“CİDA” SÖZÜNÜN TARIXI ETIMOLOGIYASI

“CİDA” SÖZÜNÜN TARIXI ETIMOLOGIYASI
(bir sözdən yüz söz)

“Cida” sözünü ensiklopedik mənbələrdə axtararkən onun semantikası qədim silah növü kimi verilir və ondan Üst Paleolit dövründən istifadə edildiyi bildirilir.
Cida daş və sümük uclu olmuşdur. Sonralar Qədim Yunanıstan və Romada dəmir cidadan istifadə edilirdi.
Azərbaycanda müxtəlif dövrlərə aid qəbir abidələrindən cida silahının sümük və daş ucluqları tapılmışdır.
Müasir türk dilinin lüğətində: cidal-döyüş, vuruşma, mübarizə” kimi təsnif olunur. “Cidalci-savaşçı” döyüşçü kimi verilir. “Cidar” isə “çəpər, divar” kimi mənalanır.
Dilin fonetik hadisələrindən biri də səslərin əvəzlənməsidir.Türk dillərində ” r-l” əvəzlənməsi aktivdir.
“Cidar-çəpər” sözünün ” cidal-döyüş” sözü ilə əlaqəsini tədqiq edək.
Əgər biz ” cida” silahını “süngü” silahı ilə eyni olduğunu qəbul etsək, “süngü” silahının izahında onu “nizə, qarğı, mizraq” silahı ilə eyniləşdirilir.
Pislik edən adama qədim deyimimiz olan ” gölə qarğı- qələm sancan” ifadəsi vardır.Əslində qələmin ilkin forması da qarğıdan hazırlanırdı.
Əslində ” süngü” sözünün özü ” sümük” sözündən psixolinqvistik adlanmadır.
” Süngülə, sünqüş” sözləri də “savaşda süngüləmə, süngü ilə vurmaq” mənasını bildirir.
“Süngü” silahının ” qarğı” ekvivalenti onu göstərir ki, hələ Qədim Oğuzlar dəmirı icad etməmişdən əvvəl süngünü (cidanı) qarğıdan düzəltmişlər.Qarğının başını iti çərtərək ona itilənmiş daş və yaxud sümük ucluq bərkitmişlər.(döyüş başlığı)
Atalar sözümüz ” cidanı çuvalda gizlətmək olmaz” məhz cidanın ucu çuvalı deşərək çölə çıxıb görsənməsinə işarədir.( sirrin açılacağının labüdlüyünə dəlalət edir..)
Maraqlıdır “cida” sözü ilə ” qarğı” sözündə fonetik oxşarlıq yoxdur.Lakin hər ikisi də eyni silahın adlanmasıdır.
Dilçiliyin ən dərin qatlarından biri sosial psixolinqvistikadır.Yəni cəmiyyət( tayfalar) tərəfindən yeni sözlər yaradılmışdır.
Qədim Oğuzlarda “çərtmək” sözü bir şeyin ucunu itişəkilli kəsmək kimi mənalanır.
Qədim sözümüz olan ” çətəmə” türklərin yaşam tərzinin çəpər çəkmə mədəniyytinin ilkin elementlərindən biridir.
” Çətəmə”-nin ilkin forması qarğının ucunu itişəkilli kəsərək torpağa sancmaqla ( sancaq sözü də buradandır) çəpərçəkmənin icra olunan aktıdır.
“Çitəmək” sözü də paltarın cırılmış və yaxud düymə yerinin gözəməsi itiuclu nəsnə (çərtilmiş) ilə hörmə aktıdır.
Öz sözümüz olan “çit” sözü də ” çitəmək” sözündən törəmədir.” Çətir və çadır” sözləri də ” çit” sözündən yaranmadır.Nəsnələr hamısı çitdən hazırlanmadır.
Kaşğarinin lüğətində ” çit” sözü “qarğıdan düzəldilmiş divar, çardaq” kimi mənalanır.
Dilimizdə olan ” çat, çərt, kətmən və s.” sözlər də ” çərtmək” sözünün semantik derivativləridır.
Türk dilində “çiten” qarğıdan hörülmüş səbətə( Gəncə səbəti) deyilir.
” Çita” sözü türklərdə uzun yaşmağa (qarğı kimi uzun reykaya) deyilir.
Məhz burada “çita” sözündən “cida” sözünün yaranması özünü tam əks etdirir.
Sözdə ” ç-c; t-d əvəzlənməsi türk dillərində qəbul olunan fonemlərdir.
Məntiqi düşüncə bunu göstərir ki, Qədim Hunlar ovu ibtidai formada qarğı bitkisinin yüngül olduğundan onun ucunu çərtərək mobil silah kimi işlətmişlər.(İngilis dilində hunt, hunter- ov, ovçu sözləri də hunların peşəsindən yaranan psixolinqvistik nominasiyalardır.)
Türk dilində silahlı basqınçılara ” çete” deyilir.”Çete” dedikdə qədimdə cida silahı ilə silahlanmış dəstələr nəzərdə tutulmuşdur.( Görəsən bunu türklər bilir?)
Müqayisəli dilçiliklə baxsaq, ingilis dilində də eyni paralellik özünü göstərir.Ingilis dilində “gun” silah; ” qunman” -” silahlı adam”.Yəqin ki “gangster-silahlı bandit dəstəsi” sözü də ” gun-silah” sözündən psixolinqvistik yranmadır.
Qədim idman növü olan ” cüdo” döyüşü də oğuzların ” cida- döyüs” sözündəndir.
Türklərin kənd yerlərində qədim tikililərinə ” ciflik” deyilir.Qədimdə evlər qarğıdan çətəmə şəklində hörülürdü və onu palçıqla suvayırdılar.
” Çitli” sözü bu gün türklərdə ” evin hasara alınmış ərazisi, məhəlləsi” kimi işlədilir.Çitli-ciftlik-yaşayışa dair ərazi.
Hunlar çətənə bitkisinin qozasını çərtib, onun qatı südlü məhlulunu qurudaraq ağrıkəsici maddə hazırlayırdılar. Məhz ” çətənə” sözü də ” çərtmək” sözündən yaranmadır.
Ərzaq məhsulu düyünün rafina olunmamış şəklinə ” çəltik” deyilir.Çəltik yonma (çərtmə) yolu ilə hazırlanaraq düyü şəklinə salınır.
Çox da qədim olmayan dövrdə plov bişirərkən düyünü qaynadıb çətəndə süzürdülər. “Çətən” nəsnəsi çoxlu sayda fidan qarğıdan hörülərək hazırlanırdı.”Çoxluq” mənasında işlənən ” bir çətən külfət, bir çətən əqraba” kimi ifadələr çətənin çoxlu sayda qarğıdan hazırlandığı faktından yaranan psixolinqvistik nominasiyadır. ( müəllif H.Ə.)
P. S.Bu məqaləni daha da genişləndirmək mümkündür.Yəni yüz sözə çatdırmağı. Bu məqaləni yazmaqda məqsədim qədim sözlərimizin bu günə qədər heç bir dilçi alim tərəfindən araşdırılaraq izahlarının verilməməsidir.Ya “ilkin izini itirmiş və ya daşlaşmış” ifadələrlə bu sözləri möhürləyib kənara qoymuşlar…
Dildə mövcud olan hər bir sözün mənası vardır.
Sözlərin rekonstruksiyasında onların genezində olan səslərin tətbiqi və məntiqi sintezlə açmaq mümkündür.
Ən əsası sözdə iştirak edən fonemlərin iştirakı ilə.
Yəni Tətbiqi Dilçiliklə…
Mənbəsiz mənbələr…


DİLÇİLİKDƏN ETÜDLƏR

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir