Bircə Xanım: – Çəkiləsi dərd deyil.

Qapı qonşum , çevik polis Rasim Məmmədov şəhid olub.
İki körpə balası, cavan yoldaşı boynuburuq qaldılar.
Heç nəylə təsəlli vermək olmur.
Dişiylə- dırnağıyla aldığı evdə cəmi altı ay yaşaya bildi.

Çəkiləsi dərd deyil.

Üç toy dəvətnaməsi gəlib.

Bir toy sahibinin qapısına getmişəm, üzrxahlıq eləyib zərfdə nəmərini verirəm. Deyir:

  • Mən sənin oğlunun toyuna belə gəlmişdim? Mən də göyərirəm:
  • Mənim bir toyuma gəldin, bütün ailənlə, xub. Mən də sənin iki toyuna gəldimmi? Bu da üçüncü toyundu, ayıb deyil? Mən qonşum baxa- baxa bəzənib sənin toyuna gələ bilmərəm.
  • Paltarlarını götür, işdən geyin gəl.
  • Niyə çox vacib olub, sənin xeyir işinə əyilə- əyilə gəlim???

Bəs deyirdilər restoranlar toyları müvəqqəti dayandırıb??

Müəllif: Bircə XANIM

BİRCƏ XANIMIN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sentyabrın 24-ü Cavanşir müəllimin 65 yaşı tamam olur.

Ədəbi tənqidimizin cavan şiri…

Onu cəmi bir dəfə görmüşəm, yaxından tanımıram. Odur ki, bir fərd kimi xüsusiyyətlərini tam xarakterizə edə bilməyəcəm. Amma müşahidələrimin nəticəsini, onun haqqında eşitdiklərimi sizinlə bölüşməyə hazıram.
1958-ci ildə Masallı rayonunda dünyaya gəlib. 1986-cı idə Azərbaycan Dillər Universitetini bitirib. Bir il Yardımlı rayonunda müəllim işlədikdən sonra, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə Mirzə Fətəli Axundovun “”Təmsilat”ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Elə həmin ildən də 1993-cü ilədək Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın “Medecins sans frontieres” humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə “Cahan” jurnalında çalışıb. 1998-ci ildən “Turan-98” tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir.

2010-cu ildə isə “Azərbaycan komediyasının poetikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Filolologiya üzrə elmlər doktoru elmi dərəcəsinə nail olub.

Deyir ki,- “Hamı dayanmadan yazır, hərə bildiyini, hərdən də bilmədiyini yazır. Bilirsiz, bizdə bir yararsız xasiyyət var, yəni, bəlkə də, istənilən yazı adamında. Sən daha çox bilmədiklərinin aşiqi olursan, ondan yazmaq, onu ekrana gətirmək istəyirsən. Amma onu fəth etmədən, haqqında cüzi şeylər bilməklə. Yəni düşünürsən ki, əsas modeldir, onu qursam, içi asandır və nəticədə şablon alınır. Mən daha çox filologiya aləmində “müşahidə edirəm” demirəm, bilmədən yazanları görürəm, çünki hər şey ortadadır. Ömür qısadırsa, onu yazmaqla uzatmaq olmaz. Bu eşqlə qələmə sarılanlar var, hətta xarici ölkələrdə çap olunurlar. Baxın, biri “Ədəbiyyat nəzəriyyəsi” yazırsa, ardınca ən azı 10 nəfər də bu hadisəni yamsılayır. Nəyə lazımdır? İnsan əgər anlamadığı problemlərdən bir kitab bağlayırsa, onu nəşr etdirirsə, sonra da sinəsini qabağa verib sevinirsə, buna nə ad qoymaq olar? Əlbəttə cahillik…”

Ruh adamıdır, gözlərinin dərinliyində qəribə bir ifadə var. Bəli, bu ifadə illərlə çəkdiyi zəhmətin təzahürüdür, gözlərindən məğrur-məğrur boylanır. Keçirdiyi yuxusuz gecələrin acısı, apardığı tədqiqatların əziyyəti sanki dil açıb adamla danışır. Amma nə yaxşı ki, yorulmayıb, hələ də axtarışdadır…

“Yaxşı şeirdə söz, “Uliss”də olduğu kimi, sərhəd situasiyasında yerləşməlidir. Hiss, duyğu işartısını tapıb itirdiyin eyni anın içindən keçən sərhəd keçmişlə gələcəyin dəli sularını bir-birinə qatır, dəqiq tapılan şeyin üstüylə gedib onu sanki yer üzünün yaddaşından silir, bütün parametrləri görünməyən nəsnəni son dərəcə konkret əşya biçimində nümayiş etdirir, beləliklə Neklyudovun “güzgü” nümunəsində güzgünün hər iki tərəfi həmin sərhəd zolağında qarışıb çat verir, dünya bu çatın ən dərin yerinə gömülür, göy üzündəki ulduzlar, bir az öncə salavat çəkdiyim ay göz yaşıtək damcılayır…”- söyləyir.

Zahirən qayğılı, məşğul adama bənzəyir, fikirli görünür. Sanki öz aləmində nələrisə çək-çevir edir, qaranlıqlara işıq tutmağa çalışır…

“Bir neçə yerdə və dəfələrlə demişəm, indi də təkrar edirəm: O, ədəbiyyat haqqında, bədii mətn və əsər haqqında fərqli nəzəri təcrübələr və ənənələr kontekstində düşünə və yaza bilən beş – altı filoloqumuzdan biridir. Mətni çox sevir. Mətnlə davranmağı, işləməyi bacarir. Onun sevdiyi filoloji mövqe – kontekstinin tapılması və mət¬nin hüdudlarını, eləcə də “sıxlıq dərəcəsini” göstərməsidi. Sevdiyi şairlərin yaradıcılığına Tınyanov prinsipini- “şeir sırasının sıxlığı” prinsipini tətbiq edir. O, semantik əlaqələri yalnız qonşu sözlər arasında, sətirdə, beytdə deyil, bütövlükdə şeirin simmetrik yerləri arasında da aparır. Çağdaş poeziyamızın istedadlı nümayəndələrinə həsr olunmuş məqalələrini xatırlamaq və gözdən keçirmək kifayətdir. Poeziya haqqında ən yaxşı yazanlardan biri də odur. Onu poeziyada “dilin arxa planı” maraqlandırır. Onu yaxın-uzaq sətirlərin, obrazların gizli əlaqələri, mənalar mübadiləsi və s. maraqlandırır.”- bu fikirlər ədəbiyyatşünas, professor Rüstəm Kamala aiddir. Hörmətli professor onun haqqında düşündüklərini davam etdirərək daha sonra yazır:

“Onun bütün cəhdləri XX əsr Azərbaycan poeziyasının iyerarxiyasını anlamağa yönəlib. Yazılarından və söhbətlərindən gəldiyim qənaət budur: O, ədəbiyyatda hər kəsin yerini gözəl və dəqiq bilir. Və heç vaxt ölçü həddini itirmir. Onun sevimli şairlərini mən də tanıyıram. “Əli Kərim xəstəliyi” ilə məni də yoluxdurdu. Sağ olsun. Azərbaycanın bir böyük şairinə mən də “yaxınlaşa” bildim. O, janrından asılı olmayaraq, bütün əsərlərə poeziya bucağından baxır. Onun üçün poetika poeziya haqqında elmdir və hətta klassik Azərbaycan komediyalarını poeziya kimi araşdırır. Onun şairliyindən də xəbərim var. İlk dəfə bir neçə şeirini bir soyuq qış axşamı “Baksovet”də bir kafedə oxumağı da yadıma gəlir. Bu şeirləri oxuyandan sonra ağlıma gələn ilk nəzəri qeydlər bunlar oldu: Bu şeirlərdə məna obrazla kəsişmir- daha doğrusu, hansısa sürreal bucaq altında kəsişir. Bəzən predmetin mənası və simvolik obrazı arasında əlaqəni pozur. Onun poetik mətnlərində vahid obyekt yoxdur, fraqmentlərə- “kubiklərə” bölünür və hər birinin şəffaf süjeti var. O, Azərbaycan poeziyasını struktur baxımdan təşkil olunmuş vahid süjet kimi anlamağa, araşdırmağa çalışır. Fikrimcə, Azərbaycanda filoloqları və milli oxucuları iki yerə bölmək lazımdır: Mirzə Fətəlini oxuyanlara və oxumayanlara. Hiss olunur ki, o, Mirzə Fətəlini mükəmməl oxuyub. Namizədlik və doktorluq dissertasiyalarını Azərbaycan komediyasının poetikasına həsr edib. Mən yazılarımı ona baxıb yazıram. Onun baxışlarını həmişə üzərimdə hiss edirəm…”

Bu söhbətimdə bilərəkdən daha çox mütəxəsis rəyinə istinad etdim ki, həm yaddaşlar təzələnsin və həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusiflini yaxından tanıyasınız…

Bəli, illər öncə guya ürək çatışmamazlığından vəfat etdiyi xəbəri ölkəyə yayılsa da, professor Rüstəm Kamal demişkən- Cavanşir Yusifli hələ uzun müddət ədəbiyyatımıza xidmət göstərəcək…

Sentyabrın 24-ü Cavanşir müəllimin 65 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edirəm. Çox yaşasın!

Müəllif: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

RÜSTƏM BEHRUDİNİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəşəm İsabəyli. SAĞALMAZ XƏSTƏLİK.


SAĞALMAZ XƏSTƏLİK
Universiteti qurtarandan sonra tələbə yoldaşımızdan bir neçəsi sağalmaz xəstəliyə tutulmuşdu. Buna fiziki çatışmazlıqdan çox, ruhi sarsıntı desək, daha yaxşı olardı. Qəribə də adı vardı – “böyüklük iddiası”.
Açığı bu yoldaşlarıın bizə ağırlığı yox idi. Gəl ki, Bakılı balası Bahadır bəzən onların sərsəm iddiasıyla qarşılaşanda, üzdən də olmasa daxilən od tutub yanırdı:
–A kişi, o günü bu xəstələrdən birinin yanına getmişdim, məni görən kimi düşdü həyəcana:
–Niyə gəlmisən, Bahadır?
–Yol keçirdim, dedim, görüm neyləyirsən.
– Bahadır-Bahadır, başımı qaşımağa vaxtım yoxdur. İndi Nazirlər Kabinetinə gedirəm, ordan da çıxıb, Prezident Aparatına dəyməliyəm. Sonra da televiziyadan intervü götürməyə gələcəklər! Sən gördüyün kimi sadə deyil işim, bəlkə də həddindən artıq məsuliyyətlidir. Hava haqqında məlumatı vax¬tında elan eləməsəm, nəinki dövlət, hətta xalq məni bağışlamaz!
–Mən də dedim ki, ay qurumsaq, sən balaca bir hava idarəsinin əvəzedici müdirisən. Nazirlər Kabinetinə səni buraxan kimdi, Prezident Aparatında səni neyləyirlər?! Bəsdi özünün vacib şəxsiyyət olduğunu gözümüzə soxduğun!
–Doğrudan?!
Güldü:
–Ürəyimdə. Hər halda hirsimi yatırtdım.
–Srağa günü mən də onu televizorda gördüm. Elə tökmüşdü qaş-qabağını, deyirdin, ilahi, sabah yəqin yer-göy bir-birinə qarışacaq. Məlum oldu ki, Günəşli hava gözlənir. İki gün sonra küçədə qarşıma çıxdı:
–Əziz dost, yaxşı hava olacağı haqqında məlumat verəndə gülümsə, küləkli-yağışlı hava gözləniləndə tök da qaş-qabağını nə qədər istəyirsən! Bu qaş-qabağla milləti qırıb qurtararsan axı!
Güldü:
–Vallah, düz deyirsən!
Tələbə yoldaşımız Rəna xanımın həyat yoldaşının yasından qayıdanda yeməkxanaların birinə burulduq. Oturan kimi böyüklük iddiasına düşən bu dostumuz əl atdı telefona:–Allo… mənəm, müəllimdi, eşidirsən məni?! Maşını göndərim, uşağı apar xəstəxanaya. Eşidirsən məni?! Maşını göndərimr… Maşını…
O, telefonu söndürən kimi İxtiyar düşdü üstünə:
–Kimlə danışırdın, ə?!
–Həyat yoldaşımla.
–Hələ də arvadın “müəllim”isən?!
Gülüşdük.
–Yo-yox… çaşdım, elə bildim katibəmdi.
Başqa bir tələbə yoldaşımız isə hər məclisdə Amerikaya səfərindən söz salardı:
–Demirsinizmi rus sektorunda oxuyan Bostancanı da gördüm.
–Bostancanı?!Ninaı? – Nizami yerində dikəldi.
–Nə oldu, ay Nizami, cərəyan-zad… vurmadı ki?!– Natiq idi.
–Gözəllər gözəliydi köpək qızı! – Nizami əlini əlinə sürtdü.
–Gəl olmasın, atası erməniydi, anası da ukraynalı. – Bahadır əlavə elədi.
–Suxumiyə getmişdik ha, coğrafi təcrübəyə, hərdən çimərliyə də baş çəkirdik. Bir gün gördüm Nina qumun üstündə uzanıb – ağ bədən, bəxtəvər olmuş qızılı günəş şüaları bərq vurur sinəsində. Axtarıb isti bir daş tapdım. Gətirib qoydum göbəyinin üstünə. Dedi, Nizami, səninlə belə zarafatım yoxdu axı!
–Ağıl yoxdu da! – Aydın güldü.
–Nizami düz eləyib, daş dövründə “səni sevirəm!”i belə deyərdilər. – Mən də uydurdum.
–Qəşəm, get özünə! – Nizami ağzımdan vurdu.
–Deyirsən, Nizami daş dövründən qalmadı?!
–İxtiyar, get özünə!
–At saldırmayın da, Nadir demiş, səbət dalından gilas tökülməyir! – Tələbə dostumuz acıqlandı.
–Buyur-buyur. – Natiq yol polisi kimi əllərini qoşalayıb ehtiramla qabağa uzatdı.
–Həəə… zəng elədim Ninaya, adımı eşidən kimi elə bil dünyanı verdilər ona. “Aaa… hardasan? Amerikada?! Can, gözlə, gəlirəm.”…
Natiq dilini saxlaya bilmədi:
–Pah, atonnan… gəldi, deyirsən?!
–Yarım saat sonra yanımdaydı.
–Quc…- mac…?! – Bahadır söz atdı.
–Onsuz olmaz ki! – Natiq bizə göz vurdu.
–Ayə, qoyun danışsın da! – Nadir hövsələdən çıxdı. –Sonra nə oldu?!
–Nadir, qızışma, sonrasına çox var! – Bu da Aydın idi.
–Məni götürüb apardı evlərinə. İnanın, mən gedəndən gələnəcən ağladı. Özü də kəlməbaşı – Bakı necə doğmaydı, necə gözəl idi, insanlar bir-biriylə necə də mehriban yaşayırdılar. Hələ tələbəlik illərini demirəm! Xoşbəxt ailəydik…
Bir saata yaxın söhbət elədik. Bakıya uçmalıydım deyə, ayağa durdum. Məni buraxmaq istəmirdi.
Natiq adəti üzrə öskürdü:
–Həyat yoldaşı evdəydi?
–Yox.
–Elə-belə gedib gəldin, deyirsən?!
–Elə-belə nədi?!
–Yəni də… Bahadır demişkən – quc-maç!
–Sən getməmişdin ey, Amerikaya.
–Əlbəttə, mən getsəydim, üzüqara qayıtmazdım.
Gülüşdük.
–Sən mənim canım, düzünü de! – Natiqin əl çəkmək fikri yox idi.
–Aeroportda baxdım ki, mesaj yollayıb mənə.
–Aha! – Natiq çırtma çaldı.
–Maraqlıdı, nə yazmışdı? – Bahadır astaca soruşdu.
–Dayan… – Telefonu açıb, mesajı oxumağa başladı: “Bakı mənim nəyimə lazımdı, nəyi var Bakının axı?! Amerikanın bir gününü Bakının min gününə dəyişmərəm. Burda demokratiya, insan haqqları, bolluq, azadlıq, xoş güzəran… Orda nə var?! Tələbəlik vaxtı özünü yekə tutub, bizimlə danışmaqdan o yana gedə bilməzdin. İndi də elə həmən həmənsən. Basıb-bağlamağa gəlmişdin yanıma?! Tez-tez də ingiliscəyə keçib, göstərməli olacağın “hünərin”in əvəzinə, dil bilmək hünərini gözümə soxurdun. Doğrudan da…
–Oxu! Oxu! – Bağırışdıq.
–Köpək qızı! – Dostumuz telefonu qapadı.
–Nə oldu?!
–Ermənicə yazıb…
–Oxu, görək nə yazıb?! –Natiq sakit olmadı.
–Haçandan ermənicə bilən olmusan?!
–A kişi, ver baxım, yeməyəcəyəm ki, telefonunu.
Dostumuz candərdi telefonu Natiqə uzatdı.
–Qonşum yerazdı, yollayacam, tərcümə eləsin.
Çox keçmədi Natiqin telefonu haray saldı.
–Qonşu, tərcümə elədin? Necə? Mənasını bilmək istəyirəm. Nəəə?! – Natiqin dodağı qaçdı. – Ciddi sözündü?!
–Nə oldu?! – Nizami dözmədi.
–Deməli deyil. – Natiq başını yellədi.
–Boş-boş danışma! – Dostumuz çımxırdı. – De, görək!
–Söz mənim deyil, ha, Bostancanındı: “Doğrudan da, Gülya demişkən, sən nə gönüqalın adamsanmış!”
04.08.- 24.09.2023

Müəllif: Qəşəm İsabəyli

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Rza Xələfli – Dünyamızın Qənirəsi…

Baxış bucağı…

Dünyamızın Qənirəsi…
Həqiqətlərin Qənirəsi..
Ümidlərin Qənirəsi…
Tanrı özü keşiyində dursun…

İnamsız adamlar–belələrinə nihilist deyirlər, iddia edirlər ki, dünyaya mənsub olmaq çətindir…
Qənirə bunu bacardı… çünki dünyanın fövqünə özünün qərəzsizliyi və səmimiyyəti ilə yetdi…
Şəkkakların fikrincə , bizim dövrümüzdə həqiqətləri dilə gətirmək olmur…
Qənirə xanım mənəvi gücünü istinad edərək doğrunu ifadə edən qüruru ilə həqiqətin rəmzinə çevrildi…
Təmizliyin və təmənnasızlığın Qənirəsi…
Bu duyuruda da o, demək olar ki, mənəvi məktəb yaratdı…
…və nəhayət…
Qənirə xanım yaradıcı ziyalıların və ziyalılığın anasıdır…
Qənirə xanıma sonsuz sevginin kökü özünün təbiətindən, mənəvi mühitindən gəlir…
… o həm də xalqın qızıdır…
Xalqına sevgisini zərrə zərrə Vətən səmasına səpib…

Muəllif: Əli Rza Xələfli

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

XALİQ LAÇINLI

LAÇIN – 100 ƏDƏBİ ANTOLOGİYA

XALİQ LAÇINLI

(Mustafayev Xaliqverdi Hüseyn oğlu)

16.01.1955-ci ildə Laçın rayonunun Zağaaltı kəndində doğulub. Orta təhsilli olub. Şeiriləri dövri-mətbuatda, eləcə də bir çox almanaxlarda çap olunmuşdur. Abşeron rayonunda fəaliyyət göstərən “Çıraq”poeziya klubunun, “Od parcası” ədəbi məclisinin, eyni zamanda AYB -nin Abşeron rayon bölməsinin üzvü idi. 03.10.2022-ci ildə həyata vida edən şair Masazır qəbristanında (Kəlbəcər qəbirsanlığı) dəfn olunub. 5 övladını, çoxlu şeirlərini, azad olduğunu eşidib, görüşünə gedə bilmədiyi, – daha doğrusu ruhu ilə ziyarət etdiyi Laçınını bizə əmanət qoyub.

ÖPƏRDİM

Bilsə idim, illər ilə görmərəm,
O dağların torpağından öpərdim.
Dolanardım dəli kimi çölləri,
Axarından, baxarından öpərdim.

Üz sürtərdim qayasına, daşına,
Bir çıxardım “Haça yal”ın qaşına.
Dolanardım “Əyri qar”ın başına,
Diz qatlayıb, bulağından öpərdim.

İndi mənə xəyal, güman o dağlar,
Bəxtəvərli günlər imiş o çağlar.
Bağışlasın o müqəddəs ocaqlar,
Əhd eləyib, ocağından öpərdim.

Nələr olub, haqlı, haqsız qınaqlar,
Çat-çat olub neçə-neçə dodaqlar.
Duman gedib o dağları qucaqlar,
Külü qalmış otağından öpərdim.

Xaliqəm mən, elədilər zülm bizə,
Qismət ola, kim qayıda, kim gəzə?!
Sürünərdim “Ağ duzdaq”dan, “Çilgəz”ə,
“Buzxana”nın buzlağından öpərdim.

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Araz Yaquboğlunun yeni kitabı işıq üzü görüb

Tanınmış araşdırmaçı-yazar Araz Yaquboğlunun yeni kitabı işıq üzü görüb. “Rəşadətli Rəşadət” adlanan kitab 1994-cü ildə Kəlbəcər döyüşlərində şəhid olmuş qəhrəman döyüşçü, Araz müəllimin sinif yoldaşı olmuş Rəşadət Əli oğlu Piriyev haqqındadır. Oktyabrın 1-də Rəşadətin 50 illik yubileyi qeyd olunacaq. Kitabın nəşri bu məqsədlə əvvəlcədən planlaşdırılıb. Kitabın antiterror tədbirlərinin uğurla yekunlaşdıgı bir zamanda həyata vəsiqə qazanması yazarlarımızın öz fəaliyyətini dövlətimizin yürütdüyü siyasətə uyğun təşkil etməsinin bariz nümunəsidir. Araz Yaquboğlu yeni kitabının çap olunması barədə xəbərə münasibət bildirib:

“2023-cü ildə 3-cü, ümumilikdə isə 10-cu kitabım çap olundu. Bunlardan 2-si şəhidlər haqqındadır. Bu gün mətbəədən gələn kitabım “Rəşadətli Rəşadət” adlanır. Kitab 1994-cü ildə Kəlbəcər döyüşlərində şəhid olmuş qəhrəman döyüşçü, sinif yoldaşım Rəşadət Əli oğlu Piriyev haqqındadır. Oktyabrın 1-də onun 50 illik yubileyi doğulduğumuz Yeni Daşkənd kəndində keçiriləcək. Kitab da məhz bu tədbir üçün hazırlanıb. Şəhidlərimizin ruhu şad olsun. Amin.”

“YAZARLAR” olaraq, Araz müəllimi təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Araz müəllim!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sentyabrın 23-də Millətlər Evində görkəmli Azərbaycan şairi İlham Bədəlbəylinin yeni kitablarının təqdimatı olub.

Salam, əzizlərim !
Sentyabrın 23-də Millətlər Evində görkəmli Azərbaycan şairi İlham Bədəlbəylinin yeni kitablarının təqdimatı olub.
“Və daha bir şey…” kitabına müəllifin həm son illərdə yazdığı, həm də əvvəlki nəşrlərdən ən yaxşıları olan şeirləri və şeirləri daxildir.
İlham Qidayətoviç isə “Böyük Ürək” kitabında ilk dəfə olaraq ədəbiyyatın tamamilə fərqli janrlarında qələmə aldığı əsərlərini təqdim edib. Yazıçının nəsri və dramaturgiyası oxucunun idrakına ünvanlanıb.
Şair öz yaradıcılıq prioritetlərinə – reallığı mürəkkəb rəngarəngliyi ilə əks etdirməklə yanaşı, yüksək peşəkarlıq nümunələri nümayiş etdirməyə sadiq qalmışdır.
Təqdimata dəvət almış gonagların sıralarında
“Xan Qızı Natəvan”QAQ İB -nin fəxri sədri, Azərbaycan, Rusiya və Avrasiya yazarlar birliyinin üzvü, həkim, şair- tərcüməçi Afaq Şıxlı tədbirdə fəxri qonaq kimi iştirak edib.

Təqdimat Moskva şəhəır milli mədənin muxtaryyattinin sədri Bəxtiyar Həsənov və müavini Qəşim Əliyevin təşkilatciligi ilə baş tutub.
Biz oz növbəmizdə dəyərli şairimiz İlham Bədəlbəylini ürəkdən təbrik edik ! Gələmniz iti ürəyiniz möhkəm olsun !

23 сентября в Доме Национальностей состоялась презентация новых книг известного азербайджанского поэта Ильхама Бадалбейли .
В книгу “И нечто больше…” вошли стихотворения и поэмы автора, как написанные в последние годы, так и лучшие из предыдущих изданий.
А в книге “Большое сердце” Ильхам Гидаятович впервые представил свои творения, написанные совсем в иных жанрах литературы. Читательскому восприятию адресуются проза и драматургия писателя.
Поэт остался верным своим творческим приоритетам – отображать реальность в ее сложном многообразии, демонстрируя при этом высокие образцы профессионального мастерства.

Организатор Презентации книги И. Бадалбейли была национально-культурная автономия азербайджанцев Москвы, председатель совета Гасанов Бахтияр, заместитель председателя Алиев Гашим.


Мы поздравляем нашего уважаемого поэта Ильхам Бадалбейли !

Конул Аббасова Санкт Петербург !

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TƏQDİMAT KEÇİRİLDİ

TƏQDİMAT KEÇİRİLDİ

Sentyabrın ol23- də Moskvadakı Millətlər Evindəgörkəmli Azərbaycan şairi İlham Bədəlbəylinin yeni kitablarının təqdimatı keçirildi.
“Və bir daha heç nə…”kitabına müəllifin son illərdə yazdığı,həm də əvvəlki nəşrlərdən ən yaxşı seçilmiş şeirləri və poemaları daxil edilmişdir.
İlham Hidayətoglu “Böyük Ürək”kitabında isə ilk dəfə olaraq ədəbiyyatın tamamilə fərqli janrlarında qələmə aldığı əsərlərini təqdim edib.Yazıçının bu nəşri və dramaturğiyası oxucunun birbaşa idrakına ünvanlanıb.
Şair-yazar öz yaradıcılıq prioritetlərinə- reallığı mürəkkəb rəngarəngliyi ilə əks etdirməklə yanaşı,yüksək peşəkarlıq nümunələrini nümayiş etdirməyə sadiq qalmıışdır.
Təqdimatda ” Xan Qlzı Natəvan”DAQ İB- nin Fəxri sədri,Azərbaycan,Rusiya və Avrasiya Yazıçılar Birliyinin üzvü,həkim,şair- tərcüməçi Afaq Şıxlı fəxri qonaq kimi iştirak etmişdir.O, çıxış edərək öz dəyərli fikirləri ilə tədbir iştirakçılarını tanış etmiş,dəyərli şair- yazıçımız İlham Bədəlbəyliyə ədəbi fəaliyyətində ugurlar diləmişdir.Təqdimatdan sonra xatitə şəkilləri çəkilmişdir.

Məlumatı hazırladı: Nəzakət EMİNQIZI

DAMM-nin EŞ sədri, “XanQızı Natəvan”İB-nin, AJB-nin üzvü, “Yazarlar” jurnalının İƏ üzrə meneceri.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının bəyanatı

Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının bəyanatı

“Biz – Qazaxıstanda yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları böyük kədər hissi ilə bəyan edirik ki, sentyabrın 19-da Azərbaycanın daha 6 vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Dörd polis və iki mülki şəxs 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş Azərbaycan ərazilərində xidməti vəzifələrini yerinə yetirərkən yeni çəkilmiş yolda Ermənistan istehsalı olan minalara düşərək həyatlarını itiriblər.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi bitən gündən bəri – 10 noyabr 2020-ci ildən bu günədək 320 Azərbaycan vətəndaşı 2020-2023-cü illərdə Ermənistanda istehsal olunmuş minalardan zərər çəkib. Onlardan 67 nəfəri həlak olub, 314 nəfəri yaralanıb. Rəsmi İrəvan mina xəritələrini Bakıya təqdim etməkdən imtina edib və Azərbaycan ərazilərini yeni minalarla çirkləndirməkdə davam edib. Bu isə 30 illik işğal dövründə Ermənistanın darmadağın etdiyi Azərbaycan ərazilərində tikinti-bərpa işlərinə mane olmaqla yanaşı, orada çalışan insanların həyatına ciddi təhlükə törədir. Eyni zamanda 30 il öz doğma yurduna həsrət qalan 750 mindən çox azərbaycanlı məcburi köçkün müharibənin 3 ildir başa çatmasına baxmayaraq, Ermənistanın mina xəritələrini təqdim etməməsi səbəbindən hələ də öz evlərinə qayıda bilmir.

Ermənistanın nizamlama prosesini müxtəlif bəhanələrlə ləngitməsi, Azərbaycanın irəli sürdüyü sülh təkliflərini qəbul etdiyini elan etməsinə baxmayaraq, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, sülh gündəliyinə qarşılıq verməməsi sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir.

Bundan başqa, Ermənistan 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, öz hərbi birləşmələrini Azərbaycan ərazilərində saxlamaqda və qanunsuz separatçı rejimi maliyyələşdirməkdə davam edir. Bu isə regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu səbəbdən sentyabrın 19-da Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində lokal xarakterli antiterror tədbirləri həyata keçirib.

İkinci Qarabağ müharibəsində olduğu kimi, indi də görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur olub. Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, heç bir halda mülki əhalini hədəf almır.

Bölgədə sülh və sabitliyin bərqərar olmasının yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, Azərbaycanın ərazi bütövlüyünə hörmət olunması və separatçı rejimin buraxılmasıdır.

Biz dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən dərhal və tamamilə çıxarması, mina xəritələrini Azərbaycana təqdim etməsi və ən qısa zamanda Azərbaycanla sülh müqaviləsi imzalaması üçün təsir göstərməyə çağırırıq.

Biz, Qazaxıstanda yaşayan azərbaycanlılar olaraq doğma yurdumuz Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğumuzu bəyan edirik”.

Əbülfəz Xamedov, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYB-də Zemfira Məhərrəmlinin kitab təqdimatı olacaq

Salam! 26 sentyabr 2023, saat 12:00 – da AYB “Natəvan” zalında ZEMFİRA MƏHƏRRƏMLİnin kitab təqdimatı olacaq. Məlumatı oxuyun hər kəs dəvətlidir. Giriş sərbəstdir.

Mənbə: ZEMFİRA MƏHƏRRƏMLİ

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru