NƏRİMAN HƏSƏNZADƏ 95 Bu gün Azərbaycanın xalq şairi NƏRİMAN HƏSƏNZADƏNİN yubiley doğum günüdür! Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. HÖRMƏTLİ XALQ ŞAİRİMİZ NƏRİMAN HƏSINZADƏNİ GÖRDÜYÜM ÜÇÜN, ONUN DƏYƏRLİ MƏSLƏHƏTLƏRİNİ EŞİTDİYİM ÜÇÜN ÇOX SEVİNİRƏM.HƏMİŞƏ NƏRİMAN HƏSƏNZADƏNİN AD GÜNÜNÜ ONU ŞƏXSƏN TANIMADAN TƏBRİK EDİRDİM.GÖRÜŞƏNDƏ ÖZÜNƏ BU HAQDA MƏLUMAT VERDİM VƏ DEDİM Kİ, ARTIQ SİZİ ŞƏXSƏN TANIYARAQDAN AD GÜNLƏRİNİZİ TƏBRİK EDƏCƏYƏM. XALQIMIZIN CANLI ƏFSANƏSİ NƏRİMAN HƏSƏNZADƏNİ YUBİLEY DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİR, ONA UZUN ÖMÜR VƏ CAN SAĞLIĞI ARZU EDİRƏM!
SEVİNDİK NƏSİBOĞLU, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü
Nə vaxt doğulubsa, əsl sənətkar – Hər xalqın şöhrəti o vaxta düşüb. Nəriman Həsənzadə
Salam, dərdiş! Salam, salam, dərdiş! Necəsən, Toğrul bala necədir, yoldaşın necədir, sənə qurban?… Sevimli Nəriman müəllim! İllərdi, sizinlə belə salamlaşıram. Bu sözü ilk dəfə iş¬lətməyim yadınızdadırmı? “Söz” jurnalının II sayı çıxa¬caqdı. I sayda təbrikinizi vermişdik. II sayda şeirləriniz gedəcəkdi. “Azərbaycan” nəşriyyatında sex rəisi Palina xanım şəklinizi görcək, “dərdişimə qurban olum, şeirləri¬mi gedir jurnalınızda?” soruşdu. “Dərdiş” sözünü ilk dəfə eşidirdim. Demə, Qazax bölgəsində ən şirin müraciət formasıymış. O zamandan bir-birimizə dərdişik. Nərimanımüəllim! Sevdiyim insanlar haqqında söz demək, fikirlərimi ürəyim istəyən kimi ifadə etmək mənə hər zaman çətin olub. Belə insanlardan biri, bəlkə də, birincisi sizsiniz. İllərdi, sizin haqqınızda yazmaq istəyirəm, bacarmıram. Heç bunlar da yazmaq istədiklərimin hamısı olmayacaq. Deyirlər, əsl məhəbbət şərh olunmur. Məncə, elə bu səbəbdəndir ki, fikirlərimin şərhini verə bilmirəm. Sizi tanıyan hər kəs mənim fikirlərimlə razılaşar. Mayanız bir insan və şair olaraq sadəlik və səmimiyyətdən yoğrulmuşdur. Odur ki, hamı sizinlə dost olmağa can atır. Təbii və təbli şeirləriniz dillər əzbəridir. Şəxsi tanışlığımız Mətbuat və İnformasiya Nazirliyində nazirin I müavi¬ni işlədiyiniz zaman başlayıb. Kabinetiniz sözün həqiqi mənasında xeyirxahlıq missiyasında idi. Qapınızı hər kəs ərklə açıb ürək sözünü deyə bilirdi. Adamlar arasında bir növ ünsiyyət körpüsü idiniz. Könlünüzün qapıları kimi kabinetinizin də qapıları hamının üzünə taybatay açıqdı. Bu qapını mən də ərklə açırdım. 1992-ci ilin yayı idi. İlk dəfə İran İslam Respublikasında olmuşdum. Qoca Şərqin müxtəlif şəhərlərində – Ərdəbildə, Marağada, Kərəcdə, Tehranda, ən başlıcası, görüş həsrətlə getdiyim Təbriz¬də olmuşdum. Həmin ilin mayında İran İslam Respubli¬kasından “Surə” ədəbi məclisinin şairləriylə filarmoniyada üç günlük görüş olmuşdu. Həmin görüşlərə Cənubi Azərbaycandan gələn şairlər Lefortovo zindanından yeni qayıtmış Xəlil Rza Ulutürkü və sizi dəvət etmişdilər. Unu¬dulmaz görüşlərin davamı olaraq bir qədər sonra sizi Cə¬nubi Azərbaycana dəvət etmişdilər. Tehranda xəstəxanada yatıb müalicə almışdınız. Bu məlumatları şairlərdən Atəş və Rza Paşazadəgildə qonaq olarkən öyrənmişdim. Sizi orda nə qədər sevirlər! Şimali Azərbaycandan oldu¬ğumu bilən hər kəs sizə salam yetirməyimi xahiş edirdi. Bakıya qayıdanda sizə bir dünya salam gətirmişdim və sizə çatdırmağı qərara aldım. Nazirliyə üz tutdum. Qapı¬da dedilər ki, burdadır, ancaq məşğuldur, heç kəsi qəbul etməyəcək. Bir az tutuldum. Dedim ki, iranlı dostların¬dan ona çatası xəbər gətirmişəm. Köməkçiniz sifarişimi çatdıran kimi qapını açıb məni qarşıladınız. Söhbətimiz elə səmimi alındı, sanki illərin tanışı, dostuyduq. Evə qa¬yıdanda üzümdə səmimi bir təbəssüm vardı… Nəriman müəllim! Həmin ilin sonunda Prezident Administrasiyasında Şəkər Aslan üçün jurnal açmağı nəzərdə tutmuşdular. Biz sizin və Ədliyyə Nazirliyinin qeydiyyatindan keçdik. Şəkər Aslanın müavini olaraq Bakıda bütün işləri mən yerinə yetirirdim. Məni “Şəkər Aslanın Bakıdakı müşavi¬ri” adlandırırdınız. Respublikada ən çətin dövr idi. Mət¬buat sahəsində xüsusilə. Xalq şairi Sabir Rüstəmxanlı nazirimiz olsa da, ən çox sizi narahat edirdim. Günlərin birində dediniz ki, “Azərbaycan” nəşriyyatinın direktoru Şəddat Cəfərov canlara dəyən oğlandır (“oğlan” sözünü özünüz haqqında danışanda da deyirsiniz. Yəqin ki, uşaq kimi saflığınızdan irəli gəlir), işbacarandır. Çox maraqlı bir devizi var: “İşi görmək istəyən adam vasitə axtarar, görmək istəməyən bəhanə”. Elə bir növ sən də o xarak¬terdəsən. Jurnalı ərsəyə gətirmək üçün döymədiyin qapı qalmayıb. Onun lüğətində “bilmirəm, mümkün deyil” sözləri yoxdur. Nə problemin olsa, onunla məsləhət¬ləş… Adamı xoş sözlərlə elə tərifləyirsiniz, az qala adam öz istedadına, yüksək peşəkarlığına inanır. Dediklərinizi məsuliyyət kimi qarşılayardım. Təriflərinizə layiq olmağa çalışardım. Təəssüf ki, Şəkər Aslanın “Söz” jurnalına re¬daktorluğu heç üç il də çəkmədi. Vəfatından sonra yubi¬leyini keçirdik. Bakıdan gələn qonaqlar arasında – bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, Milli Siyasət Məsələləri üzrə Dövlət müşaviri Hidayət Orucov, Yazıçı¬lar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq artisti Canəli Əkbərov, professor Gülrux Əlibəyli və siz də var idiniz. O zaman Mətbuat və İnformasiya nazirini əvəz edirdiniz. Şəkər Aslana həsr etdiyiniz “Söz” adlı heykəl” şeirinizlə yubilyarsız məclisə xüsusi ovqat gətirdiniz. Yubileyin ertəsi günü Şəkər Aslanın məzarı üstünə getdik. Şeiri orda da oxudunuz. Nəriman müəllim! Şəkər Aslanın AJB-nin Natəvan klubunda keçirilən 80 illik yubileyinə vaxtından tez gəlmişdiniz. Yubilyar haqqında xoş xatirələriniz öz yerində, məni də xeyli tərif¬lədiniz. İctimai Televiziyaya verdiyiniz müsahibədə söy-lədiniz ki, Şəkər Aslan xoşbəxt şair ömrünü vəfatından sonra yaşayır. Şeirləri dərc olunur, mahnıları səsləndiri¬lir, yubileyləri, xatirə gecələri keçirilir. Bütün bunlar “qız qardaşı” dediyi Sevda Əlibəylinin səyi, ustadına sədaqəti sayəsində ərsəyə gəlir. Çox sağ olun, Nəriman müəllim! Bu sözləri şairin vəfatından sonra Lənkəran Dövlət Dram Teatrında keçirilən 60 illik yubileyində də söylə¬mişdiniz. Tərifli sözlərinizi məsuliyyət kimi qəbul edirəm. Sevimli Nəriman müəllim! “Dünyada ən böyük itki qadındı” deyirsiniz. Bu itkini həyat sizə iki dəfə yaşadıb. Oğul çörəyini yeməyə macal tapmamış dünyasını dəyişən Nabat ananın itkisi sizi hər¬bi xidmətdən qaçmağa məcbur edib. Nabat ana – əlinin zəhməti, qazancı – ətirli buğda çörəyi. “Xanım ikən, bir xanımlıq görmədin sən, xanım anam” deyən şair oğul o çörək ətrini, dadı, ləzzəti “Nabat xalanın çörəyi”ndə bizə sevdirdi. Hərbi xidmətdən qaçdığınıza görə sizi hərbi tri¬bunala vermək istəyirlər. Bunu eşidən sevilən şairlərimiz Rəsul Rzayla Nigar Rəfibəyli generala ağız açıb sizi bu cə¬zadan xilas ediblər. Siz də bu yaxşılığı bu günə kimi unutmursunuz, şeirlərinizdə də əbədiləşdirmisiniz. Həyatda elə məhəbbətlər var ki, nağıllarda, dastan¬larda əbədiləşib. Elə nağıllar, dastanlar var ki, həqiqətdir.
Bir qadın ömrünü girov qoymuşam, Bir şair ömrünü yaşatmaq üçün, –
deyən Nəriman-Sara dastanı. Biz bu qəhrəmanların müasiri olduğumuza görə bunlar bizim üçün həqiqətdir. Amma gələn yüzillərin, gə¬ləcək zamanların oxucuları üçün oxu¬duqları əfsanəvi sevgi-məhəbbət dastanı olacağına şübhəmiz yoxdur. Yarımçıq qalan Saralı ömür əbədi mövzunuzdur.
Mənim nigahımı pozdu təbiət, Köklədi simləri xeyir-şər üstə. Sənə – məzar boyda yeraltı zülmət, Qurulu ev qoydu mənə yer üstə.
Həyatınızın ağrı-acıları nə qədər çox olsa da, qarşınıza çıxan xeyirxahları bu gün də məhəbbətlə anırsınız.
Atam – ata deyənəcən köçdü dünyadan, Mir Cəlala rast gətirdi Tanrım sonradan. Mənə Püstə xanımı da verdi Yaradan, Biri atam, biri anam əvəzi oldu. Taleyimin bu, ən böyük töhfəsi oldu…
Yaradıcılığınızdan söz açmaq mənim hünərim deyil. Kifayət qədər yazılıb, zaman-zaman da yazılacaq. “Kimin sualı var?” poemanızın başına oyunlar açılıb. İllər sonra o dövrə qayıdırsınız:
“…Kimin sualı var?” – yazmışdım o vaxt, Cavabı özümdən istəyirdilər… …Onda Səməd Vurğun daha yox idi, Nizami Cəfərov gənc idi hələ.
Pafoslu, gəlişigözəl sözlərdən uzağam. Amma “Nəri¬man Həsənzadə vətəndaş şairdir” deməyə məcburam. “Zümrüd quşu” poemanıza orta məktəbdə oxuyarkən televiziyada baxmışam. Efirdə kadrda özünüz idiniz, səsiniz isə kadrarxası. Poemada tarixə şair səyahəti edərək Təbrizin tarixi şöhrətini varaqlayırdınız. Unudulmaz şa¬irimiz Məmməd Araz poema haqqında fikirlərini belə şərh edib: “Zümrüd quşu” əslində bu gözəl diyarın bütün əzəmətini rənglərlə əks etdirən bir xəritə idi. Puşkin üçün bundan gözəl hədiyyə ola bilməzdi. Sonralar Puşkin bu xəritədə öz yolunu axtarıb tapacaq, o yolla yanaşı gedən Abbasqulu ağa, Mirzə Fətəli Axundov yoluna baxdıqca kövrələcək, Fazil xanla üz-üzə gəldiyi gədiyi axtaracaq. Ömrü boyu otağından cənub baharı əskik olmayacaqdı. Poemada şair adi bir seyrçi səyyah kimi deyil, Puşkinin Qafqaz dövrünün şahidi kimi danışır”. “Atabəylər”lə haraları gəzmədiniz?! Roma sərkərdə¬si Pompeyi qədim Roma¬dan Qafqaza gətirdiniz. “Bütün Şərq bilsin” pyesiniz Mayakovski adına Moskva Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulanda bütün millətimiz qürur hissi keçirməyə haqlıydı. “Nuru Paşa” poemanız Azərbaycan tarixinin daha bir faciəvi döv¬rünün əksidir. Muşfiqin mənəvi övladı olaraq tarı daha yüksəkliklərə qaldırdınız. Nəriman müəllim! Şeirləriniz öz taleyi olan poeziyadır. Sanki oxucuyla oturub taleyinizdən söhbət açırsınız:
Gəncə mənim ilk məhəbbət beşiyim oldu. Soruşmayın, tələbə qız onda kim oldu? Bəlkə mənim alın yazım, taleyim oldu? O qızlara dediyini mənə demirdi, Can verirdim, canıyanmış can istəmirdi.
Dünyaya göz açdığınız Poylu haqqında poemanı yazdığınız günlər elə bil dünən idi. Poemanın yazılış ta¬rixinə baxanda görürəm, aradan düz on beş il keçib. Siz demişkən: çəkib necə tez apardı illər illəri… Hamımızın sevimlisi, sizin “xüsusi arxiviniz” Aliyə Qabilqızına diqtə edirdiniz. Eyni otaqda xeyli aralı əyləşmişdik. Mən Aliyə xanıma verəcəyim yazılara düzəliş edirdim. Amma fikrim sizin misralarda idi. Axırı dözmədim: – Dərdiş, bu poema “Heydərbabaya salam” ləzzətindəndir ki!… – söylədim. Ürəyinizcə oldu. “Poylu – beşiyim mənim” poemasını kitab şəklində mənə bağışlayanda gözlədiyim kitab idi. Mübaliğə olmasın, poemadan bütün poyluları tanıyıram. Səməd Vurğunun bir növ vəsiyyətini də unutmursu¬nuz:
Səməd Vurğun hər sözünü üzə şax dedi, “Qarayazı… Kürqırağı… od-ocaq…” dedi. “Sizi bir də hansı şair yazacaq?” – dedi. Saçlarına tumar çəkdi öz adətilə, Zəmanət də yazdı mənə ustad əlilə.
Aliyə xanımı da ürəkgenişliyinizlə əzizləyib tarixə salmısınız:
-Yaz, Aliyə, mən dedikcə, kompüterdə yaz, Nə yaxşı ki, zövq əhlisən, üstəlik həssas. “Mənim Poylu beşiyim”dən deyirsən olmaz. Mən nə deyim safürəklə deyilən sözə, Ürəyimdən neçə bəndi çıxardın üzə.
-“Cavid”, “Nəriman”, “Midiya”, “Qaçaq Kərəm”, “Qafqaz”… Ümumiyyətlə, bütün yaradıcılığınızda Azər¬baycanın tarixi həqiqətlərini bədii salnaməyə çevirmisiniz. Tehranda dalğalanan Azərbaycan bayrağını yüksək şövqlə vəsf edirsiniz. Ölkəmızın Prezidenti İlham Əliyevin bağışladığı Təb¬riz küçəsindəki mənzildə yaşayırsınız. Telefon zənglə¬rinə “Hardasınız, Nəriman müəllim?” sualına “Təbriz¬dəyəm!” cavabını verirsiniz. Taleyin nə xoş qismət! Nəriman müəllim! İstiqanlı, mülayim xasiyyətnizə görə hamı sizinlə dostluğa can atır. Siz isə saysız dost-tanışlarınızın arasın¬da Musa Quluzadə (Azərbaycan Respublikasının Prezi¬dent yanında Dövlət İdarəçilik Akademiyasının profes-soru) və İbrahim Quliyevlə (Milli Aviasiya Akademiya¬sının professoru) dostluq, yoldaşlıq edirsiniz. Xeyir-şər məclislərində, tədbirlərdə birgə iştrak edirsiniz. Hər gün görüşməsəniz də, zəngləşib hal-əhval tutmasanız, heç biriniz rahatlıq tapmazsınız. Əziz Nəriman müəllim! Şeirlərinizə yüzlərcə mahnı bəstələnib. 1979-cu ildə ADU-nun (BDU) Jurnalistka fakültəsinə imtahan verir¬dim. Fakültənin qaydalarına əsasən iki yaradıcılıq imta¬hanı verməliydik. Yazılı müsabiqədən keçmişdik. Şifahi müsabiqəyə yeni tanış olduğumuz qızlarla ağac kölgə¬sində yığışıb sual-cavab edirdik. Qızlardan biri dedi: Birdən münsiflər mahnı oxumağımızı istədilər, nə oxuyarıq? Mən “Telefon telində səslədim səni…” mahnısını su¬ala cavab verirmiş kimi zümzümə etdim. Başqa birisi “Ay sevgilim, çağır məni”, biri “Dünyanın xoşbəxt mənəm dünyada”, o biri “Gül bir az”, “Fikir eləmə”… mahnıları¬nı oxudu. Şeir və musiqinin vəhdətindən doğan xoş bir aura yarandı aramızda. Müsabiqə, imtahan qorxusu artıq bizi tərk etmişdi. Mahnıların sözlərinə gələndə bütün şeirlərin məhz bir müəllifə – Nəriman Həsənzadəyə aid olduğunu bildik. Bu mahnılar indi də oxunur. O illərdə isə dillər əzbəri idi… O illərdə əmək qəhrəmanlarına da mahnılar qoşulurdu. Respublikanın I katibi Heydər Əliyev kənd əməkçilə¬ri illik planları vaxtindan əvvəl yerinə yetrəndə rayon¬lara gedər, əməkçilərlə iş başında görüşərdı. Görüşlərə ədəbiyyat və incəsənət adamlarını da aparardı. İllərin birində Bərdəyə – respublikada ən çox pambıq toplayan Tərlan Musayevanın görüşünə getmişdi. Həmin görüşdə siz də var idiniz. Ulu Öndər Tərlana şeir həsr edilməsini, mahnı yazılmasın tapşırdı. Mahnını sözlərini siz yazdınız. Mahnı tezliklə dillərə düşdü, məşhurlaşdı. Sözləri indi də yadımdadır: Maral dedi bir qardaşım, sənə Tərlan, Maral kimi boylandın sən cərgələrin arasından… Mahniyla bağlı bir məqam: 1998-ci ildə Tərlan Musa¬yeva ilə müsahibə yazırdım. O zaman Tərlan xanım Milli Məclisin deputat idi. Suallarımdan biri belə oldu:
-“Tərlan” mahnısını sonuncu dəfə nə vaxt eşıtmisiniz? Kövrəldi… gözləri doldu:
-On ildən çoxdur… – dedi. Həmişə Ulu Öndərə minnətdar olduğunu bildirdi, sizi məhəbbətlə xatırladı. Əzizim dərdiş! Nəinki doğma yurdumuzda, dünyanın bir sıra ölkələ¬rində müxtəlif ödüllərə, mükafatlara layiq görülmüsünüz. Əməkdar incəsənət xadimi, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Xalq şairisiniz, Milli Aviasiya Akademi-yasının professorusunuz. Mir Cəlal ocağının yadigarı aka¬demik Arif Paşayevlə birgə çalışırsınız. Mir Cəlal müəl¬limdən görüb-götürdüyünüz qayğıkeşliyi, humanizmi tələbələrinizlə payla¬şırsınız. Müxtəlif ölkələrin akademi¬yalarının müxbir üzvü, fəxri akademikisiniz. Ötən yubi¬leyiniz dünyanın çox yerində, hətta okeanın o tayında – Nyu-Yorkda qeyd olundu. Yüz yaşınızda da bu sevincləri yaşayasınız. Amin! Nəriman müəllim! Qarabağsız qaldığımız illərdə çox yazılar, şeirlər, poe¬malar… yazmısınız.
Şuşa qədim bir millətin Şuşasıdı, Pənah xanın, Xan əminin Şuşasıdı. Xarı bülbül gül dilində oxuyurmu? – orda gülü gül duyurmu?!
Şuşa, bütövlükdə Qarabağ işğaldan azad olunduqdan sonra qələminizi nikbin notlara kökləyib yeni şeirlər, po¬emalar yazdınız. Tarix boyu çox “Qarabağnamə”lər ya¬zılıb. Sizin isə “Qarabağnamə”m İlhamdır!” deməyiniz hamımızın ürəyincədir:
Bu gün mənim şeirim, sözüm, hecam, qafiyəm İlhamdır!
“Qarabağ Azərbaycandır!” “Qarabağnamə”m İlhamdır! Poemanı Əməkdar İncəsənət xadimi, istedadlı rejis¬sor və qələm adamı Ağalar İdrisoğlu səhnələşdirib, Gənc Tamaşaçılar Teatrında tamaşaya hazırlayır. Nəriman müəllim! Ana televiziyamızın yaddaşında Şuşanın bəxtəvər günlərilə bağlı bir lent yazısı var – Şuşada Molla Pənah Vaqifin məqbərəsi açılır. Əvvəllər də göstərərdilər. Qələ¬bədən sonra daha tez-tez göstərirlər. Şuşaya qar yağır. Siz şeir oxuyursunuz. Yaxşı ki, lent yazılarının ömrü in¬san ömründən etbarlıdır. Azərbaycanın tanınmış ədə¬biyyat, incəsənət, elm adamları, ictmai-siyasi xadimlər Ulu Öndər Heydər Əliyevin ətrafinda tarixi bir gün yaşa¬yırlar. Yaxın aylara kimi o lent yazısına baxanda ürəyimə qar yağırdı. İndi isə fateh sərkərdə İlham Əliyevin de¬diyi “Şuşasız Azərbaycan yoxdur. Biz səni dirçəldəcəyik!” sözləri ürəyimizə rahatlıq gətirir. Ordakı iştrakçıların xatirələrindən öyrənmişəm ki, tədbirdə İlham Əliyev də iştirak edirmiş. O günləri yeni¬dən yaşamaq üçün İlham Əliyev cənabları Vaqif poeziya günləri və muğam, Xarıbülbül festvalları keçirmək üçün tapşırıq verib. Yeni şeirlərinizlə ruhumuzu oxşayacağını¬za əminik. Sevimli Nəriman müəllim! Dünya haqqında nə qədər sözlər deyilib: yalan dün¬ya, yaman dünya, fani dünya… Amma dünyaya nərdivan deyən olmayıb. Dünya haqqında dillər əzbəri olan bu müdrik fikri siz gətirdiniz poeziyamıza.
Bu dünya nərdivandı, Qalxanda mehribandı, Enəndə nə yamandı…
Heç zaman enməyin pillələrdən. Mehribancasına qalxın. Zirvədə yüzə çatın. Bizi də arxanızca aparın. Hər zaman deyirsiniz ki, yaş sənədlərdə bilinir. Ürəkdə, yara¬dıcılıqda bilinmir. Yaşınızdan söz açmağa nə lüzum?! On¬suz da hər kəs sizi öz yaşıdı bilir. Yaradıcılığınızı izlədikcə görürük ki, ürəyiniz elə əvvəlki sevdasındadır.