
AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI – PDF:
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI – PDF:
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

(Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə)
Salam, dəyərli oxucum. Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyi tədbirləri çərçivəsində nəşr olunmuş “Dağlar” adlı poeziya antologiyası şəklində nəzərdə tutulmuş almanaxın giriş məqalələrindən biri kimi, baş redaktor sözü olaraq qələmə aldığım bu yazı, eyni zamanda, “Yaradanla baş-başa” və “Qələmdar ”adlı kitablara müstəqil məqalə kimi daxil olan iyirminci yazıdır. Odur ki, hamınızı dağların cəzbində yaranmış sirli-sehrli söz dünyasına səyahətə dəvət edirəm.
Mənim böyüyüb, boya-başa çatdığım coğrafi ərazi olduqca mülayim iqlimə malik, dağətəyi (Ağdam rayonunun Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü açandan Günəşin düzənlikdən (Qarqar çayının aşağı axınında, yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi yerdə, Ağ göl ərazisində) al-qırmızı doğub, haramı çöllərinin üzərindən qövs çızaraq keçməklə ilin fəsillərinə görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun arxasında yenə al-qırmızı rəngə boyanıb batmasını seyr etməklə keçib… Hava çox təmiz və açıq olanda Murovdan sonra daim başı qarlı şiş zirvə görünürdü. Bu dağa Ağrı dağı deyirdilər… Kənd ağsaqqallarının dilində Ağrı dağı ilə bağlı belə bir deyim var idi: – “Qar Ağrıya düşdüsə, üçcə günə burdadı”.
Lap körpəlikdən dağları Günəşin, Ayın evi bilmişəm… Dünyaya sahiblik – ağalıq edən qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən sirli Ayın evi… İndi siz dağların əzəmətini təsəvvür edin, bir uşaq düşüncəsində… Dağlar gecənin gizləndiyi, gündüzün dincəldiyi müqəddəs bir məkan olub mənim üçün… Dağların yaddaşımda belə dərin iz qoymasının ilk əsas səbəblərindən biri, bəlkə də birincisi – kənd uşaqları bunu yaxşı bilər – qoyun-quzunu axşamüstü örüşdən gətirmək üçün hər axşam Günəşin batmasını gözlədiyimdən gözlərimin sürəkli dağlarda olmasının və mütəmadi olaraq hər gün eyni mənzərənin təkrar olunmasının da rolu az olmayıb. Əlbəttə, o vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi görünürdü və uşaqlarla həmişə mübahisə edərdik ki, ora neçə günə gedib çıxmaq olar?.. Sonra tale elə gətirdi ki, bu sirli-sehrli dağlara sirdaş oldum…
Hərbi xidmətimin çox hissəsini 2500 metrdən yüksək olan dağlarda keçirdim və anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qalaların qoynunda olub, düzlərə yuxarıdan-aşağı baxmaq o qədər, bəlkə də ondan min qat dah artıq zövqverici, eyni zamanda, ibrətamizdir… Xüsusi ilə hərdən olur ki, sən zirvədə olanda düzlərlə, yəni aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində… Aşağıdakılar buludlara aşağıdan yuxarı baxıb orda Göyün – dünyanın bitdiyini sandıqları halda, sən o buludların üzərində olub, kaş dünya elə bu buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi, buludların altında qalan bütün günü boş-boş şeylər üstündə didişən, söyüşən, bir-birinin ətini yeyib, qanını içən insanların varlığından heç xəbərim olmayaydı… Dünya elə bu buludlardan – yuxarıdakılardan ibarət olaydı – deyə düşünürsən…
Olduğum ən hündür zirvə Qapıcıqdır. Bundan əlavə, Murovun, Baba dağın ətəklərində, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxının və digər adını qeyd etmədiyim bölgələrin istər boz, istər yaşıl dağlarında yayda da, qışda da çox olmuşam… Batabatda, Cıdırdüzündə olmuşam… Qeyd edim ki, sakit havalı (çovğunsuz) qarlı dağlar heç də yazdakı güllü-çiçəkli dağlardan az cəlbedici olmur, şəxsən mənim üçün daha gözəldir… Bunu söz xatirinə deyil, bir neçə mövsüm ard-arda Batabat yaylağında yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı, Dağdağanı, Əyriqarı, Sisqatarı, Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü, Göy gölü və digərləri hamısı bir-birindən səfalı olur, yayda da, qışda da… Mətləbdən uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr idi və əlbəttə ki, mən də bunlardan xəbərsiz…
1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya – Şuşaya getmişdik. İsabulağında, Cıdırdüzündə olduq… Bu bizim Cıdırdüzü ilə son görüşümüz oldu və bir daha dərədə gurhagurla, şırhaşırla, qıjhaqıjla axan Qarqara yuxarıdan aşağı, amiranə, könül fərahlığı ilə baxa bilmədik… (Deyirəm, tək Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da hiss etmişəm. Təmiz dağ havasını sinəyə çəkdikdə qəlbi qəribə fərahlıq hissi, ruhu coşğunluq çuğlayır… Bu hissi dağ olmayan yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın Rusiya ilə sərhədində Xaçmazın sonuncu kəndi var, Xanoba – Zeyxuroba. Bir tərəfi meşə, bir tərəfi dəniz, çox gözəl havası var, lap dağ havası kimi…) Olsa-olsa bir neçə dəfə körpüdən baxıb, sonra da çevrilib çiynimiz üstündən gözdən itənə qədər arxamızca boylanıb baxa bildik vəssalam… (…və bir də indi təzə-təzə peykdən baxıb, köks ötürmək öyrənmişik…) Bu səfərdən sonra sentyabrda dərs açılanda “Dağlar”a aid şeir axtarmağa başladım. Əlbəttə, o vaxtlar indiki kimi hər şeyə maraqlı şagirdlərin sevimli dostu olan, nə lazım olsa, bir anın içində tapıb ovcunun içinə qoyan (uşaq və gənclər bu nemətin dəyərini anlamalı və bacardıqca çox faydalanmalıdırlar…) “Google” kimi dostumuz olmadığına görə bu proses bir qədər çəkdi və nəhayət, doqquzuncu siniflərin birindən onların gündəlik işlətmədikləri bir kitab – “ IX sinif Ədəbiyyat Müntəxəbatı ” kitabı tapdım. Bu kitabın Aşıq Ələsgərə aid bölümündə ayrı-ayrı parçalar şəklində müxtəlif nümunələr var idi:
Bahar fəsli yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı –
Tutmaz bir-birindən “aralı” dağlar.
***
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllimim Həsən müəllimdən (Allah rəhmət eləsin!) bu “aralı”nın əslində alalı – fərqli , “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu öyrəndim… Və o gündən bu günə sanki, namaz sözləri kimi gün ərzində – hər gün özümdən asılı olmayaraq dəfələrlə təkrar edirəm… Əgər, bu sətirləri nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı, otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa bunu əminliklə təsdiq edəcəklər. Bununla bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ: Hərbi xidmətdə olanların “kazarma” – əsgər yataqxanası haqqında yəqin ki, təsəvvürləri var. Olmayanlar üçün qeyd edim ki, 100-200 nəfərin birlikdə yaşadığı, hərənin öz çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq üçün yer) və digər yardımçı otaqlar nəzərdə tutulmuş böyük bir ev. «Ev» sözün əsl mənasında ev. Öz evlərində doğmaca ailə üzvləri ilə yola getməyənlər bu evdə elə yaxşı yola gedirlər ki… İndi deyəcəksiniz bütün bunların məsələyə nə dəxli?.. Əlbəttə, dəxli var. Bu hal digər xidmət yerlərində də olub. Ancaq BABKM –da oxuduğum vaxt uzun müddət olduğu üçün bu “kazarma”nı misal çəkmək istədim. Deməli, düz dörd il boyunca sərasər hər gün səhər idmanından sonra (yay, qış fərq etmir) “kazarma”nın o başından yuyunub, qurulana-qurulana öz çarpayımın yanına gələnədək – o başdan, bu başa:
Bahar fəsli yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı gədanı –
Tutmaz bir-birindən “aralı” dağlar.
– bu bəndi o qədər demişdim ki, artıq mən: “Bahar fəsli yaz ayları gələndə…” – deyən kimi, bir-iki nəfər, – “…şair yenə başladı…” – deyənləri çıxmaq şərti ilə, “kazarma”-da olub öz işləri ilə məşğul olan (üzün qırxan, yaxalıq tikən, daranan) uşaqların böyük əksəriyyəti bir ağızdan: “Süsənli, sünbüllü, lalalı dağlar” – deyə səsimə səs verirdilər…
Bu vərdişim günü bu gün də dəyişməyib, elə bil əlimə su dəyəndə, dağlar, buz bulaqlar yadıma düşür və sövq-təbii Dədə Ələsgəri, “Dağlar”ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli yaz ayları gələndə…” qopur dilimdən… Onu da qeyd edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də, “…şair yenə başladı…”- deyənlərdəndir… Baxmayaraq ki, o da “İbtidada Əlif Allah”ı tam əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan, sadəcə, Günəşin, Ayın, gecənin, gündüzün evi bildiyim dağların böyüdükcə daha geniş anlam kəsb etdiyini anlamağa başladım. Azərbaycanı qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım artdıqca ölkəmizdə də, dünyanın digər yerlərində də insanların olduqca müxtəlif səbəblərdən müxtəlif dağları müqəddəs bilib, ziyarətə getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim… Bir vaxtlar qeyri-ixtiyarı, sadəcə, nəyə görəsə xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim üçün, bəlkə də başqa bir səbəbdən əzbərlədiyim misralar, sonralar oxuduğum və bu gün də yenilərini oxumaqda davam etdiyim dağlar haqqında nümunələr daim fikrimi məşğul edir. Almanaxla tanış olduqca burada toplanmış fərqli zamanlarda, müxtəlif statuslu, müxtəlif yaş qruplarına aid, müxtəlif nəsillərin nümayəndələri tərəfindən dağlara xitabən qələmə alınmış nümunələri oxuduqca siz də bu barədə düşünə bilərsiniz… “Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin şüuraltı bilincində Tanrının Göydə olması anlayışı yer tutduğundan, dağların da Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə onu qutlaşdırır, Yer üzərində Tanrının təcəllisi səviyyəsinə qədər yüksəldib, tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik, zatda varolma anlayışlarını qəbul edib, etməməsindən asılı olmayaraq, insan yardım istəmək, şikayət etmək, tərifləmək istədiyi yaradanı, güc-qüdrət sahibini görmək istəyir və Yer üzündə görüb, tanıdıqlarından yalnız dağı, dağları bu mərtəbəyə layiq bilib onunla eyniləşdirir. Öz yaradanının daim gözünün önündə – məchul deyi, əlçatan olmasını arzu edir və bu istəyin gücü ilə Tanrını dağların timsalında bir məbud kimi görərək onun varlığın “Dağlar” obrazında reallaşdırır. Bu xüsusda yenə Dədə Ələsgərdən bir misal gətirmək istəyirəm:
Yoxsulu, ərbabı, şahı, gədanı –
Tutmaz bir-birindən alalı dağlar.
Misaldan göründüyü kimi, bəşər övladına bu günə qədər məlum olan bütün məlumat qaynaqlarının hamısı nəzərə alınmaqla, yalnız və yalnız Böyük Allaha məxsus olan, onun “Adil” adının hökmlərindən irəli gələn, “ədalətlilik”, “bərabərlik” prinsiplərini, yəni qarşısındakıları, yaratdıqlarını, bütün mövcudatı bərabər görmək, onları bir-birindən fərqləndirməmək sifətini əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir oğlu “Dağlar” obrazının üzərinə proyeksiya edir. Məhz bu xüsusiyyətinə görə Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir və özündən əvvəlkilərdən və sonrakılardan seçilir. Dahi söz ustadının yaratdığı “Dağlar” Adil Allah kimi heç kimi, heç bir xüsusiyyətinə görə bir-birindən fərqləndimir, ayrı-seçkilik etmir… Bu minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin Abdala məxsus “Dağlar” adlı ilk nümunədən üzü bəri bu gün də yazılan nümunələrdə kefimiz kök olanda dağları vəsf edir, şəninə təriflər yağdırır, ələmə qərq olanda isə özümüz özümüzdən dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət umuruq… Bunu da qeyd etməsəm olmaz… Son vaxtlar nədənsə, dilimdən daha çox:
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
– bu bənd qopur və Dədə Ələsgərin dilindən, özüm üçün dəfələrlə, dönə-dönə təkrar edirəm:
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
Otuz ildən artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün ərzində dəfələrlə səbəbini bilmədən, qeyri-ixtiyari təkrarladığım misraları indi Dədə Ələsgərin nələr hiss etdiyini, nələr çəkdiyini bir köynək daha yaxından anlayaraq, xüsusilə təklikdə qalanda dönə-dönə, düşünə-düşünə təkrar edirəm:
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
Ancaq, neyləmək olar… Ölmək də olmur… Bu dünyanı yaşamaq, çözmək məcburiyyətindəyik… Bu fikir məni o qədər məşğul edir ki, yenə dağlar qoynunda – Şamıxıda olduğum vaxtlarda ölüm haqqında belə kiçik, ancaq ölümün tam tərifi kimi alınmış «Ölüm nədir?» adlı bir şeir yazmışam:
Ölüm, ən şirin nemət,
Ən sonuncu diləkdir…
Ölüm, sonuncu fürsət,
Ümidsizə ümiddir…
07.01.2014.
Şamaxı
Çalışın ölümdən uzaq olun, həyatdan zövq almağa çalışın… Nə olur-olsun yaşamaq gözəldir… Heç bir səbəb onu bilərəkdən sonlandırmağa əsas ola bilməz. Sənin çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin çıxış qapısı var ki, əslində bu yer həyatını yaxşıya döğru dəyişəcəkb bir dönüş nöqtəsidir…
Odur ki, mən də şalışıram tək qalmayım:
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
– deməyim.
Tuncay mənə nə qədər “…şair yenə başladı…” desə də, mən elə: “Bahar fəsli yaz ayları gələndə…” – deməyə davam edim…
Allah sənə qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər! Ruhun şad olsun!..

Qeyd:
“Dağlar” almanaxı ilə maraqlananlar bu lingdən DAĞLAR keçid edib oxuya bilərlər.

Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Aşıq ƏLƏSGƏR qədim Göyçə mahalının Ağkilsə kəndində 1821-ci ildə Novruz bayramı günü dünyaya göz açmışdır. Onun atası Alməmməd işgüzar və halal zəhməti ilə dolanan, həlim təbiətli bir kişi idi. O, həm də xalq arasında bir şair kimi tanınırdı. Yaradıcılığından əldə olan nümunələr püxtə sənətkar qələminin məhsulu kimi diqqəti cəlb еdir. Onun “Insan”, “Görmədim”, “Еylər-еylər” rədifli şеirlərini aşıqlarımız indi də ustadnamə kimi oxuyurlar. Ələsgərin anası Pərizad qonşu Zərzibil kəndindən olan Kalvayı Abbas adlı mötəbər bir kişinin qızı idi. Çox mеhriban olan bu ailədə Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlan, Fatma və Qızxanım adında iki qız Alməmmədlə Pərizadın sеvinclərinə səbəb olduğu kimi, onların qayğısını da artırmışdı. Əsas məşğuliyyəti əkinçilik olan Alməmmədin əlindən dülgərlik də gəlirdi. Səkkiz baş ailəni dolandırmaqda çətinlik çəkən Alməmməd əkinbiçindən sonra Kəlbəcərin mеşələrindən ağac gətirər, cüt (xış), boyunduruq, kürək, şana, cəhrə, nəhrə, çanaq, hövsər, çömçə, qaşıq və s. düzəldib satar, ailəni korluq çəkməyə qoymazdı. Ailənin böyük uşağı olan Ələsgər 14-15 yaşına çatanda kəndlərində Kərbəlayı Qurban adlı birisi Alməmmədin yanına gəlib, onu dilə tutmuş, köməksiz olduğundan şikayətlənmiş, bir nеçə il Ələsgərin onlara kömək еtməsini xahiş еləmişdi. Ələsgər Kərbəlayı Qurbanın еvində dörd il işləmiş, bu müddətdə özünün işgüzarlığı, mərifət-qanacağı ilə hörmət qazanmışdı. Kərbəlayı Qurban onu oğul gözündə görürdü. Axır vaxtlar Kərbəlayı Qurbanın yеganə qızı Səhnəbanı ilə Ələsgərin arasında səmimi bir məhəbbət də yaranmışdı. Kərbəlayı Qurban bu işdən xəbər tutanda çox şad olmuş və Ələsgəri yanında həmişəlik saxlamaq üçün gəncləri еvləndirmək fikrinə düşmüşdü. Lakin Kərbəlayı Qurbanın qardaşı Pullu Məhərrəm bu məsələni еşidəndə, Ələsgəri qovdurmuş və Səhnəbanını öz oğlu Mustafaya almışdı. Nökərlikdən bir ağır qəm yükü ilə еvlərinə qayıdan Ələsgər ilk məhəbbətini isə acı təsirindən ömrünün sonuna qədər ayrıla bilməmişdi. Alməmməd kişi еşqin, məhəbbətin nə olduğunu yaxşı bilirdi. Onu da yəqin еləmişdi ki, bu boy-buxunlu, kamallı oğlundan yaxşı aşıq olar. Oğlunun hələ nökər olduğu illərdə şеir söyləməyindən, saza-sözə, aşıqlıq sənətinə olan marağından da halı idi. Odur ki, Kəlbəcərin Qanlıkənd kəndindən ona bir saz alıb gətirdi. Çox kеçmədi, Ələsgərin əli saza yatdı, çalıb-oxumağa başladı. Ancaq nə qədər yaxşı çalıb nə qədər gözəl oxusa da, Alməmməd kişi oğlunun ustada еhtiyacı olduğunu bilirdi. Ələsgərin püxtələşməsi, bir aşıq kimi yеtişməsi üçün onu o zaman Göyçədə məşhur olan Qızılvəngli Aşıq Alıya şəyird vеrdi. Ələsgər Aşıq Alının yanında bеş ilə qədər şəyird qaldığı müddətdə özünün qеyri-adi istеdadı sayəsində bu müqəddəs sənətin sirlərini öyrəndi və müstəqil aşıqlıq еləməyə başladı. O, az bir müddətdə xalq arasında böyük şöhrət qazandı, səsi-sorağı hər yana yayıldı. Göyçədə ustad aşıqlardan söhbət düşəndə, Ələsgərin adı Aşıq Alının adı ilə yanaşı çəkilirdi. Saz-söz həvəskarları bu aşıqları müqayisə еləməyə başladılar; hansı güclüdür, hazırcavabdır; Aşıq Alımı, yoxsa Aşıq Ələsgərmi? Aşıq azarkеşləri arasında olan bu söhbət qızğın mübahisəyə səbəb oldu. Onlar aşıqları qarşılaşdırmaq qərarına gəldilər. Aşıq Alıya: “Ələsgər hər yеrdə sənin bədinə danışır”, “Ələsgər sənin sözlərini bəyənmir”, “Ələsgər özünü səndən üstün tutur” kimi yalan xəbərlər çatdırmağa başladılar. Onlar yaxşı bilirdilər ki, xasiyyətcə tündməcaz olan və tеz əsəbiləşən Aşıq Alı çuğulların bеlə sözlərindən qəzəblənəcək və Aşıq Ələsgərlə dеyişəcəkdir. Nəhayət, kələkləri baş tutdu. Birinci çuğulun dеdiyinə inanmayan Aşıq Alı, ikincinin, üçüncünün… sözlərinə inandı və Ələsgəri “susdurmaq” qərarına gəldi. Təxminən 1850-ci illərdə Göyçənin Qızılbulaq (Çaxırlı) kəndində, Böyük Ağanın еvində məqsədli təşkil еlətdirdiyi məclisdə dеyişməyə əvvəlcədən hazırlaşmış olan Aşıq Alı sazını götürüb mеydana çıxdı və şəyirdini dеyişməyə çağırdı. Ələsgər nə qədər yalvarıb-yaxardısa da, Aşıq Alı inadından dönmədi, Ələsgəri dеyişməyə məcbur еlədi və özü məğlub oldu. Bu işdə hеç bir günahı olmadığını söyləyən Aşıq Ələsgər ustadından dönə-dönə üzr istəyib, onu sakitləşdirməyə çalışdısa da, Aşıq Alı əsəbi halda məclisi tərk еlədi… Aşıq Ələsgər kəskin hafizəsi və həmişə öyrənməyə cəhd göstərməsi sayəsində zəngin bilik əldə еtmişdir. Oğlanlarının, onu görmüş qocaların söylədiklərinə görə, Ələsgər dövrünün ziyalıları və din xadimləri ilə ünsiyyətdə olar, onlara tarixi, bədii və dini kitablar oxutdurub, qulaq asmağı çox sеvərmiş. Dini mübahisələr zamanı mollalar, axund və qazilər, hətta şеyxlər onun dеdikləri ilə razılaşmalı olurmuşlar. Aşıq Ələsgərin şеirlərində Firdovsinin, Nizaminin, Nəsiminin, Füzulinin, Hafizin adlarının çəkilməsi, “Onlar da yazdığı, ayə, məndədi” dеməsi təsadüfi sayılmamalıdır. Aşıq dinləmə yolu ilə onların əsərlərindən çox şеy öyrənmişdir. Yaradıcılığında rast gəldiyimiz “Şəninə dastan yazıram, Rüstəmin dastanı kimi”, “Rüstəmin Rəxşi kimi gətirir cövlana, dеyin”, “Ürəyim bir Kərəmə, bir Şеyx-Sənana yanır”, “Səxavətdə misli Hatəm, səddə İsgəndər kimidi”, “Qəlbdən yas tuturam Məcnuna, Fərhada bu gün”, “Hüsndə Yusifsanı, kamalda Loğman kimidi”, “Hər yana kağız dağıldı, Sülеyman fərmanı kimi”, “Min yaşasın Ismayılı, nərəsi Hеydər kimidi”, “Еrkək yan-yana kəsildi, Minanın qurbanı kimi” və b. ifadələr dеyilənləri təsdiq еdir. Aşıq Ələsgərin bədahətən şеir söyləməsi də hamını hеyrətləndirərdi. Onu görmüş, məclislərində olmuş qocaların, şəyirdlərinin dеdiklərinə görə, Aşıq, yеri gələndə, sazı sinəsinə basar, şеri еlə oradaca bədahətən yaradar, həmin şеirlərini yadında saxlar, sonradan şəyirdlərinə öyrədərmiş. Böyük sənətkarın qarşı-qarşıya söhbət еlədiyi adamların fikrindən kеçənləri bilməsi də bir möcüzəydi. Bəlkə, еlə bu səbəbdəndi ki, Aşıq dеyişmə zamanı hеç bir sual qarşısında aciz qalmamışdır. Haqqında söylənilən xatirələrdən, dastan-rəvayətlərdən öyrənirik ki, o, həm də baş vеrəcək bir çox hadisələri əvvəlcədən yuxuda görürmüş. Şеirləri içərisində onun bеlə bir еtirafı da diqqəti cəlb еdir: Oxuram inna-fətəhna, Mətləb allam yuxuda; Şahi-Mərdan nökəriyəm, Dərsimi pünhan vеrir. Yеnə söylənilən dastan-rəvayətlərdən və xatirələrdən məlum olur ki, Dədə Qorqud kimi Aşıq Ələsgərin də alqışı və qarğışı böyük təsir gücünə malik imiş. Dəli Alıya həsr еlədiyi bir müxəmməsində dеyilir: Hər məclisdə duaçıyam, Günbəgün ucalır səsim; Barilahim, irəhm еylə, Yеrə düşməsin nəfəsim; Oğul vеr iki qardaşa, Bir qurban da özüm kəsim… Dəli Alının dostlarından olan bu “iki qardaş” Goranboyun Qaramusalı kənd sakinləri Əsəd ilə Molla Qasımdır. Aşığın bu duasından sonra Allah onlara bir yox, bir nеçə oğul bəxş еləmiş və bu münasibətlə Dədə Ələsgər qurban kəsmişdi. Dastanlarımızın bir çoxunda olduğu kimi, Aşıq Ələsgərə də yuxuda vеrgi vеrilməsini söyləyən aşıqlar onun “Qabaqda” rədifli qoşmasının dеyilməsini bununla əlaqələndirirlər. Özünün əxlaqı, xasiyyəti, davranışı ilə hamıya nümunə olan, yaratdığı şеirlərdə dinləyənlərə düzgün yol göstərən, ədalətli olmağı, haqqın tərəfini saxlamağı təbliğ еdən aşıq bütün bunlara görə “Haqq aşığı” adlandırılmış, həmişə ona pərəstiş еlənmiş, çətin işə düşənlərsə ondan nicat diləmiş, vəfatından sonra qəbrini ziyarətgaha çеvirmişlər
Q O Ş M A L A R

EYLƏMİŞƏM
Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm,
Ah-vayınan günüm keçib dünyada,
Dərd alıb, qəm satıb, nəf eyləmişəm.
Səndən ayrı şad olmuram, gülmürəm,
Canımdan bezmişəm, ölə bilmirəm,
Nə müddətdi qulluğuna gəlmirəm;
Bağışla təqsirim, səf eyləmişəm.
Həsrət qoyma gözü gözə, amandı!
Yandı bağrım, döndü közə, amandı!
Keçən sözü çəkmə üzə, amandı!
Hədyan danışmışam, laf eyləmişəm,
İnsafdımı, gülə həmdəm xar ola?
Tülək tərlan ovlağında sar ola?
Ələsgər istəyir bir bazar ola,
Seçmişəm gövhəri, saf eyləmişəm.

QOYMADI
Heç kəs mənim kimi keçib sərindən,
Sinəsin oxlara nişan qoymadı.
Könül pərvazlandı yarı görməyə,
Qar kəsdi yolları, boran qoymadı.
Yar çıxdı qarşıma yaman halımda,
Gözüm qaldı o bimürvət zalımda,
Söynalı başını qoydu yolumda,
Hüseyn pəl vurdu, Hasan qoymadı.
Ağ çit dizlik geyib, göbəsi ala,
Gör necə çinləyib qabağa, dala,
Əndamın quyruqdu, asta çalxala,
Aldı, məndə dinü-iman qoymadı.

YARAŞIR
Sallana-sallana gələn Salatın,
O sərxoş yerişin yola yaraşır.
Salıbsan gərdənə heykəl həmayil,
Qızıl bazubəndlər qola yaraşır.
Sinəm dərd əlindən oldu yaralı,
Səni görənlərin çaşır xəyalı,
Bürüyüb zülfünü başının şalı,
Heratı kəlağay şala yaraşır.
Könlüm mayil olub siyah telinə,
Nazik barmağına, şümşad əlinə.
Əcəb qurşanıbdı incə belinə,
Gümüş kəmər qəddi-dala yaraşır.
Olmaz sənin kimi bir qönçə dəhan,
Behiştdən gəlibsən, ay huri-qılman!
Tutubsan dəstində bənövşə, reyhan,
Gülgəz yanağına lala yaraşır.
Yazıq Ələsgərə çoxdu zavalın,
Aparır ağlımı günəş camalın.
Nə göyçək görünür üzündə xalın,
Gülgəz zənəxdanın xala yaraşır.

YAXŞIDI
Arif olan, gəlin sizə söyləyim,
İyid sözü mərd-mərdanə yaxşıdı.
Kişi gərək dediyindən dönməsin,
Biilqardan bir zənana yaxşıdı.
Qəlbi düz alanın evi hac olu,
Qonşuya kəc baxan özü ac olu,
İkiarvadlılıq mardan acı olu,
Bez geydirsən bir canana yaxşıdı.
Ələsgər kövsərdən badə içəndə,
Gəşt eləyib, mərd-namərdi seçəndə,
Güzəran xoş olub, gün xoş keçəndə,
Ağ otaqdan tövləxana yaxşıdı.
Təqdim edir: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

BİR MÜƏLLİM TANIYIRAM
(Vəliyev İlham Əli oğlu haqqında)

Məqalə müxtəlif saytlarda yayımlanmaqla bərabər aşağıdakı mətbu orqanlarda ənənəvi qaydada dərc olunmuşdur:
1.“Bir müəllim tanıyıram”, “Təzadlar”,01.10.2019, say: 45 (2230), s,13,
2.“Bir Müəllim tanıyıram”, “Ədalət”,03.10.2019, say: 158 (5622), s,8,
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

STEREOTİPLƏRİ YOX EDƏN ADAM
(Vəliyev İlham Əli oğlu haqqında)
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri), son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba və bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri formalaşmış stereotipləri qırıb, məhv edən adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq, görüşdən əvvəl bu il məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də, Qulu baba deyənləri təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi Paşa bildirdi ki, yay sessiyasına gələn kimi İlham müəllim onları da şəxsən akt zalında iclasa toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.
Qısa arayış:
Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

Görüş və söhbətimiz çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə hamı dayandığı mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı, etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim. Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.
QEYD:
Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.
Bundan əlavə “TƏZADLAR” qəzetinin N: 23 (2119) 4 iyul 2017 – ci il sayında dərc olunmuşdur.
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

QACARLAR SƏLTƏNƏTİ HAQQINDA MƏLUMAT
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən
1920-ci il mayın 17-də rus qırmızı ordusunun hissələri ağqvardiyaçıların apardıqları gəmiləri geri qaytarmaq bəhanəsi ilə Gilan vilayətinə soxuldular. 1920-ci il iyunun 5-də İranın Xəzəryanı ərazilərində Gilan Sovet Sosialist Respublikası elan edildi.
Başçısı Mirzə Küçük xan, xarici işlər komissarı Seyid Cəfər Pişəvəri, hərbi komissarı isə gürcü əsilli çar polkovniki Vasili Karqaleteli olan bu qurum 1921¬-ci il iyunun 5-də İran Sovet Sosialist Respublikası adlandırıldı. 1920-ci ilin avqustunda və 1921-ci ilin iyununda rus hərbi müşavirlərinin rəhbərlik etdikləri İran qırmızı ordusunun Tehran istiqamətində hücumları şah ordusu tərəfindən dəf edildi.
1921-ci il fevralın 21-də İranda baş nazir Fətulla xan Əkbərin hökumətinin istefaya göndərilməsi ilə nəticələnmiş dövlət çevrilişi baş verdi. Çevrilişin iki əsas rəhbərindən biri Rza Pəhləvi idi. Bundan beş gün sonra – fevralın 26-da sovet–İran dostluğu haqqında müqavilə imzalandı. Müqavilənin şərtlərinə uyğun olaraq, 1921-ci il sentyabrın 8-də rus qoşunları İran ərazisini tərk etdilər. Sentyabrın 29-da Gilan kommunistləri ilə Mirzə Küçük xanın tərəfdarları arasında toqquşmalar başladı. Mirzə Küçük xan Qacar hökuməti ilə danışıqlara başlamaq istəsə də onun bu təklifi Gilan üzərinə hücuma hazırlaşan İran qoşunlarının komandanı Rza Pəhləvi tərəfindən rədd edildi.
Noyabrın 2-də Qacar ordusu İranın Gilan üzərində suverenliyini bərpa etdi. Bu uğura baxmayaraq davamlı mübarizə şəraiti Qacarlar sülaləsini zəiflətdi. General Rza Pəhləvi isə İranın ərazi bütövlüyünü bərpa etmiş bir hərbçi kimi şöhrət və nüfuz qazandı. 1925-ci il oktyabrın 31-də İran kazak briqadasının zabiti Rza Pəhləvi Qacarlar sülaləsini devirdi. İranda Pəhləvilər sülaləsi quruldu.
Rza şah Pəhləvinin 1894-cü ildən 1920-ci ilədək xidmət etdiyi İran kazak briqadası 1879-cu ildə Rusiya kəşfiyyatı tərəfindən yaradılmış hərbi struktur idi. 1920-ci ilə qədər bu briqadanın bütün komandirləri rus zabitləri olmuşlar:
1) Briqadanın birinci komandiri (1879–1882) süvari generalı Aleksey İvanoviç Domontoviç (1846–1909) bu vəzifəyə təyin edilənədək Qafqaz hərbi dairəsində xüsusi tapşırıqlar üzrə qərargah zabiti olmuşdur.
2) Briqadanın ikinci komandiri (1883–1885) general-mayor Pyotr Vladimiroviç Çarkovski 1879-cu ildə çarın əmri ilə mülki vəzifəyə keçirilərək Türkiyənin Trabzon şəhərindəki rus konsulluğuna ştatdankənar katib təyin edilmiş, dörd il sonra yenidən hərbi xidmətə qaytarılıb İrana ezam olunmuşdur.
3) Briqadanın üçüncü komandiri (1885–1891) general-leytenant Aleksandr Nikolayeviç Kuzmin-Karavayev (1862–1923) Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə ober-zabit, xüsusi tapşırıqlar üzrə qərargah zabiti və kiçik kargüzar olmuş, uzun illər Asiya ölkələrində hərbi kəşfiyyatçı missiyasını yerinə yetirmişdi. O, Cənubi Qafqaz, İran və Əfqanıstan üzrə mütəxəssis idi. 1918-ci ildə könüllü şəkildə bolşeviklərin tərəfinə keçmiş, 1920-ci ilədək Qırmızı Orduda xidmət etmiş, sonra Yuqoslaviyaya köçmüş və orada vəfat etmişdir.
4) Briqadanın dördüncü komandiri (1891–1894) polkovnik Aleksandr Konstantinoviç Şneur (1884–1977) daşnak Ermənistanının hərbi kəşfiyyat bölməsinin ilk rəisi olmuşdur.
5) Briqadanın beşinci komandiri (1894–1903) general-leytenant Vladimir Andreyeviç Kosoqovski (1857–1918) 1889-cu ildə Qafqaz hərbi dairəsinin qərargahında tapşırıqlar üzrə ober-zabit, 1890-cı ildə Semireçensk (Qazaxıstan) vilayətindəki qoşunların komandanı yanında xüsusi tapşırıqlar üzrə qərargah zabiti, 1890–1894-cü illərdə Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə qərargah zabiti olmuşdur. O, hərbi şərqşünas və təcrübəli kəşfiyyatçı idi. V.Kosoqovski yalnız hərbi-siyasi məsələləri öyrənməklə kifayətlənmir, ipək istehsalı, Tehranın su təchizatı və kanalizasiya sistemi haqqında məlumatlar toplayırdı. Onun İrandan göndərdiyi kəşfiyyat informasiyasına yüksək qiymət verilirdi. Rus ordusunun İrandan o vaxt Böyük Britaniyanın müstəmləkəsi olan Hindistana yürüş planı da V.Kosoqovski tərəfindən diqqətlə işlənmiş, qüvvələrin mümkün hərəkət marşrutları, su maneələrinin dəf olunacağı yerlər, bu zaman istifadə ediləcək vasitələr, ordunun arxa təminatı kimi məsələlərə xüsusi diqqət yetirilmişdi. V.Kosoqovski 1918-ci ildə bolşeviklər tərəfindən güllələnmişdir.
6) Briqadanın altıncı komandiri (1903–1906) general-leytenant Fyodor Qriqoryeviç Çernozubov (1863–1919) 1894–1897-ci illərdə xüsusi tapşırıqlar üzrə qərargah zabiti, 1900–1903-cü illərdə Qafqaz hərbi dairəsinin komandanının sərəncamında olmuşdur. 1918–1919-cu illərdə Denikinin ordusunda bolşeviklərə qarşı döyüşmüş, öz əcəli ilə vəfat etmişdir. O, hərbi kəşfiyyata dair bir neçə məqalənin müəllifi idi.
7) Briqadanın yeddinci komandiri (1906–1909) general-leytenant Vladimir Platonoviç Lyaxov (1869–1920) 1900–1904-cü illərdə Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə qərargah zabiti vəzifəsində xidmət etmişdir.
8) Briqadanın səkkizinci komandiri (1909–1914) general-leytenant Nikolay Petroviç Vadbolski (1869–1944) 1905–1907-ci illərdə Uzaq Şərqdə ordu qərargahının general-kvartirmeyster idarəsində xidmət etmişdir. Bu idarə digər məsələlərlə yanaşı kəşfiyyat işinin təşkili ilə də məşğul olurdu. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanları (Kəşfiyyat və əks-kəşfiyyat bölməsi) 1919-cu il martın 28-də məhz Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeyster şöbəsinin nəzdində yaradılmışdır.
9) Briqadanın doqquzuncu komandiri (1914–1915) polkovnik Nikolay Vasilyeviç Prozorkeviç, bir məlumata görə, hərbi kəşfiyyatçı olmuşdur.
10) Briqadanın onuncu komandiri (1915–1917) general baron Vladimir Nikolayeviç Maydel (1864–?) 1894–1896-cı illərdə Zakaspi vilayətinin qərargahında tapşırıqlar üzrə ober-zabit, 1898-ci ildə isə 9-cu ordu korpusunun qərargahında xüsusi tapşırıqlar üzrə ober-zabit olmuş, 1918-ci ildə könüllü şəkildə bolşeviklərin tərəfinə keçmiş, 1919–1920-ci illərdə Qırmızı Ordunun Baş Qərargahında xidmət etmiş, 1921–1930-cu illərdə hərbi məktəblərdə tədrislə məşğul olmuşdur. 1930-cu ildən sonrakı taleyi məlum deyil.
11) Briqadanın on birinci komandiri (1917–1918) Georqi İosifoviç Klerje (1883–1938) 1909–1917-ci illərdə Qafqaz hərbi dairəsinin və 1-ci Qafqaz korpusunun qərargahlarında tapşırıqlar üzrə ober-zabit, Baş qərargahın baş idarəsinin kargüzarı olmuş, 1919–1921-ci illərdə vətəndaş müharibəsində iştirak etmiş, ağqvardiyaçı admiral Kolçakın ordusunun Baş Qərargahı yanında Məlumatlandırma idarəsinin rəisi vəzifəsinə, general rütbəsinə yüksəlmişdi. 1921-ci ildə Çinə mühacirət etmiş, 1922–1927-ci illərdə çinli marşal Zhang Zuolinin hərbi müşaviri, 1931–1933-cü illərdə gündəlik “Mukden” qəzetinin baş redaktoru olmuşdur. 1938-ci ildə G.İ.Klerje yapon əks-kəşfiyyatı tərəfindən həbs olunmuş və ehtimala görə sovet kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilərək güllələnmişdir.
12) Bakı qubernatoru general-leytenant Dmitri Semyonoviç Staroselskinin (onun qubernatorluğu dövründə Bakıda ilk qadın gimnaziyası açılmış, Azərbaycan dilində ilk qəzet olan “Əkinçi” nəşr edilmişdi) oğlu, kazak briqadasının on ikinci komandiri (1918–1920) polkovnik Vsevolod Dmitriyeviç Staroselski (1875–1935) isə, zənnimizcə, Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəli olmamışdır. O, 1918-ci ilin əvvəllərində vətəndaş müharibəsindən qaçıb İrana getmiş və Əhməd şah Qacar tərəfindən briqadaya komandir təyin edilmişdi. Rza Pəhləvi 1920-ci ilin oktyabrında V.Staroselskini kənarlaşdırıb kazak briqadasının ilk iranlı komandiri olmuşdu.
Bu zabitlərin əksəriyyətinin hərbi kəşfiyyatçı olduğu onların bioqrafik məlumatlarından aydın şəkildə görünür. Briqadaya rəhbərlik etmiş digər şəxslərin də kəşfiyyata aidiyyəti məsələsinə, zənnimizcə, aydınlıq gətirə bildik. Məlumdur ki, eyni mühitdə (ailə, yaşayış yeri, təhsil, peşə) yetişmiş insanlar arasında ümumi cəhətlər mövcud ola bilər. Sözügedən zabitlərin xidmət yollarını bir-birinə bənzədən isə həm də odur ki, onların əksəriyyəti İran ezamiyyətindən əvvəl bu ölkənin sərhədlərinə yaxın ərazilərdə xüsusi tapşırıqlar üzrə qərargah zabiti vəzifəsini icra etmişdir. Deyilənə görə, həmin vəzifə rus çarı I Nikolay tərəfindən xaricdə məxfi əməliyyatların təşkil olunması və keçirilməsi məqsədilə təsis edilmişdir.
Beləliklə, şübhə doğuran bütün halları nəzərə alaraq ehtimal edə bilərik ki, kazak briqadasının on iki komandirindən ən azı onu Rusiya hərbi kəşfiyyatının rezidenti olmuşdur. Qeyd olunanlardan çıxardığımız əsas nəticə isə budur ki, rus hərbi kəşfiyyatçıları ümimilikdə 19 il Rza Pəhləvinin bilavasitə komandirləri olmuşdular. Bu isə o deməkdir ki, Rza xan birbaşa funksional vəzifələri cari və perspektiv əməliyyat imkanlarına malik şəxsləri aşkarlamaq, yoxlamaq, öyrənmək və məxfi əməkdaşlığa cəlb etmək olan əməliyyat işçilərinin tabeliyində xidmət etmiş, uzun müddət onlarla kontaktda olmuşdur.
Həmin münasibətlərin nə ilə nəticələndiyini aydınlaşdırmaq istəyiriksə, araşdırma zamanı belə bir məşhur deyimi rəhbər tutmalıyıq: “Onları meyvələrinə (əməllərinə) görə tanıyın!”…
Müəllif: Araz ŞƏHRİLİ
İlkin mənbə: etikxeber.az
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.r

Zaur Ustac 8 (14) yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan” (1), “Ülyahəzrət” (2), “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir.
ZAUR USTAC HAQQINDA PROFESSOR, TƏNQİDÇİ-ƏDƏBİYYATŞÜNAS QURBAN BAYRAMOV YAZIR:
Zaur Ustac – qələmdar olmaq missiyası
(Tənqidçinin xəfif eksklüziv münasibəti…)
Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün.
Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!
QurbanBayramov,tənqidçi-ədəbiyyatşünas, doktor-professor,“Fədakar alim” ,”Elm fədaisi”,“Ən yaxşı Vətənpərvər tədqiqatçı alim”, “Vintsas” mükafatları diplomantı,“SəmədVurğun mükafatı” laureatı,1984-cü ildən AzərbaycanYazıçılar Birliyinin üzvü28.04.2020
MƏQALƏ KİTABLARDA ÖN SÖZ KİMİ:
Zaur Ustac “Qədimliyə bürünmüş yenilik” (şeirlər).
Qələndər Xaçınçaylı “Taclı şair” (Zaur Ustac haqqında).
MƏQALƏNİN YAYIMLANDIĞI MƏTBU ORQANLAR:
ƏNƏNƏVİ QAYDADA:
“TƏZADLAR” qəzeti N : 12 (2253) 5 may 2020-ci il. səh. 14.
“HƏFTƏ İÇİ” qəzeti N : 42 (3280) 5-6 may 2020-ci il. səh. 8.
“ƏDALƏT” qəzeti N : 69 (5729) 16 may 2020-ci il. səh. 11 və 14.
“KREDO” qəzeti N : 35 (1015) 01 oktyabr 2020-ci il. səh. 10.
“ƏDƏBİYYAT QƏZETİ” N : 46 (5274) 17 oktyabr 2020-ci il. səh. 29.
ELEKTRON QAYDADA:
ZAUR USTACIN İDARƏÇİLİYİNDƏ OLAN SAYTLAR:
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
ZAUR USTAC HAQQINDA OLAN KİTABLAR:
1. Hacıxanım AİDA “ÖMRÜN ANLARI ” Bakı – 2018.
2.Hacıxanım AİDA “OTUZ ŞEİR, OTUZ FİKİR ” Bakı – 2018.
3. Gülü “ZAUR USTAC” Bakı – 2020.
4.Qələndər Xaçınçaylı “TACLI ŞAİR” Bakı – 2020.
5. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021.
YAZARLAR.AZ

Yeni kitabların nəşrinə görə “Yazarlar” jurnalı tərəfindən verilən mükafat.
Award of Azerbaijan for new books. From The “Yazarlar” Magazine.
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Ayətxan Ziyad– İsgəndərov Ayətxan Ziyatxan oğlu — azərbaycanlı yazıçı-jurnalist, tədqiqatçı. SSRİ Jurnalistlər İttifaqının (1980), Azərbaycan Jurnalistlər Birliyinin (2010), Azərbaycan Yazıçılar Birliyinin (2015) üzvü.
AYƏTXAN ZİYADIN HƏYATI BARƏDƏ
Ayətxan Ziyad (İsgəndərov) 15 oktyabr 1951-ci ildə Hacıqabul şəhərində dünyaya gəlmişdir. 1959-69-cu illərdə Hacıqabul şəhəri Xilə yaşayış massivindəki 9 saylı dəmir yolu məktəbində təhsil almışdır.
Ayətxan Ziyad (İsgəndərov) böyük jurnalistikaya 1969-cu ilin avqustunda (orta təhsilini başa çatdırdığı il) Əlibayramlı şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə fakültə olaraq ilk dəfə həmin il fəaliyyətə başlayan ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ qazanmış və adı çəkilən fakültənin tələbəsi olmuşdur.Azərbaycan yazıçıları XX-XXI yüzillikdə (ensiklopedik məlumat kitabı). Bakı: Nurlar, 2011

Fakültənin yaradıcısı Nurəddin Babayevdən, akademik Məmməd Cəfərdən, professor Mir Cəlal Paşayevdən, Təhsin Mütəllimov, Zinyət Əlizadə və Əli Fəhmidən, Nəsir İmanquluyev, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəriman Zeynalov, Nüsrət Bağırov, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov və Əliş Nəbilidən dərs almışdır.

Tələbəlik illərində (1970-1975) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi Qapalı Səhmdar Cəmiyyət) fəal ştatdankənar müxbirlərindən olmuşdur.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışdığı dövrdə Qarabağ müharibəsinin ilk günlərindən ATƏŞKƏS-ə qədər hər ay bir, yaxud iki dəfə (hər dəfə bir həftə müddətinə) cəbhə bölgələrində ezamiyyətdə olmuş, dinləyicilərinə səngərlərdən əsgər həyatından reportajlar təqdim etmişdir. Hazırladığı verilişlər Dövlət Teleradiosunun Qızıl Fondunda və Müdafiə Nazirliyinin arxivində saxlanc edilmişdir. Ağdam, Füzuli, Tərtər, Şuşa, Xankəndi və Naxçıvan MR-də döyüş bölgələrindən hazırladığı verilişlər “Ədalət” qəzetinin keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülmüşdür. Qanlı 20 Yanvar hadisələrinə həsr etdiyi, lakin səslənməsinə qadağa qoyulan “Xalqı da ağladarlarmış, Allah, Allah, Allah!” radio verilişinin mətni “Şahidlər” kitabına daxil edilmişdir. Bütövlükdə isə Qarabağ müharibəsi mövzusunda qələmə aldığı radio verilişlərinin müəyyən qisminin (bir hissəsi “Karvanqıran ulduzların gecələdiyi ünvan” adı ilə “Gənc müəllim” qəzetində dərc edilib) “Əzəli Azərbaycan torpaqlarına işğalçılıq və qarət qəsdləri” kitabında çapı gözlənilir.
AYƏTXAN ZİYADIN YARADICILIĞI HAQQINDA
Qələmə aldığı əsərlər əsasən Azərbaycan Dövlət Radiosunda (1970-1994-cü illərdə) səslənmiş, “Çinar pöhrələri. I cild” (1979-cu il), “Yeraltı səltənət”, “Ölməzlik”, “Şahidlər” almanaxlarında, “Azərbaycan”, “Əbədi Şirvan”, “Kommunist Azerbaydjana”, “Dirçəliş – XXI əsr”, “Maarif işçisi”, “Təhsil”, “Azərbaycan məktəbi” jurnallarında, “Azərbaycan gəncləri”, “Bakı”, “Ədalət”, “Respublika”, “Azərbaycan”, “Xalq qəzeti”, “Panorama”, “Həftə içi”, “Paritet” və respublikanın bir çox qəzet, jurnal və toplularında nəşr edilmişdir.
AYƏTXAN ZİYADIN ƏDƏBİ – BƏDİİ ƏSƏRLƏRİ
“Sənsiz, yaxud Arifsizlikdə ötən ömür” (Bakı-2001, 400 səh.);
“Qazyanlı Mirhəbi ağa (ADPU-2010, 132 səh.);
“Qazyanlı Mirhəbi ağa” (təkrar nəşr, ULU-2010, 149 səh.).
“Hər hökmü zaman verir”, kiçik povestlər (Bakı-2010, 100 səh.).
“Məndən sonra…” ULU-2010, 616 səh.);
“ADPU-da qalan izim” (Bakı-2014, 400 səh.);
“Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi (hekayə, povest, kino-ssenari, poeziya)”. Türkiyə, Ankara, “İKSAD” publications, Oktyabr, 2019, 460 səh.
MONOQRAFİYA VƏ DƏRS VƏSAİTLƏRİ
“Şamaxının Kürdəmic kəndi. Tarix, publisistika, rəvayət” (Bakı-2014, 70×100 1/32, 536 səh.);“Dədə Qorqud” ünvanında sözüm” (kitaba müəllifin mart 2015-2017-ci illərdə qələmə aldığı elmi məqalə və resenziyalarından müəyyən qismi daxil edilmişdir). Bakı-ADPU-2018;
“Heydər Əliyev: xalqının, dövlətinin qürur ünvanı”. Bakı-“Ulu”-2019;
Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… dövlətinin hamisi”. Dərs vəsaiti. Bakı – 2019. 102 səh.
Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… dövlətinin hamisi”. Dərs vəsaiti. Türkiyə. LAP LAMBERT Akademik Publishing – 2019. 92 səh.
Azərbaycan LKGİ MK-nın Fəxri Fərmanı — 1980;
“Ədalət” qəzetinin xüsusi mükafatı. 1994-cü il. Hərbi mövzuda yazdığı məqalələrə görə;
«İlin alimi – İlin ziyalısı» diplomu. «Əsrin ziyalıları» Xeyriyyə İctimai Birliyi. 2012-ci il;
“İlhamlı Azərbaycan”. “Qafqaz-Media” İB-nin diplomu. 2019-cu il
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALININ YANVAR NÖMRƏSİ
BU SAYDA YER ALAN YAZARLAR:
Zaur Ustac – 3. Ayətxan Ziyad– 6
Təranə Məmməd -32 Şahnaz Şahin – 35
Adilə Nəzər -40 Araz Şəhrili – 50
Adil Cəfakeş -56 Təvəkkül Goruslu – 59
∑ = 64 səh. Çapa imzalanıb: 05.01.2021.

YAZARLAR JURNALININ YANVAR SAYI PDF:
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

YAZARLAR JURNALININ FEVRAL NÖMRƏSİ
BU SAYDA YER ALAN YAZARLAR:
Zaur Ustac -3. Ayətxan Ziyad – 5
Aydın Xan -21 Faruk Habiboğlu – 39
Kamal Camalov – 43 Araz Şəhrili – 52
İmran Nuri -55 Aysel Nazim – 66
Jurnal sosial-ictimai yönümlü “TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz
∑ = 70 səh. Çapa imzalanıb: 05.02.2021.

YAZARLAR JURNALININ FEVRAL SAYI PDF:
Baş redaktor: Zaur USTAC
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru