Kateqoriya arxivləri: VİDADİ TURAN AĞDAMLI

AĞDAMLILAR, GƏLİN GEDƏK AĞDAMA

VİDADİ TURAN AĞDAMLI

AĞDAMLILAR, GƏLİN GEDƏK AĞDAMA
Yenə həsrət gəlib qapımı döydü.
Ağdamlılar, gəlin gedək Ağdama.
Dördyoldan ötərək,Xaçından keçək.
Duz səpildi bu qan verən yarama.
Ağdamlılar, gəlin gedək Ağdama.
* * *
Çinar kölgəsində Qərvənddə düşək.
Kəhrizin suyundan doyunca içək.
Lalə həsrəyiylə zəmiyə girək.
Bənövşəni üzüb taxım yaxama.
Ağdamlılar, gəlin gedək Ağdama.
* * *
Gülçülükdə qızılgülü iyləyək.
Vətən deyib ordan vətən səsləyək.
Göytəpədə yatıb bir az dincələk.
Minim Konzovadda kəhər atıma.
Ağdamlılar, gəlin gedək Ağdama.
* * *
Ana layla desin Uzundərədə.
Neçə şəhid yatır bu doğma eldə.
Onları bir anaq yanan ürəkdə.
Həsrət qılınc vurub dərdli bağrıma.
Ağdamlılar, gəlin gedək Ağdama.
* * *
Bilirəm küskündü Əhmədağalı.
Bizi qarşılar Keşdazdı, Qiyaslı.
Ətyeməzli bağı olub gilaslı.
Yaman düşüb o bağlarım yadıma.
Ağdamlılar, gəlin gedək Ağdama.
* * *
Girək o möhtəşəm gözəl elimə.
Səs versin minacət mənim səsimə.
Baxaq tarmar olan din evimizə.
Baxıb çay evinə dostum sızlama.
Ağdamlılar, gəlin gedək Ağdama.
* * *
Natavanım imarətdə nigaran.
Bizə dağ çəkibdi bu acı devran.
Bazarın yerində qalıbdı al qan.
Baş çəkim dağılan o yurd-yuvama.
Ağdamlılar, gəlin gedək Ağdama.
* * *
Qarağacı heç yoxuymuş diyəsən.
Məzarların yerin düzən görərsən.
Bir dosluq tərəfə əgərki getsən.
Üzüm muzeyinə baxıb ağlama.
Ağdamlılar, gəlin gedək Ağdama.
* * *
Dram ocağının daşı qalmayıb.
Muradbəyli sanki burda olmayıb.
Qeyb olan şəhərə ürək ağlayıb.
Necə ağır gəlir bunlar adama.
Ağdamlılar, gəlin gedək Ağdama.
* * *
Sarı təpə bir xəyaldı tapmıram.
Kuybişevdə dosları axtarıram.
Fərhadin büstünə hələ yanıram.
Abidəmiz yoxdu dostum arama.
Ağdamlılar, gəlin gedək Ağdama.
* * *
Məktəblərin yeri otlaq olubdu.
O güllü bağçalar artıq solubdu.
Ana oğul deyib saçın yolubdu.
Necə sığışdırım bunu arıma.
Ağdamlılar, gəlin gedək Ağdama.
* * *
Şahbulaq dağından qan iyi gəlir.
Asfalt yollarımda qanqallar bitir.
Ay allah vətənə bizləri yetir.
Vidadiyəm yığışın harayıma.
Ağdamlılar, gəlin gedək Ağdama.
Bakı 22-03-2015.

Müəllif: VİDADİ TURAN AĞDAMLI

VİDADİ TURAN AĞDAMLININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru