Rafiq Yusifoğlu – ULU YARADANIM

ULU YARADANIM

Ocağım od alıb qaynar közündən,
Ulu yaradanım, borcluyam sənə.
Qəflət pərdəsini çəkib gözümdən
Kimin kimliyini göstərdin mənə…

Kobud söz cəzadı qəlbi zərifə,
Şeytana uyaraq günah elədim.
Söz tapa bilmirəm Səni tərifə –
Mənə gizlinləri agah elədin…

Sanırdım o qızın yoxdu əvəzi,
Kəlməsi noğuldu, sözü nabatdı.
Cidanı çuvalda gizlədən kəsin
Saxlancı çevrilib gözünə batdı…

Qaranlıq dünyamda şimşəklər çaxar,
Məndən əsirgəmə səxavətini.
Düzmüş: «Südlə girən sümüklə çıxar» –
Kim dəyişə bilər öz xislətini?!

Qoyma uzaq düşüm sənin yanından,
Qılınc neyləyəcək ər təpəsinə?!
Qopub xəyanətlər burulğanından,
Ucalım mələklər mərtəbəsinə.

Nəğməyə çevirim mən ahlarımı,
Təmizlik bəxş elə yağışla mənə!
Yarəbbim, bağışla günahlarımı,
Günahsız sabahlar bağışla mənə!..
19.10.2013

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir