Zaur Ustac – Kitab Adam

Zaur Ustac – Kitab Adam

Zaur Ustac – 50

Ədəbiyyat dünyasında hər bir yaradıcı insanı müəyyən bir simvol, bir obrazla təsəvvür etmək olar. Kimisə şeir adamı, kimisə qələm adamı, kimisə də söz adamı adlandırırıq. Zaur Ustac isə bütün bunlarla yanaşı, xüsusilə “Kitab Adam” obrazı ilə seçilir. Bu təsadüfi deyildir. Çünki onun yaradıcılığına, həyatına və ictimai fəaliyyətinə diqqət yetirdikdə, kitab anlayışının onun üçün sadəcə yazılı söz deyil, bütöv bir yaşam fəlsəfəsi olduğu aydın görünür.

Zaur Ustac kitabı həm müəllif, həm oxucu, həm də təbliğatçı mövqeyində yaşadır. O, yazdığı əsərləri ilə oxucunu düşündürür, klassik irsi təbliğ etməklə milli-mənəvi dəyərləri qoruyur, gənclərin kitaba marağını artırmaqla isə gələcəyin maarifçi yolunu işıqlandırır. Bu baxımdan “Kitab Adam” ifadəsi onun şəxsiyyətini və yaradıcılıq missiyasını ən dolğun xarakterizə edən anlayışdır.

Onun qələmindən çıxan əsərlər müxtəlif mövzuları əhatə etsə də, hər birinin mərkəzində insan, insanlıq və milli kimlik dayanır. Kitab onun üçün sadəcə oxunacaq mətn deyil, həm də gəncliyin mənəvi mayası, düşüncənin güzgüsü, yaddaşın qoruyucusudur. O, bu amal uğrunda çalışaraq, kitabın sadəcə rəfdə qalmasına razı olmur, onu oxucu ilə ünsiyyətə gətirir, canlı dialoqa çevirir.

Zaur Ustacın “kitab adamlığı” həm də bir maarifçilik missiyasıdır. O, müasir dövrdə informasiyanın sürətlə dəyişdiyi, virtual dünyanın insan şüuruna hökm etdiyi bir zamanda kitabın əhəmiyyətini xatırladır, onu əbədi dəyər kimi təqdim edir. Onun fəaliyyəti göstərir ki, kitabdan uzaqlaşmaq insanı öz kökündən, öz yaddaşından uzaqlaşdırmaq deməkdir.

Obrazlı şəkildə desək, Zaur Ustac kitabı sadəcə oxumaz, kitabla nəfəs alar, kitabla danışar, kitabla düşünər. Onun hər bir çıxışı, yazısı, təşəbbüsü sanki bir çağırışdır: “Kitab oxu, çünki kitab insanın özü qədər vacibdir.” Bu mövqeyi ilə o, həm müəllif, həm oxucu, həm də təbliğatçı olaraq kitabı yaşadan bir şəxsiyyət kimi cəmiyyətə nümunə olur.

Beləliklə, Zaur Ustacın “Kitab Adam” adlandırılması sadəcə bir metafora deyil, onun həyat tərzini, yaradıcı yolunu və milli-ictimai fəaliyyətini əks etdirən reallıqdır. Çünki o, sözün, qələmin və kitabın gücünə inanır və bu inamla cəmiyyətin düşüncə sərhədlərini genişləndirir.

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac gənclərin gözü ilə

Zaur Ustac gənclərin gözü ilə

Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti, üslubu və mövqeyi ilə seçilən şair və yazıçı Zaur Ustac, təkcə poetik sözün sehrində deyil, həm də gənclərin düşüncə dünyasında xüsusi bir yer tutur. Onun yaradıcılığına gənclərin gözü ilə baxdıqda, bir neçə əsas məqam üzə çıxır: vətənpərvərlik ruhu, milli-mənəvi dəyərlərə sədaqət, sözə və kitaba bağlılıq, həm də müasir çağırışlara cavab verən düşüncə azadlığı.

Gənclər üçün Zaur Ustac hər şeydən əvvəl “kitab adam” obrazıdır. Bu sadəcə bədii epitet deyil, onun həyat tərzini və yaradıcı dünyasını ifadə edən bir anlayışdır. Çünki Ustacın fəaliyyəti həm də oxu mədəniyyətinin, kitab sevgisinin, sözə ehtiramın təbliği üzərində qurulub. Bugünkü gənclik, sosial şəbəkələrin, qlobal informasiya axınının təsiri altında bəzən kitaba arxa çevirdiyi bir zamanda, Zaur Ustac “sözün abidəsini” gənclərə təqdim edir. Onun şeirləri, publisistik çıxışları və kitabları yeni nəslə həm ədəbiyyat sevgisi aşılayır, həm də milli kimliyi xatırladır.

Zaur Ustacın əsərlərində ana mövzusu daima ön planda dayanır. Gənclərin gözü ilə baxanda bu motiv, onların gündəlik həyatında unudulmaq üzrə olan ən böyük dəyərlərə – valideyn sevgisinə, ailə bağlarına, insani münasibətlərə qayğı göstərmək çağırışı kimi qəbul olunur. Onun “Ana” mövzusunda yazdıqları, gənclərdə həm duyğu dərinliyi yaradır, həm də onları ailəvi dəyərlərin qorunmasına yönləndirir.

Digər tərəfdən, Zaur Ustacın yaradıcılığında “Bütöv Azərbaycan” ideyası xüsusi bir xətt kimi keçir. Gənclərin dünyagörüşündə bu ideya yalnız siyasi və ya tarixi anlam daşımır, həm də milli birliyin, dilin, mədəniyyətin qorunmasının, qloballaşma qarşısında özünü itirməməyin çağırışı kimi qəbul olunur. Onun bu istiqamətdəki fikirləri gənclərə öz milli kimliklərini unutmadan dünyaya açılmağı öyrədir.

Gənclərin Zaur Ustaca baxışında bir mühüm məqam da onun sadəliyidir. O, mürəkkəb ədəbi formullarla yox, sadə, aydın, anlaşılan dildə danışır. Bu isə gənclərə özlərini ifadə etmək üçün nümunə rolunu oynayır. Onun şeirlərindəki səmimiyyət gənclərin daxili dünyası ilə üst-üstə düşür, onları düşünməyə, yazmağa, yaradıcılığa təşviq edir.

Əslində, Zaur Ustac gənclərin gözü ilə həm bir müəllimdir, həm bir dost, həm də bir yol göstərici. Onun sözü gənclərə “öz kökünü unutma”, “kitabı sevin”, “dilinizi qoruyun”, “Vətəni sevin” mesajı verir.

Bugünkü Azərbaycan gəncliyi üçün Zaur Ustac, sözün gücü ilə milli düşüncəni, milli sevgini yaşadan, eyni zamanda müasir dünyada öz mövqeyini qorumağa çağıran bir yaradıcı şəxsiyyətdir.

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dahi bəstəkar ana dilimizin də himayədarı idi

Üzeyir bəy Hacıbəyli – 140

Zaman-zaman Azərbaycanın dahi şəxsiyyətləri, böyük söz, sənət xadimlərimiz müqəddəs ana dilimizin qorunması yolunda böyük işlər görüb, mübarizə aparıblar. Belə şəxsiyyətlərdən biri də dünya şöhrətli dahi bəstəkar, mahir publisist, dramaturq, pedaqoq, alim, akademik, ictimai xadim, xeyirxah insan Üzeyir Hacıbəylidir.

Üzeyir bəy bütün həyatı boyu ana dili məsələlərinə xüsusi diqqət yetirmiş, yorulmadan mübarizə aparmış və silsilə məqalələr yazmışdır. Böyük dühanın əqidəsincə, bir millətin varlığının əsas amili onun dilidir. Ona görə də bütün xalq və ilk növbədə də ziyalılar, alimlər doğma dilini qorumağı bacarmalı, inkişafına nail olmalı, onu yad ünsürlərdən hifz etməlidirlər.

Böyük ziyalı öz məqalələrində dəfələrlə ana dilimizin saflığı məsələsinə, bu dilin yad sözlərdən təmizlənməsinə, sırf Azərbaycan türkcəsi olmasına çalışıb. Bu xüsusda onun “Bir xanım əfəndinin bizlərə hüsni – təvəccöhi” məqaləsi maraqlıdır. 20 yaşlı mühərrir bu məqaləni 1905-ci il 10 sentyabr tarixli “Həyat” qəzetinin 62-ci sayında “Üzeyir” imzası ilə dərc etdirib. Burada gənc jurnalist “Peterburqskiye vedemosti” qəzetində Maqda Neyman adlı bir yazarın ana dilimiz əleyhinə böhtanına öz nifrətini bildirib, ona kəskin cavab verib.

Növbəti ildə ana dilinin tədrisi zərurətini irəli sürən Üzeyir bəy Hacıbəyli bir-birinin ardınca 3 məqalə yazıb. Bu məqalələr “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” sərlövhəsi altında “İrşad” qəzetinin 1906-cı il 15, 16, və 20 fevral tarixli saylarında “Üzeyir bəy Hacıbəyov” imzası ilə dərc edilib. Həmin yazılarında Üzeyir bəy ana dilini bilməyənləri istehza ilə “zavallı” adlandırır və bu qisim insanlara ana dilini öyrənmək üçün yollar göstərib. Və bir daha xüsusi olaraq vurğulayıb ki, “…Avropa dillərinə vaqif olan zat, öz dilini də mükəmməl surətdə bilsə, hər bir cəhətdən millətə artıq nəf gətirər”.

Təbii ki, Üzeyir bəy heç vaxt çox dil bilməyin əleyhinə olmayıb. Lakin öz doğma dilini bilməyib ərəb, fars, rus, ingilis, fransız dillərində “bülbül kimi ötənlərə” istehza ilə gülüb, buna qarşı barışmaz olub. Böyük sənətkar özü Azərbaycan dilini, təhsil aldığı rus dilini bütün incəlikləri ilə bilməklə yanaşı, bir neçə dilə – ərəb, fars, türk, tatar, gürcü, ləzgi, fransız dillərinə də bələd olub, bu dillərdə sərbəst danışıb. Ona görə də dil məsələsinə tez-tez müraciət edib, Azərbaycan türkcəsini mükəmməl öyrənmək üçün xalqına faydalı məsləhətlər verib.

Üzeyir bəy özünün “Üsuli-təbii” (Müəllim Əli cənablarına müxtəsər cavab) yazısında qeyd edirdi: “Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişdir ki, türk dilində “hansı ki”, “hansılar ki” sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər rusun “kotorıy” kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istemalı lüzumsuz bir ağırlıqdır”.

Qəribədir ki, qeyd etdiyimiz bu fikirlərin üstündən bir əsrdən çox zaman keçməsinə baxmayaraq, bu gün də həmin ifadələr işlənir. “Belə deyək” kəlməsi də o qəbildən olan bir ifadədir. Belə çıxır ki, söz sərrafları olan ustadlarımızın bizim üçün örnək ola biləcək fikirlərini qulaqardına vurmuşuq.

Üzeyir bəy Hacıbəyli “Tərəqqi”, “Həqiqət” və “İqbal” qəzetlərindəki məqalələrində bu məsələlərdən geniş bəhs edib. Məsələn, “Dilimizi korlayanlar” məqaləsində dili xətalı axundla artisti bərabər qoyaraq yazırdı:

“Axund belə danışır : –Zamani ki, mən burada əklətmişəm, hərgah bir şəxs ki, onun zahiri və batini mənə məlum olmayan surətdə qapıdan daxil olub içəri girdi və mənə salam verdi, hansı ki, mənə aiddir və yainki, aid dögül, onda yəqinlik hasil etmək xaric əz məkandır, mənə fərzdir ki, mən onun salamının cavabında deyəm ki, əleykəssalam!

Axund belə demək istəyir ki, tanımadığın bir adam sənə salam versə, salam almaq sənə borcdur. Amma farsdan tərcümə eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür…

Artistlər də bizim dilimizi bu sayaq korlayırlar: “Bu gün Tağıyevin teatrında oynanılacaqdır suznaq bir faciə “ Gaveyi – ahəngər ”. Fasilələrdə çalacaq tarzən və oxuyacaq xanəndə, filanın rolunu oynayacaq məşhur filan artist”…

Uşaq bazara gedib qoz alır və evə qayıdıb anasına deyir ki, “Ana, bazardan qoz aldım”. Amma artist bazardan qoz alıb qayıtsa, anasına belə deyər: “– Ana , bazardan aldım qoz”. Teatrlar üçün yazılan elanları savadlı bir adama həvalə etsəydilər, çox əcəb olardı”.

Üzeyir bəy Hacıbəyli fəaliyyəti boyu dilimizin təmizliyi, səlistliyi, sadəliyi, yad sözlərdən qorunması yolunda mübarizə aparmış, müxtəlif üsullardan istifadə edərək onu xalqa çatdırmışdır. Böyük mütəfəkkir yazırdı: “Dilimizin firəng dili Yevropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk – Azərbaycan dili ilə danışmağa məcbur olduğunu (Yevropaya və müttəfiq dövlətlərə ) isbat etməliyik. (“Azərbaycan” qəzeti, 1 dekabr 1918-ci il).

Böyük ziyalı olan Üzeyir bəy 1920-ci ildə “Azərbaycan” qəzetində “Çı” imzası ilə dərc etdirdiyi “Zurna” adlı felyetonunda ana dili məsələsinə belə toxunurdu: “Anama dedim ki, gəl səni aparım parlamana. Dedi: Parlaman nədir? Dedim: Parlaman, yəni məclisi-məbusan. Dedi: Məclisi-məbusan nədir? Dedim: O bir məclisdir ki, orada məmləkətimiz üçün qanunlar düzəldirlər və ondan başqa hər nə böyük və kiçik qulluqçularımız var, hamısının əməllərinə baxırlar. Dedi: Ona bizdə divanxana deyirlər. Dedim: Sən deyən olsun, getdik və arvadlara məxsus olan lojalardan tamaşaya başladıq”.

Dialoq bu qaydada xeyli davam edir və suallarının cavabından heç nə anlamayan ana eşitdiyi qəliz söz və ifadələrin öz doğma dilində sadə və daha anlaşıqlı qarşılığını misal gətirir. Müəllif sonda yazır: “Gördüm ki, anam çox bilicidir, dedim, ay ana, kaş ki, sən mənimlə bütün idarələrimizin hamısını gəzib, hər kəsə özünə görə ad qoyaydın və bizə ana dili öyrədə idin…”

Üzeyir bəy öz bədii əsərlərində – istər “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarında, istər operalarına yazdığı librettolarda, istərsə də publisistik yazılarında ana dilimizin bütün qanunlarına riayət etmiş, onun gözəlliyini, zərifliyini qoruyub saxlamış, hətta bəzi kəlmələrlə, məsələn “Heç hənanın yeridir!”, “Tarixi-Nadiri yarıya qədər oxumuşam”, “O olmasın, bu olsun”, “Bir nəfər molla, üç manat pul, bir kəllə qənd”, “Pulun var, gələrəm”, “Bəs mənim bir abbasım?”, “Əşi, siz gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa arvaddır?”, “Mən dul, sən dul” və sair bu kimi zərb-məsələ dönmüş ifadələrlə dilimizi zənginləşdirib.

1977-ci ildə Almaniyada yaşayan Cənubi Azərbaycandan olan soydaşımız Eldost tərəfindən Üzeyir bəy Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edən kitab işıq üzü görüb. Orada Eldost yazır ki, “Məşədi İbad” əsəri Azərbaycan dilinin şirin, mənalı, gözəl ifadələri və məsəlləri məcmuəsidir. Bu ifadələr bir tərəfdən dilimizin zəngin, mükəmməl bir dil, o biri tərəfdən isə Üzeyir Hacıbəylinin xalq dilinə bağlı və yüksək qələm sahibi olmasını nümayiş etdirir.

Ümumiyyətlə, böyük sənətkarımız, eyni zamanda, Azərbaycan dilinin sərrafı olan qüdrətli bir dilçi idi. Sankt-Peterburq İncəsənət Tarixi İnstitutunun professoru Yevgeni Braudo Üzeyir bəy Hacıbəylini “xalq musiqisinin böyük dilçisi” adlandırıb.

Üzeyir bəy həm də ədəbiyyatımızın azman dilçisi idi. Ana dilimizi müqəddəs bilərək onun keşiyində ayıq-sayıq dururdu. Dilimizlə bağlı bütün yazıları oxuyurdu. Ona xələl gətirə biləcək mətləblərin qarşısını vaxtında alırdı.

Bu barədə akademik Məmməd Arif Dadaşzadənin dediklərindən: “Bir dəfə S. Rəhimovun dilini tənqid etmişdim. Məqalə çıxandan sonra mənə dedilər ki, Üzeyir bəy səni axtarır, ona zəng elə. Mən bir qədər təşvişə düşdüm. Görəsən, Üzeyir bəy məni nə üçün axtarır? – deyə düşündüm. Zəng vurdum, dedi ki, Arif, bir mənim yanıma gələrsən. Getdim, içəri girəndə gördüm ki, mənim məqaləm onun stolunun üstündədir. S.Rəhimovun dilindən gətirdiyim sözlərin altından qırmızı qələmlə xətt çəkmişdi. Salamlaşdıq, oturdum. Dedi ki, məqalən pis deyil, xoşuma gəldi. Amma S. Rəhimovun dilindən gətirdiyin sözlərlə səninlə razılaşmaq çətindir. Əgər sən Bakıda və onun ətraf kəndlərində az işlənən, lakin rayonların bir çoxu üçün xarakterik olan bu sözlərin əleyhinə gedirsənsə, bununla da ədəbi dilimizi yoxsullaşdırmırsanmı? Bəs az işlənən və işlənilməyən bu sözləri yazıçılarımız bədii əsərlərdə işlətməsələr, necə olar? Mən razılaşdım və səhvimi başa düşdüm” (Ələkbər Məmmədov, “Nur karvanı” kitabı, Bakı – 2003, səh. 138).

Bəzən Üzeyir bəy Hacıbəylinin həyat fəlsəfəsi insanı yaxşı mənada heyrətləndirir. 63 il yaşamış bir şəxs bu qədər işin öhdəsindən necə gəlmişdir? –deyə düşünürsən. Və belə qənaətə gəlirsən ki, doğrudan da, onda peyğəmbər qüdrəti varmış. Əks halda adi insan onların öhdəsindən gələ bilməzdi. Dahi insan dahiyanə işlər görmüş, məşğul olduğu bütün sahələrə olduğu kimi, dilçilik elmimizə də öz əvəzsiz töhfələrini vermişdir.

Səadət QARABAĞLI,
üzeyirşünas

Людмила Хитяева – Я родилась от большой любви

“…Я родилась от большой любви. Папа и мама прожили вместе шестьдесят четыре года и обращались друг к другу только Ванечка и Верочка. В нашем доме никогда никого не обсуждали и не осуждали. И люди знали: за помощью надо бежать к Хитяевым.
Мне было полгода, когда однажды в дверь квартиры постучали. Открыв, мама увидела на площадке мужчину в грязной, изношенной до дыр одежде.
— Только что освободился из лагеря. Если сейчас, как другие, захлопнете передо мной дверь, не обижусь. Но… — он прижал сжатые в кулаки руки к груди, — мне очень хочется есть.
— Проходите, — пригласила мама. — Накормлю вас щами, — и вдруг спохватилась: — Вот только хлеба нет. Не могли бы посидеть с ребёнком, пока сбегаю в магазин?
Через много лет, вспоминая тот случай, мама сокрушалась: «Как я могла оставить тебя, такую кроху, с чужим мужиком?! Да ещё лагерником? — и тут же находила себе оправдание: — Впрочем, сразу почувствовала, что ему можно доверять».
Интуиция маму не подвела. Вернувшись из магазина, она застала гостя качающим коляску. Доедая вторую тарелку щей, вчерашний «сиделец» поведал, что был осужден за пару килограммов пшеницы, насыпанных в фартук умирающей от голода старухе. Вез зерно с поля на элеватор, а она у двора стоит — глаза запали, ноги еле держат.
Мама дала гостю рубашку и брюки отца, немного денег — и вскоре о визите незнакомца забыла. А через год он появился на пороге увешанный гостинцами: «Век помнить вашу доброту буду, всяческого благополучия и счастья желать. Оно, счастье, обязательно в вашей жизни будет, потому что вы людям помогаете».
Как в воду глядел. Скольким солдатам в Великую Отечественную мама жизнь спасла — не сосчитать. Мобилизовали её с третьего курса мединститута. Всё время, пока шли бои за Сталинград, мама в составе медбригады перевозила раненых на судне «Пролетарий» в горьковские госпитали. Рассказывать о войне не любила. Завесу над её военным прошлым приоткрыл один случай.
Звонок в дверь. Открываю. На пороге — мужчина и женщина с маленькой девочкой.
— Скажите, военврач первого ранга Вера Ивановна Хитяева здесь живёт?
— Дочка, кто там? — донёсся из комнаты мамин голос. Через мгновение в прихожей появилась и она сама.
— Это я, — выдохнул мужчина и упал на колени. Видя растерянность мамы, женщина шагнула вперёд , заговорила сбиваясь:
— Вы моему мужу ногу спасли… А может, и жизнь… Мы вас через справочную нашли… Вот приехали, чтобы спасибо сказать.
Встав с колен, мужчина спросил:
— Вы меня не помните? Конечно нет. Нас же тысячи было — тех, кого вы вывезли из сталинградского ада. Меня сильно ранило в ногу осколком снаряда. Рана загноилась. По обрывку разговора доктора с кем-то из сестричек я понял: в госпитале ее отрежут. А вы стали мне по нескольку раз в день перевязку делать. Вытаскивали червей из раны, промывали ее травяными отварами. И вот, как видите, на своих двоих. Хотите спляшу?!

Мама рассмеялась, но в глазах стояли слёзы.
Этот бывший солдат нашёл нас в 1947 году, весной.

Мамочка, родная моя мамочка!…”

Людмила Хитяева

Şəlalə Camal – Gəl, əzizim

Çıxıb getmisən məndən,
Sən gedəndən gülmürəm.
Gözüm yollarda qalıb…
Elə hey deyirəm ki,
Kaş gələsən.
Yollarının qadasını alaram,
Gəl başına dönərəm…
Unudaram hər şeyi
Gəl sıfırdan başlayaq.
Mən həminki mənəm elə,
Səni sevən,
Sənə sadiq,
Gözləyən…
Arada istəyirəm saatı da tullayım …
Nə vaxt keçir, nə günlər…
Arada boylanıram da
keçmişimizə sarı
Belə sevgi harda vardı?
Sonadək sevəydin barı.
Axı nə oldu birdən,
Səni məndən soyudan?
Məni soruşsan… mənəm də…
Öz özümü ovudan.
Təsəlliyə sığınıram.
Ağlına heç nə gətirmə,
Sənə günah yıxmıram.
Günah varsa mənimdir,
Sən yetər ki, gələsən.
Nə kinim var, nə nifrətim,
İçimdəki sevgini də boğmadım,
Gəl, əzizim.
Gözləyirəm.
Gəl saçıma sığal çək,
Gəl denən ki, darıxmışam.
Sən gedəni gülüşüm şəkillərdə qalıbdı,
Gəl ki, üzümü güldür.
Məni belə ayrılıq
Günü – gündən öldürür.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustacın kitabları – pdf

ZAUR USTAC

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Günüm mənim, Günəş payım, ay qızım

Səhərləri Günəş göydən boylanır,
Şəfəq saçır, nur çiləyir, qaynayır.
Yer də Günəş ətrafında fırlanır,
Günüm mənim, Günəş payım, ay qızım.

Səhər-səhər yuxudan oyananda,
Qızım Günəş məndən əvvəl oyanır.
Bir baxıram yatağının üstündə,
Şirin-şirin, nazlı nazlı oynayır.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur USTAC – MEINE MUTTER

MEINE MUTTER

Man nannte es Teppich,
legte uns die Welt zu Füßen…
Man nannte es Decke,
hing uns die Welt vor die Augen…
Unsere Welt blieb in Mustern gefangen,
bis wir die Zeichen verstanden…
Das Wort des Vaters
gab uns meine Mutter mit ihrer Stimme.
Wer es verstand – gewann,
wer es in hundert Jahren erst versteht – auch…
Denn in den Worten meiner Mutter
liegt immer ein Schatz verborgen:
meine geheime Geschichte ruht darin –
in jeder Masche,
in jedem Muster,
in jedem Teppich,
in jeder Decke…

Das Wort des Vaters webte sie in die Fäden,
füllte die Satteltaschen,
damit es eine Gabe sei für die Kinder.
Masche für Masche, Knoten für Knoten, Teppich für Teppich
legte sie uns die Welt vor die Augen
und lehrte uns: sie ist Garn und Wolle.
Wer es verstand – gewann,
wer es später versteht – auch…
Denn in den Worten meiner Mutter
liegt meine geheime Geschichte,
in jeder Masche,
in jedem Muster,
in jedem Teppich,
in jeder Decke…

Den Himmel hob sie in ihre Gewebe,
die Erde legte sie in Bündel.
Sie band das Ende des Fadens an unser Handgelenk,
damit wir den Anfang des Knäuels nicht verlieren.
Ein Zeichen wiederholte sie tausendfach mit dem Schiffchen,
damit es uns zum Ohrschmuck, zur Mahnung werde.
Sie ließ uns die Welt erkennen, bunt und reich:
Zeichen für Zeichen, Symbol für Symbol
ging die Welt durch den Schuss meiner Mutter…
Von der Schnalle des Vaters
ging die Welt in die Muster der Mutter über…
Die Welt ist immer ein Teppich für eine neue Welt!!!

05.07.2023. Baku.

Autor: Zaur USTAJ

OTHER ARTICLES BY ZAUR

Translated by: Leyla Mahirqızı,

Other articles by Leyla

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Göndərdiyim yazılar adətən dərc olunurdu” – Zaur Ustac

Göndərdiyim yazılar adətən dərc olunurdu

Həmsöhbətimiz – Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi,  jurnalist, “Yazarlar” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Zaur USTAC dır.

Sual: Yazı yolunda ilk addımlarınızı atarkən hansı çətinliklərlə üzləşdiniz və onları necə aşdınız?
Cavab: Tam səmimi, ilk yazılardan heç bir çətinliklə üzləşmədim. İlk addımlar dediyiniz vaxt ötən əsrin 80-ci illərinə təsadüf edir. Həmin dövrdə gündəlik həyatımızda baş verən hadisələr barəsində yazdığım yazıları əsasən Ağdam rayonunda dərc olunan “Lenin yolu” qəzetinə göndərirdim. Göndərdiyim yazılar adətən dərc olunurdu. Göndərdiyim yazılar ayrıca məqalə şəklində dərc olunmayanda belə “Sətirlər” başlığı altında yazıdan mühüm məqamlar mütləq verilirdi.
Sual: Həyatınızda dönüş nöqtəsi saydığınız bir hadisəni bizimlə bölüşə bilərsinizmi?
Cavab: Hərbi xidmət. 5 aprel 1993-cü il, axşam saatlarında (təxminən 17:00-18:00) Yaşmada Azərbaycanda yeni yaradılan Xüsusi Təyinatlı bölmələrin toplanış məntəqəsinə düşdüyüm an (hətta düşməmiş belə, bizi gətirən hərbi maşının yük yerindən gənc əsgərlərin ora-bura qaçışdığı səhnəni gördüyüm andan) həyat haqqında olan bütün fikirlərim köklü şəkildə dəyişdi. Hələ də həmin əhval-ruhiyyədəyəm.
Sual: Peşəkar həyatınızda sizə dəstək olan bir insan olubmu? Onun hansı xüsusiyyətləri sizə xüsusilə təsir edib?
Cavab: Bəli. Həyatımın istənilən pilləsində dəstəkçilərim olub. Onların həssaslığını, ədalətli mövqeyini qiymətləndirirəm. Və mümkün qədər ənənəni davam etdirməyə çalışıram. Xüsusilə  hərbi təhsil aldığım vaxtlarda mayor Orucəliyevin etdiyi yaxşılıqları heç vaxt unuda bilmərəm. Allah rəhmət eləsin.
Sual: İllər ərzində qazandığınız ən dəyərli həyat dərsi nə olub və onu necə öyrəndiniz?
Cavab: İstənilən bir hadisədən ibrət götürməyi bacarıram. Bu xüsusiyyəti uzun zaman çətin şəraitlərdə, müxtəlif kollektivlərdə insanlarla işləyərkən qazandım.
Sual: Gənc qələm sahiblərinə və yaradıcı insanlara verəcəyiniz ən vacib məsləhət nə olar?
Cavab: İstənilən sahədə çalışan gənclər üçün deyirəm ki, məqsədyönlü çalışan şəxs bütün arzularını reallaşdıra bilər. Məqsədiniz dəqiq olsun, hədəflərinizi aydın görün və inamla irəli! Vəssalam!
Sual: Yaradıcılıq böhranına düşəndə özünüzü necə toparlayırsınız? İlhamı harada və necə tapırsınız?
Cavab: Mümkün qədər çox gəzirəm, daim müşahidə aparıram. Hazırda irili-xırdalı çoxlu əsərlərin (məqalə, poema, hekayə, povest, roman, pyeslərin) möhtəviyyatı hazır olsa da, oturub işləməyə vaxt yoxdur. Hələlik böhranla üzləşməmişəm. Məncə daim xalqın içində olan yaradıcı şəxs böhranla üzləşməməlidir. Əgər belə bir hal olarsa, gəzmək, görmək lazımdır.
Sual: Oxucularınıza təkcə hekayələr yox, həm də dəyərlər ötürmək istədiyinizi hiss edirik. Bu dəyərlər sizdə necə formalaşıb?
Cavab: Məncə əsas xüsusiyyətlər genlə ötürülür. İndi müxtəlif vasitələrlə ötürməyə çalışdığımız dəyərləri zamanla ata – babalarımızdan əxz etmişik.
Sual: Zaman keçdikcə yazı üslubunuzda və yanaşmanızda hansı dəyişikliklər baş verdi? Sizin üçün inkişaf nə deməkdir?
Cavab: Gənclik illərində (konkret olaraq 1990-1993-cü illərdə) nəsr və nəzmlə dram əsərləri də yazırdım, satirik şeir daha çox yazırdım indi bunları azaltmışam. Fikirləri çatdırmağın daha kəsə və asan yollarını axtarıram.
Sual: Uğur bəzən insanı zirvəyə, bəzən isə təkliyə aparır. Uğur qazandıqdan sonra həyatınızda nələr dəyişdi və bu dəyişikliklər sizi hansı düşüncələrə gətirdi?
Cavab: Sizə bir söz deyim. Hər ilin sonunda özüm özümə hesabat verirəm (son illər bu hesabatlar dərc olunur). Bundan əlavə hər yeni il başlayanda özüm üçün görəcəyim işlər barədə aylara, rüblərə bölünmüş şəkildə illik plan tuturam. Və il boyu bu işlər reallaşdıqca nisanlayıram (“+” işarəsi qoyulur) hər “+” özlüyündə mənim üçün böyük uğurdur. Uğurların sayı artdıqca məsuliyyət hissi daha çox artır. Sanki, özümü daha çox iş görməyə borclu hesab edirəm. Bu qədər.

Söhbətləşdi: Südabə MƏMMƏDOVA

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

SÜDABƏ MƏMMƏDOVANIN YAZILARI

Südabə Məmmədova digər mənbələrdə


ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustacın “ANAM” şeirinin elmi-ədəbi təhlili

Zaur Ustacın “ANAM” şeirinin elmi-ədəbi təhlili

1. Mövzu və əsas ideya

Şeirin mərkəzi mövzusu ana obrazıdır. Ancaq bu obraz sırf bioloji və ailəvi anlamda ana deyil, xalqın yaddaşını, tarixini, sözünü, dəyərlərini qoruyan və gələcək nəsillərə ötürən “Böyük Ana” arxetipidir. Müəllif ana simasında həm də mədəniyyətin, folklorun, xalçaçılığın, ənənəvi dünyagörüşün təcəssümünü görür.

Əsas ideya:

  • Ana həyatın özüdür, o, dünyanı övladlarının ayağı altına palaz, gözləri önünə gəbə kimi sərir.
  • Ana həm də xalq tarixinin sirrini daşıyan bir toxucudur: ata sözünü ilmə-ilmə xalçalara, palazlara, xurcunlara köçürür, yaddaşın unudulmaması üçün işarələr, nişanələr qoyur.
  • Dünya keçicidir, amma ana sözündə və ana ilməsində əbədilik gizlidir.

2. Bədii təsvir vasitələri və simvollar

Şeirin bədii dəyəri əsasən metaforik obrazlar sistemi üzərində qurulub.

  • Palaz, gəbə, xalı, ilmə, naxış, arğac, kirkid – xalçaçılıqla bağlı terminlər burada məcazi məna qazanır. Həyatın özü, tarix və yaddaş ilmə-ilmə toxunan xalça kimi təqdim olunur.
  • Ata sözü – milli irs və mənəvi dəyərlərin simvoludur. Ananın vəzifəsi bu sözü qorumaq, saxlayıb gələcəyə çatdırmaqdır.
  • İpin ucunun biləyə bağlanması, kələfin itirilməməsi – xalq yaddaşının qırılmaması, nəsillərin bir-birinə bağlı qalması ideyasını ifadə edir.
  • Qulağa sırğa olunmuş nişanə – yaddaşda qalacaq, unudulmaz öyüd-nəsihətlərin rəmzidir.
  • Dünya gəbədir – həyatın toxunmuş, naxışlanmış, ancaq dəyişməyə və yenidən qurulmağa açıq bir məkandır.

Bu obrazlar vasitəsilə müəllif həm xalq poeziyası ilə bağlılığı, həm də modern poetik düşüncəni birləşdirir.


3. Poetik üslub xüsusiyyətləri

  • Təkrirlər və paralelizm: “Hər ilməsində, hər naxışında, hər palazında, hər gəbəsində” kimi təkrarlanan ifadələr həm ritmi gücləndirir, həm də fikrin vurğusunu artırır.
  • Alliterasiya və assosiasiyalar: “İlmə-ilmə, fərş-fərş, xalı-xalı” söz birləşmələri poetik musiqililik yaradır.
  • Xalq ədəbiyyatı ilə bağlılıq: Şeir xalq deyimlərinə, nəsihət ruhuna, arxaik obrazlara (xurcun, kirkid, ilmə) əsaslanır. Bu, Zaur Ustacın poeziyasının folklor köklərini göstərir.
  • Simvolik dil: Məişət predmetləri (palaz, xurcun, ilmə) yüksək fəlsəfi mənalar daşıyır.

4. Fəlsəfi və estetik qat

Şeirdəki fəlsəfi məqam budur ki, insan və dünya xalça kimidir – ilmə-ilmə toxunur, naxış-naqış formalaşır. Ananın əlində bu proses həm yaradılış aktı, həm də tarixin yaddaşı kimi təqdim olunur.

Eyni zamanda müəllif zaman və məkan anlayışlarını nisbiləşdirir: kim bu sirri indi anlayacaq, kim yüz ildən sonra – fərq etməz, çünki hər halda fayda var. Bu, həm tarixi davamlılığı, həm də sözün əbədiliyini göstərir.


5. Nəticə

“ANAM” şeiri Zaur Ustac yaradıcılığında ana mövzusunun fəlsəfi-estetik zirvəsi hesab oluna bilər. Burada ana obrazı sadəcə ailə simvolu deyil, xalqın tarixini, sözünü, yaddaşını qoruyan müqəddəs varlıq kimi təqdim olunur. Xalçaçılıqla bağlı folklor elementlərinin poeziyaya gətirilməsi isə həm milli köklərə bağlılığı, həm də şairin bədii təxəyyülünün zənginliyini sübut edir.

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"