Müəllimlər günü münasibəti ilə Bakı Reabilitasiya Mərkəzində oxucularla görüş keçirilib

05.10.2026-cı il tarixində Müəllimlər günü münasibəti ilə Bakı Reabilitasiya Mərkəzində oxucularla görüş keçirilib

Görüşdə Qabil Nabi ilə yanaşı gözəl şeirlər müəllifi Zirəddin Quliyev, tanınmış müğənni İsmayıl Rəcəbov, həvəskar müğənni Müşfiq Vəlizadə də iştirak edirdilər.

Tədbir iştirakçıları müəllimlərimiz haqda xoş sözlər deyib fikirlərini bildirdilər. Tədbir zamanl müxtəlif mövzulara aid şeirlər söylənildi, mahnılar ifa olundu, xəstə və həkim kollektinin sualları cavablandırıldı. Sonda oxuculara şairlərin imzası ilə kitablar təqdim olundu.

Mərkəzdə müalicə alan xəstələrin marağına səbəb olan bu tədbirin təşkilinə görə BRM-in baş həkimi Vüsalə xanıma, təşkilatçı Leyla xanıma, təşəbbüsçü Aida xanıma minnətdarlığımızı bildiririk.

“Yazarlar” olaraq, Qabil Nabini , Zirəddin Quliyevi və tədbirdə iştirak etmiş digər yaradıcı insanları təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində onlara yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Kifayət Kərimqızının şeirləri

Arzulama

Arzulama xoşbəxt olum,
Xoşbəxtlik öz əlindədir,
Düşüncəndə, fikrindədir.
Arzulama cavan qalım,
Cavan qalmaq asan deyil.
Cavan qalsan ömür bitər,
Arzuların sona yetər.
Arzulama sən var-dövlət,
Bil, düşünən beynin varsa,
Görən gözün, vuran qəlbin — Budur nemət!
Arzulama — arzu sözü fəlakətdir,
Dəli kimi sevgini də arzulama.
Sevgi bitər, göz yaşları qalar sənə…
Düşün hər an, hər bir zaman:
Ey Yaradan, xeyirlisi nəsib olsun,
Yaradanın yaratdığı, xeyirlisi qismət olsun!

Şəhid qardaşım

Səhər-səhər qəbir üstə gəlmişəm,
Günəş çıxır, mən də səni görmüşəm.
Sən daş üstə mənə sakit baxırdın,
Mən də sənə göz yaşımı axıtdım.
Söylə sənə, bax, nə deyim, səslənim?
Xoş səhərlər diləyim…
Tək Sən idin, hər bir zaman gərəyim.
Daş altında sakit yatana qurban,
Günəş kimi səssiz batana qurban!
Mən gəlmişəm, dur, salamla bacını,
Mən içmişəm bu dünyada acını…
Sən qardaşsız qoydun dörd bacını.
Daş altında sakit yatan qardaşım
Param-parça olubdur bu bacın.
Mən həyata sənsiz cavab vermişəm,
Bu imiş, bax, sənin bəxtsiz qədərin.
İnan, sənin yolunu çox gözlədim,
Daş altında sakit yatana qurban,
Günəş kimi səssiz batana qurban!

Acıdərə sirlər saxlar

Acıdərə sirlər saxlayar,
O dərədə adsız məzar gözləyər.
Anasının qəlbi daşdır,
O türk oğlu türkdür, qan yaddaşıdır.
Ad yazmağa vaxt olmayıb,
Türkün qəbri qalıb yadda.
Sevir hamı, qardaş deyib baş əyirik,
Sən canımız, qanımızsan!
Yaddaşlarda qalacaqsan,
Bütün şəhid bacısının qardaşısan.
Ey türk oğlu, yol gözləyən ananı da unutmarıq,
Rahat yatın, qisas aldıq, zəfər çaldıq!

Payız

Yay qurtarır ömür gedir, Durnalar da köçüb gedir,
Yay fəsli sona yetir
Bir də ömür dönməz geri.
Gedən gedir hədər olur, Qocalırıq, baxışımız kədər olur,
Yay qurtarır bir də geri dönəcəkmi?
Gələn yayı bu Kifayət görəcək mi!?
Yay qurtarır, payız gəlir
Payız fəsli biraz fərqli Pıçıldaşan yarpaqlarda,
Uçub gedən durnalarda,
İnan dərdli, ayrılıqdan söhbət edər
Hər gün bir az ömür gedər
Biz sayırıq həftəmizi, Düşünmürük hədər olan günləri
Bilmirik ki, qismətimiz necədir
Zövq almırıq fəsilərdən,
Ötüb gedən günlərdən.

Müəllif: Kifayət Kərimqızı

Kifayət Kərimqızının digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


	

Müəllimlər gününə özəl

MÜDRİKLİK ELMİNİ ƏXZ EDƏN İNSAN
(sonet)

(Şeir çox hörmətli ziyalımız Hafiz Paşayev cənablarına həsr olunub)

Öyrətmək eşqiniz mənə xoş gəldi,
Sizə çox yaraşır inanın bu şan.
Bəxt bəşər üzünə təhsillə güldü,
İşığa büründü durmadan cahan.

Şərəflə daşıdın Hafiz adını
Tanrıdan güc alan saf ruha əhsən!
Nur saçdın yoluna doğmanın, yadın,
Günəş şəfəqləndi, yoxa çıxdı çən.

Yaxşı əməliniz unudulmaz heç,
Daim könlünüzə fərəh gətirər.
Ey Rəbb, xeyirxahı özün də sev, seç,
O, elə bağban ki, güllər bitirər.

Müdriklik elmini əxz edən insan,
Düşməz nəzərlərdən, yüksələr hər an.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

MÜƏLLİMLƏRƏ EHTİRAMLA

MÜƏLLİMLƏRƏ EHTİRAMLA
Həyatda hər zaman sevərək xatırladığımız özəl günlərdən biri də müəllimlərin bayramıdır. Məhz bu gün ömrünü Vətən övladlarının tərbiyə olunmasına, layiqli vətəndaş olaraq yetişməsinə həsr edən müəllimlərimizi qədirkeşliklə xatırlayırıq.

Müəllim cəmiyyətin əsas sütunudur, əyilməyən, sınmayan sütünü. Onlara ehtiram və sayğı ilə yanaşmaq hər birimizin mənəvi borcudur…

Müəllim əməyinin, mənəvi yükünün, fədakarlığının, məsuliyyətinin heç bir peşəylə müqayisəyə gəlmədiyini yaxşı bilirik. Zənnimcə, müəllim ailəsində doğulub, ilk tərbiyəni, öyüdü də valideynindən alanlar bu sənətin incəliklərini, pedaqoqların varlığında daşıdığı missiyanı, vərdişi daha yaxşı dərk edirlər…

Müəllim ailəsində doğulmuşam. Ocağımızda bu sənətin 3 nəfər daşıyıcısı olub: atam, anam, bir də ailəmizin ilk övladı bacım. Birgə vaxtlarımızda görmüşəm ki, onlar müəllim peşəsinin bütün əziyyətlərinə fədakarcasına qatlaşıblar. Sənətlərinə qəlbən, bütün varlıqları ilə bağlı olduqlarından məktəbi məbədgah, şagirdlərini öz övladları sanıblar…

Valideynlərim ailədə ilk tərbiyəçimiz, həm də həyat müəllimimiz olub. Ali varlığa xas olan bütün keyfiyyətləri bizə aşılayan, ictimai şüurumuzu formalaşdıran ilk növbədə valideynlərim olub. Həm ailədə, həm də məktəbdə müəllimlərimizdən əxz etdiklərimi ömür boyu yerində və qədərincə xərcləmişəm. Həyatda qazandığım uğurlarıma görə müəllimlərimə borcluyam…


Həmişə yeni dərs ili başlayanda, Müəllim günü qeyd olunanda valideynlərimi, bacımı xatırlayır və onların bu axının içində olmadığından qəribə bir nisgil, məyusluq hissi keçirirəm. Acı kədər varlığımı çulğayır. Amma bu çox çəkmir, tezcə də ürəyimə xoş bir hissin axdığını duyuram. Deyirəm, nə xoş ki şagirdləri hər zaman onları hörmətlə, məhəbbətlə xatırlayır, adlarını ehtiramla, böyük sevgiylə anırlar…

Bu gün müəllim adını şərəflə daşıyan, cəmiyyətin tərbiyəçisi olaraq ləyaqətli ömür yaşayan bütün pedaqoqları təbrik edirəm. Bayramınız mübarək, əziz müəllimlər!

Böyük ehtimalla: Şəfəq NASİR,

Filologiya üzrə fəlsəfə doktoru

Lütviyyə Əsgərzadnin yazıları

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I