
GÜNAY ÜMİDLƏ MÜSAHƏBƏ
1. Şeir Günay Ümid üçün nədir?
Mən bu suala obrazli, poetik cavab verə bilərdim. Amma bunu etməyəcəm, çünki ŞEİR böyük hərflərlə Allahın lütfü, kiçik hərflərlə isə cəzası, sınağıdır.
2. İstmədiyiniz halda işlədiyiniz Mövzular olubmu?
Məktəbdə oxuduğum dönəmlərdə müsabiqələr üçün qoyulan mövzularda könülsüz şeir yazdığım olub.
3. Şeirlərinizin ilk Oxucusu kim olub?
Əvvəllər Anama oxuyardım, zaman keçdikcə daha dəqiq anladım ki, riyazi təfəkkürlü bir insana bu əziyyəti vermək ədalətsizlikdir))). Anamın riyazi təfəkkürü ona şeri sevməməyi, amma sonacan dinləməsi sadəcə istedadıma hörmət əlaməti olduğunu anladım. İndi demək olar ki “şeirlərimin ilk oxucusu” tanımadığım, görmədiyim oxuculardır.
4. Yaradıcılığınızda uğurlarınıza sevinən kimlər olub?
İstedadın yanında olan hər kəs sevinib.
5. Müasir Ədəbiyyat sizi qane edirmi?
Bu suala illər öncə “qane etmir” cavabını verirdim Zaman keçdikcə insan her şeyi olduğu kimi qəbul etməyə başlayir.
6. Yazdıqlarınız Cəmiyyətdə necə qarşılandı narazılığını bildirənlər olubmu?
Mən hələ də yerimdə olmadığımı düşünürəm Bəzən susqunluğu qışqırtılarımın fəryadına boğuluram Sonda da özümə təsəlli verib deyirəm ki, ” onsuz da şairi diri sevməyin cəmiyyətdə yaşayıram”.
7. İstərdinizmi Övladınız yolunuzu davam eləsin Şeirlərinizdən oxuyurmu övladınız?
Şairlik peşə olmadığı üçün bu suala belə cavab verəcəm, Əyər övladlarımda yazmaq bacarığı olsa “olmaz!” demərəm Çünki istedad mayali xəmir kimidi, onu qabın içində ağzı bağlı saxlasan da, O daşıb tökülməyə yer tapacaq. Oğlum yox, qızım çox sevir poeziyanı amma hələ mənim şeirlərimi oxuyub anlayacaq qədər böyüməyib.
8. Müharibə dövründə Şəhidlər verdik Qələbə sevincini yaşadıq Nələr yazdınız Şəhidlərə ağladıq Qələbə sevincimiz yerə göyə sığmadı hansı duyğuları misralara çevirə bildiniz?
Müsahibələrimin birində demişdim ki, nə qədər torpaqlarımız düşmən tapdağı altındadır, əsirlikdə qız, gəlinlərimiz var bizim Vətənpərvərlik şeirləri yazmağa haqqımız yoxdur Müharibə dövründə içimdəki işğal səsi qırıldı Və mən uzun illərən sonra vətənpərvərlik şeiri yazdım.
9. İlk kitabınızdan razısınızmı ürəyinizcə oldumu?
Kitabından o adamlar narazı olur ki, o kitabla Ədəbiyyata gəlməyə çalışır Mən isə Ədəbiyyatdan kitaba gələn şairlərdənəm.
10. Ədəbiyyat sizə nə verdi qazancınız nə oldu Oxucularınız sizi qəbul etdimi?
Ədəbiyyat mənə dünyaya daha fərqli, əslində olduğu kimi baxmağı öyrətdi – Məsələn, günəşin Rənginin əslində Xəzəl Rəngli olduğunu, çarəsizliyin həqiqət daddığını anladım Bir şerim də dediyim kimi “Anladım ki, böyük bir sıfır imiş dünya”.
11. Yeni kitab düşünürsünüzmü?
Yeni kitabım bu yaxınlarda işıq üzü görüb. ” ACI ŞOKOLAD “adlanan yeni kitabımda, ürəyimin işığını acılı, şirinli həqiqətlərimə tutmuşam.
12. ilk kitabınızın adı sizmi düşündünüz yoxsa?
Kitablarima adı, tərtibatı, üz qabığının necə olmasını öncədən bilirəm Və iş prosesində bunu tertibatçıyla bir yerdə edirik Mən yaradıcılığıma qarşı biraz qisqanc adamam Məsələn şeirlərimi yazib bitirəndən sonra da yenidən düzəliş etmirəm. Orjinallığına xələl gəlir deyə düşünürəm. Kitablarımın ikisində də bu səbəbdən “Redaktor” bölməsi boş olur…
Söhbətləşdi: Alik DƏNİZSEVƏR
ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru