Rahilə Qaralova : – DAĞA.

DAĞA
Ətəyində çiskin, duman sürünür,
Nə gözəl yaraşır çən bizim dağa.
Döşündə gül-çiçək, zirvəsində qar,
Nə gözəl yaraşır dən bizim dağa.

Bir yan çöl-çəməndi, bir yan sıldırım,
Buluddan zirvəyə düşür ildırım,
Yağışı sevdiyim, dolusu yarım,
Nə gözəl yaraşır nəm bizim dağa.

Rahilə, dağlara tez-tez gedəsən,
Bülbültək oxuyub zildən ötəsən.
Bir toylu düyünlü şənlik edəsən,
Nə gözəl yaraşır şən bizim dağa.

Müəllif: Rahilə QARALOVA

RAHİLƏ QARALOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dövrümüzdə reallıq – Alimin sözü, elin gözü…

YAZARLARIN TRİBUNASI

Qızıl kimi sözlər – dəyərli informasiya

(…hər şey olduğu kimi…)

Bir neçə dəfə yazmışam. Bu dəfə də yazıram ki, tanışlarımı narahat edib, xəbər, vəd göndərib onlarla mənim münasibətimi pozmayasınız. Çünki onların da sizinlə eyni dünyagörüşünün sahibi olduğuna, mənə hörmətləri olmadığına qane olub münasibəti minimallaşdırmaq məcburiyyətində qalıram:

  1. Əvvəlcədən yazılmış rəyin altına 50-100 manata qol çəkmirəm! Yox, “axmaq” deyiləm. İmzamı satmıram!
  2. Plagiat olduğuna dair şübhəm olan elmi işə rəyçi, opponent olmuram. Savadınız ilk kəlmənizdən hiss olunur. Kimin nəyi olmanız məni maraqlandırmır. Yox yenə “axmaq” deyiləm, sadəcə haram pul mənə lazım deyil.
  3. Kitablarımın heç biri satışda yoxdur. Kitablarımı satmıram, dəyər verib oxuyacağına inandığım insanlara imzalı şəkildə hədiyyə edirəm.
  1. Sifarişlə yazı yazmıram. Eviniz, maşınınız, vəzifəniz maraqlı deyil. Varınız özünüzə qismət olsun. Müəyyən məbləğ müqabilində tərif yazan və təqdimatlarda çıxış edən n qədər “alim” var. Çoxu da “gəncdir”. Buyurun dəvət edin. Mən “gələcəyini düşünməyən, vəzifə istəməyən adam” olaraq xoşbəxtəm. Azadam!
  2. Xoşuma gələn mətnin müəllifinin kimliyi, haralı olması maraqlı deyil. Mən həmin şəxslə ailə qurmuram, qohum olmuram ki, şəcərəsini araşdırım. Yazısında işıq varsa, fərqlilik varsa, plagiat deyilsə, mənə maraqlıdırsa yazıram.
  3. Kiminsə elmi yazısını xaricdə indeksli jurnallara təqdim etmirəm, çap etdirmirəm. Özüm də bu cür xidmətlərdən istifadə etmirəm. Ancaq öz yazılarımı çap etdirirəm. Bu cür işlərdən pul qazanmaq üçün istifadə edən alimlər var, onlara müraciət edin.
  4. Mən pulla kiməsə elmi iş yazmıram. Yazanlar var. Onlara müraciət edin. Allah xeyir versin!
  5. Mən poeziya, dram üzrə yox, nəsr üzrə mütəxəssisəm! Poeziyanı ancaq elmi işim tələb etdiyi məqamlarda ümumi mənzərəni göstərmək üçün təhlil edirəm.
  6. Poeziyanı sevirəm, xoşum gələn nümunələri görəndə bəyənirəm, paylaşıram. Bu həmin nümunələr haqqında yazacağım anlamına gəlmir. Oxucu kimi bəyəndiyimi göstərir.
  7. İnsanlara bütün hallarda hörmət və nəzakətlə davranmağı sevirəm. Yaşca böyüklərin hörmətini özəlliklə saxlayıram. Onların müəyyən sözlərinə, hərəkətlərinə yaşlı olduqlarına görə müəyyən həddə qədər gülümsəyə, tolerant yanaşa, yola verə bilirəm. Lakin qarşı tərəf kim olursa olsun həddini, qırmızı xətti keçəndə, davranışları mənim şərəf və ləyaqətimin, mütəxəssis kimi adımın ləkələnməsinə təhlükə yaradanda əlaqəni kəsirəm.
  8. Dəfələrlə “dədəboyu verdiyim” insanların “keçən dəfə elədim heç nə olmadı, bu dəfə də keçər” fikri yanlışdır. Mən müəyyən həddən sonra bağışlamağı bacarmıram! Kim olmanız önəmli deyil!
  1. Bu dostlara aiddir! Mənə “filankəs sənin haqqında belə dedi” xəbəri gətirməyin. Sizi dostluqdan silərəm. Səbəb: Dostum olsa idin sənin yanında mənim əleyhimə söz deməyə hünərləri olmazdı! Demək ki, sən də onlara “züy tutmusan”!
  2. Heç kəsdən asılı deyiləm, heç kəsdən qorxmuram. Dövlətimin vətəndaşı kimi onun təmin etdiyi iş yerində alnım açıq, üzüm ağ, savadım, bacarığım həddində çalışıram, vətənimə, dövlətimə layiq olmağa çalışıram.
  1. Bu yazıda kimisə nəzərdə tutmamışam. Gedib “özündən xoflu” adamlara “səni deyir” deməyin. Elə fikrim olsa birbaşa ad çəkərəm. Bu yazı müəyyən müraciətlərin qabağını kəsmək, “ünvanı səhv salanlara” məlumat vermək məqsədi ilə yazılıb!

Mənbə: Elnara Garagozova

Müəllif: Elnarə QARAGÖZOVA

ELNARƏ QARAGÖZOVANIN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yevlax haqqında

Yevlax haqqında

✔️Yevlax, Ipək Yolunun üstündə, orta əsrə aid tarixi sənədlərdə QARABAĞIN QAPISI adlandırılıb.

✔️Yevlax “ovlaq”, “düzəngah”, “ov edilən yer” deməkdir.

✔️Yevlax Azərbaycanın bütün istiqamətlərinə gedən dörd əsas yol ayırıcındadır-hər kəsin yolu Yevlaxdan keçir.

✔️Yevlax Kür çayının sahilində düzənlikdə yerləşir.

✔️Yevlaxda ölkənin ən qədim yaşayış məntəqələrindən biri- Xaldan yerləşir. Buranın məktəbi Sovet dövründə ümumittifaq səviyyəsində tanınırdı.

✔️ Yevlaxda X əsrin əvvəllərində Sasani hökmdarları tərəfindən salınan qədim Ərəş şəhərinin qala divarlarının qalıqları var.

✔️ Yevlaxın əlverişli strateji əhəmiyyətli mövqeyinə görə Çar Rusiyası 1803-cü ildə buradan Tiflisə dəmir yolu çəkmək qərarı verib.

✔️ Yevlaxın adı fransız yazıçı Jül Vernin “Klaudio Bombarnakın səyahəti” əsərində çəkilir- Tiflisdən Pekinə səyahət edən əsərin qəhrəmanı buradan keçir.

✔️ Yevlax şəhərinin ilk sakinləri XX əsrin əvvəlində dəmiryolunu çəkən mütəxəssislər, fəhlələr, inşaatçılar, onların ailə üzvləri olub.

✔️ “Yevlax qaraçısı” ifadəsi Sovet dövründə 1960– cı illərdə Qazaxıstandan bura köçürülən “roman”ların məskunlaşması nətciəsində yaranıb. “Qaraçılar məhəlləsi” Yevlaxda özünəməxsus ab-havası ilə fərqlənən yerdir.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

,,GƏYƏN ƏFSANƏSİ,,NDƏ ,,FANTAZİYANIN KÖHLƏN ATI,,

Professor İsmayıl Kazımov yazır…

,,GƏYƏN ƏFSANƏSİ,,NDƏ ,,FANTAZİYANIN KÖHLƏN ATI,,

Bu ad hörmətli oxuçulara qəribə gələ bilər. Söhbət açacağım əsərdə neologizm metaforaları xarici alimlər ,,fantaziyanın oyunu,, (Volf Şnayder), ,,fantaziyanın köhlən atı,,(Lorka) adlandırmışlar. Bu fantaziya nəticəsində şairlər yeni sözlər, təzə ifadələr yaradırlar.
Tanınmış şair Əlirza Xələflinin ,,Gəyən əfsanəsi,,ni oxuyandan sonra yazacağım bəzi qeydlərin adını başlıqdakı kimi qoydum.
Neologizmlərin bir növünü ,,metaforlaşmış neologizmlər,, təşkil edir. Bu neoligizmləri daha çox söz adamları, filosoflar yaradırlar. Həmin neologizmlərin dərin mənası olur.Şair tərəfindən həmin mənalar dəyişə bilir. Bu mənalar müəllifin fərdi üslubunu müəyyənləşdirir. Dünyanın dil mənzərəsinin formalaşmasında onların rolu əvəzsizdir.Əlirzanın metaforaları da məhz bu cəhətdən diqqəti çəkəndir. Adköçürməni_məna köçürməni şair uğurla həyata keçirə bilir. Şair özü də yazır ki:

Yazdım ki, nəsillərə yol göstərsin hər sözüm,
Məna-məna gül açsın, saralmasın tər sözüm.

Bu misralardan sonra şair yeni ifadələr işlədir: Təzə səhər açılır, qəlbimə işıq dolur, qaranlıqlar sozalır, dünyam yenə yaz olur. Sözümə qucaq açdı, Cəbrayıl, Gəyən eli…

Bu fikirlərdə, bizə elə gəlir ki, fərqli energetik qüvvə mövcuddur. Şeirdə bu mürəkkəb bir hadisədir. Bu hadisənin təsirilə şair özü də bilmədən aşağıdakı ifadə və söyləmləri yaratmışdır: yaddaşın işığı, düşüncələr dən eylər, bulağın üzü dönüb, mina axtaran Cahid dönüb heykəl oımuşdu; çağlayan Araz, abidə indanlar və s.
Ə.Xələfli predmetin adını digərinin üzərinə müxtəlif xarakterli əlaqələr nəticəsində keçirə bilmişdir. Məs., oğlum Araz_çağlayan Araz.

Bu və ya digər metaforik-neologizmlərin yaranması Əlirzanın düşüncəsinin fərqli şəkildə müxtəlif əşya və hadisələr arasında mövcud olan qarşılıqlı münasibətləri dərketmə bacarığı ilə bağlıdır.

,,Yaddaşın cızdağı ,, , ,,ruhun bulağı,, ,,,ümid ocağı,, , ,,Gəyənə qucaq açan,, ,,,yaddaşın ocağı,, , ,,Türkün tanrı dağı,, , ,,Gəyənin boz üzü,, , ,,boz yovşan dənizi,, ,,Gəyən hikmət dənizi,, , ,,başı İncədən keçən Gezgə dağı,, , ,,boz üzün qəzəbi,, və s.

Bu ifadələrdə gizli müqayisələr, məna köçürmələri var. Məna sıçrayışları var. Bunlarda ana dilinin güc mərkəzi cəmləşib. Məfhumun mübadiləsi var. Yeni hüdudlar, gercəkliklər, anlama imkanları var və s.

Baxın, ,,Güzgülənir Arazda yaralı Qız qalası,, , ,,Mən Gəyənin üzündə söz dənizi görürəm,, , ,,Həyatımın, bəxtimin Gəyən yolu çağırır,, , ,,əsrin qocalıq çağı,, , ,,Yaddaşımda hər kəsin özü mənə Gəyəndir,, , ,,həyat məktəbi,, və s. Mənə elə gəlir ki, məhz buradan_ köhnədən yeniyə, məlum olandan hələ məlum olmayana, konkret olandan mücərrədliyə məna sıçrayışları başlayır. Kreativ, yaradıçı mikromühitdə mental proseslər adamı özünə çəkir. Ruh maddiləşməyə, necə deyərlər, can atır. Gercəkliyə fəal emosional müdaxilə olur.

,,Zamanın dəyirmanı,, , ,,yaddaşda göyərdirik,, , ,,Gəyən vətən qucağı,, və s. onlarla metaforik ifadələr semantik cəhətdən motivləşir, şeirdə aktiv prosesə çevrilir. Əlbəttə, bu ifadələr Əlirza fikrinin təzahür vasitəsidir. Onun anlayış sisteminə daxildir. Elə bil, qəflətən predmetin, hadisənin yeni mənası tapılır. Bizə elə gəlir ki, bu tapılan yeni mənalarda əzəmətlilik, möhtəşəmlik məzmuni özünü göstərir… Bu, metaforanın gücüdür.Fikrin daha effektli formasıdır. İdrakın təkamülünün nəticəsidir.

Buna görə də yazılan şeirlərin dili metaforik dil olmalıdır. Ona görə ki metafora_ neologizmlər, həqiqi dilin qaynağıdır…

Bu xüsusiyyətlər ,,Gəyən əfsanəsi,, nin mühüm bir dil kodudur. Digər kodların da açılmasına ehtiyaç var…

İsmayıl Kazımov,
Filologiya elmləri doktoru, professor.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏBDÜLƏHƏD PİRCAHANLI

ƏBDÜLƏHƏD PİRCAHANLI
Laçın-100 Ədəbi antologiyanın bismillahını rəhmətlik Əbdüləhəd Pircahanlıyla başlamışam. Şeirlərini kitabından kompüterə yazıram. Günümüzlə səsləşən bu şeiri də kitabda yer alacaq:

BABAMIN DEDİKLƏRİ

Babam deyərdi ki, bu gen dünyanı
Düşmənin başına dar elə, Allah!
Elimə, obama kəc baxan olsa,
Onun gözlərini kor elə, Allah!

Ta bir də görməyək yaman halları,
Dava-qırğınları, qalma-qalları.
Bizim yurdumuza gələn yolları
Günəştək əbədi nur elə, Allah!

Boldu Vətənimin nazi-neməti,
Günbəgün çoxalır, artır sərvəti.
Bu dünya durduqca sən bu qisməti,
Bu gün-güzəranı var elə, Allah.

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

DAR QURSAQ OLMAYAQ

DAR QURSAQ OLMAYAQ

Bu günlər sosial şəbəkələrdə hökumətimizin Qarabağda yaşayan ermənilərə yardım göstərməsi daha çox qınaq obyektinə çevrilib. Humanitar yardım şəkillərinin altında belə şərhlər (qarğışlar) adi hal alıb – “Burunlarından gəlsin!”, “Ehsanları olsun!”, “Haramları olsun!”, “Salamat yeməsinlər” və s. Mən qanımıza susayan ermənilərin büdcəmizin xərc gözünə ağırlıq salmağın tərəfdarı deyiləm. Amma, burda bir incəlik, necə deyərlər bir əmma var ki, buna heç kim fikir vermir. Ermənilər 35 ildi bizdən ayrılıb necə deyərlər çayın o tayına keçiblər. Ermənilər bizimlə çayın eyni tayında olanda bizimlə dolanırdılar, çörəkləri bizdən çıxırdı. Buna rəğmən də özlərini ələbaxım ruhda aparırdılar. Qarabağ erməniləri keçmişdə Qarabağ bəylərinə nökər, mehtər və digər xidmət sahəsində çalışıblar. Etiraf edək ki, onlar həmişə ağır işlərimizi daha ucuz qiymətə görüblər. Aradan keçən 35 il bu ermənilərdə müəyyən mənada dikbaşlıq, ucuz qürur hissi yaradıb. Birdən-birə belə dikbaşların çayın biz olan tayına keçib köhnə adət-ənənələrə qayıtması (oturması) çətin olardı. Buna görə də əvvəl humanitar yardımla ağızlarının odunu alırlar. Yəni hökumətimiz ən ağıllı yolu seçibdir. Dikbaşlıq edən, ucuz qürur nümayiş etdirən erməniyə bunu demək asan olacaq: -Qozumuzu yeyib bizimlə qoz-qoz oynamaq olmaz!
Bir sözlə ermənilərə verilən humanitar yardım bir tərəfdən beynəlxalq aləmə bizim onları yedirdib-içirdiyimizi göstərməyə, o biri tərəfdən onları sındırmağa hesablanıb. Bizə torpağımız lazımdır. Torpaqdan qazanacağımızın yanında ermənilərə verilən heç nədir. Buna daralmaq lazım deyil. Həm də ermənilərlə münasibətlər üfiqi yox, şaquli münasibətlər olmalıdır.
İkinci bir tərəfdən bizim hüquq mühafizə orqanları Qarabağ erməniləriylə mehribanlıq etməlidirlər ki, Qarabağa boydanboy basdırılmış minalı əraziləri onların öz əliylə təmizlətsinlər.
Sabah ermənilərlə mehriban görüşən Azərbaycan polisi Kəlbəcərdə, Ağdamda, Xocalıda, Laçında minaya düşən sakinlərimizin qanının havayı axmasının qarşısını alacaq.
Üçncüsü isə bu qədər itkinlərimiz haqqında məlumatı da bizə onlar verəcək. Sadəcə erməniləri bir-birindən ayırmaq lazımdır. Onlar ayrılan kimi bir-birinin bizə qarşı etdiklərini bizimkilərin ovcuna qoyacaqlar. 30 ildən çoxdur oğlundan-qızından xəbər almayanlar bir gözüylə ağlayacaq, bir gözüylə güləcək!
Məsələ bu qədər bəsit və sadədir!
Gəlin hökumətimizin etdiklərinə əmma qoymayaq! Dar qursaq olmayaq!

Müəllif: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cənab Ali Baş Komandan!

CƏNAB ALİ BAŞ KOMANDAN

Qarabağım güllə-güllə qan çilənən,
Çiləndikcə ağrıları incələnən,
Zəfər dolu səngər-səngər qönçələnən
İlimizsən, Cənab Ali Baş Komandan!

Arzuları çiçək açan bir baharsan,
Hər çiçəkdə azad Vətən yaşadarsan.
Ana yurda buta gələn Xilaskarsan,
Ulumuzsan, Cənab Ali Baş Komandan!

Nida etdin erməninin noqtəsini,
Neçə kənar qüvvələrin diqtəsini.
Ucaldırsan bu millətin haqq səsini,
Dilimizsən, Cənab Ali baş Komandan!

Şanlı ordu qisas alan, qan udduran,
Hifz eləsin Zabur, Tövrat, İncil, Quran.
İradənlə əfilərə zərbə vuran
Qolumuzsan, Cənab Ali Baş Komandan!

Bayrağımız zirvə-zirvə hey yüksəlir,
Yüksəldikcə yağı düşmən gözü dəlir.
Şuşamızın, Xankəndinin ətri gəlir,
Yolumuzsan, Cənab Ali Baş Komandan!

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
======================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ÖMÜRLÜK QƏLBLƏRƏ KÖÇƏN ŞƏHİDLƏR

ÖMÜRLÜK QƏLBLƏRƏ KÖÇƏN ŞƏHİDLƏR

Yolumuz Şəhidlər xiyabanına,
Gözümüz dolsa da, biz qürurluyuq.
Nə qütsal gündür bu -Şəhidi anma,
Qəlbimiz kövrəlir, üzü nurluyuq.

Bax, burda qəhrəman bir oğul yatır, –
Əliyalın gedib düşmən üstünə.
Adına-sanına yeni şan qatıb,
Hamı baş endirir indi büstünə.

Gözlərdən süzülən sel şəhid deyir,
Hər iki dünyada canlı oğullar.
Ana oğul deyir, el şəhid deyir,
Bu adla anılır şanlı oğullar.

Gələn nəsillər də xatırlar sizi,
Biri and içəndə, biri əhd edər…
Xalq uca tutacaq xatirinizi,
Ömürlük qəlblərə köçən Şəhidlər!

22.09.2023.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

İSMAYIL MƏRCANLI İMANZADƏ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru