
NECƏSƏN?
Sənsən yolum, sənsən izim,
Ümmanım, dəryam, dənizim,
Məhəbbəti bənzərsizim,
Sevgisi tərim, necəsən?
Çən düşüb həsrət dağına,
Lənət bozuna, ağına.
Ömrümün gülşən çağına
Gələn dilbərim, necəsən?
Ruhunda məskən salacam,
Sözündən ömür alacam.
Təbdə böyüyüm, balacam,
Ay bərabərim, necəsən?
Özüm, bütövüm, həm yarım,
Yarın, Qəzənfərə yarın.
Neynirəm dünyanın varın,
Gövhərim, zərim, necəsən?
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında