“Ədəbiyyat – insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Şeir -qəlbin dildə deyə bilmədiyi duyğuları sozlə ifadə edən poetik əsərdir. Və şeir Ruhun söz qidası ədəbiyyat isə bu qidanı özündə cəm edən söz mətbəxidir. Bu böyük söz məktəbindən mənim də payıma bir zərrə düşüb. Zərrələr birləşərək kitab olub ömrümə Gəlin həmin kitabı müzakirə edək”
Sumqayitfakt.Az xəbər verir ki, bunu Yadigar Təvəkgül “facebook” səhifəsində “Bircə bəndlik darıxmaq” adlı kitabının təqdimatını keçirəcəyini bildirərkən yazıb.
Qeyd edək ki, təqdimat 9 avqust 2021-ci il, saat 14:00-da “28-may metro stansiyası”nın yaxınlığında yerləşən “Səməd Vurğun” bağı ilə üzbə – üz olan “Sedet art” Rəsm studiyasında keçiriləcək. “Bircə bəndlik darıxmaq” adlı kitab müəllifin sayca 3-cü kitabıdır.
Bütün ədəbiyyatsevərlər, sözə qiymət verən hər kəs dəvətlidir.
NMW03 KOD ADLI“ERMƏNİ” AGENTİ DÖYÜŞÇÜLƏR, ŞƏHİDLƏR VƏ İŞĞALLA BAĞLI MƏQALƏLƏRİ VİKİPEDİYADAN SİLMƏKLƏ MƏŞĞULDUR.
Zaman-zaman belə hallarla rastlaşsaq da bu hadisənin qeyri-adiliyi ondadır ki, bu dəfə Vikipediyanın Azərbaycan seqmentində baş verib. Belə ki, tanınmış şair Zaur Ustac haqqında Azərbaycan dilində olan məqalə silinib. Zaur Ustac “Yazarlar.az”a bu barədə açıqlamasında belə dedi: – “İlk öncə onu bildirim ki, mən özüm də elə Zaur Ustac adı ilə vikipediya istifadəçisiyəm. Adətən oxuduğum mətnlərdə rastlaşdığım kobud səhvləri redaktə edirəm. Hardasa 2015-ci ildən ənənəvi olaraq Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum və anım günlərində mənim haqqımda olan “Zaur Ustac” məqaləsinə və Mübariz İbrahimov haqqında olan kitabın – “Oriyentir Ulduzu” məqaləsinə kiçik müdaxilələr olurdu. Bu müdaxilələrin qarşısı vaxtında Vikipediyanın Azərbaycan seqmentində fəqliyyət göstərən idarəçilər tərəfindən alınırdı. Bu dəfə vəziyyət bir az fərqli oldu. Mübariz İbrahimovun anım günlərində (17-18 iyun) müxtəlif sosial şəbəkələrdə onunla bağlı, “Oriyentir Ulduzu” kitabından müəyyən parçalar paylaşdıqdan sonra artıq ötən illərdən öyrəşdiyimiz ənənəvi hücumlar başladı. Üstəgəl mediyada gündəm olmuş “Səringül və Təyyarə bacıları” (bu qəbirlər mənim dogma xalalarıma məxsusdur) haqqında məlumatları da sürəkli paylaşmağım yəqin bu məsələni biraz da körükləmiş olmalı ki, ya ermənilər, ya da onların təəssübkeşləri qəti hücuma keçərək “Zaur Ustac” məqaləsi ilə bağlılığı olan “Yusifcanlı kənd orta məktəbi”, “Yusifcanlı kəndi” məqaləsindən tarix (işğalla bağlı) bölümünü, Yusifcanlı kəndindən olan əfsanəvi döyüşçü – Səringül və Təyyarə bacılarının dogma əmisioğlu Qəhrəmanov Eldarın qızı Kəmalə Qəhrəmanova haqqında olan “Kəmalə Qəhrəmanova” məqaləsini heç bir əsas göstərilmədən sildilər. Bu azmış kimi digər bağlılığı olan “Oriyentir Ulduzu” , “Ziyadar Mükafatı” və “Səringül və Təyyarə bacıları” adlı məqalələri silinməyə namizəd məqalələr kateqoriyasına aid etdilər. Hansı məsələ bunlara necə od qoyubsa, bütün bunlarla ürəkləri soymayıb uzun illərdir (2015 –ci ildən belə mövsümü müdaxilələri nəzərə almasaq, kiçik redaktələrlə stabil) mövcudluğunu sürdürən, hər cümləsi mötəbər mənbələrə istinad edən, müddətsiz mühafizə altında olan “Zaur Ustac” məqaləsini də siliblər. Bu məsələ bax belə baş verib. Qeyd edim ki, Vikipediyanın Azərbaycan seqmentində fəqliyyət göstərən idarəçilər tərəfindən məsələ araşdırılır. Yəqin ki, tezliklə öz həllini tapacaq.”
Xatırladaq ki, AJB üzvü, tanınmış şair-publisist Zaur Ustac ədəbi yaradıcılığının 30 illiyi münasibəti ilə ”Qızıl Qələm” media mükafatı (2018), il ərzində hərbivətənpərvərlik mövzularında şeirləri ilə müxtəlif KİVdə müntəzəm çıxışına görə “İlin Vətənpərvər Şairi” media mükafatı (2019), AVMVİB-nin üzvü kimi isə “Müharibə veteranı”, “Milli Ordu -100” və “AVMVİB-25 il” medalları ilə təltif olunmuşdur.
Əli Bəy Azərinin “Qəmlibel əfsanəsi” (غملی بئل افسانعسی) adlı povestlər kitabı İran İslam Respublikasında əski əlifba ilə çap olunub. Kitaba “Qəmlibel əfsanəsi”, “Şəhərli qızın dəli sevgisi” və “Çay məcrasını dəyişmədi” povestləri daxil edilib. Xatırladaq ki, “Çay məcrasını dəyişmədi” povesti dövlət mükafatına layiq görülüb. Kitab az tirajla çap olunub, Cənubi Azərbaycan kitabxanalarına və kitab sərgilərinə paylanacaq. Az qismi də Azərbaycan Respublikasının mərkəzi kitabxanalarına veriləcək. Əli bəy Azəri kitabın xarici ölkədə nəşr olunması ilə bağlı öz təşəkkürlərini bildirib: – “Arada vasitəçi olanlara, kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə, xüsusən də təbrizli qardaşımız şair Xosrov Barışana təşəkkürümü bildirirəm.”
Biz də YAZARLAR olaraq, bu xeyirli əmələ vəsilə olan şəxslərə öz adımızdan minnətdarlığımızı bildirir, müəllifi təbrik edirik. Uğurlarınız bol olsun, Əli bəy AZƏRİ !!!