“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin növbəti 16-cı sayı işıq üzü görüb
“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin (təsisçi Rəfaii Tağızadə, baş redaktor Vaqif Osmanlı, rəssam Sehran Allahverdi) növbəti 16-cı sayı (iyul, 2025) ədəbiyyatsevərlərin görüşünə gəlib.
Bu sayda Musa Yaqubun, Ələmdar Quluzadənin, Fəxri Müslümün, İsmayıl Mərcanlı İmanzadənin, Zeynalabdin Novruzoğlunun, Aysel Xanlarqızı Səfərlinin, Xatirə Fərəclinin, Nazir Rüstəmovun, Məmməd Mərzilinin, Lale İsmayilın, Nazim Hüseynlinin, Solmaz Qəribelin, Elmaya Cabbarovanın şeirləri, Kamran Nəzirlinin “Gecə yaman uzundur”, Vaqif Əsədoğlunun “Ana” hekayələri, Hacı Əvəz Abdullayevin “Deyimlər”i, Safruh Atalının “Bir doğmam varmış” və “Uşaq dili” içsəsləri (esse), Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin nəzdindəki “Gənc Yazarlar və Ədəbiyyatşünaslar Klubu”nun üzvləri Gülay Tahirlinin, Füruzə Quliyevanın, Rafiq Təhməzin şeirləri, Fərasət Babazadənin “Qırmızı cild ” hekayəsi, Sədaqət Babayevanın “Kimyagərin mesajı bilirsinizmi nədir?” ədəbi təhlili, publisistika bölümündə Rəfail Tağzadənin “Sənin ki, bu qədər təmizliyin var” yazısı, “Təhlil” bölümündə Alimcan Dövlətovun “Həzrət Nəvai Həzrət Nəqşibəndin nəbirəsi”, Aygün Bağırlının “Taleyimiz qələm verdi əlimizə” məqalələri, “Dünya Ədəbiyyatı” bölümündə Vislava Şimborskanın şeirləri, Çingiz Aytmatovun “Köçəri quşların ağısı” hekayəsi çap olunb.
В рамках проекта «Учимся актерскому мастерству» презентованы новые дипломные спектакли
Продолжается проект «Изучи актерское мастерство», организованный Научно-методическим и квалификационным центром культуры Министерства культуры Азербайджанской Республики совместно с Азербайджанской школой искусств.
В рамках проекта были показаны еще два дипломных спектакля очередной группы студентов Азербайджанской школы искусств. Спектакли по мотивам произведений Антона Чехова «Медведь» и «Сватовство» в постановке народного артиста Мамедсафы Гасымова были представлены в Шушинском государственном музыкально-драматическом театре 7 июля. Постановки посмотрели сотрудники центра — заведующая отделом анализа, образования и обучения Джамиля Мирзоева, театральный критик Даглар Юсиф, основатель Азербайджанской школы искусств Фарид Багиров, директор Турал Алиев, народный артист Мамедсафа Гасымов, заслуженный артист Гасым Наги и другие театралы. Дипломные работы студентов были с интересом встречены зрителями. После спектакля тем, кто успешно завершил образовательную программу в рамках проекта, были вручены дипломы. Напомним, что основная цель проекта «Учимся актерскому мастерству» — повысить интерес молодежи к сценическому искусству, создать условия для проявления талантов, а также дать им начальные знания по актерской специальности. Занятия, организованные на основе программы, разработанной Научно-методическим и квалификационным центром культуры, проводили профессиональные преподаватели. Молодые люди посещали занятия дважды в неделю в течение 9-месячной программы. В то же время проект предоставил возможность студентам приобрести опыт в профессиональных театральных и кинопроцессах, а также поучаствовать в мастер-классах известных артистов.
Также следует отметить, что 29 июня в рамках проекта «Изучи актерское мастерство» были показаны спектакли по мотивам произведений Парвин Нуралиевой «Джырттан» и Александра Волкова «Волшебник Изумрудного города».
“Aktyorluğu öyrən” layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Aktyorluğu öyrən” layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycan İncəsənət Məktəbi tələbələrindən ibarət daha bir qrupun diplom tamaşaları nümayiş olunub. Xalq artisti Məmmədsəfa Qasımovun quruluşunda Anton Çexovun “Ayı” və “Elçilik” əsərləri əsasında hazırlanan tamaşalar iyulun 7-də Şuşa Dövlət Musiqili Dram Teatrında təqdim edilib. Səhnə əsərlərini mərkəzin əməkdaşları – Təhlil, təlim və tədris şöbəsinin müdiri Cəmilə Mirzəyeva, teatrşünas Dağlar Yusif, Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov, direktoru Tural Əliyev, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı və teatrsevərlər izləyiblər. Tələbələrin oyunu tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Nümayişdən sonra layihə üzrə tədris proqramını uğurla bitirənlər diplomla təltif olunublar. Xatırladaq ki, “Aktyorluğu öyrən” layihəsinin əsas məqsədi gənclərin səhnə sənətinə marağının artırılması, istedadlarını ifadə etmələri üçün şərait yaradılması, həmçinin onlara aktyorluq ixtisası üzrə ilkin biliklərin verilməsidir. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərtib etdiyi proqram əsasında təşkil olunan dərslər peşəkar pedaqoqlar tərəfindən aparılıb. 9 aylıq proqram üzrə gənclər həftədə iki dəfə olmaqla dərslərdə iştirak ediblər. Layihə çərçivəsində eyni zamanda tələbələrin qrup şəklində peşəkar teatr və kino proseslərində təcrübə qazanmasına və tanınmış sənətçilərdən ustad dərsləri almasına da imkan yaradılıb.
Onu da qeyd edək ki, “Aktyorluğu öyrən” layihəsi üzrə iyunun 29-da Pərvin Nurəliyevanın “Cırtdanino” və Aleksandr Volkovun “Zümrüd şəhərinin sehrbazı” əsasında hazırlanan tamaşalar nümayiş olunub.
Naxçıvan ədəbi mühitinin sevilən qələm sahiblərindən, say-seçmə ziyalılarından biri də şair, dramaturq Kəmalə xanım Ağayeva idi. O, 1936-cı ildə iyulun 10-da Naxçıvan şəhərində dünyaya gəlmişdi. Naxçıvan şəhər 2 sayılı tam orta məktəbi bitirmiş və 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil almışdır. Kəmalə xanım 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar incəsənət xadimi (2002) və Prezident təqaüdçüsü idi. Akademik İsa Həbibbəyli yazır ki, həyatı və yaradıcılığı teatr və dramaturgiya ilə üzvi şəkildə bağlı olan Kəmalə Ağayevanın “Məhsəti” mənzum dramı 1964-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük uğurla səhnəyə qoyulmuş, ona istedadlı dramaturq kimi şöhrət qazandırmışdır. Sonrakı illərdə müəllifin “İsmət” (1972), “Bizim dağların oğlu” (1976), “Mənim tanrım gözəllikdir, sevgidir” (1982) və “Apardı sellər Saranı” (1985) mənzum dramları da tamaşaya qoyulmuşdur. Kəmalə Ağayeva həmçinin Azərbaycan nağıllarının süjetləri əsasında “Göyçək Fatma” (1993), “Tıq-tıq xanım” (1996), “Məlimkməmməd” (1998) adlı uşaq pyeslərinin, eləcə də “Sirli sözlər” (1999) və “Köhnə sandıq” (2001) kimi didaktik əsərlərin müəllifidir. Xalq şairi Rəsul Rza Kəmalə xanımın yaradıcılığına nəzər salaraq deyirdi: “Son vaxtlarda nəşr olunan şeirlər içərisində Kəmalə Ağayevanın “Gənclik” şeiri yaxşı nümunələrdən sayılmalıdır. Bu, gözəl hisslə yazılmış həqiqi bir şeir nümunəsidir. Müəllifin gənc olduğuna və qələm təcrübəsinin azlığına baxmayaraq, bu əsərdə onun incə, poetik, lirik ürək döyüntüləri aydın duyulur… buradakı ifadə yeniliyini, poetik intibahın zərifliyi, sözlərin sadə və səmimiliyi oxucuda xoş təsir buraxır”. Akademik İsa Həbibbəyli “Zəriflik və müdriklik nümunəsi” adlı məqaləsində yazır: “Kəmalə Ağayeva XX əsrin II yarısından sonrakı Azərbaycan mənzum dramaturgiyasının əsas yaradıcılarından biridir. O, Azərbaycan ədəbiyyatında ən tanınmış qadın dramaturqlarındandır. Kəmalə Ağayevanın Azərbaycanda mənzum dramaturgiyanın inkişafında mühüm xidmətləri vardır. Onun 1964-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük uğurla tamaşaya qoyulmuş “Məhsəti” mənzum dramı yeni tarixi mərhələdə bu janrın ən yaxşı nümunələrindən biridir. Bu mənzum dramda XII əsrdə yaşayıb-yaratmış tanınmış Azərbaycan şairəsi Məhsəti Gəncəvinin həyatından və yaradıcılıq fəaliyyətindən alınmış səciyyəvi səhnələr təqdim olunur. Kəmalə Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq Məhsəti Gəncəvinin obrazını teatr səhnəsinə çıxarmışdır. Onun təqdimatında Məhsəti Gəncəvi dərin fəlsəfi düşüncəyə malik rübailər ustadı və mühitə ayıq nəzərlərlə baxan ziyalı qadın kimi təqdim olunur. Kəmalə Ağayeva eyni zamanda dramda Azərbaycan qadınının cəmiyyətin inkişafındakı rolunu da diqqət mərkəzinə çəkmişdir. Məhsəti Gəncəvinin həyatı və fəlsəfi lirikası Kəmalə Ağayevanın zəriflik və müdrikliyin həyatda və ədəbiyyatdakı yerini və əhəmiyyətini dərindən açıb göstərməsinə, cəmiyyətin diqqət mərkəzinə çəkməsinə geniş imkan yaratmışdır.” Haqqında yazılmış məqalələrdən məlum olur ki, Kəmalə xanım 1968-ci ildən etibarən 20 ildən artıq bir müddətdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi hissə müdiri kimi çalışaraq, teatrın və dramaturgiyanın inkişafına böyük töhfələr vermişdir. 1971-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü seçilən şairə, teatrda tarixilik və müasirlik istiqamətində geniş işlər görmüşdür. O, həm də 1982-1986-cı illərdə Naxçıvan şəhər Sovetinin deputatı olmuşdur. Bununla yanaşı, görkəmli şair, dramaturq fransız dilindən poetik tərcümələr etmiş, əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Kəmalə xanım haqqında danışarkən, qürurla deyə bilərik ki, o, Azərbaycan ədəbi mühitinin, xüsusilə də Naxçıvan ədəbi mühitinin dramaturgiyasına ilk dəfə tarixi obraz gətirən şair-dramaturq kimi həmişə böyük hörmət və ehtiramla xatırlanacaqdır…
Dedilər dağlarda bitən çiçəksən, Mən onun ətrini almağa gəldim. Dedilər döyünən odlu ürəksən, O oddan könlümə salmağa gəldim.
Dedilər zirvənə ucalmaq olmur, Mən sənin xəyalın olmağa gəldim. Dedilər heç səndən ayrılmaq olmur, Yanında əbədi qalmağa gəldim. * * * * * * Ömür dalğalanır yolların kimi, Fəqət mehribansan ellərin kimi, Heç gül də görmədim güllərin kimi, Güllü-gülüstanlı Azərbaycanım.
İncə duyğulu, zərif ruhlu şairimiz Kəmalə xanım Ağayevanı dərin sayğı və rəhmətlə anırıq.
Milli Kitabxanada “Seyid Əzim Şirvani – 190” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
4 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Milli Kitabxanada bu münasibətlə “Seyid Əzim Şirvani – 190” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/S.A.Sirvani/index.htm linkindən istifadə edə bilərlər.
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]
↑““Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
Tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Əbilov Azər İmamverdi oğlu 1963-cü ildə Neftçala rayonunda anadan olub.
Neftçala şəhər 1 nömrəli tam orta məktəbində təhsil almışdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. “Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Neftçala rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, “Yeni Azərbaycan” qəzetində humanitar şöbənin müdiri, “Ədəbiyyat” əlavəsinin məsul redaktoru, “Ədəbiyyat qəzeti”ndə baş redaktorun müavini, baş redaktor əvəzi vəzifələrində çalışmışdır. 2015-ci ildən “Ədəbiyyat qəzeti”nin baş redaktorudur.
Müxtəlif illərdə Prezident Təqaüdünə, “Hüseyn Cavid” mükafatına, “Qızıl Kəlmə” mükafatına, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına, “Rəsul Rza” Mükafatına, “İlin alimi” adına, “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanına, “Səməd Behrəngi” mükafatına, TÜRKSOY tərəfindən Vamberi medalına və “Ədəbiyyat adamı” mükafatına layiq görülmüşdür.
Yaradıcılığa 1980-ci illərin əvvəllərində başlayıb. İlk yazıları “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdur. 40-dan artiq kitabı nəşr olunub. Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı kimi tanınan Azər Turan, əsasən, türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edir. Silsilə yazıları Azərbaycanda və xarici ölkələrdə dərc olunub.
İstanbulda, Ankarada, Moskvada, Tbilisidə, Bakıda, Almatıda, Daşkənddə keçirilən elmi konfranslarda məruzələrlə çıxış edib.