Etiket arxivi: RAQUF ORUCOV

Şanlı tariximiz aprel döyüşləri

Şanlı tariximiz aprel döyüşləri

Aprel döyüşlərinin 10 illiyini yad edirik.
10 il öncə aprel döyüşləri tarizimizə qızıl hərflərlə yazıldı.
Azərbaycan Ordusunun qələbəsi ilə nəticələn bu döyüşlər nəticəsindəTərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
2016-cı ilin aprel ayının 1nən -5-nə baş vermiş bu döyüşlər, xalqımızın qəhrəmanlığını, mübarizliyini və Vətənə bağlılığını bir daha dünyaya göstərdi.
Döyüşlərin taktiki və strateji əhəmiyyəti, düşmənin cəbhədəki mövqelərinin qurluşu, itkilərin miqyası, həmçinin bu döyüşlərin Azərbaycan xalqının azadlıq mübarizəsində yaratdığı psixoloji gücünü vurğulamaya bilmərik.
Bir də qeyd edim ki, bu döyüşlər atəşkəsin ləğvini sürətləndirdi, hərbi potensialın bərpasını və yeni bir dönəmin başlanğıcını müəyyən etdi.
“Aprel döyüşləri taktik baxımdan strateji mövqelərin ələ keçirilməsi baxımından böyük əhəmiyyət kəsb etdi. Lələtəpə və Talış yüksəkliklərinin alınması cəbhədəki tarazlığı dəyişdi, bizim Ordumuzun ruhunu, birliyini gücləndirdi. Bu döyüşlər, xalqımız üçün bir simvol oldu və atəşkəsin dağıldığı o günlər Azərbaycan tarixində yeni bir mərhələ açdı.”
“Aprel döyüşlərində düşmənin zəif istiqamətləri bizim üçün aydın oldu, xüsusən də onların müdafiə xətləri səthindəki boşluqlar və koordinasiyadakı çatışmazlıqlar üzə çıxdı. Eyni zamanda, güclü istiqamətlər də məlum oldu, məsələn, Lələtəpə və Talış istiqamətində onların müdafiəsi xüsusilə möhkəm olması. Bu, gələcək strateji planlarımız üçün əhəmiyyətli dərəcədə məlumat verdi.”
Əlavə olaraq, Aprel döyüşləri bizim ordumuza həm döyüş təcrübəsi qazandırdı, həm də strateji planlamada çevik qərar vermə bacarığını artırdı. Operativ taktikada biz daha sürətli qərar vermək, koordinasiyanı gücləndirmək və mövqelərin müdafiəsini daha effektiv qurmaq bacarığı əldə etdik.
Ümumi itkilərin sayı, təxminən
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı, 320-dən çox düşmən məhv edildi, 500-dən artıq erməni hərbi qulluqçusu, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Bu döyüşlər bir daha təsdiqlədi ki, işğalın sonu yaxınlaşib.
Bu döyüşlər, Azərbaycan Ordusunun gücünü, vətənpərvərliyini və qətiyyətini bir daha sübut etdi. Biz, bu xatirəni yaşatmalı, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmalıyıq. Mən, müharibə iştirakçısı ehtiyatda olan polkovnik-leytenant Anar Quliyev, Qəhrəman şəhidlərimizi ehtiramla yad edirəm.
Ümid edirəm ki, yaxın vaxtlarda
Səhid qardaşım Raquf Orucov və silahdaşları layiq olduğu ada layiq görüləcəkdir. Xatırlatmaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamı var.
Sərəncama əsasən 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb, 7 hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeni, 1 hərbi qulluqçusu 2-ci dərəcəli və 4 hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 hərbi qulluqçusu “Vətən uğrunda” medalı, 43 hərbi qulluqçusu “İgidliyə görə” medalı, 45 hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı, 2 hərbi qulluqçusu “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Allah şəhidlərimizə rəhmət eləsin.
Ruhları şad olsun.

Ehtiramla, Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı.

RAQUF ORUCOV HAQQINDA YAZILAR

KƏŞFİYATÇININ SÖHBƏTİ

KƏŞFİYATÇININ SÖHBƏTİ

Axşam idi. Otağın işığı yanmırdı. Çöldə elə soyuq idi ki, dodaqlar çatlayırdı. Hamımız sobanın başına yığışıb söhbət edirdik. Birdən söhbət ondan düşdü. Hər kəs bildiyi bir hadisəni xatırladı. “Varın verən utanmaz” deyərlər, kimin nə xatirəsi vardısa, dilə gətirdi.

Masada əyləşən kəşfiyyatçı dostum sanki danışmağa tərəddüd edirdi. Ancaq özünü saxlaya bilmədi. Çayını təzələyib bir qurtum içdi. Stəkanı ovucunda saxlayaraq arxada ikimərtəbəli əsgər çarpayısında dirsəklənib alaqaranlıq masamıza baxan yoldaşını əli ilə göstərdi və danışmağa başladı:

-Bunun da iştirak etdiyi bir döyüş tapşırığına getmişdik. Düşmən arxasına sızaraq tapşırığı uğurla yerinə yetirdik. Ancaq Ağdamın Yusifcanlı kəndi ərazisində düşmən bizi mühasirəyə aldı. Dəfələrlə döyüş manevrləri etsək də, vəziyyətdən çıxa bilmədik. Rabitə vasitəsilə çağırış etdik. Əlaqə alındı. Bizə atəş dəstəyi göstəriləcəyi bildirildi.
O tərəfdə hər şey plan üzrə aparılırdı. Qarşıdurma xəttində rabitənin o başında olan komandirin göstərişləri ilə bütün proses dəqiqliklə idarə olunurdu. Artilleriya düşməni aldatmaq üçün qrupun tam əks istiqamətinə atəş açdı. Biz isə düşmənin gözləmədiyi yerdən qurdun sürüyə hücumu kimi sarsıdıcı basqı etdik və mühasirədən çıxdıq. Öz səngərlərimizə doğru hərəkət başladı. Səngərə atıldığım an qarşımdakı işıltılı gözlər birbaşa gözlərimin içinə baxdı. Palçığın içində idim. O, gözləri ilə gözümə baxıb alnını alnıma dirədi, sonra palçıqlı çiynimdən öpdü və soruşdu: – İtkimiz yoxdur ki? – Yox, hər şey qaydasındadır. – Oğulsan. Mən sizin sağ qalmağınız üçün böyük məsuliyyətin altına girdim, – dedi və əlindəki qətifəni mənə uzatdı. – Üz-gözünü qurula, isti çay iç və dincəl.
O, bütün qrup üzvlərini eyni səmimiyyətlə, eyni doğmalıqla qarşıladı.

Sonra mən ondan kim olduğunu soruşdum. O qədər sadə və səmimi idi ki, gülümsəyərək dedi: – Mən bu hərbi hissənin komandiriyəm, sizin də qardaşınız.
Adım Raqufdur…

Bu, həmin Raquf Orucov idi.

Səmimi deyirəm, bəzən işğaldan azad olunmuş ərazilərdə ilk dəfə ayaq basdığım yerlərdə elə bilirəm onunla göz-gözə gəlirəm. O, əsl qəhrəman idi. Vətəni canından çox sevirdi. Bunu sübut etmək üçün yox, yaşadığı amalın həqiqət olduğunu dünyaya çatdırmaq üçün 2016-cı ilin Aprel döyüşlərində şəhadətə ucaldı.

Haqqın ödənilməz qəhrəman qardaşım.

Məlumatı hazırladı: Elgün Gəncimsoy

Elgün Gəncimsoyun digər yazıları

RAQUF ORUCOV HAQQINDA YAZILAR

Xalqın qəhrəman oğlu – polkovnik-leytenant Raquf Orucov – Ağdam (1972)

ORDUNU QURANLAR
Bu insanların Ordu quruculuğu və formalaşmasında əməyi danılmazdır.
Torpaqlarımızın qorunması və
ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş silahdaşlarımiza Allah rəhmət eləsin.

1993 cü il – Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbi – Bakı şəhəri

Bu şəkildə olanlar ilk kəşfiyyatçı kimi təhsil alan kursant yoldaşlarımızdir.
Şəkildə qəhrəman silahdaşim Raquf Orucovda
var.

Şəhid qardaşımız Raquf Orucovun döyüş yoluna nəzər salsaq, onun əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduğunu görərik.

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub.

Erməni işğalçılarının Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid olub. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsə də, 1993-cü ilin 12 iyun tarixində Ağdam rayonunun Cinli kəndi işğal edilib. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid olub.

Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul ola bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və növbəti il həmin məktəbə qəbul olub. Onun şərəfli hərbçi həyatı anasının qisasını ermənilərdən almaq niyyəti ilə başlayıb.

Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurub, Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. 1995-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam edib.

2016-cı ilin aprel ayının əvvəlində polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb. Aprelin 5-də polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.

Raquf Orucov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 1995-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, 1998-ci ildə “Hərbi xidmətlərə görə”, 2003-cü ildə “Qüsursuz xidmətə görə” III dərəcəli, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” II dərəcəli, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” I dərəcəli, 2016-cı ildə “İgidliyə görə” medalları ilə təltif edilib.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Ehtiramla, Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı.

RAQUF ORUCOV HAQQINDA YAZILAR

MƏNİM KOMANDİRİM !!!

MƏNİM KOMANDİRİM !!!

Müharibə insanın kimliyini dəyişir… Kimisi silahı daşıyır, kimisi isə, o silahın arxasında bir GÜC olur. Mənim üçün RAQUF ORUCOV məhz o GÜC idi.
O, sadəcə hərbi hissə komandiri deyildi. O, döyüşdə kürəyimizi güvənlə söykəyəcəyimiz bir DAĞ, qaranlıq gecələrdə yolumuzu tapdığımız İŞIQ idi!
O, MƏNİM KOMANDİRİM idi !!!
2012–2013-cü illərdə AĞDAM istiqamətində eyni hərbi hissədə xidmət etdik. O, Hərbi Hissə Komandiri, mən isə onun Briqadasının Kəşfiyyat Rəisi… Kağız üzərində rütbələrimiz vardı, amma döyüşdə rütbələr yox olurdu. Orada yalnız MƏSULİYYƏT, VİCDAN və VƏTƏN qalırdı.
Biz dəfələrlə düşmən arxasında tapşırıqlar yerinə yetirmişik. Elə tapşırıqlar olub ki, Hərbi Hissə Komandiri olmasına baxmayaraq, RAQUF ORUCOV özü də bizimlə birlikdə gedirdi. Üst Komandanlıqdan xəbərsiz… Riskin nə olduğunu hamıdan yaxşı bilə-bilə… Çünki O, kəşfiyyatçıya arxadan “gedin” deyənlərdən deyildi. O, “mən də sizinləyəm” deyən komandirlərdən idi!!!
O tapşırıqlarda yanımızda kimlər vardı… Rəhmətlik gizir XANI — hamının “XANI DAYI” deyə tanıdığı, kəşfiyyatın canlı əfsanəsi SƏYYAF ƏHMƏDOV. Kəşfiyyatda özünəməxsus imzası, xətti olan mayor CEYHUN ƏZİZOV, Mən və MƏNİM KOMANDİRİM — RAQUF ORUCOV və dünyanın ən böyük əsgəri- AZƏRBAYCAN ƏSGƏRİ. Bu adlar mənim yaddaşımdan heç vaxt silinməyəcək. Çünki o gecələrdə ölümün nəfəsini hiss etmiş adamlar bir-birinin qəlbinə həkk olunur…
Hər tapşırıqdan əvvəl və icradan sonra Raquf Orucovun kəşfiyyatçılar qarşısında etdiyi çıxışlar vardı.. O çıxışlar kitabdan oxunan vətənpərvərlik deyildi!
KOMANDİRİM danışanda gözlərində TORPAQ görünürdü! ŞƏHİDLƏRİN BAXIŞI, itirilmiş KƏNDLƏRİN AĞRISI, geri dönəcək günlərin İNAMI vardı!!!
KOMANDİRİM danışanda biz təkcə döyüşçü olmurduq — BİZ VƏTƏNİN ÖZÜ OLURDUQ!!!
Komandir idi, amma, bizə böyük qardaş kimi davranırdı. Əmrlə yox, nümunə ilə idarə edirdi. Əsgərlərə öz balaları kimi yanaşırdı.
Əsgərin ayağı üşüyəndə – ilk narahat olan o idi. Əsgərin ruhu düşəndə ilk hiss edən yenə o olurdu.

RAQUF ORUCOV YALNIZ DÖYÜŞÜN KOMANDİRİ DEYİLDİ. O, YAŞAMAĞIN da KOMANDİRİ İDİ!!!
Onun komandirliyi təkcə hücumla ölçülmürdü…
O, əsgərin susuzluğunu da, yolunu da düşünürdü. Mənim orada xidmət etdiyim dövrdə onun göstərişi ilə 27 döyüş postuna su çəkdirildi. 14 döyüş postuna yeraltı avtomobil yolu salındı. Bu, xəritədə görünməyən, amma ƏSGƏRİN HƏYATINI XİLAS EDƏN CƏBHƏ idi. O bilirdi ki, GÜLLƏ İLƏ YANAŞI LAQEYDLİK də ÖLDÜRÜR…

Onun yanında qorxmaq ayıb idi.. çünki O, qorxunu sənin əlindən alırdı…
2013-cü ilin yanvar ayı… Düşmən ön xəttdə fasiləsiz lokal xarakterli kəşfiyyat-diversiya və təxribatlarla vəziyyəti gərgin saxlamağa çalışırdı. Gecələr-gündüzlər bir-birinə qarışmışdı. RAQUF ORUCOV sutkalarla yuxusuz qalırdı. Gecə səhərə qədər UAZ tipli avtomobillə post-post gəzirdik. Hər döyüşçünün yanında dayanır, hərəsinə ayrıca müdafiə təlimatı verirdi. O anlarda onun necə taqətdən düşdüyünü görürdüm. Bədəni dayanmaq, istirahət etmək istəyirdi, amma ruhu icazə vermirdi..
.. Bir gecə artıq dözə bilmədim. Dedim ki, “Komandir, bu gecə gəlməyin, postları biz gəzərik.” Başını tərpətdi, razılaşdı. Amma cəmi 1–2 saat keçməmiş arxamızca posta gəldi. Dözüb dura bilməmişdi. Çünki o, postda olmayan komandir deyildi. O, əsgərini tək buraxanlardan deyildi!!!

Bu gün RAQUF ORUCOV ŞƏHİD adı ilə anılır. Amma mənim üçün O, hələ də KOMANDİRİMDİR, hələ də gecələr postları yoxlayan, kəşfiyyatçıların qarşısında sakit, amma sarsıdıcı səslə danışan KOMANDİRİMDİR!
Raquf Orucov bizim ürəyimizdə daş kimi ağır, dağ kimi möhkəm qaldı!
Çünki o, təkcə ŞƏHİD olmadı… O, komandirliyin necə olmalı olduğunu, Vətəni necə sevməyi öyrədib getdi!
MƏNİM KOMANDİRİM — adını daşımaq da məsuliyyətdir!!!

RAQUF ORUCOVUN yeri ürəyimizdə boş qalmayıb — çünki orada əbədi olaraq ÖZÜ VAR!!!
MƏNİM KOMANDİRİM ÖLMƏDİ… O, BİZİMLƏ BİRGƏ DÖYÜŞLƏRDƏ QALDI… BİZİM YADDAŞIMIZDA, VİCDANIMIZDA, VƏTƏNƏ BAXIŞIMIZDA YAŞAMAĞA DAVAM EDİR!!!

Və… Mən nəfəs aldıqca, Raquf Orucov mənim üçün həmişə MƏNİM KOMANDİRİM olacaq!!!

Ehtiramla, Eldəniz Namazov

RAQUF ORUCOV HAQQINDA

Ruhun şad olsun Vətən oğlu

Ruhun şad olsun Vətən oğlu
Daim qəlbimizdə yaşayacaq qəhrəman qardaşim.
Sənin keçdiyin şərəfli həyat yolu, Vətən qarşısında göstərdiyin qəhrəmanlığın gənclərimizə bir nümunədir ,bir dərslikdir. Azərbaycan xalqı üçün, şəhidlərimiz ucalıq rəmzidir, qürurdur.
Qürur dolu tarixi keçmişimizə dərindən nəzər salsaq, Vətənimizin qəhrəmanlar, mərd oğullar məskəni olmasını sən və şəhid qardaşlarım öz qanı canı bahasına bir daha təsdiq etdiz.

Qəhrəmanlıq – şəxsin fərdi xarakterik xüsusiyyətlərinin, tərbiyəsinin və genetik mənəvi zənginliyinin diktəsi ilə idarə olunan mürəkkəb bir keyfiyyət, əsl kişilik simvoludur!
Səni kimi seçilmiş hünər sahibləri, zaman keçsə, dövran dəyişsə də, xalqımızın qan yaddaşında yenilməz qəhrəman obrazı kimi qalacaq və ürəklərdə əbədi olaraq yaşayacaqdır!

Biz həm cəmiyyət, həm də fərd olaraq sizlərə çox şey borcluyuq. Hər şeydən əvvəl isə onların özlərindən sonra qoyduqları böyük irsi – Qəhrəmanlıq İrsini,- toplamaq, öyrənmək, araşdırmaq və gələcək nəsillərə ötürmək lazımdır.
Bu irs hələ uzun illər Azərbaycan xalqının ruhunu kükrədəcək, hər kəsə bu torpağın necə oğullar yetirməyə qadir olduğunu göstərəcək. Sübut edəcək ki, himnimizdə oxunan “Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu” sözləri əsla sadəcə söz deyil.
Mən hər zaman inanıram ki,geci tezi ədalətli qərar qəbul ediləcəkdir ,sənə layiq olduğun adın veriləcəkdir .
İnanıram ki
Raquf Orucovun qəhrəmanlıqları layiqincə qiymətləndiriləcək , ona Milli Qəhrəman adı veriləcəkdir.

Ehtiramla, Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı.

RAQUF ORUCOV HAQQINDA YAZILAR

“ÜRƏYİMİN PAYTAXTI”, AĞDAMIM! – AQŞİN HACIZADƏ

“ÜRƏYİMİN PAYTAXTI”, İŞĞAL OLAN AĞDAMIM!
(Ağdam Dövlət Dram Teatrının aktrisası, qiraətçi dostum Afəridə Sabirqızı Ağdamlının dilindən)
Haralısan deyirlər?-dillənirəm qəhərlə,
-Ağdamdanam,Ağdamım işğal olub məkrlə.
Ağdamlı olmağımı söyləyirəm fəxrlə.
Niyə axı mən bunu ya gizlədim,ya danım?
“Ürəyimin paytaxtı”, işğal olan Ağdamım!
* * *
Atam bir an düşməyir dodağımdan.dilimdən,
Ağlayıram içimdə,nə gəlir ki, əlimdən?
Səndən ayrılan gündən, lap uşaqlıq ilimdən,
Ürəyimdə qalıbdı xoş murazım,xoş kamım,
“Ürəyimin paytaxtı”, işğal olan Ağdamım!
* * *
Sevilmisən ərlərin, saysız şəhidlərinlə,
Cəsur Raquf Orucov, Yelmar tək nərlərinlə, —1.–2.
Ürəklərdə yaşayır onlar hünərləriylə,
Mən də hazıram bu gün, yolunda verim canım,
“Ürəyimin paytaxtı”, işğal olan Ağdamım!
* * *
Sənsiz dünya gözümdə kiçildikcə kiçildi,
Sənsiz ötən bu illər ömür deyil,puç ildi.
Yad əllərdə qaldığın düz iyrimi üç ildi,
Uçub sökülüb daha, qara olub ağ damım,
“Ürəyimin paytaxtı”, işğal oan Ağdamım!
* * *
Bəsdir qurduq burada,ya hardasa alacıq,
Bir gün axır bir olub, biz yenə biz olacıq.
Səni tikən biz idik, təzdən tikib. quracıq,
Necə gözəl olmusan əvvəl,əzəl Ağdamım,
İnanıram olacan yenə gözəl Ağdamım!
* * *
Təzə güllər əkəcəm , yenə öz əllərimlə,
Sənə bəzək vuracam zəhmətimlə,tərimlə.
İgidlərin,ərlərin, nazlı gözəllərinlə,
Onda yenə coşacaq mənim təbim,ilhamım,
“Ürəyimin paytaxtı”,yaşa mənim Ağdamım!
1.Raquf Orucov.— Hərbi xidmətlərə görə medalı.
2.Yelmar Edilov.—– —– AR Milli Qəhrəmanı.

26.9.2016.

BU QATAR AĞDAMA GEDƏ BİLMƏYİR!
Bakıdan Xankəndə qatar yolu var,
Həmin yol Ağdamdan keçib gedirdi.
Getməyir oraya indi bu qatar,
Ağdamın özütək bu yol əsirdi!
* * *
İyrimi altı il vaxt ötüb keçib,
Dayanıb bu qatar, durur Bərdədə.
Bu yolu gözləyən çox insan köçüb,
Çoxu da köçəcək hələ bəlkə də!
* * *
Sərnişin gətirib aparmalıydı,
Qaçqına ev olub qatar burada.
Anlayan kəslərə ağlamalıdı,
Qatarı “ev” sayıb, yatar burada.
* * *
Bu nə bəd oyundur, axı nə sirdir?
Dördyoldan o üzə ötə bilməyir.
Ağdama on-onbeş kilometrdir,
Bu qatar Ağdama gedə bilməyir!
* * *
Ta səbri tükənib,yorğun haldadı,
Fərqini duymayır qışın,baharın.
O vaxtdan dördyolda,gözü yoldadı,
Bileti əlində Ağdamlıların!
* * *
Başqadı Ağdamın qoxusu,ətri,
Bu məkan uğrunda döyüşək gərək.
Bu qatar Ağdama getməkdən ötrü,
Gərəkdi Ağdama öncə biz dönək!
24.7.2019.

Bu şeir Ağdamın işğal zamanından bəri səmimi dostluğumuz davam edən, Ağdam Dövlət Dram Teatrının dəyərli aktrisası Afərdə Sabirqızı xanımın istəyi ilə Ağdam sevincini yaşayan bütün ağdamlıların dilindən söylənilir. Sizləri ürəkdən təbrik edirəm Ağdam camaatı! Ağdama dönüşünüz mübarəkdir!

MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM!
Qaçqın düşdqük, əzab çəkdik aramsız,
Nə zalımmış bu erməni, bu qansız!
Düz iyrimi yeddi ili Ağdamsız,
Bu dünyaya sanki kordum Ağdamım,
Mənim doğma, gözəl yurdum Ağdamım!
* * *
Ayrı düşdün bu illər ki, elindən,
Düşməmisən bir ağdamlı dilindən.
Aldı səni yağıların əlindən,
Baş komandan, şanlı ordum, Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Ürəksizmiş harda olsa vətənsiz,
Baş neyləsin, dil neyləsin bədənsiz?
Anlamıram, bu illəri mən sənsiz,
Necə dözdüm, necə durdum Ağdamım?
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Şükür, dönüb qucağına gəlmişəm,
Sevincimdən ağlamışam, gülmüşəm.
Qiblə sanıb, səni Məkkə bilmişəm.
Yenə səndə binə qurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Uca olsun onun adı, həm şanı,
Min yaşasın Ali Baş komandanı. —*
O bəxş etdi bu payızda xoş anı,
Bu həsrəti başa vurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
Yaşa mənim əzəl yurdum Ağdamım!
*Ali Baş Komandan İlham Əliyev.

21.11.2020.

Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

O GÜN – ZAUR USTAC

Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyev dəfn olunduğu gün Şəhidlər Xiyabanının qarşısı gecə saatları.

O GÜN
(Şəhid İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. -Bakı.

Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

ZAUR USTACIN DİGƏR KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

OĞUL DEYİRƏM SƏNƏ…

Azərbaycanın qəhraman oğlu şəhid polkovnik-leytenant Raquf Orucov

(Böyük qəhrəman Raquf Orucovun əziz xatirəsinə)
☆☆☆
Mıllətinin dar günündə
Harayına gələn oğul.
Ağrısına, acısına
Sinəsini gərən oğul.
* * *
Çəkib qılıncı qınınnan,
Yurdu suvardı qanınnan.
Keçib öz şirin canınnan
Torpaq üçün ölən oğul.
* * *
Damarında Türkün qanı,
Bozqurdlar oldu dörd yanı.
Qarı düşmənin bağrını
Öz əliylə dələn oğul.
* * *
Qibləsi bilib Vətəni,
Döyüşlərdə keçdi günü.
Bir Murov qartalı kimi
Səmaları yaran oğul.
* * *
Məmləkət yaşasın deyə,
Ruhunu uçurdu göyə.
Döndü gerçək əfsanəyə
Gələcəkdən gələn oğul!

Müəllif:Ehtiram İLHAM

RAQUF ORUCOV HAQQINDA DİGƏR YAZILAR

EHTİRAM İLHAMIN DİGƏR YAZILARI


POLAD HƏŞİMOV
 VƏ İLQAR MİRZƏYEV HAQQINDA OLAN DİGƏR YAZILARLA KEÇİD ETMƏKLƏ TANIŞ OLA BİLƏRSİNİZ
:


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN RAQUF ORUCOVUN AD GÜNÜDÜR – FOTO

Bu gün onun ad günü …. Əfsanəvi kəşfiyyatçı şəhid polkovnik – leytenant Raquf Orucov 12.07.1972-ci il Ağdam rayon, Cinli kəndində anadan olub. Orucov Raquf İbrahim oğlu 2 aprel 2016 – cı il Aprel döyüşlərində şəhid olub. Allah rəhmət eləsin ruhu şad olsun. Amin.


Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru