YAXŞILIQ İSTEHSAL EDƏN İNSAN
(“Mənim düşüncələrim” silsiləsindən)
Deyirlər, bizim həmkarımız – jurnalistlərin Qənirə xanımı yaman xəstələnib. Deyirəm, Allah şəfa versin, tezliklə ayağa dursun. Yenə də qanunun, haqqın, xalqın yanında olsun…
Allaha dua edənlər, həmkarımıza Uca Yaradandan şəfa diləyənlər çoxdur, saysız-hesabsızdır. Aydındır: Qənirə xanım ancaq qanun istehsal edən deputat deyil, həm də yaxşılıq istehsal edən bir insandır, Böyük insandır…
Deyirlər, Allah bütün duaları eşidir, qəbul edir, ancaq birini müstəcab edir. Odur ki, mən də qıraqda qalmaq istəmirəm, Qənirə xanıma dua edənlərin, şəfa diləyənlərin sırasına qoşulmaq niyyətindəyəm. Bəlkə, Allah mənim duamı eşidəcək, müstəcab edəcək?!
Və son olaraq. Həmişə düşünmüşəm ki, yaxşı insanlar, Vətən üçün, xalq üçün yananlar ölmürlər. Səməndər quşu kimi odun, külün içindən çıxırlar, xalq üçün yaşayırlar…
Müəllif: Qalib ARİF