Sumqayıtda “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi

Sumqayıtda “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi

Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə həsr olunmuş növbəti maarifləndirici tədbir – “Mənəviyyat dərsləri” təşkil olunub. Tədbir “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində baş tutub. Tədbirdə Sumqayıt Dövlət Universitetinin və Edu Company təhsil şirkətinin Sumqayıt filialının tələbələri iştirak ediblər. Gənclərlə keçirilən bu mənəvi maarifləndirmə dərslərinin əsas məqsədi milli kimlik şüurunun möhkəmləndirilməsi, ailə və cəmiyyət institutlarının əhəmiyyətinin vurğulanması, vətənpərvərlik ruhunun aşılanması və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının artırılmasıdır. Tədbirdə “Elin Səsi” İctimai Birliyinin sədri Elvin Talışınski, təşkilatın sədr müavinləri Əli Rzazadə və Abbas Qurbanov çıxış ediblər. Onlar öz məruzələrində Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlər, ailə institutunun cəmiyyətdəki rolu, şəhidlik məqamının müqəddəsliyi, valideyn və böyüklərə hörmət, milli-mənəvi dəyərlərin təbliği və qorunmasının əhəmiyyəti barədə geniş fikirlər bildiriblər. Elvin Talışınski çıxışında vurğulayıb ki, müasir dövrdə informasiya və texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda gənclərin mənəviyyatla bağlı maarifləndirilməsi xüsusi önəm kəsb edir. O qeyd edib ki, milli-mənəvi dəyərlərin itirilməsi milli kimliyin zəifləməsinə səbəb ola bilər və bu baxımdan cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də gənclərin bu dəyərlərlə silahlanması vacibdir. Digər çıxış edənlər – Əli Rzazadə və Abbas Qurbanov isə xüsusilə ailə dəyərlərinin qorunması, vətənə, dövlətə, şəhidlərə və valideynlərə hörmətin cəmiyyətin mənəvi dayanıqlığının əsasını təşkil etdiyini vurğulayıblar. Onlar gəncləri milli köklərə bağlı, vətənpərvər, sağlam mənəvi zəmində yetişməyə çağırıblar. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və interaktiv şəkildə davam edib. Tələbələr çıxışçılara suallar verib, fikir mübadiləsi aparıb və milli-mənəvi dəyərlərin təbliğinə dair öz düşüncələrini bölüşüblər. “Əxlaq, ailə, şəhidlik və böyüklərə hörmət – bu dörd dəyər üzərində qurulan cəmiyyət güclü və dayanıqlı olur” – bu fikir tədbirin ümumi ruhunu əks etdirən əsas mesajlardan biri kimi yadda qalıb. Həmçinin tədbir iştirakçılarına layihə çərçivəsində nəşr olunan “Mənəviyyat axtarışında” adlı hekayələr toplusu paylanılıb.
Qeyd edək ki, “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində ilk tədbir Azərbaycan Universitetinin tələbələri üçün keçirilmişdi. Layihənin məqsədi gənclər arasında milli-mənəvi dəyərlərə bağlılığı artırmaq, mənəviyyata yönəlik düşüncə tərzini formalaşdırmaq və cəmiyyətin mənəvi bütövlüyünü möhkəmləndirməkdir.
Sonda Sumqayıt Dövlət Universitetinin Mükəmməllik Mərkəzinin klub rəhbərləri, həmçinin Edu Company təhsil şirkətinin rəhbər şəxsləri milli-mənəvi dəyərlərimizin təbliği sahəsində göstərdikləri fəaliyyətə görə ictimai birlik tərəfindən təltif ediliblər.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Milli Kitabxanada “Məhəmməd Füzuli. Biblioqrafiya” və “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi keçirilib

Milli Kitabxanada “Məhəmməd Füzuli. Biblioqrafiya” və “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi keçirilib

11 iyul tarixində Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Məhəmməd Füzuli. Biblioqrafiya” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, qonaqları salamlayıb. Qeyd edib ki, Məhəmməd Füzuli Azərbaycan şeirində və ədəbiyyatında günəş kimi parlayan, zəngin və dərin keçmişə malik bir şəxsiyyətdir. Həm Azərbaycan Milli Kitabxanası, həm də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Füzuli aşiqidir. Direktor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın bu böyük şəxsiyyətin Azərbaycan mədəni irsində tutduğu əvəzsiz mövqeyini təsdiqlədiyini bildirib. Füzulinin təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumilikdə Yaxın və Orta Şərq ədəbiyyatında üç dildə azərbaycan, ərəb və fars dillərində yazan nadir şəxsiyyətlərindən biri, hər üç ədəbiyyatda öz möhtəşəm izini qoymuş bir düha olduğunu söyləyib. O, təqdimatı keçirilən hər iki əsərin Füzulişünaslığın yeni mərhələsinə bir cığır açacağını, Füzulinin yaradıcılığını daha geniş və dərindən araşdırmaq istəyən gələcək tədqiqatçılar üçün bitkin bir ensiklopedik əsər olduğunu söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında hər iki kitabı geniş və əhatəli təhlil edib. Bildirib ki, Məhəmməd Füzuli haqqında yazılmış hər iki kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, elmi ideoloji mərkəz olan Milli Kitabxananın və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun həmrəyliyinin, birliyinin, əməkdaşlığının bir örnəyi kimi çox qiymətlidir. Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq həyata keçirilən bütün tədbirlər, həmçinin 2024- cü ildə Beynəlxalq Kitab Sərgisinin Füzuliyə həsr olunması müasir dövrdə beynəlxalq miqyasda Füzulinin Azərbaycan şairi kimi yenidən təqdim və təbliğ olunmasına bir töhfədir. 7 minə yaxın mənbəni əhatə edən “Məhəmməd Füzuli. Biblioqrafiya” kitabının “Əhdi-Bağdadi”dən başlayaraq 530 illik dövrü əhatə edən indiyədək nəşr olunan ilk geniş, sistemli möhtəşəm əsər olduğunu bildirib. İlk dəfə olaraq bu biblioqrafiyada 500 dən çox əlyazma və daşbaşmanın verildiyini əlavə edib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” sektoru tərəfindən hazırlanan “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitabının isə ümumiləşdirilmiş və geniş həcmə malik olan ən sanballı elmi-təqdiqat əsəri olduğunu söyləyib.

Hər iki əsərin Füzuli irsi haqqında 530 ildə yazılanlara yekun vuran, ümumiləşdirən möhtəşəm bir elmi abidə, Azərbaycan və dünya Füzulişünaslığına ərmağan edilən sanballı bir töhfə olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” bölməsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Ataəmi Mirzəyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Knyaz Aslan, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli çıxış ediblər. Onlar öz çıxışlarında Füzuli irsindən, yaradıcılığından ətraflı bəhs edərək, Füzulinin Azərbaycan ədəbiyyatında, elmində, mədəniyyətində tutduğu yer, müasir ədəbiyyatda Füzuli ədəbi-bədii dili, üslubu, Füzuli dilinin obrazlılığından geniş söhbət açıblar. Bu gün təqdimatı keçirilən hər iki kitabın bir-birini tamamladığını, Füzuli irsini araşdıranlara və Füzuli xiridarlarına böyük bir hədiyyə, töhfə olduğunu söyləyiblər.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyini və kollektivini təbrik ediblər.

Mənbə və ətraflı :

https://www.millikitabxana.az/news/mehemmed-fuzuli-biblioqrafiya

“Mən türkəm…” deyən rus dahiləri

“Mən türkəm…” deyən rus dahiləri

Mən professional dilçi və tarixçi deyiləm. Amma dilə və tarixə pis bələd deyiləm.
Bunu nə üçün deyirəm?
Tez-tez dünyanın bir çox türk əsilli tanınmış adamları ilə bağlı yazılar qələmə alıram. Əksər yazılarımın “qəhrəmanları” türk əsilli ruslardır.
Rusların əksəriyyətinin kökünün türklərlə bağlı olması təsadüf deyildir. Axı onlar əsrlər boyu tatarların, başkurların, xakasların, qazaxların, Krım tatarlarının, uyğurların, Azərbaycan və Osmanlı türklərinin əhatəsində yaşayıblar.
Mən yazılarımda əsasən rus mənbələrinə isnad edirəm. Nə yazıqlar ki, hansısa bir kitabı sonacan oxumayan, latın əlifbasına hələ də “latın dili” deyən “tədqiqatçı” və psevdoalimlər “mızılıgiya” ilə məşğul olaraq hər şeyə bir qulp qoymaqdadır.
Bəli, slavyanlarla türklərin qohumluğunun kökü dərindir.
İndi desəm ki, məşhur Aleksand Nevski Batı xanın (ögey) qardaşıdır, bir çox “başbilənlər” ağız büzüb deyəcəklər ki, bu, haradan çıxdı? Zəhmət çəkin Lev Qumilyovu oxuyun. Bilənlər bilir, Batı xan Çingiz xanın nəvəsidir, özü də Qızıl Ordanın təməlini qoyandır.
Bəli, dəfələrlə yazmışam ki, Lev Tolstoy əslən Mamay xanın, Dostoyevski Mirzə Çələbilər, Turgenev Mirzə Turgenlər nəslindəndir.
Qalan faktları məcburam qısaca orijinalda, rus dilində təqdim edəm. Bəlkə mənim türkcə yazdığım bəzi binəvaları qane etmir, qoy məni “türkləri ruslaşdırmaqda” qınayanlar rusca oxuyub “rahatlansınlar”.

Николай Карамзин. Его род, Карамзины, происходит от татарского князя Кара Мурзы, что переводится как «черный принц», сообщает ВКонтакте.
Иван Тургенев. Род Тургеневых, согласно Бархатной книге, ведет свое начало от татарского мурзы Арслана Тургена, который в 1440 году перешел на службу к русскому князю.
Александр Куприн. Сам писатель считал себя татарином и, по словам исследователей, в его произведениях и жизни прослеживаются татарские мотивы.
Александр Блок. Хотя по отцу у него немецкие корни, по материнской линии, через род Бекетовых, он имел татарские корни.
Владимир Набоков. Его род, по словам родственников, происходит от татарского князя Набок Мурзы.
Hə, indi “rahatlandınız”?
Gördünüz ki, bunlar türk əsilli rus yazıçılarıdır.
Siyahı uzundur. Hamısını birdən təqdim etmək olmaz… Zira əvvəlcə irəlidə deyilənləri həzm etmək gərək.

Mənbə: Firuz Mustafa

Müəllif və təqdimat: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HƏR LƏHZƏ ƏMANƏTDIR

HƏR LƏHZƏ ƏMANƏTDIR

Hər ləhzə bir fürsət, fürsət, qənimət,
Atan da, anan da qonaq evində.
“Səni sevirəm” deyən bir kəs sabah
Kiminsə qəlbini alovlar bəlkə.

Bəlkə də sabahlar uzaq düşərlər,
Bu gün səni güdən bəxtin, qismətin.
Ətrafda fırlanan doğma dostların
Tapmazlar sabahkı vaxtın, fürsətin.

Hər ləhzə qənimət, fürsətdir, canım,
Qonaqdır uşaqlıq, gözəl gəncliyin.
Dağları da yıxan gücün də gedər,
Sən axtarsan sabah qaşların, yox, itkin.

Nənən dəyənəklə gəzdiyi kimi,
Əllərin titrəyər, dizlərdə taqət.
Atanın, ananın, elin duası –
Allah istəsə də, açılar səadət.

Allahı razı et – yolun işıqlı,
Dua ilə gedər yolun, baxıqlı.

ZEMIRƏ RƏZZAQOVA,
Özbəkistan Yazıçılar Birliyinin üzvü.

Tərcümə:Cahangir Namakob,
“Yazarlar” jurnalının Özbəkistan üzrə müxbiri.