Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabı
Kitab XX əsrin əvvəllərində Türkiyəyə köç etmiş və son nəfəsinədək Vətənimizin istiqlalı amalına sadiq qalmış və bu yolda yorulmadan mücadilə etmiş azərbaycanlı mühacirlərin əziz xatirəsinə ithaf olunur.
Kitabda İstanbulun Feriköy, Zincirlikuyu, Edirnekapı, Karaca Ahmet və digər tarixi məzarlıqlarında dəfn edilmiş 60-dan çox görkəmli dövlət, ictimai-siyasi və elm xadimlərimiz, ziyalılarımız ilə bağlı məlumatlara yer verilmiş, onların həyat hekayələri bir-birindən maraqlı nadir fotoşəkillər və sənədlərlə müşayiət olunmuşdur.
Kitabda Türkiyə Dövlət arxivindəki sənədlərdən, Azərbaycan mühacirət mətbuatındakı materiallardan, müxtəlif dillərdə çap olunmuş əsərlərdən, eləcə də müəllifin şəxsi kolleksiyasından istifadə edilmişdir.
Bəzən darıxır insan, ama bu sadəcə kefsizlik və ya uğradığı məyusluqdan ötrü olmur. Bəzən sıxılırıq, digər insanlardan uzaq, hər kəsdən kənarda olmaq istəyirik. Anlamırıq bəzən insanların söylədiklərini, etdiklərini. Bir kənara çəkilib dayanırıq, ama bu səfər də özümüzdən sıxılırıq. Xeyr, bu dünyadan bezmək və ya ölümü istəyərək intihara aparan yol deyil, fərqlidir tamamilə. İnsanlardan uzaqlaşdığımız kimi, bu dəfə də bədənimizdən uzaq olmaq istəyirik. Bəzən düşünürük, niyə bədənimiz qulluğa ehtiyacı var, niyə yeməyə, içməyə qarşı ehtiyaclıyıq, amma yox. Yox biz bunlardan asılı deyilik, asılı olan bədənimizdir, ətdən, sümükdən ibarət olan cismimizdir zəif olan. Bu dəfə də özümüzü bədənimizdən kənarda hiss edirik, amma yenə rahatlıq tapa bilmirik, çünki gerçəyi hiss edirik və ona yetişmək, onda olmaq istəyirik. Bu dəfə hər şeyin tamam fərqli olduğunu anlayırıq, Vahidi anlayırıq, amma anlam verə bilmirik. Dünyada olan hadisələrə, insanların bir-birilə olan münasibətlərinə, hətta dinlərə qarşı belə qəribə narahatlıq yaranır tam mərkəzimizdə. Baxırıq və var olan hər şeyin tamam başqa olduğunu dərk edirik. Sistemi görürük, amma sevinirik, ona görə ki sistemə kənardan baxa bilirik. Hər şeyi anlaya bilirik, digərlərinin təslim olduğu dünyanı və yalanlarını anlayırıq. Vahidi anladıqca ona tərəf gedirik. Zamansızlığı anlamağa başlayırıq. Sonsuzluğu deyil, yox bu dəfə zamansızlığı anlayırıq. Zamansızlığın heçlik olmasını görürük. Heçlikdən geriyə baxdıqda isə bütün var olanların gerçəkdə Vahid olduğunu fərq edirik. Bu an bir səs eşidilir: Salam olsun, irəlilə.. Bu əsnada öz-özümüzə deyirik: Yoxsa bu hələ birinci pillədir?