Kateqoriya arxivləri: TƏBRİKLƏR

ŞƏLALƏ CAMALIN AD GÜNÜDÜR!

Şəlalə CAMAL

Bu gün “Yazarlar” jurnalı redaksiya heyətinin üzvü və eyni zamanda yaradıcılıq məsələlri üzrə meneceri, gənc yazar Şəlalə Camalın ad günüdür. Bu xoş gün münasibəti ilə qələmdaşımızı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Şəlalə xanım!


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏNİM ÖMÜR YOLUM

Seymur SÖNMƏZ

Bu gün “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, Samux rayonu üzrə bölgə təmsilçimiz, dəyərli söz adamı Seymur Sönməzin doğum günüdür! Ad günü münasibəti ilə qələmdaşımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Seymur müəllim! Şairin şad günü münasibəti ilə qələmə aldığı şeirini sizə təqdim edirik:

MƏNİM ÖMÜR YOLUM
Boylanıb geriyə baxdım bir anlıq,
Elə bil üstümü duman-çən aldı.
Gözümün önündən keçdi cavanlıq,
Ömrün bir ili də arxada qaldı.
* * *
Nə yaman tez ötdü aylar-fəsillər,
Anlar tufan kimi, yel kimi keçdi.
Durub arxasınca baxdığım illər,
Qarşımdan bulanıq sel kimi keçdi.
* * *
Söykədim üzümü xatirələrə,
Sevdalı çağlarım geriyə döndü.
Zülmətdə qərq olan neçə bənd-bərə,
Mənimlə birlikdə dil açdı, dindi.
* * *
Közərdim təzədən sönmüş ocaqtək,
Nurlu sabahların seyrinə çıxdım.
Yaratmaq eşqiylə çırpındı ürək,
Keçilməz sədləri bir anda yıxdım…
* * *
Duruldum su kimi avazda-səsdə,
Sanmayın ağlımı nəsə çaşdıdı.
Bir il gəldisə də yaşımın üstə,
Məni şeirlərim cavanlaşdıdı.
04.02.2022.

Şeirin müəllifi:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜN MÜBARƏK OLSUN, AYŞƏN BALA – AYTAC İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

AYŞƏN BALA

Şirindir şəkər kimi,
Saçları suray bala.
Özü aydan da gözəl,
Bizim bu Ayşən bala.

Ad günüdür bax bu gün,
9 yaşa qədəm qoyur.
Hələ körpə fidandır,
Böyüyəcək Ayşən bala.

Söz-söhbəti kəm şirin,
Küsəyən, kövrək bala.
İlk nübardır siz bilin,
İlkimizdir Ayşən bala.

Gülüşü dərdlər açar,
Evlərinə gül saçar.
bacısı Günel kimi
Dəcəldir Ayşən bala.

Dərslərində uğurlar,
Gələcəyi nur bala.
Mübarəkdir ad günün,
Ay səni Ayşən bala.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ehtiram İlhamın ad günüdür! -Təbrik!

EHTİRAM İLHAM
AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün – 23 yanvar – gözəl insan, səmimi dost, sevimli şair Ehtiram İlhamın doğum günüdür. Ad gününüz mübarək, Ehtiram müəllim!!! Uca Yaradandan Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

QISA ARAYIŞ

Tanınmış şair Ehtiram İlham 23 Yanvar 1969 – cu ildə vətənimizin dilbər guşələrindən biri olan, sazlı-sözü Oğuz yurdu Tovuzda dünyaya göz açıb. Bakı Dövlət Universitetinin filologiya üzrə məzunudur. Uzun müddət sevimli kanalımız AzTv-də müxtəlif redaksiyalarda çalışıb. Ailəlidir. Hal-hazırda Sumqayıtda yaşayır. Özündən əvvəlki, özündən sonrakı, öz nəslinin ədəbiyyat sahəsində olan nümayəndələrindən özünəməxsus yaradıcılıq üslubu və dəsti-xətti ilə seçilir.

EHTİRAM İLHAMIN YAZILARI

YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

Zaur  USTAC

Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).

HƏYATI
Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir.

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.

Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.

YARADICILIĞI
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir. O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qrumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.

ƏSƏRLƏRİ
Kitabları
”Günaydın “(“Ağçiçəyim”)
“Mum kimi yumşalanda”
”Məhdud həyatın məchul düşüncələri”
”İstəməzdim şair olum hələ mən”
”Gülzar”
”Oriyentir Ulduzu”
”Şehçiçəyim”
“Gülünün şeirləri”
”Balçiçəyim”
”Bayatılar”
”Bərzəxdə”
”Sevin ki, seviləsiz”
“Qəlbimin açıqcası”
“93-ün yayı və ya bir qaşıq qatıq”
“2016”
“Nişangah”
“Ustadnamə”
“Usubcan əfsanəsi”
“Çəhrayı kitab”
“Otuz ildir əldə qələm “
“Əliş və Anna”
“Qələmdar”
“Yaradanla baş-başa”
“Zimistan”
“45” (şeirlər)
“Ülyahəzrət”
“Qədimliyə bürünmüş yenilik”
“Gülüzənin şeirləri”
“Uşaq boğçası”

Tərcümələri
Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”)
Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)

Tədris vəsaitləri
“Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait.
“39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)
“Uşaq boğçası” Məktəbəhazırlıq qrupları və I siniflər üçün vəsait.

MƏQALƏLƏRİ
Zaur Ustac “Dağlar” haqqında
Su — dünyaya açılan bir pəncərədir
“Hərb mövzulu yazılar” I və II
Nəzmi şah və ya Kəmaləddin Qədim
və digər.

LAYİHƏLƏRİ
“Dağlar – 200” (Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə).
“Mübariz – 31” (Milli Qəhrəman Mübariz İbrahimovun 31 yaşı münasibəti ilə)
“Kərəmli – 700” (Şamaxılı memar Əliş Kərəmlinin anadan olmasının 700 illik yubileyi münasibəti ilə)
və digər.


MÜKAFATLARI
Qızıl qələm mükafatı
İlin Vətənpərvər Şairi

ƏDƏBİYYAT
Aida Hacıxanım “Məqam”
Aida Hacıxanım “Ömrün anları”
Aida Hacıxanım “Otuz şeir, otuz fikir”
Gülü “Zaur Ustac”
Qələndər Xaçınçaylı “Taclı şair”
Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə və II hissə
Kamal Camalov “Əliş və Anna haqqında”
Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN ZAUR USTACIN AD GÜNÜDÜR! – TƏBRİKLƏR!

Zaur USTAC – şair, publisist.

Təqvimdə bu gün şair, publisist, “Yazarlar” jutnalının təsisçisi və baş redaktoru, MYK-nın icraçı katibi Zaur Ustacın doğum gündür. Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində (Lenin rayonu) anadan olmuşdur. Ad günü münasibəti ilə redaksiya heyəti və bütün yazarlar adından onu təbrik edir, uzun ömür, can sağlığı, bütün işlərində uğurlar arzu edirəm!

Hörmətlə: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

… qoru bu gecəlik günahdan məni …

Bu gün onun doğum günüdür! – Təbrik edirik!

Tanrının insana bəxş etdiyi istedad, təxəyyül, aldığı təhsil, zəka dərinliyi və itiliyi   cəmiyyətdə tutduğu müəyyən mövqe ilə birləşdikdə ona geniş imkanlar yaradır. Bu sintezi özündə cəmləşdirən insanlar çox vaxt yaradıcı olurlar. Bitirdiyi ali məktəbdən, ixtisasından asılı olmayaraq, Tanrının belə seçilmişləri adətən incəsənətin sahələrindən birinə üz tutur və o sahədə  də peşəkar olurlar. Çünki onların daxili aləmi, ruhu, zəngin təxəyyülü, xəyal və arzuları adi peşəyə sığmır və bir gün  daxili çərçivənin divarlarını uçurub üzə çıxır, artıq həmin şəxsin özünə yox, minlərlə insanın qəlbinə nəinki yol tapır, həm də hakim olur. 

      Belə insanlardan biri bugünkü ədəbiyyatımızda, mətbuatda müstəsna yeri olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı qazi şair, yazıçı, publisist, tərcüməçi Rəfail Tağızadədir. Onun ədəbi yaradıcılığı uzun müddətdir ki, oxucuların diqqətini cəlb edir.  

Rəfail müəlllimin yaradıcılığı çoxşaxəlidir. Hansı janra əl atırsa, orda qeyri-adi, maraqlı bir əsər ortaya qoya bilir. Rəfail Tağızadə poeziyasının pərəstişkarı olduğum, şeirlərini özündən əvvəl tanıdığım üçün bu gün məhz onun lirik düşüncələrinə, zəngin və sərhədsiz poeziya aləminə qısa səyahət etmək istədim.  

Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları – söz sənəti nümunələri yaradır. Yaratdıqca da kamilləşir, müdrikləşir və bu dünyanı dərk etdikcə daxilində bir nigaranlıq hiss edir:

Tabladıq dərdlərə dözənə qədər, 

xərcləndik günləri üzənə qədər,

yaşadıq, bu ömrü çözənə qədər,

gün keçir, ay ötür, könül nigaran – 

yazan şair narahatdır, çünki ürəyi tək özü üçün deyil, cəmiyyət üçün, insanlar üçün vurur, hətta  bəşəri problemləri də düşünür, təhlil edir və müəyyən nəticələr çıxarır.

Rəfail Tağızadəni başqalarından fərqləndirən bir çox cəhətlər var. Ən əsası da odur ki, şair insanın müxtəlif emosional anlarını – sevinci də, kədəri də qeyri-adi  və eyni zamanda çox təbii təsvir edə bilir.   Dilimizdə mövcud olan adi, hər kəsin işlətdiyi sözlərdən yeni mürəkkəb bir aləm yaradıb oxuculara təqdim etməyi bacarir:

Аğаcın yаylığı аyаqlаr аltdа

yеriyə bilmirəm çığırtısındаn.

Çılpаq аğаclаrın əlləri göydə

yаrpаğın sоn duа pıçıltısındаn.

Yеnə gəlib çаtdı pаyız ахşаmı,

yеnə bu könlümdə küləklər əsir,

ахşаm süfrəsində bоş qаlıb bir yеr 

kölgələr dоlаşır, kölgələrdə sirr.

Pəncərə önündə ağac kimiyəm,

xatirə yarpaqlar uçur havada,

ömrün payızında bir xəzan kimi

ayrılıq səs salır yalqız odada.

Tutub boz səmanı qara buludlar,

pərdələr üşüyür bomboz оtаqdа.        

Səmtini itirib, yоlunu аzıb,

cığırlаr о kövrək yаrpаq yаtаqdа.

Payızı hamımız sevirik, onu hər kəs gördüyü kimi təsvir edir. Rəfail Tağızadə isə həm də ilin sonbaharının yaratdığı həzin kədərin həyata, insan varlığına transfer edilməsini mükəmməl izah edir.  Bu da bir fərqlilik, bu da bir bənzərsizlik.

Şairin duyğularını, düşüncələrini poeziyasevərlərə çatdırmaq imkanı olduqca genişdir. Başqalarının deyə bilmədiyini, görə bilmədiyini özünəməxsus, yaddaqalan və  sevilən bir tərzdə demək bacarığı şairin xüsusi istedadından xəbər verir. Rəfail müəllimin poetik fikirlərini bu dərəcədə dəqiq və bənzərsiz çatdıra bilməsi, məncə Allah vergisidir. Sanki bu sözlər, ifadələr ona diktə edilir, hansısa ilahi bir qüvvə onun şeirlərini ölçüb-biçib tənzimləyir, səliqəyə salır və oxuculara məhz bu şəkildə çatdırır. Lakin bununla yanaşı, hər bir söz adamını ətraf mühit, görüb götürdükləri və yaşadığı cəmiyyət formalaşdırır da deyə bilərik. Rəfail Tağızadə də bu baxımdan istisna deyil. Füsunkar Qarabağ torpağında doğulub yaşaması, bir neçə xarici ölkədə təhsilini təkmilləşdirməsi və nəhayət, birinci Qarabağ müharibəsi iştirakçısı olması qazi şairin insan kimi formalaşmasında və gələcək yaradıcılığında böyük rol oynayıb. “Şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusan”, – deyib məşhur rus şairi N.A.Nekrasov. Rəfail Tağızadə məhz vətəndaş olmaq borcunu layiqincə yerinə yetirdiyinə görə şairliyini bu zirvəyə qaldıra bilib. Zahirən həmişə sakit, təmkinli, mülaym görünən bu insanın daxilində ciddilik, bəzən yerində biruzə verilən sərtlik də var. O, heç vaxt, heç nəyə görə heç kimə və heç nəyə əyilmir. Başını yalnız Tanrı qarşısında əyən insanlar başqalarının gözündə ucalır. Hansı tədbirdə olursa olsun, hansı məclisdə iştirak edirsə etsin, Rəfal Tağızadə həmişə dərin ehtiramla qarşılanır. Çünki həmişə nə dediynin, nə danışdığının və nə etdyinin fərqindədir.

“Mən öz əsgərlərimi balalarım qədər, bəlkə bir az da çox sevirdim”, – deyir keçmiş döyüşçü Rəfail Tağızadə. Elə bu bir cümlə onun nə qədər dərin, genişürəkli, qayğıkeş, mərhəmətli, məsuliyyətli və vətənpərvər olmasının danılmaz sübutudur. 

Eldən, obadan uzaq düşən insan kövrək olsa da, dərd, kədər, həsrət onu bərkidir, dözümlü edir. Rəfail müəllim uzun müddət yurd həsrəti ilə yaşayıb. Bəlkə də, qazi olmasaydı, müharibənin dəhşətlərini görməsəydi, yurd itirməsəydi, el-oba həsrəti yaşamasaydı, belə yanğılı, ağrılı yazmazdı:

Bu gün tоy qurulub, tоy, Qаrаbаğdа,

qоl-qıçlаr qışqırır, оy, Qаrаbаğdа.

Bu qаzi tоyundа, bu ər tоyundа,

rəqs meydаnınа nidаlаr qоyаn 

tək qıçı üstündə оynаyаn оğlаn,

bu gecə tək qаlаn qıçın оynаyır.

Оturub оrtаdа qаrа ciyər bəy,

sаğdişi аyаqdı, sоldişi qоldu,

dаğlаrа dırmаnаn uzаnаn yоldu,

sürünə-sürünə bаrmаqlаr gəlir,

аtlаnа-аtlаnа pəncələr gəlir,

qоllаr rəqs eləyir, qıç təpik çаlır,

оynаyıb yоrulаn əl çəpik çаlır.

Hərdən hаlаy vurub yаllı gedirlər,

bir pəncə оrtаdаn çıхmаq istəmir

qаlаn bаrmаğındаn süzülür təri,

sevinc tər içində bоğur kədəri…

Şəhid Qаrаbаğdа tоydu bu gecə.

Bu qаzi tоyundа, bu ər tоyundа,

yerində оynаyаn süzənindən çох,

yerdən təbrik edən gəzənindən çох,

sаqqаllı gələni bəzənəndən çох.

Bu qаzi tоyundа, bu ər tоyundа,

tək əl оvcun döyür çəpik yerinə, 

çəliklər səs sаlır təpik yerinə.

Qаzilər оynаyır, qаzilər indi –

bаşlаrı üstündə qоltuq аğаcı,

yellənir bоş, qıçsız şаlvаr bаlаğı.

Bu qаzi tоyundа, bu ər tоyundа.

Bu gün bəy оturub bаyrаğın аltdа,

bu qаzi tоyundа, bu ər tоyundа.

Bu qаzi tоyundа, bu ər tоyundа

qоl qаlхır, qıç qаlхmır оynаyа о dа,

ötən  günlərini sаlа bir yаdа.

Dоlаşаn ruhlаr dа оynаyır bu gün,

itən аrzulаr dа оynаyır bu gün,

bu qаzi tоyundа, bu ər tоyundа.

Bu qаzi tоyundа, bu ər tоyundа,

çəngəllər, bıçаqlаr əllərdən аrtıq,

susаnı  dаnışаn dillərdən аrtıq…

Göylərə ucаlаn tək qоl оynаyır

yаnındа оynаyаn bir хəyаl qоllа,

yоl gedir, yоl gedir bir kölgə yоllа.

Аnаnın yоl çəkən gözləridi bu,

оğlunа söz qоşаn sözləridi bu.   

Səngərdən dаğlаrа uzаnаn аğ yоl,

sоnundа qаliblər dаyаnаn аğ yоl,

bu gecə yоl gedən tək аyаqlılаr

döyüşə səsləyir ayaqlıları,

bu qаzi tоyundаn, bu ər tоyundаn.

Belə tükürpədici misralardan istfadə edərək bir qədər irreal təsvirlə poeziyasevərləri vahimələndirməyi bacarmaq hər söz adamına nəsib olmur. Belə şeirlərdə abstrakt rəsmlərdə olduğu kimi min bir rəngin çaları var, ancaq oxucu şairin önə çəkdiyi fikrin rəngini görə bilir, çünki şair təfəkkürü oxucunu məhz o fikrə cəlb etməyi bacarır. Bir sözlə, yaradıcı insan istedadlı olduqda meydana əsl sənət əsərləri çıxarır. Rəfail Tağızadənin hər kiçik şeiri belə bir  əsərdir. Təsirli, yadda qalan əsər…

Türk mütəfəkkiri Əlişir Nəvai yazırdı:

Sözlərdə bir yalan gizlənsə əgər, 

Bizə yanlış gəlir, hec bəyənmirik.

Bir müdrik bir şeir yazarsa əgər, 

Yalanı da görsək qüssələnmirik. 

Şeir, söz, kəlam, uğurlu fikir çox böyük qüvvədir. Yetər ki, sözü anlayan, duyan olsun. Əsl şair oxucunu yalana da inandırmağı bacarmalıdır. Mənə elə gəlir ki, həqiqət dolu şeirləri ilə bərabər Rəfail Tağızadə fantastik, uydurma bir əsər də yazsaydı, yəni yalan da söyləsəydi, biz ona inanardıq. Çünki onda oxucunu sözlə ovsunlamaq gücü, poetik düşüncə ilə insanı ələ almaq istedadı var.  

Şairin şeirləri ürəyə, ruha yaxın olduğundan onların məna qatlarına vardıqca istər-istəməz gözlərimiz dolur. Kədərdənmi, sevincdənmi, fərəhdənmi, yoxsa bu qədər Vətən eşqli, millət, torpaq, insan  sevgili şairin sənə, sənin millətinə, xalqına məxsusluğundanmı? Bu, sözün belə izah etməyə gücü çatmadığı qürur hissidir. Fərqi yoxdur, əsas odur ki, oxucu şairini şeirləri ilə tanıyır, onunla yaxınlaşır, doğmalaşır. 

Dəqiq bilirəm ki, Rəfail müəllim həmişə ya ən yaxşı bildiyini, ya da heç kimin və yaxud çoxunun bilmədiklərini yazır. Çünki o, əvvəlcə yazdığı mövzunu dərindən dərk edib müəyyənləşdirir, sonra da sözləri bir-birinin ardınca elə düzür ki, onun məharətinə heyran olursan. Şairin elə “Qoru məni” şeirini oxumaq kifayətdir ki, onun istedadının və həddən artıq diqqətli müşahidə qabiliyyətinin şahidi olaq:

Bu gecə yuxumu ərşə çəkdirən                

dərdlər göy əskiyə bükəcək məni. 

Tutub öz əlimlə, dırnaqlarımla,

hələ codlaşmamış barmaqlarımla

məni öz qanıma boyuyacaqdı.

Sonra maddım-maddım baxıb üzümə

bu dərdi taleyə bağlayacaqdı.

Qanımı dondurub, səsimi kəsib,

küyümü içimdə saxlayacaqdı.

Arzular qurtarmır, güman yetişmir, 

uzanan əlimə ümman yetişmir.

Sən məni dənizin üstünə çıxar,

istərsən yeriyib gedim bu yerdən.

Məni utandırma özüm-özümdən.

Açın bu gecənin qapılarını.

Udacam gecəni hava qarışıq,

bu dəniz qarışıq, səma qarışıq,

ulduzlar qarışıq, o Ay qarışıq.

İlahi, sən məni günahdan qoru,

məni utandırma gecə yanında,

bu dəniz yanında, o Ay yanında,

məni utandırma Onun yanında.

… qoru bu gecəlik günahdan məni,

qoru bu gecəlik qınaqdan məni… 

Rəfail Tağızadənin şeirləri qəlbin simlərinə toxunub titrədən mizrab kimidir. Bu mizrabı şair o qədər ustalıqla, məharətlə işlədir ki, hərdən lap sarı simə də toxunur. Bəzən şeirin bir misrası, sanki şeirdən ayrılıb sənin olur, onun sənin qəlbin üçün nəzərdə tutulduğunu sanırsan. Sanki, sən illərdir məhz o misranı axtarır və məhz Rəfail Tağızadə şeirində tapdığını düşünürsən. Əgər hər kəs şeirlərdən özünə bir misra götürərsə, şeir yaşayar, yaddaşlarda əbədi qalar və hər dəfə kimsə  “bu misralar Rəfail Tağızadəyə məxsusdur!”, – deyə bilər.

Ümumiyyətlə, mənə elə gəlir ki, hər bir yaradıcılıq məhsulunun mənbəyi, təməli gözəllikdir. Gözəlliyi görməyənlər, sevməyənlər, ona biganə olanlar heç vaxt uğur qazana bilməz. Vəsf etmək bacarığı yalnız gözəlliyi görənlərə, duyanlara, dəyərləndirənlərə məxsusdur. Rəfail Tağızadə çox dərinlikdə yerləşən, heç kimin görə bilmədiyi incəliyi, gözəlliyi həssaslıqla sezə bilir. Sanki, şair dünyaya gözləri ilə deyil, həssas qəlbi ilə baxır. 

Həqiqi sözə vurğun olmağı Tanrının lütfü, tapşırığı kimi qəbul edənlər təkcə aydın, işıqlı düşüncənin diqtə etdiklərini deyil, həmçinin çoxlarına dolaşıq, qarmaqarışıq təsir bağışlayan hissləri də bir yerə yığıb cilalayır, sistemləşdirir və oxucuya təqdim edir. Elə şair var ki, hansısa məlum bir fakta sözlə bəzək-düzək verib şeirə çevirir. Eləsi də var ki, yazacaqlarını ürəyinin süzgəcindən keçirib bizə təqdim edir. Belə şairlər şeirlərində sözlərə ən sonda əl atırlar, çünki   sözlərdən əvvəl hislər gəlir. Rəfail müəllim məhz hisslərlə sözün vəhdətindən ilahi poeziya yaradan şairdir. Onun şeirlərində əsas yer hislərindir. 

Əslində, Rəfail Tağızadə sevgi şairidir. Onun yazdıqlarında bir dənə də olsun sevgisiz şeir yoxdur. Tanrıya olan imanı və sevgisi ona sevmək və sevilmək kimi gözəl neməti də bəxş edib. Vətən, doğma el-oba, ailə, gözəllik, bəşər sevgisi yaşadır Tağızadə poeziyasını:

Götürüb gedirəm səni özümlə

gecənin ən sakit, gizlin yerinə.

Qıymaram mən sənə könlümdən başqa          

bir baxış toxuna, yerin bilinə.

Mən səni köksümə sıxıb apardım,

bürüdüm hissimin burulğanına.

Bir də görərsən ki, qaçıb üzümdən

dodağım qonubdu dodaqlarına.

İlahi, sən bunda cazibəyə bax!

Bu sevgi özümdən qoparır məni.

Bu xumar gecədə bədirlənən Ay, 

salıb işığına aparır məni.

Şairin ”Götürüb gedirəm səni özümlə” şeirindəki incəlik, gözəllik oxucunu yaxşı mənada təəccübləndirir. O incəlik, gözəllik, ilahi sevgi şairin özünə, eləcə də bizə ”İlahi, sən bunda cazibəyə bax!” dedirtməyi bacarır.

Ömrümüzün bütün fəsillərindəki ayrı-ayrı məqamlar – sonbaharda yarpaq tökümü, qışın oğlan çağında yağan bəmbəyaz qar, baharın çiçəkləyən ağacı və yayın rəngarəng çiçəkləridir  Rəfail Tağızadə poeziyası. Onun şeirləri insanı gah xoş ətir qoxusu kimi bihuş edir, gah da güclü bir ağrıkəsici kimi təsir edib sakitliyə, sükuta qərq edir.

30 ildən çoxdur ki, Qarabağ dərdi, Qarabağ həsrəti hamımızın ürəyinə sağalmayan çatlar qoyub. Hər birimiz bir cümlə ilə də olsa bu yaraya toxunduq, ondan yazdıq, ancaq Rəfail Tağızadə bu dərdi yaşayaraq qələmə aldı. Səngərdə vuruşaraq, ətrafında ölüm görərək, yaxınını, doğmasını itirərək yazdı. Yazdı və yeni “Qarabağnamə”lər yaratdı. Tək əsər kimi yox – həyatıının, ömrünün bir hissəsi kimi. Şairin Qarabağ təəssüratları və düşüncələri, məncə ayrıca bir yazının mövzusu olmalıdır.

Yaradıcılığının ən maraqlı və məhsuldar dövrünü yaşayır Rəfail Tağızadə. Bir zaman Qarabağ həsrətindən yazan qazi şairimiz indi qələbədən, zəfərdən, azad Ağdamdan, azad Şuşadan yazır və yazacaq da. Onun Ağdama, Şuşaya səfərindən – cənnət Qarabağa müqəddəs ziyarətindən sonra yazdığı esselər, publisistik yazılar da şeirləri, poemaları qədər dərin mənalı və möhtəşəmdir. Məhsuldar və çalışqan yazarımıza –  eyni vaxtda bir necə işi mükəmməl icra etməyi bacaran bu insana uğurlar  arzu edir və səbirsizliklə yeni əsərlərini gözləyirik.                           

Əllərində bir dəniz, 

gözlərində bir röya,                               

yanağın bir ay kimi

işıq salır gözümə,

barmaqlarım dalğatək

telində dalğalanır,                 

saçının həzin mehi 

üzümdə sığallanır,

mənə dikilən baxış

tökülür üz-gözümə

mehriban xəyal kimi,

durub baxıram sənə

dili donmuş lal kimi,

bir ömürlük arzular

damla-damla süzülür 

o qönçə dodaqlardan

ürəyimə bal kimi

necə də gözəl həyat, 

sığın bu sinəmə, yat.

Belə bir incə və həzin duyğulu misralarla bitirmək istədim şairin poetik dünyasına etdiyim qısa ekskursu. Əminəm ki, gələcəkdə Rəfail Tağızadə yaradıcılığı bir çox tədqiqatların mövzusu olacaq…  

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

>>>>>>>TUNCAY ŞƏHRİLİ<<<<<<<<<<

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru