Etiket arxivi: BİR ŞEİR PAYI

BİR ŞEİR PAYI – ŞƏHLA RƏVAN

BİR ŞEİR PAYI – ŞƏHLA RƏVAN

Turanın əbədi nuru

Kökü daşdan dərindir, ruhu göylərdən uca,
Tarixin hər sətriylə danışır qoca-qoca.

Zaman bir dəryadırsa, biz o dəryada gəmi,
Sükanı hikmət olan, yelkəni Haqqın dəmi.

Baxışında Tanrıdağ, sinəsində min dastan,
Bizik o qədim ruhu gələcəyə daşıyan.

Nizaminin qələmi, Atillanın qılıncı,
Bir damarda döyünür – həm zəfər, həm də sancı.

Biliklə yoğrulubdur millətin bünövrəsi,
“Oxu!” deyən bir dinin, “Düşün!” deyən bir səsi.

Zəka qılıncdan kəskin, iradə daşdan mətin,
Ucalmaqdır qayəsi bu müqəddəs millətin.

Birimiz sönən olsaq, minimiz çıraq olar,
Birliyimiz sarsılmaz, yurdum firavan olar.

Vüqarımız göylərdə, ayağımız yerdədir,
Türkün böyük dühası zamansız hər yerdədir.

Göytəpə şəhəri – 15.08.2022

Şəhla Rəvan,
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Turan Yazarlar Birliyinin üzvü, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair.

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Layihə rəhbəri: İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sakit Üçtəpəli – Şükranım

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Şükranım
(Dünyanı vaxtsız tərk etmiş əziz qızım Şükran üçün)

Sən getdin doğmalar qaldı yaralı,
Biz necə yaşayaq səndən aralı.
Gün-gündən pisləşir atanın halı,
Məni çox yandırır sənsizlik dərdim,
Kaş sənin yerinə özüm ölərdim.

İnana bilmirəm hələ də sağam,
Dözsəm bu acıya qayayam, dağam.
Düşünmə ki, səndən cismən uzağam,
Bilirsən ki, qızım cəsur, comərdim,
Kaş sənin yerinə özüm ölərdim.

Heç sənin ətrindən doymadım gülüm,
Səni qəfil alıb apardı ölüm.
Bu necə dözülməz iztirab, zülüm,
Dərdindən alışdım, yandım, əridim,
Kaş sənin yerinə özüm ölərdim.

Cəlilabad rayonu – 15.01.2026

Sakit Üçtəpəli,
“Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Layihə rəhbəri: İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

BİR ŞEİR PAYI – Əfrahim Hüseynli

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Qalmışam payızla qış arasında

Hecası pozulan misralar kimi
İndi nə desən də, qəlbimə yatmaz.
Daşı əritsə də etiraf…filan…
Şaxtaya, soyuğa, sazağa batmaz.

Mən elə yollardan çıxıb gəlmişəm,
Sirli nə qayası, dolayı qalıb.
Bir güman xətrinə pay etmək üçün
İllərin nə günü, nə ayı qalıb.

Qalmışam payızla qış arasında
Uzaq gümana da yol-bərə yoxdu.
İşə bax, deməyə dilim də gəlmir,
-Eh, nahaq bir adam qarşıma çıxdı!

Günahlar üçürub bəndi-bərəni
Baharın sellənən yağışı kimi.
Dayanıb qarşımda sadəlövhlüyüm
Ayların illərin qarğışı kimi.

Gözümə yad olan yuxularım da
İndi mənim üçün yuxu kimidi.
Arayıb gəzməyin mənası yoxdu,-
Günah sahibi kim, haqlı kim idi.

Daha heç oxuma şeirlərimi,
Gərək olmadısa bir “qəlbiidaş”a…
Oxusan, xəbərsiz gözündən düşər
Qalan günlər-aylar, il başdan-başa.

Əfrahim Hüseynli Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “İbn Sina”, “Cəsarətli qələm”, “Xəmsə”, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, həkim, şair (Cəlilabad rayonu)

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Layihə rəhbəri: İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir şeir payı – Şəhla Rəvan

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Kainata sığmayan qadın

Sən sevib-sevilməyi çoxdan unutdun, qadın!
Sən bir ömür yaşadın, amma məmnun olmadın.
Dərdlərini bilmədi, nə qohumun, nə yadın,
Fikrin, düşüncən oldu tez böyüsün övladın.

Sən xoşbəxt yaşamağın dadını da bilmədin,
Təbəssümün az oldu, heç ürəkdən gülmədin.
Qəlbdə olan ağrını sən hamıdan gizlədin,
Artdı, anbaan artdı qəm yükün taleh dərdin.

Qəlbindəki həsrətin öz köksünə sığmadı,
Bulud kimi dolaraq yağıştəki çağladın.
Kədərini, qəmini gizli tutdun saxladın,
Dərdini pünhan edib, eşq qapısın bağladın.

Düz amalla yaşadın, ifrata da varmadın,
Gündüzləri ovunub, gecələri ağladın.
Duyğunla, hisslərinlə bu cahana sığmadın,
Dünya çox kiçik oldu, sənsə kainat, qadın!

Göytəpə şəhəri – 16.02.2022

Şəhla Rəvan,
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair.