Əsərləriniz yaşadıqca, adınız da yaşayacaq!- Tahir Mirkişili- YUNUS OĞUZ -65

Əsərləriniz yaşadıqca, adınız da yaşayacaq!

Hörmətli Yunus Oğuz!

Sizi ömrünüzün əlamətdar bir mərhələsi – yubileyiniz münasibətilə dərin ehtiramla  təbrik edirəm!

Sizin qələminizdən doğan əsərlər sadəcə roman deyil – xalqımızın yaddaşı, tariximizin dirçəyişi, milli ruhumuzun güzgüsüdür. Siz oxucunu sadəcə keçmişə aparmırsınız, onu milli kimliyinin içərisinə qaytarırsınız. Hər yazdığınız sətirdə vətən sevgisi, qürur, mərdlik və tarixə sədaqət duyulur.

Ədəbiyyat aləmindəki yorulmaz mücadiləniz, sözə və ideyaya olan sədaqətiniz, xalqın ruhuna toxunan düşüncələriniz hər zaman dəyərlidir və dərin iz buraxır. Siz təkcə yazıçı deyil, həm də tarixlə danışan bir ruh, qələmi ilə millətə xidmət edən bir ziyalısınız.

Sizə bu gözəl gününüzdə möhkəm cansağlığı, ilhamla dolu uzun ömür və yeni yaradıcılıq zirvələri arzu edirəm. Qoy hər yeni yaşınızla birlikdə söz dünyanız daha da zənginləşsin, qəlbiniz hər zaman Vətən eşqi ilə döyünsün!

Əsərləriniz yaşadıqca, adınız da yaşayacaq!

Tahir MİRKİŞİLİ,

Milli Məclisin deputatı

“Yunus Oğuz dövlətçilik və ictimai fikir tariximizin salnaməsini yazır” – Zahid Oruc

Yunus Oğuz dövlətçilik və ictimai fikir tariximizin salnaməsini yazır

Yunus Oğuzun zəngin və çoxşaxəli fəaliyyəti təkcə yaradıcılıq nümunəsi deyil, həm də dövlətçilik və ictimai fikir tariximizin mühüm mərhələlərinə şahidlik edən bir salnamədir.

Yunus bəy müəllifi olduğu tarixi romanlar, publisistik məqalələr və qurucusu olduğu “Olaylar” mediası sayəsində informasiya cəmiyyətində möhkəm söz sahibinə çevrilib.
Yaradıcılığında milli dəyərlərin qorunması, tarixə və şəxsiyyətlərə obyektiv baxış, ictimai fikrə yön verən təhlillər həmişə xüsusi yer tutur. Yunus Oğuz sözün həm yazılı, həm də ictimai yükünü daşıyan, düşüncənin və ifadənin məsuliyyətini çiynində daşıyan yazıçı və ziyalıdır.
Hörmətli Yunus bəyi 65 illik yubileyi və doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!  Bu əlamətdar gündə Yunus Oğuza möhkəm can sağlığı, davamlı yaradıcılıq enerjisi və yeni-yeni nailiyyətlər arzulayıram. Əminəm ki, onun fəaliyyəti bundan sonra da Azərbaycan mədəniyyətinə və ictimai düşüncəsinə dəyər qatmağa davam edəcək.

Zahid ORUC,

Milli Məclisin deputatı

“Adı çəkiləndə tarix xatırlanır: ” Yunus Oğuz haqqında

Adı çəkiləndə tarix xatırlanır

Bu bir həqiqətdir ki, hər bir şəxsin adı çəkiləndə onun özünə məxsus bir assosiasiya yaranır. Yəni o insanı xəyalında canlandıranda dərhal müəyyən bir keyfiyyət yada düşür. Məsələyə bu kontekstdə yanaşdıqda, “Yunus Oğuz” dedikdə mənim ağlıma gələn ilk assosiasiya budur: müasir dövrümüzdə tarixi romanların ustadı.

Mənə sual veriləndə ki, Azərbaycanda tarixi romanları kim yazır, beynim ilk olaraq onu tapır – Yunus Oğuzu. Düşünmədən deyirəm: o yazıb. “Nadir Şah”ı da o yazıb, “Təhmasib Şah”ı da o yazıb, “Attila”nı da, “Əmir Teymur”u da… Bildiyim qədərilə, 22 ölkədə 47 kitabı işıq üzü görüb. Bax, məndə belə bir assosiasiya formalaşıb və doğrudan da gözəl qələmi var, çox istedadlıdır.
İstedadlı insanlar bənzərsiz olurlar. Bənzərsizlik isə istedada yaraşır – necə ki , bahar seli çaya, qəriblik qürub çağına, məğrurluq dağa, dalğa isə dənizə yaraşır. Yunus Oğuza da bu istedad və bənzərsizlik yaraşır.
Mən uzun müddətdir ki, istedadlı ədibi, jurnalisti, yazarı, həm də ictimai xadimi – Yunus Oğuzu tanıyıram. Onu tanıdığım illər ərzində  hər zaman vətənpərvər bir insan kimi qəbul etmişəm. Həmişə sözünün sahibi olub, həmişə sözünü deyib. Onun üçün ən əsası dövlətdir, dövlətçilikdir.
İstər ictimai-siyasi fəaliyyətində, istərsə də yazdığı əsərlərində bu ruh və bu mövqe özünü göstərir. Və illər necə də sürətlə keçir… 1960-cı ildə, 22 iyulda dünyaya gəlib. Bu tarix – 22 iyul – mənim üçün xüsusi əhəmiyyət daşıyır.
Görünür, bunun da bir mənası var. Elə bil, gələcəkdə Yunus Oğuz təkcə gözəl bir yazar deyil, həm də istedadlı bir jurnalist olacaqmış. Hansı gündə? 22 iyulda – yəni milli mətbuatımızın təməl daşının qoyulduğu gündə.
Yəqin ki, bu təsadüfi deyil. Bu illər ərzində biz görmüşük ki, Yunus Oğuz hər yeni əsərində püxtələşib, hər yeni əsərində öz imzasını daha da tanıdıb. Artıq qeyd etdiyim kimi, Yunus Oğuz dedikdə, tarixi romanları onun qədər yazan ikinci bir şəxs bu gün Azərbaycan ədəbiyyatında ağlıma gəlmir.
Yazarlarımız çoxdur, müxtəlif mövzularda yazırlar, amma tarixi şəxsiyyətləri Yunus Oğuzun qələmi ilə zirvəyə yüksəldən başqa bir yazıçı xatırlamıram. Baxıram : illər necə də tez keçir. İndi dostumuzun 65 yaşını qeyd edirik. Bu gün onu sevən hər kəs – dostları, yaradıcı insanlar, oxucuları – təbrik edirlər.
Mən də bu təbriklərə qoşuluram. Yunus Oğuza möhkəm can sağlığı arzulayıram. Bütün arzularına çatsın. Arzular isə ikidir: biri dostlarla, yoldaşlarla, insanlarla paylaşılan arzular, biri də yalnız Allahla bölüşülən – heç kimə demədiyin arzular. Mən Yunus Oğuza hər iki arzularına çatmağı arzulayıram – həm yaxınlarının bildiyi, həm də Allahla bölüşdüyü arzularına.
Təbrik edirəm, əziz dost, əziz qardaş. Ad günün mübarək olsun! Səsin həmişə ucalardan gəlsin. Dostlarının sevgisini qazanasan və bu sevgini qoruyub saxlaya biləsən. Bunun yolu isə ancaq – yeni-yeni əsərlər yazmaqdır. O əsərlər ki, Yunus Oğuzun istedadını, qabiliyyətini, yaradıcılıq ruhunu tam şəkildə ortaya qoyur və onu geniş oxucu kütləsinin sevimlisinə çevirir.
Bir daha ad günün mübarək olsun!

Elman NƏSİROV,

Milli Məclisin deputatı

“Yunus Oğuz xalqımızın tarixi yaddaşını yaşadan yazıçıdır” – Nizami Cəfərov

“Yunus Oğuz xalqımızın tarixi yaddaşını yaşadan yazıçıdır”

Hörmətli Yunus bəy, sizi – müasir Azərbaycan ədəbiyyatının və jurnalistikasının tanınmış simasını,  sözün  əsl  mənasında doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin həm yazıçı, həm də ictimai xadim kimi fəaliyyətiniz uzun illərdir ki, cəmiyyətimizə sanballı töhfələr verir. Yaradıcılığınızda milli tariximizin dərin qatlarına enərək oxucuya həm estetik zövq, həm də tarixi təfəkkür bəxş edirsiniz. Sizin romanlarınız sadəcə ədəbi hadisə deyil, həm də xalqımızın keçmişinə və kimliyinə dair bənzərsiz təhlillər toplusudur. Eyni zamanda, mətbuat sahəsindəki yorulmaz fəaliyyətiniz, ictimai-siyasi proseslərə çevik münasibətiniz və prinsipial mövqeyiniz nümunəvi xarakter daşıyır.
Azərbaycan ziyalısı olmaq məsuliyyəti böyük missiyadır. Sizin bu missiyanı yüksək səviyyədə və böyük ləyaqətlə yerinə yetirdiyinizi demək şərəfdir.
Sizə möhkəm can sağlığı, bitib-tükənməyən yaradıcılıq enerjisi və yeni-yeni uğurlar arzulayıram!

Nizami CƏFƏROV,

Filologiya elmləri doktoru, professor

Əsl ziyalı və vətənpərvər yazıçı- YUNUS OĞUZ-65

Əsl ziyalı və vətənpərvər yazıçı

Şanlı tariximizin son 30 ilinə nəzər salsaq, çox ağır, təhlükəli, eyni zamanda çox şərəfli günlərini geridə qoyduq. Bu 30 ildə bir çox hadisələrin şahidi olduq.

Hər kəsin qələmi vətən, xalq, dövlətçilik naminə yazmır. Hər kəsin sinəsi Vətən naminə qalxana çevrilmir. Hər kəs Vətən naminə canını qurban verməyə hazır olmur və qurban da vermir.

Bu proseslər zamanı ziyalıların da rolu önəmlidir. Lakin əfsuslar olsun ki, bu ada hər iddia edən də əsl ziyalı ola bilmir. Ziyalı olmaq mənim baxış bucağımdan diplomu-ali təhsili olmaq demək deyil. Elə diplomlular var ki, Vətənin, Dövlətin  xalqın ən ağır zamanlarında özlərini komufulyaj edərək “suyun dibinə” cumaraq “nəyimə lazımdır” deyərək öz üfünət verən cəmdəklərini Vətənin qara günlərində, xalqın rus imperiyasına qarşı Azadlıq mücadiləsində, yenicə qazanılmış dövlətçiliyimizin məhv edildiyi, məkrli qüvvələr tərəfindən Vətən torpaqlarını dörd yerə  parçalanmaq təhlükəsində   kənara çəkdilər, görməzdən gəldilər. Bəla da burasındadır ki, belələrinin böyük əksəriyyəti dünən də, bu gün də yenə də Vətəndən, Dövlətdən bəhrələnməkdə utanmadan, həya etmədən qidalanırlar. Mən bu yazımda belə yaramazlardan danışmayacam. Milli mətbuat günümüzün 150 ili tamam olan bir gündə, 65 il şərəfli ömür yolu qət etmiş və onun da 50 ilini mətbuatımıza xidmət etmiş, milli azadlıq hərəkatında rus imperiyasına qarşı xalqımızın şərəf savaşına qalxdığı zaman ləyaqətlə mücadilə edən, Azərbaycanımızın müstəqilliyinin bərpasında böyük xidmətləri olan, tarixin gizli qatlarında uyuyan şanlı tariximizi gənc nəslə çatdıran, milli kimliyimizi-dədə kökümüzü daima təbliğ edən, turançı, tarixi romanların müəllifi, daima cəmiyyətimizdə əsl ziyalı mövqe ilə seçilən, Olaylar İnformasiya Agentliyinin və Olaylar qəzetinin baş direktoru, yazıçı – publisist Yunus Oğuzun 65 yaşı tamam olması münasibətilə təbrik edirəm.  Belə  bir  uzlaşma  da  Tanrının  Yunus  Oğuza  göstərdiyi  bir  lütfdür.  150  milli  mətbuatın  yaşı, 65 Yunus Oğuzun, 50  il  isə  jurnalistlik  fəaliyyəti! 

Hörmətli Yunus Oğuz, Tanrıdan sizə möhkəm can sağlığı arzu etməklə yanaşı Vətən torpaqlarında dədə ruhların nuru ilə qorunan dədə kökümüzün şanlı səhifələrini cəmiyyətimizə çatdırmaqda sizə uğurlar arzu edirəm.

Cavid  İSMAYIL,

Turan Araşdırma ib-nin  sədri

AZƏRBAYCAN İSTİQLAL MÜBARİZƏSİ TARİXİ VƏ ƏDƏBİYYATIMIZ

AZƏRBAYCAN İSTİQLAL MÜBARİZƏSİ TARİXİ VƏ ƏDƏBİYYATIMIZ

Azərbaycan istiqlal mübarizəsi tarixi, xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsi, Azərbaycanın tarixi dövlətçilik ənənələri, milli dövlət quruluşunun dirçəldilməsi, milli istiqlal ideyalarının geniş yayılması, bu yolda görülən böyük xidmətlər Azərbaycan ədəbiyyatı üçün aktual mövzu sıralarında olmuşdur. Azərbaycan istiqlal mübarizəsi tarixi siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimlərimizin əsərləri ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna rol oynamışdır. Əsərləri ilə azadlığı təbliğ edən ədiblərimiz müasir Azərbaycanın ədəbi-mədəni, mətbu, ictimai-siyasi həyatında müstəsna rol oynamışdırlar. Azərbaycan istiqlal mübarizəsi tarixində parlaq iz qoymuş yazıçı-publisistlər, tərcüməçilər, naşirlər, redaktorlar, şairlər, folklorşünaslar, alimlər, ictimai xadimlər, Azərbaycanın istiqlal mücahidləri, mühacirətin fəal üzvləri və təşkilatçıları yaşadıqları dövrü yaradıcılıqlarında əks etdirmişdirlər. Onlar yaradıcılıqları vasitəsilə Azərbaycanın istiqlalı uğrunda ideoloji mübarizə aparmışdırlar.                                                                                                                                    

  Azərbaycan istiqlal mübarizəsi tarixini öz əsərlərində əks etdirən ədiblərimiz yaradıcılıqları vasitəsi ilə milli ictimai fikrə təsir göstərərək, çağdaş ictimai-siyasi həyatımızın fundamental təzahürlərini gərgin zəhmət hesabına tədqiq və təhlil etmişdirlər. Azərbaycan milli istiqlal mübarizəsi tarixinin araşdırılması Azərbaycan ədəbiyyatı üçün zəngin materialdır. Azərbaycan ədəbiyyatında Azərbaycan istiqlal mübarizəsi tarixindəki hadisə və faktların araşdırılaraq elmi qiymətini alması nəticəsində bu sahə ilə bağlı çoxlu sayda araşdırmalar tariximizin bu hissəsindəki boşluğu doldurmuşdur. Bu sahədə aparılan araşdırmalar və tədqiqatlar olduqca çoxdur. Azərbaycan ədəbiyyatında Azərbaycan istiqlal mübarizəsi tarixinin problemlərinin dərindən öyrənməsi məsələsi bu gün də ən çox istifadə olunan mövzudur. Ədəbiyyatşünaslar Azərbaycan istiqlal mübarizəsi tarixini, cümhuriyyət qurucularının xarakterini, həyatını, düşüncəsini, cümhuriyyət ideyalarını fəaliyyətləri ilə gələcək nəsillərə ötürən elm xadimlərinin xatirəsini həmişə əziz tutmuşdurlar. Tədqiqatçılar Azərbaycan istiqlal mübarizəsi uğrunda qəhramancasına mübarizə aparmış milli istiqlaliyyətçilərimizi əzmlərinə və azadlıq ideallarından dönməzliklərinə, əqidə və amallarına sadiq qalmaqlarına, ideoloji mübarizələrini axıra qədər aparmaqlarına, Azərbaycanın müstəqilliyi uğrunda bacardıqlarını əsirgəmədiklərinə görə həmişə yüksək qiymətləndirmişdirlər. Onların əsərlərinin əsas mövzusunu türk milli təfəkküründəki istiqlal ideyası təşkil edir.                                                                                                                                       

Səbinə Quliyeva “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı” məqaləsində Azərbaycan istiqlal mübarizəsi tarixinin Azərbaycan ədəbiyyatındakı yerini geniş şəkildə şərh etmişdir. “Azərbaycan ədəbiyyatı tənqidi və ədəbiyyatşünaslığı Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçib. Bu özünəməxsusluq, hər şeydən öncə, ədəbi irsin milli-nəzəri fikir müstəvisində təhlil və tədqiqinin aktuallıq kəsb etməsi, həmçinin ədəbiyyatşünaslığı məşğul edən problemlərin daha operativ şəkildə diqqət mərkəzinə çəkilməsi ilə şərtlənməkdədir. Belə ki, Cümhuriyyət dövründə bir tərəfdən klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılmış, digər tərəfdən çağdaş ədəbi proses yetərincə dəyərləndirilmiş, həmçinin ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür” [6, s.77].                                                           Azərbaycan istiqlal mübarizəsi tarixinin problemlərini əsərlərində fərdiliyi və özünəməxsusluğu ilə əks etdirən ədiblər Azərbaycan ədəbiyyatının, tarixinin, fəlsəfəsinin ruhundan gələn humanist və insani dəyərləri cəmiyyət həyatında aparıcı qüvvəyə çevirmək yolunda əvəzsiz xidmətlər göstərmişdirlər. Azərbaycan ədəbiyyatında istiqlal ideyasının inkişafı, milli şüura hakim kəsilməsi və müstəqil dövlətçiliyə istiqamətlənməsi nəticəsində tədris prosesində, dərsliklərdə, bədii ədəbiyyatda, yeni meydana çıxan mətbu nümunələrdə Azərbaycan dilinin fars və ərəb dillərindən qabağa keçməsi reallaşdı və ictimai şüur və milli özünüdərk prosesi sürətləndi. Azərbaycan ədəbiyyatında istiqlal ideyasının formalaşması prosesində ədiblərimizin ədəbi-elmi, bədii-publisistik, ictimai-siyasi fəaliyyətlərinin rolu danılmazdır. Tədqiqatçılər Azərbaycan istiqlal mübarizəsinin siyasi-ictimai fikirlərində tərəqqi və təkamül tarixini aydın və parlaq kimi dəyərləndirirlər. İstiqlal məfkurəsinin təməlində və inkişaf tarixində milli hərəkatın ruh və mahiyyətini yüksək qiymətləndirərək özünəməxsus məfkurəsi, məfkurə uğrunda çəkişməsi, mübarizəsi, o dövrün qəhrəmanları, məzlumları, şəhidlər və mücahidləri haqqında türkçülüyü və azərbaycançılığı bərabər səviyyədə saxlayan ən uca məfhum kimi qəbul edirdilər. Azərbaycan istiqlal mübarizəsi tarixinin problemlərini əsərlərində yaşadan ədiblərin düşüncələri Azərbaycanın ictimai-ədəbi həyatında mühüm rol oynamışdır.         

 Azərbaycan ədəbiyyatı Azərbaycan istiqlalı uğrunda savaşa girərək millətə kimlik şüurunu aşılamaq sahəsində ən böyük qəhrəmanlıqları göstərmişdir. Belə ki, Azərbaycan istiqlal mübarizəsi tarixinin xalqın ruhuna hakim kəsilməsində ədəbiyyatın rolu olduqca böyükdür. Azərbaycan ədəbiyyatı millətin qəlbinə milliyyət və istiqlal toxumu, millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi aşılamışdır. Azərbaycan istiqlal mübarizəsi tarixində ədəbiyyat xadimlərinin milli azadlıq ruhu aşılayan, millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə həyəcanının gərginliyini daşıyan əsərləri xalqın qəlbində sönməyən bir məşəl yandırmışdır. Ədiblərimiz milli-mənəvi dəyərləri və özünəməxsus siyasi-ideoloji ənənələri əsərləri vasitəsilə ictimaiyyətə çatdırmışdırlar. Onlar siyasi-ideoloji  düşüncədə, bədii-estetik yanaşmada çoxvariantlılıq edərək marifçiliyi tənqidi realizmlə, tənqidi realizmi romantizmlə uyğunlaşdıraraq Azərbaycan ədəbiyyatında istiqlal ideayasının çoxobrazlılığını, çoxqatlılığını yaratmışdırlar. Azərbaycan ədəbiyyatı tarixində Azərbaycan Xalq Cümhuriyyəti dövrü zəngin, məhsuldar, rəngarəng, maraqlı və eyni zamanda ən ziddiyyətli əsərləri ilə yadda qalmışdır. Ədiblərimiz millətin azadlığına gedən yolun siyasi-ideoloji parametrlərini, bədii-publisistik təbliğatının təşkilini fərqli müstəvilərdə görür və bunu ədəbiyyatda təhlil və təbliğ edirdilər. Azərbaycanın mürəkkəb, ziddiyyətli, qətiyyətli, dönməz istiqlal yolunda Azərbaycan ədəbiyyatının ictimai-siyasi həyatla, milli düşüncə ilə paralel inkişafını görürük.                                                                                                 

   Abid Tahirli “1920-ci illər Azərbaycan poeziyası Məhəmməd Əmin Rəsulzadənin araşdırmalarında” məqaləsində Azərbaycan istiqlal tarixinin bayraqdarı olan  M.Ə.Rəsulzadənin 1920-ci illər Azərbaycan poeziyası haqqındakı fikirlərini analiz etmişdir. “Ölkəmizdə və mühacirətdə 20-30-cu illərdə ərsəyə gələn ədəbi nümunələrin tədqiqinə, tənqidinə, təbliğinə həsr olunmuş “Çağdaş Azərbaycan ədəbiyyatı”nda M.Ə.Rəsulzadə milli poeziyamızın ədəbiyyatımızın qüdrətli simaları – Əhməd Cavad, Gültəkin, Almas İldırım, Əli Yusif, Sənan, Yaycılı Kərim və digərlərinin yaradıcılığından nümunələri dərindən və obyektiv təhlil etmiş, qiymətləndirmiş və əsərlərin ideya, məzmununa, dil, üslub, sənətkarlıq məziyyətlərinə uyğun elmi nəzəri müddəalar irəli sürmüşdür. Bu irsi ilə müəllif istiqlal şairlərinin sənət qüdrətinin, məfkurə dünyasının, milli düşüncə tərzinin, fəlsəfi dərinlik və irfani məzmununun elmi-nəzəri və ideya-estetik şərhinə sovet tənqidçilərindən fərqli, yeni münasibət sərgiləmiş, yeni yanaşma və tədqiqat metodu ilə bütövlükdə Azərbaycan, o cümlədən mühacirət ədəbiyyatşünaslığına tövhə vermişdir. M.Ə.Rəsulzadənin ədəbiyyatşünaslıq irsinin aktuallığı, uzunömürlülüyü, özünəməxsusluğu və gücünü də bu keyfiyyətlər şərtləndirir” [1, s.153-154].                                                                                   

  Azərbaycan ədəbiyyatı cəmiyyətin ictimai-siyasi düşüncə yükünün və istiqlal ideyasının tərənnümçüsü və daşıyıcısı rolunda çıxış edirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbiyyatında mövzu, ideya, məzmun əlvanlığı və ədəbi cərəyanların müxtəlifliyi diqqəti cəlb edir. Azərbaycanda maarifçilik və demokratik ideyaların güclənməsi və ictimai şüurun inkişafı məhz bu dövrdə daha güclü idi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai həyatının güzgüsü olan ədəbiyyat zamanın tələbinə uyğun olaraq, yeni-yeni mövzu və keyfiyyətləri özündə əks etdirir. Ədəbiyyatda istiqlal ideyasının inkişafı, milli şüura hakim kəsilməsi və müstəqil dövlətçiliyə istiqamətlənməsi nəticəsində ictimai şüur, milli özünüdərk prosesi olduqca yüksək səviyyədə idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədiblərin ədəbi-elmi, bədii-publisistik, ictimai-siyasi fəaliyyəti milli mətbuatın inkişafına və publisistikaya qüvvətli təsir etmişdir. Azərbaycan istiqlal mübarizəsi tarixi dövründə ədiblər öz əsərlərini doğma Azərbaycan dilində yazmağa başlamışdılar və bununda sayəsində ədəbiyyatda, ictimai münasibətlərdə Azərbaycan dilinin rolu artmış, ilk mətbu nümunələrin Azərbaycan dilli variantının meydana gəlməsi, yeni məfkurə və ideyaların, müstəqillik və azadlıq barədə düşüncələrin, istiqlal idealının bədii mətnlərdə aparıcı istiqamətə çevrilməsi baş vermişdir. Azərbaycanın ictimai-ədəbi həyatında mühüm rol oynayan və ümumbəşəri humanist dəyərləri özündə ehtiva edən əsərlərin əksəriyyəti məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə qələmə alınmışdır. Bu dövrün maarifçi ziyalıların və hürriyətsevər insanlar nəslinin yetişməsində əhəmiyyətli rolu vardır. Onlar ədəbiyyat vasitəsilə elmi biliklərin yayılmasına, cəmiyyətin mənəvi yüksəkliyə çatmasına, ictimai və siyasi münasibətlərdə hüquqlarının qorunmasına, demokratik və humanist dəyərlərə sahib çıxılmasına, xalqın müdrikliyinə, uzaqgörənliyinə nail olunmasına çalışırdılar. Azərbaycan istiqlal mübarizəsi tarixi Azərbaycanda ziyalılar nəslinin yetişməsində mühüm rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş ədiblərimiz Azərbaycanın maarifi tarixində xüsusi rol oynayaraq açıq fikirli ziyalı nəslinin yetişməsinə nail olmuşdurlar. Azərbaycan ədəbiyyatında xüsusi yeri və mövqeyi olan söz və qələm ustadları Azərbaycan maarifçiliyinin sərhədlərinin genişlənməsində, xalqın içində istiqlal ideyasının yayılmasında, milli özünüdərk prosesində Azərbaycan ədəbiyyatının, tarixinin, məntiqinin, fəlsəfəsinin, milli-mənəvi dəyərlərinin, demokratik fikrinin, maarifçilik ideyalarının tədbiq edilməsində çox böyük işlər görmüşdürlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş ədiblərimiz xalqı müasir dünyada baş verən hadisələrdən və elmi-texniki yeniliklərdən xəbərdar etməyi zəruri hesab edirdilər. Ədiblər cəmiyyətdə ədəbiyyat vasitəsilə maarifi, elmi, mədəniyyəti, azadlıq ideyalarını daha cəsarətlə tərənnüm edərək, təbliğ edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövrü ziyalıları xalqı var qüvvələri ilə bir araya gətirməyi qarşılarına məqsəd kimi qoymuşdurlar. Ədəbiyyatşünaslar bu dövrü Azərbaycanın ictmai fikir tarixində yeni bir mərhələ kimi dəyərləndirirlər.

Ədəbiyyat:

  1. Abid Tahirli // 1920-ci illər Azərbaycan poeziyası Məhəmməd Əmin Rəsulzadənin araşdırmalarında // AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.- 2021.- №1.- S.148-155.
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasi. (2014). 2 cilddə, I c., Bakı: Lider, 440 s.
  3. Köçərli F.Q. (1926).  Azərbaycan ədəbiyyatı tarixi materialları: II cild, II hissə. Bakı: Azərnəşr, 283 s.
  4. Qarayev N.S. (2010). XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, “Nurlan”, 326 s.
  5. Rəsulzadə M.Ə. (1991). Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 112 s.
  6. S.Quliyeva. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı // Əlyazmalar yanmır, 2023, №1 (16), s. 72-79.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ÜZEYİR HACIBƏYLİ YARADICILIĞINDA TƏHSİL, TƏLİM VƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİNİN QOYULUŞU

ÜZEYİR HACIBƏYLİ – 140

ÜZEYİR HACIBƏYLİ YARADICILIĞINDA TƏHSİL, TƏLİM VƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİNİN QOYULUŞU

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 03 fevral 2025-ci il tarixdə görkəmli bəstəkar, ictimai xadim, yazıçı, dramaturq, mütərcim, jurnalist Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir”.

Hələ 23 yaşında ikən Üzeyir bəyin “Leyli və Məcnun” operası tamaşaya qoyulmuşdu. Həmin operadan sonra o, qısa müddətdə 5 opera və 3 operetta yazmışdır. Üzeyir Hacıbəylinin yaradıcılığı bununla məhdudlaşmır. O, çoxsaylı mahnıların, satirik hekayələrin, məqalələrin, səhnəciklərini, felyetonların müəllifidir. “Yeni iqbal” və “Azərbaycan” qəzetlərinin redaktoru, SSRİ xalq artisti, Azərbaycan Konservatoriyasının rektoru, Azərbaycan Bəstəkarlar İttifaqına sədri olmuşdu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü idi.

Xalq yazıçısı Mirzə İbrahimov Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən söz açarkən yazırdı ki, o, “Azərbaycan mədəniyyətinin tarixində böyük bəstəkar, opera sənətinin banisi və klassik yaradıcı kimi tanınmışdır. Azərbaycan, rus, dünya klassik ədəbiyyatı və incəsənətinin mütərəqqi ənənələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəltmək eşqi ilə yaşayıb-yaratmış, ömrünün təqribən 45 ilini bu işə vermiş və Azərbaycan musiqisini inkişaf etdirmək, onu yeni keyfiyyətlərlə zənginləşdirmək üçün böyük qeyrət və zəhmət sərf etmişdir. Onun arasıkəsilməz ilhamlı əməyinin son dərəcə gözəl səmərəsi bizə məlumdur. Ancaq öz sənətini hədsiz məhəbbətlə sevən, onun xalq üçün böyük əhəmiyyətini başa düşə bir adam bu qədər gərgin və belə tükənməz ilhamla çalışa bilərdi”.

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli Allah-taalanın nəinki Azərbaycan, həmçinin dünya mədəniyyət tarixinə bəxş etdiyi böyük və qiymətli, son dərəcə dəyərli töhfədir. Bu dahi sənətkar Şərqdə, ümumilikdə isə, İslam dünyasında ilk operanın müəllifi idi. Özü də bu operanı 23 yaşında yaratmışdı. Üzeyir Hacıbəyli bəstəkar olmaqdan qabaq təcrübəli, qabaqcıl müəllim idi. 1904-cü ildə Cəbrayıl qəzasında müəllim işləmişdi (1904). Müəllimlik fəaliyyətinə başlayarkən Qori Müəllimlər Seminariyasında təhsil alaraq (1890-1904) müəllimlik peşəsinə yiyələnmişdi. O zamanlar Müslüm Maqomayev də burada təhsil alırdı. Gələcəyin dahi bəstəkarları seminariyada tanış olmuşdular. İlk təhsil illəri isə, Şuşanın ikiillik rus-türk məktəbində keçmişdir.

Üzeyir Hacıbəyli indi ən mötəbər və möhtəşəm məclislərdə əzəmətlə səslənən Azərbaycan Respublikasının dövlət himnini bəstələmişdir. Həmin himn 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə meydana gəlmişdi.

Azərbaycanın görkəmli bəstəkarları Asəf Zeynallı, Səir Rüstəmov, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Şəfiqə Axundova, Cahangir Cahangirov və b. Üzeyir bəyin tələbələri olmuşlar.

Üzeyir Hacıbəyli Ağcabədidə doğulsa da sonralar Şuşada yaşamı, 1905-ci ildən Bakıda əmək fəaliyyətini davam etdirmişdir.

Bəstəkarın fəaliyyəti çoxcəhətlidir. Biz onu müəllim, yazıçı, dramaturq, drijor, jurnalist, fövqəladə istedada malik musiqişünas, publisist, ictimai xadim, alim, dərsliklər müəllifi kimi tanıyırıq. Professor, akademik idi, Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Bakı Musiqi Akademiyası), respublika Bəstəkarlar İttifaqının sədri, deputat olmuşdu.

Üzeyir Hacıbəyli “Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşid banu”, “Harun və Leyla” operalarının; “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” musiqili komediyaların; çoxsaylı felyetonların və hekayələrin müəllifidir.

“Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm” operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları bir əsrdən artıqdır ki, dəfələrlə səhnə həyatı yaşamışdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının motivləri əsasında bədii filmlər çəkilmişdir.

Musiqili komediyaları ilə yanaşı satirik hekayələri də (Bazar söhbəti”, Təhsil”, Söhbət”, “Keçmişdə və indi”, “Müəllimə”, Dinmə, ver pulu” və s. ) maraqla oxunur.

Ədibin çoxsaylı səhnəcikləri də vardır. Onlardan bəzilərini diqqət mərkəzinə gətirək: “Ordan-burdan”, “Qalmaqal”, “Ata və oğul”, “Yuxuda”, “Dumanın halı”, Kələkbazlar”, İran işləri” və s.

Üzeyir Hacıbəyli yaradıcılığıson dərəcə zəngindir. Çox müxtəlif elm sahələri (psixologiya, pedaqogika, fəlsəfə, filologiya və s.)üzrə onun yaradıcılığına müraciət etmək olar.

Bu kitabda bəstəkarın yaradıcılığını təhsilalanlarda müsbət mənəvi keyfiyyətlərin inkişaf edirilməsinin baxımdan nəzərdən keçirməyi qarşımıza məqsəd qoymuşuq.

Dahi Üzeyir hər bir insanın şəxsiyyət statusu almasından ötrü onun davranışı və rəftarına bir çox mühüm tələblər verirdi. Bütün bunları onun əsərlərindən görmək mümkündür. Üzeyir bəy yaradıcı insan olmaqla yanaşı bir şəxsiyyət kimi kamil idi. Ən yaxşı mənəvi keyfiyyətləri özündə cəmləşdirmişdi. Məhz nəcib sifətlərə, müsbət mənəvi keyfiyyətlərə, nümunəvi davranış və rəftara yiyələnmiş, şəxsiyyətlərarası münasibətləri düzgün quran insanların başqalarına öyüd-nəsihət verməyə ixtiyarı var. Bu baxımdan Üzeyir bəy nümunə idi. Bir insan, bir tərbiyəçi, bir yaradıcı şəxs kimi.

Üzeyir bəyin yaradıcılığından görünür ki, o, vəzifə sahiblərinin, o cümlədən çiynində rütbə gəzdirən şəxslərin insanları incitməsini, onların rüşvətxorluğunu pisləyirdi. “Pristav ağa” hekayəsində İran sərbazına simsarlıq edən bir strajnikin özbaşınalığı, rəhmsizliyi tənqid edilir. Hekayədə bu strajnik M… kəndinə gələrək köməksiz bəzi kənd camaatını, ağsaqqalı, qarasaqqalı, təqsiri, günahı olmadan, şallağa tutması təsvir olunur. Bu strajnik əxlaqca, mənəviyyatca nə qədər yoxsul, kasıbdır ki, döyüb təhqir etdiyi həmin ağsaqqalın evində, qonaq üçün hazırladığı yatağında gecələyir, axşam da ailənin xanımının bişirdiyi yeməkdən yeyir. Buna yemək yox, zəhərlənmək deyərlər.

Üzeyir bəy pristavın gəlişini xəbər vermək üçün “cibində siçanlar oynayan” strajnikin kənddən cibi dolu qayıtdığını, kənd əhlini çalıb-çapıb getdiyini aşağıdakı sözlərlə bildirir: “Strajnik kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi”.

Pristav nə zaman gələcək, nə üçün gələcək? – sualı kəndliləri çox düşündürür. Lakin bu suala cavab tapa bilmirlər. Fərziyyələr irəli sürülür. Cənnətquluya görə, “pristav Əliqulunun oğurluğunu eşidib gəlir”; Əliqulunun fikrincə, “pristav ağa Cənnətqulunun Məmmədcəfərlə savaşdığını eşidib gəlir”. Çoxunun qənaətincə, “Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir!”.

Nəhayət, pristav başının dəstəsi ilə at belində özünü kəndə çatdırır. Məlum olur ki, onun məqsədi camaatın dolanışığı, vəziyyəti ilə maraqlanıb onlara nə isə bir kömək göstərmək, onların dərdinə əlac qılmaq, oğurluq-doğurluq, dava-dalaş səbəbin araşdırmaq deyil. Həmişə olduğu kimi, yuxarıda diqqət mərkəzinə gətirdiyimiz sonuncu variantı (“Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir!”) reallaşdırıb, özünün hökmündən, səlahiyyətlərindən həzz almaqdır. Strajnikin özbaşınalığı bunun yanında heç nə imiş.

Üzeyir bəy bu xüsusda yazır: “Həyətdə sayanı-tamaşa bir drama vaqe olurdu. Pristav başıaçıq və əlləri ciblərində “özünü dartmış turac kimi” qapının ağzında durub, keçmiş padşahlara mənsub bir hökumət ilə cərgə ilə düzülmüş kəndliləri bir-bir və hərəsini bir növ döydürürdü. Birisini libasdan xali edib, lüt əndamına qamçı vurdururdu, digərini saqqalından tutdurub, üzünə, başına şillələr çəkdirirdi, bir qeyrisini əlibağlı ora-bura çapdırırdı. Bəzisini yerə yıxıb, təpik altına saldırdı və sairə…”.

Sual olunur? Bu yazıqların, bu binəvaların günahı nə idi? Şiddətə, təhqirə məruz qalırdı? Səbəb yox idi. Pristav onların gözünü qorxudurdu. İkincisi, bu cəza növləri, günahsız insanların əzab çəkmələri, qışqırıqları onu əyləndirirdi. O, bu zülmə əl atmaqla istirahət edirdi.

Bu hekayə, təbii ki, Azərbaycanda Xalq Cümhuriyyətindən əvvəlki dövrün hadisələrini təsvir edir. Çarizmin hökm sürdüyü illərdə insanların ağır həyatını, məhrumiyyətlərini, çəkdikləri əzab-əziyyəti, bir əlcə çörəyə möhtac olduqları zamanı özündə ehtiva edir.

Üzeyir Hacıbəylinin musiqili komediyalarında təhsil, təlim və tərbiyə məsələləri. Üzeyir Hacıbəylinin şah əsəri olan “Koroğlu” operasının librettosu ilə tanış olduq. Librettoda Alı kişi xana sədaqətlə xidmət edən, öz işinin ustası olan, yalan-palan bilməyən bir şəxsdir. Həsən xanın buyruğu ilə ilxıdan İbrahim xan üçün layiqli bir at (Qıratı) seçir. Atın görkəmi İbrahim xana və Həsən xana xoş gəlmir. Alı kişinin:

Mən xana bir xidmət etmək istədim,

Nə qədər cins at var seçdim, saxladım, – sözlərinə məhəl qoymurlar.

Alı kisinin qonaq üçün seçdiyi bir cüt ad həqiqətən tərifə və mükəmməlliyə malik atlar idi. Sonralar onlara Qırat və Dürat adları verilir. Onlar Koroğlunun sevimli atları idilər, ona müharibələrdə qələbə qazandırardılar. Çeviklikləri, dərrakələri, sürətləri, sədaqətləri ilə.

Həsən xan isə, atları bəyənmədiyindən Alı kişini cəzalandırıb onun gözlərini çıxartdırır. O vaxtdan Ali kişinin oğlu Rövşəni kor kişinin oğlu – Koroğlu çağırırlar.

Liberettoda Alı kişi, Nigar, Koroğlu müsbət obrazlar kimi diqqət mərkəzindədirlər. Həsən xan mənfi obrazdır. Xan bir əyalətin hökmdarıdır. Xalqın, camaatın günü-güzəranı ilə maraqlanmalıdır. Öz əyalətində sülhü, xoşbəxtliyi təmin etməlidir. Həsən xan isə, bəd əməlləri, zülmkarlığı, qəddarlığı ilə seçilir. Öz rəiyyət barədə görün nə fikirləşir:

Qamçıdır saxlayan bu rəiyyəti,

Qamçısız yaşamaz xanın dövləti.

Onun yanını kəsdirən Həmzə bəy də xanla eyni fikirdədir:

Döyməsən, söyməsən, malın almasan,

Dara çəkdirməsən, dama salmasan

Rəiyyət bir daha xanı dinləməz.

Nigar gözüaçıq, öz məhəbbətində dönməz, xeyirxah, səmimi, əxlaqi saflığa yiyələnmiş bir xanımdır. Diqqət yetirək:

Şərir Həsən xan, zalım Həsən xan

Cəllada verdi fərman:

Fağır, günahsız, dilsiz,

ağızsız Alını etsin qurban.

Kor etdilər yazıq Alını.

Dağıtdılar bütün malını.

Bu hadisədən necə təsirləndiyini Nigar aşağıdakı sözlərlə bildirir:

Qəlbim yanır, odlanır,

Mənim bu ahü nalədən.

Rövşənlə bir-birini sevirlər. Həsən xanın qızı olsa da, Alı kişinin, Rövşənin (Koroğlunun) yanında olur, onların mənafeyini müdafiə edir.

Gözümdə Rövşən, sözümdə Rövşən.

Rövşəndir dünyada məni yaşadan.

Sevmirəm, sevmirəm varı, dövləti,

Ölsəm də də saxlaram məhəbbəti.

Həsən xan zülmkarlara qarşı mübarizəyə başlayan Koroğlunu aradan götürmək üçün tədbirlər tökür:

Tezliklə biz gərək çarə eyləyək,

Koroğlunu öldürmək, məhv etdirmək!..

Fəqət Həsən xan istəyinə çata bilmir, Koroğlu zəfər qazanır, zülmün, məhrumiyyətin belini qırır. Bu zaman xalqa arxalanır.

Məni yaşatdı, məni böyütdü

Bu qəhrəman xalqım mənim! Yaşa!..

Deyilənlərdən görünür ki, şəxsiyyət, təhsilalanlar mənfi keyfiyyətlərdən uzaq olmalı, müsbət keyfiyyətlərə yiyələnməlidirlər.

Üzeyir Hacıbəylinin musiqili komediyalarında təhsil, təlim və tərbiyə məsələləri. Məlum olduğu kimi, Üzeyir bəy “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ar və arvad” kimi dünya şöhrətli musiqili komediyalar qələmə almışdır.

Həmin musiqili komediyalarda bir sıra mənəviyyatca zəngin və mənəviyyatca kasıb, yaşadığı dövrdə müasir düşüncəli və eyni zamanda dar düşüncəli, məhəbbətə, nikaha və ailəyə ciddi yanaşan və həm də qadına “baqqal dükanında satılan mal kimi” baxan insanların bitkin obrazlarını yaradılmışdır. Ciddi, ədəbli, dərrakəli, ailəyə, həyat yoldaşına, nikaha ciddi münasibət bəsləyən şəxslər, təbii ki, təqdir edilir, qadına hüquqsuz varlıq, kölə kimi yanaşanlar, mənəviyyatsız insanlar tənqid olunur. “Ər və arvad” musiqili komediyasında Mərcan bəy ər-arvad münasibətlərini qura bilmir, həyat yoldaşı ilə tez-tez ixtilaflara girir, şəxsiyyətlərarası münasibətlərdə öz rolunu aydın təsəvvür edə, ailədə qarşılıqlı anlama, qarşılıqlı güzəştəgetmə, mənəvi və psixoloji atmosfer olmadığından Mərcan bəy arvadı Minnət xanımı boşamaq istəyir. Minnət xanım da ona tor qurur. Qondarma bir məktub yazdırıb Mərcan bəyə göndərir ki, guya 23 yaşında bir qız onun dərdindən ölür, ona ərə getmək istəyir. Məktubda yazılmış aşağıdakı sözlər Mərcan bəyin ağlını başından alır: “Ey mənim ruhi-rəvanım Mərcan bəy. Bir dəfə səni gördüm, aşiq oldum. İkinci dəfə gördüm, dəli oldum. Üçüncü dəfə gördüm, tab gətirə bilmədim və bu kağızı sənə yazdım. Əgər sən mənə iltifat edib məni almasan və məni özünə arvad etməsən, dəli-divanə olub, çöllərə düşəcəm”.

Mərcan bəy avam adam kimi hərəkət edir. Bu məktubu ona öz qulluqçusu verir. Minnət xanımın tapşırığına əsasən. Mərcan bəy soruşanda ki, məktubu sənə kim verdi, deyir ki, tanımadığım bir şəxs. İkincisi, bu kişi qondarma məktuba elə inanır ki, tez-tələsik görmədiyi, bilmədiyi qıza vurulur. Tez arvadı boşamaq istəyir: “Sən ki, mənim dərdimdən dəlisən, mən də sənin dərdindən dəli olacağam”.

Kərbəlayi Qubad isə kənddə arvad-uşağı ola-ola şəhərdə də arvad almaq fikrindədir. Hətta Mərcan bəy öz arvadını ona təklif edir. Yəni mən boşayım, sən al. O da razı olur. Mənəviyyatsızlıqdır. Qarşılıqlı məhəbbət, sevgi yoxdur, ağıl da yoxdur. Biri görmədiyi, həqiqətdə mövcud olmayan 23 yaşlı qızla, digəri dostunun arvadı ilə evlənmək istəyir. Kərbəlayi Qubad qulluqçu Gülpərini Minnət xanım bilib ona: “Sənin ərin nə adamdır ki, sənin qədrini bilsin. Sənin qədrini bu qara lələşin bilər”.

Axırda Minnət xanım onların hər ikisinə yaxşı dərs verir.

“O olmasın, bu olsun” musiqili komediyasında Məşədi İbad da Gülnazı görmədən onu özünə arvad etmək istəyir. Gülnazla aralarında xeyli yaş fərqi var. Həm də Gülnaz Sərvəri sevir, ona ərə getmək istəyir. Gülnazın atası Rüstəm bəy var-yoxunu itirib, “quru bəy” olub, borcu var, Məşədi İbaddan pul alıb qızını ona ərə vermək istəyir. Nə Rüstəm bəyi, nə də Məşədi İbadı maraqlandırmır ki, qızdan soruşsunlar: o, izdivaca razıdırmı?

Məşədi İbad tacirdir, varı-dövləti var. Varına arxayın olub cavan qız almaq istəyir. Onunçun fərqi yoxdur arvadı kim olacaq, təki gözəl olsun. Arada Rüstəm bəyə deyir: “Qızı mənə verməzsən, gedib bir başqasını alaram. Deyərəm o olmasın, bu olsun”.

Musiqili komediyadan götürülmüş aşağıdakı dialoqa fikir verək:

Məşədi İbad. İndi mən istəyirəm ki, bir qızı görüm, danışdırım, nə deyirsən?

Rüstəm bəy. Heç sözüm yoxdur, əyləş, bu saat qızı göndərərəm (Gedir)

Məşədi İbad. Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım, görüm, mal nə cür maldır, verdiyim pula dəyirmi?”

Göründüyü kimi, bu izdivac nikahın bağlanması üçün başlıca rol oynayan məhəbbətə əsaslanmır. Nikah münasibətinə girənlər bir-birini tanımırlar. Qızın rəyi soruşulmur. Bu nikahın maddi mülahizələr əsasında bağlanılacağı gözlənilir.

Təbii ki, ailə qurularkən bu hallara yol verilməməlidir.

Üzeyir Hacıbəylinin məqalələrində təhsil, təlim və tərbiyə məsələləri

Üzeyir Hacıbəylinin fəaliyyəti geniş, yaradıcılığı zəngindir. Onun əsərləri ilə tanışlıq adamı çox maarifləndirir, Azərbaycanın Oktyabr çevrilişinə qədərki və sonrakı – ötən əsrin 50-ci illərinə qədərki həyatı ilə bizi tanış edir. Üzeyir Hacıbəylini bir dahi bəstəkar, görkəmli musiqi nəzəriyyəçisi və yazıçı kimi dünyada şöhrətləndirən onun heyrətamiz istedada malik olması idi. Musiqi yaradıcılığında da, ədəbi yaradıcılığında da yüksəklərdə dayanırdı.

Hazırda bütün təntənəli tədbirlərdə, dünya, Avropa və olimpiya oyunlarında idmançılarımız zəfər qazanarkən səslənən Azərbaycanın Dövlət Himninin müəllifi məhz Üzeyir bəydir.

Onun əsərlərində bir millət olaraq özəlliklərimiz, böyüklüyümüz, mədəniyyətimizin zənginlikləri diqqət mərkəzinə gətirilməklə yanaşı, məişətdə, gündəlik həyata özünü göstərən bəzi çatışmazlıqlar da tənqid olunur.

Ötən yüzilliyin əvvəllərində ziyalılarımız dünyəvi təhsilin məktəblərdə tətbiqi ilə bağlı çağırışlar edirdilər. Necə deyərlər “döymədikləri qapı” qalmamışdı. Ali təhsil almaq son dərəcə çətin idi. Hökmən xarici ölkələrə üz tutmaq lazım gəlirdi.

Həmin çətinlikləri“Tələbələr məsələsi” məqaləsində diqqət mərkəzinə gətirilmişdir.

Fikir verək”: “Binəva cavanlarımız yeddi-səkkiz il realnı və gimnaziyalarda çalışıb ikmal edib, şəhadətnamələr almağa müvəffəq olurlar. Ali məktəblərə getməyə haqq və ixtiyar qazanırlar. Amma pulları olmadığına görə, illərlə qazanmış olduqları haqdan əl çəkməyə məcbur olurlar və ya nə olur-olsun deyə ali məktəbləri olan şəhərlərə rəvan olub, orada da pulsuzluq cəhətdən min cürə əziyyət və bəlalara düçar olurlar və yaxud məktəb haqqı vermədiyinə görə ixrac olurlar.

Eyni zamanda Üzeyir bəy göstərirdi ki, ali təhsilə yiyələnib millətin dərd-sərinə əlac etmək istəyən şəxslərlə maraqlanan, onlara kömək göstərmək istəyənlər yox idi. Bu xüsusda məqalədə deyilir: “Bu tələbələrin qeydinə qalan yoxdur və heç kəs bunu nəzərə almır ki, bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır. Əks surətdə, camaatımızın halı yaman olar, ayaqlar altında qalarıq, məhv və nabud olarıq.

Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə az-çox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur. Tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Müsəlman tələbələrindən Hacinski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib camaatı ianəyə təklif eləyir. Lakin belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz”.

Ali təhsil almağın yolları axtarılırdı. O zamanlar Hacı Zeynalabdin Tağıyev bu sahədə son dərəcə böyük işlər görürdü. Onların təhsil haqlarını ödəyirdi ki, bir peşəyə yiyələnib gəlib xalqın xidmətində dayansın. Öz həkimimiz, öz mühəndisimiz, öz müəllimimiz və s. olsun deyə. Başqa xalqlardan olan mütəxəssislərdən asılı olmayaq deyə.

Həmin vaxtlarda “Tələbələr sandığı” adlı bir xeyriyyə sandığı mövcud imiş. Həmin sandıqdan bəhs edən Üzeyir bəy yazırdı: “Tələbələr sandığı” barəsində danışıqlar olmuşdu. “Tələbələr sandığı” çox gözəl bir şeydir. Əgər camaatımızın maddi və mənəvi iştirakı ilə belə bir sandıq təşkil olunub, doğru əllərə verilsə və o sandığın mədaxil və mənbələri təmin edilsə, tələbələrimizin də ikmali-təhsil işləri təmin edilmiş olar. İkmali-təhsil etmiş tələbələrimizin hamısı da olmasa, bir çoxu doktor, injiner və sair olmaqla, yaxşı maaş sahibi olarlar. Ona binaən, haman tələbələr özlərinə “sandıq” tərəfindən sərf olunan məbləği qism-qism sandığa iadə edə bilərlər və bununla “sandığın” pulu azalmaz, sandıqdan sərf edilən pullar itib-batmaz, yenə haman sandığa qayıdar”.

Üzeyir Hacıbəylinin öz məqalələrində diqqət yetirdiyi məsələlərdən biri də tədris ocaqlarında təlimin ana dilində aparılması idi. Çar üsuli-idarəsi milli dilləri sıxışdırdığından təlimin Azərbaycan dilində olmasına da maneələr yaradırdı. Amma buna baxmayaraq ziyalılarımız, o cümlədən Üzeyir bəy bu məsələni hər an diqqətdə saxlayırdılar.

Üzeyir Hacıbəyli “Əhəmiyyətli bir məsələ” məqaləsində yazırdı: “Ümumi məktəblərimizdə əvvəl illəri ana dilində müəllimlərə ehtiyac göründü. Müəllimlərimizin də əksəri Qori seminariyasında ikmali-təhsil etmiş cavanlar olduğu məlumumuzdur. Lakin Qori seminariyasını qurtarmış müəllimlərin əksəri ana dilində savadlı olmurlar, ondan ötəri ki, haman seminariyada ana dili oxunmur. Oranın proqramı bu dil üçün yol vermir, orada ancaq həftədə iki dəfə şərait dərsin oxunur. Seminariya qurtarmış müəllimlər ana dilində savadlı olurlarsa da, əksərən ya pedaqogika elmindən xəbərləri olmadıqlarına görə, tədris və təlimdə bilaixtiyar səhv və xətadan xali olmurlar.

Dahi bəstəkar və yazıçının məqalələrində tərbiyə məsələləri də geniş şəkildə nəzərdən keçirilir. Təbii ki, bəzi məsələləri nümunə gətirəcəyik. Belə ki, “Bəyani-Məslək” məqaləsində “Məslək” məsələsinə münasibət bildirilir. Üzeyir bəy məsləklsizliyi yoxsulluq, əxlaqın pozğunluğu adlandırır. Onun nöqteyi-nəzərincə, məsləki olmayan şəxs yaman məsləkli insandan çox zərərlidir. Bunun səbəbi məqalədə belə aydınlaşdırılır: “Çünki yaman məslək müəyyən olduğu halda, onun zərərini də dəf etməyə çarə tapmaq asandır”.

Üzeyir bəy “məslək” anlayışına tərif verir. Göstərir ki: “Məslək hər kəsin etiqad etdiyi bir yoldur. “Ümuminin xoşbəxtliyinin, asayiş və aramını, rifah-halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olunmalıdır. Belə bir məsləkə xəyanət edən şəxs haman məsləkə xəyanət etməməlidir. Bizim məsləkimiz odur ki, millətimizin tərəqqisinə bais olan hər bir həqiqi vasitə və nəsillərə yol verməli və millətimizin cəhalətə və yaxud tərəqqeyi-məkusə sövq edən şeyləri dəf və izalə etməlidir”.

“Təzə il, təzə meydan” məqaləsi də tərbiyə məsələlərini özündə əks etdirir. Üzeyir bəyin düzgün qənaətinə görə, insan ildən-ilə böyüyür, fəqət bu böyümə təkcə onun bədəninin cismani böyüməsi deyildir. Yəni söhbət heç də onun bədəninin irilənməsindən getmir, daha vacib məsələlər vardır ki, həmin məsələlərə onun təhsili, təlimi, tərbiyəsi və inkişafı aiddir. Bu mənada valideynin vəzifəsi, ilk növbədə övladlarına düzgün tərbiyə verməkdir. Üzeyir bəyə, onun “Təzə il, təzə meydan” məqaləsinə müraciət edək: “Allah-təala birisinə bir övlad kəramət etdikdə onun qəlbinə övladına qarşı bir hissi-məhəbbət qoyur ki, o məhəbbət onun üçün balanı baldan şirin edir. Lakin balaya yalnız məhəbbət qalsa, onda bala öz valideynindən heç bir mənfəət görməz. Halbuki valid haman hissi-məhəbbətdən ruhani bu ləzzət almağa başlar. Balanın canını sevən ata-ana onun qeydinə də qalmalıdırlar ki, bu şirin bala dünyada sərbəst yaşamağa qədəm qoyduqda məişətinin tikanlı yollarından qorxmasın, mübarizeyi-həyatiyyə meydanında qorxudan bağrıya qalmasın. Mübarizıyə girişməyə məcbur olduqda həvadisin birinci zərbəsi altında tələf olmasın”.

Çar üsuli-idarəsi milli dilləri sıxışdırdığından təlimin Azərbaycan dilində olmasına çox maneələr yaradılərdı.

Üzeyir Hacıbəylinin yaradıcılığı son dərəcə zəngin, dolğun, maraqlı və diqqətəlayiqdir. O, möhtəşəm operalar, musiqili komediyalar, səhnəciklər yaratmaqla, felyetonlar, məqalələr yazmaqla insanların mənəvi saflaşmalarında, əxlaqca gözəlləşmələrində, geniş dünyagörüşə malik olmalarında, nümunəvi davranışa yiyələnmələrində böyük rol oynamışdır. Üzeyir bəy eyni zamanda cəmiyyətdə əl-ayağa dolaşan, kasıb əxlaqa və mənəviyyata malik, insanları da tənqid etmiş, ailə münasibətlərinin düzgün qurulmasının vacibliyini əsaslandırmış, həyat yoldaşına dükanda satılan mal, pal-paltar kimi yanaşan, onların hüquqlarını pozan şəxsləri tənqid atəşinə tutmuşdur. Üzeyir bəy “Koroğlu” kimi qərhəmanlıq, “Leli və Məcnun” kimi məhəbbət operaları yatarmış, Şərq aləmində opera sənətinin əsasını qoymuşdur.

Üzeyir bəy Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətləri göstərmişdir. O, ölkəmizdə musiqi təhsilinin təməlini qoymuşdur.

Müəllim kadrlarının hazırlanması, Azərbaycanda dünyəvi məktəblərin fəaliyyət göstərməsinin, təlimin ana dilində aparılmasının zəruriliyi Üzeyir Hacıbəylinin diqqət yetirdiyi mühüm məsələlərdən idi. Üzeyir bəyin qənaətidir: “Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir. Bu arzunun hasilə gəlməsi üçün biz var qüvvətimizlə çalışmalıyız, zira nəşri -maarif və təmimi-mədəniyyət (maarif və mədəniyyətin yayılması) üçün yeganə vasitəmiz bir bu təriqdir (yoldur)…” .

Üzeyir bəy hələ ötən yüzilliyin əvvəllərində təlimin ana dilində aparılması ilə bağlı aşağıdakı fikri irəli sürürdü: “Bizim türk lisanımız (Azərbaycan türkcəsi) Avropa üləma (alim) və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fkirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir… …İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir… Hər bir millətin ki, bəşqasına (varlığına) baş səbəb onun dilidir və dilinin tərəqqisidir. Bir millətin ki, dili batdı, onda o millətin özü də batar”.

Üzeyir bəy müəllim şəxsiyyətinə mühüm tələblər verir, onun təhsilalanların təlim və tərbiyəsindəki böyük rolunu vurğulayırdı. Diqqət yetirək: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adamı müəllim bilib uşağı ona tapşırmaq böyük xətadır … Təlimdən başqa, uşağın tərbiyəsi də müəllimin öhdəsindədir…”

Üzeyir Hacıbəyli ötər əsrin 40-cı illərində dünyasını dəyişmişdir. Fəqət onun yaradıcılığı artıq ikinci əsrdir ki, gənc nəslə təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici təsir göstərməkdədir.

Son qənaətimiz nədir? Üzeyir Hacıbəyli sənəti, Üzeyir bəy yaradıcılığı əbədiyaşardır. Onun pedaqojiyönlü bir çox hekayəsi vardır ki, gənc nəslin təhsillənməsi, tərbiyələndirilməsi və inkişaf etdirilməsi baxımından təhsil müəssisələri faydalana bilərlər.

Müəllif: AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

Xanım Qasımova – “11 manat”

11 MANAT

(hekayə)

    Qızımla birlikdə avtobusa minib bir neçə dayanacaq getməli idik.Əslində , 10-15 dəqiqəyə ünvana çatacaqdıq.Yazdıqca düşünürəm ki ,bu,  qısa zaman olsa da,mənə çox uzun gəldi.İkinci dayanacaqda qızım ayağa qalxıb  avtobusa daxil olan arıq, üzündə kədər duyulan  yaşlı bir qadına  yerini təklif etdi.Qadın yanımda əyləşdi.Əlində boş görünən rəngli sellofan torba vardı.Qadın yavaşca  öz-özünə danışırdı:
” Belə iş olar? Yaxşı, mən səhvən göndərmişəm,sən niyə telefonu açmırsan ki?Elə bil qanı insan deyil , it qanıdır”.
  Qeyri -iradi qadının gərgin  vəziyyətini yüngülləşdirmək üçün nə olduğunu soruşdum:
   -Oğlumun nömrəsinə  11 manatlıq danışıq haqqı göndərdim.Demə, bir rəqəmi səhv yığmışam,başqasına gedib.O nömrəyə zəng edirəm,açmır.Növbəti ayın da  təqaüd vaxtına hələ çox var.
“Oğlunuza deyin,həll etsin”,-dedim.
Qadın pəncərədən çölə baxdı,sonra mənə tərəf dönüb  pıçıldadı:”Həbsxanadadır,məndən danışıq haqqı gözləyir”.
Bu dəfə dönüb gözlərinə ,simasına baxdım.O gözlərdən dərd aşıb-daşırdı.
-“Nə üstə olub ?”-soruşdum.
-Bir nəfərlə dalaşıb ,sonra da polisə müqavimət göstərib.
-Neçə ili qallb?
-3 ili.Qra düşəndən sonra gəlin uşaqları görürüb getdi.Tək qaldım.Ayda bir neçə dəfə oğlumu görməyə gedirəm .Əlimdə olanı da oğlumun  nömrəsinə  yükləmək istədim ,o da belə…
  Ünvana yaxınlaşırdıq . Qadına hiss etdirmədən çantamı açdım,nağd pulum az idi, kart hesabımda idi. Qızımın da köməyi ilə düzəltdiyim 11 manatı ona  vermək üçün beynimdə  bəhanələr aramağa başladım.
Əlimdəki pulu sellofan torbanın içinə atdım:”Buyurun ,bəlkə, işinizə yaradı”.
  Qadın çaşqın və əlacsız vəziyyətdə üzümə baxdı:”Lazım deyil,qızım”,- dedi.Gözləri isə minnətdarlıq yaşları ilə doldu.Düzü ,mən də qızım da kövrəlmişdik.Dayanacağa çatırdıq,qadın hara olduğunu soruşdu.
“Gecə-gündüz ağlamaqdan gözlərim də yaxşı görmür”,-dedi.
Gənc bir qadından  ona  düşəcəyi dayanacağı xatırlatmağı xahiş  edim.
Arxamızca qadının dualarını eşidirdik.
Qızım: “Ana , həmişə sənə belə hadisələr rast olur” , – söylədi.
“Hər kəsə rast olur, sadəcə ,görə bilənlər az olur,qızım” ,-dedim.

MÜƏLLİF: XANIM QASIMOVA

Filologiya üzrə fəlsəfə doktoru

XANIM QASIMOVANIN YAZILARI




> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ИНТЕРВЬЮ С ГОСПОДИНОМ ОЛЖАСОМ СУЛЕЙМЕНОВЫМ

ИНТЕРВЬЮ С ГОСПОДИНОМ ОЛЖАСОМ СУЛЕЙМЕНОВЫМ

Олжас Омарович, добрый день! Спасибо Вам за то, что нашли время ответить на вопросы нашего издания.

О.С.:

– Добрый день. Рад нашей беседе и надеюсь, она окажется полезной для читателей. Стараюсь не тратить оставшееся время на пустяки. Да и серьезное обсуждаем кратко.

Вы большой друг азербайджанского народа и нашей страны в целом. Вы всегда были рядом, даже в самые тяжелые годы для нашей страны. Расскажите, как произошло ваше знакомство с нашим общенациональным лидером Гейдаром Алиевым? Каким Вы его помните?

О.С.:

– Я помню его настоящим лидером своей страны, мыслящим категориями и национальными, и планетарными. Мудрым руководителем, который замечал в каждом писателе или общественном деятеле искорку таланта, развивая его и поддерживая.

В июне 1975-го в Азербайджане проводились Дни СоветскоЛитературы, где и меня пригласили принять участие. Писатели из всех республик СССР выступали в те дни в Баку. Прощальное застолье проводил для группы литераторов сам руководитель республики. Многим из нас достались слова благодарности за выступления, а в конце он неожиданно для меня произнес:

«Олжас нужен не только казахам, но всем тюркам!».

Позже, обдумывая услышанное, я понял, что Гейдар Алиев так оценил мою недавно вышедшую книгу «Аз и Я». Его слова на том застолье оказались особым напутствием автору в долгой работе, которая началась в шестидесятые и продолжается до сих пор. Сейчас Центр сближения культур под эгидой ЮНЕСКО, которым я руковожу, проводит международные научные конференции, на которых ученые и деятели культуры исследуют и обсуждают темы, важные для всего человечества. Особое развитие и осмысление получает тема тюркской исторической активности, начиная с IV тысячелетия до н.э., которая сохранилась и в новых веках, проявившись в характере лидеров тюркских государств Нового времени.

Слова одного из таких лидеров – Гейдара Алиева, обращенные к казахскому поэту полвека назад, укрепили его уверенность в необходимости открывать миру культурную историю тюрков.

Уверен, эти знания, со временем, станут самосознанием народов.

 – С кем из азербайджанских писателей Вы поддерживаете связь?

О.С.:

– Мы по-прежнему поддерживаем дружескую связь с Анаром.  Замечательная историк-мемуарист и публицист – Эльмира Ахундова активно участвует в наших культурных мероприятиях. Недавно в Алмате проходила международная конференция, посвященная 50-летию книги «Аз и Я». Из Азербайджана прибыла мощная делегация ученых и писателей: Салим Бабуллаоглу, Низами Джафаров, Рафик Гашимов, Азер Туран, Тельман Джафаров, Агаверди Халилов. Их выступления были по-своему содержательны и полезны для развития нашей темы.

Какое свое произведение Вы считаете самым успешным?

О.С.:

– Произведение, в котором удалось сказать о главном. Последние месяцы я посвятил «Закону Осириса» – моему главному открытию.

Мы плохо знаем историю человечества. В начале XIX века Наполеон открыл миру Египет, ученые занялись развалинами этой страны и подсчитали ее приблизительный возраст – III тысячелетие до н.э. История человечества тогда углубилась еще на пару тысячелетий.

Несколько тысячелетий назад человечество (или его отдельные виды) уже писали, пользуясь знаковым письмом.

Я вошел в эту тему 65 лет назад. Но только сейчас добрался до таких сокровенных глубин истории. Изучая изобразительный язык рисуночного письма Древнего Египта III тыс. до н.э., который точно отражал смысл изображаемого слова. Мы видим на этих рисунках фараона, обожествленного как бога растений и земледелия – Ösiris. Через тело лежащего на спине фараона прорастают прямые ростки растений, обозначая Закон:

           Этот Закон сохранили и передали древние греки, исказив ударение – Оси ̀рис. Но что это значило? За двести лет египтологи так и не расшифровали это слово, происхождение которого нам удалось обнаружить только в одном языке мира.

Прочесть его оказалось возможным только сейчас – опираясь на казахский язык:

ÖSIRIS – «ВЗРАЩИВАНИЕ» (каз.)

 Имя бога растений оказалось формулой активного земледелия, сформулированной как Закон, чтобы распространяться и сохраниться в тысячелетиях. В казахском языке сохранились все составляющие этого понятия:

ÖS’– ӨС – «расти!» (каз.)  

ÖSÍR (ӨСÍР) – «взращивай!» (каз.)

ÖSIRÍS (ӨСІРÍС) – «взращивание» (каз.)

Такой точности грамматического развития этой формулы, какую мы открыли в казахском, в других языках мира нами не обнаружено.

Так благодаря рисуночному письму, были опубликованы первые документально датируемые доказательства истории казахов в Древнем Египте III тысячелетия до н.э. не как случайных гостей, но как возможных создателей культуры земледелия!

Уверен, теперь многие ученые мира начнут активно изучать тюркские языки. И узнают, что в древности тюркские народы проявили себя особенно заметно. Тюрки-огузы (IV тыс. до н.э.), чьи каменные стелы с надписями сохранились до наших дней. И древние казахи, чьи письменные памятники изобразительного письма III тыс. до н.э. открываются нам только сейчас.

С усвоения этих знаний учеными начнется новая тюркология и откроется удивительная глава письменной истории человечества.

Спасибо, это действительно поразительное открытие. Считаете ли Вы себя счастливым человеком?

О.С.:

Такие открытия делают тебя счастливым по-настоящему. Мгновенья творческого счастья, добытые десятилетиями служения теме. Прохладные и кипящие точки на карте. Ленинка, библиотека Конгресса, Штаб-квартира ЮНЕСКО, комнатка при бейрутском Музее письма, до того, как он был разрушен ракетами…

Сейчас это тенистые аллеи в парке или рабочий стол, за которым я перечитываю и редактирую последние главы истории Человека Разумного. Мне было дано, наконец, услышать и увидеть, как письмена и сюжеты, собранные со всех уголков света, начинают говорить друг с другом на едином языке образов: шумерские иероглифы, тюркские знаки, египетские рисунки, казахские глаголы…

В «Книге истин» собраны эти открытия. Нужно успеть сделать все, чтобы мир узнал о них.

– Олжас Омарович, кроме Вашей литературной и научной деятельности, мир помнит и о Движении «Невада-Семипалатинск». В своей недавней статье «Мы помним…» Вы рассказали о деятельности Глобального антиядерного Альянса и созданной Вами межпарламентской делегации СССР, США и Великобритании с целью провести референдум, чтобы все парламенты мира ответили на один вопрос: «Нужно ли ядерное оружие нашей стране и человечеству?».

О.С.:

Да, это был колоссальный шанс. В январе 1991 года мы как никогда были близки к всемирному отказу от ядерного оружия. Объединив все антиядерные, антивоенные и экологические движения мира в Штаб-квартире ООН на учредительной конференции, я предложил провести межпарламентский референдум, чтобы все парламенты мира, а их около 200, ответили на один вопрос:

«Нужно ли ядерное оружие нашей стране и человечеству?»

И первым парламентом, который ответит на этот вопрос, я предложил считать Верховный Совет СССР.

А если Парламент самой сильной ядерной державы заявит, что ему не нужно ядерное оружие, тогда и остальным: американцам, англичанам, французам и китайцам придется согласиться!

Для этого мы создали первую межпарламентскую делегацию: два конгрессмена и два сенатора США, два парламентария из Англии и двое из СССР – руководитель атомного института Евгений Велихов и Сулейменов (Велихов тогда заболел и вместо него полетел Владимир Якимец).

Такая делегация трех ядерных держав Запада и Востока была создана впервые в истории. И это было большим обещанием объединения, а не распада.

Целью нашей было подготовить референдум и парламенты к голосованию за безъядерный мир.

Делегация вылетела в Москву, где мы обсудили с Горбачёвым нашу программу, а вечером, не задерживаясь, вылетели в Лондон. Там в эти дни сменялся премьер-министр и поэтому он не мог нас принять. Но мы не стали откладывать нашу миссию и встретились с министром обороны Великобритании, изложив ему наши планы. Из Лондона мы отправились в Вашингтон для встречи с Бушем-старшим. Тот еще не вернулся из командировки в Мексику. Мы объяснили наш план советнику по безопасности и обороне, а уходя, в коридоре Белого Дома неожиданно встретили Буша, усталого после полета, но улыбчивого. Конгрессмены нас представили, и мы обсудили все в коридоре.

Через час наша делегация покидала Белый Дом с уверенностью, что и Конгресс, и Сенат США примут участие в запланированном референдуме.

Какая это была возможность! Сохранить страну и сохранить мир в третьем тысячелетии. Использовать удивительное историческое мгновение! Все готовились к этому великому событию. В Москве, Нью-Йорке, Лондоне и других столицах парламентарии были подготовлены к миру.

И мы знали, что большинство на референдуме ответит – нет ядерному оружию!

Это был колоссальный шанс. Отношения Советского Союза и США были как никогда близки. Мир уверенно шел к единству – к эпохе осознанной взаимозависимости!

…А сейчас мы с ужасом не отходим от телевизора, чтобы узнать, как один за другим бомбят друг друга США, Иран, Израиль, Палестина, Индия, Пакистан, Украина… К этим бедам современного мира привели ошибки бездарных политиков.

В 1991-м кто-то подсказал Ельцину уравнение: нет СССР – нет и президентской должности. Чтобы снять Горбачева и выиграть это соперничество, ему надо было ликвидировать Советский Союз. Вот о чем думали пьяные «демократы» в Беловежской пуще, совершая антигосударственный переворот и неслыханное в истории ограбление собственной страны. 

Через год, завершая свою речь в Конгрессе США, Ельцин, в должности президента России и уже в привычно нетрезвом состоянии, под аплодисменты провозгласил молитвенное:

«Господи, благослови Америку!…»

Эта фраза не была пустой. В ней отразился захват власти и уничтожение страны без всякой ядерной атаки, а в результате «Перестройки», к которой привлекли не архитекторов, а пьяных прорабов, разрушивших до оснований социализм и ухнувших в рыночный феодализм и бесконечные войны.

Так была упущена великая возможность спасения человечества, которая дается раз в истории.

Теперь мы снова подошли к обрыву, за которым нет дорог. Но конец мира, который приближают бездарные политики – не устраивает нас – людей на этой Земле. Ни один народ, ни человечество.

Едва ли наши народы заслужили такой финал. Мы заслужили годы и века долгой, творческой жизни.

Это понимание делает еще более важной память о том времени и событиях, в которых нам посчастливилось поучаствовать. О тех датах мирового значения, которые и наше Движение добавило историкам.

И тех великих возможностях, о которых мы помним. И желаем Правительствам не забывать, а воспользоваться ими и оставшимся временем, пока еще не совсем поздно.

– Мы надеемся, человечество и его лидеры услышат Ваш призыв.

Ваши пожелания азербайджанскому народу…

О.С.:

У народа, помнящего свою историю, есть будущее. Я знаю это, потому что был рядом в трудные часы, когда азербайджанский народ выдержал экзамен на способность выжить и продолжить путь в будущее.  

Об этом напоминают и слова президента Азербайджана Ильхама Алиева, обращенные к казахскому поэту и не так давно опубликованные в газете «Бакинский рабочий»:

«В самые трудные для нашей страны времена вы были рядом с азербайджанским народом… Мы не забываем это и высоко ценим. Азербайджанский народ любит Вас, Ваше творчество. Ваша гражданская позиция достойна большого уважения».

Только вместе, поддерживая друг друга, восходим мы на свою высоту. Эта формула взаимозависимости работает в жизненном опыте и отдельных личностей, и народов, и государств. Период независимости поэты и политики используют как время осознания нашей всеобщей взаимозависимости. Мы все больше понимаем, что классы в обществе, народы-соседи всегда были взаимозависимы, но не осознавали этого главного условия жизни на Земле. И мы, писатели, должны помочь нашим народам осознать это.

Пусть в мире все начинания дорогого нам Азербайджана обретают определения «высокие». И азербайджанский народ продолжает расти и количественно, и качественно.

Благодарим Вас за интересную беседу и добрые пожелания. Желаем Вам крепчайшего здоровья, а Центру сближения культур под Вашим руководством – успешно выполнить свою миссию!

Интервью брала Джамиля Чеботарева

EHTİRAM İLHAM – YAŞAYACAM

YAŞAYACAM

Bu qara sevdalar canımı yaxdı,
Alışır sinəmdə köz, yaşayacam.
Şeiri seçməzdim,.. məndən olsaydı,
Məni özü seçdi söz, yaşayacam.

Oyan da, ayıl da, baş atıb yat da…
Ölümmü? – Bu ən son arzuna çat da.
Mən ki yaxşılığı sevdim həyatda,
Daha kor olsa da göz, yaşayacam.

Elə ki, bağlandın vara, sərvətə,
Nəfsin qan uddurar ən xoş niyyətə.
Yaşa eyy, qurd ilə qal qiyamətə,
Mən sənin xətrinə az yaşayacam.

Hələ nələr çəkər haytalı canın,
Aləmi bürüyər boş həyəcanın.
Könlünə yatırsa qul Ehtiramın,
Sinəndə dinirsə saz, yaşayacam.

25.07.25.