Azərbaycan şairləri – Zaur Ustac

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Hərbi Feldşer İşi” ixtisası üzrə məzunların buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin “Hərbi Feldşer İşi” ixtisası üzrə məzunlarının buraxılış mərasimi keçirilib.
Bakı Hərbi Kollecinin klubunda təşkil edilən tədbirdə MMU-nun rəhbərliyi, zabit, müəllim, kursant heyəti və digər qonaqlar iştirak ediblər.
Bakı Hərbi Kollecinin Döyüş bayrağı səhnəyə gətirildikdən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
MMU-nun rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılan hərbi kolleclərin ordumuzda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların bariz nümunəsi olduğunu qeyd edib. Rektor tədris prosesində göstərdikləri dəstəyə görə qardaş Türkiyə Respublikasının hərbi qulluqçularına təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən kurs birincisi təhsil müddətində yaradılan şəraitə görə MMU rəhbərliyinə və müəllim heyətinə məzunlar adından minnətdarlığını ifadə edib, buraxılış rəmzi olan emblemi yaş kötüyünə vurub.
Məzunlara və pedaqoji fəaliyyətində yüksək nəticələr əldə etmiş müəllim heyətinə diplomlar, sertifikatlar, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Sonda Bakı Hərbi Kollecinin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib, birgə xatirə şəkli çəkdirilib.

https://mod.gov.az/az/news/baki-herbi-kollecinde-buraxilis-merasimi-kecirilib-video-55139.html

В Бакинском военном колледже состоялась церемония выпуска

https://mod.gov.az/ru/news/v-bakinskom-voennom-kolledzhe-sostoyalas-ceremoniya-vypuska-video-55140.html

Baku Military College holds a graduation ceremony

https://mod.gov.az/en/news/baku-military-college-holds-a-graduation-ceremony-video-55141.html

Şəfəq Sahibli – SƏNDƏN VƏFALIDIR

SƏNDƏN VƏFALIDIR
Hər gün boynubükük bənövşə kimi,
Misramın üzündə varaq ağlayır .
Dili tutulubdur barmaqlarımın ,
Xatirə-xatirə soraq ağlayır .

Səndən vəfalıdır sənin həsrətin,
Dizinə baş qoyub ağlamaq olur.
Ayrılıq qoxulu arzularımın ,
Ümidi Kövrəlir, gözləri dolur.

Taleyim dərdinlə qol-boyun olub,
Kövrək misraları düzdüm vərəqə.
Hər gün misra-misra qoxlayır ürək,
Sevgi ətri verən adını sənin ,

Gözün gülümsəyir yaz çiçəyi tək ,
Ahım yelpikləyir xatirələri.
Yenə qəlbini oxumaq üçün
Sevgi kitabı tək açdım sabahı.