Vətənə xidmətin siması – Hikmət Səttar oğlu Ağayev
Bu gün Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canını və ömrünü səfərbər edən, adını Vətən tarixinin şanlı səhifələrinə yazdıran qəhrəmanlarımızdan biri – Hikmət Səttar oğlu Ağayevdir. O, sadəcə bir hərbçi deyil, o, Vətənin qürur abidəsidir, şərəfli xidmətin, vətənpərvərliyin canlı nümunəsidir.
Lerik rayonunun Günəşli kəndində doğulub boya-başa çatan Hikmət müəllim, el-obanın sadə övladı kimi böyüsə də, iradəsi, qətiyyəti və torpağa bağlılığı ilə çoxlarının könlündə silinməz iz buraxdı. O, Azərbaycanın ən elit hərbi strukturlarından biri olan Xüsusi Dövlət Mühafizə Xidməti “A” Xüsusi Təyinatlı Dəstəsinə rəhbərlik edərək, polkovnik rütbəsinədək yüksəldi və təhlükəsizlik sahəsində misilsiz xidmətlər göstərdi.
Amma Hikmət Ağayevin vətənə xidmət hekayəsi yalnız hərbi forma ilə məhdudlaşmadı. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi döyüş meydanlarında da fədakarlıq göstərdi, silahdaşları ilə birgə torpaqlarımız uğrunda vuruşdu, bu günün zəfərini hazırlayan tarixə öz adını yazdı.
Hazırda o, “Ehtiyatda olan Zabitlər Konfederasiyası”nın sədr müavini, idarə heyətinin üzvü, “Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin fəal təmsilçisi və “Zəfər Yolu” İctimai Birliyinin icraçı direktoru kimi fəaliyyət göstərir. Bu vəzifələrdə o, yalnız hərbi təcrübəsini deyil, həm də insani dəyərlərə, şəhid ailələrinə, qazilərə olan bağlılığını əks etdirir.
Hikmət müəllim, ehtiyatda olsa da, ruhən daim səngərdədir. O, bu xalqın ruhunu, əsgər iradəsini, şəhid xatirəsini daşıyan simalardandır. Onun fəaliyyəti gələcək nəsillərə örnək, onun xidmətləri isə tariximizin şanlı salnaməsidir.
Bu gün Vətən torpağında azad addımlayan hər bir insan Hikmət Ağayev kimi qəhrəmanlarımızın sayəsində nəfəs alır. Belə Vətən oğullarının varlığı bizim gücümüz, birliyimiz və gələcəyimizin təminatıdır.
Polkovnik Hikmət Ağayev – sadəcə bir ad deyil, bir əqidədir: Vətənə sonsuz sədaqətin, mərdliyin və qeyrətin əbədi simvoludur.
26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə
Bu gün – 26 iyun, qəlbimizdə qürur, gözlərimizdə minnət, səsimizdə dua olan bir gündür. Bu gün – Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Bu müqəddəs tarix, yalnız bir təqvim günü deyil – bu, şəhid qanıyla yazılan, qazi ruhuyla bərq vuran, əsgər əliylə qurulan bir tarixdir.
Vətənimizin sarsılmaz qalası olan Azərbaycan əsgəri, təkcə sərhədi yox, xalqın güvənini, dövlətin müstəqilliyini, millətin qürurunu qoruyur. Bu gün dağda, səngərdə, hərbi hissədə, sərhəd boylarında səssiz və susqun dayanan əsgərin sükutu, bəzən min söz qədər danışır: “Mən burdayam – Vətənə sipərəm!”
Hər birimiz bilir ki, torpaq onu sevən, qoruyan və uğrunda can verən varsa Vətəndir. Və bu gün bu Vətənin uğrunda can verənlər, canından keçənlər, canını sipər edənlər var. Onların adı şəhid, onların adı qazi, onların adı əsgər, zabit, komandir – bir sözlə, Azərbaycan Ordusudur!
Sizlər – gücümüz, qüdrətimiz, inamımızsınız! Sizlər bu torpağın ürəyisiniz! Zəfər yazan əllərin, qələbə gətirən addımların, səngərdə qurulan sabahların sahiblərisiniz!
Sizə borcluyuq – sükutumuzda dua, hər nəfəsimizdə minnətdarlıq, hər addımımızda sizin sayənizdə doğan azadlıq var!
Bu gün Azərbaycanın üçrəngli bayrağı səmaya ucalırsa, o bayrağın hər rəngi sizin əməlinizin rəmzidir: 🔹 Yaşıl – sizdən doğan müqəddəsliyin, 🔹 Qırmızı – tökdüyünüz alın tərinin, qanınızın, 🔹 Mavi – ruhunuzun ucalığının simvoludur.
Əziz hərbiçilər! Sizin önünüzdə baş əyirəm! Ordusuna güvənən bir millətin kürəyi yerə gəlməz. Siz var olduqca, biz rahat nəfəs alacağıq.
Bu gün və hər gün Vətən sizinlədir, dua sizinlədir, qürur sizinlədir!
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün Azərbaycan Ordusunu, şəhid ailələrimizi, qazilərimizi, hərbi qulluqçularımızı təbrik edir, Vətənə sədaqət andınızı eşq və ehtiramla alqışlayıram!
Əziz Pərvanə xanım, sizi doğum gününüz münasibətilə təbrik edir, möhkəm cansağlığı arzu arzulayıram . Mən sizin yaradıcılığınıza çoxdan və gördüyünüz gözəl işlərə çoxdan bələd idim… Xoşbəxtlikdən bir neçə ay əvvəl sizinlə əyani surətdə tanış olmaq mənə nəsib oldu. Pərvanə xanım, siz çox dəyərli insansız. Comərd, mərhəmətli, bütün təbəqələrə mənsub olan insanlarla ünsiyyət qura bilən, mülayim, incə qəlblisiniz. Ehtiyacı olanlara əlinizdən gələn köməkliyi göstərirsiniz. Sizin bütün dostlarınız bunlara görə sizi sevir. Pərvanə xanım, siz ailə dəyərlərinə də çox sadiqsiniz,öz övladlarınızı bütün varlığınıza sevirsiniz, öz ömür-gün yoldaşınıza həmişə sayqı və hörmətlə yanaşmısınız. İndiki bu praqmatik dövrdə məhəbbətə, sevgiyə, ülvi hisslərə inanırsız. Bunlar da çox önəmlidir. Pərvanə xanım, görkəmli Amerika yazıçısı Çek Londonun belə bir fikri var:
“insanın işi onun özünün ifadəsidir.”
Sizin əməli fəaliyyətiniz bu ifadənin təsdiqidir. Gördüyünüz bütün işləri şövqlə həyata keçirir, qəlbinizin hərarətini qatırsınız.
Bunu mən sizinlə tanış olanda bir daha duydum. Pərvanə xanım, siz həm də iradəlisiniz, şəxsi həyatınızda çətinlikləri dəf edən, ağır xəstəliyə qalib gəlmiş bir insansız. Yaxsi ki, Uca Yaradan sizə bu sınaqdan çıxmağa kömək edib. Mən sizin kimi insanlarla fəxr edirəm. Sizin kimi insanlar bizə hava və su kimi lazımdır. 100 yasayin, Pərvanə xanım! Həmisə ailənizlə birlikdə sevinin, sevilin. Opurəm sizi.
Ömrü boyu yol gedirık. Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Fəaliyyətinə nəzər salmaq istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir…
Sadə, mehriban, qətiyyətli, ürəyində, fəaliyyətində Türk dünyasının dəyərlərinə, İnsana, Vətənə sevgisi zəngin olan Pərvanə Salman qızı Abdullayeva – 1974-cü il noyabrın 10-da Neftçala rayonunun Xolqarabucaq kəndində, ziyalı ailəsində dünyaya göz açıb. Təhsilini doğma kəndindəki orta məktəbdə əla qiymətlərlə başa vurduqdan sonra Bakı şəhər 2-nömrəli tibb kollecində davam etdiribdir. Hazırda Atatürk Unveristetinin Sosalogiya fakültəsidə təhsilini davam etdirir. 1993-cü ildə ailə həyatı quran Pərvanə xanım ailəsi ilə Ukraynanın Kiyev şəhərində yaşayıblar. Kiyev şəhərində üç övladı dünyaya gəlib: iki qız, bir oğlan. Böyük qızı ailəlidir – ailəsiylə Hollandiyanın Amsterdam şəhərində yaşayır, bir qız, bir oğlan övladı var.
Pərvanə xanım 1983-1984-cü illərdə Bülbül adına müsabiqənin qalibi olubdur. 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Əli Kərim adına Poeziya klubunun Jurnalist-repartyor fakültəsinə daxil olub, 2013-cü ildə bitirmişdir. “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək ictimai birliyinin sədri, zefernews.az saytının təsisçisi və rəhbəri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan üzərə təmsilçisi – başkanı, JBÜ-jurnalistlər birliyinin üzvü, Türkiyənin Anasan-Anadolu Sanatçılar üzvü, Anasan – yazarlar birliyinin Azərbaycan nümayəndəsi, XXl Əsrin Ziyalıları Cəmiyyətinin icraçı direktoru, Düya Türk Ocaqlarının Neftçala başkanıdır. “Qızıl Qələm” mükafatı laureatıdır. Pərvanə Salman qızı “İlhamlı Azərbaycan” döş nişanı, “Cəsur döyüşçü” və “Xarı bülbül” medalları, “Xarı bülbül” və “Qarabağ Azərbaycandır!” diplomları, dəfələrlə Müdafiə və Ədliyyə Nazirliklərinin Fəxri Fərmanları ilə təltif olunub.
Pərvanə Salman qızının “Dəmir Yumruq” adlı ilk kitabı 2021-ci ildə “Borçalı” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb. Daha bir neçə kitabın müəllifidir. Tanıdığımız, daim təmasda olduğumuz insanların iç dünyası, daxili aləmi, istək və arzularını haqqında bilgilər onların həyat hekayəsinı bizlərə açıqlayır. Keçdiyi həyat yolları haqqında Pərvanə xanım Salman qızı Abdullayevanın həyat hekayəsi müxtəlif rakurslardan onu görmək imkanı verir. Yaradıçı kəslərin həyat, insan, vətən sevgisi, Yaradanın yaratdıqlarına olan sevgisi daha güclü olur. Pərvanə xanımın yaradıcılıq uğurları, ictimai fəaliyyəti təqdirəlayiqdir! Vətəndaş mövqeyi, İnsanlığın xilasına xidmət, İlahi Eşq daşıyıcısı kimi, ətrafında olan sağlam düşüncəli, Vətən sevdalı gənclərlə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət göstərməsi, daim onların yanında olması onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir ümdə arzusu olur! Hər dəfə ötən günləri yada salanda xatirələr adamı doğma yerlərə çəkib aparır. Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini xatırlamasın, şirin xəyallarının qanadlarında dolanmasın. Pərvanə Salmanqızı hələ gənclik illərindən şeir, poeziya vurğunu olubdur. Qələmə aldığı poyeziya nümunəsindən: –
Dönüb baxim bu Dünyaya
Axıb gedən,bu ömür də, Geri dönməz, axıb gedər, Ömür keçər, dünya dönər, Dönüb baxım, bu dünyaya.
Mən doymadım baharından, Payız, adlı xəzanından, Qismət ola, ya olmaya, Dönüb baxım, bu dünyaya.
Sevgi dolu, öz dünyamda, O, gözlərə hey, baxım…baxım.. Birdən dönüb ,baxmaz birdə, Dönüm baxım ,bu dünyaya.
Səhər şehinin jaləsinə, Bülbülün, zümzüməsinə. Şəlalənin gur səsinə, Dönüb baxım, bu dünyaya. (Pərvanə Salman qızı)
50 yaşın sevincini yaşayan: -“Yubileyimi dəyər verdiyim insanlarla keçirmək ən böyük hədiyyədir” – deyən Pərvanə xanım istəyiniz çin olsun! Təbrik edirik, yeni yaşınız mübarək olsun! Sizə yaradıcıl uğurları arzulayırıq!
ZÜLFÍYYƏ VƏLİYEVA,
“ZƏFƏR” İnformasiya Mərkəzinin – zefer.info.az saytının redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Respublikanın Əməkdar müəllimi