20-YANVAR UMUMXALQ HÜZÜN GÜNÜ
QAYSAQ TUTMAYAN YARAMIZ
Bir ömürlük nisgil
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 33 il keçir. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi ümumxalq hüzn günü! Şükür Səhidlərimizin ziyarətinə mənfur düşmən tapdağından Qarabağımızın xilası, Qələıbə müjdəsi ilə gedirik!
Nəsirov Yanvar Şirəli oğlu (01.01.1957-ci il 20.01.1990-cı il)
Qüvvətli, qolu güclü, Vətən, dost yolunda ölümə gedən oğlan idi Yanvar. Topxana meşəsində ermənilərin törətdikləri vəhşiliyə etiraz əlaməti olaraq 1989-cu ildə Azərbaycan xalqının igid oğulları Azadlıq meydanında vətənin müdafiəsinə qalxanda Yanvar Nəsirov da bu meydanda idi. Hər gün işdən sonra Azadlıq meydanına gedib nəyə gücü çatırdısa, o köməkliyi əsirgəmirdi. Vətəninə, xalqına biganə qala bilmirdi. Hadisələrin qarışıq vaxtı hər axşam bütün qohum əqrabalarla telefon vasitəsi ilə hal-əhval tutmamış rahatlanıb yatmazdı.
Nəsirov Yanvar Şirəli oglu 1957-ci ildə yanvarın 1-də Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. 1964-cü ildə Gülablı kənd orta məktəbinin I-ci sinfinə daxil olmuş, 1974-cü ildə orta məktəbi bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində peşə təhsili almaqla yanaşı istehsalat obyektlərinin inşasında çalışmağa başlayıb.
Hadisələr baş verəndə oğlunun iki yaşına iki ay qalırdı. Yanvar isə həyatda artıq yox idi. Yanvar ata yanvar ayında qalmışdı. Yanvar ayından bəri çıxa bilməmişdi.Torpaq, Vətən dərdi yük olub ürəyindən asılmışdı, sevincini azaltmışdı. Gecə–gündüz tək bircə söz–söhbəti var idi. Vətən… Torpaq…
Şəhid xanımının mücadilələrdən keçən uğur yolu
1987-ci ildə öz həmkəndlimiz Yanvarla ailə həyatı qurduq deyir Almara xanım. Həyatımızın xoşbəxt günlərini yaşayırdıq. 1988-ci ildə oğlumuz dünyaya gəldi. Hər ilin yay fəslini Gülablıda dağlar qoynunda keçirirdik. Ağdam – Gülablı mənim üçün vətəndir, həyatın başlanğıcıdır… Uşaqlığı, məktəb illəri, ilk iş yeri, 24 yaşına kimi bütün həyatım orda keçib: -“Gülablı əvvəllər Şuşa qəzasının tərkibində
olub. Bizim kənddən arxa tərəfdəki yolla Şuşaya at arabası ilə 2 saatlıq yol idi. Ədiblərin də yazılarında var ki, Şuşaya dayələri bizim kənddən aparırdılar. Saf suları, təmiz havası, bərəkətli torpağı vardı. Kəndimiz dörd tərəfdən dağlarla əhatə olunmuşdu. Arxa tərəfdə Çıraxlı, Hacadağlar idi. Kəndin düz ortasından çay axırdı. Gedib Ağdamın Qarqar çayına birləşirdi. Belə bir səfalı torpaqda dünyaya göz açmışam, orda böyümüşəm. Çox dəcəl qız idim. Rəfiqəm Gülbənizlə gedib girirdik şah bağlarına. Armud, qoz, zoğal… bağları sırayla salınmışdı.Yazın gəlişi məni bütün varlığım ilə bu torpağa çəkib aparırdı. Özünün işi olanda da mən uşaqla kənddə qalırdım, o, şəhərlə kəndin arasında. Ən yadda qalan günümüz balaca Həsənin kəndimizdə ayaq açıb yeriyən günü olub.
. Axşam saatlarında evə gəldi, çörəyini yeyib sonra “qardaşımgilə baş çəkim gəlim, məni bankalayarsan,” dedi. Körpə Həsən atasını gördükdən sonra ondan ayrıla bilməzdi. Ona görə onu da özü ilə apardı. Yarım saatdan sonra onlar evə gəldilər. Körpəni mənə verdi ki, yatırım, ondan əl çəksin. Özü küçəyə çıxdı.
Həmin gün də işdən evə gəlib, çörəyini yeyib, vəziyyətin nə olduğunu bilmək üçün küçəyə çıxır. Bir müddətdən sonra evə qayıdıb həyat yoldaşına söylədi ki, şəhərdə vəziyyət heç də ürək açan deyil. Mən gedirəm görüm vəziyyət nə yerdədir.
Soruşdum – Hara gedirsən?
– Vəziyyətlə tanış olub qayıdıram. Sən körpəni rahatlayıb yatırana kimi gələrəm. Qapını açarla bağlayıb, açarı da qonşuda yaşayan qardaşı Şiraslanın həyat yoldaşı Tərlana verib. Əvvəllər Yanvar Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 6-da bacı-qardaşları ilə bir həyətdə yaşayırdı. Sonra qapının arxasından səsləndi ki:
– Qorxsan divarı döyərsən Tərlan gəlib qapını açar. Eşitdin???
Axşam saat doqquz olardı. O çıxıb getdi. Mən oğluma gecə köynəyini geyindirib yatırmağa apardım. Uşaqla barəbər özümü də yuxu aparıb. Bir də onda ayıldım ki, sanki zəlzələdi. Küçəni qışqırıq, səs, küy, güllə səsi başına götürüb. Vahimə ilə yerimdən qalxdım, onu səslədim, gördüm gəlməyib. Özümü bayıra atmaq istədim. Əlimi qapıya atıb dartdım, gördüm bağlıdır. Yadıma düşdü ki, açarı qonşuya verib. Divarı möhkəm-möhkəm döyməyə başladım. Şiraslangili yuxudan oyatdım. Dedim:
– Şəhər güllə səsindən dağılır. Yanvar da gəlib çıxmayıb. Tez gəlin qapını açın. Onlar gəlib qapını açdılar. Mən özümü küçəyə atdım. Göydən güllələr ulduz kimi uçub yerə tökülürdü.
Bu zaman oğlum yuxudan dik atılıb elə bərkdən ağladı ki, səsi küçəyə gəldi. Mən tez gəlib onu ovundurmağa çalışdım. Xeyli ağlayandan sonra sakitləşib yatdı. Küçədə hamı ayaq üstə idi. Gecə yarı gedənlər iki-bir geri qayıdırdılar.
Səhəri diri gözü açdıq, Yanvar gəlib çıxmadı. Qardaşı Şiraslan kənarda yaşayan qohumların hamısından onu soraq aldı, gördüm deyən olmadı. Şübhələr mənim qəlbimi didib parçalayırdı. Qəlbimə qara fikirlər gəlirdi. Düşünürdüm ki, o heç vaxt ailəni başsız qoymayıb. Harda olsa xəbər verib. Bilirdi ki, onsuz səksəkə içində oluram. Başında bir iş olmasaydı, ya xəbər verərdi, ya gələrdi. Səhərə kimi gözlədik. Ondan xəbər verən olmadı. Bu zaman qardaşı Şiraslan qayıdıb ondan xəbər olmadığını xəbər dedi. Məni hönkürtü ilə ağlamaq tutdu. Yenidən bacısı Ulduz, Şiraslan, onun yoldaşı Tərlan xəstəxanaları axtarmağa getdilər. Bakı şəhərində olan xəstəxanaların hamısını gəzdilər.
Yanvar yola çıxıb. Avtobus dolu adamın uzaqlaşdığını görüb fit çalıb. Avtobus fitdən qorxub dayanıb. Yanvar özünü birtəhər avtobusa salıb.
Sürücü deyir avtobusu saxladım. O da qaça-qaça gəldi. Dal qapıdan hamını sıxışdırıb içəri keçdi. O boyda avtobusdan təkcə güllə ona dəydi. Bəxtə bax e…Mən avtobusu saxlamasaydım, o minməsəydi sağ qalacağdı… Yüz metrə qaçıb mindi avtobusa. Ölümə gedirmiş, mən də bilmirəm.
Avtobus sürücüsü Vəli bu cumlələri Yanvarın son cümə axşamında deyib.
Qaynım Şiraslan bacısı Ulduz qaynımın yoldaşı qonşu Vəlinin maşını ilə yenidən onu axtarmağa getdilər. Xəstəxanaların hamısını ələk-vələk etmişdilər, tapa bilməmişdilər. Salyanski kazarmanı axtarıb gəlib onu Kaspar xəstəxanasında olan meyidlərin arasında tapmışdılar. Olimp mağazasının qabağında güllə ağ ciyərinə dəyib, gətiriblər ora. Çox qan itirdiyindən keçinib.
1990-cı ilin yanvarında Sovet Ordusunun Bakı şəhərinin üzərinə yeritdiyi silahlı əsgərlər dinc əhaliyə qarşı qırğın törətmiş, qan tökmüşdür. Sovet tanklarının qarşısına əliyalın, silahsız çıxan xalqa qarşı terroristlər vəhşicəsinə divan tutmuş və yüzlərlə insanların həyatına son qoymuşdular. Nəsirov Yanvar Şirəli oglu şəhid olmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin!
Axşam üstü onu Təzə Pir məscidindən evimizə gətirdilər. Bir gecə bizə qonaq oldu. Səhəri dövlət nümayəndələri gəldilər ki, xalq, vətən uğrunda şəhid olanların hamısını bir yerdə “Dağüstü” parkda dəfn edəcəyik. Xalqın böyük izdihamı ilə biz onu şəhidlər xiyabanında dəfn elədik. Allah torpaq uğrunda uyuyan bütün şəhidlərimizə rəhmət eləsin!
“İllər sonra o uşaqlıq arzumu həyata keçirdim”
Bir gün gözləmədiyi zamanda qapı döyülür. Qənşərdə tanımadığı dörd nəfər vardı. Özlərini təqdim edərək, Bakı Dövlət Universitetindən gəldiklərini dedilər. Şəhid xanımı kimi nəyə ehtiyacı olduğunu soruşdular, vəziyyətlə maraqlandılar. Həmin gün onun taleyində dönüş yarandı: “Ürəyimdəkiləri danışdım tanımadığım o insanlara. Həmin günlər hamı üçün çətin idi. Və həmin günlərdə qapımı bizlə maraqlanan insanlar döymüşdü. Bu, həm xalqımızın müdrikliyini, həm də Bakı Dövlət Universitetinin böyük kollektivinin qayğıkeşliyini göstərirdi. Özüm də inana bilmirdim onlara. Həmin gün həyatımın axarı dəyişdi. Məni universitetə işə götürdülər”.
Almara Nəbiyeva 1990-cı ildə BDU-nun fizikia fakültəsinin ümumfizika kafedrasında baş laborant preparatoru kimi işə başlayır. Elə işləyə-işləyə də imtahanlara hazırlaşır. Məktəb illərində arzusunda olduğu ixtisası seçmək qərarına gəlir: “Uşaq vaxtından Azərbaycan dili-ədəbiyyatı fənnini çox sevirdim. O sevgini Şiraslan müəllim aşılamışdı. Bizim evdən məktəbə bir kilometr yol idi. Hər dəfə yolda müəllimlə rastlaşanda çantamı götürüb aparırdı. Onun diqqəti sayəsində bu fənni sevmişdim. Mən də dil-ədəbiyyat müəllimi olmağı arzulayırdım. Amma o vaxt arzularım yarımçıq qaldı. İllər sonra mən o uşaqlıq arzumu həyata keçirdim. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Qiyabi oxuyurdum, işləyirdim, oğlum da bağçaya gedirdi”.
1992-1993-cü illərdə isə Almara Nəbiyeva həyatının üçüncü ağır zərbəsini aldı. Doğulub boya-başa çatdığı Gülablı kəndi 1992-ci ilin sentyabrında, bütünlükdə Ağdam isə 1993-cü ilin iyulunda erməni qəsbkarları tərəfindən işğal olunur. Almara xanım 1995-1997-ci illərdə Folklor kafedrasında laborant, 1997-2012-ci illərdə baş laborant vəzifəsində çalışır. 1999-cu ildən həmin kafedrada müəllim işləyir. Eyni zamanda elmi işlə məşğul olur. 2012-ci ildən universitetin “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisidir. Elə həmin il folklorşünaslıq ixtisası üzrə “Müasir dövr aşıq yaradıcılığı (Qarabağ aşıq mühiti materialları əsasında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. 30-dan çox elmi və publisistik məqalənin müəllifidir. Hazırda isə doktorluq üzərində çalışır. Bir sözlə, gəncliyi, həyatı mücadilələrlə, mübarizələrlə, çətinliklərlə keçib. Amma heç kəsə ağız açmayıb, 20 Yanvar şəhidinin xanımı olduğunu əlində bayraq etməyib: “Sağ olsun bacı-qardaşlarım. Həyatımın ən çətin dönəmlərində mənə kömək etdilər, əl tutdular. Çox çətinliklərim olub. Amma özümə sığışdırmamışam kiməsə zəng vurub deyim ki, nəyəsə ehtiyacım var. Yaxud şəhid xanımı olmağımdam istifadə etməmişəm. İnsan gərək özünə hörmət etsin ilk növbədə. Kiminsə qapısını döymək, ağız açmaq təbiətimdə yoxdu. Mən heç oğlumun da yanında ağlamamışam. Ac-susuz olduğumu balama göstərməmişəm. O, atasının şəhid olduğunu da bilmirdi. Demişdik atan müharibədədir. 4-cü sinifdə dərslikdə atası haqda məlumat vardı. Həmin dərs keçirilən gün oğlumu məktəbə göndərmədim. Dedim, birdən dərs keçiriləndə özünü pis hiss edər. Elə həmin gün qarşıma qoyub danışdım, izah etdim. Hər uşaq atasının yanında olmasını istəyər, əlbəttə. Amma gücüm çatan qədər qoymamışam sıxıntı çəksin, başqa uşaqlardan geri qalsın. Çox şükür, oğlumu böyütdüm, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirdi. Artıq ailə də qurub. Beləcə, həyat dayanmır, öz axarı ilə gedir. Sadəcə, gedənlər geri gəlmir… Bir də həyatda insana yalnız elədiyi yaxşılıqlar qalır, başqa heç nə…
“Ötən günlərimi qaytaraydılar…”
İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir ümdə arzusu olur. Almara Nəbiyeva da illərdir qəlbində bir arzu ilə yaşayır – Ağdama, Gülablıya heç olmasa bircə dəfə yenidən ayaq basmaq: “Kəndimizi tez-tez yuxuda görürəm. Həyətimizi, bağ-bağatımızı, kəndin ortasından axan çayı… Gah görürəm o çayda üzürəm, gah hansısa dağa çıxıram… Hər dəfə ötən günləri yada salanda xatirələr adamı doğma yerlərə çəkib aparır. Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini xatırlamasın. Doğulub boya-başa çatdığı kəndin şirin xəyallarının qanadlarında dolanmasın. İllər ötür, bu xatirələr də səninlə yaşayır, o yerlərin insanları, dağı-daşı, bağı-bağatı ömürlük yaddaşına köçür. Hələ də kəndimizin həsrətini çəkə-çəkə, yollara baxa-baxa gözləri yolda qalmışam. Hər bahar fəsli gələndə qəlbimdə o yerlərin gözəl təbiətini, buz kimi bulaqlarını, təmiz havasını, çiçəklərinin ətrini, quşların cəh-cəhini bütün varlığımla duymaq həsrəti baş qaldırır. Ürəyimdən keçir ki, bir kəndə getsəydim, barlı-bağatlı torpağıma ayağım dəysəydi, yeri-yurdu dolanıb gəzsəydim… İllərdir, bu böyük xoşbəxtlik əlimdən çıxıb. Amma hələ ümidimi üzməmişəm. İnanıram ki, üzümə az gülən taleyim heç olmasa bu dəfə mənə xoş baxacaq”…Gözün aydın Şəhidi,Gözün aydın şəhid Xanımı.
AĞDAM QAYDIŞIN MÜBARƏK OLSUN!
Allahın lütvüdür, böyük məhəbbəti!
Müqəddəs ruhların oyaq günündə!
Məhz Cümə günündə Ağdam azaddır!
Minlərlə şəhidi var Ağdamın!
Şəhid vermədən azad olan Ağdamın!
Şükür olsun intiqamı alındı!
Məçidində ilk namazda qılındı!
Qarabağın dayaq nöqtəsidir Ağdam!!!
Şir ürəkli oğulların var olsun!!!
Gözünüz,Gözümüz aydın olsun!!!
Vətənin dünyada təqdim edən!
Elimlə Baş Ucalığı gətirən!!!
Elimİnə,sənətinə,elinə heyran!!!
Qəlbi evini rahat edən qüdrətə qurban!!!
Yol gedir Ağdama, düz gedir Ağdama!!!
İstəməyənlərin gözlərinə Ağ dama!!!
Elin qürur yeridir!!!
Muğamın beşiyidir!!!
Dünyada ilklərə imza atan!
İdiglərin var Ağdam!!!
Düşmənə dağ çəkdirən
Fred Asifin,Allahverdin!
Canpoladın, Şirinin var!
Daha çox şəhidin var!!!
Qürüru var Ağdamın!
Sınmaz, əyilməz!!!
Yalın əllə düşmənin boğazın üzən!
Say seçmə oğulların!!!
Allah möcüzəsi var!!!
Mükafarı, müjdəsi var!!!
Ziyalısı, alimi, incəsənət xadimləri!!!
Yeni Eranın elminin müəllifi Ağdamlıdır!!!
Öz elmi, sənəti ilə Bəşəri xidmətdərir!!!
Elm İnsanlığın xilasına xidmət edir!!!
MÜQƏDDƏS RUHLARA EHTİRAMI VAR!
VÜQARLI, QÜRURLU AĞDAMIMIZ VAR!
VƏTƏN İGİD OĞULLARIN ÇİYNİNDƏ DAYANIR!
Qələbə müjdəsini verən oğullar!!!
Sizlərlə Qururludu Vətən Oğullar!!!
Tarixinə sahib çıxmaq zamanıdır!!!
Bunun üçün şəhid olub oğullar!!!
Mənfur düşmənin belini qıran,
Düşməni diz çökdürüb,qan uduran,
Qələbə çalalan Oğullar!!!
Qanınızı aldılar, ŞƏHİDLƏR!!!
Qarşınızda baş əyirik!!!
Haqqınız boynumuzadadır!!!
Sizlərə rəhmət deyirik!!!
Sizləri unutmayağa haqqımız yox!!!
Dəmir Yumruquq tək birləşib!
Əldə Qılınç Ali məqsədə çatmaq!!!
Tarıxi torpaqlarımıza sahib olmaq!!!( Z.V)
RUHIARI ŞAD OLAN ŞƏHİDLƏRƏ HÖRMƏT VƏ EHTİRAMIMIZ ŞONSUZDUR!!!
Müəllif: Zülfiyyə VƏLİYEVA
ADPU-nun ETM-nin elmi işçisi, Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi Layihəsi üzrə Milli məsləhətçi, Əməkdar müəllim.
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru