Sentyabrın 29-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan zalında, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Adilə Nəzərovanın “Aşıq Ələsgər yaradıcılığında sufizm” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbir iştirakçıları öncə Şəhidlərimizin və hörmətli millət vəkili Qənirə Paşayevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tanınmış tənqidçi Əsəd Cahangir kitab haqqında müsbət fikirlərini söyləyib və tədbirin aparıcısı kimi ələsgərsevərləri Dədə Ələsgər yadadıcılığında yeni mərhələrinin – sufizmin tədqiqi üçün təbrik edib.
Kitabın elmi redaktoru və ön sözün müəllifi, akademik Nizami Cəfərov kitab haqqında geniş məruzə edərək bildirib ki, Adilə Nəzərova bu elmi-tədqiqat əsərində Aşıq Ələsgər irsinin tədqiqatı ilə birgə, həm də aşıq yaradıcılığının inkişafına öz dəyərli töhfəsini verib.
Tədbirdə çıxış edən digər natiqlər –tibb üzrə fəlsəfə doktoru, ələsgərşünas Nağdəli Zamanov, professorlar Akif Abbasov, Məti Osmanoğlu, Lütfiyyə Əsgərzadə, “Dədə Ələsgər Ocağı” Birliyinin sədri Xətai Ələsgərli və idarə heyətinin üzvləri Araz Yaquboğlu (həmçinin, Moskvadan professor Ələddin Allahverdiyevin təbrikini oxuyub), Rəşid Göyçəli, Aqil Kərimov, Sayad Hüseynov, BDU-nun dosenti Aygün Xəlilqızı, Təhsil İnstitutunun əməkdaşı Qəzənfər Əliyev, Estoniya Tartu Universitetinin professoru, şair, tərcüməçi Xaqani Qayıblı, yazıçılardan Səfər Alışarlı, Zemfira Məhərrəmli, şairlərdən Yusif Nəğməkar, Xalidə Nuray, Qalib Nuri Arif, Lilpar Cəmşidqızı, şair-bəstəkar Hüseyn Sözlü, psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədova, şair-publisist Qılman İman, Nizami Təhməzov, gənc tənqidçi Famil Mədət, Tərtərdən gələn müəllimə Bəsti İsmayıl və başqaları kitab haqqında öz fikirlərini bölüşüblər.
Müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirib və kitabdan bəhs edərək deyib: Aşıq Ələsgər yaradıcılığını tədqiq edənlər olub və bundan sonra da olacaqdır. Məndən əvvəlki tədqiqatçılara sayqımı bildirməklə, deyə bilərəm ki, mənim əsərim də özünəməxsusdur, unikaldır. Çünki, bu sahə ustadın yaradıcılığının tədqiqatında yeni mərhələdir. Fotolar:
Xəbər verdiyimiz kimi futbol üzrə Azərbaycan I Liqasında 3-cüturun oyunları keçirilir Bu gün İsmət Qayıbov adına Neftçi Tədris İdman Bazasının stadionunda Qaradağın “Lökbatan “futbol komandası “İrəvan ” futbol komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitidə keçən oyunda ” İrəvan” komandası 1:0 hesabı ilə qələbə qazandı.
Oyunu izləyənlər sırasında “İrəvan ” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov ,və “İrəvan ” FK-nın prezidenti Zahid Niyazəliyev də olub.
Seyid Nigari 1797-ci ildə (bəzi mənbələrdə 1805) Laçın rayonunun Cicimli kəndində anadan olmuşdur. Təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Yəhya Şirvani, Məhəmməd Füzuli, Yunus Əmrə kimi şerlərində təsəvvüfi mövzuları işləmişdir. XIX əsrdən sonra Azərbaycanda həm əruzla, həm xalq şeiri nəzm şəkilləri ilə heca ölçüsündə təsəvvüfi şeir yazan divan sahibi şairdir. 1885-ci ildə Türkiyədə vəfat etmiş, Amasiyada dəfn olunmuşdur.
QƏZƏL
Çıxıb cövlanə hər vəqti ki ol gülgünyanağ oynar, Bədən titrər, yanar can, dönər baş, əl-ayağ oynar.
Məgər əzm1i-gülüstan eyləmiş kim ol bu gün bülbül Qılur qülqül2, gülün gülbün nisar eylər, budağ oynar.
Nə xoş halətdir ol halət, çıxıb bipərdə üşşaqın Nəzərgahində cövlan eylər o sərxoşdəmağ oynar.
Nisar eylər sərin meyxar meyxanə səhnində O dəm kim, dilbərin gülgun əlində al əyağ oynar.
Necə tab eylər üşşaqın təcəllayi-cəmalindən Nəzər qıl, ey gözüm, tab eyləməz, hər ləhzə dağ oynar.
Əgər ərzi-üzar eylərsən, ey məh, zərrə tək xurşid Nigari, Daşbulağ, Günbəd, Qızıldağ, Abi-ağ oynar.
1—məqsəd, məram, qəti niyyət (bülbül bu gün gülüstan niyyət etmiş – burada istəmiş) 2-tüğyan etmə (bülbül tüyan etdikcə, gül ağacı şabaş (qurban) verir, budağ oynayır)