
YORA BİLMƏZ YOLLAR BİZİ
Apar məni o dağlara,
Qaşqa kəhər, qaşqa kəhər.
Yolu yaxşı tanıyırsan,
İstəmirəm başqa kəhər.
Keçib Peyğəmbər daşından
Gedə bilsən Ləzəyəcən,
Çiçəklərdən dəstə tutub,
Yalmanını bəzəyəcəm.
Bu yol uzanır dağlara,
Bu yol gedir Suvaracan.
Köhlənimi Qırxbulaqda
Otaracam, suvaracam.
Ürəyimizdəki həvəs
Uzaqlara yollar bizi.
Qəlbimizdə sevgi varsa,
Yora bilməz yollar bizi.
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru