Etiket arxivi: Əbilin gündəliyindən:

Əbilin gündəliyindən – Füzuli

Əbilin gündəliyindən:
Füzuli haqqında
20 aprel 2007: – Füzulinin böyüklüyünü kim anladı? Çoxları dedi mən! Əslində, heç kəs. Füzuli zirvədi. Elə bir zirvə ki, bizim dünyamızla o zirvə arasında bir tək yol var. O yol gözə görünməz, bilinməz. O hiss edilir. Aşiq olmayanlar o yolu görməzlər. Tutaq ki, aşiq oldun və o yolu gördün, tapdın. Ancaq bu da yetməz. İş orasındadır ki, o yolu aşiqlər görsə də gedə bilməzlər. O yolu yalnız və yalnız aşiqliyi dərk edənlər gedə bilər. Dərk etmək üçün isə Məcnun olub, onun yaşadıqlarını hiss etməlisən. Allahı dərk edib Leyli kimi gözəli yaratdığı üçün ona həmdü sənalar etməlisən. Sevginin Məcnununa çevrilməyi bacarmalısan. Bax bu zaman Füzulini dərk edə bilərsən. Əgər bütün bunlar səndə yoxdursa o zaman sən Füzulini dərk edı bilməzsən.
Sevsən, aşiq olsan belə Məcnina çevrilə bilməmişsən. Füzuli sənin üçün yalnız uzaqdan seyr edilən əzəmətli bir zirvədir. Zirvələr hər zaman gözəldir, onun gözəlliuindən feyz alanlar üçün. Zirvələr gözəldir,fəqət, zirvələri sevən, yuvaları zirvədə olan qartallar üçün.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən – Firdovsi

Əbilin gündəliyindən:
Firdovsi haqqında

Birinci yazı

1 oktyabr 2006:. …Bu gün bir az “Şahnamə”ni davam etdirdim. Hər zaman Firdovsi türk düşməni olub deyə ona lənətlər yağdırdıq.Ancaq yanılmışıq.Haşa,mən demək istəmirəm ki,Firdovsi bizi sevib,yox.O,türklərə nifrət edib.Ancaq qəbul etmək lazımdır ki,bəzən əsərdəki nifrət belə oxucuya həmin şeyi sevdirə bilər.Bəli,Firdovsi özü də istəmədən,bəlkə türkləri öyüb,vəsf edib.Çoxları buninla razılaşmaya bilər.Hər kəsin hürr fikri var…Peyğəmbərimizin mübarək məktubunu yırtan (necə ki,Rəbbim onun dövlətinin sütunlarını dağıdıb İslamı orada bərqərar etdi) Kisranın nəslini vəsf edən Firdovsi ən azından siyərə göz atmağıma imkan verdi.
Firdovsi bir kərə fars idi və təbii,türkləri,turançılığı deyil,farsı öyəcəkdi.Ancaq oxuduğum 178-ci səhifəyə qədər məncə Firdovsi türkü nə qədər alçaltmaq istəsə də onu bir o qədər yüksəldir.Ən azından ona görə ki,əsərdə İran dövləti dünyanın ağası və qorxunc divlərlə savaşıb qalib gələn bir imperiya kimi verilir.Hətta indinin özündə belə ABŞ-ın tam yiyələnə bilmədiyi,köləlik nədir bilməyən hürr əfqan xalqı belə İranın tabeçiliyində verilir.Ancaq bu dünya imperiyası ilə çarpışmağa özündə kifayət qədər güc görən və İran şahını əsir edib,şahlığı ələ keçirən Turanı “Şahnamə” sahibi məncə bundan artıq öyə bilməzdi.Burası doğrudur,Firdovsi bilsəydi ki,onun nifrətindən mən belə nəticə çıxaracağam,hər halda,başqa bir variant fikirləşib tapardı.Ancaq biz türklər ki,varıq,o zaman ona da çarə tapacaqdıq.
Sonra da qalxıb Firdovsini türk düşməni deyə lənətləyirik.Ancaq unuduruq ki,hər nəyə baxırsan bax,bir də onun o biri üzünün oldugunu fikirləş.Necə ki, “Şahnamə” mövzularına toxunan Əli bəy Hüseynzadə və Məhəmməd Əmin Rəsulzadə bizim baxa bilmədiyimiz tərəfdən baxmışlar. “Şahnamə” əgər həqiqətən bu qədər zərərli olsaydı,hər halda onlar bizdən daha yaxşı bilərdilər.Daha bu mövzuya toxunub,Azərbaycan Cümhuriyyəri dövründə əhaliyə türkcülüyü bu əsərlə sevdirməzdilər.
Bir də Peyğəmbər əfəndimizin iki hədisinə toxunacağam: “Əməllər niyyətlərə görədir”.Yəni əsas olan niyyətdir.Əməl olmasa da olar.Bu kişilər iş görmüşlər.Biz isə “Şahnamə” ni oxumadan zərərlidir deyib “Dünya klassikləri” sırasına qoymuşuq öz kitab rəfimizdə.
Digər hədis: “Necə yaşayırsan,elə də ölürsən”.Firdovsi yoxsulluq içində yaşadı,türk sultanının göndərdiyi qızılları onu cənazəsi “qarşıladı”. Dünyada əsas olan özündən sonra bir əsər qoymaqdır.Pul,sərvət heçdir.Həmin qəzılların taleyi indi bəlli deyil. “Şahnamə” isə mənim stolumun üstündədir.

İkinci yazı

2 oktyabr 2006: Bu gün də Firdovsini davam etdirdim.Firdovsi İranlıları öysə də ancaq,elə Türklə bağlı bəhsdə bir az gerçəkli davranıb.Türk xaqanı sülh bağlayıb Ceyhunun o biri tərəfinə keçəndə bu səfər İran şahı başına bəla açıb Mazandarana divlə vuruşa gedir.
Elə yaxşı ki,Turan var,yoxsa İran elə cəfəngiyyatla vuruşacaq.Qondarma pəhləvanlar yaratmaq üçün Firdovsi təxəyyülü olduqca vacibdir İranlılar üçün…


Üçüncü yazı

3 oktyabr.2006: “Şahnamə”ni yenə davam etdirdim.Artıq Rüstəmin oğlu Söhrab İrana yürüşə başlayıb.İran şahları amma da qanıçən imişlər. Özləri axıtmadıqları dinc əhali qanı qalmayıb.Bir də Əfrasayabı qaniçən adlandırır.Ümumiyyətlə, Firdovsi Turan-İran məsələsində çox mübaliğəyə yol verir.7 İran pəhləvanının Turana keçib 30 minlik Əfrasıyab ordusuna qalib gəlməyi yuxu gerçəyinə belə sığmır.Ancaq burda da Firdovsini başa düşmək olar.Min illik İran tarixini yazmaqla 27 şahın adının çəkildiyi “Şahnamə”də hadisələr sürətlə cərəyan edib,tez də bitməliydi.Yoxsa əsəri bitirməyə Firdovsinin deyil,heç İran dilinin də qüvvəsi çatmazdı.Min illər boyu heç məğlubiyyət görməyən İran nə oldu Firdovsinin dövründə kiçik bir Səlcuqlu dövlərinin tərkibində oldu. Və türk şahı əsər yazmağı “məgrur iranlı” Firdovsiyə əmr etdi.Və Firdovsidən də 800 il sonra İran,türk hökmdarlarının iradəsi altında oldu.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən – Qəzali haqqında


Əbilin gündəliyindən:

Qəzali haqqında

20 sentyabr 2006: “Qəzali çox böyük idi,amma özündən bir neçə əsr sonra İslamın geriləməsini durdura bilmədi”.Belə bir fikir oxumuşdum.Hər halda bu fikir özü sübut edir ki,İslam kimi böyük bir məfhum bəzi məqamlarda İmam Qəzali ilə müqayisə edilirsə bu,Qəzalinin dühasından başqa bir şey geyil.Zəifləməni durdura bilmədi bəlkə,amma hər halda olmuş və bundan sonra İslam adına olacaq çox inkişaflara imza atdı.Əsrlərdir İslam adına elm deyəndə Qəzali yada düşür.İslam elmini bir kitabxana olaraq düşünsək,İmam Qəzalinin əsərləri ona bir giriş,mündəricat,qısacası,konspekt mövzusudur deyə bilərik.
Qəzali qəlb deyəndə ürək demir.O deyir ki,o ürək heyvanda da var.Önəmli olan ruhun qəlbidi ki,onunla Allahı duya biləsən.Mövlanə deyir: “Biz haqdan gəldik”.
Qurani -Kərimdə ruhun üfürülməsi məsələsi var ki,ruhun qəlbinin əsas iş prinsipi ilahidən insana verilən lütfdür.İnsanın içərisində olan Allahın gerçək sevdasıdır.Burda,sözün aciz qaldığı yerdə,fikrimi hər halda,ən yaxşı Yunis Emrənin sözləri anladar:
” Bir ben vardır bendə benden içeri”.
Ümumiyyətlə,Qəzali qəlb məsələsində heç ruhla da çox məşğul olmaz.Onun əsas mövzu predmeti,ruhun qəlbinin guyğusunun ilahi sevdanın sayəsində mümkün olduğunu sübut etməkdir.Ruh bədəni tərk etdiyi üçün o da fanidir.Ancaq ruhun daxilindəki sevda insan cənnətdən çıxıb bu dünyaya gələrkən ona verilib.Və yenə o biri dünyaya köçərkən də ruhla birlikdə gedər.Nə vaxtsa ruh da müstəqil olmayacaq.Məhşər günü yenidən çanlanan cismlə ruh yenə görüşəcək.Bu səfər qəbir evində cürümüş ürəyin yerinə bu ruhun qəlbi gəlib onun məqamında oturacaq.Fəlsəfədə də olduğu kimi,ruh daim gəldiyi cənnətin özləmini çəkər bu dünyada.Əslində ona bu hicranı yaşadan Allahdan aldığı ilahi sevdanı bir əmanət kimi yenə sahibinə qovuşdurmağa tələsən qəlbin hicranıdı…

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

              

Əbilin gündəliyindən – Nəsimi

Əbilin gündəliyindən:
Nəsimi haqqında

Birinci yazı

30 iyun 2007. …Neçə gündür Nəsimi haqqında yazmağı düşünürəm.İnşallah müvəffəq olaram.Nəsimi haqda yazmaq üçün gərək ilk öncə özün bir sufi həyatı yaşayasan.Daha haram dünya işlərindən iki saat vaxt ayırıb yazı stolu arxasına keçməyəsən.Çünki Nəsimi qeyrilərindən fərqlənir.Bəlkə başqası haqda yazanda bunlar tələb olunmur.Ancaq Nəsimidə bu şərtdir.Çünki Nəsimi vəhdəti- vücudu ən doğru şəkildə anlayan və anladandır.Nəsimi yaradıcılığında digərlərindən fərqlənən əsas xüsusiyyət onun vəhdəti vücud nəzəriyyəsinə tam dolğun şəkildə baxmasıdır.
Nəsiminin həyatı keşməkeşli kecsə də bütün bunlar yaradıcılığına qətiyyən təsir etmir.O,daim nikbindir.Elə Nəsimini başqalarından fərqləndirən əsas xüsusiyyıt də budur.Hətta onun yaradıcılığında özündən əvvəlki və müasirlərində görülən neyin inləyişi,aşiqin məşuqu üçün axıtdlğı hicran göz yaşlarına da rast gəlinmir.Halbuki o dövrdə yaşamış elə bir təsəvvüf şairi tapmazsan ki, onun yaradıcılığında neyin inləyişi və yaxud gül- bülbül sevğisindən söz açılmasın.Mövlanə həyatı boyu neyin gəldiyi qamışlığın özləmini çəkməsindən yazdı,Bəyazid Bistami ilahi eşqdən,Yunis Əmrə də elə ney mövzusu,bir də ilahi dost.Nəsimidə isə bütün bunlara demək olar ki,heç rast gəlinmir.
Ancaq tarix də sübut edir ki,Nəsimi,Rumu kimi kimi böyük şairlər quru,boş yerə yaranmırlar.Nəsimidən öncə Həllac Mənsur,Mövlanə,Nizami olmasaydı,bəlkə İmadəddin Seyid Əli də heç bir zaman Nəsimi (olmayaçaqdı) kimi dahiyə çevrilməyəcəkdi.Nəsimi yaradıcılığı hər nə qədər onlardan fərqlənsə də,onlar Nəsimiyə tam da yabançı deyil.
Dünyaya ağlayaraq gələn Qeysin nə üçün gözəl sənəmin qucağında sakitləşdiyi sirrini Nəsimi aləmə faş eylədi.Qurani-Kərimin “Tin” surəsinin 4- cü ayəsində Allah Təala buyurur ki, “Biz insanı ən gözəl biçimdə yaratdıq”. Bu artıq ilahi sevgi deyil,ən gözəl şəkildə xəlq edilən insanda Allahın təcəssümüdür Əgər ruh gəldiyi yerin özləmi ilə ağlayırsa onda qucaqda sakit olmazdı.Xeyr,böyük yaradıcı ilə dost vüsalı üçün ağlayırdı.”Yerı göyə sığmadım,mömin qulumun qəlbinə sığdım” ilahi xəbərini Nizami və Nəsimidən başqa kim daha yaxşı anlayardı.
Həllac Mənsur İbn Arabiyə qədər sadəcə Ənəl Həqq deyən biriydi.Ancaq əslindı,Bəyazid Bistaminin əkdiyi Tovhid ağacını öz qanıyla sulayan eşq şəhidiydi.Bu ağacın meyvəsini isə insanlığa Vəhdəti Vücud nəzəriyyəsini quran İbn Arabi verdi.Vəhdəti Vücud nəzəriyyəsinə,elə İbn Arabiyə də daha sonra Nəsimi sahib çıxdı.Qüdsi hədislərin birində Allah Təala buyurur: ” Mən gizli xəzinə idim və insanı yaratdım”. “Qaf” surəsinin 16-cı ayəsində “Biz insana şah damarından daha yaxınıq” buyurulur.”Ənəl Haq” deyən Mənsur da əslində,gizli xəzinənin insanın içində- özündə olduğunu deyirdi.Bilinmək istəyən Allah- yaradıcını insanlara göstərirdi Həllac.Nəticəsi o oldu ki,qafillər Həllacı öldürməklə bilinmək istəyən Allahı özlərindən uzaq tutdular.Həllacdan sonra Mövlana,Yunus Əmrə kimi şairlər bu mövzuya toxunsalar da.
“Bir ben vardır bende, benden iceri”. Ancaq yenə də ən cəsarətli addımı “Həq məndədir daim Ənəlhəq söylərəm” deyən Nəsimi atdı.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən – oxu

Əbilin gündəliyindən:
TÜRKLƏR HAQQINDA

21 yanvar 2007:-Biz türkük.Yaşamayan mədəniyyıtlərin,olmayan dövlətlərin gördüyü,sevdiyi bir millətin övladlarıyıq.Zəngin bir mədəniyyətimiz var.Mədəniyyətin,mədəniliyin özü olan OCAĞI ilk dəfə biz alovlandırmışıq.Dünyanın heç bir mağarasında ayı yaşamayanda,biz bir insan olaraq Azıx mağarasında ocağın içığına yığışmışıq.Miflər ölkəsi Hindistanı ilk dəfə bizim Altayda,Tyan-Şanda alışdırdığımız alov işıqlandırıb.Göylərin də yerlər qədər sehrli oldugu bir çağda səma miflərini ocağın ətrafında doğulan oğullarına ad seçib atalarımız,böyüklərimiz,ulularımız.Hindistanda dünyanın ən qədim mifoloji dini yarananda,türklər artıq miflərdən danışmırdılar.Dünyanın ən qədim dastanlarını-bizim dastanları yazıya köçürürdülər.Qopuz çalıb,söz söyləyib,bütlərin olmadığı dövrlərdə əski türkər Göy Tanrıya- Göylərin və yerlərin Rəbbi olan Allaha inanırdılar.Hər şeyin yaradıcısı və yox edicisinin varlığı haqda biliklər ikinci dəfə gəldiyindən min illər öncə gəlmişdi və ya göndırilmişdi,İlahi varlıq tərıfindən Türk ellərinə,Asiya bozqırlarına,Altaylara.Türk ellərinin Şamanı,Kamı vardı və onlarln sözləri ocağın işığını Günəşin ziyasından üstün edirdi,türk ellərinı gecənin qaranlığında.Qurani-Kərimdə Allah Təala buyurur ki, “Biz heç bir qövmü peyğəmbərsiz buraxmadıq”. Bəli,türk torpaqlarında da peyğəmbərlər gəzmiş,Allahın uca adını günəşin goğub batdığı yerə qədır daşımışlar.Güclərinin yetdiyi qədər.Daha sonra türk sərkərdəlıri günəşin doğub- batdlğı yerə qədər getməyə çalışmışlar.Günəşin doğduğu yerdə dəniz vardı,batdlğı yerdə də.Elə buna görədir ki,qara sevdamız dənizlər olmuşdur.Bu gün də elə bir dəniz,çay,göl yoxdur ki,onun sahilini yuduğu torpaqlarda türkün,türklüyün izinə rastlanmasın.
Şamandan,Kamdan danışdıq.İsa peyğəmbərin davamcıları “havari”lər var,Məhəmməd peyğəmbərdən sonra onun gətirdiyi dinin davasını,təbliğini edən müctəhidlər,Allah dostları- sufilər vardı Şamanın türk ellərində irşad təbliği aparan bir peyğəmbərin davamçısı olmadığı nə məlum?
Bu peyğəmbərlər tarixdə niyə qalmadılar? Tarixdə hansı peyğəmbərlər qaldı? Hz.Lut qövmü ona inanmadı və həlak oldu.Hz.İsmayıl – onun soyundan gələnlər yollarını elə azdılar ki,özlərindən olan,sonuncu peyğəmbərə etmədikləri pislik qalmadı.Hz.Musa qövmü o qədər azmışdı ki,Allah Təala kitabların sonuncusu Qurani-Kərimdə özünün var etdiyi və yaratdığı bir qövmü lənətlədi. Hz.İsanın peyğəmbərliyini 300 il sonra qəbul etdilər.Və s. və s.Bu peyğəmbərlər ona görə unudulmadı ki,sonuncu kitab- “Quran”da hər birinin qissələri,başlarına gələn müsibətləri özlərindən sonra gələn qövm və insan tərəfindən unudulmasın deyə tək-tək yazılmışdı.Və belə də oldu.Qurani-Kərimdə yazılan heç bir şey unudulmadı.Haqlarında məlumat verilən 27 peygəmbər də eləcə.
Yer üzünə 124 min peyğəmbər gəldiyini söyləyirlər Bəs onların taleləri haqda harda məlumat verilib.Deyə bilməyəcəyəm- bəlkə hansısa
İlahi bir kitabda?
Hər bir qövmə ayrı bir peyğəmbər gəldiyinə görə demək ki,türklərə də peyğəmbər gəlmiş.Bəs niyə adı tarixdə qalmamış? Yuxarıda gördük ki,adları tarixə düşən peyğəmbərlərin heç biri qövmləri tərəfindən qəbul edilməmiş.Demək tarixdə faciə yaşayan peyğəmbərlər qalır.Türklərin peyğəmbərlırinin tarixdə qalmamasının sıbəbi bəlkə də onların peyğəmbərliyinin türklər tərəfindın qəbul edilməsi olub.Bu,sadəcə minlərcə ehtimaldan bir güclü dəlil ola bilər.Türklər islamiyyət onların torpaqlarına gələnə qədər və ondan sonra da bir tək Tanrlya- Göy Tanrıya,VIII əsrdən də tək Allaha inanmışlar.Və heç bir zaman da əqidədın dönməmişlər.Dönüklük diğər millət və qövmlər üçün xarakterik olsa da,Türk ulusuna xas olan bir şey deyil…

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən – Oxu

Əbilin gündəliyindən:

Lev Tolstoy haqqında qeydlər

Birinci yazı

25 avqust 2006:- Həqiqi incəsənət yalnız o incəsənətdir ki,bütün incəsənət növlərini özündə birləşdirir deyən Tolstoy o sənətkarlardandır ki,elə incəsənət özü onun qələmindən kağız üzərinə yayılır,əsərlərində göz oxşayır.Sənət Tolstoyda əriyir.
Tolstoya olan sevgi o qədər böyükdür ki,bu sevginin ağuşuna tək rus xalqı deyil,bütün dünya rahat sığa bilər.Deyilmiş çox məşhur bir söz var ki,Tolstoy cəmiyyəti tərbiyələndirir.Əsərlərində rus xalqının bütün xarakterik cizgilərini çox aydın göstərən Tolstoyu dünya xalqları üçün zamanımızın əxlaq mayaqı adlandırmaq olar.Zamanımızda Tolstoya nə çox ehriyac var,amma çox heyf ki,dünyamız artıq Tolstoylar yetişdirmir.Mən bədbinliyə qapılmaq istəmirəm.Hər halda,bir zaman Tolstoyu yetişdirən dünya ondan yenə də yetişdirəcək.Görünür,hələ zamanı deyil.Hər halda,indiki zamanda Tolstoyun əsərlırinin çapına yenidən ehtiyac var.
Rəssam öz əsərində hər bir boyanın seçimilə insan könlünü oxşadığı kimi,Tolstoy da özü əsərlərində insan psixologiyasının ən incə cizgilərinə qədər nüfuz edir.Tolstoydan bir əsr keçməsinə baxmayaraq mövzularının aktuallığı ilə bu gün də o,zamanımızı tədqiq edir,insan psixologiyasını araşdırır.Gələcək haqqında mülahizələr irəli sürür.Yüz ildir ki,insanlara yol göstərir…


***


Lev Tolstoy haqqında ikinci yazı

28 avqust 2006:- Allah sənə rəhmət eləsin Mirzə Cəlil. “Danabaş kəndinin məktəbi” keçdi xəyalımdan.Ona görə xatırladım ki, “Danabaş kəndinin məktəbi”ndə kəndə məktəb açmağa gələn dövlət məmurlarından uşaqları gizlədirlər.Səbəb də o olur ki,bizim uşaqları əsgər (soldat) aparırlar. “Dirilmə”nin qəhrəmanı Nexlyudov öz torpaqlarını rus kəndlilərinə vermək istəyir,amma gəl,kəndlilər buna boyun qoymur və deyirlər ki,əvvəlki qayda- biyar,köləlik yaxşıdı.Əsas da onu gətirirlər ki,ağa öz torpaqlarından keçməz.Bu oyunlar,sadəcə,bizi aldatmaq üçündü.
İnsan psixologiyasını gözəl bildiyi kimi Tolstoy,elə cəmiyyət sosioloğoyasını da ğözəl bilir.Tolstoy “Dirilmə”ni ömrünün sonuna doğru yazıb.Tolstoyun da ahıl vaxtlarını yaşadığı illər XIX əsrin sonu,XX əsrin əvvəlinə rastlayır ki,bu dövr Rusiyada kommunizmin yaranıb,təşəkkül tapdığı dövrə təsadüf edir.Yəni bu dövr sosializm anlayışının təşəkkül tapdığı dövrdür.
Bu dövr Rusiya ədəbiyyatında “inqilab” dövrü olsa da,siyasi cəhətdən sosializm anlayışının hələ formalaşmadığı dövr idi.
Liberallığı ilə dostları arasında şöhrət tapan Nexlyudov torpağı kəndlilərə verəcəyini kəndlilərə bildirəndə doğan narazılıqla elə Tolstoy özü rus kəndlisinin buna hazır olmadlğını açıb göstərmiş olurdu.Baxmayaraq ki,elə Tolstoy özü də bütün sərvətini- torpaqlarını kəndlilərə paylamaq istəmişdi.Nexlyudovun torpaq islahatında Tolstoy özünü yazıb- desək bəlkə də mübaliğəyə yol vermiş olarıq.Amma hər halda bu həqiqətlə az-çox uyğunlaşır.Rus kəndlisi torpağı özəlləşdirməyə hazır olsa da,sosializmə hazır deyil.Çünki “sosializm” özlüyündə bir quruluşdur.Və bu quruluşu insanlar gəririb və yaxud apara bilməzlər.Necə ki,edə bilmədilər Sosializm yaşayıb-tutuna bilmədi.İnsanlar sadəcə avanqard qüvvə kimi bəzi şeyləri sürətləndirib,ləngidə bilərlər .


Bəli,Rusiyada sosializm tam mənimsənilməmiş,özü özünü dağıtdı.Çünki sosializm yarananda aydın proqram xətti belə yox idi.Beləliklə,sosializm üçün sosial şərait yetişməmişdi.Bu da özünü onda sübut etdi ki,kəndlilərə verilən torpaqlarl 1926-cı ildə kolxozlaşma adl ilə əlaqədar geri alanda bu səfər mülkədarlar yox (o dövrdə keçmiş mülkədarlar hamısı ya həbsdə,ya Sibir sürgünündə idilər) elə kəndlilər özü üsyan qaldırıb torpağı vermədilər.Bu da sübut etdi ki,torpaq kəndliyə,o, sosializmi mənimsəmədiyi formada verilmişdi.


***


Lev Tolstoy haqqında üçüncü yazı

1 sentyabr 2006: – Bu gün Tolstoyun “Hacı Murad” povestini oxuyub bitirdim.Dünən isə Tolstoyun “Dirilmə” romanını oxuyub bitirmişdim.
Tolstoy bir dahidir və məni özünə məftun edib.İlk öncə “Dirilmə” haqda bir neçə söz demək istəyirəm.
1899-cu ildə bitirdiyi “Dirilmə” romanı çoxları kimi məni də “Hərb və Sülh”, “Anna Karenina”dan daha çox cəlb etdi.Birinci ona görə ki,bu romanda ədib oxucunun qəlbinin ən sirli qatlarına enib,ona buradan səslənir.Və insana özünün belə bu vaxta qədər vaqif olmadlğl sirlərdən söz açır.Əsər “İncil”dən ayələrlə başlanır və elə bu ayələrin mənasına bütün əsər boyu çavab axtarır.Bu suallara cavabı elə yenə “İncil” ayələri verir. “Dirilmə” “İncil”ayələri ilə bitir.Tolstoyun yaradıcılığından bəllidir ki,ədib öz hümanist fikirlərini yaradıcılığının Nexlyudov surərində verib. “Dirimə”nin də baş qəhrəmanı Nexlyudovdur -18 yaşlı Katya Maslovanı aldatdığı üçün Maslova həbs edildikdən sonra onun yolunda sürgünə belə razı olan,öz torpaqlarını təmənnasız kəndlilərə paylayan Nexlyidov…
Tolstoy yaratdlğı bütün obrazların bütün cizdilərini ən incə məqamlara qədər açdığı kimi,onların dini görüşlərinin mistikasına qədər də nüfuz edir.Və yaxud etməyi bacarır.Bütün bunlar hər bir obrazın dini görüşlərinin çox incəliklə verilməsi ilə öz təsdiqini tapır.
Əgər “Dirilmə”də rus həyatı,cavan ikən etdiyi bir səhvin bağışlanması üçün bütün həyatını dustaq bir qadına bağlayıb hər şeyindən keçən bir knyazın peşimançılığı – ” tövbəsi” verilibsə, “Hacı Murad”da rusların apardığı haqsız müharibə,dağlı xalqlarının öz vətənlərinə olan məhəbbəti tərənnüm olunur.


İnsan, təbiəti özünə boyun əydirmişdir.Meşələri qırır,dağları yonur.Amma eyni zamanda,insan yenə də təbiətdən zəifdi,ona möhtacdı.Təbiət insanı daha güclü sarsıda bilir- zəlzələ,vulkan,sel.
I kursda oxuyarkən Şeyx Şamil haqqında bir kitab oxumuşdum.Selçuk Kulalı Çeçen dağlarındakı qartallardan danışıb,bu dağların Şamildən sonra qartal yetişdirib səmasında uçurmadığından ürək ağrısı ilə yazırdı.Şamildən incik düşən “Hacı Murad”ın qəhrəmanı Hacı Murad rusların tərəfinə keçsə də,ruslarla döyüşdə öldürülür,ruslara satılmış dostu tərəfindən başı kəsilir.Tolstoy bu səhnədə imperiya siyasətinin eyni millətin dost evladlarını bir-birinə necə düşmən etməsinə toxunur… İnsanlar tərəfindən yetişdirilən bir qartal balası böyüdükcə uçub yenə dağlara,qartalların yanına gedir,amma gümüş buxovlu,boynu dəmir halqalı bu qartalı,köləlik görməmiş qartallar qəbul etmirlər Amma boynu buxovlu qartal,dağlardakı qartallardan ayrılmır,çünki Allah onu yaradarkən,ona da azadlıq sevdası vermişdi.Buna gümüş buxovlar mane ola bilməz Cünki Allah onu buxovsız yaratmışdır.Ancaq o getmədikdə azad qartallar onu didib öldürürlər.Bunları da Tolstoy nəql edir.Ancaq o gümüş bəzəklu qartal o birilərindən daha azad yaşadı.Çünki o köləlik nədir,onu görmüşdü.Və azadlığın qiymətini onlardan daha çox bilirdi
Dağların başında hər zaman qartallar uçacaq.Balıq suda olduğu kimi,qartal da səmada olsun gərək.Onlardan daha yüksəkdə didilmış bir qartalın ruhu vüqarla azadlığın sevgisini duyar öz qəlbində.
2 sentyabr 2006 …Tolstoy insanın fiziki gücünə əyilməyən ayıpəncəsi otundan gəlir Hacı Murada.Və öz yazısında bu qəhrəmanı Qafqaz dağlarının “ayıpəncəsi”nə bənzıdir.Meşənin dərin qatlarında bir ayıpəncısini məhv etmək,bütün meşəni məhv etməkdən daha çətindi. Səlcuq Kuleli “Şeyx Şamil” kitabını Qafqazda doğacaq yeni “qartallar”ın imidilə bitirir.Tolstoyun da ayıpəncələri bənzətməsi onu sübüt edir ki,bir insanı buxovlayıb azadlığını əlindən almaq olar,ancaq onun ürəyinə heç cür buxov vurmaq olmaz.Mövlanənin dediyi kimi,insanın ürək azadlığını yalnız ürəyi ona vermiş Allah ala bilər.


***


Lev Tolstoyun dini görüşləri barədə

24 sentyabr 2006: – Deyirlər,Tolstoyun özünün dini görüşü olub.Yəni özünün dini təlimi olub.
Ancaq bir gerçək var ki,əsərlərində heç bir yazıçı Tolstoy qədər dinə toxunmayıb.Yəqin ki,özünün dini təlimi olmasa idi,dinin incəliklərinə bu qədər vaqif olmazdı.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru