DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb
Milli Kitabxanada Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 90 illik yubileyi münasibətilə “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb.
Sərgidə bəstəkarın operaları, simfonik poemaları, mahnı və romansları, kamera-instrumental əsərləri, musiqili komediyalara, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqi notları, həyat və yaradıcılığı haqqında kitablar, “Yaradıcı həyatın anları” fotoalbomu və s. Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayış olunur.
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması, Xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda Şuşalı ustad xanəndə Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb.
İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində piano sinfində alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.
Vasif Adıgözəlovun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ Respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.
Bəstəkar 2 operanın – “Ölülər” və “Natəvan”, 6 musiqili komediyanın – o cümlədən “Nənəmin şahlıq quşu”, bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı “Hacı Qara”, “Boşanaq – evlənərik”, “Aldın payını, çağır dayını”, həmçinin “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, “Mərhələlər”, “Afrika mübarizə edir” simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.
Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.
ÜZEYİR HACIBƏYLİNİN “SEÇİLMİŞ PEDAQOJİ ƏSƏRLƏRİ” ADLI KİTABI İŞIQ ÜZÜ GÖRDÜ
“Mütərcim” nəşriyyatı Üzeyir Hacıbəylinin “ Seçilmiş pedaqoji əsərləri”ini nəşr etmişdir.Üzeyir Hacıbəylinin pedaqoji əsəırləri ilk dəfə olaraq ayrıca kitab halında işıq üzü görür. “Seçilmiş pedaqoji əsərlər”də dahi bəstəkarın məktəb, təhsil, tərbiyə, təlim, təhsilin idarə olunması və müəllim şəxsiyyətinə aid fikirləri öz əksini tapmışdır. Mənbə kimi 1985-ci ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Üzeyir Hacıbəyov. “Seçilmiş əsərlər”i, 2005-ci ildə Şərq-Qərb nəşriyyatında işıq üzü görmüş “Üzeyir Hacıbəyli. Seçilmiş əsərlər”i iki cildliyinin 2-ci cildinin materialları əsas götürülmüşdür.
Materialların bir qismi Üzeyir Hacıbəylinin məqalələri, bir qismi felyetonları, satirik hekayələri, səhnəcikləridir.
Tədqiqatçılar materiallardan istifadə edərkən mənbə kimi ya bu kitabı və onun səhifələrini göstərə, yaxud dahi bəstəkarın 1985 və 2005-ci il nəşrlərinə əsaslana bilərlər.
“Seçilmiş pedaqoji əsərlər”in hazırlanmasının təşəbbüskarı, ön sözün müəllifi və elmi redaktoru pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovdur.
Tərtib edənlər:
Akif Nurağa oğlu Abbasov,
pedaqogika elmləri doktoru, professor,
İradə Böyükağa qızı Əmirəliyeva,
pedaqogika üzrə fəlsəfə doktoru,
Lalə Akif qızı Məmmədli,
pedaqogika üzrə fəlsəfə doktoru
Bu kitab Üzeyir Hacıbəyli sevərlər, müəllimlər, gənc tədqiqatçılar, doktorantlar, magistrant və magistlər üçün nəzərdə tutulmuşdur.
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Əliyev Yunus İsaxan oğlu 1960-cı il iyulun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirib. 1978-1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979-1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb.
Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi seçilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildən Milli Azadlıq hərəkatına aktiv qoşulub. Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi işləməklə yanaşı, 1989-cu ildən 1991-ci ilədək “Azad söz” qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1990-ci ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə Xalq Azadlıq Partiyasını (XAP) yaradıb və onun sədri seçilib.
1991-1992-cı illərdə Ordu qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına, 2010-cu ildə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
2009-cu ildə “Nadir şah” romanı Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatının Şans ödülünə layiq görülüb. 2010-cu ildə “Nadir şah”, “Təhmasib şah”, “Attila” və “Qədim türklər və passionarlıq nəzəriyyəsi” əsərləri Türkiyə türkcəsinə çevrilib və bu ölkədə böyük tirajla nəşr olunub.
“Nadir şah” romanı 2010-cu ildə ingilis dilində Londonda işıq üzü görüb.
“Türkün tarixinə yeni bir baxış” kitabı 2008-ci ildə Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərdə dərs vəsaiti kimi tövsiyə edilərək çap olunub. 2011-ci ildə yenə Təhsil Nazirliyinin qərarı ilə “Nadir şah” və “Təhmasib şah” tarixi romanları sinifdənxaric oxu ədəbiyyatı kimi sifariş edilib və çap olunub.
2011-ci ildə Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında” adlı elmi kitabı nəşr olunub və Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə edilib. Bu kitab eyni zamanda 2012-ci ildə İstanbulda türk dilində nəşr olunub.
2011-2012-ci illərdə iki cildlik “Əmir Teymur – zirvəyə doğru” və “Əmir Teymur – dünyanın hakimi” tarixi romanı dərc olunub.
2013-cü ildə “Şah arvadı və cadugər”, 2015-ci ildə “Sultan Alp Arslan” tarixi romanları və “Pyeslər; Attila, Altun dəftər, Nadir şah” kitabı capdan çıxıb.
2017-ci ildə “Atabəy Eldəniz” tarixi romanı, 2018-ci ildə “Ovçu” tarixi romanı, 2019-cu ildə “Səfəvi Şeyxi” tarixi romanı dərc olunub.
2018-ci ildə Özbəkistan və Azərbaycan arasında ədəbi əlaqələrin dərinləşməsinə, özbək tarixinin, ədəbiyyatının fəal təbliğinə, habelə xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin fəxri fərmanı ilə təltif edilib. 2019-cu ildə Yunus Oğuz Özbəkistan Respublikası TURAN Elmlər Akademyasının 26 may tarixində keçirilən Elmi Məclisində TURAN Elmlər Akademyasının Akademiki seçilib. Qeyd edək ki, Yunus Oğuz bu ölkədə çox sevilir və yazıçının bir neçə kitabı özbək dilinə tərcümə olunub. Daşkənd, Səmərqənd və Kokand şəhərlərində yazıçının kitablarının təqdimatları keçirilib.
Əsərləri dünyanın 20-dən çox ölkəsində dərc olunub. Dünyanın bir çox ölkələrində mükafatlara layiq görülüb.
Əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib.
Azərbaycan Milli Kitabxanasında virtual sərgidə elektron guşəsi yaradılıb: >>> //anl.az/el/Yunus_Oguz
Zəmanəmizim görkəmli ziyalısı, vətənpərvər maarifçisi
Bəşəriyyət şaxəli yaradıcılığı, əhatəli biliyi, zəngin dünyagörüşü olan istedadlı şəxsləri nadir hallarda yetişdirir. Kompleks nemətlərin, əksər insani keyfiyyətlərin taraz şəkildə bir şəxsdə cəmləşməsi artıq ali insani dəyərlər məcmusudur. Həm də fenomenoloji amildir. Mən deyərdim ki, şəxəli istedad sahibləri Allah tərəfindən seçilən olurlar. Çünki bu qədər istedad, bilik və bacarıq hər bir şəxsdə olmur. Allah çox istedadlı şəxsləri məhz insanlığa xidmət üçün seçib göndərir. Onların zəkasını cəmiyyət və bəşəriyyət üçün xərclətdirir. Həm də onları mərkəzdə saxlayaraq zəkalarını zənginləşdirir. Şaxəli yaradıcılıq insan xarakteri ilə əməlinin ali məqamda vəhdətidir. İnsanın ali məqamı onun qəlbi ilə əməli arasındakı bağlılıqda özünü büruzə verir. Bir tərəfdən siyasətçi və siyasətşünas olmaq, digər tərəfdən də yazıçı, jurnalist və publisist kimi geniş və yorulmaz fəaliyyət göstərmək bəşəriyyətə xidmət yolunda böyük enerji sərf etmək deməkdir. Bütün bunlar şəxsdə ali bir xidmət istəyidir. Yunus müəllim çox şaxəli yaradıcılıq sahibidir. O, öz yaradıcılığını qəlbinin siqnalları ilə pozitiv axarlara yönləndirir. Onun qələmi daimi olaraq beynindən və qəlbindən axan siqnalları həkk edir. Tarixi romanlar yazmaq məncə ədəbiyyatın ən çətin sahəsidir. Hadisələrin orijinallığı və reallığı tələb edir ki, faklar təxəyyül üzərində nəzarət funksiyasını yerinə yetirsin. Burada xronologiya və hadisələrin məzmunu elə bədii-estetik tərzdə və formada təqdim olunmalıdır ki, oxucu dərhal tarixi hadisələri sevə-sevə, estetik duyum ala-ala qavraya, öz təxəyyülündə canlandıra bilə. Tarixi roman yazmaq ustalıq və məharət tələb edir. Çünki bədii təxəyyül, obrazlı canlandırma real hadisə sərhədlərini kənara çıxa bilməz. Bu kimi əsərlərdə tarix və hadisələrinin obrazlandırılması üzvi sürətdə bir-birini tamamlamalıdır. Yunus müəllimin “Atilla” pyesi (2007), “Nadir Şah” tarixi romanı(2008), “Təhmasib şah” tarixi romanı (2009), “Sultan Alp Arslan” tarixi romanı (2015), “Atabəy Eldəniz” tarixi romanı (2017), “Nadir Şah” pyesi, “Çingiz xan” romanı və digər bu kimi əsərləri öz real tarixi faktlarını qoruyub saxlamaqla yanaşı, hadisələrdəki bədii üslubunu da yüksək səviyyədə oxuculara təqdim etməkdədir. Yunus Oğuzun yaradıcılığına nəzər saldıqda, görmək olur ki, O, hərtərəflidir, siyasi, tarixi əsərlərlə zəngindir. Qələm sahibi həm də felyetonlar və esselərin mahir yaradıcısıdır. Yunus müəllim, ilk növbədə vətənpərvərdir. Elə bu özlüyündə həm də bəşəri ruhlu olmaq deməkdir. Yaradıcılığında və ictimai və siyasi fəaliyyətində onun kimliyi, ali məqamı açıq-aydın hiss olunur. Yunus müəllim, böyük türkdür. Bu onun yaradıcılığında tam şəkildə büruzə verir. Müəllifin həvəslə qələmə aldığı “Türk etnonimi və törələri” başlıqlı əsəri ilə tanışlıq bunu deməyə əsas verir. ”22 iyul” tarixi təqvimizdə “Milli Mətbuat” günümüzdür. Eləcə də xalqımızın maarifpərvər və humanist evladlarından biri olan Yunus Oğuzun doğum günüdür, bu il 65 yaşı tamam olur. Milli mətbuatımızın 150 illiyi və Yunus müəllimin yubileyi münasibətilə həm xalqımızı, həm də yubilyarımızı təbrik edirəm! İnanıram ki, Allahın bəxş etdiyi uzun ömür yolunda Yunus müəllim yeni-yeni maraqlı əsərlərə imzalar atacaqdır! Müəllimin mətbuat günündə dünyaya gəlməsində də bir məna axtarmaq olar. Məncə, bu gün ona əlavə həvəs və stimul bəxş edir, onda məsuliyyət yaradır. Elşən NƏSİBOV, Siyasətşünas-alim, yazıçı-publisist
Hörmətli Yunus (Oğuz) müəllim, Məmnuniyyətlə, sizi həyatınızın əlamətdar tarixi – doğum gününüz – 65 illik yubileyiniz münasibətilə təbrik edir, sizə möhkəm can sağlığı, səadət və gələcək işlərinizdə davamlı uğurlar arzu edirik. Siz zəngin və səmərəli həyat fəaliyyətinizlə milli mətbuatımızın, dövlətçiliyimizin inkişafına xidmət etməklə, müstəqil dövlətçiliyimizin qüdrətlənməsinə – cəmiyyətin sağlam informasiya ilə təmin olunmasına xidmət etmiş, Vətənpərvərlik mövzuları, Azərbaycan Ordu quruculuğu prosesi daim diqqətdə saxlanılmış, müdafiə siyasəti ilə bağlı açıq informasiyalar işıqlandırılmış, 44 günlük Vətən müharibəsi zamanı həqiqət və reallıqlar fonunda media nümayəndələri arasında ön sırada dayanmışınız. Sizin eyni zamanda yaradıcılığınızda milli ruhda və qəhrəmanlıq əzmində tarixi romanlarınız vardır ki, hərbi vətənpərvərlik baxımından bu da mühüm əhəmiyyət kəsb edir. Təkrarolunmaz yaradıcılığınızla yeni cərəyan yaratmağa nail olmuşunuz. Sağlam nəslin yetişməsinə əvəzsiz töhfə verirsiniz. Fürsətdən istifadə edərək, sizə və əməkdaşlarınıza Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə təbriklərimizi çatdırır, sizdən milliyönlü dürüstlük, obyektivlik və operativlik naminə işlərinizdə yeni-yeni nailiyyətlər gözləyirik.
Yazar Etibar Həsənzadə Vətənpərvərlik ruhunda və Azərbaycan Türkiyə qardaşlığı dostluğu İlə bağlı yazdığı əsərlərinə görə AZ KİVİHi nin riyasət hiyyəti və rəhbərliyi tərəfindən Vətən Media Mükafatı və Turan Yolu Ali Media Mükafatı ilə təltif olunub.
Öz rəsmi sosial media hesablarinda və YouTube kanalında bu barədə məlumat verən yazıçı Etibar Həsənzadə bu dəyərli mükafatlarla təltif olduğuna görə AZ KİVİHi nin riyasət hiyyətinə və AZ KİVİHi nin sədri Çingiz Qurbanoğluna təşəkkürünü bildirmişdir.