Etiket arxivi: Mahirə Nağıqızı – 65

Mahirə Nağıqızının poetik dili

Mahirə Nağıqızının poetik dili

Mahirə Nağıqızının poetik dili
Əlinə qələn alanların hamısı, bir tərəfdən ədəbiyyat yaradırsa, digər tərəfdən də dilimizə xidmət edir. Bu iş məqsədli və ya məqsədsiz, bilərəkdən, ya bilməyərəkdən, az və ya çox dərəcədə olur. Mahirə Nağıqızında dilə xidmət bilərəkdəndir və qandan, candan gəlir, çünki o, şairəlikdən başqa, elm adamlarındandır, dilçi alimdir. Sözsüz ki, yazanların əsas qüdrət və hikmətini onların dilində axtarmaq lazımdır. Ona görə ki, dil poeziyanın açarıdır.

Mahirə Nağıqızının şeir dili təbiiliyi, sadəliyi və saflığı ilə seçilir. Təsadüfi deyildir ki, mütəxəssislər dili təbii və səmimi olan şairləri “xoşbəxt sənətkar” hesab edirlər. Məzmun gözəlliyi kimi forma gözəlliyini də təmin edən şairlərin əsərləri uzun müddət yadda qalır, onlarla oxucu ürəyi arasında bir ülfət yaranır və bu, dilin, şeirin qanunları ilə bir səviyyədə dayanır.

Mahirə Nağıqızı şeirlərinin nəbzində həssas və zərif bir vətəndaş ürəyi döyünür. Yəqin buna görədir ki, şairə vətəndən həmişə zövq və şövqlə danışır:

Qürbətin mehi üşüdər,
Vətənin qışı üşütmür.

Mahirə Nağıqızı dilə, sözə hormət edir, ehtiram göstərir. Bəzən bu hörməti dəbdəbəli söz və ifadələrlə qarışdırırlar. Lakin sözə dəyər vermək dili bəlağətli epitetlərlə doldurmaqdan ibarət deyil, əksinə, dili dərindən bilmək, onun xalq ruhunu qorumaq əsl sənətkarların vəzifə borcudur. Bu anlamda, Mahirə Nağıqızı çağdaş ədəbi-bədii dilimizi onun xalq ruhuna söykənən faktları ilə zənginləşdirən söz adamlarındandır.

Mehr elədin kimə, könlüm,
Tikdi səndə kömə könlüm.
Bu dünya sənnik deyilmiş,
Çıx get, tərəkəmə könlüm.

“Tərəkəmə” türk dillərində, o cümlədən Azərbaycan dilində “köçəri”, “sadə” mənalarını daşıyan sözdür. Bu örnəkdə “koma” sözünün xalq danışıq dili variantında verilməsi əsərin dilinə bir şirinlik, duzluluq gətirir.

Dərdin simsar bilər məni,
Qəm ilə sürmələr məni.
Anası itmiş quzuyam,
Tap, qalmayım mələr məni.

Əsərin dilindəki “qəm ilə sürmələnmək” təravətli poetik ifadələrdəndir. Bundan başqa buradakı “simsar” sözü də diqqəti çəkir. İzahlı lüğətimizdə alınma mənşəli söz kimi qeydə alınan bu sözün mənalarından biri “yaxın”, “daha yaxın” deməkdir. Naxçıvan xalq danışığında bu söz “qohum” mənasında da işlənir. Bəzən dildə milli söz əvəzinə alınmaların işlənməsi təsirli ovqat yaradır. Bu mənada, “yaxın” və ya “qohum” sözlərinin yerində “simsar” sözünün işlənməsi xoşagələndir.

Niyə baxdın yanı-yanı,
Mənə qurdun haqq divanı.
Nə dedim ki, tənə etdin,
Ay ruhumun mizrabanı.

Məlumdur ki, mizrabdan bəzi simli musiqi alətlərinin simlərini ehtizaza gətirmək üçün istifadə olunur. Bu mənada, “ruhun mizrabanı”, doğrudan da möhtəşəm bir ünvan, seçkin bənzətmə və uğurlu poetik sintaksis örnəyidir. Fikrimizcə, buradakı -ban “bağban” sözündə olduğu kimi şəkilçidir və “mizrab vuran”, “ruhu dilləndirən” anlamındadır və bu faktı Mahirə Nağıqızının dilində müşahidə etmək olur. Burada muəllifin dil sənətkarlığından da danışmaq mumkundur. Hər bir əsərdə dil müһümdür, əsasdır. Haqqında az danışılan, lakin Azərbaycan dilcilik elmi tarixində fəxri yerlərdən birinə layiq saydığımız mərhum professor Musa Adilov, yəqin ki, bədii əsərin dilinin ictimai səviyyəsini nəzərə alaraq söz sənətkarlarının bədii əsərin dili üzərindəki işinin xususi, şəxsi iş olmadığını qeyd edərək bunu “ümumxalq işi” hesab etmişdir.

Oxucunun ürəyini isidən, onu düşüncələrə qərq edən aşağıdakı şeirin poetik gücü və ləyaqəti adamı heyrətdə qoyur:

Of, o yosun gözlərin,
Mənə ovsun gözlərin.
Ölüm, göz yaşın axsın,
Məni yusun gözlərin.

Bu şeir bizə aşıq yaradıcılığındakı iki əsəri xatırladır. Onlardan biri Aşıq Ələsgərindir:

Ələsgərəm, yandım еşq ataşında,
Gözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çеşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.

Aşığın (və aşiqin) dilindən qopan arzu – hər gün çeşməyə su gətirməyə gedən gözəlin onun məzarından keçməsi, yəni sinəsi üstündən yol salması elə bir bədii təsəvvürə yol acır ki, onu olduğu kimi ifadə etmək mümkün deyil. Burada duyğuların sözlə ifadəsindəki gözəllik ölçüyəgəlməz dərəcədədir. Aşıq Bəhmənin yaradıcılığından alınmış aşağıdakı örnək də insanda Aşıq Ələsgərin əsərindəki duyğuların oxşarını təqdim edir:

Bəhmən qoyub canın yolunda niyaz,
O gizlin dərdini sən də mənə yaz.
Ölsəm, məzarımı sən özün gəl qaz,
Ayaq bas sinəmə yol əvəzində.

Göründüyü kimi, Aşıq Bəhmən Göyçəlinin dilində aşiqin öz sevgilisindən onun məzarını qazmaq təmənnası var ki, yol əvəzinə sinəyə ayaq basılsın. Düşünürsən ki, məhəbbətin dərinliyini bundan daha kəskin tərənnüm etmək mümkün deyil. Mahirə xanım bu ideyanı fərqli bir prizmadan daha incəliklə, yeniliklə təqdim edir:

Ölüm, göz yaşın axsın,
Məni yusun gözlərin.

Bu cəhətdən Mahirə Nağıqızının aşağıdakı misraları da maraqlıdır:

Təsəllimdi güman da,
Əlim andda, amanda.
Gündə ayağın dəyə,
Daş olum astananda.

Vəfa, etibar istəyən Mahirə Nağıqızının dilində bu qoşmalarda olduğu qədər dərin dil duyumu vardır. Dili duymaq üçün yazı-pozu vacib və yetərli deyil. Və bu fikri universitet tanımayan böyük Füzuli, yazı-pozu bilməyən Dədə Ələsgər təsdiq elədilər. Dili duymaq şeirə Mahirə xanım kimi ürək qoymaq deməkdir, bu, dilə namusla, vicdanla yanaşmaq məsələsidir ki, onun yaradıcılığı duyğuların əvəzsiz tərənnümünü ortaya qoyan poetik örnəklərlə zəngindir. Mahirə Nağıqızının dili poeziyamızın inkişaf və zənginliyinin davam etdiyini, bir tərəfdən də, şeir dilinin ənənə ilə sıx bağlı olduğunu göstərir.

Azərbaycan dilinin lüğət tərkibində “gəzmək” feili var. İzahlı lüğətimizdə altı mənası verilmişdir ki, onların çoxu “yerimək, dolaşmaq, hərəkət etmək” mənasındadır, bir mənası isə “axtarmaq”dır. Bu feil çağdaş dilimizdə “yerimək” mənasında işlənsə də, tarixən olun “axtarmaq” anlamı daşıdığı məqamlar da çox olub. Lakin hazırda bu məna bir qədər sıxışdırılmış vəziyyətdədir, əsasən, xalq dilinə aiddir və işlənmə dairəsi daralıb, lakin bədii üslubda qorunub saxlanır. Bu baxımdan, Mahirə Nağıqızının yaradıcılığı səciyyəvidir:

Yola çıxma görən var,
Dərd əkən yox, dərən var.
Qismət gəzməknən deyil,
Yazan var, göndərən var.

Mahirə Nağıqızının əsərləri intonasiyaya xüsusi diqqət tələb edir:

Boynu bükük güləm mən,
Şadlanamam, güləmməm.
Bircə səni görəydim,
Dərd-bəlasız, güləm mən.

Buradakı əsas fikri iki cür təhlil etmək mümkündür: səni görsəydim, dərdsiz-bəlasız gülərdim və ya səni dərdsiz-bəlasız görsəydim, mən də hamı kimi gülərdim. Durğu işarəsi ilə reallaşan intonasiyaya görə ikinci fikir əsasdır.

Yardan yanadı könlüm,
Onsuz qanadı könlüm.
Qəmnən xalı toxuyar,
Belə hanadı könlüm.

“Qəmdən xalı toxumaq” şairənin öz qələminə xas olan ifadədir. Şeirdə sözləri düzmək əsas deyil, mühüm məsələ dil faktlarının effektivliyi, hissi cəhətidir ki, bu hisslərin ifadəsini Mahiqə Nağıqızı yetərincə verə bilir:

Çəmən kimi sər məni,
Çiçək kimi dər məni.
Məndən bir dəstə bağla,
Özünə göndər məni.

Mahirə Nağıqızının dili müasir bədii dilimizdə əsas qusurlardan biri olan sözcülükdən uzaqdır. Onun əsərlərində adamı yoran fikir təkrarları ilə qarşılaşmırıq. Hər dəfə fikrin sözlərlə bəzənməsi faktlarına rast gəlirik:

Qıymıram bircə gülün,
Xətrinə dəyən olsun.
İstəmərəm bu yaylaq,
Məzarlığa çevrilsin.
Yoxsa deyəcəm məni,
Batabatda basdırın.

Poeziyamızda vətən sevgisinin istiliyini hiss və dərk etdirən, sevgilər içərisindəki fərqini bütün özəllik və gözəlliyi ilə tanıdan əsərlərdən biri kimi bu şeir dəyərlidir, səmimiyyəti ilə diqqəti çəkəndir:

Gümüş deyil, qızıldı,
Bircə-bircə düzüldü.
Göydən yerə düzüldü,
Əl-ələ verməz göllər.
Yoxsa deyəcəm məni,
Batabatda basdırın.

Ədəbiyyatın əbədi mövzularından olan “Vətən məhəbbəti” şeirin dilindən keçib ürəklərə dolur, insanın qəlbini ehtizaza gətirir, rəvanlıq, duyğu və düşüncələrin axarı sözlərin məziyyətini təmin edir:

Zorbulaq dərdə dərman,
Dağa aşiqdir duman.
İstəmərəm bu çəmən,
Tapdalansın, talansın.
Yoxsa deyəcəm məni,
Batabatda basdırın.

Bədii ədəbiyyatın taleyini dilin vəziyyəti ilə izah edənlər, doğrudan da, haqlıdırlar.

Dərd oxuyan neyəm mən,
Bilmədim ki, nəyəm mən.
Əcəl, bəsdir, gəl apar,
Dərddən hövlənəyəm mən.

Dilin tarixi inkişaf özəlliklərini anlamaqda, ədəbi dilə material verməkdə, xalqın tarixini və dilini uzlaşdırmaqda əhəmiyyəti olan dialektlər ədəbi dil faktoru olmasa da, bədii üslubda müəyyən qədər mövqeli olduğunu düşünərək şeirin dilindəki “hövlənə” sözünü əvvəlcə dialektizm kimi qəbul etdik. Lakin “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə “hövlənə” adlı söz qeydə alınmamışdır. Bu söz ya dialekt deyil, ya da dialektdir, lakin kitablara düşməyib. “Azərbaycan dilinin izahlı lüğəti”ndə isə bu sözün eyni fonetik tərkibi ilə qarşılaşmadıq. Burada “hövl” köklü, mənasının əsasında “qorxu”, “vahimə”, “dəhşət” anlamları dayanan bir sıra leksik-qrammatik vahidlər vardır. Düşünürük ki, Mahirə Nağıqızının bu fikri “dərddən səksəkəli”, “dərddən qorxmaq” və ya “dərddən usanmaq” mənasına uyğun gəlir.

Gündüzlər uç quşlar kimi,
Yuxun olsun daşlar kimi.
Qayıt vətən ürəyimə,
Yavru qaranquşlar kimi.

Əsasən “körpə”, “bala” mənasında olan “yavru” sözünün şağdaş dilimizdə işlənmə dairəsi daralmışdır. Ümumtürk leksikasına aid olan “yavru” XX yüzilin əvvəlində aktiv mövqeli olmuş, əsrin ikinci yarısından zəif mövqeli leksik vahidə çevrilmişdir. Hazırda bu maraqlı milli dil vahidi Türkiyə türkcəsi üçün fəallığı ilə seçilir. Unudulmaqda olan sözlərin poetik dilə gətirilməsi təqdirəlayiq işlərdəndir ki, Mahirə Nağıqızının bu sahədə də müəyyən qədər rolu vardır. Bu baxımdan, aşağıdakı misralar da diqqətədəyərdir:

Hava sızaqdı, gəlmə,
Yolun uzaqdı, gəlmə.
Görüb dərdə düşərsən,
Dörd yan tuzaqdı, gəlmə.

“Tuzaq” sözü də lüğətlərimizdə yer almayan, lakin qədim abidələrimizin, xüsusilə də “Kitabi-Dədə Qorqud” dastanının mətnində və çağdaş türk dilində işləkliyi ilə seçilən sözlərdəndir. Nağıqızının yaradıcılığı tarixi dil yadigarlarını yaşadan qaynaqlardan biri kimi də qiymətlidir.

Mahirə Nağıqızının dilində çox sayda aforizm səciyyəli fikirlər vardır:

Xatasız qul olurmu,
Ətasız da hökmran?

Özünü öyən yarımaz,
Qəribi söyən yarımaz.
Ürəyi daş olan kəsin,
Qapısın döyən yarımaz.

Mahirə Nağıqızının dilində bədiiləşdirilmiş qarğış örnəkləri də vardır:

Haqsız yara vuranın,
Dünya olsun haramı.

Mahirə Nağıqızı sözlü-kəlamlı, dinli-imanlı bir ömür yaşayır. Bu ömrü onun özü belə izah edir:

Bircə anda gəldi keçdi bu ömür,
Bilmədim ki, nəyi necə yaşadım.
Düzənləyib düzəmmədim günümü,
Mən bu ömrü elə belə yaşadım.
Gah baharı payız gördü gözlərim,
Alaq basdı itdi, batdı izlərim.
Ürəyimdə dərd bağladı sözlərim,
Dözüb durdum, yana-yana yaşadım.
Öz əlimlə möhür vurdum, ağladım,
Sevgi adlı məbədimi bağladım.
Ürəyimdə matəmini saxladım,
Ömrü verdim əsən yelə, yaşadım.
Təpə gördüm, deyir, dağdan ucayam.
Nadan deyir, bu dünyadan qocayam.
Biləmmədim, şux cavanam, qocayam?
Uşaq oldum, uşaq ömrü yaşadım.

Belə bir ömrü yaşayan Mahirə Nağıqızının bundan sonra da Azərbaycan poetik dilinə yeni töhfələr verəcəyinə inanırıq.

Sədaqət HƏSƏNOVA,
Filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü

“Azərbaycan müəllimi ” 13 Noyabr, 2025.

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

“Mən bu ömrü elə belə yaşadım” – ADPU-da professor Mahirə Hüseynovanın 65 illik yubileyi

“Mən bu ömrü elə belə yaşadım” – ADPU-da professor Mahirə Hüseynovanın 65 illik yubileyi

Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış dilçi alim, şair, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın (Nağıqızı) 65 illik yubileyinə həsr olunmuş “Mən bu ömrü elə belə yaşadım” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, elm adamları, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov açılış nitqində qeyd edib ki, Mahirə Hüseynova həyatını bütövlükdə Azərbaycan Dövlət Pedaqoji Universitetinə həsr etmiş ziyalılardandır. O, təhsil aldığı bu ali məktəbdə müəllim kimi fəaliyyətə başlamış, kafedra müdiri, dekan və beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışaraq universitetin elmi və idarəçilik sisteminin inkişafına böyük töhfələr vermişdir. Rektor vurğulayıb ki, professor Mahirə Hüseynova Azərbaycan dilçiliyinin görkəmli tədqiqatçılarındandır. Onun Azərbaycan dilinin fonetik, morfoloji və leksik səviyyələrinin elmi-nəzəri aspektdən araşdırılması, aşıq və el şairlərinin yaradıcılığına dilçilik baxımından yanaşması dilimizin poetik qatlarının elmi müstəvidə öyrənilməsinə mühüm töhfə olmuşdur. Professorun monoqrafiyaları, dərslik və metodik vəsaitləri bu gün də ali məktəblərdə mühüm elmi-metodik mənbə kimi istifadə olunur. Eyni zamanda, Mahirə xanımın ədəbi yaradıcılığı və ictimai fəaliyyəti də onun çoxşaxəli şəxsiyyətini tamamlayır. “Mahirə Nağıqızı” imzası ilə nəşr olunan poetik və publisistik əsərləri onun dərin düşüncəsini, milli-mənəvi dəyərlərə bağlılığını və humanist baxışlarını əks etdirir. Bu, onun həm alim, həm ziyalı, həm də mənəvi dəyərləri qoruyan bir şəxs kimi cəmiyyətimizdə qazandığı hörməti daha da möhkəmləndirmişdir. Cəfər Cəfərov çıxışında həmçinin Mahirə Hüseynovanın beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə xüsusi diqqət çəkib. Qeyd edilib ki, M.Hüseynovanın rəhbərliyi ilə ADPU-nun bir çox xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri genişlənmiş, universitetin beynəlxalq nüfuzu artmışdır. Rektor qeyd edib ki, professorun təşəbbüsü ilə fəaliyyətə başlayan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bu gün təkcə elmi tədqiqat deyil, həm də milli yaddaşın qorunması baxımından mühüm missiya yerinə yetirir.

Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və digər çıxışçılar prof. Mahirə Hüseynovanın elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək dəyərləndirib, onun həm alim, həm pedaqoq, həm də ictimai xadim kimi Azərbaycan elm və təhsilində çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Qeyd edilib ki, Mahirə Hüseynova yalnız elmi nailiyyətləri ilə deyil, həm də təhsilin inkişafına, gənc kadrların yetişdirilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələrlə seçilir. Çıxış edənlər vurğulayıblar ki, prof. Mahirə Hüseynovanın fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmır, onun elmi və poetik yaradıcılığında milli düşüncənin, dilin saflığının və milli-mənəvi dəyərlərin qorunması məsələləri hər zaman ön planda olub.

ADPU-nun Filologiya fakültəsinin professoru Təyyar Cavadov yubliyarın zəngin yaradıcılıq yolu haqqında geniş elmi məruzə edib. Məruzədə vurğulanıb ki, M. Hüseynovanın rəhbərliyi ilə aparılan tədqiqatlar müasir filoloji fikrin formalaşmasına, ədəbiyyatın və dilin tədrisində yeni yanaşmaların tətbiqinə şərait yaradıb. Onun elmi məktəbi bu gün də gənc alimlər üçün örnək sayılır.

Tədbirin bədii hissəsində, əvvəlcə, “Azərbaycan Televiziyası”nın Mahirə Nağıqızı yaradıcılığına həsr olunan sənədli filmi nümayiş olunub, “Ana”, “Sənsiz”, “Qərbi Azərbaycan” kimi musiqi və ədəbi nümunələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Respublikaının tanınmış incəsənət xadimlərindən Nurəddin Mehdixanlı, Leyla Rəhimova, Tural Əhməd, Gülzar Fərəcova, Elnur Zeynalov, Güllü Muradova, Leyla Quliyeva, Samir Cəfərov, Gülyanaq Məmmədova, Aşıq Samirə və digər incəsənət nümayəndələrinin ifasında Mahirə Nağıqızının müəllifi olduğu şeirlər və musiqi nömrələri səsləndirilib.

Sonda yubilyar səhnəyə dəvət olunaraq tədbirin təşkilatçılarına, həmkarlarına və qonaqlara minnətdarlığını bildirib. O, Pedaqoji Universitet ailəsinin bir parçası olmaqdan qürur duyduğunu və bu dəyərin onun həyatında xüsusi yer tutduğunu vurğulayıb.

Qeyd edək ki, professor Mahirə Hüseynovanın 65 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti, ADPU-nun Quba və Şamaxı filiallarında da yubiley tədbirləri keçirilib.

ADPU-nin Filologiya Fakültəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi təbrik edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin təbriki

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri və pedaqogika üzrə Ekspert şurasının sədri, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış alim və şair Mahirə Nağıqızı Hüseynovanın doğum günü qeyd olunur.

Professor Mahirə Hüseynova Azərbaycan dilçiliyi, pedaqogika və ədəbiyyat sahəsində apardığı dəyərli elmi tədqiqatları, çoxillik pedaqoji fəaliyyəti və zəngin ədəbi yaradıcılığı ilə tanınır. O, 40-dan artıq elmi əsərin – monoqrafiya, dərs vəsaiti, metodik göstəriş və proqramların, həmçinin 16 bədii kitabın müəllifidir. Onun 400-ə yaxın elmi və publisistik məqaləsi, haqqında yazılmış 300-dən çox məqalə ölkənin elmi və ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Elm və təhsilin inkişafındakı xidmətlərinə görə professor Mahirə Hüseynova “Qızıl qələm”, “İlin alimi” media mükafatları ilə, eləcə də “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir. O həmçinin Dünya Söz Akademiyasının Rəyasət Heyətinin, Maxpirat adına Turan Elmlər Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasının Fəxri akademiki, Mamun Universitetinin, Özbəkistan Respublikası Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin və Cizzax Dövlət Pedaqoji Universitetinin, AMEA Dilçilik İnstitutunun Fəxri professorudur.

ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova və professor-müəllim heyəti professor Mahirə Hüseynovanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və elmi-bədii yaradıcılığında yeni uğurlar arzulayır!

ADPU-nin Filologiya Fakültəsi

Dədə Ələsgər Ocağı İctimai Birliyi təbrik edir

Dədə Ələsgər Ocağı İctimai Birliyinin təbriki

Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızını 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Uzun illər elmin, təhsilin və milli-mənəvi dəyərlərin inkişafına verdiyiniz töhfələr, yetişdirdiyiniz tələbələr, yüksək ziyalılığınız və Azərbaycan qadınına xas zərifliyiniz Sizi həm elmi, həm də mənəvi cəhətdən örnək bir şəxsiyyətə çevirmişdir.

Dədə Ələsgər Ocağı İctimai Birliyi adından Sizə möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və elmi fəaliyyətinizdə daim uğurlar arzulayırıq.

Hörmətlə,
Dədə Ələsgər Ocağı İctimai Birliyi

Mahirə Nağıqızının doğum günüdür! – Təbrik edirik!

MAHİRƏ NAĞIQIZI – 65

Yazarlar cameəsi adından Prezident təqaüdçüsü, Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, şair, ictimai xadim, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı (Hüseynova)nı doğum günü, anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Hörmətlə, Zaur Ustac,

Yazarlar jurnalının baş redaktoru,

MYK-nın icraçı katibi,

AYB və AJB-nin üzvü.

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

FİLOLOGİYAMIZIN MAHİRƏ XANIMI və ya AZƏRBAYCAN ELMİ-BƏDİİ DÜŞÜNCƏSİNİN FENOMENİ

FİLOLOGİYAMIZIN MAHİRƏ XANIMI və ya AZƏRBAYCAN ELMİ-BƏDİİ DÜŞÜNCƏSİNİN FENOMENİ

Azərbaycan ədəbi-bədii-elmi mühitində öz yeri, öz mövqeyi, öz dəsti-xətti olan bir elm xadiminin, elm təşkilatçısının, təhsil sahəsində böyük xidmətləri olan, bədii əsərləri, şeirləri ilə çoxsaylı oxucuların dərin rəğbətini qazanmış bir insanın – Mahirə Nağı qızı Hüseynovanın 65 yaşı tamam olur.
Mahirə xanımı da, mahirəxanımsevərləri də ürəkdən təbrik edirəm!
Etiraf edim ki, bu yazıya başlıq seçəndə çətinlik çəkdim. Başlıq şərh olunacaq fikri, haqqında söz deyiləcək insanın fəaliyyətini yığcam və eyni zamanda əhatəli şəkildə əks etdirməlidir. Mahirə xanım böyük təcrübəyə malik təhsil işçisi, pedaqoq, müəllim, professor, filologiyanın bir-birindən fərqli müxtəlif sahələrinə aid çoxsaylı elmi əsərlərin müəllifi kimi tanınan tədqiqatçı-alim, yazıçı- publisist, şeirlərinə mahnılar bəstələnmiş şairə, elm və təhsil təşkilatçısıdır.
Bunların hamısını bir başlıqda vermək, bir başlıqla əhatə etmək qeyri-mümkündür. Mahirə xanımın çoxaspektli geniş fəaliyyəti başlığa sığmırdı…
İnternet resurslarında Mahirə xanım haqqında çox qısa və ümumi məlumatlara rast gəlmək olur:
Mahirə Nağı qızı (Nağıyeva) Hüseynova – filoloq-alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə.
2009-cu ildən ADPU-nun filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında müxtəlif vəzifələrdə çalışıb, sonralar həmin kafedranın müdiri (2015–2018), Filologiya fakültəsinin dekanı (2018–2021 ), Beynəlxalq Əlaqələr üzrə prorektor (2021-ci ilin aprelindən) vəzifələrinə qədər pillə-pillə yüksəlib. 2024-cü ildən Milli Məclis yanında Toponimiya Komissiyasının üzvüdür. Uzun müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Filologiya Elmləri və Pedaqogika üzrə Ekspert Şurasının sədridir.
2012- ci il Mahirə xanımın həyatında çox unudulmaz, əlamətdar bir il olmuşdur. Həmin il Mahirə xanım çoxillik əməyinin məhsulu olan “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Professor Həsən Mirzəyev çox görkəmli Azərbaycan dilçisi, ictimai xadim kimi Mahirə xanımın həyatında, elmi yaradıcılığında dərin iz buraxmış insanlardandır. Həsən Mirzəyev çoxşaxəli filoloji dünyagörüşə və yaradıcılıq diapazonuna malik bir alim idi. Və həm də Həsən Mirzəyev xalqını,Vətənini, yaşadığı torpağı dərin məhəbbətlə sevən bir insan idi. Onun Azərbaycan dilində feil nitq hissəsi ilə bağlı tədqiqatları dilçi-alimlərimizin stolüstü kitabı sayılır. Feil nitq hissəsini tədqiqat obyekti seçməsi də təsadüfi deyildi. Feil nitq hissəsi sırf milli sözlərdən ibarət sözlər qrupudur. Dilimizdə alınma feillər yoxdur. Həsən müəllim həmişə bunu xüsusi olaraq vurğulayardı. O, folklora, aşıq yaradıcılığına, onomastikaya aid də bir çox örnək tədqqiqatların müəllifidir. Professor Həsən Mirzəyevlə Mahirə xanımın yaradıcılıqlarında oxşar cəhətlər çoxdur: mövzu genişliyi, filoloji düşüncə tərzi, elmi şərh və faktlara, toplanmış materiala həssas münasibət. Və Mahirə xanımın dissertasiya mövzusu kimi “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunu seçməsi də təsadüfi deyildi. Mahirə xanımın bir dilçi-alim, geniş profilli filoloq kimi yetişməsində Həsən Mirzəyevim xidmətləri böyükdür və mənə elə gəlir ki, Həsən müəllim Mahirə xanımı öz ideyalarının, yarımçıq qalmış işlərinin davamçısı kimi görürdü. Düşünürəm ki, Mahirə xanım professor Həsən Mirzəyevin ümidlərini doğrulda bilib və indinin özündə də geniş elmi-bədii- pedaqoji-təşkilati fəaliyyəti ilə yanaşı, eyni zamanda Həsən Mirzəyev irsinin də ən layiqli davamçılarından hesab olunur.
Şagird, tələbə öz elmi, dünyagörüşü, yaradıcı fəaliyyəti ilə müəllimindən öndə, irəlidə olmalıdır. Bu, dialektik inkişafın, təkamülün, zamanın tələbidir. Cəmiyyət irəliyə, yeniliyə, inkişafa doğru istiqamətlənib. Bu mənada Mahirə xanım Həsən müəllimin elmi irsinə həssas yanaşır, onun ideyalarını ləyaqətlə inkişaf etdirir, daha yüksək pilləyə qaldırır.
Professor Həsən Mirzəyev “kohnə kişilərə” xas ağayana, mərd, xeyirxah, sözünü deyən, vədinə əməl edən bir şəxsiyyət idi.
O, nitqində “mənə elə gəlir ki”, “səhv etmirəmsə”, “fikrimcə” kimi ifadələri işlətməyi sevmirdi, fikri qəti və inandırıcı idi.
KİÇİK BİR XATİRƏ. Mən elmlər doktorluğu dissertasiyamı 90-cı illərin əvvəlində Leninqradda (indiki Sankt-Peterburq) dünyaşöhrətli alim R.Q. Piotrovskinin rəhbərliyi altında müdafiə etməyi planlaşdırmışdım. SSRİ-nin süqutundan sonra Azərbaycanda AAK təşkil olundu və Azərbaycanda müdafiə etməli oldum. Doktorluq işim aparıcı müəssisə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutuna göndərilmişdi. Rektorun dərkənarından sonra dissertasiya işimi filologiya fakültəsinin dekanına təqdim etdim. Müdafiəyə az qalmış məlum oldu ki, dekanlıq mənim işimin müzakirəsini “unudub”. Əlbəttə, xoşagələn hal deyildi. Mən dissertasiyamı götürüb Akademiyaya qayıtmaq istəyəndə rəhmətlik Həsən Mirzəyevlə qarşılaşdım. Məni çox mehriban qarşıladı, xoş sözlərlə salamladı. Məsələdən xəbər tutan kimi çox əsəbiləşdi. Məni kafedrasına apardı. Dedi ki, heç narahat olmayın. Sizin işin müzakirəsini özüm keçirəcəyəm və Siz nəzərdə tutulmuş vaxtda müdafiə edəcəksiniz. Dedi və elədi. Alimliyi hamı tərəfindən etiraf olunurdu, insanlığının, qayğıkeşliyinin də şəxsən şahidi oldum.
Mahirə xanım 2017–ci ildə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda doktorluq dissertasiyanı da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda uğurla müdafiə etmiş və filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Həmin tədqiqat Mahirə xanımın dilçilik, ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsində çoxillik araşdırmalarının sintezini özündə əks etdirir və elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Mahirə xanım bir çox Beynəlxalq(Almaniya, Danimarka, Rumıniya, Türkiyə, Özbəkistan, Qırğızstan, Qazaxıstan, Tatarıstan və s.) və Respublika seminar, simpozium və konfranslarında Azərbaycan elmini ləyaqətlə təmsil etmiş, Azərbaycan elminin nüfuzunu yüksəltməyə nail olmuşdur:

  • III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu;
  • Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı;
  • Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransı;
  • 13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimlər Kongresi;
  • Bakı Slavyan Universiteti – VI Beynəlxalq Elmi Konfrans;
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti – “I Türkoloji Qurultayın Türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransı;
  • AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu – Müasir Dilçiliyin Aktual Problemləri. Beynəlxalq Elmi Konfrans;
  • Tatarıstan Respublikası, Kazan Federal Universiteti. Beynəlxalq Türkoloji Elmi Konfransı;
  • Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayı;
  • 2024-cü ildə Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II Beynəlxalq konfrans;
  • Türkiyənin Kahramanmaraş şəhərində Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbərliyi ilə yazılışının 950-ci ildönümündə Beynəlxalq “Divanu Lugat’t-Türk” Simpoziumu;
  • Türkiyənin Malatya şəhərinin Ərəbgir ilçəsində IV Beynəlxalq Oğuzlar Simpoziumu;
  • Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin 50 illiyi ilə bağlı “Təhsilin inkişafı strategiyası dəyərlərə əsaslanan tərəqqidır” adlı elmi-praktik konfrans;
  • AMEA-da keçirilən “Divanü lüğat-it-türk”- 950″ mövzusunda beynəlxalq elmi konfrans;
  • Türkiyənin Ankara şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Beynəlxalq Konfrans;
    Seçilmiş əsərləri(məqalə və tezislər):
  1. “Сравнительное исследование причастия в тюрксkих языках (на основе исследований профессора Г. Мирзоева)”. Хабаршы, Вестник филология сериясы, Серия филологическая, Алматы, 2010, № 1–2.
  2. “Об исследованиях проф. Гасана Мирзоева, посвященных категории переходности и непереходности глагола”. Известия Таврического национального Университета им. В. И. Вернадского. Научный журнал Серия Филология. Симферополь, 2010 Том 23 (62), № 3.
  3. “Лингвистические исследования Гасана Мирзоева и их значение для современной тюркологии”. Материалы III Международной научной конференции. Нальчик, 17ноября 2010 г.
  4. “Фонологические повторы на языке ашугов народных поэтов Азербайджана в XIX–XX веках (по округу Даралаяз)”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2014. № 3 (661).
  5. “Стилистическая форма выражения диалектизмов в творчестве Азербайджанских ашугов и народных поэтов XIX–XX веков (по материалам Даралаяз)”. Научные исследования в сфере гуманитарных наук: открытия XXI века Пятигорск, 2015
  6. “Literární prostředí ašyghů a lidových basníků Ázerbájdžánu XIX – XX století: zdroje myšlenek a poetická inika prožitých lidem tragedií”. Charles University Prague, ACSC, bulletin. Çeletna 20, Post index 11000, Praha 1.
  7. “Поэтическая позиция и информационные возможности зоонимов”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2015 г.
  8. “Azerbaycan ozan el şairlerinin eserlerinde hidronimlerin üslubi, sanatsal, ahlaki açıdan özellikleri”. Adıyaman Universiteti, 17 sayı, İstanbul 2015.
  9. “XIX-XX centuries, language and style features of the ashik and folk poets creativity – according to Daralayaz region of the Western Azerbaijan”. Journal Papers on language and literature. Vol.23. No:4. 2016. USA Southern Illinois University.
  10. On the origin of the names of some Azerbaijani dishes and drinks. British Journal for Social and Economic Research. Volume 3, Issue 2, April 2018
  11. Çağdaş türk ləhcələrində yemək adları. Tatarıstan Respublikası, Kazan Federal Universiteti. 26 aprel 2018-ci il
  12. Language contacts of azerbaijani and kazakh turkic languages (on the basis of azerbaijanian dialectologist, academician Mammadaga Shiraliyev’s creative works) Qazaxstan, Nur-Sultan, dekabr 2019-cu il
  13. Bashkir mythological meetings in the study of F.G.Khisamitdinova. Başqırdıstan, Ufa, yanvar 2020-ci il
  14. İntegration of equestrian terms into dialects of Turkic languages Turkic Studies Journal. – Qazaxıstan, . – № 3, oktyabr, 2020
  15. Bashkir mythological meetings in the study of F. G. Khisamitdinova. Международная научная конференция “Диалектология. Этнолингвис-тика. Этимология. Мифология”, Уфа, 2–5, 2022.
  16. Mahmud Kaşğarinin “Divan”ında əksini tapan bəzi leksik vahidlərin müasir Azərbaycan və Özbək dillərində paralellərin müqayisəli təhlili. “Таглимда филологиянм ривожлантмришнинг глобал масалаларь” Özbəkistan, 7 may 2022.
  17. İndiki Ermənistanda Azərbaycan mənşəli paleotoponimlərdə baş vermiş fonetik hadisələrin linqvistik xüsusiyyətləri. Almatı, Qazaxstan, 2023.
    Bu göstərilənlərdən başqa 70-dən artıq elmi məqalənin müəllifidir.
    Redaktoru və redaksiya heyəti üzvü olduğu jurnallar:
  • Euroasia Journal of Social Sciences & Humanities jurnalında redaksiya heyətinin üzvü;
  • 2020-ci ildən “Linqvistika problemləri” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktoru;
  • “Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalının redaksiya şurasının üzvü;
  • BDU-nun nəşr etdirdiyi “Türk filologiyası” jurnalının redaksiya heyətinin üzvü;
  • “Elmi iş” jurnalının redaktoru;
  • “Mahmud Kaşğarlı” jurnalının təsisçisi və baş redaktoru;
  • 2014-cü ildən “Filologiya və pedaqogika: elmi araşdırmalar” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktoru;
  • Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin “Gənc Müəllimlər” qəzetinin redaksiya heyətinin üzvü;
  • Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin nəzdində yaradılan “İz” jurnalının baş redaktoru;
  • Cizzak Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin birlikdə əməkdaşlığı ilə hazırlanan “Ədəbi Əlaqələr Yaradıcılıq Prosesinin Güzgüsü” adlı antologiya vəsaitinin baş redaktoru;

Elmi əsərləri (kitablar):

  1. Ulu öndərimizin natiqlik məharəti. Bakı: “Avropa” nəşriyyatı, 2009
  2. Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir. Bakı: “Avropa” nəşriyyatı, 2011
  3. Missiya. Bakı: ADPU-nun nəşriyyatı, 2019
  4. Baxış bucağı: Heydər Əliyev və strateji azərbaycançılıq, Bakı: ADPU-nun nəşriyyatı, 2023,
  5. Heydər Əliyev və Azərbaycan dilinin inkişaf strategiyası, Bakı, “Elm” nəşriyyatı, 2023,
  6. Dərdi dərin Həsən Mirzə. Bakı: “Vətən” nəşriyyatı, 2013
  7. Azərbaycan poeziyasında “Dağ” obrazı. Bakı: “Vətən” nəşriyyatı, 2013
  8. Ədəbiyyatşünaslığa xidmət əzmi ilə. Bakı: Elm və təhsil” nəşriyyatı, 2013
  9. Həsən Mirzəyev və Azərbaycan dilində fel (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
  10. Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2014
  11. Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası(seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
  12. Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası(seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
  13. Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə yenidənhazırlanma təhsili üçün (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2016
  14. XIX–XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə). ADPU-nun nəşriyyatı, 2015
  15. Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə), (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2015
  16. Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti). Bakı: Afpoliqraf mətbəəsi, 2017
  17. Aşıq və el şairlərinin poetikası. Bakı: 2017
  18. Üslubi morfologiya. ADPU-nun mətbəəsi. Bakı: 2018
  19. Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri. (Dərələyəz mahalı üzrə) Bakı: 2018
  20. XIX–XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti). Bakı: “Avropa” nəşriyyatı, 2018
  21. Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti. Bakı: ADPU-nun nəşriyyatı, 2018
  22. Dilin elmi və estetik problemləri. Bakı: ADPU-nun nəşriyyatı, 2019
  23. Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri. Bakı: ADPU-nun nəşriyyatı, 2019
  24. Ozan və halk şairlərinin poetikası. Ankara, 2020
  25. Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası. Bakı, 2020
  26. Yanından keçmə dağların… Bakı, 2021
  27. Türk Ocakları Derneği Bursa Şubesi. – Bursa, 2022, Biblioqrafiya, Bakı: ADPU-nun nəşriyyatı, 2022
  28. Sözün və əməlin yaratdığı tarix, Bakı: ADPU-nun nəşriyyatı, 2022
  29. Mahmud Kaşğarinin “Divani-lüğət – it-türk” əsərinin qrammatik xüsusiyyətləri., Bakı: ADPU-nun nəşriyyatı, 2022,
  30. Bir təfəkkür tərzinə fərqli baxışlar. Mahirə Hüseynova: Alim və şair ömrünün detalları, Bakı: ADPU-nun nəşriyyatı, 2022
  31. Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili, Bakı: ADPU-nun nəşriyyatı, 2023
  32. Durğu işarələrindən istifadənin xüsusi halları, Bakı, “Elm və təhsil”, 2023.
    Qeyd etmək lazımdır ki, türk dünyasının tanınmış alimi və şairi olan Mahirə xanımın Türkiyə və Qazaxıstanda kitablarının təqdimatı keçirilib.
    Bu siyahı şəklində sadalanan əsərlərin hər biri haqqında saatlarla danışmaq, təhlil etmək olardı. Bu, ayrıca bir tədqiqatın mövzusu ola bilər. Əsərlərin siyahısı müəllifin elmi dünyagörüşünü, elmi və bədii təfəkkürünün miqyasını, sanbalını öyrənmək baxımından önəmlidir. Bəzən faktlar daha çox şey deyir.
    Bədii əsərləri:
  33. Mənim anam (şeirlər kitabı). Bakı, “Vətən” nəşriyyatı, 2006.
  34. Su at dalımca, ana (şeirlər kitabı). Bakı, “Vətən” nəşriyyatı, 2006
  35. Ana sevgisindən doğan nəğmələr. Bakı, “Avropa” nəşriyyatı, 2008
  36. Yaşadacaq anam məni (şeirlər kitabı). Bakı, “Qismət” nəşriyyatı, 2009
  37. Ana kəndim Xalxalım. Bakı, “Avropa” nəşriyyatı, 2010
  38. Ömrün çıraqdır sənin. Bakı, “Avropa” nəşriyyatı, 2010
  39. Sözün hikməti (şeirlər kitabı). Bakı, “Vətən” nəşriyyatı, 2012
  40. Analı dünyam (şeirlər kitabı). Bakı, “Vətən” nəşriyyatı, 2015
  41. Haqqa çağıran səs (şeirlər kitabı). Bakı: “Vətən” nəşriyyatı, 2015
  42. Bayatılar. Bakı, “Apostroff” nəşriyyatı, 2015
  43. Bayatılar və üç şeir. Bakı, “Apostroff” nəşriyyatı, 2015
  44. Ruhuna beşiksə, tanı, Vətəndir. Bakı, Afpoliqraf mətbəəsi, 2017
  45. Onun daş nağılı (şeirlər kitabı). Bakı, ADPU, 2020
  46. Salam olsun (şeirlər kitabı). Bakı, ADPU, 144 s.
  47. Konuşan taşlar (şeirlər kitabı). Ankara: “Berikan” yayınevi, 72 s.
  48. Yanından keçmə dağların (şeirlər kitabı). Bakı, ADPU nəşriyyatı, 2021
  49. Lövbər adam (Şeirlər kitabı). Bakı, ADPU nəşriyyatı, 2022
  50. Anamın kitabı. Bakı, ADPU nəşriyyatı, 2025
  51. Mirzəlioğlunun dəftəri. Bakı, ADPU nəşriyyatı, 2025
    Mahirə xanım uzun müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya Elmləri və Pedaqogika üzrə Ekspert Komissiyasının sədridir. Çox çətin, eyni zamanda məsul və şərəfli bir vəzifədir. Bu vəzifənin icra etməklə, eyni zamanda tam obyektiv və ədalətli qalmaq daha çətin vəzifə, daha çətin sınaqdır. Amma Mahirə xanım şəxsi keyfiyyətləri, səriştə, bacarıq və erudisiyası ilə bu çətinliyin öhdəsindən gələ bilir.
    Rusların bir məsəli var: “Талантам надо помогать, бездарности пробьются сами” – (İstedada (talanta) kömək etmək lazımdır, bacarıqsızlar (qabiliyyətsizlər) özləri yarıb keçərlər).
    AAK-ın Ekspert Komissiyasının sədri kimi Mahirə xanım istedadlı insanlara, talanta kömək edir, bacarıqsıza(qabiliyyətsizlərə) isə yarıb keçməyə imkan vermir.
    KİÇİK BİR HAŞİYƏ. Ekspert Komissiyasının iclasında mənim elmi məsləhətçisi olduğum doktorantın işi müzakirə olunurdu. Mən onun namizədlik işinin də elmi rəhbəri olmuşdum. Əsasnaməyə görə səsvermə zamanı mən iclas zalını tərk etməli idim. Əslində, doktorantımın kənardan dəstəyə heç ehtiyacı da yox idi.
    Səsvermədən əvvəl bir neçə dəqiqəliyə söz istədim. Dedim ki, mən bu gün işi müzakirə olunan doktorantın namizədlik işinin də elmi rəhbəri olmuşam. Çox istedadlı, yüksək elmi göstəricilərə malik tədqiqatçıdır. Hətta, namizədlik işinin müdafiəsi zamanı ona birbaşa elmlər doktoru elmi dərəcəsi verilməsini təklif edənlər də var idi. Bu kiçik çıxışdan sonra dedim ki, indi isə səsvermənin nəticələrinə təsir göstərilməməsi üçün icazə verin iclas zalını tərk edim.
    Mahirə xanım özünəməxsus təmkin və ciddiliklə dedi ki, Siz səsvermənin nəticəsinə artıq təsir göstərdiniz. Səsinin tonu sakit və mülayim idi, amma təsiri kifayət qədər idi….
    Şeirlərinə bəstələnmiş mahnılar:
    HƏR ŞEİR MAHNI OLMUR və ya hər şeirdən mahnı yaranmır. Hər şeir də melodiyaya uyuşmur, mahnıya çevrilmir. Şairlə nəğməkar şairin fərqi də məhz bundadır!
    Mahirə xanımın şeirlərinə indiyə kimi 26 mahnı bəsələnmişdir, hələ bundan sonra neçəsi də bəstələnəcək…
    Həmin mahnıların bəstəçiləri Sevinc Mansurova, Hacı Nazim, Arif Səlimov, Tahir Mahiroğlu, Ruslan Səfəroğlu, Tahir Əkbər, ifaçıları – adlı-sanlı müğənnilər Brilyant Dadaşova, Lalə Məmmədova, Bəyimxanım Vəliyeva, Mətanət İskəndərli, Səyyad Aydınoğlu, Ümidə Mələk, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Eldəniz Məmmədov, Ehtiram Hüseynov, Abgül Mirzəyev, Qurban Abbasov, Cabir Abdullayev, Gülüstan Əliyeva və başqalarıdır.
    Mahirə xanımın sözlərinə bəstələnmiş aşıq mahnıları da sevilə-sevilə ifa olunmaqdadır.
    Təltif və mükafatları, fəxri adları:
  • 2003 – “İlin ən yaxşı müəllimi”;
  • 2004 – Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı;
  • 2007 – “Qızıl qələm” Media Mükafatı Laureatı;
  • 2018 – “İlin Alimi” Media Mükafatı Laureatı;
  • 2020 – Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi – “Milli Ordu-100” medalı;
  • 2021 – “Əməkdar müəllim” fəxri adı;
  • 2021 – “Səməd Behrəngi” Beynəlxalq mükafatı;
  • 2024–2028-ci illər üzrə – “Turan üçün Birləşmiş Ziyalılar Təşkilatı”-nın BZT Turan Akademiyasının Fəxri Komitə sədri;
  • 2024 – Türkiyə Cümhuriyyəti BZT Turan Akademisinin fəxri doktoru diplomu;
  • 2024 – Naxçıvan Dövlət Universitetinin fəxri professoru;
  • 2024 – Özbəkistan Kokand Universitetinin fəxri diplomu;
  • 2024 – “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı;
  • 2024 – Dünya Söz Akademiyasının Rəyasət Heyətinin fəxri akademiki;
  • 2024 – Maxpirat adına Turan Elmlər Akademiyasının fəxri akademiki və döş nişanı;
  • 2024 – Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki və döş nişanı;
  • 2024 – Mamun Universitetinin fəxri professoru;
  • 2024 – Özbəkistan respublikası Daşkənd İqtisadiyyat vəPpedaqoji universitetinin fəxri professoru;
  • 2024 – Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universitetinin fəxri professoru;
  • 2025 – “Dədə Ələsgər Ocağı” ictimai birliyinin “Aşıq Ələsgər-200” yubiley medalı;
  • 2025 – Dədə Ələsgər Ocağı İctimai Birliyinin fəxri diplomu;
  • 2025 – BZT Turan Akademiyasının Türk Dünyası Alim Qadınlar Şurasının sədri;
  • 2025 – Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin fəxri professoru;
  • 2025 – AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı;
  • 2025 – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Fəxri professoru.
    VƏ SONDA :
    Yüz illərdi ruhumuzla yol gəlir,
    Nakam eşqə başdaşıdı “Kərəmi”.
    Qoşulubdu karvanına kədərin,
    Yorulmadı, qəm daşıdı “Kərəmi”.

Bu dünyanın hikmətini bilən az,
Bu dünyada ağlayan çox, gülən az.
Deyirlər ki, axar, axar, qurumaz,
Başdan-başa göz yaşıdı “Kərəmi”.
Bu yanıqlı misraların da müəllifi Mahirə xanımdır!
Təbrik edirik, Mahirə xanım!.
Cansağlığı, müqəddəs və şərəfli, çoxşaxəli elmi-təşkilati, pedaqoji fəaliyyətinizdə, bədii yaradıcılığınızda uğurlar və yenə uğurlar arzulayırıq!
Yolçu yolda gərək!
Yorulmayasınız!

Məsud Mahmudov,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor

AMEA Dilçilik İnstitutunda professor Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

AMEA Dilçilik İnstitutunda professor Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Prezident təqaüdçüsü, əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Mahirə Hüseynovanın elmi-pedaqoji fəaliyyətindən, Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə verdiyi əvəzsiz töhfələrdən bəhs edib. Mahirə Hüseynovaya elmi və pedaqoji fəaliyyətində qazandığı yüksək nailiyyətlərə, Azərbaycan dilçiliyinin inkişafında misilsiz xidmətlərinə, həmçinin səmərəli ictimai və elmi fəaliyyətinə görə AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı və Nəsimi adına Dilçilik İnstitutunun Fəxri professoru diplomu akademik İsa Həbibbəyli tərəfindən təqdim edilib. Diplomların təqdimatı yubliyarın elmi fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilib.

Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik institutunun direktoru, professor Nadir Məmmədli professor Mahirə Hüseynovanın elmi-bədii yaradıcılığından və onun şeirlərində əks olunan dərin həyat fəlsəfəsindən danışıb.
Sonra professor Sayalı Sadıqova “Azərbaycan filologiyasında Mahirə Hüseynovanın yaradıcılığı”, professor Məsud Mahmudov “Azərbaycan bədii-elmi düşüncəsinin fenomeni”, filologiya elmləri doktoru Gülbəniz Babayeva “Mahirə Nağıqızının poetik dünyası”, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva “Mahirə Hüseynovanın yaradıcılığında dialektoloji istiqamət” adlı məruzələrlə çıxış ediblər.


Sonda professor Mahirə Hüseynova göstərilən diqqət və qayğıya görə AMEA-nın prezidenti İsa Həbibbəyli başda olmaqla Dilçilik İnstitutunun rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını bildirib.

ADPU-nin Filologiya Fakültəsi

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB

“Yazarlar” jurnalının baş redaktoru şair, publisist  Zaur Ustacın Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor,  eyni zamanda tanınmış şair   Mahirə  Nağıqızının (Hüseynova) anadan olmasının 65 illik  yubileyi münasibətilə “Mahırə Nağıqızı – 65” (monoqrafiya) adlı yeni kitabı işıq üzü görüb.

ZƏFƏR news.az xəbər verir ki, kitab nəfis tərtibatla Mahirə Nağıqızının  yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim edilib.

“Yazarlar” jurnalının həyata keçirdiyi “Mahirə Nağıqızı – 65” layihəsinin uğurlu nəticəsi kimi ərsəyə gələn kitabın məsləhətçisi tanınmış ədəbiyyatşünas – tənqidçi Qurban Bayramov, redaktoru Hacıxanım Aida, naşiri isə Tuncay Şəhrilidir.

Birincisi “Giriş”, sonuncusu “Yekun” olmaqla 6 fəsildən ibarət olan kitabda Zaur Ustacın Mahirə Nağıqızının bayatıları, şeirləri, hekayələri və məqalələri  haqqında yazdığı şərh və təbliğat xarakterli monoqrafik məqalələri toplanmışdır. Monoqrafiya şəklində tərtib olunmuş kitabda toplanmış məqalələr Mahirə Nağıqızının yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Kitab həm mütəxəsislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Monoqrafiya  ölkənin əsas kitabxanalarının kitab fondlarına hədiyyə olunmaqla yanaşı, müxtəlif sabit internet platformalar üzərindən elektron kitab formatında da pulsuz olaraq yayımlanır.

PDF buradan oxu! >>>> Zaur Ustac “Mahirə Nağıqızı – 65” (monoqrafiya) PDF

ADPU-nun Quba filialında professor Mahirə Hüseynova ilə görüş keçirilib

ADPU-nun Quba filialında professor Mahirə Hüseynova ilə görüş keçirilib

28 oktyabr 2025-ci il tarixində Pedaqoji Universitetin (ADPU) Quba filialında Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynovanın anadan olmasının 65 illik yubileyi və elmi-pedaqoji və ədəbi fəaliyyətinə həsr olunmuş “Qəlbi azərbaycanlı, Qərbi azərbaycanlı!” mövzusunda təntənəli ədəbi-bədii gecə keçirilib.
Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət edilib. Filialda qarşılanma zamanı tələbələr qonaqları Qubada yaşayan azsaylı xalqların dilində salamlayıblar.
Filialın böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda, Vətən yolunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra professor Mahirə xanım Hüseynovanın mənalı həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
İştirakçıları səmimiyyətlə salamlayan ədəbi-bədii gecənin aparıcısı Azər Süleymanlı qeyd edib ki, professor Mahirə xanım Hüseynovanın yaradıcılığına həsr olunmuş bu tədbirin gənclərin milli-vətənpərvərlik ruhun tərbiyə almasında müstəsna rolu vardır.
Sonra Quba rayon İcra Hakimiyyətinin Başçısı İlqar Mahmudov çıxış edərək professor Mahirə Hüseynovanın elmi, bədii və ictimai fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə toxunaraq diqqətə çatdırıb ki, şairənin bütün yaradıcılığının araşdırılması və təbliği gənc nəsildə vətənpərvərlik ruhunun inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Cənab İlqar Mahmudov həm də qeyd edib ki, Mahirə xanım Hüseynova 2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olmuş, 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilmişdir. 2018-ci ildən ADPU-nun “Filologiya” fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Hazırda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorudur. Mahirə Hüseynova həmçinin Prezident təqaüdçüsü, “Qızıl qələm” və “İlin alimi” Media Mükafatı laureatıdır. “Bütün bunlar isə təsadüfi deyil, gərgin elmin və zəhmətin nəticəsidir” deyə Cənab Başçı qeyd etmişdir.
Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev çıxışında qeyd edib ki, professor Mahirə Hüseynova bütün dövrlərdə Azərbaycanın gözəlliyini, vətənimizin bütövlüyünü, Qərbi Azərbaycan mövzusunun milli əhəmiyyətini diqqətdə saxlayıb. Filologiya elminə böyük töhfələr vermiş, Qərbi Azərbaycanın azman kişilərindən olan, el ağsaqqalı, professor Həsən Mirzənin həyat məktəbində şəxsiyyət, ziyalı, pedaqoq, alim kimi yetişən bu istedad sahibi hər zaman öz yoluna, həqiqətlərinə, adətinə, törəsinə, tərbiyəsinə səmimi və sədaqətli olub. Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət və ehtiram bu ailə və onun doğma ətrafında hər zaman milli prinsip olaraq qorunub. Mahirə Nağıqızı xalqın ağrı-acısını, müsibətlərini, faciələrini, yurd nisgilini duyğusallığı ilə ruhuna çəkərək vətən sevgisi, qeyrəti ilə milli-mənəvi ruhu sağaltmaq naminə dağlara, daşlara, çaylara, çiçəklərə ünvanlı sözləri öz şeirlərində ustalıq və peşəkarlıqla elə yoğurub yapır ki, sanki vətənin yaralarını sağaltmaq üçün məlhəm hazırlayır. Yəni onun şeirlərində, adətən çarəsiz dərd yoxdur. Dərd semantikasına görə, onun bu qəbildən olan şeirləri poetik kanonlarla, bəşəri bədii normativlərlə səsləşir. Bunlar gözəl, professional aforizm səviyyəsindədir. Mahirə xanımın bəhs etdiyimiz şeirləri bir mənəvi sərvət kimi, xalqımızın əqli-hissi istifadəsinə yarayır, eyni zamanda ədəbi ünsiyyətin kütləviləşməsinə təsir göstərir. Direktor həm də qeyd edib ki, Mahirə xanım Hüseynova Qərbi Azərbaycan ərazisində mövcud olan toponimlərin türk-Azərbaycan etnoyaddaşının ən möhtəşəm abidəsi fonunda arxaik etnolingvistik mənzərəsinin hələ də kifayət qədər öyrənilmədiyini nəzərə alıb. Professorun Vətənimizin gözəlliyinə, Azərbaycanın füsunkarlığına həsr etdiyi şeirlər dillər əzbəridir. Azərbaycanın görkəmli bəstəkarları və müğənniləri bu mövzulara müraciət ediblər.
Milli Məclisin deputatları – professor Əlibala Məhərrəmzadə, Sadiq Qurbanov, Afət Həsənova, Vüqar Rəhimzadə, Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Fatma İldırım, Tamam Cəfərova da öz növbələrində qeyd ediblər ki, Mahirə xanım Hüseynova mənsub olduğu soy-kökün təməlləri üzərində alim kimi, idarəedici kimi professor Mahirə Hüseynova, ictimai xadim, şairə kimi isə şairə Mahirə Nağıqızı olaraq tanındı və tanıyanların da sevimlisinə çevrildı. Bu sevgini və dəyəri isə özünü tanıyanlar haqq edə bilərlər. Bir anı bir ömrə, bir ömrü də bir ana sığdırmağı bacaran dəyərli elm, ədəbiyyat insanına, yaradıcı şəxsiyyətə can sağlığı, xoşbəxt həyat, aydın səma arzulayıblar. Bildiriblər ki, söz ustadının qarşısında bütün sözlər acizdir. Çünki Mahirə xanımın sözə dəyəri soykökündən, anasından, dayısı Həsən Mirzədən gəlir, bu səbəbdən də sevilən şairəmizi təəccübləndirmək müşkül məsələdir. Biz onu sevənlər olaraq sadəcə, hörmət və etimadımı nümayiş etdirə bilərik.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının müdiri, texnika elmləri doktoru professor Hüseyn Hüseynov, ADPU-nun “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Elman Quliyev, tanınmış ictimai xadim hüquqşunas Səməd Vəkilov, AYB-nin Quba bölməsinin sədri görkəmli şair Ramiz Qusarçaylı, filialın baş müəllimi Eyvaz Şeydayevin çıxışlarında professor Mahirə xanım Hüseynovanın həyat və fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə dair fikir və mülahizələrini bölüşüblər.
Sonra professor Mahirə xanım Hüseynova belə bir könül oxşayan tədbirin təşkilinə görə, rayonun və filialın rəhbərliyinə səmimi minnətdarlığını ifadə edib. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində əzəmət tapan müstəqilliyimiz, Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun qazandığı rəşadət və sonrakı qəhrəmanlıqlar nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirən professor bildirib ki, Azərbaycanda yaşamaq və yaratmaq böyük bəxtiyarlıqdır. Professor Mahirə Nağıqızı qeyd edib ki, gənclərin inkişafında əməyimizin olması bizləri sevindirir, bizlər Həsən Mirzəyev kimi dəyərli alimlərimizdən öyrəndiklərimizi gənc nəslə ötürməliyik. Həmçinin Mahirə xanım Nağıqızı onu da bildirib ki, bu gün onun alim, şairə və insanların çətin və xoş günündə hər zaman yanlarında olan bir şəxsiyyət kimi yetişməsinin səbəbi anası Nazlı xanımdır. Bu səbəbdən də əsərlərinin çox hissəsində ana məhəbbəti, ana zəhməti ön plandadır. Daha sonra “Onun daş nağılı” adlı şeirini səsləndirən Mahirə xanım Hüseynova əbədiyyətin başlanğıcını Ana və Vətən sevgisində gördüyünü diqqətə çatdırıb. Çıxışın sonunda professor Mahirə Hüseynova bir daha tədbirin belə yüksək səviyyədə hazırlığına görə xüsusi olaraq filialın direktoru professor Yusif Alıyevin adını çəkərək, onun da elm və tərbiyə görmüş ailədən çıxdığını, buna görə də elmin və alimin qədrini bildiyini, həmçinin kökündən gələn təvazökarlığa sahib olduğunu da qeyd edib.

Ədəbi-bədii tədbirdə şairə Mahirə Hüseynovanın poeziya nümunələri əsasında hazırlanmış bədii hissə də yer alıb.
Əməkdar artistlər Gülüstan Əliyeva, Mətanət İskəndərli və Elnur Zeynalov, tanınmış xanəndələr Leyla Rəhimova, aşıq Zülfiyyə İbadova, qiraətçi Pünhan İsmayılov, filialın tələbəsi Günəş İskəndərov şairənin sözlərinə bəstələnmiş mahnıları ifa edib, şeirlərini söyləyiblər. Tələbələr tərəfindən ifa edilən rəqslər də maraqla qarşılanıb.
Tədbir filial tələbələrinin suallarının cavablandırılması ilə davam edib.

ADPU-nin Filologiya Fakültəsi

Zaur Ustac “Mahirə Nağıqzı – 65” (monoqrafiya) – PDF

ZAUR USTAC – “MAHİRƏ NAĞIQIZI – 65” (MONOQRAFİYA) PDF:

Zaur Ustac “Mahirə Nağıqızı – 65” (monoqrafiya) PDF


SƏDULLA ŞİRİNOVUN KİTABLARI
:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru