Zaur Ustac xarici mətbuatda

|>June 30, 2025 Mt Kenya Times ePAPER

I>>>> ZAUR USTAC – “GƏZDİM” PDF

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Akademik Cəlal Əliyevin – 97

Akademik Cəlal Əliyevin – 97

Əli­yev Cə­lal Əlir­za oğ­lu 30 iyun 1928-ci il­də Nax­çı­van şə­hə­rin­də ana­dan ol­muş­dur.

Nax­çı­van Mü­əl­lim­lər İns­ti­tu­tu­nun Tə­bi­ət­şü­nas­lıq-coğ­ra­fi­ya fa­kül­tə­si­ni (1944), Azər­bay­can Döv­lət Uni­ver­si­te­ti­nin Bio­lo­gi­ya fa­kül­tə­si­ni (1951) fərq­lən­mə dip­lo­mu ilə bi­tir­miş­dir. 1955-ci ildə “Bit­ki fi­zio­lo­gi­ya­sı” ix­ti­sa­sında “Buğdanın inkişafına və məhsuldarlığına mikroelementlərin təsiri” mövzusunda biologiya elmləri üzrə na­mi­zəd­lik, 1971-ci ildə “Bitkilərin fotosintez fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda biologiya elmləri üzrə doktorluq dis­ser­ta­si­ya­la­rını mü­da­fiə et­miş, pro­fes­sor (1997) el­mi adını al­mış­dır. Azər­bay­can SSR EA-nın müx­bir üz­vü (1976), hə­qi­qi üz­vü (1980), Ru­si­ya Kənd Tə­sər­rü­fa­tı EA-nın (1995), Uk­ray­na və Be­la­rus Aq­rar EA-la­rı­nın (1996) xa­rici üz­vü se­çil­miş­dir.

El­mi fəa­liy­yə­ti­nə 1951-ci il­də AR KTN ET Əkin­çi­lik İns­ti­tu­tun­da baş­la­yan C.Əli­yev, bu­ra­da Bit­ki fi­zio­lo­gi­ya­sı və bio­tex­no­lo­gi­ya şö­bə­si­nin mü­di­ri və­zi­fə­si­nə qə­dər yük­səl­miş­dir. O, ey­ni za­man­da 1971-ci il­də Azər­bay­can SSR EA Bo­ta­ni­ka İns­ti­tu­tun­da el­mi təd­qi­qat qru­pu ya­rat­mış, onu bö­yük kadr po­ten­sia­lı və mad­di-tex­ni­ki ba­za­sı olan şö­bə­yə qə­dər in­ki­şaf et­dir­miş və 1990-cı il­dən öm­rü­nün so­nu­na­dək Bio­lo­ji məh­sul­dar­lı­ğın fun­da­men­tal prob­lem­lə­ri şö­bə­si­nə rəh­bər­lik et­miş­dir. 2016-cı il­də bu şö­bə­­nin ba­za­sın­da Mo­le­kul­yar Bio­lo­gi­ya və Bio­tex­no­lo­gi­ya­lar İns­ti­tu­tu­ ya­ra­dıl­mışdır. C.Əli­yev 1981-1990-cı il­lər­də Azər­bay­can EA Bio­lo­gi­ya Elm­lə­ri Böl­mə­si­nin aka­de­mik-ka­ti­bi, müx­tə­lif il­lər­də AEA-nın Rə­ya­sət He­yə­ti­nin üz­vü ol­muş­dur.

C.Əli­yev ke­çən əs­rin 70-ci il­lə­rin­də Azər­bay­can­da bio­lo­gi­ya el­mi­nin ye­ni is­ti­qa­mət­­lə­ri­nin, o cüm­lə­dən mo­le­kul­yar bio­lo­gi­ya, mo­le­kul­yar ge­ne­ti­ka, gen və hü­cey­rə bio­tex­­no­lo­gi­ya­sı, ri­ya­zi bio­lo­gi­ya, kom­pü­ter bio­lo­gi­ya­sı və bi­o­in­for­ma­ti­ka­nın bü­növ­rə­si­ni qoy­muş, fun­da­men­tal təd­qi­­qat­lar­la zən­gin elmi mək­təb for­ma­laş­dır­mış­dır.

C.Əli­ye­vin el­mi fəa­liy­yə­ti kənd tə­sər­rü­fa­tı bit­ki­lə­ri­nin, əsa­sən buğ­da­nın fo­to­sin­te­tik məh­sul­dar­lı­ğı­nın fi­zio­lo­ji, bio­kim­yə­vi, bio­fi­zi­ki və mo­le­kul­yar-ge­ne­tik əsas­la­rı­nın öy­rə­nil­mə­si­nə həsr olun­muş, onun tərəfindən çox­say­lı yük­sək məh­sul­dar buğ­da sort­la­rı ya­ra­dıl­mış­dır. Ali­min rəh­bər­li­yi al­tın­da Azər­bay­can­da bit­ki ge­ne­tik eh­ti­­yat­la­rı üz­rə Mil­li Proq­ram ha­zır­lan­mış, Mil­li bit­ki Gen­ban­kı ya­ra­dıl­mış­dır. C.Əli­yev Azər­bay­­ca­nın “Qır­mı­zı ki­ta­bı”nın II nəş­ri­nin baş re­dak­to­ru ol­muş­dur (2013). O, 700-dən ar­tıq el­mi əsə­rin, 25 mo­noq­ra­fi­ya və ki­ta­bın, 25 pa­ten­tin mü­əl­li­fi ol­muş­dur. Ali­min el­mi rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə 85 elm­lər na­mi­zə­di və 14 elm­lər dok­to­ru ha­zır­lan­mış­dır. Bey­nəl­xalq Fo­to­sin­tez Cə­miy­yə­ti­nin tə­şəb­bü­sü və təş­ki­lat­çı­lı­ğı ilə Ba­kı şə­hə­rin­də akademik Cə­lal Əli­ye­və həsr olun­muş “Da­vam­lı in­ki­şaf na­mi­nə fo­to­sin­tez təd­qi­qat­la­rı” möv­zu­sun­da bey­nəl­xalq konf­rans­lar ke­çi­ril­miş­dir (2011, 2013).

C.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya elmləri üzrə problem şurasının sədri və bir sıra elmi və müdafiə şuralarının üzvü, “AMEA-nın Xəbərləri” (biologiya və tibb elmləri) jurnalının baş redaktoru, “AMEA-nın Məruzələri” jurnalının redaksiya heyətinin üzvü və bir sıra beynəlxalq jurnalların redaksiya heyətinin üzvü və fəxri üzvü, UNESCO-nun nəzdində 1999-cu ildə yaradılan “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” Milli Komitəsinin sədri olmuşdur.

Aka­de­mik C.Əli­yev Əmək­dar elm xa­di­mi fəx­ri adı­na (1983) la­yiq gö­rül­müş, “Qır­mı­zı Əmək Bay­ra­ğı” or­de­ni (1972, 1986), Azər­bay­can Res­pub­li­ka­sı­nın “İs­tiq­lal” (2003) və “Şə­rəf” (2013) or­den­lə­ri, Gür­cüs­tan Res­pub­li­ka­sı­nın “Şə­rəf” or­de­ni (2003), Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Fəx­ri Dip­lo­mu (2008) ilə təl­tif olun­muş­dur. Akademik İ.Hüseynova ilə birlikdə AMEA-nın “Həsən Bəy Zərdabi” mükafatına layiq görülmüşdür (2014).

Dörd ça­ğı­rış (1995, 2000, 2005, 2010) Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin üz­vü ol­muş­dur.

Aka­de­mik C.Əli­yev 1 fev­ral 2016-cı ildə Ba­kı şə­hə­rin­də və­fat et­miş, I Fəx­ri Xi­ya­ban­da dəfn olun­muş­dur.

Ətraflı: https://science.gov.az/az/news/open/32909

KİTAB FİKİR GƏMİSİDİR

KİTAB FİKİR GƏMİSİDİR

Qəbələ şəhərində ehtiyatda olan xüsusi xidmət polkovniki, Qarabağ müharibəsi veteranı, şair publisist Hamlet İsmayılovun Azərbaycan və rus dillərində nəşr olunmuş 3 kitabı “İttiham və siyasi iflas”, “Qarantı qosudarstvennoy bezopacnostu” , və “Xotite verte, xotite net” adlı kitablarının təqdimat mərasimi keçirilmişdir.
Mərasimi yazıçı-publisist Akif Cabbarlı açaraq Hamlet İsmayılovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verdikdən sonra tədbiri aparmaq üçün sözü şair- jurnalist Mübariz Süleymanlıya vermişdir.
Mübariz Süleymanlı Hamlet müəllimin əsərlərinin mövzu diapazonu, bədii-estetik məziyyətləri, qələmə aldığı mövzulara yanaşma üslubu barədə ətraflı söhbət açmışdır.
Bildirib ki,Hamlet İsmayılovun xüsusi xidmət orqanlarında çalışdığı vaxt rastlaşdığı qeyri-məxvi hadisələr barədə bədii sözün qüdrətilə ortaya bir çox şeir və poemalar qoymuşdur.
Müəllif Azərbaycan xüsusi xidmət orqanlarının keçdiyi şanlı yola geniş formatda nəzər salmış ,Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik barədə mövzulara geniş yer ayırmışdır.
Azərbaycan Yazıçılar Birliyinin İsmayıllı ,Qəbələ və Oğuz bölməsinin sədri Vüsal Oğuz, ” Qəbələnin səsi” Yazarlar Birliyinin sədri Şəhla Xəlilqızı, şairlər Mirhəsən Ağayev , Cəlil Xeyirbəy, Simuzər Mustafayeva,”Zim.az” saytının əməkdaşı İlhamə Sabirqızı və digər çıxış edənlər şair Hamlet İsmayılovun şeirlərində zəngin poetik fikirlərin olmasından bəhs etmişlər, vətənpərvərlik mövzusuna daha geniş yer ayırdığından danışmışlar.

Təbdirin sonunda müəllif görüş iştirakçılarına təşəkkürünü bildirmiş və yeni əsərlər üzərində işlədiyini diqqətə çatdırmışdır.
Sonda Hamlet İsmayılov görüşə gələnlərə kitablarını təqdim etmişdir.

Mübariz Ağaxan oğlu Süleymanlı

ZAUR USTACLA MÜSAHİBƏ

Həyatda olduğum hər an üçün şükür etməyi öyrəndim

Söhbətdaşımız – Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi və jurnalist, “Yazarlar” jurnalının redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Zaur USTAC dır.

1 — 1988-ci ildən ədəbi fəaliyyətə başlamısınız. Həmin dövrün ruhi-siyasi ab-havası və ilham mənbələri Zaur Ustacın qələm ustalığını necə formalaşdırdı? O illərin yükü bugünkü qələm səslənmələrində necə əks olunur?
 Doğrudur. “Əməyə məhəbbət” adlı ilk yazım 24 may 1988-ci ildə rəsmi mətbu orqanda dərc olunub. O dövrün mövzuları əsasən əməyi və bayramları tərənnüm etmək idi. Real gündəlik həyatımızı əks etdirən yazılar yazırdıq. Necə deyərlər, – “düzü-düz, əyrini-əyri”. Məncə o illərdən bu günə daşıdığım ən faydalı vərdişlərim elə budur – realist olmaq, hər şeyə açıq gözlə baxmaq, yaxşıları tərənnüm etmək, əhmiyyətli əməllərdən söhbət açmaq, xalqın içində – gündəlik həyatda olmaq. Zəhmətkeş olmaq. Yorulmadan, usanmadan çalışmaq. Bax belə.

2 — Siz tez-tez “qələm saflığı” anlayışını vurğulayırsınız. Bu ifadə sizin üçün şəxsi inancdır, yoxsa ədəbi bir manifest?

Əvvəlki sualınızın cavabında qeyd etdiyim kimi, biz belə öyrənmişik. Bu bir normadır. Faydalı, əhəmiyyətli uzun illərin sınağından çıxmış ədəbi norma – manifest də deyə bilərsiniz. Kəsədən bu bizim iş qaydamızdır. Məncə xeyir, fayda bu yoldadır. Ümumi işimizin xeyirinədir.

3 — Yazıçılar bu gün xalqın qəlbi və vicdanı olaraq necə bir rol oynamalıdır, sizcə?

Cahangir qardaş, sualları elə seçmisiniz ki, söhbətimiz tam bir yazı kimi – nəzm kimi axır. Maşallah olsun. Bu sualın cavabı elə bayaq söylədiklərimdir. Yazıçı da, şair də, alim də xalqın içində olmalıdır. Onların nə düşündüyünü, gündə neçə dəfə, nə yeyib, nə içdiyindən xəbərdar olmalıdır. Məsələn götürək elə mənim ilk qələm təcrübələrimin dərc olunduğu vaxtları… Bəxtiyar Vahbzadə, Xəlil Rza, Xudu Məmmədov, Anar, Elçin… Keçənlərə rəhmət, qalanlara can sağlığı. Yaradıcılıq məhsulu, yazar sözü səmimi və içdən olanda həm də faydalı olur. Deyən üçün də, eşidən üçün də. Xalqın vəziyyətindən xəbərdar olmalı, real həyatdan yazmalı, xalq üçün faydalı, gələcək nəsillər üçün tarix yazmalıdırlar. Bu qədər.

4 — Qarabağ müharibəsi həyatınızda və yaradıcılığınızda necə iz buraxdı?

Bir gündə dünyada mövcud olan maraqların çoxu yoxa çıxdı. Çox məsələlər adilişdi. İnsan olmağın, insanlığın, sağlamlığın, sağ qala bilməyin dəyəri, vacibliyi artdı. Zamanın ən dəyərli nemət olduğunu anladım. Salamat olduğum hər an üçün daha çox şükür etməyə başladım. Daha çox işləməyə və yaxşılıqlar, təmənnasız yaxşılıqlar etməyə başladım. Və biz nə etsək də Böyük Allahın bizə olan lütfünün qarşısında çox cüzi – dəryada bir zərrə misalı – nəsə edə biliriksə, nə xoş halımıza.

5 — “Ustac.az” mərkəzi vasitəsilə siz elm, yaradıcılıq və şəxsi inkişafı bir araya gətirmisiniz. Sizcə, bu mərkəz gələcəkdə hansı istiqamətlərə xidmət etməlidir?

 Bizim fəaliyyətimiz elə bu istiqamətdə də davam edəcək. Yaşından, mənsəbindən, cinsindən asılı olmayaraq bizə ehtiyacı olanların yanında olacağıq. Bu bizim məqsədimiz, məramımız, işimizin qayəsidir.

6 — Həyatın ən ağır dərslərindən biri — itkilərdir. Siz bir yaradıcı şəxs olaraq itkilərdən nələri öyrəndiniz?

Həyatda olduğum hər an üçün şükr etməyi və əlimdə olana dəyər verməyi öyrəndim. Paylaşmağı və bundan zövq almağı öyrəndim. Sözün əsl mənasında həyat paylaşdıqca daha gözəl olur. Belə ibrətamiz suala görə sizə xüsusi təşəkkürlər.

7 — İnsan üçün iki böyük vətən var: biri doğma torpağı, digəri — qəlbidir. Siz bu iki vətən arasında ədəbiyyat vasitəsilə necə bir körpü qurmusunuz?

Mən onları birləşdirmişəm. Divin canı şüşədə olan kimi, mənim də qəlbim elə öz torpağımda rahatlıq tapır, asudə döyünür, ritmini bu Yurdun bulaqlarının, şəlalərinin səsinə uyğunlaşdırır. Mən bununla xoşbəxtlik tapıram. Yurdumun çiçəkləndiyin gördükcə fəxarət hissi köksümü qabardır. GƏNCLİYİMİN HƏDƏR GETMƏDİYİNİ ANLAYIRAM. Bu bir başqa hissdir.

8 — Həyatın çətinliklərindən yorulan zaman insanlar ya səssizliyə, ya da dua və ibadətə yönəlir. Siz yorğunluqdan ruhən necə xilas olursunuz — şeir yazaraqmı, təbiətə baxaraqmı, yoxsa dinclik içində susaraqmı?

Mən bu barədə bir neçə dəfə demişəm. Mənim bu günə kimi heç bir çətinliyim olmayıb. Ürəyimdən nə keçib, Böyük Allahım hamısını mənə nəsib edib. Sadəcə Yurdumu gəzməkdən, şeir yazmaqdan, şeir söyləməkdən zövq alıram. Yazılması vacib bildiyim mətləbləri əsasən gələcək nəsillər üçün qələmə alıram. Bu qədər.

9 — Bu günkü nəslin elmi və intellektual potensialı sizi ruhlandırır, yoxsa narahat edir?

Bütün hallarda sevinirəm. Ruhlandırır.

10 — Özbəkistan və Azərbaycan xalqları arasında ədəbi-mədəni əlaqələri necə qiymətləndirirsiniz? Bu münasibətləri hansı yeni mərhələyə çıxarmaq olar?

Bizm xalqlarımız sözün əsl mənasında qardaş xalqlardır. Dilimiz bir, adətlərimiz birdir. Tarix boyu daim bizi ayırmağa, yad kimi təqdim etməyə çalışsalar da, bax bu gün bizim aramızda olan söhbət sübut edir ki, heç kim, heç nəyə nail ola bilməyib. Şübhəsiz ki, gələcək daha gözəl olacaq. Bütün sahələrdə daha da sıx əlaqələr qurulacaq.

11 — Şair daim içində nəyisə itirmiş, axtaran, kövrəlmiş bir haldadır… İtkilər sizdə hansı şeirlərə çevrilib?

Maraqlı və ibrətamiz sualdır. Ələxsus torpaqlarımızın müdafiəsi və azad olunması uğrunda Həmdəm Ağayev, Vüqar Ağayev, Şükür Həmidov, İlqar Mirzəyev kimi qardaşlarımızı itirməyimiz mənə çox pis təsir etdi. İlqara ithaf etdiyim silsilə şeirlər var. Lap bu yaxında “40 gün – 40 şeir” adlı şəhidlərimizə həsr etdiyim şeir kitabı nəşr olunub.

12 — Zaur Ustac öz qəlbini necə eşidir? Özünüzlə daxili dialoqu necə aparırsınız?

Çox həssas insanam. Bəzən bu mənə əziyyət verir. Əzab çəkirəm. Sakit olduğum qədər də çılğınam. Demək olar ki, bu günə qədər ancaq ürəyimin səsi – diqtəsi ilə yaşamışam. Beynimə ancaq riyazı hesablamalar aparan zaman müraciət edirəm. Ruhumla dialoqum həmişə uğurlu alınır. Özüm özümü yaxşı tanıyıram.

SöhbətləşdiCahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və 
Dünya G
ənc Türk Yazarlar Birliyinin üzvü

“YAZARLAR” JURNALIN İYUL – 2025 № 07 (55)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALIN İYUL – 2025 № 07 (55)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB – PDF: yazarlar-55

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədulla Şirinovun kitabları PDF

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabının təqdimat mərasimi – Video

Xalq rəssamı Sakit Məmmədovun mənzil muzeyində Sakit müəllimin “Qəbulə xanımın portreti” tablosunun və Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabının təqdimat mərasimi baş tutub. Bu unudulmaz və qeyri-adi təqdimat mərasimində Azərbaycan ədəbiyyatının, elminin, mədəniyyətin görkəmli simaları, millət vəkilləri, ictimai-siyasi xadimlər, xaricdən gəlmiş qonaqlar iştirak ediblər. Video material:

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VƏTƏNƏ, MILLƏTƏ MƏCNUN SEVGISI ƏSAS ŞƏRTDIR

VƏTƏNƏ, MILLƏTƏ MƏCNUN SEVGISI ƏSAS ŞƏRTDIR

Həmsöhbətimiz– çağdaş Azərbaycan ədəbiyyatının parlaq siması,
Azərbaycan xalq şairi, nasir, publisist, Azərbaycan Respublikasının
Milli Məclisi deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir RÜSTƏMXANLIDIR.

— Uşaqlıq illərin iz yaddaşınızda hansı rənglər, hansı səslərlə qalıb? Bu rənglər və səslərin şair ruhunuza nə dərəcədə qatqısı olub.

— Mənim şeirlərimi araşdıran tənqidçilərdən biri yazıb:
“Sabir Rüstəmxanlının şeirlərinin ümumi rəngi ağdır”.
Kənardan görünən belədir.
Mübahisə etmək də olar.
Çünki türklüyün rəmzi olan mavi rəngi də çox sevirəm. “Ana südü”, “Ay işığı”, “Qarlı dağlar”, “Ağ yuxular”, “Ağ ümidlər”. “Anamızın əli unlu, üzü unlu…”,“Ömrün ilki də ağ, sonu da ağdır” və s. Tənqidçi yəqin ki, şeirlərimdə tez-tez işlədilən belə metaforalara əsaslanmışdı. Mən doğurdan da qarlı dağlar arasında qışı bitmək bilməyən bir kənddə doğulmuşam, qar haqqında şeirlərim də çoxdur. Xarakterimdəki xeyirxahlıq, adamlara yaxşılıq etmək vərdişi də bu ağ rəngi gücləndirir. Amma bütövlükdə uşaqlıqdan yaddaşıma hopmuş başqa rəngləri-saralmış zəmilərin, bərəkətli xırmanların və saralan payız meşələrinin rəngi də unudulmazdır. Vida və ayrılıqla bağlı olan hər şey məni həmişə içdən duyğulandırır.
Səs məsələsi daha mürəkkəbdir. Daha çox yadımda qalan hansılardır. Evlərimizin üstündən uçub cənuba gedən durna qatarlarının qıy səsləri. Həmişə nədənsə mənə elə gəlirdi ki, bu durnalar bu gün İran adlı bir ölkədə qalmış Cənubi Azərbaycana-Təbrizə uçur. Sübh çağı yenicə yuxudan oyanan quşların civiltisi nə qədər duyğusal idisə az qala göyü parçalayan göy gurultuları, yaz yağışlarının və yeri silkələyən ildırımların səsi də o qədər unudulmazdır. Bəlkə buna görə də “öz səsindən asılmış Torağayılar” və ya “şimşək harayı” leksikonumda çox təkrarlanıb. Bir də ney səsi, ürəyi titrədən ney səsi…

— Poeziyada milli ruhu oyatmaqla yanaşı, ümumbəşəri dəyərləri necə və hansı yollarla uzlaşdırmaq olar?

— Ümumbəşəri dediyimiz ayrı-ayrı milli dəyərlərin toplusudur.
Milli ruhu oyatmaq xalqı ümumbəşəri dəyərlərdən uzaqlaşdırmır əksinə ona daha da yaxınlaşdırır.
Bu sənətin bütün sahələrinə aiddir. Məsələn Səmərqənd, Buxara, Xiyvə abidələri millidir.
Özbək əməyinin və ruhunun məhsuludur. Lakin bunu hansı yolla ümumdünya mədəniyyətindən ayırmaq olar? Milli mədəniyyətlər böyüdükcə ümumbəşəri mədəniyyət də böyüyür.
Milli olmaq-sevmək deməkdir.
Öz keçmişini, tarixini, torpağını və yaradıcılıq qüdrətini. Özünü sevməklə sən heç kimə savaş elan etmirsən. Savaş həvəskarları “ümumbəşəri” adı altında xalqların xarakterindən və keçdiyi yoldan irəli gələn özəllikləri silib məhv etməklə, qloballaşma adı altında dünyanı ümumi bir boz rəngə bürümək istəyənlərdir. Amma məncə ümumbəşəri olmaq istəyirsənsə özünü daha yaxşı dərk et, daha çox milli ol!
Yüzillər boyu Azərbaycan türklərinin milli varlığı, dili, tarix yaddaşı, mübarizə əzmi, bütövləşmə və azadlıq eşqi, gücünə, müstəqil yaşamaq qabiliyyətinə inamı, mənəvi dəyərləri məhz ədəbiyyatın, yazılı və ya şifahi bədii sözün sayəsində qorunmuşdur. Siyasət fars və rus işğalına, ilahiyyat ərəb işğalına yol açanda, xalqı
öz Azərbaycan-türk kökünün üstündə daim canlı saxlayan ədəbiyyat olmuşdur.
Bunu bilən düşmənlər tarix boyu ilk növbədə millətin söz deyənlərini, düşüncə
sahiblərini, ana dilini hədəfə alıb, bizi yabançı dillərin, yabançı ədəbiyyatın, yabançı düşüncənin əsirinə çevirməyə çalışıblar. Gərək ümumbəşərilik ruh işğalına çevrilməsin.

— Usta-şagirdlik yalnız bilik ötürmək deyil, qəlbdən-qəlbə keçən bir ruh məktəbidir. Bu məktəbdə aldığımız ən böyük dərsi necə izah edərdiniz?

— Ustad deyiləndə mən ilk öncə öz məktəb müəllimlərimi, sonra da Türk dilində yazılan ədəbiyyatın klassiklərini nəzərdə tuturam.
Hər iki çeşmədən içdiyim saf sudur. Məktəb müəllimlərim, atamın-anamın yolunu davam etdirərək, mənə düzlük, halallıq, işə sevgi, yurda-ocağa bağlılıq dərsi keçib. Bununla yanaşı, ürəyimi torpağ , millət, Vətən tarixi sevgisi ilə, azadlıq ruhu və cəsarətlə doldurublar. Böyük ədəbiyyat müəllimlərimiz-Dədə Qorquddan, Nizami Gəncəvidən, Nəsimidən, Nəvaidən, Fizulidən isə ana dilinə sevgi, böyük humanist ideyalar, tanrı-insan bağlılığı, mənəvi kamillik, kainatı bütöv görmək dərsi almışam.

— Şairliklə insanlıq arasındakı ən incə bağ sizcə daha çox nədə özünü göstərir?

— Şairliklə insanlıq bir-birindən ayrı şeylər deyil. Şairlik insan halının peyğəmbərə, tanrıya, göylərə ən yaxın olan halıdır. Şair insanların təkcə çölünü yox, həm də içini görür.
Ən başlıcası isə şair insanları sevir və ömrü boyu bu sevgidən yazır. Məncə ən qısa bağ- sevgidir.
Şeir insan ruhunun elə bir əbədi, dəyişilməz duyğusudur ki, onu keçmiş-gələcək ölçüləri ilə ayırmaq, keçmişlə bu günün, bu günlə
gələcəyin mənəviyyatı, qəlb dünyası arasında sərhəd çəkmək çox çətindir. İnsanın ağlı, məlumatı, təhsili nə qədər artsa, yeniləşsə və bu günün adamı ensiklopedik məlumatı ilə keçmişin ən böyük alimlərini də heyrətə sala biləcək bir səviyyəyə çatsa da, onun hiss və duyğuları öz sələflərindən o qədər də fərqlənmir.
Dəyişilən ifadə formasıdır. Keçmişdə cəngavərlər sevgililəri ilə görüşə at üstündə, arabada və s. gedirdilər, indi maşınla gedirlər, görüşə aparan duyğunun
mahiyyəti isə az dəyişilib. Məncə, bu gün ədəbiyyatımızda müşahidə olunan bir sıra keyfiyyətlər
gələcəyin də əlamətləri sayıla bilər. Gələcəyin şeiri, şübhəsiz, bizə məlum olan
iki meyli qoruyub saxlayacaq. Yəni, şeirin informasiya yükü getdikcə daha da artacaq: başqa sözlə desək, ədəbiyyat daha ağıllı olacaq.
Bununla yanaşı, xüsusən
şeir üçün daha etibarlı və gələcək üçün də dəyişilməz yol– hisslərin və sevginin dili ilə danışıqdır.

— Sizin fikrinizcə şairin ən böyük xoşbəxtliyi nədir?
Yazdığının insanlara təsiri, tarixin onu yaddaşında saxlaması yoxsa ürəyinin yüngülləşməsi.

— Məncə önəmli olan şairin öz ürəyini boşaltması, öz ruhunun səsini, duyğularını, sevgi və nifrətini dilə gətirmək, qələmə almaqdır. Bu prosesdə o yazdığının insanlara təsiri və sözünün tarixdə qalıb qalmayacağı haqqında düşünmür və ya çox az düşünür.

— “Söz-İlahi qüvvədir” deyirlər. Sizcə bu gün söz nə qədər qiymətlidir. Bu günün şair və yazıçıları cəmiyyətə təsir edə bilirmi?

— Sözə münasibət tarixi şəraitə və xalqların mədəni səviyyəsinə uyğun olaraq dəyişilir. əslində söz doğurdan da ilahi qüvvədir. Belə bir inam da formalaşdırılıb ki kainat ilahinin “Ol” kəlməsindən yaranıb. Şərqdə bu inam daha güclüdür. Klassik şairlərimizin “Vəhdəti vücud” inamı, yəni insanı tanrının zərrəsi saymaq, onu bir başa yaradana bağlamaq həm də sözümüzə və ədəbi təfəkkürümüzə təsir göstərib. Hurufizm cərəyanının Türk dünyasında nə qədər geniş yayıldığını bilirsiniz. İnsan üzünün hər bir cizgisi bir hərfə bənzədilirdi. İnsan sifətinə yazılmış sözlər İlahi kəlamlar kimi oxunurdu. İndi zahirən söz əvvəlki sehrini itirir, amma hər halda onu əvəz edən başqa bir qüvvə də yoxdur. Azərbaycanda şair və yazıçıların sözü həmişə nüfuzlu söz, ağsaqqal sözü sayılıb. Şairlərə inanıblar. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının önündə, aralarında mən də olmaqla, şairlər və yazıçılar dayanırdılar. Xalq bizə inanırdı. Bizim arxamızca gedirdi. Bəlkə buna görə hakimiyyət orqanları həmişə söz sahiblərinə və ədəbiyyata qısqanclıqla, bəlkə də qorxu ilə yanaşıblar. Bu gün dünyanın hər yerində ədəbiyyatı, sənəti gözdən salmaq üçün müxtəlif vasitələr düşünürlər. Söz adamı özünü daimi bir qorxu mühitində hiss edir. Ədəbiyyata dövlət dəstəyi azalır. Tirajın azlığı yeni kitabların populyarlaşmasına imkan vermir. Amma yenə ədəbiyyat öz gücünü və cəmiyyətə təsir etmək bacarığını saxlayır. Ədəbiyyat hakimdir. Hətta hakimlərin də, dövlətin də hakimidir.

— Bir sənətkar kimi bu gün cəmiyyətdə sizi ən çox narahat edən problem nədir və şair bu problemi necə həll edə bilər?

— Dünyada qloballaşma deyilən adamları qərbin əsirinə, robota çevirən, öz kökündən qoparmağa çalışan, ailəni, ənənəvi dəyərləri dağıtmaq istəyən bir proses gedir. Ən çox narahatçılıq doğuran budur. Şübhəsiz bütün bunlar şairin yaradıcılığına təsir göstərir və çox vaxt onu gedən proseslərlə üz-üzə qoyur. Bu terdə şair öz millətinin mənəvi dəyərlərinin, ana dilinin, milli ruhun, ədalətin, demokrayanın qoruyucusuna çevrilməlidir. Söz səngəri əbədidir və şair də daim bu səngərdərir.

— Şairin həyatı yalnız şeirdən ibarət olmamalıdır. Sizə görə şairin dünyası daha nələrlə zənginləşə bilər?

— Mən Azərbaycanın xalq şairi olsam da heç vaxt bir janra qapanıb qalmamışam. Bütün ömrüm boyu publisist yazılar yazmışam. Həyatımızın elə bir sahəsi yoxdur ki o barədə aydın vətəndaşlıq mövqeyindən fikrimi bildirməyim. Cavan vaxtımdan Azərbaycan ədəbiyyatını müxtəlif Beynəlxalq formlarda təmsil etmişəm. 1988-ci ildə aşılanan Meydan hərəkatını idarə etmişəm. 1989-cu ildə Azərbaycanın ilk müstəqil və demokratik qəzetini nəşr etmişəm. 1990-cı ildə xalqın təkidi ilə Azərbaycan parlamentinə deputat seçilmişəm. Sonra Mətbuat və iİnformasiya naziri olmuşam. Dünya parlamentində və İslam ölkələri təşkilatının Parlament ittifaqında Azərbaycanı təmsil edənlərdən biri olmuşam. Dünya azərbaycanlıları konqresinin həmsədriyəm.. Yəni əslində bir şair ömrü yaşamamışam. Çünki mənim düşüncəmə görə şairlik ilk növbədə öz ölkəsinin nümunəvi vətəndaşı olmaq deməkdir. Bir şeirimdə dediyim kimi:

Şairlər yer üzünə şeir yazmağa gəlmir,
Gəlirlər bu dünyanın tarazlığı itəndə.
Gəlirlər ürəklərə dəmir pərdə çəkilib,
damardan qan yerinə paslı sular gedəndə.
Təkcə şairlər dözər dünyanı əyən dərdə,
yeri şar kimi sıxan əriməz qəm yükünə,
Milyon qəlbə sığmayan iztirablar, əzablar,
dərdlər . qəmlər sığacaq bir şair ürəyinə.
Sairlər yer üzünə gəlmirlər xumar gözlə
baxıb gülə-çiçəyə,
qadınların nazına şeir deyib getsinlər.
Gəlirlər insanların könlünə işıq səpib
ədalət göyərtsinlər…

— Şeirlərinizdən Vətən, Türkçülük,xalq və millət dərdi əsas mövzulardan biridir. Milli-tarixi keçmişi tərənnüm edən şeirdə istedad, ilham və bilikdən başqa daha hansı keyfiyyətlər önəmlidir?

— Məncə, bu məsələ, yəni bir şairin ictimai-siyasi mövzuda, vətəndaşlıq problemlərindən yoğrulmuş şeirlər yazdığı halda, başqa bir şairin lirik və ya fəlsəfi şeirlər yazması tale işidir. Heç bir qələm əhli öz-özünə, mexaniki bir şəkildə belə bir seçim edə bilməz. Bu işdə ailə və məktəb tərbiyəsi də ciddi rol oynayır. Mən İranla sərhəddə doğulmuşam və uşaqlıqdan xalqın, Vətənin parçalanmasının nə boyda bir faciə olduğunu dərk etmişəm. Başqa mühitdə bu duyğular yaşana bilməz. Bu işdə Tarix bilgisi və “Qan yaddaşı “ da mühüm rol oynayır. İnsan özünü , millətini, tarixini və dünyanı dərindən bilib dərk etdikcə öz kökünə, ocağına daha möhkəm bağlanır. Türk dünyasını görmədən- bilmədən, onun tarixini və mədəniyyətini öyrənib sevmədən onun haqqında nə yaza bilərsən?
Vətənə, millətə Məcnun sevgisi əsas şərtdir. Sevmək və onun yolunda hər cür fədakarlığa hazır olmaq!

— “Şair – cəmiyyətin aynasıdır” deyirlər. Bu günkü türk dünyası şairləri sizcə cəmiyyətin aynası ola bilirlərmi?

— Türk dünyası böyükdür və bu dünyada şairlər bir-birindən fərqli, bir-birindən gözəl nəğğmələr qoşurlar.. Onların bir-birini daha yaxşı tanımasına və tanıtdırmasına ehtiyac var.
Türk dünyası həmişə böyük istedadlar yetirib, indi də yetirir. Şeir, ədəbiyyat həm də millətin daxili enerjisini, gücünü, şərə qarşı mübarizə qüdrətini göstərən sənət növüdür. Dünyanı poetik gözlə görən və güclü bədii əsərlər yarada bilən xalqın tükənməkdən, bitməkdən, yəni ölümdən qorxusu yoxdur. Başqa bir örnək də göstərə bilərəm: Azərbaycan türklərinin bir parçası olan Kərkük türkmanları Azərbaycandan və Türkiyədən aralıda İraqın siyasi xəritəsi içində qalıblar. Belə bir tədric olunmuşluq və siyasi basqı altında onlar öz dillərini və ruhlarını unutmaq əvəzinə, tam tərsinə, gücü poetik yaradıcılığa veriblər, Söz onların yaşamaq gücünün aynasına çevrilib. Sayı-hesabı bilinməyən Kərkük xoriat və maniləri ( dörd sətirlik şeirlər-bayatılar) sirli bir dünyadır. Cəmi dörd misrada insan təbiətinə və yer üzündəki yaşama aid olan bütün sirlər, sevinclər və kədərlər, mübarizə əzmi və ölüm öz əksini tapıb. Türk xalqlarının son dərəcə zəngin folkloru və yazılı ədəbiyyatı bu xalqların keçmişindən gəlsə də amma həm də parlaq gələcəyinin təminatçısıdır.
Mənə görə poetik söz olmasa dünya gözəlliyinii itirər.

Sözün qüdrətinə inanıram
Sözdən doğulmuşuq, mayamız təmiz,
Dünyanı söz ilə dəyişməliyik.
Ölüm hamımızın son səngərimiz,
Sonuncu sözədək döyüşməliyik!

— Şairlə bəşəriyyət arasında əsas bağı yaradan nədir?

— Şair bəşəriyyətin, yəni insanlığın bir zərrəsidir. Bir damla su özündə dünyanı əks etdirdiyi kimi şair də öz həyat yaradıcılığında insanlığın bütün ruhunu, ideallarını, əsas keyfiyyətlərini əks etdirir. Əsas bağlılıq budur.

— İnsan həyatında “daxili sükunət” deyilən bir hal var. Sizin yaradıcılığınızda bu sükunət hansı prosesdən keçib şeirə çevrilir?

— Belə bir sükunət adətən iri bir əsəri yazıb qurtardıqdan sonra yaranır. Sanki uzun bir yol keçib mənzil başına çatmısan, yaxud uzun ayrılıqdan sonra doğma evinə qayıtmısan: elə qapının ağzındaca, sənə doğma olan, öz əlinlə əkdiyin çinar ağacının altındaca oturub yorğunluğunu çıxarırsan. Necə çətin bir yol keçdiyini və qarşıda daha hansı məqsədlərin olduğunu düşünmədən… Bu halda insanın ürəyində qəribə bir boşluq yaranır hətta bitirdiyin əsəri öz əlinlə yazdığına da inana bilmirsən. Yeni bir yol başlayacağına, yeni nə isə yazacağına, ilhamın yenidən gələcəyinə də heç bir ümidin yoxdur. Sanki bütün sözlər deyilib qurtarıb, bütün yollar bağlanıb. Amma sonra qəfildən bulaq yenidən qaynamağa başlayır. Bu təxminən Koroğlu dastanındakı sehrli çeşmə kimidir. Müəyyən müddət ərzində yerdən gur bir axın kimi çıxır, sonra qəfildən torpağın altına çəkilir, elə bilirsən o su bir daha gəlməyəcək. O sükunət və ya boşluq dövrü nə vaxt bitəcək,yeni yazın bu dəfə hansı mövzuda və hansı janrda olacaq bilmirsən. Amma təcrübəli və peşəkar yazıçılar bu sükunət halını bir az qısalda bilər. köhnə əsərlə yeni əsər arasında istirahətə az vaxt ayırar.

— Sizcə çağdaş ədəbiyyat xalqın qəlbinə yol tapa bilirmi? Ədəbiyyat nə zaman xalqla, millətlə birlikdə yaşayır?

— Ədəbiyyatın xalqın qəlbinə yol tapması üçün ilk növbədə onu xalqa çatdırmaq lazımdır. Yəni kitabların tirajları elə olmalıdır ki, hər bir maraqlanan oxucuya çatsın. Sovet dövründə olan kitab ticarəti şəbəkəsi indi yoxdur. Dövlətin kitaba marağı azalıb, ondan ideoloji silah kimi istifadə etmir. Kitabların tirajı məhduddur, bir çox rayonlara və kəndlərə ümumiyyətlə yeni kitab getmir. Elektron kitab çıxdı, daha əvvəlki kitablara və kitabxanalara ehtiyac yoxdur düşüncəsi getdikcə daha da genişlənir. Bu , tamamilə səhv düşüncədir.
Yazıçıların kəndlərə, rayonlara səfərləri, oxucularla görüşlər azalıb. Televiziyalar ciddi ədəbiyyatı təqdim etməkdənsə daha çox şou proqramlarına və ucuz ədəbiyyata yer verirlər. Mövcud sosial şəbəkələrdə ciddi bədii əsərlər əvəzinə çox vaxt mənasız söz yığınları paylaşılır. Buna görə də ədəbiyyatın xalqın ürəyinə yol tapmamasından gileylənmək doğru deyil. ədəbiyyatı getdikcə ümumxalq dəyəri olmaqdan çıxıb məhdud bir dairənin malına çevirmək istəyirlər..
Bənzətmə nə qədər uyğunsuz görünsə də indi ədəbiyyata ordudan tərxis olunmuş bir əsgər kimi baxırlar. Savaş başlanan kimi hamının gözü sözə və ziyalıya çevrilir. Dar gündə söz də əsgər kimi xalqın önündə düşmənlə üz-üzə səngərdədir. Buna görə də Ermənistanla sonuncu Qarabağ savaşında da Azərbaycan ədəbiyyatı bütün qüdrəti ilə ordumuzun yanında, xalqın arasında idi.
Kitabla bağlı dediyim neqativ hallara baxmayaraq ədəbiyyat daim xalqın ürəyində və yanındadır.

Söhbətləşdi: Cahangir NAMAZOV, 
Azərbaycan Jurnalistlər Birliyinin və 
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Başda Seyfəddin müəllim olmaqla Səfərovlar ailəsinə dərin hüznlə baş sağlığı veririk

Əziz jurnalistlər, hörmətli ziyalılar!
Yenicə aldığımız bir xəbərə görə, tanınmış jurnalist, ədəbiyyatşünas və tərcüməçi, “525-ci qəzet”in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşı – Səfərov Ziyəddin Mehdi oğlu və Səfərov Bakir Mehdi oğlu Rusiyanın Yekaterinburq şəhərində OMON qruplaşmasının üzvləri tərəfindən amansızcasına qətlə yetirilib. Dəstənin üzvləri üçüncü qardaşı da naməlum yerə aparıb. Bu barədə APA-ya Seyfəddin Hüseynlinin özü məlumat verib. “İki qardaşımı da işgəncə ilə öldürüblər” deyə Seyfəddin Hüseynli bildirib. Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb: “İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər”.
Başda Seyfəddin müəllim olmaqla Səfərovlar ailəsinə dərin hüznlə baş sağlığı verir və dövlətimizdən bu məsələyə tez bir zamanda münasibət bildirməsini xahiş edirik!

Hörmətlə: Məcid Rəşadətoğlu