
Səlim Babullaoğlu ilə görüş keçirilib
06 oktyabr 2026-cı il tarixində Bakı İlahiyyat Kollecində şair, esseist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu ilə görüş keçirilib.
Görüşdə kollecin rəhbərliyi və 5tələbələr iştirak ediblər.
Görüşü giriş sözü ilə kollecin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov açıb və qonağı tələbələrə təqdim edib, kollecdə belə görüşlərin mütəmadi keçirildiyini xatırladıb və qeyd edib ki, bu görüş də həmin silsilənin davamıdır.
Səlim Babullaoğlu tələbələrin çoxsaylı suallarına cavab verib, şeirlər oxuyub, ədəbiyyat, poeziya, din, əxlaq, ədəbi təmayüllər, cəmiyyətin problemləri mövzusunda dinləyəcilərlə mükalimə edib.
Görüşün sonunda qonaq tələbələrə öz kitablarını, habelə bir çox tərcümə nəşrlərini hədiyyə edib. Tədbirdən fotolar:








“Yazarlar” olaraq, SƏLİM BABULLAOĞLUnu əbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında