Etiket arxivi: Anar Quliyev

Hərbi şərəf və rütbəyə uyğun davranmalı

Hərbi şərəf və rütbəyə uyğun davranmalı

Azərbaycan Silahlı Qüvvələri intizam qaydalarını ehtiyatda və ya istefada olan zabitlərə də tətbiq edir. Onlar hərbi şərəf və rütbəyə uyğun davranmalı, rütbədən sui-istifadə və ya intizam qaydalarını pozduqda məsuliyyətə cəlb oluna bilərlər. Bu qaydalar yalnız aktiv xidmət zamanı deyil, ehtiyat və istefa dövründə də onlara şamil olunur.
Hərbi ierarxiyada bir birinə açıq təhqir və ya söz atmaq çox ciddi nəticələrə gətirib çıxara bilər. Bu, intizam qaydalarını pozur, peşə etikasına ziddir və nəticədə disiplin tədbirlərinə səbəb ola bilər. Buna görə də bu cür münasibətlər rəsmi və nəzakətli şəkildə həll olunmalıdır.
Əslində, bu cür münaqişələr çox incə bir məsələdir. Yəni, hərbi xidmət keçmiş zabitlər , təxris olmuş zabitlər, sosial şəbəkədə bu cür mübahisələrdən uzaq durmalıdır. Çünki bu, həm peşəkar nüfuzlarına, həm də ordunun ciddi qaydalarına ziddir. Yəni, bu cür mübahisələrin aradan qaldırılması daha çox məxfi və rəsmi kanallarla olmalıdır.
Əslində, bu, bir şəxsin peşəkar və ya hərbi nüfuzuna, hörmətinə, vəzifə mövqeyinə açıq şəkildə zərər vermək deməkdir. Yəni, bu, bir başqasının şəxsiyyətinə, liderliyinə və ya statusuna hörmətsizlik edərək, onun ciddiliyini və etibarlılığını sual altına qoyur.
Məncə, onlara ən önəmlisi, dərhal sosial şəbəkə mübahisələrini dayandırmağı, rəsmi kanallarla, və ya cavabdeh qurumlar vasitəsilə danışmağı tövsiyə etmək lazımdır. Onlar öz aralarında birbaşa əlaqə saxlasalar, vəziyyəti daha konstruktiv və nəzakətli şəkildə həll edə bilərlər.
Azərbaycan Silahlı Qüvvələri intizam və şikayət mexanizmləri əsasən Silahlı Qüvvələr Qanunu və intizam nizamnaməsi ilə tənzimlənir. Hərbi qulluqçular şikayətləri ilk olaraq rəsmi olaraq yazılı şəkildə bildirməlidirlər, daha ciddi hallar üçün isə hərbi prokurorluğa və ya mülki məhkəmələrə müraciət etmək mümkündür. Sosial şəbəkədə şikayətləri açıq paylaşmaq isə risklidir, ona görə də rəsmi, yazılı və qurumlar vasitəsilə şikayətlərin həllini tövsiyə edilir.
Əks halda bu, həm onların peşəkar nüfuzuna, həm də hərbi intizam qaydalarına zidd ola bilər. Ən yaxşısı, bütün anlaşmazlıqları daxili, rəsmi yollarla, qurumların nəzərdə tutduğu prosedurlar çərçivəsində həll etməkdir.
Əslində, bu, başqasının mövqeyindən, nüfuzundan və ya təsirindən öz maraqlarını və ya öz mövqeyini gücləndirmək üçün istifadə etmək deməkdir. Yəni, bu, adətən manipulyasiya, təzyiq və ya qeyri-adi üstünlük əldə etmək cəhdləri ilə bağlı olur.
Ən yaxşısı, bu cür halları aşkar edəndə, açıq və şəffaf şəkildə sübutlarla yanaşmaq, rəsmi qurumlara məlumat vermək və şəxsi maraqlardan kənar qalmaqdır. Yəni, faktlara söykənərək, emosional reaksiya vermədən və şəxsiyyətə yönəlmədən, prinsipial və obyektiv davranmaq lazımdır.
Bu, adətən peşəkar intizam və ierarxiya qaydalarının pozulması deməkdir. Hərbiçilər arasında bu cür ziddiyyətlər, həm nüfuz itkisinə, həm də insanların ruhdan düşməsinə zərər verə bilər. Bu səbəbdən də, belə hallar adətən rəsmi qaydada, daxili intizam prosedurları vasitəsilə həll olunmalıdır.

Məlumatı hazırladı: Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı.

I>>RAQUF ORUCOV HAQQINDA

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şanlı tariximiz aprel döyüşləri

Şanlı tariximiz aprel döyüşləri

Aprel döyüşlərinin 10 illiyini yad edirik.
10 il öncə aprel döyüşləri tarizimizə qızıl hərflərlə yazıldı.
Azərbaycan Ordusunun qələbəsi ilə nəticələn bu döyüşlər nəticəsindəTərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
2016-cı ilin aprel ayının 1nən -5-nə baş vermiş bu döyüşlər, xalqımızın qəhrəmanlığını, mübarizliyini və Vətənə bağlılığını bir daha dünyaya göstərdi.
Döyüşlərin taktiki və strateji əhəmiyyəti, düşmənin cəbhədəki mövqelərinin qurluşu, itkilərin miqyası, həmçinin bu döyüşlərin Azərbaycan xalqının azadlıq mübarizəsində yaratdığı psixoloji gücünü vurğulamaya bilmərik.
Bir də qeyd edim ki, bu döyüşlər atəşkəsin ləğvini sürətləndirdi, hərbi potensialın bərpasını və yeni bir dönəmin başlanğıcını müəyyən etdi.
“Aprel döyüşləri taktik baxımdan strateji mövqelərin ələ keçirilməsi baxımından böyük əhəmiyyət kəsb etdi. Lələtəpə və Talış yüksəkliklərinin alınması cəbhədəki tarazlığı dəyişdi, bizim Ordumuzun ruhunu, birliyini gücləndirdi. Bu döyüşlər, xalqımız üçün bir simvol oldu və atəşkəsin dağıldığı o günlər Azərbaycan tarixində yeni bir mərhələ açdı.”
“Aprel döyüşlərində düşmənin zəif istiqamətləri bizim üçün aydın oldu, xüsusən də onların müdafiə xətləri səthindəki boşluqlar və koordinasiyadakı çatışmazlıqlar üzə çıxdı. Eyni zamanda, güclü istiqamətlər də məlum oldu, məsələn, Lələtəpə və Talış istiqamətində onların müdafiəsi xüsusilə möhkəm olması. Bu, gələcək strateji planlarımız üçün əhəmiyyətli dərəcədə məlumat verdi.”
Əlavə olaraq, Aprel döyüşləri bizim ordumuza həm döyüş təcrübəsi qazandırdı, həm də strateji planlamada çevik qərar vermə bacarığını artırdı. Operativ taktikada biz daha sürətli qərar vermək, koordinasiyanı gücləndirmək və mövqelərin müdafiəsini daha effektiv qurmaq bacarığı əldə etdik.
Ümumi itkilərin sayı, təxminən
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı, 320-dən çox düşmən məhv edildi, 500-dən artıq erməni hərbi qulluqçusu, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Bu döyüşlər bir daha təsdiqlədi ki, işğalın sonu yaxınlaşib.
Bu döyüşlər, Azərbaycan Ordusunun gücünü, vətənpərvərliyini və qətiyyətini bir daha sübut etdi. Biz, bu xatirəni yaşatmalı, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmalıyıq. Mən, müharibə iştirakçısı ehtiyatda olan polkovnik-leytenant Anar Quliyev, Qəhrəman şəhidlərimizi ehtiramla yad edirəm.
Ümid edirəm ki, yaxın vaxtlarda
Səhid qardaşım Raquf Orucov və silahdaşları layiq olduğu ada layiq görüləcəkdir. Xatırlatmaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamı var.
Sərəncama əsasən 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb, 7 hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeni, 1 hərbi qulluqçusu 2-ci dərəcəli və 4 hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 hərbi qulluqçusu “Vətən uğrunda” medalı, 43 hərbi qulluqçusu “İgidliyə görə” medalı, 45 hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı, 2 hərbi qulluqçusu “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Allah şəhidlərimizə rəhmət eləsin.
Ruhları şad olsun.

Ehtiramla, Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı.

RAQUF ORUCOV HAQQINDA YAZILAR

Xalqın qəhrəman oğlu – polkovnik-leytenant Raquf Orucov – Ağdam (1972)

ORDUNU QURANLAR
Bu insanların Ordu quruculuğu və formalaşmasında əməyi danılmazdır.
Torpaqlarımızın qorunması və
ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş silahdaşlarımiza Allah rəhmət eləsin.

1993 cü il – Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbi – Bakı şəhəri

Bu şəkildə olanlar ilk kəşfiyyatçı kimi təhsil alan kursant yoldaşlarımızdir.
Şəkildə qəhrəman silahdaşim Raquf Orucovda
var.

Şəhid qardaşımız Raquf Orucovun döyüş yoluna nəzər salsaq, onun əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduğunu görərik.

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub.

Erməni işğalçılarının Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid olub. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsə də, 1993-cü ilin 12 iyun tarixində Ağdam rayonunun Cinli kəndi işğal edilib. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid olub.

Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul ola bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və növbəti il həmin məktəbə qəbul olub. Onun şərəfli hərbçi həyatı anasının qisasını ermənilərdən almaq niyyəti ilə başlayıb.

Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurub, Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. 1995-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam edib.

2016-cı ilin aprel ayının əvvəlində polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb. Aprelin 5-də polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.

Raquf Orucov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 1995-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, 1998-ci ildə “Hərbi xidmətlərə görə”, 2003-cü ildə “Qüsursuz xidmətə görə” III dərəcəli, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” II dərəcəli, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” I dərəcəli, 2016-cı ildə “İgidliyə görə” medalları ilə təltif edilib.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Ehtiramla, Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı.

RAQUF ORUCOV HAQQINDA YAZILAR

Ruhun şad olsun Vətən oğlu

Ruhun şad olsun Vətən oğlu
Daim qəlbimizdə yaşayacaq qəhrəman qardaşim.
Sənin keçdiyin şərəfli həyat yolu, Vətən qarşısında göstərdiyin qəhrəmanlığın gənclərimizə bir nümunədir ,bir dərslikdir. Azərbaycan xalqı üçün, şəhidlərimiz ucalıq rəmzidir, qürurdur.
Qürur dolu tarixi keçmişimizə dərindən nəzər salsaq, Vətənimizin qəhrəmanlar, mərd oğullar məskəni olmasını sən və şəhid qardaşlarım öz qanı canı bahasına bir daha təsdiq etdiz.

Qəhrəmanlıq – şəxsin fərdi xarakterik xüsusiyyətlərinin, tərbiyəsinin və genetik mənəvi zənginliyinin diktəsi ilə idarə olunan mürəkkəb bir keyfiyyət, əsl kişilik simvoludur!
Səni kimi seçilmiş hünər sahibləri, zaman keçsə, dövran dəyişsə də, xalqımızın qan yaddaşında yenilməz qəhrəman obrazı kimi qalacaq və ürəklərdə əbədi olaraq yaşayacaqdır!

Biz həm cəmiyyət, həm də fərd olaraq sizlərə çox şey borcluyuq. Hər şeydən əvvəl isə onların özlərindən sonra qoyduqları böyük irsi – Qəhrəmanlıq İrsini,- toplamaq, öyrənmək, araşdırmaq və gələcək nəsillərə ötürmək lazımdır.
Bu irs hələ uzun illər Azərbaycan xalqının ruhunu kükrədəcək, hər kəsə bu torpağın necə oğullar yetirməyə qadir olduğunu göstərəcək. Sübut edəcək ki, himnimizdə oxunan “Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu” sözləri əsla sadəcə söz deyil.
Mən hər zaman inanıram ki,geci tezi ədalətli qərar qəbul ediləcəkdir ,sənə layiq olduğun adın veriləcəkdir .
İnanıram ki
Raquf Orucovun qəhrəmanlıqları layiqincə qiymətləndiriləcək , ona Milli Qəhrəman adı veriləcəkdir.

Ehtiramla, Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı.

RAQUF ORUCOV HAQQINDA YAZILAR