Şairəm, çünki vəzifəm budur əşar yazım, Gördüyüm nikü bədi eyləyim izhar, yazım, Günü parlaq, günüzü ağ, gecəni tar yazım, Pisi pis, əyrini əyri, düzü həmvar yazım, Niyə bəs boylə bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü?!
Şerə məşğul edərək xatiri-qəmmayilimi, Qoyuram qənşərimə kağızımı, çernelimi, Gəlirəm yazmağa bir kəlmə, – tutarsan əlimi, Qorxuram, ya nə üçün, – çünki kəsirsən dilimi! Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram, Hələ gördüklərimin dörddə birin yazmayıram!
Hələ mən dörddə birin yazmayıram, karına bax, Üstümə gündə söyürsən bu qədər, arına bax, Özün insaf elə, əfkarına, ətvarına bax! Istəmirsən yazam? Öz eybli kirdarına bax! Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə! Özünü, həm məni bu barədə diltəng eləmə!
Görür ərbabı-qələm qayeyi-amalınızı, Məndən artıq yaza bilməkdə ikən halınızı, – Yazmır onlar dəxi on dörddə bir əfalınızı, Özünüzsüz olara yazdıran əhvalınızı… Yoxsa bu eybdən aləmdə mübərradır olar, Boylə alçaq yazıdan min kərə əladır olar!
Necə mən dörddə birin yazmağa əymən deyiləm, Qorxur on dörddə birin yazmağa həm əhli-qələm; Sən əgər söz verəsən: “Qorxma, qıl əhvali rəqəm”, Vazi-halın yazılarsa zili-zilü bəmi bəm, Elə bir halə düşərsən ki, tükün biz-biz olar, Əyninə geyməyə şey tapmasan, astar üz olar!
Вышла в свет новая книга под названием “Мунис Язылар – 1”, рассказывающая о жизни и творчестве Юнуса Огуз – заслуженного деятеля культуры, писателя, журналиста, главного редактора газеты “Olaylar”, автора исторических романов на важные темы.
Книга создана в результате проекта “Юнус Огуз – 65”, реализованного независимой литературной организацией журнал “Язярлар”, на основе статей – проникновенных слов и искренних дружеских пожеланий известных деятелей интеллигенции страны по случаю 65-летия Юнуса Огуза, опубликованных в этот период в различных печатных изданиях, а также на сайтах “olaylar.az”, “yazarlar.az”, “zefernews.az” и других.
Во вступительной статье профессора Бакинского государственного университета Джахангира Мамедли “Художник, оставивший след в журналистике и литературе” дана полная информация о творческой деятельности юбиляра как журналиста и писателя.
В книге представлены произведения Рашада Маджида, Низами Джафарова, Фазиля Мустафы, Акбара Гошали, Айдына Мирзазаде, Вугара Искендерова, Захида Оруджа, Сайяда Арана, Тараны Демир, Асифа Марзили, Заура Устаджа и других писателей, которые много лет близко знали Юнуса Огуза и хорошо разбирались в его многогранной деятельности. Редактором книги “Мунис язылар – 1”, составленной заведующим отделом литературной критики журнала “Язярлар” Гуннур Агаевой, является Заур Устадж, а издателем – Тунджай Шахрили.
В ближайшее время книга будет представлена юбиляру и широкой публике.
YUNUS OĞUZUN 65 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ KİTAB NƏŞR OLUNUB
Əməkdar mədəniyyət işçisi, yazıçı, jurnalist, “Olaylar” qəzetinin baş redaktoru, vacib mövzularda tarixi romanların müəllifi Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən “Munis yazılar – 1” adlı yeni kitab işıq üzü görüb.
Kitab müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı tərəfindən həyata keçirilmiş “Yunus Oğuz – 65” layihəsinin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda, eyni zamnda “olaylar.az”, “yazarlar.az”, “zefernews.az” və digər saytlarda yayımlanmış Yunus Oğuzun 65 illik yubileyi münasibətilə ölkənin tanınmış ziyalılarının məqalələri – ürək sözləri, səmimi dost arzuları əsasında ərsəyə gətirilib.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin “Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar” adlı giriş məqaləsində yubilyarın jurnalist və yazıçı kimi yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib.
Kitabda Yunus Oğuz haqqında uzun illərdir onu yaxından tanıyan, çoxşaxəli fəaliyyətinə yaxşı bələd olan Rəşad Məcid, Nizami Cəfərov, Fazil Mustafa, Əkbər Qoşalı, Aydın Mirzəzadə, Vüqar İskəndərov, Zahid Oruc, Səyyad Aran, Təranə Dəmi, Asif Mərzili, Zaur Ustac və digər qələm adamlarının yazıları yer alıb. “Yazarlar” jurnalının ədəbi tənqid məsələləri üzrə meneceri Günnur Ağayeva tərəfindən tərtib olunmuş “Munis yazılar – 1” kitabının redaktoru Zaur Ustac, naşiri isə Tuncay Şəhrilidir.
Hələ Vətən müharibəsinin ilk günlərində həyəcanımı Azərbaycanda fəaliyyət göstərən KİV-lərə xitabən statusumda cəbhəyə heç olmazsa jurnalist kimi yollanmaq istəyimlə ifadə etmişdim. Bildirmişdim ki, mühüm bir güc strukturunda xidmət keçmiş hərbi staja malik polkovnik rütbəli zabit, ciddi mətbuat orqanlarında çalışmış jurnalist kimi hərbi jurnalistikanın sirlərinə bələdəm və təmənnasız olaraq öz kameramla, öz qələmimlə, öz maşınımda ən qaynar döyüş bölgələrində çəkilişlər aparmağa, reportajlar hazırlamağa, milli ordumuzun müzəffər yürüşünü işıqlandırmağa hazıram.
Nə gizlədim, o statusu paylaşanda mənə elə gəlmişdi ki, hazırki mətbuatımızda bu işi ən yaxşı bacaracaq azsaylı jurnalistlərdən biriyəm və qazanılacaq qələbəni vəsf etmək şansını itirmək istəmirdim.
Çox keçmədi ki, bir az inanmadığım, hərbi təcrübələrinə şübhəm olan həmin televiziya kanallları məni mavi ekranların əsirinə çevirdi, yalnız şoumenləri təbliğ etməkdə suçlandırılan mətbu orqanlar cəbhədən yaydıqları isti-isti xoş soraqlarla gözümüzün sevinc yaşlarını axıtdı, qürurumuzu yüksəldən informasiyaları peşəkar jurnalist qələmində xalqa çatdırdılar. Beləcə, qısa bir zaman kəsiyində Azərbaycanın DÖYÜŞKƏN MƏTBUATı formalaşdı.
Əslinə qalanda o mətbuat əvvəllər də olub. Təkcə “Səhər” qəzetinin yaradıcı kollektivini, bu mətbuat orqanında çalışanların və yaxud heç bu qəzetə aidiyyatı olmayan jurnalist və qeyri-jurnalistlərin ən qaynar nöqtələrdən isti-isti xəbərləri oxuculara çatdırması o dövr üçün hadisə idi. Nədənsə, mətbuatımızın qızıl səhifəsi olan 1990-cı illər “Azərbaycan” (əvvəl Qarabağa Xalq Yardımı Komitəsinin, sonra Milli Məclisin orqanı olan hər iki qəzet) “Azadlıq”, “Aydınlıq”, “Meydan” və digər mətbu orqanların fədakar müxbirləri barədə hələki ciddi bir söz deyildiyini eşitməmişəm.
Başında “başı papaqlı” nazirin dayandığı “Xalq ordusu” qəzetinin taleyi nazirin aqibətindən və onun müavindən də vacib “X” xanımının şıltaq istəklərindən asılı idi. Ancaq bu amil, sırasında çağdaş Azərbaycan hərbi mətbuatının simaları olan, bəzən erməni gülləsinə, ondan da betər və sarsıdıcı baş redaktorun qoçu jestlərinə baxmayaraq vəzifə borclarını ləyaqətlə yerinə yetirən jurnalistlərin fəaliyyətini kölgə altına almamalıdır.
…Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azad Azərbaycan” qəzetində məsul katib idim. İşğal xəbərlərinin komitə sədri dağ boyda Bayram Bayramovu günü-gündən həm cismən, həm də mənən necə əritdiyini görürdüm. Həmişə otağına girəndə qələmi ilə kağızlar arasında çarpışan böyük yazıçının hər acı xəbərdən sonra başını ovcunun içində gizlədib dəqiqələrlə sükuta daldığının şahidi olmuşam. Qəzetin baş redaktoru, gözəl şeirlər müəllifi, Laçının laçın oğlu Malik Fərruxla yazıların mövzu və məzmun üzrə çox səmimi və yaradıcı müzakirələrimiz çinar qamətli şairimizin doğma yurd-yuva haqqında bəd xəbərləri alanadək davam etdi. Ondan sonra yazılar və səhifələrin maketi ilə bağlı nə deyirdimsə, hiss edirdim ki, Malik Fərruxa yalnız səsim çatır. Dediklərim ona Laçın dərd-sərindən vacib görünmürdü və o yalnız kədərli gözlərini gizlətməklə başını aşağı salıb sadəcə təsdiqləyirdi. Malik Fərruxu da Laçın dərdi o dünyaya qovuşdurdu. Torpaqlarımızın işğalı komitə sədrinin müavini, bu gün xalq artisti Nurəddin Mehdixanlının gülər üzünə ilk kədər cizgilərini çəkdi, saçlarına ilk dən də elə o vaxtdan qondu. O vaxt gənc jurnalist kimi ilk addımlarını atan Qulu Ağsəsin bu günki uğurlarına nə qədər sevinsəm də, Ağdam kəndlərinin işğal olunması və 6 min şəhid vermiş Ağdamın hərbçi, mülki adamları ilə ermənilərin xüsusi amansızlığından puçurlanan kədər notları hələ də gözümün qabağından getmir. Kimisə unuda bilərəm deyə, hərb tariximizə ən yaxşı töhfələrini vermiş jurnalistlərimizin, video operatorlarımızın, fotoqraflarımızın adlarını bir-bir çəkmək istəmirəm. Hər halda, o materiallar təbliğat vasitəsi kimi öz işini görüb, bundan sonra da istifadə olunacağı zamanın işidir. Televiziya və radio, qəzet və jurnallar cəbhədən gələn xəbərlərlə həm də millətimin göz dağına, bir yaradıcı insanın ürəyində düyün-düyün ağrılara çevrilirdi və….
Azərbaycan ikinci dəfə müstəqilliyini qazananda bizə doğma olan sərhəd qoşunları da formalaşmağa başladı. Yeni yaradılmış “Sərhəd” qəzetinin məsul katibi vəzifəsinə hamımızın “Hünər” verilişindən yaxşı tanıdığımız baş redaktor şair Ramiz Duyğun tərəfindən dəvət aldım. Tam məsuliyyətimlə deyə bilərəm ki, dövlət sərhədlərimizin yadellilərdən təhvil-təslim prosesində və möhkəmlənməsində, gənclərin sərhədçi peşəsinə yiyələnməsində və əsgəri fəaliyyətdə fərqlənmələrində, hərbi nizam-intizama uyğun olaraq xidmətin qurulmasında bu sahədə əsil fədakarlıq göstərən peşəkar milli zabitlərimizlə yanaşı “Sərhəd”çi müxbirlərimizin də əməyi az olmayıb. Jurnalistikadan hərbi həyata qatılan yazıçı, şair əməkdaşlar – Elşad İsayev (Qoca), İlqar Quliyev, Lətif Şüküroğlu, İbrahim, Rüstəmli, Qardaşxan Əzizxanlı, İbrahim Rüstəmli, xanım jurnalistlər Xatirə Tağıyeva, Zərif Cəfərova və digərləri sonradan da hərbi mətbuatımızda jurnalist, yazıçı, şair, hətta alim kimi iz qoya bildilər. Şair Ramiz Duyğunun redaktorluğu ilə ezamiyyətlərə yollanıb materiallar hazırlamaqla bərabər, həm də ilk sərhəd qurucularına çevrildilər.
Daxili Qoşunların “Əsgər” qəzeti (Təranə xanıma min rəhmət), Daxili İşlər Nazirliyinin “Polis”, “Mübariz keşikdə” qəzetləri milli hərbi jurnalistikamızın unudulmaz səhifələrini şəhərin axarlı-baxarlı küçələrində deyil, məhz cəbhə bölgələrində yaratdılar. Bu mətbu orqanlarda onlarla savadlı, həm də cəsarətli jurnalist kadr yetişdi, ixtisaslı peşə sahibləri kimi püxtələşdilər, dövlətə, vətənə, xalqa ləyaqətlə xidmət etdilər.
….İkinci Qarabağ savaşında yenə nəzərlər televiziya ekranlarına zilləndi, qulaqlar radio efirlərinə dikildi, gözlər saytlarda, qəzet və jurnallarda yeni olan nə varsa ilk şahid durmaq və tez-tələsik paylaşmaq həvəsində oldu. QƏLƏBƏ SEVİNCLİ xəbərlər bizi ağuşuna aldı.
Vətən müharibəsində ilk növbədə ölkənin siyasi rəhbərliyinin xalqımızın monolit birliyinə nail olması, ordu quruculuğuna sərf olunan maddiyyatın və zehniyyatın bir hədəfə tuşlanması, nəhayət sözsüz ki, igid oğullarımızın şücaət və fədakarlıqları müzəffər yürüşümüzün təməlində duran başlıca amillərdir. Elə ilk günlərdən hələ qələbə soraqları eşidilənədək də hamı cəbhəyə can atırdı. On minlərlə gənc və yaşlı nəslin nümayəndələri hərbi komissarlıqlar qarşısında izdiham yaratmışdılar. Birinci Qarabağ savaşının veteranları, qazilər… məktəblilər belə ordumuz üçün nə isə etməyə çalışırdılar. Və sözsüz ki, mətbuat işçiləri də! 27 sentyabradək müəyyən şəxslərin ixtiyarında olan bəziləri ən baxımsız kanallarda, internet şəbəkələrdə, qəzetlərdə lüzumsuz, qalmaqallı, etikadan kənar, nə bilim, jurnalistikaya yaraşmayan metodlarla sözümüzü və zövqümüzü korlayırdılarsa, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra hamı bir yumruq altında birləşməyi, bütövlükdə həm də söz həmləmizlə düşməni yerində oturtmağı bacardıq. Bu zəfərin xalqımıza, dövlətimizə, millətimizə nələr bəxş etdiyi hələ çox-çox sonralar, şəhidlərimizə tökülən acı göz yaşlarıı yanaqlarımızda quruduqca, qazilərimizin yaraları sağaldıqca daha aydın görünəcək. Bəli, sinəmizə çəkilən yaralar dərindir. Ancaq bu dərin yaraların məlhəmi doğma el-oba, böyüyüb boya-başa çatdığımız torpaqlar, ətrindən doymadığımız o laləzar çəmənlər, dağlar, düzlər, şırıltılı çaylar, qaynar bulaqlardır.
Döyüşkən mətbuatı vəsf edib söyüşkən mətbuatın bəzən peşəyə və peşəkarlığa, bəzən milli dəyərlərə, bəzən də hüquqa və qanuna zidd əməllərinə göz yummaq olmur. Əsasən xarici havadarlarından ruhlanan, qismən də səbatsızlıqdan və savadsızlıqdan yolunu azan bu cür üzdəniraqlar “Azərbaycan”, “Respublika”, “Xalq”, “525-ci qəzet”, “Şərq”, “İki sahil” kimi rəsmi və qeyri-rəsmi, “Bütöv Azərbaycan”, “İsmayıllı xəbərləri”, “Xudafərin”, “Zəngilanın səsi”, “Kredo” və digər aztirajlı rayon və sahə mətbu orqanlarından layiqli cavablarını aldılar. Ürəyindən keçənləri paylaşmaq istəyən oxucular həm də ən azı özləri qədər vicdanlı qələm adamlarının oxucusuna çevrildilər.
Bu savaş bizdə həm də qeyrətli bir mətbuat yetişdirdi. Cəbhə bölgəsində həyatını riskə ataraq ən qaynar nöqtələrdən, mənfur və gücsüz düşmənin mülki əhaliyə mərmi yağışları altında peşəkarcasına süjetlər hazırlayan hərbi müxbirlər, operatorlar o xəbərləri isti-isti birbaşa bizim evimizə ötürə bildilər. Fədakar, cəsarətli, şad xəbərlərdən mavi ekrandaca şaşırıb qalan, hətta sevincdən göz yaşlarını saxlaya bilməyən, çox təbii və səmimi surətdə seyrçini həyəcanlandıran aparıcılarımızdan günü bu gün də nə isə maraqlı jestlər, ürəyimizdən tikan çıxaracaq ifadələr, bütün səmimiyyəti ilə ruhumuzu coşduracaq məqamlar gözləyirik. Vətən müharibəsi və sonrakı dövrlərdə sevinc hisslərini bizə yaşadan KİV nümayəndələrinin fəallığı, hər birinin özünəməxsus yaradıcılıq tərzi ürəkləri riqqətə gətirdi.
Əlbəttə, o günlərdə böyük şücaətlər göstərərək qızğın döyüş bölgələrindən isti-isti xəbərlər çatdıran jurnalistlərimizə alqışlar sonsuzdur. Onları biz həmişə görürdük və xəbərlərini izləməklə bərabər, həm də dualarımızı əksik etmirdik. Bir daha, kimisə unuda biləcəyimdən ehtiyatlanaraq cəsur mətbuat nümayəndələrimizin adlarını bir-bir çəkmədən, televiziya kanallarımızda bizə ən xoş duyğuları yaşadan bir çox anları xatırlamadan hamısına bir seyrçi, dinlərici, oxucu, hərbi jurnalist kimi “var olun!” demək istəyi ürəyimdən keçir.
Hərbi jurnalistikamız, özünü bu sahəyə həsr etmiş mətbuat işçilərimiz öz sözünü deməyi bacardı. Özü də şərəflə və ləyaqətlə! Bizə qələbə yaraşır!
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqı AZƏRBAYCAN MİLLİ MƏTBUATI – 150
21 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə teatr sənəti sahəsində xidmətləri olan media işçiləri və Teatr Xadimləri İttifaqının nümayəndələri iştirak ediblər. Giriş sözü ilə tədbiri açan İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Milli Mətbuat Günü münasibəti ilə iştirakçıları təbrik edib, Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli inkişaf yolundan söhbət açıb. Sonra teatr sahəsində uğurlu fəaliyyət göstərən media nümayəndələri «İttifaqın dostu» diplomu, Fəxri fərman və «Teatr fədaisi» medalı ilə təltif olunublar. Mükafatlandırılanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.
Təltif olunanlar
“İttifaqın dostu” diplomu ilə: Azərbaycan Televiziyası Mədəniyyət Kanalının bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Rövnəq Həsənzadə
Trend Beynəlxalq İnformasiya Agentliyi Mədəniyyət şobəsinin rəhbəri Vüqar İmanov
Real Təhlil İnformasiya Mərkəzinin Proqram Departamentinin rəhbəri Kamran Qasımov
Azərbaycan Dövlət İnformasiya Agentliyinin redaktoru Suvar İbadov (Abdulla Suvar)
«Xalq» qəzeti Humanitar siyasət şöbəsinin müdiri Əli Nəcəfxanlı
İKİ SAHİL.AZ xəbər portalı üzrə şöbə müdiri Qvami Rəsulov
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin 105 FM radiosunun rejissoru, jurnalist Vəfa Sərdar (Qədirova)
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu (Mehdiyev)
Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Fidan Əlizadə
“VƏTƏN SƏSİ” saytının müxbiri Mina Rəşid (Şıxova)
Jurnalist Şəlalə Camal
Mədəni tədbirlərin təşkilatçısı Sevda Əliyeva
PRESSKLUB.AZ saytının redaktoru Ramilə Qurbanlı
Fəxri fərmanla:
Azərbaycan Televiziyası Mədəniyyət Kanalı “Min maska” layihəsinin rəhbəri Həmid Əsədzadə
Azərbaycan Televiziyası Mədəniyyət kanalı Mədəniyyət xəbərləri redaksiyasının müxbiri Məmməd Məmmədli
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin təşkilatçısı Sələmə Məhərrəmova
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Elvin Nüsrətoğlu (Abdulxalıqov)
1875-ci il iyul ayının 22-də Azərbaycan dilində nəşrə başlayan, 1877-ci il avqust ayının 18-də son nömrəsinin çapı ilə 25 aylıq fəaliyyətini dayandıran “Əkinçi” qəzeti milli mətbuatımızın doğum tarixini yazdı. Bu, qəzetin təsisçisi və münşisi, 1865-ci ildə Moskva Universitetinin Ryaziyyat fakültəsini təbiət elmləri üzrə fərqlənmə diplomu ilə bitirən 33 yaşlı pedaqoq, maarifçi-demokrat, publisisti Həsən bəy Zərdabinin həyat missiyasının ən yaddaqalan hadisəsi oldu. O, qəzetə ana dilini öyrədən bir məktəb kimi baxır, “qəzet və ya jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir”- yazaraq, qəzetin qarşısında dayanan əsas vəzifələri xatırladırdı. “Əkinçi”nin meydana gəlməsində ancaq Həsən bəy Zərdabinin deyil, XIX əsrin ikinci yarısında Azərbaycanda xüsusilə intişar tapmağa başlayan maarifçilik mühitinin, bu mühitin yaranmasına təkan verən ictimai-siyasi proseslərin oynadığı rolu qeyd etməyi lazım bilirik. Xüsusən böyük maarifçi, türk-müsəlman xalqlarını əhatə edəcək əlifbanın nəinki ən qızğın təbliğatçısı, həmçinin əlifba layihəsinin müəllifi Mirzə Fətəli Axundovla başlanan, Azərbaycan ictimai şüurunda özünü hiss etdirən renesans mərhələsinin diqtə etdiyi məqamları unutmamağı vacib sayırıq. Təhsil sahəsində, xüsusilə imperiya hüdudlarındakı xalqların təhsilə təşviqi ilə bağlı mərkəzi hakimiyyətin yürütdüyü işıqlı siyasətin nəticəsində məktəblərdə ana dilində tədrisin həyata keçirilməsi işi ləng də olsa olsa gedir, renesasnsın dayanıqlılığını təmin edirdi. Yeri gəlmişkən, Azərbaycan dilində fəaliyyətə başlayan dünyəvi məktəblərin ilk rüşeymləri ölkəmizdə məhz XIX əsrin 60-cı illərində gözə dəyirdi. Bütün bunlar milli burjuaziyamızın formalşma mərhələsini yaşayan Azərbaycanın dialektik inkişafında mühüm sayılan amillər idi və buna görə də cəsarətlə o qənaətimizi bölüşürük ki, milli mətbuatımın yaranmasını XIX əsrin ikinci yarısı üçün gözlənilən hadisə adlandıra bilərik. Ola bilər ki, o, 1875-ci ilin yayında deyil, bir, iki, hətta beş il tez və yaxud gec baş verəydi, o da tamamilə mümkün idi ki, həmin nəşrin təsisçisi Həsən bəy Zərdabi deyil, başqası da ola bilərdi, amma reallıq odur ki, bu möhtəşəm hadisənin baş verməsi üçün zəmin yaranmışdı. “Əkinçi”nin ilk nömrəsindəki baş məqalədə qəzetin təsisçisi və redaktoru Həsən bəy Zərdabinin yazdığı məqalədə nəşrin məramnaməsinə diqqət çəkilir, materialların “Daxiliyyə xəbərləri”, “Əkin və ziraət xəbərləri”, “Tazə xəbərlər”, “Elanlar” rubrikası altında gedəcəyi qeyd olunurdu. Qəzetin bir neçə nömrəsinin çapından sonrakı nömrələrində digər rubrikaya ehtiyac yarandı. Bu, “Məktubat” rubrikası idi və bu bölümdə verilən yazılarda nəhayətsiz görünən imperiya sərhədləri daxilində, əsasən soydaşlarımız yaşayan məkanlardan istənilən şəxs ictimi rəy üçün əhəmiyyət kəsb edən hadisələrdən və yaxud insanlarımızı tərəqqidən saxlayan məsələlərdən söz açılırdı. Bununla “Əkinçi” qəzetində mövzuların rəngarəngliyi artmaqla yanaşı, təzə-təzə yaranan Azərbaycan jurnalistikasında ilkin ənənələr formalaşırdı. Bu prosesdə dramaturgiyamızın banisi böyük Mirzə Fətəli Axundov, şair Seyid Əzim Şirvani, Səid Ünsizadə, Nəcəf bəy Vəzirov, Qarabağ xanlarının nəslindən olan Əsgər ağa Gorani, Əhsənül Qəvaid və digər “Milləti- islami qəflətdən ayıltmaq istəyən”, bunun üçün özündə potensial görən və həmin potensialı cəmiyyətdə etiraf edilən azsaylı ziyalılarımız qoşulmuşdu. “Əkinçi” meydana qədəm badığı məqamdan ancaq bir cəbhədə döyüşmürdü. Onun döyüşdüyü insanlar ancaq milləti buxovda saxlamağın elmsizlik, cəhalət olduğunu bilən və bunu aradan qaldıranlarla ölüm-qalım savaşına çıxanlar deyildi. Həmin əsrin 20-ci illərinin sonlarında Rusiya imperiyasının uzağagedən planlarına hesablanan və buna görə də Güney Qafqaza, xüsusilə İrəvan xanlığının ərazilərinə köçürülən erməni millətindən olan insanlar milli münaqişənin ocaqlarını yaratmaqda idilər. Oxşar proseslərdə olduğu kimi, bunun “tarixi kökləri”nin ideoloji əsasları yaradılırdı və bu işi erməni ziyalıları arasında görmək istəyənlər kifayət qədər tapılırdı. Belə “millətsevərlərdən” biri, erməni millətindən olan, Moskvada doğulub böyüsə də, hansı zərurətdənsə (?!) Tiflisdə qərarlaşan Qriqori Artsruni təsis etdiyi, özünün redaktorluğu ilə erməni dilində nəşr edilən “Mşak” qəzeti ictimai-siyasi, ədəbi qəzetdə xüsusilə ardıcıl idi. 1873-cü ilin fevral ayından nəşrə başlayan qəzet missiyasının təkcə xəbər dərc etməklə məhdudlaşmayacağı ilk nömrələrindən diqqət çəkirdi. Başlayan prosesin idarə olunmasının Sankt-Peterburqdakı imperator sarayının himayəsi ilə Qafqaz Canişinliyindən idarə olunması ona görə mübahisə doğurmurdu ki, senzorların razılıq verməsindən sonra çapa gedən həmin nömrələrdə milli münaqişələrin əsası qoyulurdu. Bu, nəşrin “həm də müxtəlif erməni məskənləri haqqında yeni biliklər, maarifləndirici məlumatlar yaymaq” kimi xeyirxah məqsədlər güdmədiyi senzarların razılığı ilə çap olunan ilk nömrələrindən görünürdü. Bu, 1873-cü ildə qəzetin 14-cü nömrəsində “Qandzak” (tarixən azərbaycanlılara aid olan Gəncə həmin yazıda belə təqdim edilirdi) sakinlərinin aborigen əhalisinin ermənilər olması ilə bağlı dərc edilmiş “araşdırma yazısı”nda mahalda əsasən ermənilərin yaşadığı iddia edilərək “onlar öz ana dili ilə sıx bağlıdırlar, həm də qonşularının dilində yaxşı danışırlar; xalq öz kilsəsinə sadiqdir, kilsə adət-ənənələrini qeyrətlə qoruyur, milli xeyriyyə işlərini hərarətlə, səxavətlə dəstəkləyir”-yazaraq təqdim olunan yazılarda qabarırdı: “Bunlardan sonra türklərin sayı 1800 nəfərdir, ermənilərdən çoxdur, lakin təsir gücündə deyil. Onların həyat tərzi Asiya tayfalarına xasdır. Onların sosial dünyagörüşünü qiymətləndirmək artıqdır, lakin onların təhsil vəziyyətinin son dərəcə əlverişsiz olduğunu qeyd etmək lazımdır. Onların yeganə məktəbi məsciddir ki, hər soxta (təhsilli adam), mirzə və ya molla bir neçə oğlanı başına yığıb kobud səslə yerdə oturan oğlanlara dərs keçirlər. Onlar nə öyrənirlər? Çox dəhşətli keyfiyyətlər… Onların aristokratlarının övladları kral məktəblərində təhsil alır, lakin verilən təhsildən bəhrələnməyə çalışmadan dərin bilik əvəzinə xaotik və səthi fikirləri mənimsəyir. Nəticədə rus dilini xatırladan təhrif nitqlə məzun olur, “möhtəşəm” təhsilləri ilə fəxr edirlər”(“Mşak” qəzeti- 1873-cü il,14-cü nömrə) Oxşar mövzuda yazılaraq qəzetdə dərc edilən məqalələr təkcə yazı müəlliflərinin, heç o yazıları sifariş verərərək redaktə edən, nömrəyə qoyan redaktorun da deyil, ümumilikdə Çar Rusiyası mərkəzi hakimiyyətinin siyasətini əks etdirirdi. Qənaətimizi təsdiq edən arqument həmin nömrələrin çapına birbaşa siyasi hakimiyyət qarşısında hesabatlı senzorların icazə verməsi idi. Bu siyasətin nəticəsi idi ki, belə məqalələr qəzetdə təkəmseyrək görünmürdü. 1875-ci il iyul ayının 22-də ilk nömrəsi işıq üzü görən “Əkinçi” və onun rüdaktoru Həsən bəy Zərdabinin “Mşak”ın fəaliyyətindən azından xəbərdar olması ona görə şübhəsizdir ki, həmin vaxtlarda Tiflisdə yaşayan görkəmli azərbaycanlı ziyalıların əksəriyyəti ilə onun məktublaşmalarını təsdiq edən kifayət qədər faktlar mövcuddur. Əlbəttə, məktublaşmaların məzmunu təkcə hal-əhval tutmaqla məhdudlaşmır, Qafqaz Canişinliyinin bərqərar olduğu Tiflisdə gedən proseslər barədə fikir mübadilələri də aparılırdı.
“Əkinçi”nin informasiya coğrafiyasının Bakı quberniyası ilə qapanmadığını onun ilk nömrələrindən görmək mümkün idi. Qəzetin 1876-cı il 30 yanvar tarixli nömrəsində “İrəvandan məktublar” adlı yazı buna görə maraqlıdır. Rusiya-Osmanlı müharibəsi ərəfəsində belə bir xəbərin qəzetdə özünə yer tapmasını heç cür təsadüfi hesab etmək olmaz: “20, ya 30 il bundan əqdəm İran dövlətinin Qarapapaq tayfasından 1500 xanə Osmanlı dövlətinə tabe Şuragil adlı yerə köçmüş imişlər. İndi İran dövlətinin tərəfindən məzkur tayfanı zor ilə İrana köçürməyə hökm olunub. Bu əmrdən ötrü cənab Mirzə Haşım xan Şuragilə varid olub, ol tayfadan 500 ev İrana göndərib və qalan 1000 evin iltirmasına binaən onlara möhlət verib ki, torpaq məhsullarını götürüb sonra köçsünlər. Bu halda xəbər var ki, onlar da bu yaxınlarda köçürüləcəklər (“Əkinçi”. “Avrasiya Press” nəşriyyatı. Bakı-2005. Səh. 94.). “Əkinçi” sənətindən doğan intuisiya ilə əkin sahələrini basan alaq otlarının kökatma tendensiyası qarşısında hərəkətsiz dayanmır, imkanları daxilində 250-300 tirajla bunun maksimum ictimailəşməsinə çalışırdı. Azərbaycan və onun təbii coğrafiyasına məxsus Qərbi Azərbaycan, həmçinin Borçalı mahalında bu yöndə informasiyalara replika şəklində olsa belə, səhifələrində yer ayrılırdı. İnformasiyalardan birində qəzetin 8 oktyabr 1876-cı il tarixli nömrəsində azərbaycanlılar barədə xarakterik olmayan rəy formalaşdırmağa çalışan ermənidilli mətbu orqanın paylaşdığı xəbər olduğu kimi təqdim olunur: “Ermənilərin “Mşak” qəzetinə Axalkalak şəhərindən yazırlar ki, müsəlmanlar oğurluğu zurna-qabal ilə eləyirlər. Bir dəstə adam gəlin aparırıq deyibən gedib gələni soyur” (“Əkinçi”. “Avrasiya Press” nəşriyyatı. Bakı-2005. Səh. 277). “Əkinçi”nin nömrələrini vərəqlədikcə millətimizə atılan daşları, edilən iftiraları cavablandıran gənc redaktorun qəlbində püskürən etiraz açıq-aydın görünməklə bərabər, onun səbr ilə verdiyi cavablara heyrət etməyə bilmirsən. Belə cavabların biri qəzetin 17 fevral 1877-ci il tarixdəki sayında, Həsən bəyin yazdığı məqalədə belə təqdim edilir: “Bizim qəzetin 24-cü nömrəsində qurban bayramının əsl mətləbi barəsində yazılan daxiliyyəni Tiflis şəhərində erməni dilində çap olunan “Mşak” qəzeti erməni dilinə tərcümə elədib, basdırıbdır. Heç görülübdür ki, bizim zəmanədə elm oxumuş adam xalqı Məkkəyə getməyə təhrik edə və ittihadi-islam fikrinə düşə və ittihadi-islam heç məqdurdurmu? Xüləsa, bu tövr çox danışıb axırda deyir: neçə yüz ildir ki, İslam ətrafında olan erməni, gürcü və qeyri tayfaları güc ilə İslam edib və indi siz bu qədər tayfaları ittihadi-islam ilə birləşdirmək istəyirsiniz… Yox, qaytarın bizə ki, bizim zəmanə elm zəmanəsidir və biz elm sahibiyik və elm təhsil etməyə qabiliyyətiniz var. Bizim qardaşlarımızı ki, keçmişdə onları cəbrən İslam eləmisiniz, verin bizə”. Erməni baş redaktorun isterik qışqırtılarına 35 yaşlı Həsən bəy Məlikovun cavabı mükəmməl jurnalistika nümunəsi sayıla biləcək səviyyədədir: müdrik, arqumentli, emosiyasız-filansız. Zərdabi haqlı olduğuna əmindir və buna görədir ki, o, haqsız adamların kompleksini yaşamır, təmkinlə opponentini hələ başlamamış, az-az insanların görə biləcəyi qan-qada dolu yola çağırışları rədd edir. Bu, o vaxtlardır ki, 5 il sonra özünü elan edəcək, məramnaməsində türk və müsəlmanlara, hətta onların fikirləri ilə razılaşmayan, qanlı əməllərinə dəstək olmayan ermənilərə qarşı da açıq terror çağrğışları edəcək Daşnaksütyun partiyası hələ meydanda yoxdur. Hələ Qarabağda töküləcək qanlara, ardınca Bakı və İrəvanda qızışacaq, tarixdə 1905/06-cı illər erməni-müsəlman toqquşmalarına 28 il müddət var. Qanlı çağırışların hara qədər gedəcəyini görən az-az insanlardan biri kimi Həsən bəy Zərdabi Arsruni kimi “ziyalıların”, “millətsevərlərin” xalqını hara qədər aparacağını görür və onların bu təşviqinin elmli kəslər üçün ayıb olduğunu qələmə alır: “Ey cənab Arsruni (zikr olan qəzetin münşisinin adıdır), əgərçi cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyb deyilmi ki, bizim aramızda ədavət salırsınız?!” (“Əkinçi”. “Avrasiya Press” nəşriyyatı. Bakı-2005. Səh. 350). Jurnalistikamızın əbədilik patriarxı Həsən bəy Zərdabinin uzaqdan gördüklərinin reallıq olduğunu Azərbaycan oxucuları kimi, “Əkinçi”nin hər bir nömrəsini diqqətlə izləyən, lazım olduğu təqdirdə oradakı ayrı-ayrı yazıları rus və erməni dillərinə tərcümə edərək müxtəlif nəşrlərdə dərc etdirən digərdilli auditoriyada da cəmi 7 ay sonra görəcəklər. Rusiya-Türkiyə müharibəsinin ilk vaxtlarından tərəf olaraq rus çarizminin ətrafında birləşən ermənilər Osmanlı təbəəsi olan yüzminlərlə soydaşının hansı ocaq başına sürükləndiyinin fərqində olmadılar və yaxud olmaq istəmədilər. Onlar açıqdan-açığa müharibənin nəticələrinə hesablanan addımlar ataraq Sultan Türkiyəsinin məğlub olacağı təqdirdə gözlənilən sülh müqaviləsinə “erməni məsələsi” deyilən məsələni əlavə etmək üçün ciddi planlar qururdular. “Əkinçi”nin münşisi isə təəsisçisi olduğu qəzetin nömrələrində qardaş ölkənin hərbi və siyasi elitasını gözlənilən savaşda tərəf kimi vuruşacaq ermənilərin gələcək planları barədə səsi yetən hər kəsi xəbərdar etməyi borc bilirdi. Onun, qəzetin 18 avqust 1877-ci il tarixli nömrəsində “Təzə xəbərlər” rubrikasında yazaraq dərc etdirdiyi replikada bunu görmək mümkündür: “”Mşak” qəzetinə Badkubədən yazırlar ki, bizim şəhərin erməniləri Üçkilsədə olan erməni patriarxına ərizə göndəriblər ki, cənab patriarx Rusiyada sakin olan ermənilərin adından padişahi-imperaturi-əzəmdən təvəqqe eləsin ki, Osmanlı dövlətinə tabe olan ermənilərin onlara olan zülmdən xilas etməkdən ötrü slavyan tayfasına alınan ixtiyarları onlar üçün də alsın və barədə “Mşak” qəzetindən iltimas ediblər ki, bu ərizəni çap edib, ermənilərə məlum eləsin ki, qeyri şəhərlərdə olan ermənilər də cənab patriarxa belə ərizə göndərsinlər” (“Əkinçi”. “Avrasiya Press” nəşriyyatı. Bakı-2005. Səh. 465) . “Əkinçi” və onun yaradıcı heyəti, başda qəzetin redaktoru Həsən bəy Zərdabi olmaqla istər qəzetin nəşr olunduğu dövrlərdə, istərsə də qəzet maliyyə sıxıntısı səbəbindən çapını dayandırdığı zamanlardan sonrakı zamanlarda öz missiyalarını- Xalq və Vətənə xidmət etmək borcunu ömürlərinin sonuna qədər ləyaqətlə davam etdirdilər. Onlar atdıqları addımların dəyərinin illər keçəndən sonra veriləcəyinə o qədər əmin idilər bu əminliyə bütün zamanların oxucusunun heyrətlənmsi belə, heyrətamiz görünür. Onlar keçdikləri yolu belə xarakterizə edir və gələcək nəsillərin qarşısında əbədi öhdəliyi səsləndirirdilər: “Ey qardaşlar, rəva deyil ki, bircə qəzetimiz var ki, “Əkinçi” olsun, sizə “Əlif Leyla” dərsi desin. Bu halda müsəlman milləti tufana düşmüş təkidir ki, hər ləpə onların bir hissəsinin aparıb qərq edir…. Qardaşlarınızın qərq olmağına baxa-baxa inək irəlidən yediyi xörəyi köyşəyən kimi Rüstəm Zalın nağılını oxuyub keçmişdə olanların qüvvətilə fəxr edək və öz qərq olmağımıza əlac eyləməyək”. Kifayət qədər ibrətamizdir, deyilmi?
Mahirə NAĞIQIZI, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, QAİ İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor.
“Yunus Oğuz” Milli Media Mükafatı “Yazarlar” jurnalı tərəfindən həyata keçirilən “Yunus Oğuz – 65” layihəsi çərçivəsində təsis olunmuşdur. Azərbaycan milli mətbuatının inkişafında xidmətlərə görə gənc jurnalistlərə təqdim olunur. Mükafatın ilk laureatı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbəsi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Südabə Məmmədova olmuşdur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Əməkdar mədəniyyət işçisi, yazıçı, jurnalist, tarixi romanların müəllifi Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən “Yunus Oğuz “Cığırı” 65″ adlı elektron məlumat bazası və “Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim edilib.
Elektron məlumat bazasında Yunus Oğuzun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, akademik Nizami Cəfərovun “Şuşanın Zəfər Dastanı – Cığır”, “Tarix yalnız arxada qalmır, həm də öndən gəlir…”, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Tarixi romançılıqda Yunus Oğuz yolu” və filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Elnarə Qaragözovanın “Tariximizin şanlı səhifələri Yunus Oğuzun qələmində” kimi məqalələrin tam mətni təqdim edilir.
Elektron bazada yazıçının redaktoru, məsləhətçisi, “Ön söz” müəllifi olduğu kitabların, esse, məqalə, felyeton və müsahibələrinin, eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Yunus Oğuzun 65 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Yunus Oğuzun sözlərində görkəmli şəxsiyyətlər”, “Dövri mətbuatda çap olunan romanlarından parçalar”, “Yunus Oğuz yaradıcılığı dünya kıtabxanalarında”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir. Bununla yanaşı elektron bazada kitabxana əməkdaşlarının hazırladığı “chr(“39″)Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi də yer alır.
Materialda tarixçi alim imzası seçilən Yunus Oğuzun “Siyasi hakimiyyətin idarəetmə prinsipləri” adlı ilk kitabının 1994-cü ildə çap edildiyi, onun “Qədim Anadolu və Azərbaycan türkləri”, “Qarabağ-nəzarətsiz zona”, “Türkün tarixinə yeni bir baxış”, “Türkün gizli tarixi” əsərlərinin müəllifi olması diqqətə çatdırılır.
Virtual kitab sərgisində yazıçı-publisist, türkoloq – alim Yunus Oğuzun müəllifi olduğu və klassik tarixi romanın mükəmməl nümunələri hesab edilən “Nadir şah”, “Təhmasib şah”, “Atabəy Eldeniz”, “Səfəvi Şeyxi”, 2016-cı ilin Aprel döyüşlərinə həsr edilmiş ilk roman – “Ovçu”, “Əmir Teymur”, “Çingiz Xan”, “Cığır” romanları haqqında geniş məlumat verilir. Bu əsərlərin Azərbaycanın qədim köklərə əsaslanan tarixinin araşdırılması, təbliğ edilməsi, milli türk genefondunun, mənəvi dəyərlərin qorunub saxlanması sahəsində oynadığı mühüm tarixi əhəmiyyətdən bəhs edilir.
“Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/yunus-oguz yerləşdirilib.
“- Qədeş, nə yaxşı şlyapan var? – Yeri ala, sən yaxşı adam deyilsən. – Hə, ürəyini yemə, iki manatını verəcəm də… – Yekə oğlansan ala, mən pul adı çəkdim? İstəyirsən iki manat da verim. İş pulda deyil e, iş “vinimatelni” olmaqdadır. Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə… – Davud, bir şeyi başa düşə bilmirəm, bu danışıq nəyə lazımdır? – Ala, sən mənim dostumsan? Hə! Harda işləyirsən- ət kombinatında. Bir dəfə də olsun gəlib demisən ki- Davud, sənə kolbasa, sosiska gətirmişəm, al, vur bədənə…”
Söhbətimə nahaq yerə məşhur “Uşaqlığın son gecəsi” filmindəki Davudla Muradın dialoqundan başlamadım. Çünki bu dəfə sizə Davudun sözü olmasın, “vinimatelni” adamlardan birindən söhbət açmaq istəyirəm. Amma söhbətimə onun xarakter xüsusiyyətlərindən başlayacam: Ağıllı, ahəngdar, praktik, cəlbedici, təşəbbüskeş, səmimi, fədakar, qənaətcil, sosial insandır. Yüksək sosial uyğunlaşma qabiliyyətinə malikdir və cəmiyyətin bütün səviyyələrinə uyğunlaşır. Uğurlu adamdır, yenilməz gücə sahib olmaq arzusundadır. Necə deyərlər, həyatda öz istəklərinin fərqində olan və həmişə daha yaxşı olmağı hədəfləyən birisidir. Və adətən qarşısına qoyduğu məqsədlərə çatır. İş həyatındakı fədakarlığı, ağıllı və ayıq rəftarı, bir çox insandan daha bacarıqlı olması onu məqsədlərinə asanlıqla çatdırır…
Müsahibələrindən birində deyir ki:- “Məndə qeyri-adi bacarıq var, amma bunu açıqlasam hamı üstümə tökülər. Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət olunur? İkincisi, xronoloji ardıcıllığın gözlənilməsidir. Şəxsiyyətə, dövrün hadisələrinə münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz…”
Hər şeydə lider olmağı xoşlayır və ətrafındakıları idarə etməyi bacarır. Həm zehni, həm də fiziki olaraq daim axtarışdadır. Yeni şeylər öyrənməyə və özünü təkmilləşdirməyə çalışır. Çox iti ağıllıdır. Səyahət etməyi sevir və gördüyü hər yeri və obyekti əzbərləyir. Sevdiyi insanlarla vaxt keçirməkdən və onları xoşbəxt edəcək kiçik sürprizlər etməkdən xoşlanır. Onun danışa biləcəyi və qarşı tərəfin dinləyəcəyi çoxlu xatirələri var. Sadiq, ünsiyyətcil, bacarıqlı və cazibədar şəxsdir. Heç vaxt tək qalmaq istəmir və həmişə izdihamlı yerlərdə olmağı üstün tutur. Ağayana davranışı ilə insanların könlünü fəth edə bilir…
“Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət də odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burda ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan sonra oxumaq istəmirsən. Amma bir də görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir və istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil də əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul olunmur. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki! Mən müasir insanlar üçün başa düşülən dildə yazıram. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə, oxucularda yoruculuq yaradır. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə, bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində qaranlıq sözlərdən imtina edərək, onları yeni variantları ilə əvəzləyirlər. Mən də hiss edirəm ki, getdiyim yol daha oxunaqlıdır.”- söyləyir.
Soyuqqanlı münasibəti onun əslində bir müddət alışıb-yanan duyğularını gizlətdiyini göstərir. Yeyib içməyi, mədəni əylənməyi xoşlayır. Əgər qayğı göstərdiyi insanlardan gözlənilməz bir zərbə alırsa, çox yorulur. İncə yumor hissinə malik və mərhəməti ilə seçilən dost tipidir. Hər bir mövzuda danışmağı bacarır. Münasibətlərində sadiq və etibarlıdır. Bir sözlə, şən və gözəl sosial rəftarı ilə dostları arasında həmişə seçilir və bəyənilir. Sufizmin vurğunudur, xarakterində bir şamanlıq var…
Deyir ki:- “Sufizmin kökü şamanlıqdan gəlir. Orda Tanrı qəbulu var və bu çox normal bir şeydir. “Əmir Teymur” və “Şah arvadı və cadugər” romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən də öyrənə bilərdim. Bir də var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sevgimiz sufizmə, şamanizmə çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdi ki, hər kəsdə olmur…”
Evində yaratdığı rahatlıq və geniş mühit onun üçün hər şeydən önəmlidir. O, məişət xarakteri ilə diqqət çəkir və ailəyə önəm verir. Fərqli əşyalarla maraqlandığı üçün evində antik əşyalarla yanaşı, heyrətamiz dərəcədə dəbdəbəli və bahalı əşyalara da rast gələ bilərsiniz. Özünü təkmilləşdirməyi və hər zaman bir addım irəli getməyi hədəfləyir. Ona rəqib olmaq mümkün deyil. Fəal və aktiv insandır. İlk baxışdan çox ciddi görünə bilər, lakin onun qürurlu görünüşünün altında sürprizlərlə dolu bir xəzinə və tez düşünən zəka yatır…
Haqqında danışdığım yazıçı, jurnalist Yunus Oğuz 1960-cı ilin iyul ayının 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. Daha sonra Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. Ardınca iki il əsgəri xidmətdə olub. Üç ilə yaxın Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Fəlsəfə və hüquq institutuna göndərilib və burada bir müddət kiçik elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə Milli Azadlıq hərəkatına qoşularaq, hərəkatın aktiv üzvlərindən biri olub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə birlikdə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib. 1992-ci ildə AXC sədrinin müavini təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib. 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək, Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və partiyanın sədri olub. 1997-ci ildə onun təşəbbüsü ilə ABUP və XAP birləşərək, Xalq Azadlıq Partiyası yaradılıb və sədrlik ona həvalə edilib. 1998-ci ildə isə XAP bölünəndə Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan ediblər və orada sədrinin birinci müavini seçilib. Çox keçmədən bu partiya da bölünüb və Yunus Oğuzun rəhbərliyi altında Milli Vəhdət Partiyası yaradıldığı elan edilib. Nəhayət, 2023-cü ildə Milli Vəhdət Partiyası da fəaliyyətini dayandırıb. Bütün bunlardan əlavə o, xeyli müddətdir ki, həm də jurnalistika ilə məşğul olur. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı, 1989-cu ildən 1991-ci ilədək “Azad söz” qəzetinin, həmçinin “Xüsusi bulleten”lərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1991-1992-ci illərdə “Ordu” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. “Tərəqqi” medallı “Əməkdar mədəniyyət işçisi”-dir…
Bəli, tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabiliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir. Həmkarları keçmişdən yazıb, bu günə təqdim edir. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq, daha çox tanınacaq. Doğrudur, söylədikləri, yazdıqları Quran ayəsi olmasa da, haqqı arxasıyca çəkən kəlmələrdir. Düşünür və düşündürməyi də bacarır- müdrik adamdır və bu millətin qənimət övladlarından biridir. Adında mistika var, bu sehr onu əbədi yaşadacaq- Yunus peyğəmbərdən və Yunus İmrədən sonra yadda qalacaq üçüncü Yunus olacaq. “Oğuz” kəlməsi isə fərqlənməsi üçündür…
İyulun 22-si Yunus Oğuzun 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
“…Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə…”