Etiket arxivi: Rafiq Yusifoğlu

VƏTƏN, HARAN AĞRIYIR?

VƏTƏN, HARAN AĞRIYIR?

Qəlbin istəyən yerdə
Gəzmək olmur, bilirsən.
Bu qədər haqsızlığa
Dözmək olmur, bilirsən.
Sən sükuta dalmısan
nədən, haran ağrıyır?
Vətən, haran ağrıyır?

Daha gözlərim görmür
Salvartı yaylağını,
Məkan seçib qarğalar
Tərlanlar oylağını.
Dağı dumanlı görüb,
Düşkün Aran ağrıyır,
Vətən, haran ağrıyır?

Dərman tapa bilmirəm
Dərdinin əlacına.
Niyə gedə bilmirik
Qubadlıya, Laçına?
Neçə kəndlər, şəhərlər
Qalıb viran ağrıyır,
Vətən, haran ağrıyır?

Cıdır düzü göynəyir,
Elə bil gedib huşa.
Yolumuzu gözləyir
Dağlar qoynunda Şuşa.
Düşmən tapdağı altda
Yəqin yaran ağrıyır,
Vətən, haran ağrıyır?

Bağlanıb Füzulinin
Cəbrayılın yolları.
Zəngilanın, Ağdamın
Qandallıdı qolları.
Hasar çəkən görəndə
Sərhəd yaran ağrıyır,
Vətən haran ağrıyır?

Övladın var köksüylə
gülləyə sipər çəkir,
Övladın var dənizə,
meşəyə çəpər çəkir.
Nadanları görəndə
ürək hər an ağrıyır,
Vətən, haran ağrıyır?
Vətən, haran ağrıyır?
26.04.2016

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hikmət ZIYA – GƏNCLİK NƏĞMƏLƏRİ


Hikmət Ziyanın RAFİQ YUSİFOĞLUNUN “Ocaq yeri” kitabı haqda 1990-cı ildə yazıb “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyi məqaləni təqdim edirik:

GƏNCLİK NƏĞMƏLƏRİ

Rafiq Yusifoğlunun uşaqlar üçün yazıb çap etdirdiyi şeirlər həmişə diqqətimi səlb etmişdir. O, hər şeydən əvvəl, uşaq aləmini həssaslıqla müşahidə edir və hər bir şeirində ürəyəyatımlı müxtəlif poetik kəşflər edir. Uşağın yarasını sarıyan ana ufum-ufum ufuldayır. Təəccüblənən uşaq anasından soruşur:

Mənim yaram ağrıyır,
Sənin haran ağrıyır?

Şeir bitdi. Övlada qarşı ana məhəbbətinin misilsizliyini bundan gözəl demək olarmı? Rafiqin belə uşaq şeirləri yüzlərlədir…
Bəs görəsən böyüklər üçün yazdığı şeirlərdə Rafiq Yusifoğlu öz sözünü yeni poetik vüsətlə deyə bilirmi? Özlüyümdə bu sualla «Yazıçı» nəşriyyatının nəşr etdiyi «Ocaq yeri» (1989) kitabını vərəqlədim. Axırıncı şeiri oxuyub qurtarandan sonra bu qənaətə gəldim ki, bəli, Rafiq böyüklər üçün olan yazılarında da özünə sadiqdir.
Şeirlərində ulu xalqımıza, doğma torpağımıza övlad məhəbbəti ilə çıxış edən şair, söz tutumuna, yeni ifadə tərzinə xüsusi fikir verir. «Azərbaycan torpağı» şeirindəki bu misralara nəzər salaq:

Güneyində qışda günəş qar əridir, buz yeyir,
Əskik olmaz qar tığından yayda belə quzeyi.
Dağlar, daşlar təbiətin əsrarəngiz muzeyi,
Ürək doymur bu yerlərin baharından, qışından.

Qalx zirvəyə, öyünmə ki, sən hamıdan hündürsən,
Ürəyincə cavab verər burda kimi dindirsən,
İgidlər var, yumruğunu qayalara endirsə,
Parçalanar ovum-ovum, seçilərmi daş undan?!

İnsanları taleyini işə, gücə bağlayıb,
Kəmənd atıb gur çayları axarından saxlayıb.
Qocalar var bu torpaqda, yaşı yüzü haqlayıb,
Təpəri var ürəyində, gileylənməz yaşından.

Təslim oldun qüdrətimə, iradəmə çar-naçar,
Qobustanım heykəlləşən tariximdən söz açar,
Pis niyyətlə toxundumu, ayaq altdan yer qaçar,
Haray qopar bu yerlərin torpağından, daşından…

Əvvəla, xəritədə qartal qiyafəli Azərbaycan haqqında vəznin seçiminə diqqət yetirdim, yurdumuzun qürurlu vüqarına yaraşan təmkin, sanballı on beş hecanın seçilməsi məni çox məmnun etdi. Eləcə də «dağlar, daşlar təbiətin əsrarəngiz muzeyi» deyən şairin sonrakı «Mənim imzam» şeirində fitnəkar bədxaşlarımızın hər cür canfəşanlıqla təkzibinə qarşı xalqımızın ulu tarixinin pozulmaz imzasına inamını gördüm:

Mənim imzam – Təbriz, Qarabağ, Gəncə…
Mənim imzam tarixin yaddaşında.
Mənim imzam – Qız qalası, Əlincə,
Mənim imzam – Qobustanın daşında.

Şair həmin şeirinin sonrakı misralarında xalqının, vətəninin azadlığı yolunda dil-dodağı əsən, vulkan qəlbli, sinədağ, böyük şairimizə, «İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalar içində» deyən ölməz Məhəmməd Hadiyə ruhən ümid verir:

Bir gün tarix yapışacaq yaxamdan,
Kim salacaq bu işləri nizama?
Övladımın damarında axan qan
Təmizdisə, zaval yoxdu imzama.

«Ocaq yeri» kitabında «Doğulduğum torpaq, güvəndiyim xalq», «Sevincim, kədərim», «Sənin pəncərəndən süzülən işıq» adlı bölmələrdə şairin yüzdən artıq şeiri verilmişdir… Başı bəlalar çəkmiş vətən torpağının hər bir doğma övladına müqəddəsliyi, ədalətin ölməzliyini, əqidəsindən dönməyən insanın mənəvi yüksəkliyi, qaynar bulaqlar kimi ləkə götürməz təmizliyi, dünyanı xaosdan qoruyan yaxşıların pisdən qat-qat üstünlüyü, təbiət gözəlliklərinin şəfaverici esazkarlığı kitabdakı əksər şeirlərin mayasını təşkil edir. Yurdumuzun adi çınqılına, koluna, qaya parçasına, çayına, meşəsinə, gölünə, dağına, düzünə, dənizinə vurğun şair bunları yanğı qarışıq bir qürurla, təşbehli, aforizmli sənət dili ilə təsvirə çalışır və çox yerdə buna müvəffəqiyyətlə nail olur. Bu təsvirlərdə o, öz oxucularına da demək istəyir ki, torpağın ətrini məhz belə duyub onun qədrini bilməliyik. Bu, hər şeydən əvvəl, hər kəsin müqəddəs vətəndaşlıq borcudur.
«Bayatı yağışı», «Doğulduğum kənd», «Arazın cavabı», «Qara zurna, dönüm sənin gözünə», «Laylay, Qəbələm, laylay», «Kənd toyunda», «Qaboy çalınanda», «Lənkəranda yağış», «Kəpəz», «Zirvədə», «Düz-əyri», «Bahar duyğuları», «Yallı» və s. bir-birini əvəz edən şeirlərində şairin həssas müşahidəsinə sevinir və onun poeziyamızda sözünü yeni tərzdə deməsinə sevinirsən.
Iki misal:
Qalxana çevrilir onun təpəsi,
Azğın şimşəkləri qoymur yaxına.
Təbiət dumana bükür Kəpəzi –
Qorxur ki, göz dəyə o boy-buxuna.
(«Kəpəz»)

Könlümə ruh verən onun səsidir,
Mən qərib saymıram özümü orda.
Zirvələr qartalın söz kürsüsüdür,
Qarğa deyə bilməz sözünü ordan.
(«Zirvədə»)

Misalların sayını çoxaltmaq da olardı. Qoy onları oxucu kitabdan özü oxusun. Şairin ifadə tərzinin ürəyə yatımlı, poetik cəhətdən bitkin olduğunu bu kiçik nümunələrdən də hiss etmək çətin deyildir.
«Sənin pənsərəndən süzülən işıq» bölməsindəki bütün şeirlər müəllifin lirik hisslərinin ifadəsidir. Bunları toplu halında gənclik nəğmələri adlandırmaq olar. Gəncliyi saf məhəbbətə, «ömrün sevgi fəsli»ndə cılız, ötəri hisslərdən uzaq Leyli, Şirin, Qeys, Fərhad dünyalı insanı durulaşdırıb paklaşdıran, ürəkdə heç bir xəbisliyə yer qoymayan təmiz, ülvi eşqə səsləyən şair sanki bu bəndi sevgi şeirlərinə leytmotiv seçmişdir:

Dünya yaranışdan xeyirdi, şərdi,
Sevib əzab çəkən əhli-bəşərdi,
Bu həyat necə də adiləşərdi,
Ürək olmasaydı əsir sevgiyə.

Arzum budur ki, müəllifin gələcək kitablarında bircə kəsirli misra olmasın. «Ocaq yeri» kitabının müəllifi Rafiq Yusifoğluna ən böyük arzum isə budur ki, o, yaradıcılıq meydanını daha da genişləndirsin. Xalqımızı, xüsusilə gəncliyimizi düşündürən məsələlərə öz münasibətini bildirsin, milli-demokratik dirçəlişimizin, suverenliyimizin fəal şair vətəndaş tərənnümçüsü kimi qələm çalsın. «Ocaq yeri» kitabındakı şeirlər göstərir ki, həssas şairimizdən bunu ummağa bizim tam haqqımız var. Bu yolda ona yaradıcılıq uğurları arzulayıram.

Hikmət ZIYA
«Azərbaycan gəncləri» qəzeti, 25 iyun 1990-cı il.

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məhərrəm Qasımlı “Ocaq yeri” kitabı haqqında

OCAQ YERİNİN HƏRARƏTİ

Nədənsə çox saxt qələm sahiblərini şəxsən tanıdıqdan sonra onların özləri ilə sözləri arasında az oxşayış tapırsan. Baxırsan ki, sözləri daha isti, daha ilıq, daha mehrlidir. Ancaq tək-tək yazanlar da var ki, özünün də, sözünün də xasiyyəti, təbiəti birdir. Bu sıradan mən həmişə Rafiq Yusifoğlunu sözlərinə oxşayan görmüşəm; özü də sözləri kimi sakit, utancaq, hay-küy sеvməyən, isti və yapışıqlı… Bəlkə də elə buna görədir ki, o, daha çox uşaqlar üçün yazır. Böyüklərdən ötrü qələmə aldığı şеirlərdəki sadədil səmimiyyət, uşaq şeirlərindən gətirdiyi bakirə ovqat və saf duyğular sayəsində ortaya çıxmışdır. Şеirlərindən birində o, hətta uşaq dünyasından böyük dünyasına doğru üz tutub gеtdiyi yolun bədii təəssüratını sövqi-təbii şəkildə oxucuya da çatdırır:

Əyildim bulaqdan bir qurtum içim,
Yol hanı? Bürüdü məni həyəcan…
Bir çеşmənin suyu oldu bələdçim,
Ötürdü o məni coşqun çayasan…

Rafiq Yusifoğlunun şеirləri oxucu ilə dil tapmağı, mеhr-ülfət bağlamağı bacarır: çünki o, könül söhbəti еləyir və bu söhbətin axarı boyu şairin yarpaqları, çiçəkləri, daşları, yağışı, gilеyli gözəl gözlərini, dağı-daşı oynadan «Cəngi» səsini, daha nеçə bеlə sirli-sеhrli aləmi dilləndirib şеir, nəğmə dilində danışdırdığının şahidi olursan. Xalq ruhuna, еl güzəranının yüz illər boyundan adlayıb gələn milli-еtnoqrafik zənginliyinə, kənd təbiətinin incəliklərinə, aran-yaylaq qayğılarına yaxından bələdlik də şеirlərindəki könül söhbətlərinin şirinliyini xеyli dərəcədə artırır. Bütün bunlar həm də bütünlükdə «Ocaq yеri» kitabındakı mövzuların rəngarəngliyini şərtləndirir; çoxçеşidli və çoxtərkibli obrazların, dеyim və duyğuların yaranması ilə nəticələnir. Ümumiyyətlə, Rafiq Yusifoğlunun irili-xırdalı bütün şеirlərində xəlqi dеyim tərzi, folklor ab-havası diqqət önündə dayanır. Canlı danışıq еlеmеntləri ilə zəngin olan oynaq və yatımlı dеyimlərin yaratdığı rəvan ifadəlilik oxucu qəlbinə yol tapmaqda az iş görmür:

Qara zurnanın içindən
Kеçən nəfəs «Cəngi» olar.
«Vağzalı»sı çalınmayan
Gözəllərin rəngi solar.

Bir günəşdi, qəlbimizə
Nur çiləyər şəfəqləri.
O dinəndə gеnişlənər
Kəndimizin üfüqləri –
Əngin olar…

Yada düşər ötən çağlar,
Qara zurna coşar, çağlar,
Sümüyünə düşsə, dağlar
Kəpənəkdən yüngül olar…

Burada milli-еtnoqrafik cizgilərin xalq ruhundan gələn xoş məram, mübarək niyyət axarında bədii boyalarla mənalandırılması poеtik uğura çеvrilmişdir. Yaxşı haldır ki, Rafiqin bu istiqamətdə axtarışlarında əşya və hadisələrin, еləcə də təsvirə cəlb olunmuş mənzərənin üzdə olmayan, ilkin müşahidədən yayına bilən içəri cizgilərini əyaniləşdirməyə mеyl güclüdür. Özü də bu səpkili şеirlərdə yığcamlıq və lakonizm aparıcıdır.
«Ocaq yеri» kitabının başlıca məziyyətlərindən biri də müəllifin ictimai fəallığını, yüksək vətəndaşlıq mövqеyini, dünyamızda baş vеrən hadisə və dəyişikliklərə aktiv münasibətini əks еtdirən mövzuları diqqət önündə saxlamasıdır. «Mənim imzam», «Hüsеyn Cavidə», «Bu dünya», «Göy at», «Dörd misra bayatı» və başqa bu səpkili onlarca şеirin əsas lеytmotivi yuxarıda göstərilən sosial-еstеtik prinsipin mövqеyindən çıxış kеyfiyyətlərin kitabın adı və ruhu ilə həmahəng qaydada şеirlər boyu dalğalı axarla təlatümlənməsi də təbiidir. Bu təlatümlü axarın üfüqləri Rafiq Yusifoğlunun ürəyindən baş alıb gələn ana yurd istəyinin – Azərbaycan sеvgisinin miqyası qədər gеnişdir: qədim Qəbələ, möhtəşəm Naxçısan, ulu Qarabağ, nisgilli Təbriz, göynərtili, qubarlı Göyçə… Bu sеvginin miqyası daxilində qərar tapıb, Gəncənin, Lənkəranın, Şamaxının, Laçının, Qubadlının axar-baxarlı yaraşıqlı tamaşası da onun kimi…
Özünün təbiətindəki həzinliyi, mülayimliyi düzüb-qoşduğu sözlərə də hopduran Rafiq Yusifoğlunun könül duyğuları bənövşə zərifliyindən, bulaq duruluğundan yoğrulub. Əgər bеlə olmasaydı, o, hеç saxt sеvgilisinin əlinə toxunmasıyla öz əlinin gül aça biləcəyinə səmimi bir şairanəliklə inanmazdı, hеç səhər yеllərindən yaranan nəfəsini də ummazdı. Bunun hamısı Rafiqin könlünə ona görə gəlir ki, onu dilləndirən duyğular gəlişigözəllikdən, qondarmaçılıqdan uzaqdır:
Bu tutqun qəlbimi yalnız gül açar,
Dilim yox, dərdimə olub gül açar,
Toxunsa əlimə, əlim gül açar,
Titrək əllərindən umacağım var.

Dеmə ki, körpəyik, bircə qarışıq,
Baxma ki, soyuqdur, vеrir qar işıq,
Nəfəsin qarışıq, səsin qarışıq
Səhər yеllərindən umacağım var…

Sözə qarşı qayğıkеş, diqqətli münasibətin nə dеmək olduğunu, poеtik dеyimin tutarını, qanadlı, çağlayan duyğuların gücünü yaxşı başa düşən Rafiq Yusifoğlu sabahkı günlərinin işığını, nurunu artırmaq üçün «Ocaq yеri»nin hərarətini mеhrli duyğular, ən səmimi, ən isti sözlər hеsabına qorumağı bacarır. Qələm-kağız qüdrətinin nəyə qadir olduğunu tam dolğunluğu ilə təsəvvür еləyə bildiyindəndir ki, o, özü yazır:

Dünyada nə qədər buqələmun var,
Daha dizlərimin gücü tükənib.
Dеyirəm yaxşı ki, bu qələmim var,
Ayağa dururam ona söykənib…

Ayağa durmağın, daha sonra isə irəli addımlamağın dilini-yolunu bilmək ürəyinin təpərinə və əlinə aldığı qələm-kağızının dözümünə inanmaqdan irəli gəlir.

Müəllif: MƏHƏRRƏM QASIMLI

«Ədəbiyyat və incəsənət» qəzеti, 3 noyabr 1989-cu il.

MƏHƏRRƏM QASIMLININ YAZILARI

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QAPIMIZDA BİTƏN TUTLAR

QAPIMIZDA BİTƏN TUTLAR

Tale özü qarğıyıbmı bu kəndə? –
Tənha evlər gözümüzü dağlayır.
Üstümüzə dərd buludu çökəndə
Gözlərimiz bulaq olub çağlayır.

Bir nisgil var bu tutların boyunda,
Küskün-küskün dayanıblar gör necə?!
Gözlərimin göz göynədən suyunda
Ötən günlər güzgülənir gizlicə…

Qapımızda bitən tutlar, xoş gördük,
Buğum-buğum boy atmısız, qalxmısız
Bu ev sizə səngər olub, əsgər tək
Neçə-neçə döyüşlərdən çıxmısız.

Dönüb tapdaq meydanına bizim bağ,
Baramaçı gəlib sizi doğraya.
Hücüm çəkib qoyun-keçi, at-ulaq,
Dözmüsünüz hər əzaba, ağrıya.

Ürəyimi təkcə sizə açıram,
Başdan-başa duyğusunuz, hissiniz.
Qapımızdan getməmisiz heç hara,
Hamımızdan etibarlı sizsiniz…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YORA BİLMƏZ YOLLAR BİZİ

YORA BİLMƏZ YOLLAR BİZİ

Apar məni o dağlara,
Qaşqa kəhər, qaşqa kəhər.
Yolu yaxşı tanıyırsan,
İstəmirəm başqa kəhər.

Keçib Peyğəmbər daşından
Gedə bilsən Ləzəyəcən,
Çiçəklərdən dəstə tutub,
Yalmanını bəzəyəcəm.

Bu yol uzanır dağlara,
Bu yol gedir Suvaracan.
Köhlənimi Qırxbulaqda
Otaracam, suvaracam.

Ürəyimizdəki həvəs
Uzaqlara yollar bizi.
Qəlbimizdə sevgi varsa,
Yora bilməz yollar bizi.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – MÜŞFİQ OCAĞI

MÜŞFİQ OCAĞI

Bir zaman işıqlı bir insanı
gedər-gəlməzə göndərdilər,
Onun doğulduğu evi
xarabazara döndərdilər.
Saatlar, günlər,
aylar, illər ötüşdü.
O sönən ocağa
qahmar çıxmayan
kəndin özü də
pərən-pərən düşdü…
Bir elin didərgün düşməsi,
Yarasaların hirsini
hələ də soyutmayıb…
Köçüb gedən Sayatlıya
Müşfiqin evindən başqa
bir ev qayıtmayıb…
Bircə qonaq-qaralı koma,
bircə işıqlı ruh
Bu yerlərin bəsidir.
İndi Müşfiq ocağı
bir kəndi,
bir eli isidir.
10.01.2016

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – Dağam mən.

BİR QOCAMAN DAĞAM MƏN

Hərdən qəlbimdən keçir
Şimşək olub çaxam mən!
Sevgisiz könülləri
Yandıram mən, yaxam mən!

Ürəyim min həvəsdə,
Sevəydim son nəfəsdə.
Solan güllərin üstə
Yağış kimi yağam mən!

Biçənəkdə qaya var,
Yanında bir taya var.
Harda hiylə, riya var,
Bil ki, orda yoxam mən…

Aylar, illər yorğunu,
Tanrı sanır doğrunu!
Zülmətlərin bağrını
Dəlib keçən oxam mən!

Eşqdir başımın tacı,
Dərdlərimin əlacı,
Olsam da sevgi acı
Könlü-gözü toxam mən!

Nifrət tunc, sevgi zərdi,
Gülümü sevgi dərdi,
Azmandı sevgi dərdi,
Gücüm çatmır yıxam mən!

Bir ürəyi saf gələ,
Qəlbində insaf gələ,
Sevinib gülə-gülə
Pişvazına çıxam mən!

Bülbül kimi ötürəm,
Vaxtım var köks ötürəm?
Təzə güllər bitirən,
Bir qocaman dağam mən!

09.11.2015

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – Ata ocağı

ATA OCAĞI

Murdar haramzadələr nəfslərinə quldurlar,
Halal-hümmət evləri çapıblar, talayıblar.
Atıb abır-həyanı bu oğrular, quldurlar
Şəhərləri, kəndləri odlara qalayıblar.

Yaralı ürəyimdə nifrət seli çağlayır,
Xəbis ömrü uzunu qılınclayıb kölgəmi.
Baxıram evimizə ürəyim qan ağlayır,
Gör nə günə salıblar topdağıtmaz mülkümü?

Namərd əllər uçurub neçə isti yuvanı,
Cənnəti talayanı cəhənnəmə qovarlar.
Sökülüb daşınsa da, pəncərəsi, tavanı,
Düşmənlərin önündə diz çökməyib divarlar…

Bütün sinə dağları əvvəl axır sağalır,
Nəfəsim dolur evə açıq pəncərələrdən.
Hər daşında atamın əllərinin sığalı,
Uşaqlığım boylanır uçuq pəncərələrdən…

Qan ağlayan gözümdə nifrət selləri daşır,
Köksümdə bir saralmış yarpağa dönür ürək.
Divarlara hörülən hər qara çaylaq daşı
Nəfəsimiz dəyəndə kömür tək közərəcək…

Nələr keçirdiyimi bilər qəlbi incələr,
Çətin ki, geri dönə, o günlərim, o çağım.
Bu həyətə gələndə nəvələr, nəticələr
Yenidən isinəcək mənim ata ocağım…
01.12.2020

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – ULU YARADANIM

ULU YARADANIM

Ocağım od alıb qaynar közündən,
Ulu yaradanım, borcluyam sənə.
Qəflət pərdəsini çəkib gözümdən
Kimin kimliyini göstərdin mənə…

Kobud söz cəzadı qəlbi zərifə,
Şeytana uyaraq günah elədim.
Söz tapa bilmirəm Səni tərifə –
Mənə gizlinləri agah elədin…

Sanırdım o qızın yoxdu əvəzi,
Kəlməsi noğuldu, sözü nabatdı.
Cidanı çuvalda gizlədən kəsin
Saxlancı çevrilib gözünə batdı…

Qaranlıq dünyamda şimşəklər çaxar,
Məndən əsirgəmə səxavətini.
Düzmüş: «Südlə girən sümüklə çıxar» –
Kim dəyişə bilər öz xislətini?!

Qoyma uzaq düşüm sənin yanından,
Qılınc neyləyəcək ər təpəsinə?!
Qopub xəyanətlər burulğanından,
Ucalım mələklər mərtəbəsinə.

Nəğməyə çevirim mən ahlarımı,
Təmizlik bəxş elə yağışla mənə!
Yarəbbim, bağışla günahlarımı,
Günahsız sabahlar bağışla mənə!..
19.10.2013

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Quliyev – Söz sərrafı

Söz sərrafı

“O şəxs ki, sənətə tələbkar deyil, o hünər göstərə bilməz.
Canını zəhmətə sal, hünər göstər, arzuna çat”.

(Ə.X.Dəhləvi)

Ömrünün 40 ildən artıq dövrünü ədəbi-bədii, elmi fəaliyyətə həsr edən Rafiq Yusifoğlunun 65 yaşı tamam olur. Bu illər ərzində o, məhsuldar yaradıcılıq yolu keçərək onlarla kitab, yüzlərlə məqalə çap etdirmiş, filologiya üzrə elmlər doktoru, professor elmi dərəcə və elmi adını almış, fəxri və ədəbi mükafatlara layiq görülmüş, bir sıra yaradıcılıq birliyi və elmi şuralara üzv seçilmişdir və s. Lakin mən bu yazıda Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, görkəmli ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru, professor, “Qızıl qələm”, “Vətən”, “Araz”, “İlin ən yaxşı kitabı” və s. ədəbi mükafatlarının laureatı, gözəl tərcüməçi və gözəl pedaqoq, tanınmış publisist Rafiq Yusifoğlundan yox, şair Rafiq Yusifoğlundan bəhs açmaq istəyirəm. Çünki mənim aləmimdə şair Rafiq Yusifoğlu alim, publisist, pedaqoq, tərcüməçi Rafiq Yusifoğlundan öndə dayanır. Başqa bir formada ifadə etsək, onun “ömür kitabı”ndakı şairlik səhifələri, digər fəaliyyətini əks etdirən səhifələrdən daha qalın, daha cəlbedicidir. Bu qalınlıq (söhbət kəmiyyətdən gedir) bir daha onu təsdiqləyir ki, Rafiq Yusifoğlu başqa sahələrə nisbətən poeziyaya çox vaxt ayırmış, qalın-qalın şeir kitabları çap etdirmişdir. Ancaq Rafiq Yusifoğlu poeziyası ilə tanış olduqda oxucu onun zəngin poetik irsinin həm kəmiyyət, həm də keyfiyyət göstəricisi qarşısında heyrətini gizlədə bilmir. Təbii olaraq burada bir sıra vacib məqamların təsirini danmaq mümkün deyil. Böyük Şəhriyar “şair ola bilməzsən, anan doğmasa şair” deyərkən ruhun, fitrətin, ilkinliyin, istedadın və s. sənətdə oynadığı rola diqqət çəkirdi. 16 yaşdan başlayaraq şeir yazmağa başlayan Rafiq Yusifoğlunun ilk qələm nümunələrində istedadın gücü ilə yazılan yüksək poetik ifadə tərzi müşahidə olunmasa da, bu şeirlərdə şairlik ruhunun, şairlik vergisinin əlamətləri, o cümlədən istedad işartıları aydın şəkildə müşahidə olunur. Dağ çayları ümmanda qovuşduğu kimi zaman keçdikcə onun da özü ilə bərabər doğulan şairlik ruh və istedadı poetik ucalıqda birləşə bildi. Mən Rafiq Yusifoğlu şeirlərini təhlil edərkən bu şeirlərdə sözün və sənətin məsuliyyətini dərk edən bir şair obrazı ilə üz-üzə dayandım. Maraqlıdır ki, sənətdə məsuliyyəti ilə seçilən həmin şair çox yerdə əsərlərinin baş qəhrəmanı rolunda çıxış edir. Oxucunun nəzərində şairin bu məqamı Vətənə söykənib onun dünəni, bu günü və gələcəyi barədə düşüncələrini izhar edən qəhrəmanı xatırladır. Həmin qəhrəmanın (yəni şairin) həyata baxışı, görmək istədikləri, münasibət tərzi çoxlarından fərqlənsə də, bəzi dahilərin baxışları ilə üst-üstə düşür. Vətən timsalında Qubadlı dağlarının qaya-süxur möhkəmliyini, bu torpağın su-hava saflığını, insanlarının əqidə bütövlüyünü şeirlərinə hopduran Rafiq Yusifoğlunun poetik “məni” Gülhanə parkında ceviz ağacına çevrilən böyük Nazim Hikmətin və Heydərbaba dağı timsalında Azərbaycan ruhunu ifadə edən dahi Şəhriyarın poetik “mən”ləri ilə paralelləşə bilir. Qeyd edək ki, Rafiq Yusifoğlunun şeirlərində həqiqi bir şair ömrünün səhifələrini vərəqləmək mümkündür. Onun tərcümeyi-hal xarakterli şeirlərində haqqında bəhs açdığımız şair-qəhrəman obrazının taleyi nədənsə oxucu diqqətini daha çox özünə cəlb edir. Burada biz sevgi və Tanrı ilə üz-üzə dayanan müxtəlif taleli iki şairə rast gəlirik. Sevgi ilə üz-üzə qalan “mən öz taleyimdən razıyam, gülüm, yolumun üstündə bitirib səni” – deyib taleyindən razı olan şairlə, tanrı ilə üz-üzə qalan şair arasında fərq böyükdür. Çünki Tanrı ilə üz-üzə qalan şairin yurd həsrəti (“Qərib diyar”, “Ay Allah”, “Tərəzinmi xarab olub, Pərvərdigar”, “Boz dünya ” və s.), ata-ana, qohum qardaş nisgili (“Atamın mindiyi atlar”, “Ata qəbri”, “Ana qəbrindən qopan ah”), taledən şikayəti (“Dərd qəlbimin sakinidi”, “Həsrətimdən solan çiçək”, “Diktafona deyilən şeir” və s.), dünya nizamının pozulması ilə əlaqədar Allaha ünvanlanan sualları acı taleyin poetik ifadəsinə çevrilir:

Mənim həyatım
Qışdan başlayır.
Bəmbəyaz, sopsoyuq qar
Ömrümün ilk təməl daşına
Çevrilib.
Sonra o qar əriyib, əriyib,
gözlərimin yaşına çevrilib…
Elə ona görə də için-için ağlasam da.
dəli bəbəklərimin yaşı
tükənmir ki, tükənmir…

Bu parçada şair hisslərinin özünəməxsus təqdimi insan təsəvvüründə acı taleyin ümumi bir mənzərəsini yaradır. Bir anlıq oxucuda belə bir fikir formalaşır ki, sanki bu parçaların müəllifi “Gözlərim nur aşiqidi” şeir parçasında özünü “Allahın əsəri” hesab edən, eyni zamanda sevgi dənizinə baş vurub məhəbbətini qucan (“Sevgi dənizi”), “sevdalı sabahlar gözləyir bizi” deyən həmin şair deyil. Ancaq bu vəziyyətdə də Rafiq Yusifoğlu səmimi təsir bağışlayır. Çünki burada bir fərd olaraq konkret bir şəxsin – şairin ümumi talelərdən fərqli yaşantıları və tərcümeyi-halı ilə üz-üzə dayanırıq. Bu deyim həyatında sevgi ilə yanaşı, məhəbbət əzablarını da yaşayan, taleyin ona bəxş etdiyi əzabları yaradıcılığında (konkret olaraq “Necə keçdi ömrün?” şeirində) daha kəskinliyi ilə deməyi bacaran M.Şəhriyarla Rafiq Yusifoğlu arasındakı mənəvi-poetik rabitəni üzə çıxarır.

Bir uşaqlıqda xoş oldum o da yer-göy qaçaraq,
Quş kimi dağlar uçub, yel kimi bağlar keçdi.
Sonra birdən qatar altında qalıb, üstümdən,
Deyə bilməm, nə qədər sel kimi dağlar keçdi.
Ürəyimdən xəbər alsan, necə keçdi ömrüm?
Göz yaşımla yazacaq: -Mənim günüm ağlar keçdi.

Şeirdə M.Şəhriyarın acı taleyinə axıtdığı göz yaşları necə görünürsə, sanki Rafiq Yusifoğlunun da “için-için ağlayan gözlərinin tükənməyən yaşları” elə görünür. Bundan başqa hər iki şairin müqəddəs sandığı, sonsuz məhəbbət bəslədiyi ata itkisi ilə bağlı şeirlərində də deyim, ifadə və yanaşma müəyyən özünəməxsusluq daxilində verilsə də buradakı oxşar ruhi-mənəvi üzüntünü duymaq çətin deyil:

Mənim atam süfrəli, duz-çörəkli kişiydi,
Ər ürəkli kişiydi.
O öləndə gözlərdən nə qədər yaş süzüldü.
Onun varı, dövləti,
Məhəbbəti, hörməti
Sonsuz mirvarilər tək kipriklərə düzüldü.
Arxasınca hələ də ah çəkir el sinəsi,
Bir rəhmət qafiləsi, məhəbbət qafiləsi.
(M.Şəhriyar)
Hönkür-hönkür ağlayardıq, unutmaram o günü,
Üç ildir ki, torpaq üstə qəbrin olub daş ada.
Göz yaşları quruyubdur, zaman verib hökmünü,
Sənin qəlbin torpaq olub, mənim qəlbim daş, ata.

(R.Yusifoğlu)

Rafiq Yusifoğlunun poetik uğurları çoxdur. Maraq doğuran odur ki, o, bir çox məqamlarda fikirlərini oxucu ilə özü arasında olan gözəgörünməz əlaqə tipində çatdırmağı bacarır. Yəni şairin demək istədiklərini oxucu ağlın dediklərindən çox ruhi-mənəvi anlamda dərk edir. Bu cür nümunələr çağdaş şeirimizin yaddaqalan və təsirli nümunələri hesab edilə bilər:

Ömür bir göz qırpımı,
Ömür bir qısa andı.
Məhəbbət atəşində
Kərəm qovruldu, yandı
Göydəki ulduz deyil.
Sevənlərin ahıdı.
Biri varıdı.
Biri yoxudu…

Rafiq Yusifoğlu hiss və duyğularını ürəyindən keçirib poetik mənalandırmada təqdim etməyi bacaran şairdir. Görünür, nəyi düşünüb yazmaq yox, necə düşünüb yazmaq fərqliliyi də bu nüansda özünü göstərir. Buna görə də Rafiq Yusifoğlunun yaradıcılığı üçün xarakterik olan Vətən, məhəbbət, gözəllik və s. tabloların poetik təqdimatı tam fərqlidir. Bu sırada şairin yurd həsrətli şeirləri onun milli duyğu və milli təəssübkeşliyinin təzahüründə əhəmiyyətli yerlərdən birini tutur. “Qalx ayağa”, “Hara gedir bu millət”, “Qəlbimə dammışdı ki…”, “Ay Bərgüşad, ay Həkəri”, “Qubadlım”, “Qaçqın rübailəri”, “Bu ilin baharı”, “Vətən dərdi”, “Həsrət qaldığım yerlər” və s. şeirlərində Rafiq Yusifoğlunun qeyrət silahı taxmış təəsübkeş obrazı diqqətdən yayınmır. Torpaq itkisi, yurd tapdantısı ilə barışmayan, sönmüş ocaqların həsrəti ilə yanan şairin təəssüf və ağrıları bu tip şeirlərdə insanların milli duyğularını artırmış olur:

Yadıma dağların, düzlərin düşür,
Kül altda uyuyan közlərin düşür.
Yoluma dikilən gözlərin düşür.
Qubadlım, biz sənsiz sönmüş ocağıq.
Nə üzlə qoynuna qayıdacağıq?!
Və ya

Həsrətdən saralıb soluram, Allah,
Göylər tək boşalıb, doluram, Allah.
Hər gecə evimiz yuxuna girir,
Gecələr bəxtiyar oluram, Allah!
Başqa misal,
Həsrət qaldıq doğma yurda,
Ayrı düşdük kökümüzdən.
Dərd çevrilib bir ac qurda,
Yeyir bizi içimizdən…

Göründüyü kimi, ağrı, acı ifadə olunan bu şeirlərin daxili qatında narahat insan ruhlarını bir araya gətirmək, yurd itkisinin ağır dərdləri fonunda düşmənə nifrət hissi oyatmaq aparıcı yer tutur. Yurd dərdi, Vətən həsrəti ifadə olunan bir qrup başqa şeirlərində isə “düşmənin əlindən bayraq salan sözləri” (M.Şəhriyar) ilə Rafiq Yusifoğlu Azərbaycançılıq ideyalarını, milli duyğuların ifadəsini, həmvətənlərimizin qələbə əzmini nümayiş etdirir.
Rafiq Yusifoğlu yaradıcılığının bir cəhəti də ondan ibarətdir ki, o, toxunduğu bütün mövzulara ciddi yanaşır. Şair nə qədər səmimi və təvazökar olsa da, məhəbbət, sevgi şeirlərində də, yurd həsrətli, Vətən tərənnümlü şeirlərində də, tərcümeyi-hal, qohum-qardaş ovqatlı və s. şeirlərində də ciddi təsir bağışlayır. Bir cəhəti də qeyd edək ki, o, əksər hallarda mövzulara fəlsəfi təfəkkürlə yanaşır, şair ürəyi ilə qələmə alır. Təbii olaraq bu özünəməxsusluq daxilində şairin poeziyası yeni keyfiyyət çalarları qazanır. Bu tərz həm də şair yaradıcılığının lirik-fəlsəfi, lirik-psixoloji istiqamətinin formalaşmasına da təsirsiz qalmır:

Arabir ürək düşür dirilmək həvəsinə,
Mərmər qapım döyülür, yəqin başlayır yağış.
Aldanmışam deyəsən damlaların səsinə.
Baş daşıma söykənib bir gözəl ağlayırmış.

Demək olar ki, mövzu məhdudiyyəti tanımayan (bəzi istisnaları nəzərə almasaq), sözləri inci kimi sapa düzməklə yanaşı, həm də iynənin gözündən keçirməyi bacaran Rafiq Yusifoğlu sənətin uca məqamında qərar tutur. Yaradıcılığında təvazökar, səmimi olan gözəl şairimiz Rafiq Yusifoğluna daha böyük sənət uğurları arzulayırıq.

Elman Quliyev
filologiya elmləri doktoru, professor

“Ədalət” qəzeti,
290235 | 2015-01-28 09:30