Etiket arxivi: NAZİM YAQUBOĞLU

Nazim Yaquboğlu demək – həsrət deməkdir

Nazim Yaqub oğlu – şair.

NAZİM  YAQUBOĞLU İLƏ MÜSAHİBƏ

1. Nazim Yaqub oğlu,  əslində kimdir…
Nazim  Yaquboğlu  sadə  bir  vətəndaş müəllim , həyatı  çox  keşməkeşli   olan  sadə  bir  qələm  adamı ,  sadə  bir  şairdir :


Naziməm , həyatım  dönübdü  hərbə ,

Yüz  yerdən , min  yerdən  almışam  zərbə.

Bölündüm  Şimala , Cənuba , Qərbə ,

Vətən torpağıtək  paralanmışam .


Nazim  Yaquboğlu demək – həsrət  deməkdir. Nazim  sözünün  mənası  şeir  yazan , nəzmə  çəkən  olsa  da , əslində mən  deyərdim  ki , NAZİM  YAQUBOĞLU – HƏSRƏT  sözünün  sinonimidir .

 2. Sizi Müəllim kimi yaxşı tanıyırlar yoxsa şeirlərinizdən artıq sizi bilirlər…

 Açığı , bunu  bu  suala  dəqiq  cavab  verməyə  çətinlik  çəkirəm. Mənə   elə  gəlir  ki , bunu  məni tanıyanlar  daha  yaxşı  bilərlər.  Amma  mənə  elə  gəlir  ki , daha  çox  şair  kimi .

3. Hansı şeiriniz oxucularınızın qəlbinə yol tapdı O şeirdən bir bənd deyə bilərsiniz…
 Ölüb  torpağına  qarışmamışam , 

Yanında  qaradır  üzüm , Qarabağ .

Səni  əsir  edib  yağıyla , yada ,

Didərgin  olmuşam  özüm , Qarabağ .
Bir  də-
 Məni  tək tənha  qoyub sevgili  yarım  bu  gecə ,

Getdi  əldən  elə  bil  fövlətü – varım  bu  gecə .

4. Mövzularınız sizə yad olubmu heç   istəməsənizdə onu işləmisiniz…
 
Xeyir, Həmişə  içimdən  gələni  yazmışam .

 5. Öhdəsindən gəlmədiyiniz Mövzular olub günlərlə sizi yorsun amma bir şey alınmasın…
ALLAHA  ŞÜKÜRLƏR  olsun , hələ  ki , belə  bir  durumla  qarşılaşmamışam.  Amma  yazmaq  istədiyim  bir  neçə  şeir  var  ki , hələ  o  mövzulara. toxunmamısam .

5. Gənc yazarlar sizi qane edirmi…

Qane  edənlər  də  var , qane  etməyənlər də.

6. Ədəbiyyat sizə nə qazandırdı?

Həyatı  dərk  etməyi…

7. Razısınızmı yazdıqlarınızdan qane edir sizi.

Çətin  sualdır. Əgər  oxucuları  qane  edirsə , demək ,  nəsə  yaza  bilirəm .

8. Övladlarınız necə şeirlərinizi oxuyubmu bəyənirlərmi şeirlərinizi..?

2  ildən  artıqdır  övladlarımdan  ayrı  yaşayıram. Məhkəmə  qərarı  ilə  ünsiyyət  hüququmuz  var.  Ancaq  buna  baxmayaraq , övladlarıma  mənim  görüşməyimizə qəsdən  süni  əngəllər  yaradırlar. Buna  görə  2 ildən  artıqdır  övladlarımı  görə  bilməyirəm . Amma  övladlarım  yanımda  olanda  bəli  şeirlərimi  oxuyurdular , bəyənirdilər . Hətta  bir  çox  şeirlərimi  əzbər  bilirdilər.

9. Necə düşünürsünüz bu ayrılıq şeirlərinizə təsiri olub övladlarınızla danışırsız telefonda onlar nə düşünür bu haqqda ???

Xeyr , nə görüşməyə , nə  də  telefonla  danışmağa  icazə  vermirlər . 2  dəfə  oğlum  anasının  telefonu  ilə  gizlin  zəng  edib deyib  ki , darıxıram , gəl  məni  apar . Hər  ikisində  oğlum  ağlayıb  və zənglər  yarımçıq  kəsilib . Bir  dəfə  də  oğlum  2020 – ci  ilin  avqust  ayında  mənə  ad günü  təbriki  yazıb  və  5-10  dəqiqədən  sonra  bilib  həmin  təbriki  siliblər .

10. Kitab çap etməyi düşünmüsünüzmü? Dövrİ mətbuatda dərc olunursunuz?

Dövrİ  mətbuatda  2000 – ci  ildən  dərc  olunuram . 2008 – ci  ildə  ” BİR  ESQİN  HƏSRƏTİ ” adlı  ilk  seirlər  kitabım , 2015- ci  ildə  isə  ” MUSİBƏTDİR  BU  MƏHƏBBƏT  adlı  ikinci  kitabım  çap  olunub . Bundan  başqa    Azərbaycanda  Türkiyədə  çap  olunan  20 – dən artiq  antalogiyada  və  almanaxlarda  şeirlərim  çap  olunub . Ancaq  son  vaxtlar  şəxsi  həyatımdaki  problemlərlə  əlaqədar yaradıcılığa  və çap  məsələsinə  diqqət  ayırmağa  vaxtım  olmayır…

11. Son olaraq oxucularınıza nə demək istərdiniz…

Oxucularıma  cansağlığı  xoşbəxtlik və  səadət  arzulayıram . Bir  də xahiş  edirəm  ki , həmişə  diqqətli  olsunlar , əsl  şairlərlə  şeir  yazanları  bir – birlərindən  fərqləndirməyə  çalışsınlar .

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru