Ustaclı oğlu Ustacam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bunları bilmək maraqlıdır

Bilirdinizmi? Kraliça arı ilə işçi arıların DNT-si tamamilə eynidir! Kraliça olmaq irsi deyil… qidalanma tərzi sayəsində olur!

Onları bir-birindən tamamilə fərqləndirən şey genetika deyil, yedikləridir.

Doğulduqları zaman bütün sürfələr bir-birinin eynisidir. Amma yalnız bir neçəsi inkişaf dövrlərində bol miqdarda arı südü (jelée royale) ilə qidalanır. Digərlərinə isə sadəcə nektar və polen qarışığı verilir.

Bu qidalanma fərqi onların bədənlərini və talelərini başdan sona yenidən proqramlaşdırır.

Yalnız arı südü ilə qidalanan sürfə, digərlərinə nisbətən iki dəfə böyük olur, bir neçə həftə deyil, illərlə yaşayır və hər gün 2000-ə qədər yumurta qoya bilən yumurtalıqlara sahib olur.

Eyni DNT-yə sahib olan işçi arı bacıları isə heç vaxt çoxala bilməz və sadəcə bir neçə həftə ərzində ölürlər.

Bu qədər böyük fərq… sadəcə qidalanmadan qaynaqlanır!

Bu hadisə, genetik kod dəyişmədən, ətraf mühitin və ya qidalanmanın təsiri ilə bəzi genlərin aktiv və ya passiv hala gələ biləcəyini araşdıran epigenetika elminin ən təsirli nümunələrindən biridir.

Qabil Nəbi – Bacılar şeiri

BACILAR
Qardaşın həyatında
Bəzək olar bacılar.
Ətrafında gül olar,
Çiçək olar bacılar.

Bir an küsər o qönçə,
Xətirinə dəyincə.
Qəlbi şüşədən incə
Kövrək olar bacılar.

Əziz olar can kimi,
Gözəldir mərcan kimi
Qorxaq bir ceyran kimi
Ürkək olar bacılar.

Xəyallara dalanda,
Dərdi sər çoxalanda,
Hamı yalan olanda,
Gerçək olar bacılar.
05.07.2016

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəfəq Sahibli – Ana Dilim Öz dilim

Ana Dilim Öz dilim
Turan adlı ellərin ülfətində payın var
Bu günkü hikmətində, hörmətində payın var.
Hər kəlməsi ,hər sözü zəfər oxuyan dilim.
Beşiyimin başında layla oxuyan dilim .

Min illərdir dünyanın yaddaşına hopmusan
Şuşanın qalasına bayrağını sancmısan.
Ey Turan işığında daim güclənən dilim
Nəğmə-nəğmə cahanın ruhuna sinən dilim.

Şəhid qanı əzəldən bayraqdır başım üstə,
Turan eşqi bitibdir torpağım,daşım üstə.
Tarix saray ucaldıb qanlı yaddaşım üstə ,-
Heç vaxt unudulmayan haqq-sayımsan ,dilim.
Ruhuma işıq saçan ulduz ,Ayımsan,dilim.

Sən Qarabağ ünvanlı ərənlərin dilisən,
Yurd uğrunda canını verənlərin dilisən.
Zəfər çiçəklərin dərənlərin dilisən ,
Miliyon-milyon sinədə döyünən ürək dilim,
Sevənlərin dilində uçan kəpənək dilim .

Sənə müjdə gətirdim Qarabağ savaşından.
Oxu mənim sevgimi gözlərimin içindən .
Qoyma haqqım silinsin tarixin yaddaşından .
“İki dovlət bir millət,şöhrəti dastan dilim.
Haqqımın bayraqdarı türk ətirli TÜRK DİLİM.

Aşura – Hədik

Hədik, Azərbaycanda Aşura günü ilə əlaqəli hazırlanan ənənəvi bir yeməkdir. Bu yeməyin hazırlanmasının tarixi xalq arasında yayılan bir rəvayətə əsaslanır. Rəvayətə görə, Həzrət Zeynəb Şam xarabalığında əsr düşmüş uşaqların ac qalmasına dözməyərək, onların başını yemək bişirmək adı ilə qatmaq üçün qazan qoyub qaynatmağa başlayır və daş-kəsək yığıb qazanın içinə tökür. Uşaqlar başına yığışanda isə onlara yemək hazırladığını deyir. Allahın möcüzəsi ilə qazanın qapağı açılanda müxtəlif dənli bitkilərdən ibarət yemək olduğu məlum olur. Bu rəvayət, hədik bişirilməsinin mənəvi köklərini əks etdirir.
Hədik buğda, noxud, lobya, lərgə, qarğıdalı, mərci və s. bitkilərdən hazırlanır. Aşura günü, müsəlmanlar bu yeməyi bişirərkən İmam Hüseyn və digər şəhidlərin xatirəsini yad edirlər. Hədik, həm də yoxsullara paylanır və bu da bir növ xeyirxahlıq və yardımlaşma nümunəsi sayılır.
Hədik hazırlanması və paylanması, Aşura gününün ənənəvi bir hissəsidir və həm dini, həm də mədəni əhəmiyyət daşıyır. Bu yemək, həm acı həqiqətləri xatırladır, həm də xalq arasında birlik və həmrəylik hissini gücləndirir.

Müxtəlif xalqlar hədiyi fərqı hazırlayırlar. Türkiyədə bu yemək “aşure” adlanır və türklər bu yeməyi Nuh peyğəmbərin adı ilə bağlayırlar. Bizdən fərqli olaraq yeməyin bişirilib paylanılması matəm münasibətilə deyil, bayram əhval-ruhiyyəsi ilə edirlər.

Misirlilərin inancına görə, hədik Musanın xilas olduğu gün bişirilir. Bəzi inanclarına görə isə aşurə həm də Adəm və Həvvanın Yer üzündə görüşdüyü ilk gündən hazırlanıb.

Başqa rəvayətə görə isə Nuh peyğəmbərin gəmisində olanlar quruya ayaq basmağın sevincini həmin günü bayram etmək üçün gəminin anbarında qalan ərzaqlardan bir yemək bişirmişlər. Aşura günü “aşura” bişirmək və bunu paylamaq adəti də, deyilən görə, buradan qalıb.

Süleyman Vəliyev haqqında

Süleyman Vəliyev Bakı şəhəri, Mirzə Fətəli küçəsində, 9-cu dalandakı kiçik bir otaqda məskunlaşır. “İnqilab və mədəniyyət” jurnalında ədəbi işçi kimi çalışmağa başlayır. Ev şəraitinin ağır olması ilə bağlı Səməd Vurğuna ərizə ilə müraciət edir. Böyük şair onun “koma”sına şəxsən gəlib vəziyyətlə tanış olur. O dövrdə Bakı şəhərinin Caparidze rayon İcraiyyə Komitəsinin sədri olan, əfsanəvi təyyarəçi, Sovet İttifaqı qəhrəmanı Məzahir Abbasov Səməd Vurğunun xahişi ilə Süleyman Vəliyevə Tolstoy küçəsinin 7-ci dalanında 3 saylı evi verir.
Lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları, keçmiş hərbi əsirlərin işlərinə yenidən baxılması kampaniyası ilə nəticələnir. Həmin il Süleyman yenicə evlənmişdi. Gözlənilmədən onu yenidən istintaqa cəlb edirlər və jurnaldakı işindən çıxarırlar. Siyasi orqanların apardığı məxfi istintaqda ona əməkdaşlıq təklif edilir: Səməd Vurğunun “millətçiliyi”nə qarşı gizli işləmək, məxfi orqanlarla əməkdaşlıq etmək istəyirlər. Lakin Süleyman bu təklifdən imtina edir; axı Səməd Vurğun onun ən böyük xeyirxahlarından biri olmuşdu. O əsgərlikdə və müharibədə olarkən, ədəbiyyat fondu onun ata-anasına yardım göstərmişdi. Ata-anası vəfat etdikdən sonra isə qardaşı Murtuzun Suvorovçular məktəbinə qəbul olunmasına və ona mənzil verilməsinə məhz Səməd Vurğun kömək etmişdi.
Nəticədə, Süleyman Vəliyev 1949-cu ilin yayında Sibirin Lena çayı sahilindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Bununla yanaşı, 1946–1947-ci illərdə yazdığı “Mübahisəli şəhər” romanının çapı da dayandırılır. Maraqlıdır ki, yazıçı Sibir soyuğunda özünü mənəvi cəhətdən Bakıya nisbətən daha yaxşı hiss edirdi; çünki onu illərlə narahat edən gizli sorğu-suallar artıq arxada qalmışdı. Bir neçə aydan sonra həyat yoldaşı da onun yanına gəldi. 1950-ci ildə oğlu Seyran, 1952-ci ildə isə qızı Leyla sürgündə dünyaya gəldilər.
Sibirdə xeyirxah insanların dəstəyi ilə Süleyman yazıçı qələmini yerə qoymadı. 1953-cü ildə İosif Stalin öldükdən sonra ölkənin həbs və sürgün düşərgələrindəki milyonlarla insan bir qədər rahat nəfəs aldı.
Süleyman Vəliyev 1955-ci ildə arvadı və iki övladı ilə birlikdə Bakıya qayıdır. Gəlişindən cəmi 20 gün sonra ona indiki Nizami küçəsi 51 ünvanında kiçik bir ev verilir.
1957-ci ildə “Mübahisəli şəhər” romanı yazıldıqdan 10 il sonra “Azərbaycan” jurnalında çap olunur. Lakin o zaman Yuqoslaviya ilə Sovet İttifaqı arasında münasibətlərin soyuması səbəbindən romanın kitab şəklində çapına icazə verilmir. Yalnız 1961-ci ildə əsər Moskvada rus dilində nəşr olunur və bundan sonra hərbi-vətənpərvərlik ədəbiyyatının incisi sayılan bu roman Bakıda da Azərbaycan dilində kitab kimi çap edilir.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəhid Mehman Musayevin nişanlısı Sevda Əliyeva

Kəlbəcərdə 32 il əvvəl şəhid olan hərbçi Mehman Musayevin dəfn mərasimində çıxış edən nişanlısı Sevda Əliyeva:

“Mehman Musayev itkin düşəndən sonra onun valideynləri bu xəbərə dözə bilməyib rəhmətə getdilər, mən isə ailə qurmadım. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcəyini gözləyirdim.

Mehmanla sonuncu görüşüm Ağdamda oldu. Mənə hədiyyələr almışdı. Toyumuz barədə danışdıq. Torpaqlarımızın üzərindən qara buludlar çəkildikdən sonra təntənəli toy edəcəyimizi planlaşdırdı. Bilməzdim ki, bu, onunla son görüşum olacaq. Həmişə Mehmanın adını uca tutdum. Qürurluyam, Mehmanla fəxr edirəm. Onun adına layiq yaşadım.”