Gül kimi yatmışdım Mən,
oyatdın Sən yuxudan.
Səs salıb qulağımda
vicdanımı oyatdın…
Ağrımırdı heç yerim,
sızlamırdı heç yanım.
Niyə oyatdın məni?
Niyə ayıltdın məni?
-Ayılmasan batardın
kirli əməl dərftərində…
Bu səs vicdanın səsi…
Aradabir onu dinlə!
_ _ _
Yetişməmiş arzular –
çin olmamış yuxular.
Çəkiləndə buludlar
açılmış gözün aydın…
Xəyallara dalma çox;
Ruhla, canla oynama…
Boş əllərlə oyanma…
_ _ _
Xəyal şirin, real həyat zəhərdi,
Kim islandı, kimsə getdi irəli…
İslanmışın yağışdan qorxusu yox…
Gün çıxarsa, ardınca qaç irəli…
Xəyal şirin, real həyat necədi?…
_ _ _
Satılmış çörəyin
qarşılığı para imiş…
Satılmış vicdanın
qarşılığı yara imiş…
Satılmış eşqin
qarşılığı yuva imiş…
Satılmış insanlığın
qarşılıği qarğış imiş…
Para dolu, yara dolu,
qarğış dolu yuvanda
necəsən əzizim?!
_ _ _
İki üzlü həyat dadın nətərdi?
Bir tərəfin sevinc, biri qəhərdi…
Bir tərəfin şirin, biri zəhərdi…
Bir tərəfin bolluq, biri qəhətdi…
İkiüzlü həyat dadın nətərdi?
_ _ _
Qəpikləri yığıb dilənən adam,
çox istərdim səxavətinə çatam…
Səni küncə sıxıb dərdlə sınayan
köksünə bir isti, bir işıq qoymuş.
Verdiyin pay səni əlbət ucaltmış…
Uca oldun sultanlardan, şahlardan…
Son tikəni bölüb verdin ürəklə…
Rəbbim sınamasın bizi çörəklə.
Mükafatın ucasına layiqsən!
Çox adama ibrət verdin bunla sən!…
_ _ _
Həqiqətə baxmaq üçün göz gərək,
Dözmək üçün ayaq altda köz gərək.
Bu dünyanın sən nazını çək görək.
İmtahan çox, ağır sınaq, döz görək…
Müəllif: AFƏT ŞAHİD
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru