Etiket arxivi: Rafiq Yusifoğlu

Rafiq Yusifoğlu – “Xiffət” romanından bir parça

“Xiffət” romanı

(10-cu paylaşma, IX fəsil, I hissə)

IX fəsil

DƏHŞƏTLİ FAKTLAR,
ƏZABLI DÜŞÜNCƏLƏR

Ümidlərin doğrulmadığı, qisasın alınmadığı 30 ilə yaxın bir müddətdə öz həyatını başqa şəkildə davam etdirmək məcburiyyətində qalan Ümidin axtarıb-aramağa, fikirləşməyə, tarixi öyrənməyə çox vaxtı olmuşdu… O, daim oxuyur, axtarışlar aparır bu fəlakətlərin hardan qaynaqlanması haqqında düşünürdü… Öz praktikasından gözəlcə bilirdi ki, dünyanın görkəmli şəxsiyyətlərinin erməni xisləti haqqında yazdıqları qətiyyən uydurma deyil, həqiqətdir. Ümid bu həqiqətləri indiki məqamda bütün dünyaya çatdırmaq gücündə deyildi… Ona görə istəyirdi ki, hər şeyi öz yeni evindən başlasın… Ancaq bu yeni evin dağıdılmış, məhv edilmiş bir ailənin bünövrəsi üstündə bərqərar olması onu fikrən çox incidirdi… Ancaq başqa bir çarə yox idi… Ümid heç olmasa bu müsibətlərin tarixçəsini öz varisi olan oğlu vasitəsi ilə gələcək nəsillərə ötürmək fikrində idi. Arabir oğlunu bu əzab¬larla yükləmək, onun uşaqlıq dünyasını əlindən almaq istəməsə də, amansız zaman öz işində idi. Ümid qorxurdu ki, birdən bu faciələri oğluna danışmadan dünyadan köçə… Ona görə İntiqam böyüdükcə, ona atasının danışdığı ağrılı xatirələr öz işini gö-rürdü…
Dərd insanı tez böyüdür, – deyirlər. İntiqamı da atasından eşitdiyi ailə faciəsinin tarixçəsi tez böyütmüşdü… O, yaşıdların-dan əhəmiyyətli dərəcədə fərqlənirdi… Boy-buxunca yox, xasiy-yətcə… O, uşaq kimi yox, böyüklər kimi düşünürdü… Özü də dünyanın ağrı-acısını dadmış böyüklər kimi…
İntiqam atasının, onun ailəsinin, bütün Qarabağ camaatı-nın başına gətirilən müsibətlərdən xəbərdar idi. Ancaq kişiyə yenidən o məşəqqətli günləri yaşatmamaq üçün onu sorğu-suala tutmurdu. Mətbuatı izləyir, o günlərin məşəqqətlərini əks etdirən yazıları oxuyurdu. Bu yazılar oğlanın içini göyüm-göyüm göynədir, qəlbindəki intiqam hissini alovlandırırdı. Bax budur, o yazılardan biri… İndi sakitcə oxu görüm necə oxuyursan? Bir qızcığazın faciəsi analarımızın, bacılarımızın başına gətirilən¬lərin hələ dillə demək mümkün olan bir damlası idi. O zavallı insan yazırdı:
“Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım. Şüurlu bir təkliyin içində, özümlə qarşılaşmaqdan qorxdum, qaçmaq istədim! Bilirdim əslində qaçmağın, susmağın, qorxmağın nə demək olduğunu! Amma bu dəfə başqa idi… Çünki 23 ildir qurtula bilmirdim!
Yenə həmin 4 gün yaxınlaşır. Yenə mən unutmağa çalış-dığım o günləri, xatırlayıb, 4 gün min dəfə ölüb, diriləcəm!
Acımasız qəhqəhələr, bomba səsləri, qan gölünə dönən küçələr, bitməyən fəryadlar… İllər keçməsinə baxmayaraq, hələ də özümü tapa bilməmişəm! Nə vaxt yadıma düşsə, qırıb dağıdıram. Gözlərim qan çanağına dönür ağlamaqdan…
Yumruğumu, dırnağım ətimi qanadana qədər sıxıram! Dünyaya qız doğulduğum üçün yaradanı lənətləyirəm!
13 yaşım var idi. 12 il keçirdiyim o müdhiş qış fəslinin 13-cü ilini yaşayırdım. Amma deyəsən bu qış daha sərt keçəcəkdi!
Müharibənin nə olduğunu dərk etmirdim. Amma hər şey “kaş o səhər, heç açılmazdı” dediyim gün dəyişdi… Soyuq qış səhəri idi. Hər tərəf ağ örpəyə bürünmüşdü. Qapı sərt şəkildə döyülməyə başladı. Bir qədər sonra ayaqla vururdular.
Səs hamımızı qorxutdu. Atam qapını açan kimi, avtoma¬tın arxası ilə sinəsindən vurdular. Zərbənin təsirindən, qeyri-ixti¬yarı olaraq atam yerə sərildi!
Sonra silahı bizə tuşlayaraq çölə çıxmağımızı əmr etdilər. Bizi evimizin qarşısındakı meydana yönəltdilər. Burda çoxluğun qadın və uşaq təşkil etdiyi xeyli insan vardı. Güllələr göydə uçuşurdu. Sağa, sola diqqət etməsək, alnımıza dəyəcək kimi idi.
Bir qədər sonra hərbi maşınlardan 20-yə yaxın əsgər düşüb, bizə doğru gəldi. Avtomatı üstümüzə tuşlayaraq, maşınlara çıxmağımız üçün əmr verdilər. Meşənin yaxınlığında hərbi hissənin bazasına gətirdilər.
Elə maşından düşəndə, gördüklərimdən şoka düşdüm. Dörd bir yanda işgəncə var idi. Qadınlar zorlanır, kişilər döyülürdü. Avtomatın arxası ilə kişilərin cinsi orqanına vururdular. Bir daha uşaq dünyaya gətirə bilməməkləri üçün….
Yeni doğacaq nəslin, onlardan olacağını deyirdilər. Bir qədərdən sonra kişiləri maşından düşürdülər. Atam gözə dəymirdi.
Hamı ac-susuz idi. Mən isə özümü qır qazanına atılmış və bir azdan əriyib məhlula dönəcək kimi hiss edirdim. Balaca bədə-nimlə insanların arasında özümü unudulmuş kimi hiss etməyim isə bir az təsəlli verirdi. Sanki kiçik olmam, avantajım idi.
Bir qədər sonra qaranlıq çökdü, göstərişə əsasən bizi hərbi maşınlara yığaraq meşəyə doğru aparırdılar. Yollarda gördüyüm mənzərə dəhşət idi. Şəhər qan gölünə dönmüşdü. Adama elə gəlirdi ki, göydən yağış əvəzinə qan yağmışdı.
Ortalıqda düşmən ordunun əsgərləri görünürdü. Yerə sərilmiş insanların, ölüb ölmədiyini yoxlayırdılar. Hərəkət və səs gələn kimi yenidən güllələyirdilər.
Daha əvvəl görmədiyim yerə gətirdilər bizi. Burada da xeyli əsir və eyni işgəncələr gördüm. İnsanları diri-diri yandı-rırdılar. Bəzi kişilər irəli çıxıb, hansısa qadını qorumaq istəyəndə güllələnirdi!
Bu günə qədər yadımdadır, bir neçə dəqiqə ərzində 20-yə yaxın kişi öldürüldü. Kişilərin çoxu qadınlara qarşı o mənzərəni görməkdənsə, sanki etiraz edib güllələnməyi daha üstün tuturdu-lar! İnsanlıq tarixinin o mənzərəni görməyə hazır olmadığına əminəm!
Baş verənləri görməmək üçün ölmək istəyirdim. Hər dəfə insanlara edilən vəhşiliyi görəndə, ətimdən ət kəsilirdi. Beynimi uyuşdurmaq, yatmaq, yox olmaq istəyirdim. Gənc qızlara atala-rının gözünün qarşısında təcavüz edir və qorxulu filmlərdə, əcaib rol ifaçısı kimi qəhqəhə çəkirdilər. “Ölümə məhkumsunuz, soyunuzu qurudacağıq, qarnınızda bizim oğlanlarımızı daşıya-caqsınız”, – deyib, qadınlara hücum çəkirdilər.
Gözümün qarşısında hamilə qadının qarnın cırıb, uşağı çıxardıb, ocağa atmışdılar. O mənzərəni görəndə, mən çoxdan özümdən getmişdim. Gözümü açanda o vahimənin içində gözüyaşlı anamı gördüm.
Orda qaldığım 4 gün davam edən vəhşilikdən geriyə, az sayda sağ insan qalmışdı. O vaxta qədər mənə, anama və bir neçə qadına toxunmadıqları möcüzə olmalı idi. Növbəti gecə idi. Göyün üzü qırmızı idi. Sanki yerdəki qanın rəngi, göydə əksini tapmışdı.
Qaranlıq, pis qoxulu otağın bir küncünə sıxılmışdıq. Bir azdan ayaq səsləri gəldi. Anam məni bərk-bərk qucaqlayıb bağrına basmışdı. Əlacı olsa sanki yenidən bətnində gizlədəcək qədər titrəyirdi. Amma titrəməsi boş yerə deyildi. Çünki o ayaq səslərindən sonra gələn əl, məni anamdan dartıb qopardı. Az qalırdı naləsi göyə çatsın, onu daha əvvəl bu cür görməmişdim. Məni nə üçün apardıqlarını başa düşmürdüm. Ağlayır, bildiyim bütün yalvarışları edirdim, aparmamaqları üçün!
Dəhliz boyunca gah sürüyərək, gah itələyə-itələyə bir otağa atdılar. Özümü itirmədən sakitləşdim. Otağa göz gəzdir-dim. Hiss olunurdu ki, bu otaq digərlərindən səliqəli və hansısa rütbəli şəxsə məxsusdur. Bir qədər sonra dəhlizdə iti və ağır addımlar eşidilməyə başladı. Qalın bir səs, “onun qızıdır?” sualını verib, cavab almadan içəri daxil oldu!
Hündür, kök, 45 yaşlarında, saqqalı, saçında tək-tək ağ tük görünən adamla göz-gözə gəldik! Üzündəki nifrət, ürək bulandıran gülümsəmə ilə üzümə baxdı. Qəfəsdən açılan vəhşi heyvan kimi üstümə şığıdı.
Sadəcə əlimi üzünə atıb, cırmağa fürsət tapa bildim. Çünki bir qədərdən sonra saçımdan yapışaraq, divara çırp¬mışdı. Bədənim sanki maşın altından çıxmış kimi sızıldayırdı. Deyəsən dişim qırıldığı üçün ağzım da qan içində idi.
Alnımdan axan qan da, üzümdən süzülərək gözümə dol-muşdu. Özümə gəlib, qan dolu gözlərimi açanda, qarnımdakı dəh¬şətli ağrı, bütün ağrılarımı unutdurmuşdu! Bədənim keyi-mişdi! Hərəkət etmədən fikirləşirdim. Anamın niyə nalə etməsini indi daha yaxşı başa düşürdüm!
Artıq balaca qız yox, təcavüzə uğramış qadın idim. İçi parçalanmış, hissi alınmış, həm bədəninə, həm ruhuna, həm gələcəyinə təcavüz edilmiş qadın!
Qadın kimi formalaşmayan kiçik bədənim, təcavüzün ən dəhşətlisinə məruz qalmışdı.
Yerdən qalxa bilmirdim. Sanki illərlə yatağa bağlı xəstə idim. İndi isə yataqdan yerə düşmüş, həmin köməksiz xəstədən fərqim yox idi.
Özümə gəlmədən növbəti dəfə eyni adam daxil olmaqla, digər əsgərlərin təcavüzünə məruz qaldım. Üzünü cırdığım yekəpər hər dəfə şüşədə və ya güzgüdə üzünü görəndə çəkdiyi siqareti bədənimdə söndürərək, balaca fahişə ilə başlayan söyüşləri sıralayırdı. Təbii ehtiyacını üstümə tökürdü, “sizi belə məhv etmək lazımdır”, – deyirdi!
Bədənim siqaret kötüyünün yanıqları, içim parçalanmış halda daha nə qədər dözə bilərdim?! Bəzən elə bilirdim gördüklərim yuxudur!
Amma hər dəfə diksinib özümə gəlirdim! Ölmək üçün çarələr axtarırdım. Amma əslində ölüdən fərqim yox idi.
Qurtuluşum da belə oldu. Ölü bilib, digər cəsədlərlə birlikdə bir dərəyə atmışdılar. Sonradan öyrəndim ki, əsgər-lərimizdən biri təsadüfən xırıltımı eşidib, məni Ağdama-xəstəxanaya aparıb. Bir neçə il danışa bilmədim. Dilim tutul-muşdu.
Bədənimdəki yaralar sağaldı! Ancaq izləri həm bədənimdə, həm ruhumda qaldı. Elə həmin gündən bütün qoxular barıt, bütün rənglər qırmızı və qara, bütün səslər avtomat və bomba səsləri oldu…
Nə uşaqlığımı yaşaya bildim, nə gəncliyimi, nə qadın-lığımı. Sevişmə sonrası qadın olmadım mən! Gənc qızlıqdan qadınlığa keçid etmədim. Ehtiras, hərarət, istilik nədir bilmədim!
Əsir oldum, şəhid qızı oldum, kimsəsiz oldum, şagird oldum, tələbə oldum, amma qadın ola bilmədim!
Aynanın qarşısına keçib, bədənimə baxanda siqaret izlərini görüb bədənimdən iyrəndim. Başımın sağ tərəfindən, həmin gün kökündən yolunan saçımın keçəl yerini görəndə, özümdən iyrəndim! Fəryadımı kimsə eşitmədiyi üçün, qulağım-dan getməyən səsimdən iyrəndim! Qadın olduğum gün, qadın olmağımdan iyrəndim! Qadınlığı rədd etdim!
Hamı məni Xocalıda təcavüzə uğramış qız kimi göstərdi. Bir daha mən yenə özümdən iyrəndim. Bir gerçək var idi əslində: mənim bədənimə, barmaqla göstərənlərin isə vicdanına təcavüz edilmişdi.
12 il yaşadığım Xocalı, 4 gün və bir adla yadımda qaldı. Təcavüz!
Türkan Turan”

Dəhşət, dəhşət, dəhşət… İndi oxu görüm necə oxuyursan bu yazıları? İndi döz görüm necə dözürsən bu ağrılara? İndi xoşbəxt ol görüm necə xoşbəxt olursan içində bu qədər ağrılar, əzablar, iztirablar ola-ola?!
İntiqamı ən çox dəhşətə gətirən isə özünü ziyalı sanan canilərin etirafı idi. Bütün etiraflarda bir peşmançılıq hissi olur bu və ya digər şəkildə. Bu şərəfsizlər isə etdikləri cinayətlərdən zövq, ləzzət ala-ala danışırdılar… Namuslu bir xalqı təhqir eləməyə, alçaltmağa, ələ salmağa çalışırdılar.
İntiqam erməni xisləti ilə bağlı yazıları oxuduqca elə bil ki, ona hər şey aydın olurdu. Dünyanın cikini-bikini yaxşı bilən Karl Marks təsadüfi yazmırdı ki: “Öz arvadlarını yaşamaq və qazanc xatirinə başqa xalqların kişilərinə satan ilk millət erməni milləti olmuşdur”. Marksın dostu, əqidə yoldaşı Firidrix Engelsin qənaətləri də göydəndüşmə deyildi, faktlara əsaslanırdı. O, yazırdı: “Korinfdə və hətta Hindistan məbəd-lərində qulluq edən ilk rəqqasə və fahişələr erməni kənizləri olmuşlar”.
Müasir dövrdə Kardaşyanların at oynatması göstərir ki, nəsillər nə qədər dəyişsə də, bu zatıqırıqlar öz məqsədlərinə çatmaq üçün hər bir rəzilliyə hazırdırlar. Biz isə sadəlöhvcəsinə onlardan şərəf, ləyaqət, humanizm umurmuşuq.
Hamı bilir ki, bizdə isə namus, qeyrət məsələsi tamam fərqlidi… Namus ləkəsini ancaq qanla yumaq olar. Düşmən əsirliyinə düş¬məsin deyə özünü qayadan atıb öldürən qadın-larımızın, qızlarımızın ruhu qarşısında baş əyirik… Ölməyi namus ləkəsiylə yaşamaqdan üstün tutan qadınlarımız xalqın şərəf, ləyaqət simvolu sayıla bilər…
Atasıyla bu haqda söhbət eləyəndə Ümid həmişə oğluna deyirdi ki, erməniyə etibar yoxdur. Biz çörək kəsdiyimiz insana qətiyyən xəyanət eləmərik. Onlar üçün isə duz-çörəyi tapdamaq su içimi kimi asan bir şeydi. Dost sandığımız, mehriban qonşuluq şəraitində yaşadığımız bu haylar ağır sınaq məqamında nəinki bizə qahmar çıxdılar, əksinə etibarımızdan istifadə eləyib bizi tələyə saldılar. Xocalı soyqırımında cəlladları fitləyib üstü¬müzə göndərən də elə onlar idi…
Həmişə bu mövzuda söhbət düşəndə Ümidin ürəyində intiqam hissi baş qaldırır, onun gülüşü yadırğayan qara gözlə-rininin dərinliyində nifrət qığılcımları oynayırdı… Oğlu onun haldan-hala düşdüyünü, məşəqqət ocağında qovrulduğunu görəndə araya başqa söhbət salmağa çalışırdı. Ancaq Ümid göynəyə-göynəyə deyirdi:
-Ay oğul, bəlkə də mənim sözlərim sənə qəribə gəlir, elə bilirsən ki, başıma gələnlərə görə qisas məqsədiylə belə deyirəm, ancaq fakt faktlığında qalır. Düşünərsən ki, bir para cəlladın hərəkətinə görə bütün xalqı nankor adlandırıram. Ancaq bu, həqiqətdir. Görünən dağa nə bələdçi?
-Düz deyirsən, ay ata. Mən oxumuşam, ayıq düşüncəli ermənilərin özləri də özlərinin, yəni öz xalqlarının nümayəndələrinin düşüncəsiz hərəkətləri, genetik xəstəlikləri haqqında az söz deməyiblər.
-Nə deyiblər? Mən heç onların da səmimiyyətinə inanmıram. Söz ayrı, əməl ayrı. Ancaq bir fikirlə mən də şərikəm ki, ermənilərin düşməni elə onların özləri olub həmişə…
-Hə, elə ermənilərin özləri də bu fikirdə olublar çox zaman…
-İlanın ağına da lənət, qarasına da. Ay oğul, onlara inanma heç vaxt. Söz ayrıdı, əməl ayrı. Danışanda elə danışırlar ki, düşünürsən ki, bunlardan ağıllı millət yoxdur… Ancaq tarix boyu olan hadisələr göstərir ki, onların göz yaşları da timsahın göz yaşları kimi bir şeydir…
-Elə olmağına elədi, ata. Ancaq onların dedikləri bəzi sözlərdə həqiqət var.
Ümid əsəbiləşdi:
-Nədi axı bu həqiqət?
-İcazə versən, onlardan bəzilərinin fikrini sənə oxu-yardım…
Ümid susdu. İntiqam bunu razılıq əlaməti hesab elədi və oxumağa başladı:
-Ay ata, gör erməni tarixinin atası sayılan Movses Xoronesi hələ 5-ci əsrdə öz qəbilədaşları haqqında nə deyirmiş: “Mən xalqımızın daşürəkliliyini və yekəxanalığını göstərmək istəyirəm. Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Onlar böyük-böyük danışmağı sevən, ikiüzlü millətdir”.
Ümid kişi dilləndi:
-Ə, bunu erməni deyir?
-Bəli.
-Heç adamın inanmağı gəlmir ki, erməni sözün düzünü deyə.
-Yox, ay ata, deyənlər var. Yeqişe Çarens adlı bir erməni şairi olub, bəlkə də adını eşitmisən.
-Ad tanış gəlir, ancaq xatırlaya bilmirəm.
-Onun şeirlərini Mikayıl Müşfiq bizim dilimizə tərcümə eləyib.
-Bu da Müşfiq! Adam tapmayıb şeirlərini tərcümə eləməyə?
İntiqam söhbətin istiqamətini dəyişməyə imkan vermədi:
-O şair yazır ki, bizdə riyakarlıq hələ ana bətnindən əmələ gəlir…
-Bax bunu düz deyir.
-Bir başqası, Petroni Qay Amatuni deyir ki…
-Ə, belə də erməni adı olar? Gürcü adına oxşayır.
-Yox, sovet dövründə yaşayan bir yazıçı olub. O yazır ki, ermənilər də insandırlar. Amma evdə dördayaqlı gəzirlər…
-Heç insan olan da Xocalı faciəsini törədərdimi? Heç insan olan da arvada, uşağa, qocaya, xəstəyə ağılagəlməz işgən-cələr verərdimi? Kökü kəsilsin hamısının! Yer üzündə bu qədər əzazil, qəddar millət görməmişəm. Həyasızlıqları o dərəcəyə çatıb ki, törətdiklərinə görə utanmaq əvəzinə, hələ bir utanmaz-utanmaz fəxrlə də danışırlar. İnsanlıq simasını itirən Balayan kimi… Onlar oğrudurlar, quldurdurlar, canidirlər…
-Bu doğrudur. Heç nəyi olmayanlar oğurluqla məşğul olurlar.
-Bu nankorlar torpaqlarımıza göz dikirlər, malımızı-mülkümüzü talayırlar. Musiqimizi, mahnılarımızı, xalçaçılıq sənətimizi, hətta mətbəximizi belə oğurlayıb öz adlarına çıxmağa çalışırlar.
-Elədi, ay ata, elədi. Ermənilərin özlərinin arasında da elə adamlar var ki, bunu etiraf eləyirlər. Məslən, Kerar Patkanov adlı bir erməni şərqşünas alimi yazır: “Ermənistan bəşəriyyət tarixində dövlət olaraq heç bir əhəmiyyətli rola malik olmayıb. Onun adı ermənilər tərəfindən yayılan coğrafi termin olub. Bura güclü dövlətləri olan assuriyalılarla, midiyalılarla, iranlılarla, yunanlarla, monqollarla, ruslarla mübahisələrin həlli məkanı olub”.
“Türkmənçay” müqaviləsi imzalanandan sonra (10 fevral 1828-ci il) Paskeviçin rəhbərliyi ilə Azərbaycana İrandan 40 min, Türkiyədən 90 min erməni köçürüldü. Birlikdə götürül¬dükdə 1828-1896-cı illərdə İrəvandan və Türkiyədən köçürülən¬lərin sayı 2 milyon 200 mindən artıq olmuşdu. Onlardan 985 min 460 nəfəri Azərbaycanın qərb torpaqlarında, qalan hissəsi isə Qarabağ və Yelizavetpol (Gəncə) quberniya¬sında yerləşdirilmişdi. Ermənilər bu yerlərdə məskunlaşandan sonra azərbaycanlıları sıxışdırmağa başlamış, onların qarətçilik əməlləri adi hal almışdı”.
Erməni tarixçisi Qevorq Aslanın “Ermənistan və ermənilər” (1914) kitabında gör nə yazılır: “Ermənilərin dövlətçiliyi olmamışdır. Ona görə də onlarda vətən hissi yoxdur. Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə əlaqələndirilir. Bir dövlət kimi heç bir zaman mövcud olmamış xəyali “böyük Ermənistan” yaratmaq ideyası dünyanın bütün haylarını birləşdirmək yolunda ümummilli konsepsiyadır”.
Hələ bu harasıdır? Erməni yazıçısı X.Abovyan yazır: “Erməni dilinin yarısı türk, yarısı da fars sözləridir”. Erməni jurnalisti R.Açaryan isə söyləyir ki, erməni dilində 4200 türk sözü var.
Erməni tarixinə dair bir çox əsərlərin müəllifi profes-sor Leo bütün uydurmalarına rəğmən etiraf etməyə məcbur olub ki: “Erməni aşıq yaradıcılığının yalnız kiçik, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata aiddir. Onun böyük hissəsi (dastanlar, qəhrəmanlıq nəğmələri) mahnılar türk dilindədir. Nağıllarda və nəğmələrdə əks olunan həyatı ifadə etmək üçün türk dili daha əlverişli, obrazlı və zəngindir”.
-Bunlar köhnə söhbətlərdi, a bala. İndiki ermənilər ta¬mam başqa cür düşünürlər. Onlar əsrlər boyu uşaqlarını bizə nifrət ruhunda tərbiyə eləyirlər. Elə yalan uydururlar ki, adamın matı-qutu quruyur. Soyqırım törədən onlardı, bütün dünyaya deyirlər ki, türklər bizi qırırlar. Havadarları da onların tərəfini saxlayır həmişə. Atalar çox doğru deyiblər ki, arxalı köpək qurd basar.
-Bunlar düzdü, ay ata, ancaq onların arasında da həqiqəti dərk eləyən, bunu dilinə gətirməkdən qorxmayanlar var.
-Yox, heç inanmağım gəlmir. Onların həqiqi sözlərinin də arxasında bir riyakar məqsəd gizlənir…
-Vaqe Avetyan adlı erməni yazıçısının Xocalı soyqırımı ilə bağlı söylədikləri erməninin erməniyə verdiyi ən yaxşı dəyərdi. Onun verdiyi müsahibədəki sözlər əslində ittiham sənədidir:
“Biz o səviyədə vəhşiləşmişik ki, artıq kimsə özünü normal aparanda buna təəccüblənirik… Ermənilərin öz səsini duyura bilməsi üçün, əvvəlcə onları son 25 ildə düşdükləri konslagerdən azad etmək lazımdır. Ermənistanda adamı azad sözə görə şikəst edə, hətta öldürə də bilərlər”.
“Bilin ki, ermənilər heç vaxt öz ölkəsinin siyasəti ilə məşgul ola bilməyiblər, yeganə istisna dövlət müstəqilliyinin elan edilməsi olub. “Qarabağ münaqişəsi” məhz bunun bədəlidir ki, onu ödəyirik”.
Ümid ümidsizliklə dedi:
-Heç bədəl ödəyənə oxşamırlar bunlar. Ən dəhşətlisi odur ki, özlərini ziyalı hesab eləyən başqa millətin nümayəndələri də haqqın yox, haqsızlığın tərəfində dayanırlar. Onların iftıra dolu həyasız çıxışları adamı lap əsəbiləşdirir. Heç o zatıqırıq Zatulini demirəm, haqq-ədalət, humanizm carçısı olan Lev Tolstoyn soya-dını daşıyan bir yekəpərin yava-yava danışığı adamı lap əsəbiləşdirir. “Oddan kül törəyər” belələri üçün deyilib e…
-Onu düz deyirsən. Heç bilirsən Lev Tolstoyun doğmaca qızı ermənilər haqqında nə deyib?
-Deyərsən, bilərəm.
-Bir maraqlı məqaləyə rast gəlib surətinı çıxarmışam. Bir az, gözlə, gedib gətirim.
Bir az keçəndən sonra İntiqam əlində bir necə vərəq yazı gəlib çıxdı. Ümid səbrsizliklə dedi:
-Hə, oxu görüm nə yazırlar orda?
-Ata, dahi yazıçının qızı Aleksandra Tolstoya 1915-ci ildə Türkiyənin Van şəhərində ermənilərin törətdikləri cinayətlər haq-qında yazır.
-Yəqin bunu da kimsə uydurub. Tolstoyun qızı Vanda nə gəzirmiş axı?
-O, Qırmızı Xaç cəmiyyətinin xətti ilə Rusiya İmperi-yasının təmsilçisi kimi ora göndərilibmiş. Şəxsən görüb şahidi olduğu hadisələrdən yazıb. Ona görə də Aleksandra Tolstoyanın qeydlərini həyəcansız oxumaq olmur. Qulaq as gör, o, nə yazır:
“…Yerlə yeksan olmuş Van şəhəri… Bizim gəlişimizə qədər bu şəhərdə ermənilərlə türklər arasında dəhşətli döyüşlər baş vermişdi.
Türklər ermənilər tərəfindən zəbt edilən dağüstü qalanı mühasirəyə almışdılar. Ermənilər qalanın müdafiəsi üçün vəhşi kimi vuruşurdular. Qadınlar gecələri gündüzlərə qataraq mərmi-lər düzəldir, türklərə atırdılar. Onlar bu vəziyyətə çox tab gətirə bilməzdilər, ərzaqları bitmişdi, silah-sursat, barıt ehtiyatı tükənmək üzrəydi. Əgər bizim kazaklar vaxtında onların köməyinə yetişməsəydi, şübhəsiz, ermənilər təslim olacaqdı. Hər iki tərəfdən xeyli sayda insan tələfatı ilə nəticələnən qanlı döyüşlər oldu. Ölənlərin meyitlərini gölə atırdılar…
Türk əsgərləri şəhəri tərk edəndə, təxminən 1000 nəfər Vandan çıxa bilmədikləri səbəbdən əsir götürüldü…”


“…Ermənilər şəhərin türklər yaşayan ərazisinə od vurdular, gil tikililər çətin alışdığından onları ayrı-ayrı yan-dırdılar…”


“…Məni burada görəcəyim işlərlə bağlı təlimatlandırmışdılar…
İki böyük məktəb binası. Tamamilə bomboş qalmış iri otaqlarda nə çarpayı, nə stul var. Döşəmədə üstləri əsgi-üsgüylə örtülmüş çirkli, cansız bədənlər. Türklərdir… kişilər, qadınlar, qocalar, cavanlar, uşaqlar…
Körpələrin iniltisi, hönkürtü səsləri, sayıqlamalar… Bəzilərinin sifətində şübhəli ləkələr var. Bu nədir? Cüzam?
Çirkli, çəlimsiz əllər bizə tərəf uzanır… Qadınlar ağlaya-ağlaya: “Xanım, xanım!” – deyə yalvara-yalvara bizdən imdad dilə-yirlər…
Gözüm, bir küncə qısılmış, qolları, sanki ölmüş kimi qəribə şəkildə yanlarına düşən bir qadına sataşdı. Onun lap asta-dan gələn iniltisi güclə eşidilirdi…
Mənim sual dolu baxışlarıma cavabında mister Yar-rou vəziyyəti izah etdi:
– Onun qollarını dartıb kökündən çıxarıblar.
– Bunu kim edib? Nə səbəbə?
– Ermənilərlə qarşıdurmalar zamanı…
– Ermənilər edib? Niyə axı onlar sadə bir qadına belə işgəncə veriblər? – heyrətlə soruşdum. – Amma qəzetlərdə oxu-muş¬dum ki, burada vəhşiliklər törədən, erməniləri kəsib-doğra-yan türklərdir. Heç nə anlaya bilmirəm…
–Qırğın hər iki tərəfdən olub. Təbii ki, hərbi qarşıdur-mada başqa cür ola da bilməz. Türklərlə ermənilər arasında düşmənçilik əsrlər boyu davam edir. Amma burada – Vanda biz ermənilərin, insanlıq adına ləkə olan vəhşiliklərinin şahidi ol¬duq. Ermənilər qadınların döşlərini kəsir, qollarını, əllərini dartıb çıxarır, ayaqlarını sındırırlar… Bu qeyri-insani vəhşilikləri, günahsız qurbanları mən öz gözlərimlə görmü¬şəm…”
Ümid yazılanları həyəcanla dinlədi. Gözlərinin önündə buludlar oynadı. Yenə özünü insan cəsədləri ilə dolu o qanlı düzdə təsəvvür elədi. Handan-hana özünə gəlib dedi:
-Biz də insanlıq adına ləkə gətirənlərdən insanlıq ummuşuq, onlara inanmışıq. Sən demə qəddarlıq elə onların qanında, canında imiş…
Bu sözləri deyən Ümid əsəbiləşdi. Əlləri əsdi, gözləri alacalandı… Dili də topuq vurdu. Kəkələyə-kəkələyə nəsə de-mək istədi…
İntiqam atasının səhhətindən nigaran olduğu üçün söhbətə ara vermək qərarına gəldi. Mövzunu dəyişməyə çalışdı. Alınmadı. Atasını çətinliklə sakitləşdirib, öz otağına keçdi… O da əsəbiləşmiş, həyəcanlanmışdı. Onun da əlləri əsirdi. Barmaqları elə bil tətik gəzirdi…
Oğlan erməni vəhşiliyi ilə bağlı elə yazılar oxumuşdu ki, ürəyindəki intiqam hissi bir an da olsa səngimirdi…
Elə məqalələr var idi ki, atasının qüruruna toxunar deyə onları gizləmişdi İntiqam. O yazılardan biri adamın içini göyüm-göyüm göynədirdi. Əsir düşən qızlarımızın başına gətirilən müsibətlər adamın ürəyinə çalın-çappaz dağ çəkirdi…
Ümid dəhşətləri öz gözləri ilə görsə də, bu dəhşətin o biri üzündə daha dəşətli hadisələr var idi… Yaxşı ki, hələ bu hadisələrin çoxundan Ümid kişinin xəbəri yox idi… Ancaq bu, onun oğlu İntiqama elə gəlirdi. Xəbəri yox idi ki, onun internetdə görüb çap etdiyi həmin məktubu atası göz yaşı içində dönə- dönə oxuyubmuş…
Bu məktubu Facebookda “Möcüzəli dünya” adlı bir istifadəçi paylaşmışdı və həmin dəhşətli məktub bu cümlələrlə başlayırdı:
“Salam, Azərbaycan, salam, əziz və qeyrətli xalqımın nümayəndələri…
İnanıram ki, bu məktubumu bütün Azərbaycan oxuyacaq və ürək agrısı ilə oxumayanlara da yayımlayacaq…
Mən 1992 -ci ildə Xocalıda əsir götürülən qızlardan biriyəm. O zaman mənim 15 yaşım var idi, artıq 40 yaşındayam…
Mənimlə bərabər burda bir çox əsirlər olub və var, bəziləri isə artıq dünyalarını dəyişiblər. Sizləri çox yormaq istəmirəm, sadəcə bizə görə narahat olanlar və olmayanlar üçün, özümüz və burdaki vəziyyət haqqında, çox çətin və göz yaşı içində məlu¬mat vermək niyyəti ilə bu məktubu yazıram…
Düzdür, mən hər şeyi, Xocalıda və ondan sonra olan¬ların hamısını bir məktuba sıgdıra bilmərəm, çünki bizim hər günümüz sizdən fərqli olaraq XOCALI faciəsi günü kimi keçir. Beləliklə, mən əsir düşəndə anamla birlikdə idim, bizi o soyuq və şaxtalı havada günlərlə ac- susuz saxladıqdan sonra yerimizi dəyişdilər, bir hərbi hissəyə gətirdilər və əsgərlərin qablarında artıq qalan tulantı yeməkləri bir böyük qazana töküb gətirib atdılar qabağımıza, inanın, elə həvəslə elə iştahla yeyirdik ki… O tulantıları “bayram aşı” kimi yeyir¬dik… “Sag olsunlar” bizə bir vedrə su da verdilər, amma vedrənin içinə 4-5 erməni tüpü-rəndən sonra gətirib qoydular qabagımıza…
Çarəmiz yox idi, günlərlə susuz qaldıgımız üçün məcbur idik o suyu içməyə…
Bir neçə gün sonra bizə “şad” xəbər verdilər, dedilər ki, hazırlaşın, sizi yuyunmanız üçün hamama aparırıq… Çox sevin-mişdik, çünki artıq 2 ay olardı yuyunmurduq, ayaqyolu da əsir qaldıgımız padvalın içində olduguna görə çox pis halda idik. Bizi hamama gətirdilər, əsgərlərin yuyundugu hamama. Hardasa 30 nəfərə yaxın müxtəlif yaşda qadın əsirlər idik və ən kiçiyi mən idim…
Hə, əzizlərim, bizi saldılar hamama, hamamda isə bizi hardasa 80, 90 nəfərə yaxın erməni əsgəri gözləyirmişlər…
O hamamda nələrin oldugunu, nələrin baş verdiyini, nə zülmlər çəkdiyimizi, necə qışqırıb agladıgımızı yazıb sizi ürək agrısına salmaq istəmirəm, sadəcə bunu deyim ki, bizi ermənilər “çimizdirdilər” və hardasa təkcə 20, 30 nəfər tərəfindən mən zorlandım, digərlərini bilmirəm…
Bu hal bir neçə dəfə baş verdi, sonra bizi ermənilər öz aralarında paylaşdırdılar… Yaşlı əsirlər əsgərlərin, cavanları zabitlərin… Gündüzlər bizi çölə çıxardırdılar hava almaq üçün, çox vaxt əynimizi soyundurub musiqi qoşaraq oynamağa məcbur edirdilər, ilk günlərdə oynamaga etiraz etsək də, sonra hər etiraz etdikdə döyərək bizi vərdiş etdirdilər hər şeyə… Artıq nə deyirdilər edirdik və o qədər şey etdirirdilər ki, yaza bilmirəm, utanıram…
İllər keçdikcə yerimizi dəyişdilər, bəzilərimizi ayırıb harasa başqa yerə apardılar, anamın ürəyi partdayıb dünyasını dəyişdi bir iki il sonra, mənim qara günlərim daha da çoxaldı, çünki çox vaxt anam məni qorumaq naminə çox şeyi öz üzərinə götürürdü… Dəfələrlə özümü öldürmək istədim, edə bilmədim… Hər dəfə intihar etmək istədikdə içimdə bir ümid yaranırdı ki, bir gün bitər bu əsarət…
Mən xalqımın qeyrətinə, qeyrətli ogullarına, qızlarına bələdəm… Bilirəm ki, çoxunuzun ürəyi yanır orda və əlinizə fürsət düşərkən nəsə edirsiz… Xalqımın, Ramillər kimi, Fəridlər kimi, Mübarizlər kimi, Çingizlər və digər bu kimi ogullarının çox oldugunu bilirəm və buna əminəm ki, bir gün o ogullar bizi bu əsarətdən qurtaracaqlar… Keçən il Aprel döyüşləri başladıq¬da o qədər sevinmişdik, o qədər sevinc içində idik ki, artıq torpaqlarımızın və bütün əsirlərin azad olunacagı ümidi¬miz daha da çoxaldı. Allahın izni və qeyrətli ogullarımızın vasitəsi ilə tezliklə bu ümidimiz gerçəkləşər və biz də ürəkdən sevinərik. Hal-hazırda adını qeyd edə bilmədiyim yerdə Azərbaycan televiziya kanallarını izləyə bilirəm. Azərbaycanın və ümümən xalqımın ugurlarını əsirlikdə olsam da, sevinirəm, amma bu sevincim elə də çox sürmür. Televiziya kanallarında olan gündəlik proqramlara baxdıqda bəzən elə bilirəm ki, biz əsirlərə acıq verilir…
Şou proqramlar, əyləncəli proqramlar, mügənnilərin dartışmaları, şou biznesdə baş verən qarşıdurmalar, mügən-nilərin yekə-yekə danışmaları, mənasız seriallar, təmtəraqlı konsertlər, bayram tədbirləri və digər bu kimi çox verlişlər… Bununla mən xalqıma və tv kanallarına hər gün matəm içində olmalarını demək istəmirəm və bu, mümkün də deyil, çünki biz insanıq, hər şeyə amin deyib gülmək fitrətimizin təcəssümüdür… Bayram da keçirin, əzizlərinizlə deyin-gülün, həyatınızı, işlərinizi xoş əhvali-ruhiyədə keçirin, bu sizin haqqınızdır… Amma nə olar, o verlişlərlə yanaşı, Qarabag haqqında da, verlişlər yayımlayasız, əsir düşənlərin axtarıl¬masın¬dan danışa¬sınız, biz də orda vətəndə bizi düşünənlər var deyə sizə güvənək… O şou biznes xəbərləriniz, mügənnilər və onların sərgü¬zəştləri haqqında olan xəbərlərinizlə yanaşı, Vətəndən didərgin düşüb canını Vətənə fəda edən igid oğullar və qızlarımızdan da söhbət açıb onları xatırlayasınız!
O mənası, amalı bilinməyən, insan mənəviyyatına və insanların psixologiyasına bir başa zərbə vuran seriallarınızla yanaşı – su əvəzinə erməni tüpürcəyi içən əsir qadınları¬mızdan da serial çəkmək olar… Amma yox çəkmək istəsəniz də sizə sponsorluq edən olmaz, çünki o zəngin, paralı kişilərimiz bizi əsla düşünməzlər, Azərbaycan qadınının əsirlikdə erməni təcavüzünə necə məruz galdığını bilsələr belə!”
Bu məktubu paylaşan oğlanın hayqırtıları getmirdi İntiqamın qulağından:
“P.S. Bu məktub bəlkə də heç əsirlikdən yazılmayıb. Bəlkə də kimsə tərəfindən düşünülüb, amma biz bu faciəyə göz yumduq. Bizim biqeyrətlər erməni harsınlarını, bəlkə də xala-larını gətirib Azərbaycanı gəzdirirlər. Bilin, son erməni dünyada var ikən biz bu millətə iltimas qurmamalıyıq. Çünki hələ ana bətnində olan erməni cocuğu da düşməndir. Bunu bu illər ərzində anlamayan varsa, onun geni haydan gəlir. Bu yazını verməkdə tək məqsədimiz vicdanı olanları sızlatmaq deyil, vicdanı yatmışları oyatmaqdı. Ən yaxşı erməni “ölü ermənidir”…


Bu məktub İntiqamın, eləcə də onun kimi qeyrətli oğul-ların qəlbindəki İntiqam alovunu sönmək bilməyən bir qaynar lavaya döndərmişdi. Hamı səbirsizliklə müharibə olacağı günü gözləyirdi…
Müharibə isə başlanmaq bilmirdi ki, bilmirdi. ATƏT deyilən qurumun vecsiz nümayəndələri tez-tez gəlib qarın otarır, heç nə olmayıbmış kimi qayıdırdılar öz xarabalarına. Xəbərləri yox idi ki, təkcə işğal altında qalan qədim bir torpaq kimi onun övladlarının da daxili dünyası viranəyə çevrilmişdir. O uçub dağıdılan evləri pul-para hesabına bərpa etmək o qədər də çətin məsələ deyildi. Ancaq könül xərabələrini heç nə ilə bərpa etmək mümkün olmayacaq…
İntiqamın gizlədiyi bu dəhşətli məktubu oxuyan Ümidin ürəyi param-parça olmuşdu. Zəngəzurda doğulub boya-başa ça-tan bu bədbəxt taleyli insanın gecə-gündüzü yox idi. Dərdinə çarə, sağalmaz yaralarına, dərmansız dərdinə məlhəm axtarırdı.


Ata ilə oğul arasında bu mövzuda söhbətlər bitmək bilmirdi ki, bilmirdi… İntiqam rusiyalı məşhur tarixçi alim, şərqşünas Andrey Zubovun mühazirə zamanı dediklərinin sosial şəbəkələrin rusdilli auditoriyasında böyük rezonans doğurması haqqında atasına məlumat verdi. Ermənilərin satqınlığı, rəzilliyi haqqında söylədiyi mülahizələr alimin tarixi faktlara vicdanlı münasibətinin ifadəsi idi. Zubov Osmanlı İmperiyası barədə mühazirə deyərkən, o dövrlərdə ermənilərin türklərə qarşı satqınlıq etdiklərini xüsusi vurğulayıbmış. Alimin faktlara istinadən söylədiyi sözlər erməni xislətini açmaq baxımından olduqca maraqlıdır. Alim deyirmiş ki, türklərin ermənilərə kömək və dəstək olduğu dönəmdə belə ermənilər gizli yollarla silahlanaraq, rusların hücumu zamanı silahlarını türk ordusuna tuşlayıblarmış: “Daşnaklar öz istədiklərinə əvvəl-axır nail oldular. Onların əsas istəyi türk torpaqlarında erməni dövləti yaratmaq idi. Əvvəlcə ermənilər türklərə qarşı düşmənçilik etdi. Onlar Ənvər Paşaya və bütün Osmanlı İmperiyasına xəyanət etdilər. Bunun adı cinayətdir. Siz təsəvvür edin, o dövrlərdə sadə müsəlmanlar minlərlə erməniyə qucaq açıb, öz evinə salmışdı. Bunu ermənilərin özləri də qeyd edirdilər. Tarixdə belə hallar nadir olur.”
Alim öz mülahizələrini söyləyəndən sonra qənaətlərini bu fikirlərlə yekunlaşdırmış, dinləyicələrini düşünüb nəticə çıxarmağa səsləmişdi: “Türklər minlərlə xristianı xilas edib. Sizcə, biz ruslar bu hərəkəti çeçenlərə və yaxud Krım tatarlarına qarşı etmişik? Fikirləşin…”
Xeyli fikirləşəndən sonra Ümid alimin söylədiklərinə münasibətini bircə cümlə ilə ifadə elədi:
-Kim haqqın tərəfindədirsə, haqq özü ona kömək olsun!
Əslində haqqın tərəfdarları az deyidi. Onlar da ayrı-ayrı zamanlarda erməni xisləti haqqında öz fikir və mülahizələrini söyləmiş, bəşəriyyəti ayıq, diqqətli olmağa, bu deyilənlərdən nəticə çıxarmağa səsləmişdilər…
Görkəmli rus tədqiqatçısı V.L.Veliçkonun “Qafqaz” əsərindəki bu fikir mülahizlər təsadüfi ola bilməzdi: “…məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər.”
V.Veliçkonun ermənilər haqda söylədiyi bu qənaətlər də faktlara istinadən yaranmışdı: “Ermənilər yerli əhalinin qanını içirlər. Bundan razı qalmayaraq gələcəkdə onları öz yerlərindən qovub torpaqlarına sahib olmaq məqsədilə yerli müsəlman əhalini hörmətdən salmaq siyasəti həyata keçirirlər”. “Erməni qadınları digər xalqlarla zorla, məcburən də olsa, əlaqədə olmuşlar. Şərəf və ləyaqətlərini itirmiş erməni qadınları ilə münasibətdə olan İran əsgərləri, türklər, gürcülər və dağlılar görünür onlardan heç bir ədəb-ərkan gözləməmişlər. Bu səbəb-dən də ermənilərin damarlarından hər cür qan axır”. “Biz hələ “böyük Ermənistan” adlı dərdli ölkə haqqında yazılan, qonşu ölkələri də bundan agah etmək missiyasını öz üzərinə götürən erməni dərsliklərini demirik. Kilsə məktəblərində hətta “böyük Ermənistanın” xəritələri verilir, paytaxtı Tiflis şəhəri göstərilir və onun sərhədləri Voronejədək uzanıb gedir”.
Ümid kişi həqiqətlə dolu bu mülahizələri dinləyib əsəbi, emosional şəkildə dedi:
-Nankorlar Azərbaycanın ən səfalı yerlərində yaşayır¬dılar. Ən yaxşı evlərin, ən yaxşı maşınların sahibi idilər. Bu Qarabağ söhbətini salmasaydılar, Bakının, Sumqayıtın, Gəncə¬nin yarısı elə onların idi. Xan kefində yaşayırdılar… Şadlıqlarına şitlik elədilər. Min fitnə-fəsad törətdilər. Nə qədər günahsız insanın qanına bais oldular…
Atasıyla bu tipli söhbətləri aparanda Ümid kişinin haldan-hala düşməsi İntiqamı qorxudurdu bir az. Kişinin əsəbiləşdiyini görən kimi ya söhbətin məcrasını dəyişməyə çalışır, ya da bir bəhanə ilə durub gedirdi. Atasına vermək istədiyi saysız-hesabsız sualların cavabını erməni xisləti ilə bağlı yazılan kitablarda, məqalələrdə axtarırdı.
Bu yazıları oxuyanda dəhşətə gəlirdi oğlan. Düşünürdü ki, yaxşı, Qarabağ faciəsini, Xocalı facısini özüm görməsəm də, bu haqda atamdan, anamdan, başına müsibətlər gətirilən kəndçilərimizdən çox eşitmişəm. Onu bilirəm ki, insanlıq simasını itirənlər çox böyük faciələr törədiblər mənim ata yurdumda. Nəslimizi, kökümüzü yer üzündən silmək istəyiblər bu cəlladlar. Əsirliyə düşüb qayıdanlar, hadisələrin iştirakçısı, şahidi olanlar, təsadüf, Allahın möcüzəsi nəticəsində sağ qalanlar elə şeylər danışır, elə şeylər yazırlar ki, adamın lap matı-qutu quruyur. Bəs bu hadisələri görməyən dünyanın görkəmli adamları erməni xisləti haqqında bu qənaətlərə hansı hadisələr əsasında gəlibmişlər görən? Görünür çox-çox əvvələr belə bunlar yaramaz, insanlığa layiq olmayan işlər görübmüşlər. “Aşıq gördüyünü çağırar” deyiblər. Bəs bu dahilər ermənilərin hansı alçaq cəhətlərindən xəbərdar imişlər görən?
Bu fikirlər, düşüncələr oğlanı axtarışlar aparmağa sövq edirdi. Bir dəfə internetdə rast gəldiyi bir yazı onun bütün varlığını titrətdi. Həyəcanla oxuduqca faktlara istinadən yazılmış bu tarixi həqiqətlər oğlanı dəhşətə gətirdi…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tarixi foto – “Göyərçin” jurnalının redaksiyasında

Tarixi foto. Vaqif İbrahimin xatirəsini yad etmək üçün “Göyərçin” jurnalının redaksiyasına toplaşmışdıq. Xalq yazıçıları Hüseyn Abbaszadə, Anar, Gülhüseyn Hüseynoğlu, xalq şairi Bəxtiyar Vahabzadə də bizimlə idi… İli dəqiq xatırlamıram. Ev sahibləri biz idik, sağdan ayaq üstə: Rafiq Yusifoğlu, Arif Hüseynov və Tofiq Mahmud.

Mənbə: şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq YUSİFOĞLUnun şəxsi axivi.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – Anamın əziz xatirəsinə

ƏSRİN İLK ŞEİRİNİ
MƏN KİMƏ YAZIM!?

(Anamın əziz xatirəsinə)

Sevirəm, keçsə də ömür yarıdan
Qorxuram bu sevda yolunda azım.
Qəlbimə təpər ver, Ulu Yaradan,
Əsrin ilk şeirini mən kimə yazım?!

Ucadır insanın eşqi, əməli,
Bütün zamanların odur bəzəyi.
Eşq ilə qoyulsun əsrin təməli,
Ayları, illəri sevda bəzəyir.

Hərəmiz bir eşqin şirin barıyıq,
İllər üstümüzə çökür toz kimi.
Məhəbbət daşıyan eşq qatarıyıq,
Zaman çəkir bizi parovoz kimi.

Saçımda bərq vurur illərin qarı,
Sükut qəbristanda xəyala dalıb.
Sərnişini düşən eşq vaqonları
Zaman qatarından açılıb qalıb.

Qəlbini atdılar oda anamın
Arzuları düşdü hey pərən-pərən.
Qəbri ayrı düşən ata-anamın
Ruhları qovuşa bilibmi görən?!

İllərlə biz həsrət odunda bişdik,
Düşdü tariximə bir qara kölgə.
O əsrin başında didərgin düşdük,
Bu əsrin önündə sevindik bəlkə?!

Qəlbimə təpər ver, Ulu Yaradan!
Əsrin ilk şeirini mən kimə yazım?
Sevirəm, keçsə də ömür yarıdan,
Qorxuram bu sevda yolunda azım.

Həsrət bərq vurursa gözüm yaşında,
İnləməyə dəyməz “vətənim!” – deyə.
Olsam da dünyanın hansı başında,
Qəlbimdə eşq varsa, vətənimdəyəm…

               02.01.2001

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – SÖZ KARVANIM

SÖZ KARVANIM

Bir söz çəməni salmışam
Aqil gəlib çiçək dərə.
Sevənlər baxıb zövq alar
Mən əkdiyim çiçəklərə.

Nadansa kobud sözüylə
Ürəyimə yara salar.
Gözümdə bərq vuran nuru
Görə bilməz yarasalar.

Şükür ki, mənim arxamda
Qədirbilən elim durur.
Ay nurundan yoğrulmuşam,
İçim duru, çölüm duru.

Qəmə bələnmiş sevgimi
Görənlərin qəlbi sızlar.
Mənim isti sözlərimi
Necə sevsin qəlbi buzlar?!

Çiçək gözündə şeh öpən
Bir şairi duymaq üçün,
Ilahi bir sevgi ilə
Dolu ola gərək için.

Gücün çatmaz ürəyimin
Yanğısını yatırmağa.
”İt hürüşü qadir deyil
Mələk ünü batırmağa.”

Qəlbində sevda olmayan
Bulaq tək çağlaya bilməz.
Söz karvanımı yolundan
Bəndələr saxlaya bilməz…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

    Rafiq Yusifoğlu – GÖZƏLLİK

    GÖZƏLLİK

    Gözəl görəndə ağlımız
    başımızdan çıxır.
    Gözəl görəndə
    gözlərimiz önündə
    şimşəklər çaxır,
    İçimizə sevgi yağışları yağır…
    Elə ki, sıldırımda bitən
    gözəl bir çiçək
    bizi yanına səsləyir,
    unuduruq ki,
    gözəllik libasına bürünən
    əzablar, iztirablar
    yolumuzu gözləyir…
    Gözəllik təşnələri
    riyakarcasına
    özlərini öyürlər,
    Sevgi xəmirini iztirabla,
    göz yaşı ilə yoğura-yoğura….
    “Dünyanı gözəllik xilas
    edəcək”, – deyirlər…
    Ancaq gözəllik deyilmi
    bizi yolumuzdan çıxaran?
    Gözəllik deyilmi
    bizi rüsvayi-cahan eləyib
    dillərə salan?
    Gözəllik deyilmi
    bizi Məcnuna döndərib
    çollərə salan?

    19.07.2021

    Müəllif: Rafiq YUSİFOĞLU,
    şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


    RAFİQ YUSİFOĞLUNUN YAZILARI

    RAFİQ YUSİFOĞLU HAQQINDA

    Mustafa Müseyiboğlu adına kitabxana

    “ƏDƏBİ OVQAT” JURNALI PDF

    “YAZARLAR”  JURNALI PDF

    “ULDUZ” JURNALI PDF

    “XƏZAN”JURNALI PDF

    WWW.KİTABEVİM.AZ

    YAZARLAR.AZ

    ===============================================

    <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

    Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

    “Üçüncü qərinə”nin otuz beşillik şairi – Rafiq Yusifoğlu

    “Üçüncü qərinə”nin
    otuz beşillik şairi

    Şair Rafiq Yusifoğlunun “Üçüncü qərinə” adlı şeirlər kitabı (Bakı, ADPU nəşriyyatı, 2017, 304 səh.) müəllifin həmin kitabın axırında yer alan çap olunmuş əsərlərinin siyahısında 72-ci sırada və sonuncudur. Lakin buradaca xatırladaq ki, onun adı siyahıya düşməyən 73-cü kitabı – “Bədii söz – məna ocağının közləri” irihəcmli məqalələr toplusu da bu yaxınlarda işıq üzü görüb.
    Siyahıdakı ilk kitabın nəşr tarixi 1983-cü il olduğuna görə, cari il filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Rafiq Əliyevin “kitab yaradıcılığı”nın 35-ci ildönümüdür (Onun ilk şeirləri mətbuatda hələ orta məktəbdə oxuyarkən 60-cı illərin ortalarında işıq üzü görüb)…
    1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Rafiq müəllim bu illər ərzində “Qızıl qələm”, “Vətən”, “Araz”, “İlin ən yaxşı kitabı” və s. kimi nüfuzlu mükafatlara layiq görülüb. Siyahıda yer alan kitablardan 30-a yaxını şairin şeir və poemalarının toplandığı əsərlərdir. Bunlardan bir çoxunu – “Qəm karvanı” (1997), “Böyük arzuya gedən yol” (2000), “Çiçək yağışı” (2000), “Ayrılığın qəm hasarı” (2000), “Həsrət sazağı” (2005), “Sevdalı sabahlar” (2007), “Eşqin qarlı yollarında” (2008), “Könül səltənəti” (2012) – mən daha əvvəllər oxumuşdum. Siyahıda göstərilən kitabların bir qismi 20 ildən artıqdır ki, respublikamızın universitetlərində mühazirələr oxuyan görkəmli pedaqoqun ali məktəb tələbələri və orta məktəb şagirdləri üçün yazdığı dərsliklərdir (“Ədəbiyyatşünaslığın əsasları”, “Uşaq ədəbiyyatı”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Ana dili I – Əlifba, oxu”, “Azərbaycan dili” və s.). Siyahıda tanınmış ədəbiyyatşünas-alimin dəyərli monoqrafiyaları (“Azərbaycan poeması: axtarışlar və perspektivlər”, “Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri”), eləcə də çoxşaxəli elmi-publisistik məqalələrinin, hekayə və nağıllarının toplandığı 10-dan artıq kitabı da var. Siyahıya peşəkar bədii mütərcim olan Rafiq müəllimin dilimizə qazandırdığı əsərlər də (Federiko Qarsia Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirləri, dünya uşaq ədəbiyyatının gözəl nümunələri) daxil edilib. Burada Azərbaycan uşaq ədəbiyyatının dövri mətbuat flaqmanı “Göyərçin” jurnalının baş redaktoru kimi (1997-ci ildən indiyə qədər) onun balalara hədiyyələrinin toplandığı kitablar da yer alıb. Statistik hesabatı tamamlamaq üçün bunu da qeyd edək ki, Rafiq Yusifoğlu çoxlu mahnı mətnlərinin də müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib.
    Rafiq müəllimin poeziyası haqqında söz deyib, onun özünü, eləcə də elmi-pedaqoji fəaliyətinə və ədəbi-bədii yaradıcılığına, redaktorluğu və naşirliyinə bələd olanları, xüsusən də humanitar təfəkkürlü şeir xiridarlarını, özünün ifadəsi ilə desək, “zər qədrini bilən zərgərləri” razı salmağın çətinliyi və məsuliyyətini bəri başdan qəbul edirəm. Bu, bir baxıma, ruhu, düşüncəsi, vicdanı və qələmi ilə şair olan adama poeziyanı öyrətmək kimi bir cahilliyə düşməkdir. Burasını da nəzərə alsaq ki, Rafiq müəllim uzun illərdir təcrübəli pedaqoq kimi Sumqayıt Dövlət Universitetinin tələbələrinə özünün bilavasitə elmi-tədqiqat sahəsi olan müasir Azərbaycan poeziyası və poetikasının sirlərini tədris edir, vəziyyətin mürəkkəbliyi daha da aydın olar…
    Şair “Üçüncü qərinə”nin ad (söz) semantikası və rəqəm simvolikası ilə öz oxucusuna əsrin 33 illik dövrünü əhatə edən zaman ölçüsü vahidinin üçüncü dilimində, başqa sözlə, ömrünün ən müdrik çağında yaşadığı mesajını ünvanlayır. Kitabdakı şeirlərin mütaliəsi də göstərir ki, şair bu uca zirvədən maddi və mənəvi dünyamızı müdrikliyin həm ağıl, həm də bəsirət gözü ilə seyr eləyir. Məsələn, kitabdakı ilk şeirin ilk bəndindəki poetik yükə diqqət edək:
    Bumeranqa döndü bir gün
    Qurulan qəribə kələk.
    Qərb Şərqdə nə axtarırdı,
    Şərq də dönüb Qərbə gələ?!
    Qərbə dönüş, adətən, stereotip düşüncə ilə tarixin təkərinin geriyə fırlanması kimi mənalandırılır. Şair isə yüzlərcə yaşı olan bu hadisəni bumeranq effekti ilə rəmzləşdirir. Əlbəttə, vaxtilə inkişaf üçün, yenilik axtarışları prosesində Qərbdən ötrü istinadgah olan Şərqin müasir dövrdə özünün ondan öyrənməyə ehtiyac hiss etməsi məqbuldur. Ancaq şair deyir ki, indiki halda, Şərqi Qərbə yönəldən ehtiyac müasir Qərbin çirkin planlarının (kələyinin), yeni formada “səlib yürüşünün” və məkrli “ayır-buyur”, “parçala-idarə et” siyasətinin məntiqi nəticəsidir.
    Rafiq müəllimin özünün də müxtəlif elmi-publisistik məqalələrində dəfələrlə qeyd etdiyi kimi, həqiqi şeir insanı düşünməyə, dünyanı dərk etməyə, fəzilətə, ədalətə, qurub-yaratmağa, sevib-sevilməyə, mənəvi kamilliyə və paklığa səsləyir, ilahi nura qovuşdurur. Sənətin digər sahələri ilə müqayisədə poeziyanın insanı millətsevərlik və vətənpərvərlik ruhunda tərbiyə məsələsində, mənəvi-əxlaqi durulaşdırma və saflaşdırma işində xidməti əvəzsizdir. O, haqlı olaraq qeyd edir ki, əsl şairləri xalqın həyatı düşündürmüş və bəşəriyyətin taleyüklü problemləri daim qayğılandırmışdır. Sənətkar şeirə həm də dili qoruyub saxlayan, yaşadan, cilalayan, zənginləşdirən, inkişaf etdirən vasitə olaraq baxır. Bütün bu deyilənlər Rafiq müəllimin insan, şəxsiyyət və alim kimi bötövlüyündən, şair kimi ustadlığından xəbər verir. Onun ədəbiyyatşünas-alim kimi “mayası həqiqətlə yoğrulan, ürəklərdə estetik duyğular oyandıran və bütün dövrlərdə insanın mənəvi ehtiyacını ödəyən” söz sənətinə, o cümlədən, ritmli, ahəngli poeziyaya yüklədiyi missiyanın mahiyyəti şair kimi bədii sözə və şeirin psixoloji təsir gücünə dərin inamından irəli gəlir.
    Kitabdakı şeirləri oxuduqca, hiss edirsən ki, şair zaman-zaman səni öz ucalığına qaldırır və sən dünyaya, insanlara o ucalıqdan baxırsan, öz daxili aləminə sənətkarın gözü ilə boylanırsan. Məsələn, hər kəsin bildiyi və özünə təsəlli kimi səsləndirdiyi dualar qarşımıza tamamən yeni qiyafədə çıxır:
    Onsuz da ömür qısadı,
    Onsuz da haqq işidi ölüm.
    Allahım, mənə elə uzun ömür ver ki,
    İnsanlara daha çox yaxşılıq eləyə bilim!
    Bəzən şair özünü və özü ilə bərabər səni qərar tutduğun zirvədən dibsiz boşluğa buraxır və adama elə gəlir ki, yerin cazibə qüvvəsi onu da, səni də uçmağa qoymaz… Ancaq sənətkarın fitri istedadı, ucundan bəşəri və ilahi sevgi, xeyirxahlıq və gözəllik damlayan qələminin gücü sənin baxdığın, lakin görmədiyin məqamları, içində yaşadığın, amma nə olduğunu kəsdirə bilmədiyin duyğuları dilə gətirdiyi anda səni elə bir ovqat çulğayır ki, ruhunun səni tərk edib göylərə yüksəldiyini, quşlar kimi səmada uçduğunu hiss edirsən:
    Bir yağış yağır ki, könlündən keçir
    Ucundan yapışıb göyə çıxasan.
    Səyyar buludların qanadlarında
    Gedib öz yurduna yiyə çıxasan…
    Üç misra səni romantik ovqata kökləyir, ənginliklərə uçurur, sonuncu misra isə səni qəfildən yerə endirir, qaçqınlı-köçkünlü dünyamızın reallığına qaytarır. Əslində, poeziyanın informativ gücü də, poetik yükü də, ecazkarlığı və sirri də burasındadır. Lirik-romantik şeir səni göylərə uçurmağı bacardığı kimi, epik şeir yerə endirməyi, ayaqlarının üzərinə rahatca düşürməyi, sosial mündəricəli fəlsəfi şeir isə səni düşündürməyi bacarmalıdır. Bəşərə məxsus bütün hiss, duyğu və düşüncələrin eyni bir şeir içində verilməsi də mümkündür. Beləcə, xəyalla gerçəklik, subyektiv təxəyyül məhsulu ilə obyektiv maddi-faktoloji material, poeziyanın romantik estetikası ilə həyatın sərt realizmi arasında sağlam bağlantı qurulur, əlaqə yaradılır, etibarlı rabitə təmin edilir.
    Yüzillərin “sənət sənət üçündür” prinsipini mənimsəyənlərin düşüncələrinə hörmətlə yanaşaraq, mən sənət əsərini sənətkarın öz əsərinə yüklədiyi missiyanın ideyası, məzmunu və mündəricəsi, oxucuya ünvanladığı bədii mətnin məramı ilə dəyərləndirməyin tərəfdarıyam. Əlbəttə, bütün bunlar yalnız yüksək sənətkarlıqla yazıldıqda, göz və qulaq oxşayan estetik formada təqdim edildikdə mətn bədii sənət nümunəsinə çevrilir. Cəmiyyətin bir fərdi olan, xalqın adından xalqa söz demək hüququnu özündə görən şairin bitərəf olması, ictimai-siyasi hadisələrə münasibət bildirməkdən çəkinməsi mümkün deyil. Vaxtilə məşhur rus-sovet yazıçısı Mixail Şoloxov özünün Nobel nitqində deyirdi: “Bəşəriyyət özlərini Yerin cazibə qüvvəsinin sərhədlərindən kənara çıxan kosmonavtlar sayağı çəkisizlik vəziyyətində hiss edən təklərə, fərdlərə bölünməyib. Biz Yer üzündə yaşayır, Yerin qanunlarına tabe oluruq… Yer əhalisinin nəhəng təbəqələri eyni məqsədlərlə hərəkət edir, eyni maraqlarla yaşayır və bu məqsədlər, maraqlar onları ayırmaqdan daha çox, yaxınlaşdırmağa xidmət göstərir. Bunlar – hər şeyi öz əllərinin və beyinlərinin əməyi ilə yaradan zəhmətkeş insanlardır. Mən özünün ən yüksək şərəfini qələmi ilə zəhmətkeş xalqa xidmət etmək imkanının heç nə ilə məhdudlaşmayan azadlığında görən yazıçılardanam”.
    Cəmiyyət içərisində fərd olaraq əqidə və düşüncə etibarilə tək qalmaq, mənən kimsəyə bənzəməmək, özün olmaq və özgələşməmək mümkündür, ancaq içində yaşadığın cəmiyyətdən, onun siyasətindən, ideologiyası və fəlsəfəsindən təcrid edilmiş halda yaşamaq real deyil. Bu həyat həqiqətlərini görməmək, yaxud görüb də qəbul etməmək insana həmişə maddi-mənəvi əzab verir, ona hər fürsətdə xəyal qırıqlığı yaşadır… Bu baxımdan, sənətkarın yuxarıda bəhs etdiyimiz missiyası prizmasından əsl poeziya nümunəsi olan şeir ictimai-siyasi məzmunlu da, publisistik-didaktik də, fəlsəfi-ideoloji də, tarixi-dramatik də ola bilər. Rafiq müəllimin də dönə-dönə vurğuladığı kimi, sənətin ilkin mahiyyəti insan mənəviyyatını qidalandırmaq, estetik həzz vermək, əyləndirmək, gözəllik və xeyirxahlıq aşılamaqla yanaşı, həm də ona müsbət informasiya və enerji ötürmək, onu maarifləndirmək, öyrətmək, kamilləşdirməkdir. Poeziyanın mövzuları hər şey – təbiət, cəmiyyət, fərd, vətən, bəşər övladına xas bütün məziyyətlər – sevgi, nifrət, qorxu, şücaət, xəyanət və s. və i.a. ola bilər. Sənətkarlıq bütün bunların dilə (qələmə) gətirilməsindəki ustalıqda, istedadın dərəcəsindədir. Söhbət bundan getməlidir ki, bu və ya digər mətləbdən, mövzudan söz açan sənətkar nə demək istəyir, şeirin ünvanı kimdir, bu istək həmin ünvana necə, hansı bədii təfəkkürlə, söz-sənət oyunu ilə, bədii təsvir və ifadə vasitələri ilə çatdırılır. Hazırlıqlı oxucu çeynənmişlə yeni fikri, deklarativ və pafosla bədii mətni, keçilmiş yolla yeni açılan cığırı, nimdaş məhsulla bədii tapıntını, köhnə ilə təzə-tər qafiyəni, hər gün gördüyü insandan fərqli yepyeni obrazı, oxuduğu şeirdə qarşılaşdığı və o ana qədər adını qoymaqda çətinlik çəkdiyi duyğu və düşüncələri ayıra bilir.
    Şair Rafiq Yusifoğlu poeziyasının məxsusi məziyyətlərindən biri də epiqraflı şeirlərdir. Yunan sözü olan “epiqraf” qədim yunanlarda abidə üzərində yazıya deyilirmiş. Müasir ədəbiyyatşünaslıqda “epiqraf” dedikdə əsərin və ya onun bölmələrinin başlıqlarından sonra yazılan qanadlı sözlər – zərbiməsəl, hikmətli söz, aforizm, yaxud bri başqa sənətkardan iqtibas edilən cümlə, beyt, misra və s. nəzərdə tutulur. Əgər Rafiq Yusifoğlunun epiqrafları yuxarıda izahı verilən ənənəvi qəbildən olsaydı, üzərində geniş dayanmağa ehtiyac qalmazdı. Məsələ burasındadır ki, şairin epiqraflarının çoxu məşhurların deyil, ismini-cismini oxucunun bilmədiyi, tanımadığı, adını eşitmədiyi insanların sözləridir. Bu epiqrafların müəllifləri yalnız Rafiq müəllimə məlum olan (bəzən özünün də dəqiq bilmədiyi, yalnız fəhmlə kimliyini təxmin etdiyi) şəxslərdir. Şeirləri diqqətlə oxuduqda, misralar sənə pıçıldayır ki, bu insanlar daha çox gənclərdir, tələbələrdir, bilavasitə şairlə ünsiyyət quranlar, yaxud da şeirləri vasitəsilə onu tanıyıb sevənlərdir. Hiss olunur ki, bu mesajların müəllifləri daha çox şairə heyranlıq və vurğunluq duyan qızlardır. Bu mesajlardan epiqraf kimi iqtibas edilən cümlələr, eyni zamanda, şairin ilham pərisinə çevrilir, onu şeir yazacaq ovqata kökləyir. Əks təqdirdə, o epiqrafın başlıq altında verilməsinin poetik yükü ortadan qalxar, şeirin mətni ilə mesaj arasındakı rabitə qırılar. Məsələn, bir mesajdan alınmış bu epiqrafa diqqət edək: “Doğan hər günün səhərində içimdə gözlərini görə bilmək eşqi olmasa, inan, heç bir şeyə dəyməzdi yaşamaq”. Bu epiqrafın özü başlı-başına şeirdir. Şair də bütün istedadını səfərbər edib, epiqrafa layiq poetik cavab verir:
    Ürəyim od alıb həsrət közündən
    İnləyər, çırpınar, sızlar içimdə…
    Sevdiyin o gözlər düşüb gözümdən,
    Səni seçəmməyib qızlar içindən…
    Yaxud başqa bir şairanə epiqrafa diqqət yetirək: “Yağışın damlası ilanın dilinə düşüncə zəhər, incinin içinə düşüncə almaz olurmuş. Siz nəyin damlasısınız ki, qəlbimə düşüncə hər şeyim oldunuz? Q.Nübar”. Başdan-ayağa poeziya ətri verən bu epiqrafa cavab tapmaq müşkül olsa da, şair tapır, həm də ən əlasını! O, sözügedən damlanın zərrə-insan içində gizlənən vücudi-küll olduğunu, adına da eşq damlası deyildiyini nəzərə çatdırır:
    Heç nə, heç nə ola bilməz
    O bir damlanın gücündə.
    Yer var, göy var, kainat var
    O bir damlanın içində.
    Məhəbbətin fədakarlıq, özünü qubanvermə olması klassik poeziyamızdan bu günə qədər işlənən temadır. Rafiq müəllimin şeirində bu detal fərqli mənalandırılır, eşq sevdiyini qorumaq şəklində poetikləşdirilir. Epiqraflardan birində oxuyuruq: “Darıxmışam Sizinçün. Mən bir təhər ayrılığın öhdəsindən gəlirəm. Özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə…” Bu epiqrafın yaratdığı ovqatla yazılan şeirin poetik yükü fədəkarlığa hazır olduğunu mesaj sahibinə bildirməkdir:
    Bir az da gec gəlsən əgər
    Ağac kimi quruyacam.
    İndən belə mən özümü
    Sənin üçün qoruyacam…
    Epiqrafların bir qismi şairdən inciyib küsənlərin, onları görməzlikdən gəldiyi üçün şikayət edənlərin mesajlarından götürülüb. Məsələn, bir mesajda oxuyuruq: “Sənin görüşünə gül dərmək üçün // Sinəmə çəkdiyin dağa çıxmışam”. Şairin onun biganəliyindən sitəmkarlıq edən bu xanıma cavab olaraq yazdığı şeirin elə ilk misralarından tərəf-müqabilini razı salacağına inanırsan:
    Duyuram ki,
    ayrılıq sənə yamanca güc eləyib.
    Ürəyinə çəkdiyim dağın üstündə
    sevgi çiçəkləri qönçələyib.
    Ömrünə qəm buludu çökəndə
    Sevdalı gözlərində
    həsrətim gecələyib…
    Başqa bir şeirində şair mətləbə dəxli olmayan cızma-qaralarına qiymət yazmadığı üçün “Müəllim gözümdən düşdü” deyə sərsəmləyən bir tələbənin epiqraf-mesajına cavab verir:
    Çöküb ciyərinə küdurət hissi,
    Sən qara buludsan, mənsə günəşəm.
    Seçə də bilmirsən yaxşını, pisi,
    Sənin gözün var ki, gözündən düşəm?!
    Bütün hallarda, şeirlərə epiqraf olaraq seçilən mesajlar həmin şeirlərin mövzusunu müəyyənləşdirməyə, məzmunun açılmasına imkan verir, şairin o mesajların təsiri ilə yaranan ovqatını ifadə edir. Bu zaman fərdilikdən ümumiliyə doğru gedilir, epiqrafdakı bir nəfərə məxsus hiss və duyğular bəşəriləşir, başqa sözlə bir nəfərin mesajından iqtibas edilən epiqraf-cümlə ümumbəşəri düşüncənin ifadəsinə xidmət edir. Epiqraflı şeirləri oxuyanda təkcə şairin yox, həm də epiqraf müəllifinin (xüsusən də zərif cinsin) hisslərini düşünürsən. Bilirsən ki, epiqraf müəllifinin ağrılı-acılı duyğularıını şair də bütün ruhu ilə yaşayıb, epiqrafdakı səmimiyyəti, ülviliyi və paklığı hiss edib, onlara adekvat misralar tapmaq üçün xeyli yaradıcılıq axtarışı aparıb. Fikrimizcə, epiqraflı şeir həm də bu məqamın – həm tərəf-müqabilin, həm də oxucunun təsəllisidir… Əlbəttə, bəzən ziddiyyətlər burulğanında çırpınırsan, görəsən, epiqrafın müəllifi ona yazılan şeirdən (verilən cavabdan!) razı qalıbmı? Bədii mətnin bir vəzifəsi də bu deyilmi – oxucunu düşündürmək və intizarda qoymaq!
    Rafiq Yusifoğlunun bütün şeirlərində, istər birbaşa müraciətlərində, istərsə də sətir aralarında ilahi sevgi var. Lakin Allah sevgisi təkbaşına deyil. Bu inanc bəşəri və ilahi sevgilərin vəhdətindən doğulur, şairin dualı sevgi şeirlərini qoşa qanadlı edir:
    Zərif bir çiçəkdən güc almaq üçün
    Sən onu duymağı bacarmalısan!
    Eşqin zirvəsinə ucalmaq üçün
    İlahi sevgidən güc almalısan…
    Kitabdakı şeirlərin bəziləri gündəlik yaşadığımız aktual problemlərə, yaxud da müəllifin özünü rəncidə edən məsələlərə şair-ziyalının reaksiyasıdır. Məsələn, şair “Məzənnə” adlı şeirində Baş bankirə üzünü tutub cinaslı-qafiyəli sualla soruşur:
    Manatı niyə öldürdün,
    Bu xalq ilə məzən nədi?
    Bu, üzən məzənnə deyil,
    Ürək üzən məzənnədi…
    Qarabağ ağırlıqda dərdi olan bir qarabağlının bu dərddən yazmamağa haqqı yoxdur. Şairin yaradıcılığında bu çəkilməz dərd, dözülməz kədər aparıcı xətdir. Bu dərd gah doğma elindən-obasından ayrı düşmüşlüyün, ata yurdundan, ana ocağından qoparılmışlığın acısı-ağrısıdır. Şair qələmində dərd deklarativ çağırışlardan, pafosdan, psevdo vətənpərvərlikdən uzaqdır. Bu dərd-qəm məcburi tərk edilmiş və düşmən işğalı altındakı müqəddəs torpaqların, köçkünlərin, qaçqınların ümumiləşdirilmiş obrazı, şəhidlərimizin ziyarətçi gözləyən qərib məzarları və ruhlarıdır:
    Dərman tapa bilmirəm
    Dərdimin əlacına.
    Niyə gedə bilmirik
    Qubadlıya, Laçına?
    Neçə kəndlər, şəhərlər
    Qalıb viran ağrıyır,
    Vətən, haran ağrıyır?
    Şübhəsiz ki, bu dərdlərin ən ağırı-acısı və dözülməzi əsir düşmüş anaların, qız-gəlinlərin namus-qeyrət harayı, qisas və intiqam məqamını gözləyən başı əyik ata, ər və qardaşların, boynu bükük ana-bacıların üsyanıdır:
    Tapdalanmış ismətiniz
    Alovlara atır məni.
    Hər baxış bir tikan olub,
    Ürəyimə batır mənim.
    Hər papaqlı layiq deyil
    Kişi adın daşımağa.
    Biz almasaq bu qisası,
    Haqqımız yox yaşamağa…
    Kitabdakı şeirlərin bir bölümü “Qürbət nəğmələr”idir. Şair gəzib dolaşdığı ölkə və şəhərlərə, tarixi-memalıq abidələrinə, ümumiyyətlə, qürbət ellərin gözəlliklərinə heyranlığını gizlətmir, ancaq bütün bu şeirlərdə doğma yurd-yuva nisgili, vətən və vətəndəki əzizlərin həsrəti aydın şəkildə sezilir.
    Kitabdakı şeirlər poetik forma və şəkil etibarilə xeyli rəngarəngdir: heca və sərbəst vəznli şeirlər, düz, yaxud cinas qafiyəli bəndlər, dördlüklər, hətta alışıq olmadığımız ikiliklər… Dördlüklər klassik rübai xarakterli, fəlsəfi düşüncələrin yığcam bədii ifadəsi olduğu kimi, ikiliklər də şah beytləri, bərcəstə misralardır.
    Yekun olaraq qeyd edək ki, Rafiq Yusifoğlu gündəlik həyatında təbiətən emosional olduğu kimi, ədəbi-bədii yaradıcılığında da duyğusaldır. Şeirlərində gözəlliyə, uğurlu bədii detala, estetik tapıntıya özü heyrətləndiyi kimi, oxucunu da heyrətləndirir, şərə, naqisliyə, yalana, haqsızlığa qarşı etirazını gizlətmir. Bədii sözün qüdrətinə inanır, poetik dilin, polifonik ədəbi-estetik və fəlsəfi təmayüllərin ifadə imkanlarının intəhasızlığını bilir, bədii mətnin strukturu və təqdimatında bütövlüyə çalışır. Rafiq müəllim “Bədii sözün hərarəti” adlı məqaləsində “onu duyan tənqidçilərin, ədəbiyyatşünasların azlığından, bəlkə də yoxluğundan” gileylənir. Mən bu boşluğu qismən doldurmaq istədim, mərhum akademik Azad Mirzəcanzadənin təbirilə soruşsaq, deyə bildimmi?

    Müəllif: Əsgər RƏSULOV
    Filologiya elmləri doktoru, professor
    “525-ci qəzet”, 25 iyun 2018

    Əsgər RƏSULOVUN YAZILARI

    RAFİQ YUSİFOĞLUNUN YAZILARI

    RAFİQ YUSİFOĞLU HAQQINDA

    Mustafa Müseyiboğlu adına kitabxana

    “ƏDƏBİ OVQAT” JURNALI PDF

    “YAZARLAR”  JURNALI PDF

    “ULDUZ” JURNALI PDF

    “XƏZAN”JURNALI PDF

    WWW.KİTABEVİM.AZ

    YAZARLAR.AZ
    ===============================================

    <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

    Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

    HƏR ŞEY HƏYATININ BIR PARÇASI

    HƏR ŞEY HƏYATININ BIR PARÇASI

    Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olan Rafiq Yusifoğlunun yaradıcılığı çoxtərəflidir; şair, ədəbiyyatşünas, publisist kimi zəngin ədəbi yol keçib. 80-ci illərdən bəri ədəbiyyatşünaslıqla yollarımız bərabər yürüyüb, indi də Dissertasiya Şurasında tez-tez görüşürük. Həm də ali məktəbdə çalışır, necə deyərlər, burada çalışdınsa, gərək tələbələri də nəzərə alasan. Bu cəhətdən Rafiq Yusifoğlu tələbələrinə borclu qalmayıb, çoxlu proqram, dərslik və dərs vəsaitləri yazıb. Son on beş ildə onun «Ədəbiyyatşünaslığın əsasları» (2001, 2005, 2009), «Uşaq ədəbiyyatı» (2002, 2006), «Müasir ədəbi proses və ədəbi tənqid» (2004, 2014), «Azərbaycan poeması: axtarışlar, perspektivlər» (1998), «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» (2010), «Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri» (2016) kimi son dərəcə gərəkli dərslik və monoqrafiyaları nəşr olunub.
    Doğrusu, onun ədəbiyyatşünaslıq sahəsindəki araşdır¬ma¬¬¬-larının niyə diqqətdən kənarda qaldığını kəsinləşdirə bilmirəm. Hər halda bunu ədəbiyyatşünaslığımızın ayağına yazmaq lazım gəlir. Bu üzdən mən də onun zəngin ədəbiyyatşünaslıq fəaliyyətini və bu sahədə gördüyü işləri qiymətləndirməyi düşünürdüm. Lakin Rafiq Yusifoğlu həm də gözəl, bənzərsiz şairdir, yaradıcılığa poeziya ilə başlayıb və düz əlli ilə yaxındır ki, ona sədaqətini ifadə edir. Və bu əlli ildə onun əlliyə yaxın şeirlər kitabı çıxıb. Bu, demək olar ki, ildə bir kitab edir. Özü də heç bir kitabında təkrar şeirlər çap etdirməyib. Hər zaman oxucuların görüşünə yeni şeirlərlə gəlib. Sonuncu şeirlər kitabı «Üçüncü qərinə» (Redaktoru Məhərrəm Qasımlı, Bakı, 2017) bu günlərdə işıq üzü görüb. Elə məni də fikrimdən daşındıran məhz bu kitab oldu; elmi əsərlərini təhlil edəcəyimi düşündüyüm halda, şeirləri özünü qabağa saldı. Bəlkə də belə daha ədalətli olar; axı Rafiq Yusifoğlu yaradıcılığa şeirlə başlayıb və çağdaş poeziyamızı obraz və obrazlılıq, bədii təsvir və ifadə vasitələri, bədii detal, poetik ruh baxımından əhəmiyyətli dərəcədə zənginləşdirib, yeni üslubi çalarlar gətirib.
    «Üçüncü qərinə»də toplanan şeirlər son iki ilin şeirləridir, yaxşıdır ki, şeirlərin altında zaman və məkanı ifadə edən qeydlər də var; bu şeirlərdə nələr yoxdur; insan həyatının bütün böyük, sirli, sevincli, kədərli anları, həyatı, sevgini, başlancıcı, sonu anlatmaq və s. Bu şeirlər insana dünyanı və kainatı anladır, səni gündəlik qayğılardan uzaqlaşdırır, həm də həyatın özünü göstərir. Şair bu şeirlərində yeknəsəq bir həyat təsvir etmir, yaşadıcımız cəmiyyətdə görmədiyimiz nəsnələri göstərir. Onun şeirlərini sən bir mənəvi ehtiyac olaraq oxuyursan və düşünürsən. «Əsl yaşamalı gün indi gəldi», «Bu gecə sübhəcən», «Bir yağış yağır ki», «Xoş gördük, ömrümün təzə payızı», «Çox şükür, builki qışı da gördük», «başımın üstündən uçan durnalar», «Bir qocaman dağam mən», «Yaşamaq lazımdı» və sair onlarla şeirlərində yaşantılarını bütün dəyişik yönləri, çalarları ilə verir.Bu yaşantılar şairin təqdimində yenidir; sanki bu yaşda yaşadıqlarını heç zaman qələmə almayıb, yəqin ki, bundan sonra yazdıqları da başqa bir yaşantı olacaq. Bu yaşantılardan biri də doğma torpağı, yurdu, el-obanı içində yaşatmaqdır. Deyim ki, Rafiq Yusifoğlu bir vətəndaş kimi narahatlıqlarını həm də yurd sevgisində büruzə verir. Bu yaşda doğma diyarında özünü qərib hiss edən lirik Mən doğulub boya-başa çatdığı, lakin heç zaman gedə bilmədiyi torpağı yuxusunda görür. Başqa bir şeirində «Biz bütün arzulara yuxuda çatmağı çox sevirik…» fikri də burada yerinə düşür. Yuxuda görmək ona əlinin çatmaması deməkdir, ona qovuşmaq istəyini əks etdirməkdir. Lakin nə yazıq ki şair (təkcə şairmi!) hələ bu imkandan məhrumdur.
    Şimşək oynayırdı bulud içində,
    Külək işardırdı kül altda köyü.
    Dağlar dayanmışdı sükut içində,
    Pəyhanın, Qısrağın dolmuşdu göyü…
    Kimsə eşitməsin qoy ahlarımı,
    Ruhuma şəfəqlər səpirdi Allah.
    Ot basan cığırlar ayaqlarımı
    Necə qucaqlayıb öpürdü, Allah?!
    Rafiq Yusifoğlunun şeirlərinin özəlliyi ondadır ki, strukturu sadə bir detal üzərində qurulur; bu detalda yaşadığı ovqatı, içinə aldığı düşüncəsini söyləyir və mütləq şəkildə onu həyatla, yaşamla bağlayır. Şeirlər duyğu və həyəcanların təsvirindən asılıdır, çox qısa da ola bilir, ya da uzağı beş altı bənddə özünü ifadə edir. Bu şeirlərin hər birinin tarixi var, bu tarix elə şairin duyğularının stenoqramı kimi mənalanır. Hər şeyin bir yaranışı olduğu kimi, duyğuların, yaşantıların da yaranışı vardır. Bu yaşantılardan biri «Yaşamaq lazımdı» şeirində orijinal bir tərzdə ifadə olunub. Oxucu dərhal düşünür: «Kimin, nəyin naminə?» Cəmi altı sətirdən ibarət şeirdə şair yaşam kredosunu və nədən yaşamaq lazım olduğunu belə açıqlayır:
    Həyat biyi
    mübariyəyə səsləyir
    açıq-açığına.
    Yaşamaq layımdı
    yaxşı adamların xətrinə,
    pis adamların acığığına!
    Yaxud, ilin dəyişməsi nədənsə insanda fəlsəfi düşüncələr oyadır, xatirələr çözələnir, sən sadəcə köhnə ildən yeni iləmi keçirsən; il dəyişirsə, nələr dəyişir?
    Küçə həmin küçədi,
    Şəhər həmin şəhərdi,
    Mən həmin mənəm –
    Təkcə təqvimdə
    2015-ci ildi…
    Rafiq Yusifoğlunun poetik obrazlarından biri də dənizdir. Onlarla şeiri dənizə həsr edib, lakin bu şeirlərin hər birində yalnız dənizin təkrarsız mənzərələrini yaratmır, həm də onu bir bədii obraz səviyyəsinə qaldırır, dənizlə həmsöhbət olur, onu əzizləyir, sevir, qorumağa çalışır və hamını buna səsləyir. Bu poetik çağırışda şairin vətəndaşlıq missiyası başlıca yer tutur.
    «Əlli ildə səbrlə, nəvazişlə» əsəblərinə sığal çəkən dənizin boynunda böyük «haqqı-sayı» olduğunu dilə gətirir. Lakin şairin lirik Məninin dənizi sevənlərdən bir fərqi var: «Siz həmişə onun sahilindəsiniz, mən isə onun qoynunda»… «Tənha qoymayacam», «Dənizdə səhər», «Dəniz duyur», «Dəniz, sahil, ləpədöyən», «Dəniz sevgisi» və s. onlarla şeirində dəniz müxtəlif çalarlarda təsvir edilir. Bu şeirlər insanla dənizin söhbəti kimi yadda qalır. Dəniz də insan kimi bir varlıq olaraq göstərilir; onu tənha qoymaq istəmir. Dünya «istidən od tutub yananda», «suları şaxtadan donanda» belə onun yanında olur. Şairin dənizi də insan kimi duyur, hiss edir, üşüyür… Il boyu dəniz üzərində uçuşan qağayıların dəniz sevgisi son dərəcə poetik şəkildə verilir:
    Dayazda üzən balıqlar
    Arabir düşürlər
    pis günə.
    Acgöz quşlar
    qəflətən şığıyırlar
    onların üstünə…
    Dalğaların üzərində
    ora-bura uçuşub
    yem gəzir qağayılar
    Ilin bütün fəslində…
    Onların da dəniz sevgisi
    qarın sevgisidi əslində….
    Rafiq Yusifoğlunun «Üçüncü qərinə» kitabında toplanmış şeirlərinin çoxu Azərbaycandan kənarda yazılıb: Istanbul, Los Anceles, Santa Monika, Venis, Dubay və s. Bu şeirlər «Dünyanın o üzü və qürbət nəğmələri» bölməsi adı altında toplanıb. Doğrusu, indiyədək poeziyamızda bu silsilədən olan şeirlər yazılmışdır. Rafiq Yusifoğlunun şeirləri isə bu mövzuda yazılan ənənəvi şeirlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Onun sanki qürbətdə yazdığı şeirlər qəriblik üzərində qurulmayıb. Bunun da müəyyən səbəbi var. Şair tanımadığı uzaq bir diyarda oğlu və nəvələri tərəfindən qarşılanırsa, ona «qərib diyar» deməyə dili gəlmir.
    Qürbətdə tənhalığın
    nə demək olduğunu
    qərib duyar.
    Tanımadığın
    qərib bir diyarda
    səni oğlun, nəvələrin
    qarşılayırsa,
    ora necə deyəsən
    qərib diyar?!
    Başqa bir şeirində isə bu yerləri öz vətəninə oxşadır və qəriblik hiss etmədiyini dilə gətirir. Ümumiyyətlə, onun şeirlərinin qürbət nəğmələri adı altında verilməsinə baxmayaraq, lirik qəhrəmanın əhvali-ruhiyyəsində qürbətçilik demək olar ki, hiss olunmur. Ona görə belədir ki, şair bu yerləri gəzərkən belə heç zaman vətənini, elini unutmur, yaddan çıxarmır:
    Adam burda özünü
    zərrə qədər də
    qərib hiss eləmir,
    elə bil öz evində,
    öz oylağındasan.
    Günün altında duranda özünü
    Yazı düzündə sanırsan,
    kölgədə olanda elə bil
    Salvartı yaylağındasan…
    «Mələklər şəhəri», «Sakit okean nəfəs alır», «Santa Monika» kitab mağazasında, «Bu şəhər», «Səfil kitab oxuyur», «Möcüzələr qitəsi», «Vətəndən gələn işıq», «Marina Del Reydə», «Qərb diyar, qəribə diyar», «Santa Monika çimərliyində», «Iki okean arasında», «Göydə elədiyim dualar» və sair şeirlərində Amerika lövhələri yaradılır. Bu şeirlərdə şairin təkcə təsvir məkanı dəyişmir, düşüncələri, obrazları, təsvir və ifadə vasitələri (elə ifadə imkanları da!) də dəyişir, yeniləşir. Şairi təəccübləndirən bir də Amerikanı hələ «otuyla», «suyuyla», «insanıyla», «cəmiyyətiylə» tanımamasıdır. Burada hər şey ona yeni görünür, yeni göründüyü üçün də möcüzələr ölkəsi kimi gəlir:
    Burda nə qədər meyvə var,
    hələ dadını bilmirəm.
    Burda nə qədər gözəl ağac var,
    birinin də adını bilmirəm.
    Bildiyim odu ki,
    bu bərəkətli torpağa
    nə əksən bitəsidi…
    Doğrudan da, Amerika
    möcüzələr qitəsidi…
    Şair Amerikanı, onun təbiətini, insanlarını, Sakit okeanı çox təsvir edir, oxucu üçü o qədər də tanış olmayan cazibədar lövhələr yaradır. Bununla da bu qitənin təbiətinə vurğunluğunu gizlətmir, ancaq qürbəti heç vaxt dərdə əlac hesab etmir, vətəni sevdiyi üçün darıxır, darıxdığı üçün «Qollarını sevgiylə aç, gəlirəm, vətən, gəlirəm!» – deyə lacivərd göylərini heç vaxt unutmadığın dilə gətirir, onun budaqda saralıb-solan bir yarpağına belə vurğunluğunu gizlətmir.
    Şairin poetik düşüncəsində torpaq elə hər yerdə torpaqdır, daş elə hər yerdə daşdır. Şair özü üçün müəyyənləşdirir ki, vətən heç də torpaqdan, daşdan ibarət deyilmiş. «Vətəni vətən eləyən demə ana dili imiş…» «Bir dəli sevdadır ömrün mənası» başlığı altında toplanan şeirlərdə müəllif sevgi yaşında olmasa da, oxucuya yepyeni bir sevgi hissləri, bənzərsiz duyğular çələngi təqdim edir. Bu duyğular, əslində, sevgi yaşının və sevginin yaşının olmadığını göstərir. Məsələ heç də şairin bu sevgini zəruriliyində deyil, onu necə təsvir etməsindədir. «Bir dəli sevdadır ömrün mənası», «Közərdi qəlbimin sönən atəşi», «Ürəyim sevgiylə gəlirdi dilə, Dəvət göndərmişdi sanki göy yerə», «Bir payız günündə gəldik üz-üzə, Hara baxırdımsa, duman, çən idi», «Həsrətin ağlatdı dərəni, düzü», «Hicran dumanında ümidlər itdi», «Sevgimin yolları dirəndi dağa», «Çıxmaq istəsəm də eşq dənizindən, Sahilə qoymursan sevda gəmimi», «Ürəkdə ümidlər tumurcuqlayıb, Sevgi böyüdükcə dünya daralıb», «Nəfsin toxunsa könül tarıma, Içimdə həsrətin puçurlayacaq» və s. orijinal poetik düşüncələri ilə sanki yeni sevgi hekayəti yazır. Onun sevgisi safdır, təmizdir. Əsl sevginin özü kimi səmimiyyət və saflıq bu şeirlərin başlıca əlmətiOnun sevgisi safdır, təmizdir. Əsl sevginin özü kimi səmimiyyət və saflıq bu şeirlərin başlıca əlmətidir.
    Rafiq Yusifoğlunun «Üçüncü qərinə» kitabında toplanmış şeirlərin bir hissəsi «Ağrılar çələngi» başlığı altında toplanıb. Bu şeirlərdə dünyanı düşündürən, onun içindən keçən ağrılar qələmə alınır. Şair sanki bu ağrıları gözlə görür, ona əllə toxunur. Bəzən M.Ə.Sabir kimi «Toylar bizə toy tutur», «Bətbəxt varlıların gözü kasıbların cibindədir», «Neynirəm belə əmini, neynirəm belə dayını», «Elə bil ki, haqq-ədalət Bu dünyayla vidalaşıb», – deyə cəmiyyətdə gedən ağrılara poetik-publisistik münasibətini bildirir. Bu şeirlərdə satirik çalarlar üstünlük təşkil edir. Çağdaş dünyada baş verən proseslərə satirik gözlə baxan şair daim haqq-ədalət axtarışındadır, tərəzinin əyilən gözünü düzəltməyə çalışır və oxucunu da buna kökləyir. Bəzən kinayə, bəzən istehza və təmsilvarilik bu şeirlərə yeni rəng qatır, kiçik parçada böyük mənalar ifadə edir. «Nə üzlə», «Nə vermisən», «Maska», «Şəkər», «Inanma», «Bir xəbisə», «Məmurlar adam olsa», «Insanlıqdan çıxan adamlar», «sahibsiz itlər», «Kölgə» və sair şeirlərində cəmiyyətdə olan qüsurları lirik-satirik dillə təsvir edir, insanları insanlığa dəvət edir.
    Rafiq Yusifoğlunun «Üçüncü qərinə» adlandırdığı şeirlər kitabı ömrünün üçüncü qərinəsində poetik duyğuların, hisslərin məcmusudur. Bunu həm də obrazları, təsvir məkanları ilə birgə şairin ömrünün anlarından ibarət tərcümeyi-halı hesab etmək olar. Hər şeir onun həyatının bir parçası, məqamıdır. Şeirlərin hər birinin altında günü ilə göstərilən tarix duyğularının, məqamların və onu yaşadacaq düşüncələrinin tarixidir.


    Müəllif: Bədirxan ƏHMƏDLİ
    filologiya üzrə elmlər doktoru, professor.
    “Kaspi” qəzeti, 1 iyul 2017

    BƏDİRXAN ƏHMƏDLİNİN YAZILARI

    RAFİQ YUSİFOĞLUNUN YAZILARI

    RAFİQ YUSİFOĞLU HAQQINDA

    Mustafa Müseyiboğlu adına kitabxana

    “ƏDƏBİ OVQAT” JURNALI PDF

    “YAZARLAR”  JURNALI PDF

    “ULDUZ” JURNALI PDF

    “XƏZAN”JURNALI PDF

    WWW.KİTABEVİM.AZ

    YAZARLAR.AZ
    ===============================================

    <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

    Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

    Himalay Qasımov – RAFİQ YUSİFOĞLU HAQQINDA

    AZƏRBAYCAN POEMASININ
    SƏNƏTKARLIQ PROBLEMİ

    Bütün şüurlu həyatını poeziyamızın boy artımına, elmə, səmərəli pedaqoji fəaliyyətə həsr etməklə şöhrətlənən Rafiq Yusifoğlunun çoxşaxəli və zəngin elmi araşdırmaları, mənəvi keyfiyyətləri barədə daha geniş söhbət açmaq olar. Bu dəyərli alimin poeziya, dramaturgiya, ədəbiyyatşünaslığımızın tarixi, uşaq ədəbiyyatı və publisistika məsələlərinə dair sanballı kitablarının və məqalələrinin əhəmiyyətini əsla azaltmadan deyə bilərik ki, o, məhz Azərbaycan poemaları¬nın, daha doğrusu, janrın sənətkarlıq xüsusiyyətləri baxımından problemin mahir tədqiqatçısı kimi tanınır və təqdir olunur. Rafiq Yusifoğlunun giriş, beş fəsil, on səkkiz yarımfəsli özündə ehtiva edən «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» (Bakı, 2010) adlı fundamental monoqrafiyası bunun bariz nümunəsidir. Araşdırmanın mahiyyətinə vardıqda onun necə böyük zəhmət və gərgin yaradıcılıq axtarışları bahasına başa gəldiyini, elmi dövriyədə özəl yerini aydın dərk edir və fərəhlənirsən. Mövzunun şərhi prosesinə 424 elmi və bədii ədəbiyyatın cəlb edilməsi də özlüyündə çox mətləblərdən soraq verir.
    Maraq doğuran cəhətlərdən biri monoqrafiyanın girişində mahiyyət açıqlamaları ilə «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» mövzusunun rakurs zənginliyi və kontekst genişliyi haqda ilkin təsəvvürün sərgilənməsidir. Digər tərəfdən, mövzunun çeşidli qövslər müstəvisində incələnməsi araşdırmaçının bədii-tarixi, nəzəri-estetik düşüncə çevrəsinin genişliyindən qaynaqlanmışdır.
    «Poemanın strukturu və bədii formanın tipologiyası» fəslinin ilk sırada yer alması təsadüfi deyil. Mövzunun tədqiqi məntiqindən qaynaqlanan bu fəsil, əlbəttə ki, tarixi zaman müstəvisində poemanın janr strukturuna varmaq və iç dünyasında baş verən keyfiyyət dəyişikliyi haqda konseptual düşüncə srgiləməyə hesablanmışdır. Mahiyyətdən qaynaqlandığına görə bu kontekst seçimi müəllifə poemanın intəhasız poetik dünyasında ümumini (mövzu-struktur) müxtəliflikdə axtarmaq imkanı vermişdir. Poemanın strukturunu bədii forma tipologiyası ilə bir araya gətirib daxildən ilgiləmək istəyi tədqiqatı «Janrın inkişaf meylləri», «Poema və ədəbi tənqid», «Poemanın tipləri», «Süjet və onun təkamülü» və digər yarımfəsillər dairəsində irəlilətməyə münbit zəmin yaratmışdır. Problemi xronoloji baxımdan deyil, struktur əsasda öyrənməyə üstünlük verən müəllifin süjeti poetik konsepsiya məqamında dəyərləndirməsi fəslin ideyasına adekvat cavabdan qaynaqlanmışdır. Mövzunun tipoloji tədqiqi oxucuya məhz klassik irsdən və folklor qaynaqlarından qədərincə bəhrələnmək imkanı vermişdir.
    Poemanı pafosuna və tarixi arealına görə «janrlar janrı» deyə səciyyələndirən Rafiq Yusifoğlu haqlı olaraq bu qənaətə gəlir ki, janrda «qorunub saxlanılanla» yanaşı axtarışların bəhrəsi olan dəyişiklik də gərəklidir. Monoqrafiyanın Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətlərinin təkamül müstəvisində incələnməsinə hesablanan «Zaman və qəhrəman» adlı ikinci fəsli müvafiq olaraq üç yarımfəsli özündə ehtiva edir. Fəslin tədqiqat materialı tarixi zamanın ideologiyası üstündə köklənən ədəbi-nəzəri konsepsiya ilə bədii örnəklərin ilgisinin müstəviyə çıxarılmasına zəmin yaratmışdır. Çünki sosialist realizmi dönəminin tələbələrinə dayaqlanan Azərbaycan şairlərinin poema örnəklərinin, əlbəttə ki, yeni ədəbiyyatşünaslıq düşüncəsi müstəvisində dəyərləndirilməsinə böyük ehtiyac duyulurdu. Bunu da məhz mahir tədqiqatçı araşdırmasının strukturunda ustalıqla səciyyələndirə bilmişdir. Fəslin «Qəhrəman həyatda və ədəbiyyatda» adlı yarımfəsli özünün konseptuallığı ilə fərqlənir və açıqlamaların çevrəsini genişləndirməyə təkan vermək baxımından mühüm maraq kəsb edir.
    «Konflikt və xarakterlər» adlanan üçüncü fəslin ideyasının predmetləşdirilməsinə hesablanan «Bədii konflikt», «Daxili münaqişə», «Yeni xarakter axtarışları» kimi yarımfəsillər mövzu-problematika, tarixlə təmas, şair-vətəndaş missiyası ilə bağlı konseptual mülahizələr yürütmək baxımından səciyyəvi olmaqla, tədqiqatçının elmi-nəzəri baxışlarının konkret təyinatlı bölmələrdə gerçəkləşməsinə münbit zəmin yaratması ilə xarakterizə olunur. Tədqiqatçının sözügedən çağın poetik örnəklərinə dəyər verərkən tarixiliyə dayaqlanaraq müasirliyin pafosu haqda qənaətlər sərgiləməsi erudik imkanlarının genişliyindən soraq verir. Məsələn, monoqrafiyanın «Yeni xarakter axtarışları» yarımfəsli «Bədii sənətkarlıq komponentləri» adlı dördüncü fəslə keçidin mühüm struktur məqamı kimi müstəviyə çıxarılmasını zəruri etmişdir. Yarımfəsillərdəki mahiyyətə yönəlmiş təhlillər bir daha isbat edir ki, Azərbaycan poemasının forma və məzmununda tarixləşmiş mühüm səciyyəvi cəhətlərin çağdaş elmi ədəbiyyatşünaslıq düşüncəsi əsasında aşkarlanıb ümumiləşdirilməsi günün tələbidir və arzuolunanlar monoqrafiyə müəllifinin inandırıcı elmi qənaətləri əsasında öz təsdiqini tapır. Bunu deyərkən biz eyni zamanda araşdırmaçının əsərində «Bədii portret», «Bədii detal», «Bədii təsvir və ifadə vasitələri» kimi lokal komponentlərin «Bədii sənətkarlıq» kimi qlobal bir çevrənin predmetinə məharətlə çevrildiyini də nəzərdə tuturuq. Burada, əlbəttə ki, tədqiqatçının klassik poeziyanın yaşarlı ənənələrini və folklor qaynaqlarını özündə ehtiva etməsi, poemanı mümkün bədii arsenalı ilə səciyyələndirmək bacarığı da öz rolunu oynamışdır. Bu kontekstdə açıqlamalardan o da məlum olur ki, Azərbaycan cəmiyyətində cərəyan edən ictimai-siyasi proseslərdən asılı olmayaraq poema janr biçimlərinin yaşarlı komponentlərini iç qatda nəinki yetərincə qoruyub saxlamış, eyni zamanda sənətkarlıq axtarışları kontekstində həm də onları qədərincə inkişaf etdirmişdir. Bunu «vəzn və qafiyə sistemi» adlı beşinci fəslin bədii sənətkarlıq konsepsiyasını mahiyyət çərçivəsində səciyyələndirən komponentlər də bir daha təsdiq edir.
    Tədqiqatçı XX əsrin böyük söz ustaları olan Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Qabilin, Məmməd Arazın, Nəriman Həsənzadənin və başqalarının poemalarının konkret təhlillərindən haqlı olaraq belə qənaətə gəlir ki, rüzgarın rəngindən və ahəngindən asılı olmayaraq janrda bədii sənətkarlıq axtarışları davamlı olduğu qədər də səmərəli olmuşdur. Bu sırada vəzn və qafiyənin poemaların poetik strukturunda mühüm komponent, başqa sözlə, önəmli kompozisiya elementləri olaraq bədii sənətkarlıq kontekstində mənalandırılması müəllifin incəliklərə varmaqla konsepsiya formalaşdırmaq istəyini isbat edir. H.Cavidin «Azər», S.Rüstəmin «Yaxşı yoldaş», S.Vurğunun «Hörmüz və Əhrimən» poemalarının, o cümlədən B.Vahabzadənin və Qabilin əsərlərinin vəzni haqda əsaslandırılmış mülahizələr göstərir ki, müəllif «Sovet dövrü» Azərbaycan poema ustalarının klassik poeziya ənənələrindən bəhrələnmə meyllərini sənətkarlıq axtarışları kontekstində ilgiləmək istəyində tam haqlıdır.
    «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» kimi fərqli və qlobal bir mövzunu bütün mümkün rakursları ilə müasir ədəbiyyatşünaslıq elmi müstəvisində reallaşdıran bu araşdırmanın sanbalından doğan məziyyətləri, əlbəttə ki, qədərincədir. Əslində bu tədqiqat işinin nəzəri, tarixi, poetik açıqlamalarına ayrı-ayrılıqda münasibət göstərmək, təhlil verib fikir söyləmək yığcam bir məqalə üçün mümkünsüzdür. Düşüncəmdə qərarlaşan budur ki, çeşidli konseptual mülahizələri, elmi-məntiqi ümumiləşdirmələri, tarixi-poetik incələmələri özündə qabarıq şəkildə ehtiva edən «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» adlı monoqrafiya, sözün əsl mənasında, geniş erudisiyalı tədqiqatçının böyük zəhmətinin, gərgin, aramsız axtarışlarının və dərin düşüncələrinin səmərəli məhsuludur və ədəbiyyatşünaslığımıza layiqli töhfədir. Bu araşdırma professor Rafiq Yusifoğlunun həm də incə bədii zövq və duyğuya, mükəmməl tarixi-sosial biliyə, fəlsəfi-analitik təfəkkürə malik olduğunu bir daha təsdiq etmiş oldu. Azərbaycan xalqının tarixinə, ədəbiyyatına həssas və təəssübkeş münasibəti konseptual açıqlamalar üçün həlledici rol oynadığı da şəksizdir. Əməl və qayə adamı kimi tanınan professor Rafiq Yusifoğlunun uğurları, əlbəttə ki, mənəvi dəyərlərə sadiqliyi ilə birbaşa bağlıdır.

    Himalay Qasımov,
    Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor.
    «Respublika» qəzeti, 2 mart 2012-ci il.

    RAFİQ YUSİFOĞLUNUN YAZILARI

    RAFİQ YUSİFOĞLU HAQQINDA

    Mustafa Müseyiboğlu adına kitabxana

    “ƏDƏBİ OVQAT” JURNALI PDF

    “YAZARLAR”  JURNALI PDF

    “ULDUZ” JURNALI PDF

    “XƏZAN”JURNALI PDF

    WWW.KİTABEVİM.AZ

    YAZARLAR.AZ
    ===============================================

    <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

    Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

    İlyas TAPDIQ – SƏMİMİ SÖHBƏT

    RAFİQ YUSİFOĞLU HAQQINDA

    SƏMİMİ SÖHBƏT

    Təzə uşaq kitabının çıxması dünyaya təzə uşaq gəlməsi kimi fərəhli hadisədir. Ayaq açanda ilk yerişi ilə doğmaları sevindirən, qəribə hərəkətləri ilə yadda qalan uşağın özü kimi uşaqlar üçün yazılmış kitabın da maraqlı, təzə səhifələri yadda qalmalıdır. Mən Rafiq Yusifoğlunun uşaqlar üçün yazdığı “Ətirli düymələr” kitabını belə bir maraqla oxudum.
    Kitabda toplanan şeirlərin əsas qisminin mövzusu uşaqları müşahidədən, onların aləminə yaxınlıqdan alınmışdır. Səmimi ifadəsi ilə seçilən şeirlər təzə qol-budaq atan ağacın yaşıl yarpaqları arasından görünən çiçəklər kimi kitabın müxtəlif səhifələrinə səpələnmişdir.
    Şeirlər kitabda dörd bölmədə – “Çəmən çiçəyi ilə, insan əməyi ilə”, “Ukraynada keçən günlər”, “Ağacın kökü torpaqda, insanın kökü eldədi”, “Hamısı göyçək balalar, kəlməsi çiçək balalar” başlıqları altında toplanmışdır. Başlıqlar özü müəllifin məqsədini, uşaqlara hansı mətləblərdən söz açacağını bildirir. Torpağa məhəbbət, uşaqlara qayğı, dostluq, balacaların hazırcavablığı, əyləncəli şən dünyası Rafiqin şeirlərinin qayəsidir. O öz fikirlərini əsasən uşaqların dilindən verməyə çalışmış, onların maraqlı müşahidələrini şeirlərinin obyektinə çevirmişdir. Biz uşaqların özünü də bu şeirlərdə görürük. Həmin uşaqlar bəzən çox fərəsətli və bacarıqlı, bəzən də sadəlövh görünürlər.
    “Araba”, “Antena”, “Sevincimdən uçuram” şeirlərindəki uşaqlar həm müşahidələrini söyləyirlər. Həm də diribaş uşaqlardır. “Araba” şeirini misal gətirirəm:
    Qızınırıq qışda biz
    Ağacların oduna.
    Ay araba, araba,
    Get meşəyə oduna!

    Tez elə, uşaqların
    Yerə salma sözünü.
    Əgər əliboş dönsən,
    Yandırarıq özünü…

    “Qəfəsdə tək qalan bülbül” şeirində də uşaq fərasətlidir. Tayı ölüb qəfəsdə tək qalan bülbül darıxmasın deyə uşaq qəfəsə güzgü qoyub. Bülbül qəfəsdəki güzgüdə öz əksini görüb, elə bilir taylıdır. Mahnı oxuyur. Uşaq da öz əməlinə sevinir. Çünki qoçaqdır, ağıllıdır.
    Rafiq Yusifoğlunun “Usta külək”, “Buldozer”, “Balığın pulu” şeirlərindəki müşahidələr də maraqlıdır.


    Rafiq Yusifoğlunun “Ətirli düymələr” kitabı əsasən həssas müşahidələrin məhsuludur. “Bizim dağlar”, “Yaşıl körpü”, “Şirin yağış”, “Pənsərədən baxan güllər”, “Saat”, “Dəniz neftçiləri”, “Araz üstündə körpü”, “İşığın yolu”, “Güllər sakitlik sevir” şeirləri idraki əhəmiyyətli, sadə və aydın şeirlərdir.
    Dil və ifadə, sözləri mənalandırmaq cəhətdən “Saat”, “Sokirnoda səhər”, “Küknar meşəsində yağış”, “Mavi küçə”, “Su”, “Alaq və balaq” kitabdakı uğurlu şeirlərdəndir. “Alaq və balaq” həm də şən şeirdir, oxuyana təbəssüm bəxş edir:

    Bostanın ortasına
    Buraxmışam balağı,
    Mənə kömək eləsin,
    Gedib yesin alağı.

    Babam deyir: – Ay dəsəl,
    Korlamısan aləmi.
    Alaq qalıb kənarda,
    Balaq yeyib kələmi…

    Rafiq Yusifoğlunun “Saat” şeiri də uğurludur. Yığcam, mənalı, axıcıdır. Uşaq şeirindən də tələb olunan birinci bu xüsusiyyətdir.

    Gecə-gündüz işləyir,
    Bu nə yaxşı saatdı.
    Əqrəblərin hərəsi
    Elə bil köhlən atdı.

    Irəliyə can atır,
    Gedir səs sala-sala.
    Minib əqrəb atlara
    Zaman çapır dördnala…

    Bu kitab göstərir ki, Rafiqin “Ətirli düymələr”i təravətlidir, ətirlidir. Uşaq aləminə səmimiyyətlə yanaşan, ona mülayim və xeyirxah bələdçi olan gənc qələm dostuma arzum budur ki, gələcək uşaq kitablarında açılmayan düymələr qalmasın, hamısı xoş ətri ilə bizi və balasa oxucuları sevindirsin.

    İlyas TAPDIQ
    “Ədəbiyyat və incəsənət” qəzeti, 15 avqust 1986-cı il.

    RAFİQ YUSİFOĞLUNUN YAZILARI

    RAFİQ YUSİFOĞLU HAQQINDA

    Mustafa Müseyiboğlu adına kitabxana

    “ƏDƏBİ OVQAT” JURNALI PDF

    “YAZARLAR”  JURNALI PDF

    “ULDUZ” JURNALI PDF

    “XƏZAN”JURNALI PDF

    WWW.KİTABEVİM.AZ

    YAZARLAR.AZ
    ===============================================

    <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

    Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

    Sumqayıt – 75

    Sumqayıt – 75


    Şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq YUSİFOĞLU Sumqayıtdakı 23 nömrəli məktəbdə dərs zamanı.

    Mənbə: şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq YUSİFOĞLUnun şəxsi axivi.


    RAFİQ YUSİFOĞLUNUN YAZILARI

    RAFİQ YUSİFOĞLU HAQQINDA

    Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

    ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

    Mustafa Müseyiboğlu adına kitabxana

    “ƏDƏBİ OVQAT” JURNALI PDF

    “YAZARLAR”  JURNALI PDF

    “ULDUZ” JURNALI PDF

    “XƏZAN”JURNALI PDF

    WWW.KİTABEVİM.AZ

    YAZARLAR.AZ

    ===============================================

    <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

    Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru