
Zaqatala rayonu Muğanlı kənd sakini Kifayət Mütəllib qızının yazdığı şeirlərdən bir neçəsini təqdim edirik…
ADSIZ
Deyirdim həsrətin küləyə dönüb
Bəlkə saclarimi qarıyacaqsan
Düşən yarpaqların ardindan baxib
Yəqin son baharda arıyacaqsan?
Xəzanda tökülüb örtüb yolları
Gedişin eləcə o son gedişdi
Özüm yazmişdimki oxu oları
Cavabda vermədin axı nə işdi
Nə qədər o, bunu qoruyacaqsan
Bir qayıt özünə hələ mən sagam
İnan mənsizlikdən aglıyacaqsan
Hecmi fikirləşmədin
birdən olmaram.
Bagişla ürəyim..
İllər var qəlbimi dinləməmişəm
Demirəm nə sevgim ruhum yox olub
Yazmamışam susdurmuşam qəlbimi
Haqsızlıqlar incikliklər Cox olub.
Elə Cox yaşadım acı sınaqlar
Layiq olmadığım yersiz qınaqlar
Dondurub incidib lal etdim səni
Bağışla ürəyim bagışla məni
Həsrətin orduda qaldı icimdə
Yaxşısı yadıda qaldı icimdə
Agzımın dadıda qalqı icimdə
Yüklədim incitdim lal etdim səni
Bagişla ürəyim bagışla məni
Bir şair bir yazar elimə gəldi
qaytardi keçmişdən xatirələri
Qələm incik küskün əlimə gəldi
Dedi itirmisən bir gör nələri
Dedim ki ayları illərə illərə verib
Duygular sevgilər ələklənibdi
Cıxa bilməmişəm cərcivələrdən
Bir köhlən at kimi yəhərlənibdi.
ANA
O peşman bətninə
Yaşlı gözünə
Sınan qüruruna sönük üzünə
O buznəfəsinə o son sözünə
Bircə özüm olum qurban ay anam
Sən əzab cəkmisən əriyirəm mən
Aglayib yaninda kiriyirəm mən
Sən yox elə özüm curüyürəm mən
Bircə özüm olum qurban ay anam
Sənə cata bilməz əllərim ana
Danişa bilimiəm donub qalıram
Elə bil lal olur dillərin ana
Həran dualarla anıb qalıram.
Qəbrinə gələndə agrıyır dizim
Şəklinə baxıram aglayır gözüm
Sənə qurban olum versənə izin
Bircə gün yaninda gəlim ay anam.