Etiket arxivi: Rafiq Yusifoğlu

POEZİYAMIZA LAÇIN HAVASI GƏTİRƏN ŞAİR

POEZİYAMIZA LAÇIN HAVASI GƏTİRƏN ŞAİR

Ağa Laçınlının şeirlərini oxuyanda özümü əfsanəvi bir diyarda, Laçında, Həkəri şayının sahillərində, Minkənddə, Oğuldərədə hiss eləyirəm sanki. Elə bil ki, ciyərlərimə o dağların təmiz havası, gül-çiçəkli çəmənlərinin ətri dolur. Sarı Aşıq poeziyasından, Laçın folklorundan süzülüb gələn bir mənəvi saflıq, duruluq görürəm Ağa Laçınlının poezi-yasında… Özümü “Qışda baldırıma qar çıxan yerdə, yazda gül çıxacaq dizimə mənim”, “Burda səhər şehi axşama qalır ulas yarpağının ovuclarında”, “Şehli novruzgülü yazın eşqinə elə bil qaldırıb qızıl piyalə”, “Bəzən meşələrdə gecə¬ləmişəm, yuxum da çevrilib şeirə, nəğməyə” deyən istedadlı şairin lirik qəhrəmanın yerində hiss eləyirəm. Qırxqız yaylağının bahar mənzərələri canlanır gözüm önündə:

Zirvədən yuxarı boylanan qaya
Qüllədə dayanmış əsgərə bənzər.
Zirvədən aşağı dolanan qaya
Dağların belində kəmərə bənzər.

Naxışlı təpələr, məxmər yamaclar
Bir bölük dumanın balıncıdırmı?
Öz torpaq qınından sıyrılan daşlar
İgid babaların qılıncıdırmı?

Ağa qardaşımız təəssüf ki, qibləgahı Laçının düşmən tapdağından azad olunduğu günü, üçrəngli zəfər bayrağı-mızın zirvələrdə dalğalandığı, gül-çiçəyin gözəlliyinə yeni zəfər rəngi qatdığı günü görə bilmədi. Ancaq inanırıq ki, onun ruhu şaddır. Ona görə ki, indi Laçının laçın günləri təzəcə başlayıb. Murdar nəfəslərdən təmizlənən Laçının başı qarlı dağlarını indi qalib Azərbaycan əsgərinin nəfəsi isidir…
1966-cı ildə filologiya fakültəsinə təzəcə qəbul olunan, ilk şeirlərini mətbuatda görmək arzusuyla alışıb yanan gənclərdən biri kimi əsərləri ara-sıra dərc edilən, hətta ilk kitabı çap olunan qələm adamlarına qibtə edirdim. O nəslin nümayəndələrindən biri də o vaxt hələ şəxsən tanımadığım Ağa Laçınlı idi. Onun 1966-cı ildə “Gənc şairin ilk kitabı” seriyasından çap edilən “Ümid” kitabında gedən 8 şeirini dönə-dönə oxumuşdum… Ağanın texniki katib, ədəbi işçi işlədiyi illərdə “Ədəbiyyat və incəsənət” qəzetində “Palıd ağacı” adlı şeirimin çap olunmasını görmək mənim üçün böyük xoşbəxtlik idi…
Ağa müəllimi o vaxtdan tanısam da, ara-sıra görüşüb salamlaşsaq da elə yaxınlığımız yox idi…Sumqayıtdakı 23 nömrəli məktəbdə müəllim işlədiyim vaxtlar idi… Təzə məktəbə təzə poeziya ab-havası gətirmək eşqi ilə yanırdım. “Ümid”dən sonra Ağa Laçınlının “Sakitlik”, “Sirli-soraqlı dağlar” adlı balaca kitablarını da alıb oxumuşdum. Məktə-bimizin fəaliyyətə başladığı il – 1973-cü ildə Ağa Laçınlının “Torpağın gücü” adlı kitabı təzəcə çapdan çıxmışdı. O kitabı alıb oxuyanda ağlıma həmin kitabın müəllifi ilə görüş keçirmək fikri gəldi. Bu haqda məktəbin direktoru Minarə Tahirovaya söyləyəndə əvvəlcə tərəddüd elədi, çünki Ağa Laçınlını tanımırdı.
Mən Minarə xanıma Ağa Laçınlının təsadüfi adam olmadığını, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirdiyini, bir neçə kitabın müəllifi olduğunu söylədim. Bundan sonra o, tədbirin keçirilməsinə razılıq verdi. Gözəl bir görüş alındı. Mən şairin yaradıclığı haqqında qısa məlumat verdim. Şagirdlərin ifasında onun şeirləri səsləndi. Sonra Ağa Laçınlı özü çıxış elədi, şeirlərini oxudu…

Tədbirdən sonra Minarə xanım mənə dedi ki, ay Rafiq, doğrudan da, Ağa Laçınlı yaxşı şair imiş, sağ ol ki, onu şagirdlərimizlə tanış elədin…
Bax o vaxtdan, Ağa Laçınlı ilə mənim tanışlığım yeni müstəviyə keçdi, dostluğa çevrildi… Şeirlərim haqda, daha doğrusu, “Ətirli düymələr” kitabım haqqında “Ətirli sözlər” adlı gözəl bir məqalə yazıb “Azərbaycan müəllimi” qəzetində çap etdirdi.
Tədbirlərdə həmişə görüşüb söhbətləşirdik. Oğlu Fəxrini də çox vaxt özü ilə gətirirdi, istəyirdi ki, ədəbi mühitdə böyüsün, istedadlı bir ədəbiyyat adamına çevrilsin. Çox şükür ki, onun arzuları çin oldu. Onun övladları Fəxri Uğurlu və Azər Qaraçənli ədəbi ictimaiyyətin qəbul etdiyi və hörmət bəslədiyi qələm sahiblərinə çevriliblər.
Arabir Ağa Laçınlı ilə birlikdə görüşlərə də gedərdik. Bakıdakı kimya təmayüllü məktəbdəki görüşümüzü yaxşı xatırlayıram. Biz şeir oxuyur, arabir də müəllimlərin, şagirdlərin suallarına cavablar verirdik. Çox vaxt sualları kiçik kağız parçalarına yazıb göndərirdilər. Ağa müəllim o sual-lardan birini oxuyanda o dəqiqə hiss elədim ki, bu sualı mənə ünvanlayıblar, Ağa Laçınlıya yox.
Ağa müəllim suala cavab verib əyləşəndə mən ayağa qalxıb dedim ki, Ağa müəllim, sualın ünvanı səhv düşüb, o sualı mənə göndəribmişlər. Sonra həmin kağızı alıb özüm oxuyanda zalda gülüş qopdu. Süal təxminən belə idi. “Heç cavan vaxtı dəlicəsinə sevmisinizmi? Kişi kimi deyin, gözünüzün altını kim qaraldıb?”
O vaxt doğrudan da mənim gözümün altı qaralmışdı. Ancaq vuran olmamışdı, qarlı havada yıxılmışdım. Camaat sakitləşəndən sonra dedim ki, mən ünvanı səhv düşən bu suala, həm də mənə ünvanlanan “Ən çox sevdiyiniz şair kimdir?” sualına birlikdə cavab vermək istəyirəm. Mənim ən çox sevdiyim şairlər Nizami və Sarı Aşıqdır. Nizamini ona görə sevirəm ki, onun “İsgəndərnamə” əsərində insanların fiziki qüsurlarını üzə vurmaq ədəbsizlik sayılır. Sarı Aşığı da bu bayatısına görə sevirəm:

Mən Aşıq baxtı yarım,
Baxtımın taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım.

Dərin məhəbbətlə sevən Sarı Aşıq o qədər həssas, qıs-qanc və kövrəkdi ki, sevgilisinin üzündə göz izi axtarır. Mənə sual verən bədbəxt isə hər şeyi öz arşını ilə ölçdü-yündən gözümün altındakı qaranı yumruq yeri hesab edir…
Zala elə bil su ələndi. Sonra şeirlər oxudum, alqışlarla qarşılandı. Tədbir qurtaranda Ağa müəllim dedi ki, Rafiq, öpürəm, o sual verənin lap anasın ağlatdın…
Sonradan məlum oldu ki, o sualı verən rayaonların birin-dən uşaqları kimya olimpiyadasına gətirən bir müəllim imiş. Sonra gəlib direktorun otağında üzr istəsə də, artıq gec idi, “qatar getmişdi”…
Ağa Laçınlı zahirən qaraqabaq görünsə də, çox zarafatcıl idi. Dəqiq yadımda deyil, ya 1990-ci ilin, ya da 1991-ci ilin yayı idi. Mən Qubadlıda, ata evimizdə idim. O vaxt qardaşım Razim Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləyirdi. Evə adətən çox gec gəlirdi. Bu dəfə evə tez gəlməsi məni bir az təəccübləndirdi. Gülə-gülə dedi ki, gör evə sənin görüşünə kimi gətirmişəm.
Gələn Ağa Laçınlı idi… Çox sevindik… Gecənin bir aləminədək süfrə arxasında yeyib içdik, söhbətləşdik, zarafatlaşdıq. İkimizin də dostumuz, baməzə Tahir Feyziyevin də bizimlə birlikdə olması məclisə xüsusi bir ahəng qatırdı…
Sonralar Ağa müəllimlə görüşəndə o günləri həsrətlə xa-tırlayar, Qubadlıya, Laçına birlikdə qayıtmaq arzuları ilə yaşayardıq…
Laçında yeni bir həyat qaynayanda ilk xatırladığım adamlardan biri də məhz Ağa Laçınlı oldu. Özü ilə söhbət eləyə bilməsəm də, şeirlərini yenidən oxumağa başladım və bənzərsiz şairimizin Laçınlı günlərinin poetik mənzərəsi gözlərim önündə canlandı:

Bənizi açıqdı ayazlı göyün,
Sular durulaşıb yay qurağında.
Paltar yumaq üçün arvadlar bu gün
Qazan asıbdılar çay qırağında.
Çay gedir köç kimi, gedir səs-küylə,
Düşünmə dünyada nağıl qurtarmış.
Köpük şar üzdükcə suyun üzüylə
Onu dar qıjovlar atıb-tutarmış…
“Çay qırağnda”

Budur, ay közərdib qarın tığını,
Ulduzlar çinlənib buzun çiynində.
Sanıram dünyanın çil-çırağını
Saxlayıb İşıqlı qaya çiynində.
Dağ dağı qucubdur, dərə dərəni,
Aşağı bəzəkli, yuxarı büllur.
Qaldıra-qaldıra biri-birini
Zirvələr həmişə işıqlı olur…
“İşıqlı”
Bir şehli çiçəyə çox baxıram mən,
Sanıram kirpiyi nəmli uşaqdı.
Bəlkə də havanın həlimliyindən
Dağlar mehribandı, daşlar yumşaqdı.
Uzanıb çayacan dərənin qolu,
Qotazlı nərgizlər qalxıb diklərə.
Baharın tufandan adlayan yolu
Qovuşub al-əlvan çiçəkliklərə…
“Qovuşub”
Ağa Laçınlının demək olar ki, əksər şeirlərində Azər-baycan torpağının ən dilbər guşələrindən biri olan Laçının bənzərsiz gözəlliyi poetik bir biçimdə oxucuya təqdim olunur. Özü də bu əsrarəngiz mənzərələrə lirık qəhrəmanın duyğu və düşüncələri hopduğundan onlar daha cazibədar görünür. Peyzajlar lirik qəhrəmanın duyğularına sadəcə fon deyil, bu cazibədar lövhələrin içərisində qəlbi gözəllikdən lərzəyə gələn bir inasanın ürək döyüntüləri eşidilir sanki:

Anamın bir dürmək yuxası ilə
Burda bir igidi doyurmaq olur.
Burda tüstülərin qoxusu ilə,
Bu evi o evdən ayırmaq olur.
Şamama ətrini gəzdirir tağ-tağ,
Söyüdlər arx boyu düzülüb gedir.
Çəpərdən-çəpərə adlayan budaq
Qonşudan-qonşuya elçilik edir.

Şairin şeirlərində dağ, dərə, gül, çiçək, daş, qaya, bulaq, çay obrazlaşdırılır. Elə buna görə də onun şeirlərini oxuyanda təkcə göz önündə əsrarəngiz mənzərələr canlanmır, həm də lirik qəhrəmanın hiss və həyəcanları oxucunun da qəlbini riqqətə gətirir.
Ağa Laçınlı mükəmməl orta və ali təhsil almışdı, üstəlik araşdırmalar aparıb nüfuzlu ədəbiyyatşünaslardan birinə çevrilmişdi, Bakı Dövlət Universitetində tələbələrə xaricü ölkələr ədəbiyyatından mühazirələr oxuyurdu, ancaq əsərlə-rini oxuyanda aydınca görünür ki, şairin əsas müəllimi füsünkar Laçın təbiəti, onun zəngin folklor mühiti olmuşdur. Yoxsa təbiəti bu qədər mükəmməl cizgilərlə, bədii, obrazlı dillə əks etdirmək olmazdı. Mövzusundan asılı olmayaraq onun bütün şeirlərində bu ab-hava aydınca duyulmaqdadır. Xalq dilinin incəliklərinə bələd olmadan belə misralar yaz-maq mümkün olardımı?

Arana tel vurdu dağın şimşəyi,
Yelləndi göyün də o yaş yaylığı.
Köçün yır-yığışla yola düşməyi
Çiçəklə bəzədi qərib yaylağı.

Erkəci yormadı buruq buynuzu,
Qoyun qılafladı, at daşırğadı.
Çobanın boynunda mələyən quzu
Qara yetimliyi belə qarğadı…
“Köç yolunda”

Məni əzizləyir çay həzinliyi,
Başıma əl çəkir yelpikli budaq.
Yuyur canımdakı hər əzginliyi
Ağzı gül yaşmaqlı utancaq bulaq.

Yamyaşıl çəmənlər yonca çıraqlı,
Yapışqan qoxuyur südlü sütüllər
Yeddi boyalıdı, yeddi qurşaqlı
Yeri göyqurşağı – süsən-sünbüllər…

Belə duruluğa batıb qalasan,
Yaxa verməyəsən qilü-qala da.
Çaylar Layla çala, yatıb qalasan
Durna gecələyən yaşıl talada…
“Çiçək sarığı”
Ağa Laçınlı şeirlərinin lirik qəhrəmanı elə təbətin ayrılmaz bir parçasıdı elə bil. Folklor ab-havası ilə yoğrulduğu üçün onun şeirləri canlıdı, koloritlidi. Təbiətlə insanın canlı vəhdəti, ecazkar mənzərələrlə şair ürəyindəki gözəl duyğuların qaynayıb-qarışması, bir-birinə qovuşması ədəbi uğurların rəhninə çevrilir. Bulaqların, çayların duruluğu insanın da mənəvi saflaşmasına zəmin yaradır elə bil.

Ən gözəl nəğmə də çeşmədən sızır,
Dinləyir səsini naxışlı çəmən.
Yox, əsl şeiri də şəfəqlər yazır,
Ancaq varaqlara köçürürəm mən…
“Təbiətdən öyrənirəm”

Sakitlik qoynunda açılıb səhər,
Sükut cilalayır duyğunu, hissi.
Sakitcə süzülüb ilıq şəfəqlər
Öpüşlə oyadır qönçə nərgizi.

Çəmənə deyirəm sabahın xeyir,
Şehli kirpiyini qırpır çiçəklər.
Nə başım üstündə bulud kişnəyir,
Nə döyür üzümə tozlu küləklər…
“Sakitlik”

Səciyyəvi cizgilərlə bənzərsiz təbıət lövhələri – peyzajlar yaratmağı bacaran şair həm də portret yaratmaq ustasıdır. Bu bədii portretlərin içərisində ən mükəmməli ana obrazıdır. “Anam” şeirini oxuyanda gözümüzün önündə əri müha-ribəyə gedəndə heç kəsə boyun əyməyən, balalarını böyüt-mək üçün hər zəhmətə qatlaşan, “pərinc, darı üyüdən”, dərzi yastıq kimi başının altına qoyub gözünün acısını alan, qadınlıq şərəfini yad baxışlardan qoruyan zəhmətkeş bir ananın bədii obrazı canlanır:

Satardı al taftasını,
Məxmərini, baftasını,
Çit parçadan qoftasını
Yamayardı bezdən anam.

Yağlananda cəhrə, daraq,
Sönməz idi hisli çıraq,
Gecələri gec yataraq
Oyanardı tezdən anam.

Başqa bir şeirində “gecələr yatmayan bir axar suların, bir də nigaran ürəkli analardır” olması qənaəti də ananın portretinə yeni bir rəng qatan detaldır.
Yeri gəlmişkən onu da deyək ki, səciyyəvi bədii detallardan istifadə Ağa Laşınlının poetik üslubunu şərtləndirən amillər sırasındadır. Biçin vaxtı bütün canlıların qaçıb getməsi, yuva üstündə yatan bildirçinin yerindən tərpənməməsi (“Biçin”), ananın oğluna “atan sağlığında alan paltarı göstərib demişəm oğlum gətirib” deməsi, qadının öz övladını atanın əsgərlik şinelinə bükməsi, “közə basdırılan palıd qozasının partlayıb külü göyə sovurması” və sair bu kimi onlarla detallar şairin şeirlərinin bədii dəyərini qat-qat artıran bir vasitəyə çevrilir.
Şairin elə şeirləri də var ki, başdan-başa detallar üstündə qurulub. Bu baxımdan “Üzük” şeiri kasıbçılıq içində yaşasa da mənən çox zəngin bir qadının daxili dünyasını açmaq vasitəsinə çevrilir. Qadının sevgilisinin əzab çəkməyini istəmədiyi üçün “Qırmızı sap bağla boş barmağma olsun toy üzüyü nişan üzüyü” deməsi oxucunu kövrəldir.
Zaman keçdikcə bu qadının daxili dünyası misraların boyuna biçilən silsilə detallar vasitəsi ilə açılır: “…Bir payız pul yığdım üzükdən ötrü, Qaçıb qış papağı tikdirdin mənə” – deyən şair detallar üstündə qurulan şeirini bu misralarla bitirir:

Bir gün biz yollandıq dükana sarı,
Aldıq üzüyünü nişanımızın.
Mən sənə verdiyim o yadigarı
Yazdırdın adına uşağımızın…

Ağa Laçınlının şeirlərində o qədər maraqlı bədii təsvir və ifadə vasitələrindən, dialekt sözlərindən, xalq deyimlərindən istifadə olunub ki…
Güman edirəm ki, bu bənzərsiz şairin əsərlərinin sənətkarlıq xüsusiyyətlərini, janrını, şeirlərindəki dil, ifadə incəliklərini öyrənmək olduqca vacib bir məsələdir.
Səmimi, sadə, təvazökar, təmkinli, eyni zamanda zarafatcıl, yüksək yumor duyumlu, qohumcanlı, dostcanlı bir insan, gözəl şair, ədəbiyyatşünas, müəllim Ağa Laçınlının həyat və yara¬dıcılığının elmi şəkildə araşdırılmasına böyük ehtiyac vardır. Ona görə ki, onun əsərlərində tədqiqat üçün, bədii və sosioloji təhlilər üçün zəngin mataerallar vardır.
Sonuncu dəfə Ağa müəllimlə “Azərbaycan” nəşriyyatının qarşısında görüşəndə mənə demişdi ki, qağa, sənə bir məktub yazmışam, göndərəcəm oxuyub arxivində saxlayarsan…
Təəssüf ki, Ağa müəllimin mənə ünvanlanan sonuncu məktubunu oxuya bilmədim…
Görəsən o məktubda mənə nə yazıbmış poeziyamıza Laçın havası gətirən əziz dostumuz?

12.02.2024.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu


Dünyanı dərk eləyəndən
İlk sözümüz minacatdı.
Qəlbim nələr istəmədi? –
Arzularım minə çatdı…

Düşdüm yolların ağına,
Dırmandım hikmət dağına,
Baş qoyub yar ayağına
Axır ki, murada çatdım.

Məcnun tək səhraya düşdüm,
Sevgi ocağında bişdim,
Qismətimə hicran düşdü,
Sevən ürəyim çat-çatdı…

Qəlbi daşmış o yarın da,
Mən keçmişdə, o yarında,
Şeir-sənət diyarında
Bəlkə yolum sona çatdı?

Yazdım, pozdum, fikrə getdim,
Yaralı bülbül tək ötdüm,
Əlimdən gələni etdim, –
Neynim, gücüm buna çatdı…

03.05.2024

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu auditoriyada

May 2024 – şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq YUSİFOĞLU auditoriyada.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – BU YAZ SABAHINDA

BU YAZ SABAHINDA

Sirli bir aləmdi insan fitrəti,
Bir təmiz məhəbbət dərdə əlacdı.
Bu yaz sabahında qəlbim titrədi,
Axır ki, sən mənə könlünü açdın…

Həsrətin əlinə keçibdir yaxan,
Köksündə nə qədər ağrı, acı var!
Sənin ürəyinin gizlicə çaxan
Sevgi şimşəyinə ehtiyacı var…

Sanma xəbərsizəm umacağından,
Baxışın qəlbimə olubdur açar.
Bircə köz götürsəm eşq ocağından
Sevdalı gözlərin qığılcım saçar…

Mizraba həsrətdi qəlbinin simi,
Məlhəmsən köksümə çəkilən dağa…
Elə utancaqsan, bənövşə kimi
Kol dibi gəzirsən daldalanmağa…

Qoymaram kimsəni dəyə xətrinə,
Sönməsin sevilmək, sevmək həvəsin!
Ciyərim həsrətdi çiçək ətrinə,
İsti yaz yelidi sənin nəfəsin…

Gül qoxusu gəlir aylı qoynundan,
Sənə bir kimsəni yaxın qoymaram.
Bənövşəyə bənzər zərif boynundan
Gecə səhərəcən öpsəm, doymaram…

Xəyal dünyasında salmışıq binə,
Sevənə neyləyər qoruq-qadağa?!
Sənin məhəbbətlə dolu qəlbinə
Sevdalı ürəyim olsun sadağa!

06.03.2018

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Rafiq Yusifoğlu – ULU YARADANIM

ULU YARADANIM

Ocağım od alıb qaynar közündən,
Ulu yaradanım, borcluyam sənə.
Qəflət pərdəsini çəkib gözümdən
Kimin kimliyini göstərdin mənə…

Kobud söz cəzadı qəlbi zərifə,
Şeytana uyaraq günah elədim.
Söz tapa bilmirəm Səni tərifə –
Mənə gizlinləri agah elədin…

Sanırdım o qızın yoxdu əvəzi,
Kəlməsi noğuldu, sözü nabatdı.
Cidanı çuvalda gizlədən kəsin
Saxlancı çevrilib gözünə batdı…

Qaranlıq dünyamda şimşəklər çaxar,
Məndən əsirgəmə səxavətini.
Düzmüş: «Südlə girən sümüklə çıxar» –
Kim dəyişə bilər öz xislətini?!

Qoyma uzaq düşüm sənin yanından,
Qılınc neyləyəcək ər təpəsinə?!
Qopub xəyanətlər burulğanından,
Ucalım mələklər mərtəbəsinə.

Nəğməyə çevirim mən ahlarımı,
Təmizlik bəxş elə yağışla mənə!
Yarəbbim, bağışla günahlarımı,
Günahsız sabahlar bağışla mənə!..

19.10.2013.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

ÜZEYİR HACIBƏYOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazarlar: Sumqayıt – 75

Yazarlar: Sumqayıt – 75

Xalq yazıçıları Əli Vəliyev və Bayram Bayramovla trestdə görüşdən sonra. Əyləşənlər (soldan): Umud Vəliyev, Xudaverdi Məmişov, Ərşad Kərimov, Gülbahar Vəliyeva, Bayram Bayramov, Əli Vəliyev. Ayaq üstə duranlar (soldan): Rəhim Əliyev, Sucəddin Abdullayev, trestin adını bilmədiyim əməkdaşı, Vaqif İbrahim, Əkbər Bayramov, Eyruz Məmmədov, Rafiq Yusifoğlu, Xasay Cahangirov və Mahirə Abdullayeva.

Arxiv – Mənbə: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

ÜZEYİR HACIBƏYOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tarixi foto – 1967.

Kitabxanada şeir gecəsi. Soldan: Rafiq Yusifoğlu, Xasay Cahangirov, Rafiq Turabxanoğlu Abdullayev və Malik Şərifzadə. 1967-ci il.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu: MƏNİM ZƏNGƏZURUM

MƏNİM ZƏNGƏZURUM

Zaman çevrilibdir bir qara yelə,
Elin arzuları yaralanıbdır.
Namərdin xəyanət qayçısı ilə
Mənim Zəngəzurum paralanıbdır…

Tikanlar boy atıb, çiçəklər solub,
Qartallar yurdunu qarğa, sar alıb.
Kolların dibində gül şehlə dolub,
Yolların gözünün kökü saralıb…

Bir vaxt Zəngəzurun kefi çağ idi,
Gör kimə inandıq, kimə güvəndik?
Xəyanət qurbanı oldu Ağudi,
Dəstəyird, Sofulu, Urut, Nüvədi…

Nə qədər dogma kənd döndü yad elə. –
Çayların, göllərin gözləri doldu…
Düşüdü Qafan, Gorus, Sisyan yad ələ,
Mehri kaftarkoslar diyarı oldu…

Oldu başımıza dünya niyə dar?-
Haqsızlıq səbrimi yaman daşdırır.
Bir yanda Ağbulaq, Şamsız, Niyədar
Bir yanda Qaragöl, Qızıldaş durur…

Üzü də qaradır əhdi qaranın,
Üstümə ağrılarlar alayı gəlir.
Qafandan yüzbaşı Mehdiqaranın,
Gorusdan Nəbinin harayı gəlir…

Dönüb sahibinə Topağac, Səngər, –
Zəngilan, Kəlbəcər qeyrət hasrı…
Özgə kölgəsində yatan köpəklər
Hürür Qubadlıya, Laçına sarı…

Namərd xəyallara saplanıb xəncər,
Düşmənlər bükülüb, yumağa dönüb.
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Çəbrayl bir dəmir yumruğa dönüb.

Ulu yurd yerləri halalca paydı,
Sonuncu fərmana zaman qol çəkir. –
Şərqi Zəngəzurun gözləri aydın,
Qərbi Zəngəzurun gözü yol çəkir…
11.07.2021.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – Tənhalıq nəğməsi

TƏNHALIQ NƏĞMƏSİ

Gərilən əsəblərim
Elə bil ki, barıtdı.
Şükür sənə, İlahi,
Məni insan yaratdın!

Anlayıram gözəlcə,
Kim isti, kim soyuqdu…
Düşünüb daşınıram,
Sahildə kimsə yoxdu…

Mənə öyüd verənlər
Bilirəm ki, haqsızdı…
Könlüm nəğmə oxudu,
Dərə susdu, dağ susdu.

Eşq fırtına qopardı,
Saçımdakı ağ susdu…
Bu yer, bu göy mənimdi,
Dəniz mənə məxsusdu…
2018.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu: – BİR YAZ AXŞAMINDA.

BİR YAZ AXŞAMINDA

Yudu yaz yağışı qol-qanadımı,
Qızıl şimşək olub çaxdın o axşam.
Duya bilim deyə eşqin dadını
«Dəridən, qabıqdan çıxdın» o axşam…

Gözünə baxanda içim göynədi,
Sevda çəmənimdə çələng toxudun.
«Mən sənə sevməyi necə öyrədim?» –
Deyərək sən mənə meydan oxudun!

Sevgiyə bələndi nurlu səhərim,
Ilk qaranquş kimi gəldin yazıma.
Illərcə olmayıb mənim xəbərim,
Adın yazılıbmış alın yazıma…

Mizraba tuş gəldi qəlbimin simi,
Perikmiş nəğməni saza səslədin.
Qırmızı qurşaqlı səməni kimi
Divanə şairi yaza səslədin…

Döndü bəxtəvərə sevdalı könlüm,
Dolandın başıma pərvanə kimi.
Titrək əllərinə dəyəndə əlim,
Ürəyim titrədi bir nanə kimi.

Ürək olduğunu dərk etdi ürək,
Yol çəkən gözlərim baxdı uzağa.
Alışıb yanırdın novruz şamı tək,
Meydan oxuyurdun qara, sazağa…

Məst oldum məhəbbət yağışlarından,
Ixtiyar çağımda uşağa döndüm.
Qığılcım sıçradı baxışlarından,
Alışıb bir qaynar ocağa döndüm…

Bu qəfil sevincə mən necə dözüm? –
Qəlbimə sehrli bir işıq düşüb.
Indi nə gecəm var, nə də gündüzüm,
Axşamım, səhərim qarışıq düşüb.

İçimdə soluxan zərif gülləri
Bircə baxışınla cücərtdin, gülüm.
Gözümdən çağlayır həsrət selləri,
Sən məni sevməyə öyrətdin, gülm!

Duyuq düşən kimi coşub, çağlayıb,
Qazıb atacaqlar kökümüzü də.
Dəli bir şairə könül bağlayıb,
Sən işə salmısan ikimizi də…

08.03.2015.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru