Mərhum alimimiz Bəkir Nəbiyev mənə bir elmi mövzu vermişdi, təxminən belə yadımda qalıb: “Azərbaycan bədii təhkiyəsinin təşəkkülü”. Bunu üçillik plan işi kimi verdi və söylədi:
İşlə, sonra bu mövzunu bir az genişləndirib sənin üçün doktorluq mövzusu kimi təsdiqləyərik. İşləməyə başladım, amma mənim bir xasiyyətim var: heç vaxt ada, vəzifəyə hədəflənmədim, elmi mövzu ki məni çəkib hara apardı, ora getdim. Mövzunu işləyirdim ki, Abbasqaulu ağa Bakıxanıvun “Kitabi-Əsgəriyyə”sinin tilsiminə düşdüm. Mövzumu atdım bir kənara düşdüm bu əsərin içinə. Əsərin poetikasına, fəlsəfəsinə uyub getdim. Gəlib çıxdım elmi kəşfə. Bir əsər yazıb qoydum ortaya: “Abbasqaulu ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi”. Azərbaycan ədəbiyyatşünaslığında bir əsr lirik hekayə kimi qiymətləndirilən hekayəni ilk dəfə qətiyyətlə satirik əsər kimi təhlil etmişdim. Niyə “qətiyyətlə” deyirəm? Ona görə ki, mənə qədər də o hekayədə gülüşün səsini eşidən alimlər olmuşdu, amma bunu epizodik məqam kimi görmüşdülər. Halbuku əsər basdan-başa satira idi. Əsəri İnstitutun Elmi Şurasına çıxarmaq istədim. Şöbə müdirim Zaman Əsgərli öncə əsərin əlyazmasını qəbul edib özü oxudu. Gətirib qoydu masanın üstünə və biz üzbəüz əyləşdik. Saatlarla mübahisə etdik. O öz mövqeyindən dönmək istəmirdi: “Lirik hekayədir!”. Mən də arqumentlərimi göstərib öz fikrimdə qətiyyətli idim: “Satirik əsərdir!” Əsəbləşirdi:
Könül, sən deyirsən, qatıq qaradır.
Xeyr, Zaman müəllim, siz qatığa qara deyirsiniz. Mən isbat etmişəm. Zaman müəllim başqa bir təklif etdi: “Şöbədə müzakirəyə çıxaraq”. Razılaşdım. İş verildi iki alimə – oxunmağa. Müzakirə günü ürəyim bərk həyəcanlı daxil oldum otağa. Alimlər müzakirəyə gəlməmişdilər. Biri axşamdan zəng edib gələ bilməyəcəyini söyləmişdi. Onsuz da, kədərli idim. Digər həmkarımız da gəlməmişdi. Qolum-qanadım qırılıb yanıma düşmüşdü. Məruzə etdim. Zaman müəllimdən başqa heç kim oxumamışdı bu tədqiqat işinin əlyazmasını. Nitqimi bitirdim, Zaman müəllim auditoriyaya sual verdi:
Sualı olan var? Hamı susdu, dönüb Elmira Qasımovaya baxdım. Başını salmışdı aşağı. Zaman müəllim son sözünü dedi:
Müzakirəni bitmiş hesab edirəm. Çox sağ olun. İş Elmi Şuraya çıxarılmadı. Bir neçə gün sonra işi oxuyub, amma müzakirəyə gəlməyən həmkarlarımdan biri ilə dəhlizdə üz-üzə gəldik. Dedi:
Könül, sənin bu işin elmi kəşfdir. Bu işə görə sən doktorluğu oxumadan da elmlər doktoru adını almağa layiqsən. Heç nə demədim. Ürəyimdə tikana döndü o söz və indiyə qədər də çıxmadı. Yəqin, ömrümün son günlərində də xatırlayacağım həyat hekayələrimdən biridir bu əhvalat.
MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı ilə təltif edilib “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı Azərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb. Dahi şairin yaradıcılığının təbliği baxımından önəm daşıyan xatirə nişanı, beynəlxalq aləmdə NİZAMİ irsini tərənnüm edən simvol olaraq dəyərləndirilir. Bu anlamlı xatirə nişanına görə, Mədəniyyət naziri Anar Kərimov başda olmaqla, nazirliyin kollektivinə təşəkkür edirik.
25 sentyabr 2024-cü ildə Azərbaycan Milli Xalça Muzeyində Milli Məclisin üzvü, 2020-2023-cü illərdə Mədəniyyət Komitəsinin sədri olmuş tanınmış ictimai xadim Prof.Dr. Qənirə xanım Paşayevanın unudulmaz xatirəsinə həsr olunmuş “Qənirə Paşayeva – İTHAF” adlı bədii sərginin açılışı keçirilib.
Bu gün Türk dünyasının sevilən qızı, Azərbaycanın Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri (2020-2023) Qənirə xanım Paşayevanın anadan olmasının 50-ci ildönümüdür.
Ruhu şad olsun! Sayğı və sevgi ilə anırıq.
Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
O, Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilirdi.
Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar 2023-cü ilin sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdü.
28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişib.
29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Bu gün Polad Həşimovun anadan olduğu gündür. Məqamı ucadır:
Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü… CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var…
** * Can ay Ana, bu baxışda nələr yox?!m Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da…
** * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var…
** * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox….
** * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var…
** * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
** * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
Ali məktəbi 1997-ci ildə bitirib. 1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən “Dan yeri” Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü,2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbayacan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib. Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır. 2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib. Şeirləri Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub. 7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir. 2015-ci ilin mayında Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədrliyindən bəyənatla istefa verib. 2009-cu ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb. 2013-cü ildə “Türk dünyasına xidmət ödülü”nə layiq görülüb. 2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən “2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ” ilə mükafatlandırılıb. Ey türk doğulan. (Bakı: 2012), Səni tapan itirməz( Bakı), Söz sənindir. (Bakı “Vektor” Nəşrlər Evi, 2010), Dağ Kolanı dastanı. ( Bakı), Yaralı Azərbaycan (Bakı.), Sözüm sənədi, tanrım.(Bakı), Muğanın səsi. (Bakı) kitablarının müəllifidir. Ömür yolu üç fotoda:
Bu gün Namiq Hacıheydərlinin 49 yaşı tamam olur. Məqamı ucadır! Anadan olduğu gündə şairi rəhmətlə anırıq. Ruhu şad olsun:
RUHUMUZ UCADIR Ürək döyüntünü dinlədim bu gün, Baş qoyub ətirli sinənin üstə. Söz ilə, and ilə qurmuşuq düyün Eşq ilə süslənmiş dünənin üstə…
Arada yüz dərə, yüz dəniz olsun, Bir gün yollarımız yovuşmalıdır. Əyər yer üzündə birləşəmməsək, Göylərdə ruhumuz qovuşmalıdır.
Gəlsin üstümüzə kədər sel kimi, Dünyalar yığılsın lap bizə qarşı. Qaranlıq işığı söndürə bilməz, Gecələr ha çıxsın gündüzə qarşı…
Bizi qorxutmayır tufan, qasırğa, Əzablı yolları azmı getmişik? Bəzən başımıza balta vurublar, Yenə var olmuşuq, yenə bitmişik.
Dərəyə dartsınlar, düzə çəksinlər, Ruhumuz ucadır, yerlərə sinməz. Nadanlar nə bilsin Ulu Tanrının Uca yaratdığı göylərdən enməz…
GÖYLƏR DEYİR Kİ Şairləri əzilən bir şəhərə Göydən mələklər qarğış yağdırar Qutsal Ruhlar narahat dolanar bu şəhərin üzərində Bir gün bəlanın mütləq olduğunu bildikləri üçün Bəla var qarşıda; Tufan, qasırğa Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda. Qara qanını içib, gününü qara edənlərə qəzəb püskürəcək Bir gün… Günahkar şəhərin nəfəsindən Zaman-zaman udduğu murdar zibillər Qasırğaya qarışıb geri dönəcək; Çırpılacaq üzlərə Göylər qəzəblənəcək İldırımlarar nərə çəkəcək Şimşəklər toqquşacaq Hər şey bir anda baş verəcək; Şiddətli külək, qasırğa, tufan Bir də Xəzərin şahə qalxmış dalğaları… O zaman Qurtuluş olmayacaq Tikdiyiniz evlərə nicat olmayacaq; Şüşələri qırılacaq, qapıları yıxılacaq daşları uçacaq o zaman üçün Yeni evlər tikin; bünövrəsi halaldan daşları yaxşılıqdan qapısı sevgidən olsun! və… Şairləri incitməyin…
SƏN HARDAN ALIRSAN BU GÖZƏLLİYİ? Üzün gül, baxışın işıq çeşməsi, Söhbətin bülbülün şirin nəğməsi, Ürəyin, düşüncən yurd xəzinəsi, Sən hardan alırsan bu gözəlliyi?!
Görüşə gələrsən, dünyamız gülər, Başının üstüylə ağ bulud gələr, Tək bircə nəfəsin min dərdi silər, Sən hardan alırsan bu gözəlliyi?!
Üzünü görüncə daş, dağ sevinər, Böyüklər gülümsər, uşaq sevinər, Ayağın toxunan torpaq sevinər, Sən hardan alırsan bu gözəlliyi?!
Namiq öz gücünü sözündən alır, Bulud ağlığını üzündən alır, Ay, ulduz işığı gözündən alır; Sən hardan alırsan bu gözəlliyi?!
SƏN MƏNİM KİMİMSƏN? Hara baxsam təkcə səni görürəm, Yolumsan, Yerimsən, Göyümsən axı. Niyə səni mən bu qədər sevirəm, Sən mənim kimimsən, nəyimsən axı?!
Masmavi göylərdə ağappaq bulud, Günəş də, torpaq da, külək də sənsən. Ağaca, çiçəyə can verən su da, Çiçəkdə ətir də, çiçək də sənsən.
Qovuşdu, birləşdi iki saf bulaq, Bir bahar günündə axar çay oldu. Xəbərsiz doğulduq bir-birimizdən, Bax, ancaq, ruhumuz əkiztay oldu.
Ulduz arxasından enib gəlibsən, Atadan, anadan yaranmamısan. Sənin sığalını mələklər çəkib, Sən bəşər əliylə daranmamısan.
Niyə baxışınla alışar sinəm?! Harandan od alır bu odum mənim?! Qanadım deyilsən, ancaq, bəs nədən, Qəmlənsən qırılar qanadım mənim?!
Üzündə qəm, gözündə nəm görünsə, Aldığım nəfəs də daşa çevrilər. Sənin içindəki ağrı acılar, Mənim gözlərimdə yaşa çevrilər.
Biz qoşa bədəndə bütöv canıqmı; Dodağın qurusa; ciyərim yanar. Ayrıyıq, uzağıq, bəs niyə ruhum, Sənin varlığını varlığım sanar?!
Sənin ayağına batan bir tikan, Mənim ürəyimi qanatmış, gülüm! Anladım… Bir kökdən yaranmasaq da, Ruhumuz bir kökdən boy atmış gülüm…
Ruhu doğmalardı qohum olanlar, Bir ata – anadan doğulan deyil. Var olan dipdiri ruhu olandı, Ayağı, əlləri sağ olan deyil. QALDIMI Bir zaman içində yanan alovdan, İçdə qığılcımın, közün qaldımı?! Ürəyin büsbütün söz dəniziydi, Ürəkdə Eşq dolu sözün qaldımı?!
Təmizlə dünyanı, dara, yu eşqim! Ruha sığal çəkər mənim qu eşqim. Deyirdin minillər sözməz bu eşqim, Eşqindən nişanə, izin qaldımı?
Yalan ah – üzlərdə yalançı boyaq. Vaxtsız yorulmağın adın nə qoyaq?! Bu uzun yolları gedəcək ayaq, Bu yükə dözəcək dizin qaldımı?!
Dünya dəmirçinin qaynar kürəsi Yandırar ağ bayraq qaldıran kəsi. İrəli getməyə yaşam həvəsi, Geriyə dönməyə üzün qaldımı?!
YADIMA SƏN DÜŞÜRSƏN Aydın səma, bəyaz bulud görürəm, Yadıma sən düşürsən. Mələk rəngli qoşa qanad görürəm, Yadıma sən düşürsən.
Deyib-gülən iki cavan görürəm, Sevdiyindən sevgi uman görürəm, Yadıma sən düşürsən…
Narın-narın yağış yağır, baxıram; Cücələr sığınır öz anasına. Balaca pişiklər küncə sıxılır, Gizlicə qoyaraq göz anasına.
Bir quzu mələyir yanıqlı səslə, Baxdım ürəyimin başı açıldı. Küçədə sərgərdan qalan çocuğun, Anasını görüncə, gözündən ümidli işıq saçıldı.
Cəh-cəhini dayandırıb bülbüllər, Ağacdakı yuvasından asıldı. Dışarıda oynayan cüt yavrular, Bir təpənin daldasına qısıldı…
… Doğmam yoxdu qucağına qaçım mən, Ağacım yox budağından asılım. Yuvam yoxdu sığınım bir küncünə, Sən də yoxsan, indi kimə qısılım?!
Sənsiz bir kimsəsiz çocuq kimiyəm, Solduracaq məni yağış, qar axı. Yadıma sən, yadıma sən düşürsən; Mənim səndən doğma kimim var axı?!
KİŞİLƏR VAR İDİ
Kişilər var idi bu yer üzündə, Bir elin yükünü çəkən kişilər. Quduz sultanlara qılınc sıyırıb, Yetim qarşısında çökən kişilər.
Babalar var idi, bir kəlmə sözü, Qan söhbəti bağlamağa bəs idi. Nənələr var idi, nənə deyirəm; Təpədən dırnağa nur kündəsiydi.
Qadınlar var idi şimşək baxışlı, Qanında yüz ərin qeyrəti vardı. Nə oldu, necoldu ülvi adamlar, Torpaqmı gizlədi, yelmi apardı?!
Oğullar var idi, qaya parçası, Ölsələr, harama yanaşmazdılar. Qurban gedərdilər namus üstündə, Namusdan bir kərə danışmazdılar.
Obalar var idi, barlı-bəhərli, Bir giriş, bir çıxış cığırı vardı. Gələn yolçuları hələ uzaqdan, Təndir çörəyinin ətri vurardı…
…Günəş həmin Günəş, Ay həmin Aysa, Bəs niyə dəyişdi bu cahan belə?! Kök həmin kökdüsə, soy eyni soysa, Nədən cılızlaşdı bəs insan belə?!
HƏLƏ Kİ NİDAYAM
Dan yeri ağarır, oyağam hələ, Nə gözlər yumulur, nə qəlb dincəlir. Açılmaz səhərim ta innən belə, Baxma üfüqlərdə Günəş yüksəlir…
Dostları min olsun, nə faydası var, Əyər tənhadısa ruhu insanın. Duyulmaz oldusa bir qaydası var, Yüksələr göylərə ahı insanın.
Din gəzdim, ruhuma dinclik aradım, Sonunda gördüm ki, özüm dinmişəm. Yerlərdə, Göylərdə min sirr aradım, Dünyanın ən böyük sirri mənmişəm.
İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr, Beşikdən qəbrəcən sirri açılmaz. Sabah nə olacaq, bir kimsə bilmir; Yazısı dəyişməz, qədər – qaçılmaz.
Nə olsun milyondu hər yerdə sayı, Milyonlar içində təkdi hər adam. Bu göylər altında, bu yer üzündə, Bəxtəvər olmadı hələ bir adam…
…Nə arzu tükəndi, nə də ki dərdim, Yaxşı ki, dərd boyda min xəyalım var. Ömrü palaz kimi yollara sərdim, Göylərə verəcək çox sualım var.
Hələ ki nidayam bu yer üzündə, Heyrətlər içində çoxmu qalacam?! Ömrümə qoyulan işarə kimi, Ömrümün sonunda sual olacam…
GÖNDƏRİR
Adı gələr, yanaq olar qan kimi; Böyük bir günahdan utanan kimi… Səhərlər yuxudan oyanan kimi, Bir qız sevdiyinə salam göndərir.
Elə bil bir dəstə çiçək yollayar, Tufan olsun, yağış, külək… yollayar. İçində çırpınan ürək yollayar, Bir qız sevdiyinə salam göndərir.
Dayanar yolunda hər dağa hazır, Şaxtada, soyuqda donmağa hazır, Daş-qalaq olmağa, yanmağa hazır… Bir qız sevdiyinə salam göndərir.
SƏN
Sən eşqin bağında bitən çiçəksən, Eşq ilə yanmayan dərməsin səni. Qaranlıq ürəkli, donuq baxışlı, Sevgidən uzaq göz görməsin səni.
Adını çəkməsin; adını çəkən, Adında bal kimi dadı duymasa; Gəzməsin bu qutsal torpağın üstə, Özünü ən mutlu bəndə saymasa.
Cismiylə yerləri nura bələyib, Mələklə göylərdə yaşıyanımsan. Türküstan çölünün, Tanrı dağının, Ətrini ruhunda daşıyanımsan. DEDİ Əllərimdən tutmasan, Bu yollarda azaram. Dedim: qoyma darıxım, Dedi: tez-tez yazaram.
Dedim: incitsəm səni, əfv edərmisən məni?! Dedi: acı kəlməni, Mən yaxşıya yozaram.
Dedim: qoyma baş qatam, Kədər gölündə batam… Dedi: sənə üz tutan Dərdə quyu qazaram…
Ah çəkdim yana-yana; “Mən atayam, sən ana…” Dedi: hər şey bir yana, Taleyimi pozaram.
Dedim: dərd oldum sənə… Dedi: eşqsiz yaşam nə? Ya yurd ollam eşqinə, Ya da sənə məzaram.
OLAR Ömrü yellərə vermək, Aqillərə ar olar. Bir mürşid yanılarsa, Min-min mürid xar olar.
Könüllərdə qalanlar; Dünyada iz salanlar. Var ikən yox olanlar, Yoxkən necə var olar?!
Ulus, yurd nədi bilməz; Canda varsa yad nəfəs. Özgədən süd əmən kəs, Özgələrə yar olar.
Bədbəxt kimdi; yol əyən, Qazancını yeməyən. Haqqı görüb deməyən, Kor olar, həm kar olar.
(Söz demə almayana, Tanrıdan dolmayana). Könlü tox olmayana, Geniş yer də dar olar.
Yox! – deyib batma yasa, Var! – söylə – var, hardasa; Üç-beş yaxşı olmasa, Yaşamaq çox zor olar.
TANRIYA SƏSLƏNİŞ Tanrım! Sənin qatında sayt varmı? Qəzet, jurnal çıxırmı orda? Gündəlik xəbərləri hardan alırsan? Günəş sistemində olanlardan xəbərin varmı? Yerin təhlükədə olduğunu bilirsənmi? Sənin yarartdığın Yerdə şərin hakimiyyət qurmasından, Dünyanı iblisin və iblisə xidmət edənlərin yönətməsindən Xəbərin varmı? Xəbərin varmı, sənin adını çəkib baş kəsirlər hər gün? Suriyadan, İraqdan, Yəməndən, Doğu Türküstandan… gələn Nalə səsləri bürüyüb dünyanı. Dağılmış şəhərlərin xarabalıqları, Parça-parça insan meyidləri, Gəlinciyinə sarılaraq can vermiş körpələrin Meyidi üzərində qələbə qeyd edir dünya ağaları… Yoxsa, Sən də yaxşısan ətrafın pisdi? Yoxsa, sənidəmi aldadır köməkçilərin? “Sənin müdrik siyasətin nəticəsində qalaktikalarda hər şey əladır, bütün güllər, çiçəklər xoşbəxtdi, bütün kəpənəklər səadət içində, insanlıq can deyib-can eşidir”-deyirlərmi sənə? Tanrım! Bizim qalaktikaya qubernator təyin eləmisənmi? İllik hesabat verirmi sənə? Yerdəki vəziyyətdən nə yazır? Yazırmı ki; Kosmos fəryad səslərinin mənfi enerjisindən dağılmaq üzrədir? Yazırmı; Qız uşaqlarını hələ də diri-diri basdırırlar, İnsan insan qatilidir, Yer özü boyda məhbəs olub, yazırmı?! Tanrım! Bəs, sənin “audit”in yoxmu?
Tanrım! Heç ordan baxanda Yer görünürümü? Görünürsə, çarə qıl… Görünmürsə… Kimə deyək dərdimizi?
BƏYAN Külli aləm zülmət idi, biz o zaman gündüz idik Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.
O biz idik, Mudan çıxıb işıq yaydıq planetə Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.
Oxuyub səcdə etdiyin ayələri nazil edən, 4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.
Var ol dedik, oldu aləm, bir nöqtədən doğdu nə var, Əzəldən öncə var olan, sondan sonra ölməz idik
Söyləyən biz, söylədən biz, endirən həm enən bizdik Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.
İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.
Bizə dindən bəhs eyləmə biz endirdik o dinləri Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.
Əski yunanda Zevs olduq, Misirlilər Amon dedi Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.
Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin, İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik…
Biz bu gün 44 günün qəhrəmanlarından danışarkən unutmamalıyıq ki, hələ 90-cı illərdən Qarabağ uğrunda canından keçən igidlərimiz heç də az olmayıb. Onlardan biri də qəhrəman şəhidimiz Rzayev Faiq Hüseynağa oğludur. Faiq Rzayev 1975-ci il mayın 13-ü Bakı şəhərində anadan olub. Orta təhsili 150 saylı tam orta məktəbdə alıb. Orta təhsili başa vurduqdan sonra hərbi xidmətə yola düşüb. 1993-cü il mayın 14-də hərbi xidmətə başlayan igidimiz, 1994-cü ildə Qarabağ uğrunda gedən savaşlarda iştirak edib. Horadizin, Qazaxlar, Arayatlı və bəzi digər kəndlərin düşməndən azad olunmasında şücaət göstərib. 1994-cü ilin martın 20-si döyüş bölgəsində yaralanıb. Martın 21-i Bakıya xəstəxanaya gətirilən Faiq gecə 1-ə işləmiş doğulduğu saatda da şəhadətə ucalıb. Məzarı Bakı şəhəri ll Şəhidlər Xiyabanında olan qəhrəmanımız şəhadətindən sonra ölkə başçısı tərəfindən igidliyə görə medalı ilə təltif olunub. Qeyd edirəm ki, şəhidimizin təhsil aldığı məktəb hal-hazırda qəhrəmanımızın adını daşıyır və məktəbin qarşısında şəhid Faiq Rzayevin büstü ilə yanaşı bulaq abidəsi də var.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı.
HERMAFRODİT Məchulsa, cinsi bir kəsin, Bəlkə, hermafroditdi… Adı yoxsa, bir nakəsin, Bəlkə, hermafroditdi… * * * Qışdı ya payız bilinmir, Qovun ya qarpız bilinmir, Oğlandı ya qız bilinmir, Bəlkə, hermafroditdi… * * * Adamdı, oyux bilinmir, Bordaxdı, burux bilinmir, Atdı ya ulax bilinmir, Bəlkə, hermafroditdi… * * * Şalğamdı, pazı bilinmir, Çoxu çox, azı bilinmir, Ördəyi, qazı bilinmir, Bəlkə, hermafroditdi… * * * Nə sudadı, nə quruda, Nə lildədi, nə duruda, Çatmayıb, qalıb boruda, Bəlkə, hermafroditdi… * * * Bilinmir hara malıdı, Ayağında at nalıdı, Qabağında it yalıdı, Bəlkə, hermafroditdi… * * * Halından halıdı Ustac; Dərdi böyük, dərdə möhtac, Nişanı var, ləçəkli tac, Bəlkə, hermafroditdi… 14.09.2020. Bakı.