Etiket arxivi: Cavid Fərzəli

Cavid Fərzəli. VƏTƏN.

VƏTƏN

Baxdım, vətənimin ağ gününə
Hələ də ayaqlarım tank belində vətəndir,
Hələ də barmaqlarım qara köynəkli qələm çölündə acından ölür.

Gördüm, küçələrin ürəyini güllələyib sənə azadlıq gətirir ağaclara yuvalıq edən quşlar…

Heyif, vətənimin dilində,
azadlıq göz yaşları uğrunda döyüşməkdir.

Bir azad ürəkdə yaşamaq üçün
Mən sənin nəğmən olmaq istəyirəm, vətən!

Mən indi bildim ki,
Bir ana yaylığına bayraq deyəndə;
vətən olurmuş göy üzü,
Yağışların yaxasında,
səngərlərin ürəyində.

Burda suların da bir adı müharibədir,
Sülh quşlarının da,
Çünki bütün müharibələr kəpənək qanadlarını yaralayır…

Baxdım, vətənimin ağ gününə,
Ovucları saralıb alagöz buludların,
Əlləri çiçəkləyib yaşıl heykəllərin…

Müəllif: Cavid FƏRZƏLİ

CAVİD FƏRZƏLİNİN YAZILARI


POLAD HƏŞİMOV
 VƏ İLQAR MİRZƏYEV HAQQINDA


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cavid Fərzəli. QOVAQ AĞACI.

QOVAQ AĞACI
Bir axşam lal küçədə,
Mənə səni xatırlatdı qovaq ağacı.
Elə bil üzündən qoparıb üzünü,
Elə bil ayrılıq dərib ayaqlarını.

Bir az qulaq verdim, səsini duyum,
üzünü görüm deyə, ayrılığım!
Baxdım,
Bir dilsiz baxışdan
Ağac rəngində sevgilər yıxılır,
qonur çöllərin üstünə.

Əllərim bətninə düşür,
Sənə sarı kar axşamlarda.
Bir bilsən, qovaq xanım,
Yarıağac yolları gözləməkdən,
Alatoran küçələrin addımlarını balta kəsir,
Əllərim qanına batır sənsizliyin…

Yarıqadın ağaclarda,
Yarpaqların axşam düşür sənin,
Barmaqların çiçək soyundan doğulur.
Bağışla, gecikdim əllərinin baharına,
Daha ağacların ürəyin əritməz bir çiçək…

Müəllif: Cavid FƏRZƏLİ

CAVİD FƏRZƏLİNİN YAZILARI


POLAD HƏŞİMOV
 VƏ İLQAR MİRZƏYEV HAQQINDA

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Cavid Fərzəli. MÜHARİBƏ GÜNÜ.

CAVİD FƏRZƏLİNİN YAZILARI

MÜHARİBƏ GÜNÜ
Müharibədən gələn xəbər
Ürəyimi gülləliyən an,
Doğum evinin başında
Bir ana bulud daşıyır çiyinlərim.
Yüyürüb bir çağa həsrətin arxasında gizlənir əllərim.
Yolunu gözlədikcə doğum gününün.
Yollar sancı çəkir ayaqlarımda.

Bir az keçmiş, tibb bacısı oğlumun üzünü Tanrıdan gizlədib gətirdi
kor bir pəncərəyə.
Gördüm gözlərini,
Ağaclar sevinc gətirdi qollarıma,
Qucağıma aldım doğum gününü.

Müharibədən gələn xəbər;
Qarşı pəncərədə
Körpə bir səs atasız qalır.
Hardasa bir ana oğlunu mərmilərin yadından çıxarır.

Müharibə şəkilli adamların arasında,
Kəpənəklərə dil öyrətməkdir addımlarını böyütmək…

Rəqəmlərin ölümüymuş doğum günün.
Cibimdə çağırış vərəqi, dilimdə doğum günün dayanmışam müharibənin ağzında.

Doğum günündən uzaqlaşdıqca, oğlum!
Gözlərimdə uşaqlar müharibələrlə yaşıd qalır,
Axı anaların qucağı həmişə körpədir.

Müəllif: Cavid FƏRZƏLİ

CAVİD FƏRZƏLİNİN YAZILARI


POLAD HƏŞİMOV
 VƏ İLQAR MİRZƏYEV HAQQINDA OLAN DİGƏR YAZILARLA KEÇİD ETMƏKLƏ TANIŞ OLA BİLƏRSİNİZ
:

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAVİD FƏRZƏLİ. HƏR GÜN.

CAVİD FƏRZƏLİNİN YAZILARI

HƏR GÜN
Hər günün dibində əllərimdən ölüm düşür,
Kor sürahilərin üstünə.

Bir gecənin arxasında,
Divarlarımı boğub öldürür qaranlıqlar,
Pəncərəmə ayrılıq salır ay işığı.

Bir qış səhəri
Masamdakı şam işığı içindən asır özünü,
Gözlərimin üzün örtür ayrılığın əlləri.

Sevda boynuna sarılır barmaqlarım,
Yanımdan kəhər maşınlar yüyürüb ötür həsrətimi…

Əyləncə parkında oğlumun ürəyini gəzəndə,
Ciblərimin başın kəsib öldürdü bir qəpiyim.

İndi axsaq buludlarda,
Göylərin intiharıdır ayaqlarım.
Baxdım,
Əqrəbləri topaldı saatımın.
Yollar həsrətimin ayaqqabısıdır.

Heyif, bilməmişəm yıxılmaq ayaqlarımızın yaddaşıymış.
Yalavac küçələrdə,
saatı kölgələrdən öyrənirmiş qardaşım.

Müəllif: Cavid FƏRZƏLİ

CAVİD FƏRZƏLİNİN YAZILARI


POLAD HƏŞİMOV
 VƏ İLQAR MİRZƏYEV HAQQINDA OLAN DİGƏR YAZILARLA KEÇİD ETMƏKLƏ TANIŞ OLA BİLƏRSİNİZ
:

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Cavid Fərzəli. Kamança.

CAVİD FƏRZƏLİNİN YAZILARI

KAMANÇA
Qumru dərədə
Bir ana küləyin dilində,
Qarğı qamışlar nəğmə deyəndə,
tikanlı məftillərin üstünə sərdim səsimi.

Səni bülbül səsindən soruşdum, kamança!
Oxuyanda tənha divarlarımı,
Oxuyanda tanrı barmaqlarımı.

Qulağımın dibində
sular oxuyanda
dilini öyrəndim çayların…

Məhbus çiçəklərdə
yağışlar ölümünü sənintək oxuyur,
buludlar sevdasından havalanır.

Yenə ayrılıq düşdü üzümə
Boyunuma dolanan kor çöllərdə,
Ağaclar ölüm gətirdi əllərimə.
Üsyanım nəğməyə döndü.

Küçələrin göz yaşında,
Qapımızın üzünü sevmə daha.
Ovuclarımın azad günündə,
Barmaqlarımın başına dönmə daha, kamança!

Müəllif: Cavid FƏRZƏLİ

CAVİD FƏRZƏLİNİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


POLAD HƏŞİMOV
 VƏ İLQAR MİRZƏYEV HAQQINDA OLAN DİGƏR YAZILARLA KEÇİD ETMƏKLƏ TANIŞ OLA BİLƏRSİNİZ
:

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Cavid Fərzəli – Od düşən günümə…

CAVİD FƏRZƏLİ

* * *

Od düşən günümə

Yanmayın mənim.

əl uzatmayın mənə

Əllərim kardı mənim.

Ürəyimi küçə-küçə

ayaqlayan adamlar,

Özgə bir yoldasa,

ən çox sevdiklərim tanıyır məni.

Uşaqların oyuncaqları

qırıldığı gündən həyata addımları,

Quşlarınsa qanadları

qopduğu yerdən göy üzü başlayır…

müqəddəslər ağacların edam şəkilində unudulur.

dilənçilərsə ovuclarımın xoşbəxt günündə.

Daha üzülməyin, dostlar

Daha məndən qorxmayın…

Qollarım sağdı mənim,

Qucağıma həsrətəm…

        * * *

Təkcə sevdiyindən deyil,

əllərin qopan hər yer

sevgiylə dolar.

…Bütün sevgilər ayağın kəsər səndən;

Başı daşa dəyən yollarda addımlarını tanıyarsan,

yolun qalmaz ölməyə.

…özgələşər göz yaşların

pərdə buludlar arxasında,

sevdadan qalan külün gözündə.

Gözün olmayan xoşbəxtlik

güllələyər ürəyini,

əlində ölərsən dənizin,

kimsə su atmaz üstünə.

…Qadınlar tanrısız kişilərdə həsrətini yaşayar

hər gecənin qapısında,

hər ürəyin səhərində.

Heyif bilməmişəm;

Sevmək kədərini dəyişə bilməməkmiş

eyni ocaq başında,

eyni yağışlar arxasında.

Müəllif: Cavid FƏRZƏLİ

CAVİD FƏRZƏLİNİN YAZILARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru