Etiket arxivi: Azər Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadə

Fotoda görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadədir. O, 1920-ci ildə, bolşeviklərin Azərbaycanı işğal etdiyi bir dövrdə, üçrəngli Azərbaycan bayrağı azad Vətən göylərindən yerə endirilən o qaranlıq ilin yayında dünyaya gəlmişdi. 1920-ci il, iyun ayının 15-i… Məhəmməd Əmin bəy oğlunu cəmi bircə dəfə görmüşdü. Bir neçə dəqiqəlik bu görüşdən onun ağlında balasından qalan bircə xatirə bu idi: “Atasının öpüşündən oyanan uşaq ağlayır…”
Azər Rəsulzadənin çox ağırlı – acılı, keşməkeşli həyatı olub. O, 1937-ci ildə, cəmi 17 yaşında olanda sürgünə göndərilib. Demək olar ki, ömrü sürgündə, Vətəndən uzaqda keçib, 73 illik həyatının böyük bir hissəsini Azərbaycan həsrətiylə yaşayıb. Qazaxıstanda rəssam, pedaqoq kimi fəaliyyət göstərən Azər Rəsulzadə yalnız ölümündən sonra vətənə “dönüb”… O, 1993-cü ildə Qazaxıstanda – Karaqandada dünyasını dəyişib və Novxanı məzarıstanlığında dəfn edilib. Azər bəyin məzarı üstündə “Məhəmməd Əminin ailəsindən doğma vətəndə uyumaq 56 il sürgündən sonra yalnız sənə nəsib oldu” sözləri yazılıb…