı, soyuq cəbhə həyatı deməkdir, – deyir Fail, –  Döyüşdə olduğum müddət ərzində bu dediklərimlə hər gün, hər saat üz-üzə, göz-gözə idik. Bildiyiniz kimi, Füzuli, Daşaltı, adı dünya döyüş salnaməsinə düşmüş Şuşa döyüşləri ən qanlı döyüşlər sırasındadır. Rembodan bəhs edən döyüş filmləri bunun yanında heç nədir. Mərmi başımıza yağış kimi yağırdı. Biz də ki… Elə bil ki, minaatan mərmilərinə  qucaq açırdıq. Güllələr yan-yörəmzə, ayağımızın altına tökülür, biz isə olanlara məhəl qoymadan, zərrə qədər də qorxu hiss etmədən verilən əmrin yerinə yetirilməsi üçün irəli şığıyırdıq. Hamıda İlahidən ifadəsi mümkün olmayan bir qüvvət var idi. Elə bir ruh yüksəkliyi ki… Bu hisslərin sözlə ifadəsi mümkün deyil.

Xankəndini başlanğıcında Xaçaltı deyilən bir yer var, ermənilərlə 30 metr məsafədəydik. Orada mən Azan vermişəm. “Allahü-Əkbər” sədaları dağlara-daşlara yayılanda… Bu ermənilərə qıcıq verirdi, əsəbiləşirdilər, amma qorxularından cınqırlarını çıxara bimirdilər. Özlərində buna cəsarət tapa bilmirdilər.

 “Ölümdən qorxmurdunuz?” sualıma cavabından: “II Qarabağ müharibəsində mənim ən güclü silahım 28 il “azan” səsinə həsrət qalmış Qarabağın şəhər və kəndlərində, adsız yüksəkliklərində səsləndirdiyim “Allahü-əkbər” sədaları olub. Ayağım dəyən elə bir yaşayış məskəni, dağ-dərə, orman olmayıb ki, orada mənim səsimdə azan səslənməsin.    

Başına yağış kimi yağan güllədən kim qorxmaz ki, ölümdən hamı qorxur. Amma bu hissi içindən qovmağın yolları var. Hücum başlayanda öz-özümə tez-tez təkrarlayırdım ki, “mən heş nədən qorxmuram”. Bunu döyüşçü yoldaşlarıma da təlqin etmişdm. Düzü, onlar həmişə mənim ehkamlarıma ehtiramla yanaşıblar. Bu, bəlkə dinə, Allaha sıx bağlılığımla əlaqədar idi, deyə bilmərəm. Kəlmeyi-şəhadət öyrətdiyim uşaqlar da olub. Baxırdılar ki, mən kəlmeyi-şəhadətimi oxuyub döyüşə girirəm. Və Allahı çağırıb döyüşə girəndə mənə heç nə olmur, onlar mənə necə inanmaya bilərdilər.

Düşməndən intiqam almaq hissi ruhumuzu oda-alova döndərmişdi. Düşüncəmizə bir duyğu hakim kəsilmişdi: torpaqlarımızı düşməndən xilas etmək! Vətən müharibəsində şəhid olanların qisasını almaq! Öhdəmizə düşüən vəzifəni ləyaqətlə yerinə yetirmək! Gələcək nəsillər deməsin ki, öhdələrinə düşən vəzifəni yerinə yetirə bilmədilər, öz babaları kimi onlar da olanları bizim üçün qoyub getdilər. Qürur duyuram ki, borcumuz olanı, öhdəmizə düşəni layiqincə və ləyaqətlə yerinə yetirə bilmişik. Bu kimi hislərlə yaşayan insan da ölüm haqda düşünərmi? Odu, ölümdən qorxmaq  kimi hisslər düşüncəmizə yaxın düşə bilmirdi. Bir də ki, düşünürdüm, olsa-olsa şəhid ola bilərəm, bu da ki, döyüşçü üçün ən yüksək zirvədir”. 

Ölümlə göz-gözə durduqları az olmayıb. Ancaq dediyi kimi, onları Allah saxlayıb: “Bir hadisə danışım. Neçə gün idi ki, yeməyimiz, suyumuz qurtarmışdı. Aclığa dözmək mümkündür, susuzluq çətindir. Döyüş də göz açmağa macal vermirdi. Azacıq başını qaldırsaydın, hədəfdə idin. Bunu hamımız yaxşı bilirdik. Az aralıda erməniləri qovub çıxartdığılmız yer var idi, uşaqlardan ikisinə dedim ki, əyninizi soyunun, hiss edib bizi hədəfə götürə bilməsinlər. Adama bir-iki kisə də götürüb səngərin içi ilə var gücümüzlə bəllədiyim yerə yüyürdük. Mineral sular, konserv, çörək… yan-yörə ərzaqla dolu idi. Kisənin birini mineral sularla doldurub kürəyimə almaq istədim. Kisə ağır, mən də zəif adam. Uşaqlara dedim ki, köməkləşib qaldırın kürəyimə. Qaldırdılar. Səngərlə qaça-qaça suyu gətirib döyüşçü yoldaşlara çatdırdım… Belə günlərimiz az olmayıb…

Başqa bir hadisəni xatırlayır: “Məktəb binası bildiyim üstü panellə örtülü, sığınacaq üçün yaxşı bir yer var idi. Mərmidən daldalanmaq üçün ora üz tutduq. Axırıncı adam “sığınacağa” girəndə gəldiyimiz yolu vurdular. Dörd mərmi düşdü. Üç-dörd dəqiqə geçiksəydik, hamımız qırılacadıq”.

Cəbhədə olduğu günlərdə həm dini, həm də oxuduğu xalq mahnıları, səsini mobil telefona yazan döyüşçü yoldaşları tərəfindən internet vacitəsi ilə  müxtəlif sayt və kanallarda yayımlanırdı.

Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov

Deyir ki, qarabağlı sənət adamlarının bu torpaq haqqında söylədiklərində haqq varmış. Havada qəribə oksigen var. Zilə qalxdıqca səs açılır, oxuduqca yorulmaq bimirsən. Özüm də təəccüb qalırdım, inana bilmirdim ki, o soyuğun, şaxtanın qabağında (mən soyuqdan qorxan adamam) bu səs hardan gəlir. Elə xırdalıqlar edirsən ki… Aran bölgəsində bu, mümkün deyil”.

***

Qarabağ qazisi Kərbəlayi Faildən döyüş yolu haqqında qəlpə-qəlpə öyrənə bildiklərimiz hələlik ancaq bu. Zaman keçsin, II Qarabağ Müharibəsinin salnaməsini yazan Fail və döyüşçü yoldaşlarının Zəfər yolu haqqında daha ətraflı bəhs etmək borcumuz olsun.

***

…28 il töhmət dolu ömür yaşayan Azərbaycan insanı, nəhayət ki, başda Ali Baş Komandan İlham Əliyev olmaqla özünü toparlayıb Vətən torpaqlarının bütövlüyünü bərpa etdi.

Yalnız 28 illik ömürmü? Heç də yox.

Azərbaycan xalqı bu qələbə əzmi ilə 207  illik (12 oktyabr 1813-cü il, Gülüstan sülh müqaviləsi) ilhaqa son qoyub. Qələm sahibləri bu iradənin nəticəsini “Dəmir Yumruq” adı ilə əbədiləşdirdilər, bəstəkarlar “Dəmir Yumruq” sahibinin şəninə nəğmə qoşdular.

O anlatdı Yer üzünə

Məğlub nədi, zəfər nədi.

O adı bir yumruq deyil,

Nağıldakı əfsanədi.

…Haqqı nahaqq etmişdilər.

O qaldırdı haqq səsini.

Onun polad iradəsi

Titrətdi Yer kürəsini

yazdı Zahid Xəlil. 

II Qarabağ Müharibəsində qazanılan qələbə Azərbaycan insanının sarsılmaz milli birliyinin təntənəsi, 10 noyabr 2020-ci il təqvim tarixi Azərbaycanın erməni faşizmi üzərində tarixi qələbəsi, xalqımızın həyatında Yeni Tarixin başlandığının göstərici­sidir.

Müəllif: Ayətxan ZİYAD (İsgəndərov)

Azərbaycan Yazıçılar və

Jurnalistlər birliklərinin üzvü,

yazıçı-jurnalist, tədqiqatçı.

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – QƏDİMLİYƏ BÜRÜNMÜŞ YENİLİK

Zaur Ustac və Nargis xanım. AYB, “Natəvan” zalı. 12.03.2020. Bakı.

                  ON  ÜÇÜNCÜ   YAZI

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu son günlərdə yeni işıq üzü görmüş – KÖHNƏLİYƏ, QƏDİMLİYƏ BÜRÜNMÜŞ BİR YENİLİK olan –oxucularını, pərəstişkarlarını  müsbət mənada heyrətləndirməyi bacarmış Nargis xanımın “BEKLENEN DOLUNAY”  kitabı  haqqında olacaq. Əlbəttə, hər bir oxucuya, araşdırmaçıya, tənqidçiyə, söz adamına müəyyən bir fikrə, ideyaya  rəy vermək, onun haqqında danışmaq üçün minimal baza lazımdır. Yuxarıda  sadaladığımız və ya sadalamadığımız kateqoriyadan olan şəxslərin, hər kəsin müəyyən bir söz haqqında söylədiyi fikir ilk əvvəl onun  malik olduğu bu minimum bazaya əsaslanır, daha sonra rəy kimi xarakterizə olunur. Bu baxımdan təhlillərə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, əsərin orijinallığı münasibəti ilə Nargis xanımı təbrik etmək olar.

QISA ARAYIŞ:

İsmayılova (Nargis) Nərgiz Rəfail qızı 1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.

1993-cü ildə Zaqatala rayonunda orta məktəbə, 1999-cu ildə Ordubad Türk liseyinə daxil olmuş və 2004-cü ildə həmin liseydən məzun olmuşdur.

2004-cü ildə Naxçıvan Dövlət Universitetində tələbə adı alaraq 2008-ci ildə həmin universitetin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur.  

2009-cu ildə Gəncə Dövlət Universitetinə daxil olaraq 2012-ci ildə həmin universitetin “Xarici ölkələr ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Nargis Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin Ədəbiyyat və İncəsənət İnstitutu Ədəbiyyatşünaslıq Şöbəsində elmi işçi vəzifəsində çalışır.  2013-cü ildən isə həmin Bölmənin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantıdır. “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya müdafiə edib? Filologiya üzrə fəlsəfə doktorudur.  “Şərq qapısı” qəzetində müxbir kimi fəaliyyət göstərir.

“Ədəbiyyat” qəzetinin köşə yazarıdır.

28 elmi, 200-dən çox qəzet məqaləsinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidenti  mükafatçısıdır. 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və  “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatı”na və Naxçıvan Muxtar Respublikasında “İlin yazıçısı”, “İlin jurnalisti” ünvanına layiq görülüb.

Nargis istər orta məktəb, istərsə də liseydə təhsil aldığı illərdə qələm hər zaman olunla olmuş duyğularını daima şerlər, denemələr, pritçalar, hekayələr halında ifadə etmişdir. Bu bağlılıq onu Naxçıvan Dövlət Universitetində ədəbiyyat üzrə ali təhsil Gəncə Dövlət Universitetində magistr təhsili almağa və Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsində ədəbiyyat üzrə elmi araşdırmalara qədər aparmışdır.

Nargisin son dövrlər yazdığı bir çox hekayələrdən ibarət “İçimdəki Merilin” kitabı 2015-cü ildə Bakı şəhərində “Qanun” nəşriyyatı tərəfindən nəşr olunmuş eyni zamanda Türkiyəli yazıçı Kahraman Tazeoğlunun “Seni içimden terk ediyorum” şeirlər və “Bukre” roman kitablarını şair Elxan Yurdoğlu ilə birlikdə Azərbaycan türkçəsinə tərcümə edilmişdir. 2015-ci ildə “İçimdeki Marilyn”  Minval yayınları tərəfindən nəşr edilmişdir.

2016-cı ildə “Xan” nəşriyyatı tərəfindən “Qardələn” kitabı işıq üzü görmüşdür.

2016-cı ildə “Əcəmi” nəşriyyatı tərəfindən “          Müqəddəs məkan Naxçıvan” kitabı yayımlanıb.

2017-ci ildə “Xan” nəşriyyatı tərəfindən Çağdaş ədəbiyyat silsiləsindən “Beklenen Dolunay” romanı işıq üzü görüb.

2016-ci ildə filologiya üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib.

Hər hansı bir əsərin orijinallığının birinci göstəricisi onun artıq ilk abzasdan müəllifin öz düşüncəsini ortaya qoymağa başlaması, müəllifin kimliyini bəyan etməsidir. Yer üzündə bu qədər yazılar, kitablar var. Görək bunlar hamısı öz müəllifini tanıda, təqdim edə bilirmi? – Əlbəttə,  xeyr. Bu çox mürəkkəb məsələdir və onu qeyd edim ki, bu məsələdə zəhmətlə, istedadın nisbəti bərabərdir. Yəni, uca Yaradanın yardımı olmadan bu naliyyətə nail olmaq mümkün deyil. Nəzmdə bəlkə də bu məsələ nisbətən asandır. Çünki, şeir belədir ki, bir şairin bir neçə əsəri ilə tanış olduqdan sonra artıq növbəti şeirlərin ilk bəndləri müəllifin kimliyindən xəbər verir. Nəsrdə xüsusi ilə romanda  bu məsələ daha mürəkkəbdir və söz adamı əvvəldən sona qədər bütün hadisələrin inkişafı boyu, hər yeni obraz ortaya çıxdıqca bu prinsipi gözləməli surətlərin bitkinliyini, xarakter və xüsusiyyətlərini özünəməxsus, orijinal tərzdə aparmağı bacarmalıdır ki, bu əsər də,  öz müəllifi haqqında məlumat verməyi bacarsın… Necə deyərlər: – “yaşat məni, yaşadım səni” . Məhz bu baxımdan müəllifi təbrik etmək olar. Əsər orijinaldır.

On üç bölümdən ibarət olan romanın ilk bölümü artıq müəllif  haqqında tam məlumat verir. Bu məlumatlar nədən ibarətdir. İstədiyimiz hər hansı bir bədii əsəri – kitabı- götürüb müəllifin kimliyi ilə tanış oladan içərisindən müəyyən bir hissəni oxuyub, ilk əvvəl yazarın qadın və ya kişi olduğu barədə nəticəyə gələ biliriksə və sonda bu məlumat həqiqətlə üst-üstə düşürsə deməli bu əsər orijinaldır. Bu nəticənin əsasında nə dayanır? – Deməli,  müəllif  heç  bir kopiyaçılığa yol vermədən öz hiss və duyğularını obrazlı şəkildə kağız üzərinə köçürmüşdür… Əgər əksi ilə rastlaşsanız deməli nəsə düzgün deyildir…  İlk bölüm artıq müəllifin kimliyi haqqında məlumat verməyə başlayır  və hadisələrin inkişafı boyunca  Angelenin dili və düşüncələri ilə bu proses daha da dərinləşir və sona qədər davam edərək tam – bitkin bir fikir formalaşdırır. Bütün bu sadalananlara görə də  Nargis xanımı təbrik etmək olar. Başqa oxucuları bilmirəm, mən ilk sətirlərdəcə nəsə, Vətənin  mərd oğlu Ramil Səfərovun orijinaldan tərcüməsində öz doğma Ana dilimizdə tanış olduğum, Macarıstanın tanınmış qadın yazıçılarından olan, Maqda Sabonun “QAPI” romanını xatırladım. Ancaq, bu o demək deyil ki, “BEKLENEN DOLUNAY” romanı, “QAPI” romanına oxşayır. Xeyir, bu belə deyil.  Sadəcə, Maqda Sabonun Emerenci, milli qadın yazarlarımızdan;  Əzizə Cəfərzadənin, Xalidə Hasilovanın yaratdıqları qadın surətləri nə qədər təbii və dolğundursa, “BEKLENEN DOLUNAY” romanındakı Angele də bir o qədər bitkin obrazdır. Bu bütünlüklə belədir. Bu romanı köhnəliyə bürünmüş yenilik  kimi də xarakterizə etmək olar. Müəllif çeşidli səhnələrdə hadisələrin müəyyən bir qeyri-müəyyənlikdə cərəyan etməsinə rəğmən daim öz mənəvi-psixoloji fikirlərini oxucuya çatdırır. Bu baxımdan əsəri hardasa psixoloji məqamların da bol olduğu bir roman kimi xarakterizə etmək olar. Xanım müəllif  bir çox müasir problemlərə toxunur və onların öz düşüncə tərzinə və qənaətinə görə həlli yollarını göstərir. Bu çox mühüm məsələdir. Çünki, istər qadın, istərsə də kişi müəlliflər içərisində problemləri qaldıran, təqdim edən müəlliflər çox olsa da, onun həlli yollarını göstərən yazarlarımız çox azdır. Roman boyu, iki yerdə məncə uğursuz alınmış bənzətmələri və bir neçə yerdə zamanın itməsi hallarını nəzərə almasaq, təbiət mənzərələrinin, erotik səhnələrin, mənəvi-psixoloji vəziyyətlərin  təsvirləri hamısı özünəməxsus və orijinaldır. Roman ümumiyyətlə, oxunaqlıdır. Ancaq, birnəfəsə oxunan əsərlər cərgəsində dayanmır. Mütləq aramla, qısa fasilələrlə, necə deyərlər  pəncərə  önündə, çay və ya kofe içə-içə yaxud da təbiət qoynunda, müəyyən bir yolçuluq əsnasında oxunarsa, daha dolğun qavranar, zövqverici olar deyə, düşünürəm.

Bu arada demək olar ki, mənim öz kitablarım da daxil olmaqla – dəfələrlə yoxlanmasına, redaktə olunmasına baxmayaraq, kitabların  hamısında rast gəldiyimiz çoxlu texniki – hərf səhvləri demək olar ki, kitabda yox səviyyəsindədir. Bu müsbət keyfiyyətə görə, kitabı nəşrə hazırlayan, Müşfik Hana, Ahmet Yıldıza,  Teymur Ferziyə, Bahti Yara təşəkkürlərimizi bildirir, bu hamımız üçün faydalı olan işlərində yeni-yeni  uğurlar arzu edirik.

Nargis xanım uğurlarınız bol olsun. Yeni-yeni əsərlər gözləyirik.

08.07. 2017. Bakı.



QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON ÜÇÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU – YUXUMA GƏLMİŞİDİN

İldırım Əkbəroğlu – şair, MYK-ın sədri.

SƏN YUXUMA GƏLMİŞİDİN BU GECƏ
(Nəğmə)
Qış olsa da gəlib tapdı yay bizi,
Qərq elədi öz nuruna Ay bizi.
Həsrət qoymaz bu ayrılıq, tay, bizi,
Ürəyimiz məskən oldu sevincə,
Sən yuxuma gəlmişidin bu gecə.

Sən sevilən mən sevgindən tam dadan,
Əngəl olmaz bu görüşə bir nadan.
Dəstə tutub ulduzları səmadan,
Sənə ənam gətirmişdim, gör, necə,
Sən yuxuma gəlmişidin bu gecə.

Əlim göydə,əl açıram Aya da,
O günləri mürgülərdən oyada.
Kama çatdıq biz xəyalda, röyada,
Kama çatdıq səhərimiz gəlincə,
Sən yuxuma gəlmişidin bu gecə.

Ay İldırım, artıq, saça düşüb dən,
Olmasa da ürəyində bir zədən.
Nə yaxşı ki,illər sonra, təzədən,
Qəlbimdəki həsrətimi bilincə,
Sən yuxuma gəlmişidin bu gecə.

Müəllif:İldırım ƏKBƏROĞLU

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYƏTXAN ZİYAD MÜKAFATLANDIRILDI

Ayətxan Xiyad – İsgəndərov “Ziyadar” Mükafatına layiq görülüb – N: 066 25.03.2021.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad (İsgəndərov)un şair-publisist Zaur Ustacın yaradıcılığında uşaq şeirlərinin yeri, onun uşaq dünyası və yaratdığı uşaq obrazları haqqında təhqiqat materiallarından ibarət “Zaur Ustacın uşaq dünyası” adlı yeni kitabı işıq üzü görüb. “Yazarlar” jurnalı ənənəyə sadiq qalaraq müəllifi yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatı ilə təltif edib: AYƏTXAN ZİYAD N: 066 25.03.2021. – BAKI.

Ayətxan Ziyad (İsgəndərov) – yazıçı-jurnalist, tədqiqatçı

Bu münasibətlə Ayətxan müəllimi təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Ayətxan müəllim!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – STEREOTİPLƏRİ YOX EDƏN ADAM – İ. VƏLİYEV

Vəliyev İlham Əli oğlu – İqtisad elmləri namizədi, dosent.

ON  İKİNCİ  YAZI

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik  ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri),  son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı  işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda  olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə  keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda  aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis  (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış  Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba   və  bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən  58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri  formalaşmış stereotipləri qırıb, məhv edən  adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq,  görüşdən əvvəl bu il  məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də,  Qulu  baba deyənləri  təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi  Paşa  bildirdi  ki,  yay  sessiyasına gələn kimi İlham müəllim onları da  şəxsən  akt  zalında iclasa  toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya  və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün  bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.

Qısa arayış:

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

Görüş və söhbətimiz  çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə  hamı  dayandığı  mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı,  etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim.  Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.

27.06. 2017. Bakı.


QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Bundan əlavə “Stereotipləri yox edən adam”, “Təzadlar”, 04.07.2017, say: 23 (2119), s.14. dərc olunub.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYƏTXAN ZİYAD – İSGƏNDƏROVUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

AYƏTXAN ZİYAD – İSGƏNDƏROVUN YENİ KİTABI.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad (İsgəndərov)un şair-publisist Zaur Ustacın yaradıcılığında uşaq şeirlərinin yeri, onun uşaq dünyası və yaratdığı uşaq obrazları haqqında təhqiqat materiallarından ibarət “Zaur Ustacın uşaq dünyası” adlı yeni kitabı işıq üzü görüb.

Ayətxan Ziyad (İsgəndərov)yazıçı-jurnalist, tədqiqatçı

Bu münasibətlə Ayətxan müəllimi təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Ayətxan müəllim!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

İldırım Əkbəroğlu (Füzuli) – şair, MYK -nın sədri.

İLDIRIM ƏKBƏROĞLU HAQQINDA

İldırım Əkbəroğlu – Füzuli (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olub. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeriləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziyada şeriləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeriləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şerləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir… RTTB –ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şerləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. İldırm Əkbəroğlu 22 yanvar 2019 – cu ildə MYK -ın ömürlük fəxri sədri seçilmişdir. İldırım Əkbəroğlu 22 dekabr 2019 -cu ildə vəfat emiş və Beyləqan rayonu, Kəbirli kəndində dəfn olunmuşdur.

KİTABLARI:

İldırım Əkbəroğlunun bu günə qədər iki kitabı nəşr olunub. “İldırım Əkbəroğlu” adlı ilk kitabı sağlığında, demək olar ki, ömrünün son günlərində (2019), “70” adlı ikinci kitabı isə ölümündən sonra (2020) nəşr olunmuşdur. Son olaraq “Yazarlar” jurnalının tərtib etdiyi “Ana şeirləri” almanaxında yer alıb.

QEYD:

“Bayram Bayramov – 100” layihəsi çərçivəsində İldırım Əkbəroğlu 2019 -2020 ci il üçün “İLİN YAZARI” seçilib və “Bayram Bayramov ” diplomu ilə təltif olunub (ölümündən sonra). 2020 – 21 ci il üçün “Ustac” Milli Mükafatına layiq görülüb(ölümündən sonra). Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏRGİZ MUSAYEVA TƏLTİF OLUNDU

NƏRGİZ MUSAYEVA  N 026  26.03.2021. BAKI – OSLO.

Xanım Nərgiz Musayeva Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbində tədris prosesinin təşkilndə, xüsusi ilə əyani vəsaitlərlə təminatında fəal iştirak etdiyinə görə “Vintsas” Mükafatı ilə təltif olunub. Laureatı təbrik edir, yeni-yeni uöurlar arzu edirik! Uğurlarınız bol olsun, Nərgiz xanım!

DOĞRULAMA LİNGİ: LAUREATLAR


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru