Etiket arxivi: AZƏR TURAN

Tarixi foto: Musa Yaqub və Azər Turan

Etibar Əbilov:

“Bu şəkildən nəsə çox xoşum gəlir. Ona görə ki, necə, kim tərəfindən çəkildiyindən nə mənim,nə də Azərin xəbəri olmayıb. Səhv etmirəmsə 2017- ci ilin may ayıdır. İsmayıllıda,”Qız qalası” istirahət mərkəzində, cənnətmisallı təbiətin qoynunda Musa Yadubun 80 illik yubileyidir. Məclisi Sabir Rüstəmxanlı aparırdı. “Ədəbiyyat qəzeti”nin baş redaktoru olan Azərə söz verməmişdən əvvəl, Sabir müəllim mənim haqqımda da bir neçə xoş söz dedi. Azər danışmamışdan əvvəl rəhmətlik Musa Yaqub atamı da xatırladı. Şəkildə Azər “Ədəbiyyat qəzeti”nin Musa müəllimə ünvanladığı təbriki oxuyur. Musa müəllimin sol tərəfində Sabir Rüstəmxanlı əyləşib. Sağ-görünməyən tərəfində isə Anar müəllim idi. Azər danışanda Anar müəllim məndən nəsə soruşdu… Bu şəkil də məhz həmin vaxt çəkilib…
Yubileydən bir müddət sonra Neftçaladan Musa Yaquba zəng etmişdim,söhbət əsnasında Musa müəllimdən yubiley kasetini istədin. Musa müəllim mənə:
-Yaxşı yadıma saldın – dedi- Həmin kaseti televiziyada göstərmək üçün (çox məşhur bir jurnalistin adını çəkdi) məndən aldı. Hələ də göstərməyiblər… Üstəlik həmin kaseti geri də ala bilmirəm. Sən Azərə de, gör o kaseti həmin jurnalistdən ala bilər…
Az sonra Musa müəllim xəstələndi…
Kasetin taleyindən də xəbərim olmadı…”

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İmamverdi Əbilovun anım günüdür

9 aprel 2026-cı il – anım günündə  görkəmli alim, ictimai xadim İmamverdi Əbilov Neftçala rayonunda, məzarı başında ehtiramla anılıb. Bu barədə onun övladlarından biri (xatırladaq ki, Azər Turan da İmamverdi müəllimin oğludur) Etibar Əbilov öz sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün Atamın vəfat etdiyi gün idi.
Bununla bağlı bu gün Neftçala rayon İcra Hakimiyyətin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə xanım Rüstəmxanlı, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan partiyası Neftcala rayon təşkilatının sədri… Atamın məzarını ziyarət etdilər. Rayonumuzun axundu atamın ruhuna “Fatihə” surəsini oxudu. Daha sonra Rayon İcra Hakimiyyətin başçısı cənab Mirhəsən Seyidov çıxış edərək Atamın ğördüyü xeyirxah işləri xatırladaraq Atama rəhmətlər dilədi. Mən qısa cavab cıxışımda hörmətli Mirhəsən müəllimə və atamın məzarını ziyarətə gəlmiş hər kəsə öz minnətdarlığımı bildirdim.
Fürsətdən istifadə edib bu gün atamı yad edən hər kəsə; Feysbuk səhifəmdə atamla bağlı statusuma xoş münasibət bildirənlərə, müxtəlif saytlarda atam haqqında öz ürək sözlərini yazanlara, öz Feysbuk səhifələrində atamı xüsusi olaraq xatırlayanlara, bu gün münasibəti ilə mənə telefonla zəng edənlərə… hər kəsə… hər kəsə … ailəmiz adından minnətdarlığımı bildirirəm.
Allah hər birinizdən razı olsun.”

Mənbə:  Etibar Əbilov

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

AZƏR TURANIN YAZILARI

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Məhəmməd Biriya

“Vurma əl türbətimə, türbəti-Adəm də mənəm. Nə o dünya, nə bu dünya, iki aləm də mənəm”, – deyən Biriyanın hər iki dünyası qəfəsdir. Belə şeirlər Azərbaycan ədəbiyyatında tarixən nadir hallarda yazılıb. Yəqin həm də tarixən elə bir şairimiz də olmayıb ki, Biriya kimi Təbrizdə nazir, Karaqandada məhbus, Şamaxıda molla, Bakıda mürdəşir olsun. Həyatının son günləri də elə yazdığı bu şeirdəki əhvala müvafiq – Təbrizin küçələrində səfil günündə keçsin, ömrü kimsəsizlər evində sona çatsın. Yəni həm o dünyada olsun, həm də bu dünyada olsun. Həm mövcud olsun, həm də mövcud olmasın.

Biriyanın yetmiş illik ömründə insanca yaşadığı illərin sayı çox azdır. Həyatının böyük bir qismi aldanışlar, zillət, məşəqqət və məyusluq içindədir. Biriya sanki bütün ömrü boyu qürub edib… Şah hökuməti bir tərəfdən, Stalin hökuməti digər tərəfdən Biriyanın qürubunu tezləşdirib. Onunla ikili oyun oynayıblar. Pişəvəri Bakıya qayıdandan sonra Cənubi Azərbaycanın ən çətin, kimsəsiz vaxtlarında onu Pişəvərinin yerinə Demokratik Firqəyə sədr seçiblər.

Heç Parisin lənətlənmiş şairləri də Təbrizin qarğınmış şairi Biriyanın yaşadığı taleyi yaşamayıb.

Biriyanın bu şeirində XX yüzil Təbriz neosufizmi XIX yüzil Paris dekadansı ilə iç-içə girib. Belə müstəsna şeirlər predmetləşdirilmədikcə ədəbiyyatşünaslıqda milli cərəyanlar barədə aydın təsəvvür əldə etmək mümkün olmayacaq. Əfsus ki, Biriyanın bu şeiri heç zaman Azərbaycan ədəbiyyatşünaslığının diqqətini ciddi şəkildə cəlb etmədi və indi də etmir.

1944-cü ildə onun Bakıda çıxan ilk kitabına yazdığı Ön sözdə Məmməd Səid Ordubadi nəinki Cənubi Azərbaycanda, hətta bütün İranda – istər Azərbaycan və istərsə də fars dilində yazan şairlər içərisində onun kimi güclü qələmi olan şair tapmaq çətindir – deyirdi. O zaman Biriya Təbrizdə Həmkarlar Təşkilatının sədriydi, o aralar, Pişəvəri hökumətində Azərbaycanın maarif naziri də olacaq, Avropa ölkələrinin diplomatlarını və Amerikanın konsulunu qəbul edəcəkdi. Maarif Naziri kimi, Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkilində yaxından iştirak edəcək, Universitetdə mühazirələr də oxuyacaqdı.

Beş il sonra – 1950-ci ildə isə yenə də Bakıda Qulam Məmmədlinin tərtib etdiyi “Cənubi Azərbaycan şairləri” adlı başqa bir kitab çıxır. Kitabda 5 il əvvəl əmsalsız güclü qələmini vəsf etdikləri Biriya yoxdur. Çünki artıq 1947-ci ilin martında Təbrizdən oğurlanaraq Bakıya gətirilmiş Biriya, dekabrın 28-də burada həbs olunmuş və Karaqanda həbs düşərgəsinə göndərilmişdi. Günahı nəydi? 33 yaşlı Məhəmməd Biriya siyasətdən bezmişdi. Dünyadan doymuşdu. Evinə, xanımına, tək oğluna qovuşmaq istəyirdi. İmkan vermədilər. “Mən dedim, gedirəm vətənimə. Onlar dedi, qoymarıq. Mən dedim, İran konsulu məni aparar. Onlar dedi, konsul da səni aparmaq istəsə, biz konsula yol vermərik. Səni tutub deyərik, bu casusdur. Dedikləri kimi də etdilər…” (M.Biriyanın Malenkova yazdığı məktubdan).

İyirmi il həbsxanalar küncündə qaldı.

Doğrudan da, neçin məhzun olmasın, neçin ürəkdən nalə etməsin? Bir halda ki, taleyi – alın yazısı ona “Hər addımda müəyyəndir, qazılmış bir məzarım var”, yaxud:

Cismimdəki atəş qoy ümidim kimi sönsün…

Dön sən də, vücudum, qara daş parçasına dön –

Qoy məsləkim, amalım, əqidəm külə dönsün!

– deyə yazdırırdı…

Məhəmməd Biriyanın bir kitablıq şeirləri arasında, elə onun öz dövrünün poeziya müstəvisində də, məncə, “Vəsiyyət”dən üstün şeir yoxdur. Baxmayaraq ki, zamanında onu milli və vətənsevər şair adlandırıblar. Amma Biriyanın ən yaxşı şeiri olan “Vəsiyyət”də nə millətdən, nə də vətənsevərlikdən söhbət gedir. Şeir başdan-başa melanxolik mətndir. Biriyanın bu şeirini Təbrizdə Vadiyi Rəhmət məzarlığında epitafiya olaraq ümidsiz, laübalı, məhzun, kimsəsiz şairin sinə daşına yazıblar.

Azər Turan

***

Məhəmməd Biriya

Vəsiyyət

Vurma əl türbətimə, türbəti-Adəm də mənəm,

Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.

Neyləyim, pey aparan olmadı bu varlığıma,

Eyşi-işrət də mənəm, möhnəti-matəm də mənəm.

Arama qəbrimi, axtarma mənim baş daşımı,

Rəsmdə Həzrəti Nuh, ismdə Xatəm də mənəm.

İlkin mənbə: Edebiyyatqazeti.az

EhtiramlaAZƏR TURAN

AZƏR TURANIN DİGƏR YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azər Turan – 1963

Neftçalalı ziyalılarımızı tanıyaq

Tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

AZƏR TURAN

Əbilov Azər İmamverdi oğlu 1963-cü ildə Neftçala rayonunda anadan olub.

Neftçala şəhər 1 nömrəli tam orta məktəbində təhsil almışdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. “Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Neftçala rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, “Yeni Azərbaycan” qəzetində humanitar şöbənin müdiri, “Ədəbiyyat” əlavəsinin məsul redaktoru, “Ədəbiyyat qəzeti”ndə baş redaktorun müavini, baş redaktor əvəzi vəzifələrində çalışmışdır. 2015-ci ildən “Ədəbiyyat qəzeti”nin baş redaktorudur.

Müxtəlif illərdə Prezident Təqaüdünə, “Hüseyn Cavid” mükafatına, “Qızıl Kəlmə” mükafatına, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına, “Rəsul Rza” Mükafatına, “İlin alimi” adına, “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanına, “Səməd Behrəngi” mükafatına, TÜRKSOY tərəfindən Vamberi medalına və “Ədəbiyyat adamı” mükafatına layiq görülmüşdür.

Yaradıcılığa 1980-ci illərin əvvəllərində başlayıb. İlk yazıları “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdur. 40-dan artiq kitabı nəşr olunub. Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı kimi tanınan Azər Turan, əsasən, türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edir. Silsilə yazıları Azərbaycanda və xarici ölkələrdə dərc olunub.

İstanbulda, Ankarada, Moskvada, Tbilisidə, Bakıda, Almatıda, Daşkənddə keçirilən elmi konfranslarda məruzələrlə çıxış edib.

10-a yaxın filmin ssenari müəllifidir.

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabının təqdimat mərasimi – Video

Xalq rəssamı Sakit Məmmədovun mənzil muzeyində Sakit müəllimin “Qəbulə xanımın portreti” tablosunun və Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabının təqdimat mərasimi baş tutub. Bu unudulmaz və qeyri-adi təqdimat mərasimində Azərbaycan ədəbiyyatının, elminin, mədəniyyətin görkəmli simaları, millət vəkilləri, ictimai-siyasi xadimlər, xaricdən gəlmiş qonaqlar iştirak ediblər. Video material:

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabı çapdan çıxıb – Təbrik!

Qardaşım Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabı çapdan çıxıb.Kitab,dövrünün siyasi həyatına fövqaladə təsir göstərmiş Salyanlı Qəbulə xanım haqqındadır.Salyan naibi Həsən bəyin həyat yoldaşı Qəbulə xanım I Pyotrun müasiri olub.I Pyotr özünün say- secmə generallarından olan Matyuşinə, Qəbulə xanım haqqında “…Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür.Ondan ehtiyatlı olmaq lazımdır ki,bir bədbəxlik üz verməsin” deyə təlimat verirdi.Dünyaya hökm edən I Pyotr Qəbulə xanımdan niyə bu qədər eytiyat edirdi ki?..Tezliklə bu ehtiyatın səbəbi məlum olur.1729-cu ilin sentyabr ayında, “…Bakının rus ordusu tərəfindən işğalından bir neçə ay sonra Qəbulənin əri,Salyan naibi Həsən bəyin zamanında Salyan,rusiya təbəəliyin qəbul etdi…Bir neçə gündən sonra rus ordusunun podpolkovniki Zambulatovun süvarı batalyonu tərəfindən Kür çayının sahilində,naib Həsən bəyin malikanəsinin qənşərində qərərgah qurulur…Bir gün Zambulatov səkkiz nəfər yüksək çinli zabitiylə Həsən bəyin malikanəsindəki ziyafərə qatıldı.Ziyafət zamanı otağa silahli adamlar girdi və Zambulatov da daxil olmaqla,Salyandakı bütün rus zabitləri qətlə yetirildi.Və bu qətl rus tarixçilərinin yazdıqlarına görə xususi amanslzlıqla törədildi”.Rus tarixçilərinin yekdil qənaətlərinə və şahidlərin ifadələrinə görə ” .. bu qanlı hadisənin başında Həsən bəy deyil,onun xanımı Qəbulə xanım dayanırdı”.
Bu qətl hadisəsi hansı səbəbdən baş vermişdi? Dəqiq,etibarlı və təkzibedilməz qaynaqlar əsasında yazılmış “Qəbulə xanım və I Pyotr” kitabında Azər, bu və digər suallara tam aydınlıq gətirir.
Qəbulə xanım heç şübhəsiz ki,təkcə Azərbayçan tarixinin deyil,ümumtürk,hətta dünya tarixinin ən önəmli,qəhrəman simalarındandır…Qəbulə xanım haqqında rus ədəbiyyatının ən məşhur və önəmli isimlərindən olan Aleksandr Sergeyeviç Puşkin də yazıb.Puşkin I Pyotr haqqında yazdığı kitabda Qəbulə xanımı “Knyagina” titulu ilə qiyaslandırıb. I Pyotr zamanında yaşayan tarixçilər də,rus tarixşünaslığının sonrakı görkəmli şəxsləri də Qəbulə xanım haqqında yazıblar.Azər öz kitabında həmin müəlliflərdən də yeri gəkdikcə,öz kitabının əsas qayəsinə xidmət edən sitatlar gətirir.
Azər bu tarixi hadisəni haqlı olaraq “Rus işğalına qarşı ilk böyük qiyam” kimi dəyərləndirir…Kitabdakı faktlar da Azərin yazdıqlarını təsdiq edir.
Azərbaycanda ilk dəfə Qıbulə xanım haqqında məlumatı Abbasqulu ağa Bakıxanov özünün məşhur “Gülüstanı İrəm” əsərində verib.O vaxta qədər isə,elə Pyotrun zamanında Qəbulə xanımın əfsanəvi qəhrəmanlığını unutdurublar.Nəinki qəhrəmanlığını,hətta bu qəhrəman xanımın adını da unutdura biliblər…Hər halda tariximizdə Qəbulə xanımdan sonra Azərbaycanda kimsə öz qız övladına Qəbulə adını verməyib.
Bu cazibədar qəhrəman xanım haqqında Azər ilk dəfə 2012-ci ildı çap etdirdiyi “Darülmömün” kitabında yazıb.Amma bu mövzu daima Azərin diqqət mərkəzində idi.Nəhayət bu ilin 31 yanvarında Azərin “Əbəbiyyat qəzeti”ndə Qəbulə xanım haqqında yeni bir yazısı çap olundu.Yazı çap olunan günü, Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov Azərin həmin yazısını oxuyur.Həmin ərəfələrdə Sakit müəllim “teleqraf informasiya agenliyi”nə verdiyi müsahibədə,jurnalıstin “Əsərlərinizi yuxuda görürsünüzmü?” sualına Sakit müəllim belə cavab verir:
” -Yuxuda gördüyüm əsərlər çox olub.Dostum Azər Turan Qəbulə xanım haqqında bir yazı yazıb.Mən həmin yazını oxudum.Sonra arzu etdim ki,kaş gözümün qarşısına gələydi.Yatdım,yuxuda Qəbulə sarı paltarda gözümün qarşısına gəldi.Qəbulə haqqında rəsm çəkdim…
Azər Turan bu yaxınlarda mənə zəng edib dedi ki,bir alman sıyyahı Qəbulə haqda yazıb ki,”qızıl sapdan toxunmuş paltar geyərdi”. Bu sözü mənə portreti çəkdikdən sonra dedi”.
Həmin ərəfələrdə Azər də,Sakit müəllimin çəkdiyi portret haqqında yazıb:
“-…Qəbulə xanım haqqında məqaləm qəzetdə çap olunandan sonra,yəni ertəsi gün,günorta saatlarında Xalq rəssamı Sakit Məmmədov mənə eskiz halında bir qadın portreti göndərdi, “bu qadın kimdir?”- deyə soruşdu. “Qəbulədir- dedim.Qəbulənin metafizik bir aləmdən baxan obrazıdlr”…Sakit müəllim: “Yazını oxuyandan sonra yatıb bu qadını yuxuda gördüm”-dedi. Qəbulə 300 ildən sonra,bəlkə də ilk dəfə kiminsə yuxusuna gəlmişdi.Yaxşı ki, yuxusuna gəldiyi adam rəssam idi.Özü də yaxşı ki,o rəssam Qəbulənin eloğlusu idi.Həm də yaratdığı gözəl qadın obrazları ilə dünyada məşhur olan bir rəssam”.
Sakit müəllim “Qəbulə xanımın portreti” ni bir aya çəkib tamamlayır. Bu bir ay ərzində Azər də “Qəbulə xanım və I Pyotr” kitabını yazıb bitirir.Azərin və Sakit müəllimin bu duygusal iş birliyi heç şübhəsiz ki,Azərbaycan Təsviri sənətinə və içtimai fikir tariximizə iki möhtəşəm əsər qazandırdı.
Azərin “Qəbulə xanım və I Pyotr” kitabının üz qabıgındakı rəsm Xalq rəssamı Sakit Məmmədovun haqqında söhbət açdığımız “Qəbulə xanımın portreti” əsəridir.
“Qəbulə xanım və I Pyotr” kitabının redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru,Milli Məçlisin üzvü Elnarə xanım Akimovadır.

Mənbə və müəllif:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ulduz”lu görüşlər”in növbəti qonağı Azər Turan olub

“Ulduz”lu görüşlər”in növbəti qonağı Azər Turan olub
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı “Ulduz” ədəbiyyat dərgisinin layihəsi davam edir.
“Ulduz”lu görüşlər”in növbəti qonağı tənqidçi, publisist, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan olub. AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri iştirak ediblər. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs türk məfkurəsini öz həyat amalına çevirən Azər Turanın həyat və yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib. “Ulduz” jurnalının şöbə redaktoru Taleh Mansur dəyərli kitablar müəllifi olan Azər Turanla görüşün tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb. Azər Turan görüşü təşkil etdiyinə görə “Ulduz” ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Qonaq zəngin milli düşüncə tariximizə nəzər salaraq, ədəbiyyatımızda geniş yer tutan türk təfəkkürü, özünüdərk, vətən və millət mövzuları ətrafında fikirlərini bölüşüb. Nizami Gəncəvi, Əhməd Cavad, Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə kimi dühaların yaradıcılığının öyrənilməsinin əhəmiyyətini qeyd edib. Sözügedən mövzularda tələbələri maraqlandıran suallar cavabalandırılıb, onlara Azər Turanın imzalı kitabları hədiyyə edilib.


Layihənin növbəti qonağı şair Baba Vəziroğlu olacaq.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Südabə Məmmədova – “Debüt” kitabı

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xəlil Rza, Azər Turan və kitab – Maraqlı əhvalat

Əvvəlki yazımda – Etibar və Azər Əbilovlar – Foto – Azərlə 1984-cü ilin 17 noyabrında Bakıda çəkdirdiyimiz fotonu paylaşaraq yazmışdım ki, həmin günün səhərisi Azəri Biləcəridən hərbi xidmətə yola salacaqdım… İndi həmin günlə bağlı digər bir xatirəmi paylaşıram. Həmin fotonu çəkdirməmişdən əvvəl Azər telefon köşkündən (2 qəpikliklə danışdığımız telefon köşklərini yəqin ki,xatırlayırsıız) Xəlil Rzaya zəng etdi və səhər hərbi xidmətə yola düşəcəyini dedi. Mən Azərin lap yaxınlığında idim və xəttin o biri başında Xəlil Rzanın əsl Salyanlı ləhcəsi ilə: -Gə bizə! (Gəl yox, gə)- dediyini eşitdim.Şəkili çəkdirib birlikdə Xəlil Rzanın Əli Bayram (ov) – (bu cür yazı üslubu da Xəlil Rzaya məxsus idi, soykökündəki “ov” larl mötərizədə yazırdı) – küçəsində yerləşən evinə gəldik. Azər qapını döydü. İcəridən Xəlil Rzanın səsi eşidildi:
-Qapı açıqdır. İçəri keçin.
İcəri keçdik. Xəlil Rza böyük otağın sol tərəfində olan və böyük otaqdan arakəsmə ilə ayrılan iş otağında makina arxasında əyləşib makinada nə isə yazırdı.Gözünü yazıdan ayırmadan, şux bir ovqatla:
-Şekspinin məşhur “Olüm, ya ölüm” sözü ingiliscə “Tubi, not tubi” kimi səslənir. -Bunu deyib gözünü makinadan ayırdı və bizə müraciətlə, eyni zamanda nikbin ovdaqlı uca səslə:
-Tubi, not tubi?- dedi və sonra yenə Salyan ləhcəsi ilə -Ala, Tubi e- deyərək ayağa qalxdı. Bırlikdə böyük otağa kecdik. Xəlil Rza stolun üstünə cürbəcür məzələr düzdü. Əyləşməmişdən əvvəl mənə -O balonu mənə ver gorüm- dedi. Bir qədır kənarda kiçik bir qolabın yanında olan balonin icərisindəki maye, qoz ləpəsindən çəkilmiş araq idi… O unudulmaz, şirin söhbət zamanı görkəmli aktyor Mikayıl Mirzə də gəldi….Məclis gecədən keçmişə qədər davam elədi. Həmin məclisdə Xəlil Xza Azərə “Hara gedir bu dünya…” adlı kitabını bağışladı. Azərə davamlı olaraq ona məktublar yazmağı tapşırdı (onu da deyim ki, hərbi xidmət illərində Azər Xəlil Rza ilə müntəzəm məktublaşdı. İndi Azərin Xəlil bəyə, Xəlil bəyin Azərə yazdığı məktublar Azərdədi. Tarixi və son dərəcə maraqlı olan həmin məktubların kitab kimi çap olunmasını şəxsən mən çox istəyirm) və Azərə uğurlu xidmət arzuladı. Gecəni qalacacağımız evə bizi öz maşını ilə Mikayıl Mirzə gətirdi.
Əslində mən bu yazını Xəlil bəyin Azərə bağışladığı kitabla bağlı yazmağı fikirləşmişdim. Amma xatirələr çözələndi.Yadddaşa,ömrə də etibar yoxdu…
Nə isə, səhər Biləcəriyə gəldik. Bərk yağış yağırdı. Biləcəridə Neftçaladan da uşaqlar var idi. Hamımız bir yerə yığışmışdıq. Kitab mənim əlimdə idi.Adil adlı bir Neftçalalı, kitaba baxmasını istədi. Verdim. Amma kaş verməyəydim… Kitab onun əlindən yerə, palcığın içərisinə düşdü. Mən həyəcanla: -Sən neylədin?- deyəndə, Adil heç nə olmayıbmış kimi: -Nə olub, kitabdı də…- dedi.
Adil mənim o kitabla bağlı keçirdiyim hissləri, təbii ki, anlamaq iqtidarında deyildı.

Mən kitabın palcığını cib dəsmalımla təmizlədim. Yadımdadı, cib dəsmalım bütövlükdə palcığa bulaşsa da, kitab tam təmizlənməmişdi. Məcbur olub plaşımın qolu ilə qalan palçıqlı yerləri də təmizlədim… Azəri həmin gün hərbi xidmətə yola saldım. Həmin günün axşamı özüm də evə gəldim. Vərəqlərində palçıq ləkəsi qalmış kitab da məndə idi.
Şəkildə görürsünüz, həmin kitabdan iki dənədir. Xəlil bəy hər iki kitabı avtoqrafla Azərə yazıb. İkinci kitabı Xəlil bəy Azərə hərbi xidmətdə olarkən göndərib. Bilmirəm, Azər kitabın aqibətini, palcığa bulaşmasını ona yazıbmış, yaxud həmin kitabı hərbi xidmətdə oxumaq üçün istəyib… Xəlil Rza da kitabını ikinci dəfə İrkutskda xidmətdə olan Azərə göndərib.
Allah unudulmaz Xəlil bəyə rəhmət eləsin.

Mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən:

ƏBİL ƏBİLOVUN YAZILARI

AZƏR TURANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Etibar və Azər Əbilovlar – Foto

Bu foto 1984-cü ilin 17 noyabrında Bakıda çəkilib. Həmin günün səhərisi – 18 noyabrda Azər Biləcəridən hərbi xidmətə yola düşdü.

Mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən:

ƏBİL ƏBİLOVUN YAZILARI

AZƏR TURANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru