Əfrahim Hüseynli – Daha gecələr də gözümdən düşüb

BİR ŞEİR PAYIƏfrahim Hüseynli

Daha gecələr də gözümdən düşüb

Kaş ki sözlərimə inanmayaydın,
Bir yalan biləydin doğru arzunu.
Əlçatmaz, ünyetməz gümana belə
Əlimi açmazdım ömrüm uzunu.

Bəlkə nahaq yerə ürək sirrimi
Xahişsiz, filansız açmışam mən də…
Vəsfinə yazdığım şeirlərimi
Oxuyub kiməsə, öyünürsən də.

Gecənin gözündə əriyən kimdi?-
Bu qismət soyuqluq üzündən düşüb.
Ay da doğma idi, ulduz da doğma,
Daha gecələr də gözümdən düşüb.

Necə yaxın idik gözlə qaş kimi,
Necə uzaq düşdük göy üzü qədər.
Duman da biz olduq, qaya-dağ da biz,
Uzanan yolları qınadıq…hədər!

Yollarım üstünə yağan qar kimi
Ələnir üstümə suallar indi.
Yüz-yüz sorğuların cavabı bumu?-
Hə… biri var idi, biri yox idi…

Əfrahim Hüseynli,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “İbn Sina”, “Cəsarətli qələm”, “Xəmsə”, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, həkim, şair
Cəlilabad rayonu

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Layihə rəhbəri: İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir