Kəlbəcər
Başımı götürüm kaş elə gedəm,
Ürəyim olubdu bil didəm – didəm.
Ha özümə istəyirəm yer edəm,
Yerim yoxdu Kəlbəcərdən savayı.
* * *
İstəyirəm arada bir sevinəm,
Ay insafsız, ailən oldum, evinəm.
Qəlbi ağlar – ağlar qaldım, gözü nəm,
Ərim yoxdu Kəlbəcərdən savayı.
* * *
Ahu – fəğan, fəryad içindəyəm mən,
Doğmam durub, bil yad içindəyəm mən.
Ay dinsizlər, imdad içindəyəm mən,
Dirim yoxdu Kəlbəcərdən savayı.
* * *
Gəlib görsən bir sümüyəm, bir ətəm,
Elə bil ki, mən nökərəm sən hatəm.
Qorxaqlardı, yaltaqlardı əhatəm,
Nərim yoxdu Kəlbəcərdən savayı.
* * *
Murovun havasın çəkirəm hərdən,
Gözümdə canlanır o yerlər birdən.
Bu günədək qalmadım bir xeyirdən,
Şərim yoxdu Kıbəcərdən savayı.
* * *
İndiyədək bu dünyadan pərim yox,
İşləmədim, alınmda bir tərim yox.
Nə haldayam? Bəzəyim yox, bərim yox,
Zərim yoxdu Kəlbəcərdən savayı.
Müəllif: Şəlalə CAMAL
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru