
Dayandur Sevgin – “Ulduz” jurnalının şöbə redaktoru.
Tanınmış şair,
bütün ədəbi və qeyri-rəsmi məclislərin bəzəyi.

Dayandur Sevgin – “Ulduz” jurnalının şöbə redaktoru.
Tanınmış şair,
bütün ədəbi və qeyri-rəsmi məclislərin bəzəyi.

Ədalət Həsən – “Ulduz”un bədii redaktoru və ulduzu.
Dərgi yaranandan (1967-ci il) burada çalışır.
Səxavətli kişidir, çantasından alma və limon əskik olmur.

Nərgiz Məhərrəmzadə – “Ulduz” jurnalının tərcüməçisi. Rusca şeirlər yazır, Azərbaycanca bədii mətnləri səsləndirir, hər iki dildə mübahisə edə bilir.

PAYIZ “ULDUZ”U GÖRÜŞÜNÜZƏ GƏLDİ
“Ulduz”un sentyabr sayı Aləmzar Sadıqqızının “Özüylə söhbəti və şeirləri” ilə açılır.
“Nəsr”də Orxan Fikrətoğlu “Dəccal”, Miri Rəsulzadə “Mehman” hekayələrini təqdim edir.
“Tənqid”də Mətanət Vahid “Müasir hekayə: gənc ədəbi səslər və estetik axtarışlar”dan yazır.
“Şeir vaxtı”nda Allahşükür Ağa, Elməddin Nicat, Vasif Əlihüseyndir.
“Yazı masası”nda Taleh Mansurun qonağı Xalq şairi Sabir Rüstəmxanlıdır.
“Tərcümə saatı”nda U.F.Harvinin hekayəsini BDU-nun Filologiya (ingilis dili və ədəbiyyatı) fakültəsinin 4-cü kurs tələbəsi Alsu təqdim edir.
Seyyid Əsrinin qəzəllərini də bu sayda oxuya bilərsiniz.
“Debüt”də “Yuxunuz şirin olsun, ölülər” (Yusif Səmədoğlunun əziz xatirəsinə…) yazısı ilə Şəhriyar Məmmədzadədir.
Bu sayda Adil Quliyevin “Təpələr” essesini, Şiringül Musayevanın “Kiçik süjetli tamaşa üçün mətnlər”ini, Şəlalə Camalın şeirlərini və Pərvanə Məmmədovanın “Xilaskar köpük” hekayəsini oxuya bilərsiniz.
“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (2-ci yazı) yazısını təqdim edir.
“Dərgidə sərgi”də rənglər dünyasıyla Aysel Hacıyevadır.
PDF variantı burada: Ulduz jurnalı – Sentyabr – 2025
+ əvvəlki say: Ulduz jurnalı İyul – Avqust – 2025
“Ulduz” aylıq ədəbiyyat dərgisi
Südabə Məmmədova – “Debüt” kitabı
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

İYULLA AVQUSTUN “ULDUZ”U BIR ARADA
“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib. “Yeni nəsil: tənqid+” adlı yeni layihə “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.
Jurnal Qismət Rüstəmovun tərcüməsində Adam Kirşin “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq” məqaləsi ilə açılır.
“Tənqid” bölümü Ramil Əhmədin “Xatırlamanın və unutmağın səsi”, Ülvi Babasoyun “Ədəbi tənqidin susmaq formaları”, Qismət Rüstəmovun “Qar Tanrısının qeydiyyatı haradır?”, Tomas Eliotun “Tənqidin hədləri” yazılarını təqdim edir.
“Şeir vaxtı”nda Alik Əlioğlu, Feyziyyə, Rəbiqə Nazimqızı, Şəhriyar Del Gerani, Günel Şamilqızı, Anar Amin, Elçin Səlimlidir.
“Nəsr”də “Həmin işıqlı günlər” hekayəsi ilə Cavid Zeynallı, “Pələng” hekayəsi ilə Ülviyyə Heydərovadır.
“Tərcümə saatı”nda Seyfəddin Hüseynli Andrey Volosun “Çulışman” əsərini təqdim edir.
“Dərgidə kitab”da “Bir daha himnimiz haqqında” (1-ci yazı) yazısıyla Kamil Şahverdidir.
“Dərgidə sərgi”nin qonağı Naqiyə Rzayevadır.
PDF variantı burada: Ulduz jurnalı İyul – Avqust – 2025
“Ulduz” aylıq ədəbiyyat dərgisi
Südabə Məmmədova – “Debüt” kitabı
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“Ulduz” jurnalı ilə “Xalq qəzeti”nin birgə layihəsi olan “Ulduz”lu görüşlər” davam edir. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin növbəti qonağı filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, esseist Mətanət Vahid olub.
YAZARLAR.AZ bildirir ki, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs dərgidə aylardır istehsalat təcrübəsi keçən Azərbaycan Universitetinin filoloq tələbələrinə qonaq haqqında ətraflı məlumat verib: “Mətanət Vahid çağdaş Azərbaycan ədəbiyyatının tanınmış imzalarındandır. Bir vaxt musiqiçi olmaq istəsə də, tale onu səsə deyil, sözə yönəldib. Bugünkü görüşdə siz sözün səsini eşidəcəksiniz…”
Tədbirdə iştirak edən yazıçılar Təranə Vahid, Dayandur Sevgin və Zaur Ustac da tələbələrə Mətanət Vahidin yaradıcılığından bəhs ediblər. “Ulduz”lu görüşlər”in qonağı gənc filoloqlara ədəbiyyat və həyat haqqında öz qənaətlərini bölüşməklə onları polemikaya səsləyib.
Sorğu-sualda aktiv iştirak edənlər tədbirin sonunda müəllifin avtoqraflı kitabı ilə mükafatlandırılıb. Tədbirdən fotolar:









“Ulduz” aylıq ədəbiyyat dərgisi
Südabə Məmmədova – “Debüt” kitabı
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“Ulduz”lu görüşlər” davam edir
Əziz dostlar! Sizi, “Ulduz” dərgisinin oxucularla silsilə şəkli alan görüşləri çərçivəsində, cümə axşamı , 19 iyun, saat 12:00-da AYB-nin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi Mətanət Vahidlə tələbələrin görüşünə dəvət edirik .
Bədii ədəbiyyatın özünəməxsusluğunu, bədii inikas qanunlarını dərindən bilən Mətanət Vahidin ədəbi tənqidi daha çox çağdaş ədəbi prosesləri işıqlandırır. O, təhlil etdiyi əsərin uğurlu və qüsurlu cəhətlərini, müəllifin yaradıcılığında, eləcə də ədəbiyyat tarixində tutduğu yeri, cəmiyyət üçün faydasını və s. ətraflı araşdırmaqla ədəbi tənqidin durğun abu-havasını dəyişir.
İyunun 19-u “Natəvan” klubuna gəlin. Ədəbiyyatşünas alimlə görüşü qaçırmayın.
“Ulduz” aylıq ədəbiyyat dərgisi
Südabə Məmmədova – “Debüt” kitabı
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“Ulduz”lu görüşlər” davam edir
Əziz dostlar! Sizi, “Ulduz” dərgisinin oxucularla silsilə şəkli alan görüşləri çərçivəsində, çərşənbə günü, 4 iyun saat 12:00-da AYB-nin Natəvan klubunda yazıçı, jurnalist, millət vəkili Aqil Abbasla tələbələrin görüşünə dəvət edirik.
1976-cı ildən ədəbi fəaliyyətə başlayan Aqli Abbasın hekayə, povest və romanları müxtəlif illərdə “Ədəbiyyat” qəzetində, “Elm və həyat”, “Ulduz”, “Azərbaycan” jurnallarında müntəzəm olaraq nəşr edilib. İlk povesti “Evləri köndələn yar” 1983-cü ildə kitab kimi nəşr olunub. Ayrı-ayrı dövrlərdə onun “Evləri köndələn yar”, “Günah”,
“Batmanqılınc”, “Ən xoşbəxt adam”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Qiyamət günü”, “Qar üstündə qan çiçəyi”, “Qapqara uzun saçlar”, “Ölülər”, “Allahı qatil edənlər”, “Saçın ucun hörməzlər”, “Ən uzun dərdli hekayə”, “Dolu”, “Çay qırağında bitib susuz qalan ağacların sağlığına” kimi kitabları işıq üzü görüb.
Gəlin, romantikadan müharibəyə qədər həyatın hər üzünü qəlbindən və qələmindən keçirən Aqil Abbasın zəngin təcrübəsindən faydalanaq.
“Ulduz” aylıq ədəbiyyat dərgisi
Südabə Məmmədova – “Debüt” kitabı
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“Ulduz”lu görüşlər”in növbəti qonağı Azər Turan olub
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı “Ulduz” ədəbiyyat dərgisinin layihəsi davam edir.
“Ulduz”lu görüşlər”in növbəti qonağı tənqidçi, publisist, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan olub. AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri iştirak ediblər. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs türk məfkurəsini öz həyat amalına çevirən Azər Turanın həyat və yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib. “Ulduz” jurnalının şöbə redaktoru Taleh Mansur dəyərli kitablar müəllifi olan Azər Turanla görüşün tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb. Azər Turan görüşü təşkil etdiyinə görə “Ulduz” ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Qonaq zəngin milli düşüncə tariximizə nəzər salaraq, ədəbiyyatımızda geniş yer tutan türk təfəkkürü, özünüdərk, vətən və millət mövzuları ətrafında fikirlərini bölüşüb. Nizami Gəncəvi, Əhməd Cavad, Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə kimi dühaların yaradıcılığının öyrənilməsinin əhəmiyyətini qeyd edib. Sözügedən mövzularda tələbələri maraqlandıran suallar cavabalandırılıb, onlara Azər Turanın imzalı kitabları hədiyyə edilib.


Layihənin növbəti qonağı şair Baba Vəziroğlu olacaq.
“Ulduz” aylıq ədəbiyyat dərgisi
Südabə Məmmədova – “Debüt” kitabı
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

BAHARIN “ULDUZ”U IŞIQ ÜZÜ GÖRDÜ
“Ulduz” jurnalının mart sayı “Yeni nəsil: nəsr – “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsi” kimi hazırlanıb. Jurnalın bu sayında gənc nəsildən olan nasirlərin – Əli Zərbəlinin “Qəhqəhə”, Nadir Yalçının “İnsan məskən salır”, Mətanət Teymurlunun “İçimdəki yaddaş”, Aysel Şıxlının “Sonsuzadək gülümsəyən uşaq”, Uraqan Abdullayevin “Pianino”, Heyran Zöhrabovanın “Bir gün Səbinəgildə”, Ulucay Akifin “Gözlənilməyən bir qətlin tarixçəsi”, Şamil Həsənin “Bağacıq”, Ayxan Ayvazın “Banan qabığı”, Orxan Həsəninin “Metro terminalının sevgisi”, Lamiyə Məmmədovanın “Pişik”, Həmid Piriyevin “Nəlbəkidə üzən kağz gəmilər”, Furqanın “Onun meyvəsi”, Jalə İslamın “Bizi ayıran yollar bir gün qovuşduracaq…” hekayələri yer alır.
“Tribuna”da Dilarə Adilgil “Seyfəddin Hüseynlinin bir kitabına ikili baxış”dan söz açır.
“Şeir vaxtı”nda Nübar Eldarqızıdır. Fərqanə Səfərli və Tabəs Nəcəfzadənin şeirləri, Mir Kamilin qəzəlləri də mart sayında oxucularla görüşür.
“Ulduz”un qonağı” rubrikasında Şahanə Müşfiqin qonağı Akademik Dövlət Opera və Balet Teatrının solisti, Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasının rəhbəri, Əməkdar artist Ramil Qasımovdur.
“Dərgidə kitab”da filologiya elmləri doktoru Sərxan Xavəri “Məhəmməd Füzuli: situativ vizuallıqdan təsəvvüfi straksiyayadək” yazısını təqdim edir.
“Dərgidə sərgi”də rənglər dünyasıyla Aytac Cahangirdir.
JURNALIN PDF VARİANTI: Ulduz_Mart 2025