Etiket arxivi: MAHİRƏ NAĞIQIZI

Mahirə Nağıqızı (1960)

MAHİRƏ NAĞIQIZI

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, AYB-nin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir.
1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, qızıl döş nişanı ilə təltif edilmişdir. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2004-cü ildə Azərbaycan Respublikasının “qaqbaqcıl təhsil işçisi” döş nişanı, 2007-ci ildə “Qızıl qələm” Media Mükafatı Laureatı, “İlin Alimi” Media Mükafatı Laureatı və s. mükafatlara layiq görülmüşdür.
2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kaferasının müəllimi kimi fəaliyyətə başlamış, 2004-cü ildən baş müəllim, 2015-ci ildən həm Müasir Azərbaycan dili kafedrasının dosenti, həm də həmin ildən həmin kafedranın müdiri vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının professoru adını almışdır. Həmin ilin dekabr ayının 10-dan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.
2021-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə Prorektoru vəzifəsində çalışır.
ADPU-nun müəllim və tələbələrin Orduya dəstək kampaniyasında fəal iştirakını təşkil etdiyinə görə 2020-ci il 4 noyabr Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyi tərəfindən Milli Ordu-100 medalı ilə təltif edilmişdir. Eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri Üzvü adına layiq görülmüşdür.
2021 – ci ildə “Səməd Behrəngi” Beynəlxalq mükafatını almış və həmin ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
M.Hüseynova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi olmuşdur. “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası” adlı layihə çərçivəsində Respublika daxilində və xaricdə xeyli məqalələr yazmış və dərc etdirmişdir.
Euroasia Journal of Social Sciences & Humanities jurnalında redaksiya heyətinin üzvüdür.
2020-ci ildən “Linqvistika problemləri” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktorudur.
“Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalının redaksiya heyətinin üzvüdür.
BDU-nun nəşr etdirdiyi “Türk filologiyası” jurnalının redaksiya heyətinin üzvüdür.
“Türkologiya” jurnalının redaksiya heyətinin üzvüdür.
M.Hüseynova 2021-ci ildən Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədridir.
Elmi araşdırmaları ilə diqqəti cəlb edən Mahirə Hüseynova 2001-ci ildən Qərbi Azərbaycanın Dərələyəz mahalı üzrə tədqiqatlar aparmışdır. Həmin mahalın aşıq və el şairlərinin yaradıcılığı, onomastik vahidləri haqqında xeyli material toplamış, 2012-ci ildə başladığı işi uğurla davam etdirərək filologiya üzrə fəlsəfə doktoru elmi adını qazanmışdır. Bu məqamda o, həm görkəmli dilçi-alim Həsən Mirzəyevin filoloji görüşlərini, həm də Dərələyəzə aid olan dil faktlarını, poetik nümunələrini araşdırmışdır. Elə bunların nəticəsidir ki, o, 2017-ci ildə “XIX-XX əsr Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri” adlı dissertasiyasını yazmış və onu uğurla müdafiə edərək filologiya elmləri doktoru adını qazanmışdır.Alimin araşdırmalarının nəticəsi olaraq xeyli sayda kitab işıq üzü görmüşdür.
Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmaları ilə seçilən xanım Mahirə Hüseynova 28 elmi kitabın – monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqramın və 16 bədii (şeirlər) kitabın müəllifidir. Alimin Respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi məqaləsi çap olunmuşdur. Eynilə onun haqqında 300-dən yuxarı məqalə Respublika mətbuatında dərc olunmuşdur. Respublika mətbuatında onun kitabları haqqında 300-dən çox məqalə dərc olunmuşdur. Bir çox qrant layihələrin, elmi-publisistik məqalələrin müəllifi, bir sıra genişmiqyaslı tədbirlərin təşkilatçısıdır.

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Professor Mahirə Nağıqızının (Hüseynova ) “ANA dilim” şeiri haqqında

Professor Mahirə Nağıqızının  (Hüseynova ) “ANA dilim” şeiri haqqında fikirlərim ( >>>Mahirə Nağıqızı – Ana dilim)

 “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”

       Ümummilli Lider Heydər Əliyev.

         Professor  Mahirə Nağıqızının “Ana dilim” adlı şeiri milli varlığımızı, milli kimliyimizi  əks etdirən, oxuduqca qürurverici, iftixar edici duyğular yaşadan  ən  dəyərli  şeirlərimizdəndir.  Bu şeir başdan- başa vətənpərvərlik, milli-  mənəvi dəyərlərimiz,  soy kökümüz, min  illiklərdən gələn  tariximiz üzərində köklənmişdir.  Müəllif – “Bu dünyanın yaşı qədər tarixin var/ Sonu qədər, başı qədər tarixin var” – deyərək dilimizin  dünya qədər dərinliyini, qədimliyini, zənginliyini anladır.  

     Nizaminin hikmətini sən yaratdın,

     Nəsiminin qüdrətini sən yaratdın   

     Füzulinin fitrətini sən yaratdın,

     Hikmət dolu  söz büsatı, ana  dilim

     Dədəm- babam əmanatı, ana dilim.

  Şair bu dəyərli misraları ilə  ana dilimizn hikmətini, qüdrətini, Nizami, Nəsimi, Füzuli kimi dahi şairlərimizin  dünya mədəniyyət xəzinəsinə ana dilimizdə bəxş etdiyi töhfələri xatırladır.    

                 Orxonlardan üzü bəri yazın qalıb,

                 Altaylardan Balkanlara izin qalıb –

Misraları ilə şair xalqımızın qədim  yazı mədəniyyətimizin, əlfba tariximizin qədimliyini bildirir,  Orxon – Yenisey abidələri üzərində müdrik fikirləri bizə xatırladır: “Üstdən göy çökməsə/ Altdan yer dəlinməsə/ Türk yurdu, Türk törəsi dağılmaz”. 

                    Ucsuz Qıpçaq çöllərindən havalandın,

                    Qədim Oğuz ellərindən havalandın,

                    Qopuzumun tellərindən havalandın,

                    Sənlə atdım qaramatı, ana dilim.

                    Dədəm-babam amanatı, ana dilim.

    Bu qiymətli misralarda qədim  yurdlarımız, Oğuz elləri, Qıpçaq çölləri, Dədəm Qorqudun  Qopuzu, Sazı, sözü xatırladılır, necə ki Qorqud Dədəm demiş: “Allah-Allah deməyincə işlər olmaz. Qadir tanri verməyincə ər bayılmaz. Əzəldən yazılmasa, qul başına qəza gəlməz. Ölən adam dirilməz, çıхan can geri gəlməz. Təkəbbürlik eyləyəni tanrı sevməz. Könlün uca tutan ərdə dövlət olmaz. Qaravaşa don geydirsən qadın olmaz. Yapa-yapa qarlar yağsa, yaza qalmaz. Qarı düşmən dost olmaz. Ər malına qıymayınca adı çıxmaz. Qız anadan görməyincə öyüd almaz. Oğul atadan görməyincə süfrə açmaz. Oğul atanın yetiridir, iki gözünün biridir…”

        “Ana dilim” şeirinin hər bir misrası zəngin mədəniyyətimizi, kökümüzü, soyumuzu, mənəvi dünaymizi əks etdirir, qan yaddaşımızı oyadır.

        Professor  Mahirə Nağıqızının “Ana dilim” şeiri yetişən gənc nəslimizin, tələbə gənclərimizin milli – mənəvi ruhda tərbiyəsində əhəmiyyətli rolu olduğunu vurğulayaraq müəlifi  təbrik  edir və  uğurlar arzulayırıq.      

                                              Rüfət Lətif oğlu Hüseynzadə

                       Pedaqoji elmlər doktoru, professor, Əməkdar Müəllim

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Gələcək

GƏLƏCƏK

Qış gəlib, qəlbini şaxta sıxmasın,
Göydən yollanandı, nə var gələcək.
Hansı yolçu olub, yola çıxmasın?
Kim durub gözləyir, ilqar gələcək.

Aylar da ömürtək fəsil-fəsildi,
İllərin ömrünə qənim kəsildi.
Haqdan yazılanı kim pozdu, sildi,
Sən soruş, yazandan iqrar gələcək.

Eşq günəş deyil ki… sazağı, qarı,
Qışdımı, yazdımı?-çox sualları.
Hamar olmayıb ki, sevda yolları,
Kim bilir, göydən nə qərar gələcək.

Sızla eşqin ilə, qara vurmağa,
Dayanıb iblislər ara vurmağa.
Ürək sındırmağa, yara vurmağa,
Can atan nə qədər… o var gələcək.

Doğman zalım olar, içər qanını,
Fələk də eşitməz and-amanını.
Qəlbində əkdiyin eşq fidanını,
Suvar göz yaşınla, nübar gələcək.

Kəsik duaları sığışmaz yerə,
Ün salmaz, sakitcə hopar göylərə.
Dur ayaq üstündə, yeri, Mahirə,
Qış çıxıb gedəcək, bahar gələcək.

Mahirə Nağıqızı – Vətəndir

Vətəndir
Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir.

Dünyanın sirri bir, sualları çox,
Boy verən nə qədər… cavab verən yox.
Oğlunun, qızının gözü-könlü tox,
Bir ümid yerinin canı vətəndir.

Hər ağla gələnlər yığbala gəlməz,
Haqdan gəlməyəni yığ bala, gəlməz.
Sevənin günahı babala gəlməz,
Ürəyə can verən qanı vətəndir.

Kimə doğma dedin, kimə yad dedin,
Nə haray istədin, nə imdad-dedin?
Qürbətin havası verməz dad-dedin,
Adının hər adı-sanı vətəndir.

Qurduğun dünyanın hər daşı-vətən,
Ömrünün-gününün yoldaşı-vətən.
Mahirə, demədi qəm daşı vətən,
Dərmanın hardadır, hanı-vətəndir.

“EHTIROMGA LOYIQ ATOQLI OLIMA, SHOIRA, DAVLAT ARBOBI – MAHIRE XONIM HUSENOVA HAQIDA QALB SO‘ZLARIM

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Dili və Ədəbiyyatı Universitetinin professoru Saodat Muhammedova ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağı qızı Hüseynovaya ad günü ərəfəsində ürək sözlərini ünvanlayıb.

“EHTIROMGA LOYIQ ATOQLI OLIMA, SHOIRA, DAVLAT ARBOBI – MAHIRE XONIM HUSENOVA HAQIDA QALB SO‘ZLARIM

Ozarbayjon ilmining taraqqiyotiga ulkan hissa qo‘shgan va qo‘shib kelayotgan tilshunos olima, pedagog, shoira, davlat va jamiyat arbobi, filologiya fanlari doktori, professor, Ozarbayjon davlat pedagogika universiteti xalqaro aloqalar bo‘yicha prorektori Mahire xanim haqida maqola yozish ham sharafli, ham mas’uliyatlidir.
Xuddi olmosning turli qirralari bo‘lganidek, professor Mahire xanim Huseynova faoliyatining ham turli qirralari mavjud bo‘lib, ularning har biri ozarbayjon va boshqa qardosh xalqlarning ma’rifati, ilmini oshirish yo‘lida qilingan sermashaqqat mehnat mahsuli hisoblanadi. Mahire xanim tilshunoslikning leksikologiya, leksikografiya, terminologiya, dialektologiya, frazeologiya, so‘z yasalishi, fonetika, qiyosiy tilshunoslik, lingvokulturologiya, lingvopoetika, onomastika, lingvogeografiya, til o‘qitish metodikasi singari sohalarida ilmiy tadqiqot ishlari olib borishi bilan birgalikda ijtimoiy sohada ham samarali natijalarga erishayotgan, ozarbayjon xalqining manfaati, ma’rifati yo‘lida tinmay mehnat qilib kelayotgan fidoyi ziyolilaridandir.
Mahire xanim Huseynova ilmiy faoliyatining katta qismini ozarbayjon tili leksikologiyasi, leksikografiyasi, terminologiyasi, dialektologiya tadqiqiga bag‘ishlangan tadqiqotlar tashkil qiladi. Atoqli olimaning tilshunoslik ilmiga doir 28ta kitobi nashr qilingan bo‘lib, bularning asosiy qismini monografiyalar, darslik va o‘quv qo‘llanmalar tashkil qiladi.
Mahire xanim Huseynova doktorlik dissertatsiyasining yuzaga kelishi Ozarbayjon Respublikasining ma’naviy mulki sanalgan milliy tilning nufuzini tiklash, uni hayotning barcha jabhalarida qo‘llashga ehtiyoj sezilgan, milliy adabiy tilga e’tibor kuchaygan davriga to‘g‘ri keldi. Shuning uchun mazkur yirik ilmiy tadqiqotni keng jamoatchilik yaxshi kutib oldi. Zero, tadqiqot natijalari nafaqat tilshunoslarga, balki adabiyotshunoslarga ham ma’qul bo‘lib, sohaviy leksika izchil tahlil qilingan fundamental ishlar sifatida e’tirof qilindi. Nafaqat o‘sha davr, balki hozirgi paytda ham dolzarbligi saqlanganligi tufayli Mahire xanimning tadqiqotlaridan nafaqat ozarbayjonlik olimlar, balki turkiy xalqlarining barcha atoqli olimlari – ilmiy jamoatchilik manba sifatida unumli foydalanib kelmoqda.
Mahire xanim Huseynova oliy ta’lim tizimidagi ko‘p yillik faoliyati davomida 400dan ortiq ilmiy va ilmiy-uslubiy ishlarni e’lon qildi. Uning oliy pedagogik ta’lim me’yoriy hujjatlarini tayyorlash bo‘yicha to‘plagan katta tajribasi ayni o‘rinda, o‘z mutaxassisligiga oid fan dasturlari va o‘quv adabiyotlarini yaratishda qo‘l kelmoqda. Olimaning bu sohada yaratgan asarlaridan Ozarbayjon Respublikasidagi ta’limning barcha turlari va tizimlarida faol foydalanilmoqda.
Mahire xanim Huseynova, shuningdek, uzoq yillar mobaynida tilshunoslik bo‘yicha oliy malakali ilmiy-pedagogik kadrlar tayyorlash ishiga barakali hissa qo‘shib kelmoqda. Uning ilmiy rahbarligida ko‘plab tadqiqotchilar nomzodlik va doktorlik dissertatsiyasini yoqlashgan. U yana o‘nlab tadqiqotchilarning ilmiy ishlariga rahbarlik qilmoqda. Yigirmaga yaqin dissertatsiyalari himoyasiga rasmiy opponentlik qilgan.
Mahire xanim Huseynova 2021-yildan beri Ozarbayjon Respublikasi Oliy Attestatsiya Komissiyasining filologiya fanlari bo‘yicha Ekspert Kengashiga raislik qilib kelmoqda.
Mahire xanim Huseynova atoqli olima bo‘lishi bilan birga el sevgan va ardoqlagan mashhur shoira hamdir. Mahire xanimning she’rlari jamlangan 16 ta kitobi nashr qilingan. Ozarbayjon Respublikasida uning ilmiy va she’riy kitoblari haqida 300dan ortiq maqolalar nashr qilingan.
Ko‘rinadiki, Mahire xanim Huseynova ilmiy-ijodiy hayotning ko‘p jabhalarida namuna bo‘lib, barchaga ibrat timsoli bo‘lib kelmoqda. “Olim bo‘lish oson, odam bo‘lish qiyin” deganlaridek, Mahire xanim Huseynova insoniylik ilmi bobida ham ko‘pchilikka saboq bera oladigan ustozdir. Darhaqiqat, Mahire xanim Huseynova ilmiy tadqiqotlarga ham, ta’lim jarayoniga ham eng yuksak talablarni qo‘yadi. Shunga ko‘ra ustoz ilmning haqiqiy sohiblarini hamisha e’zozlab, motivatsiya berib kelayotgan kam sonli insonlardan biridir. Ishonch bilan aytishimiz mumkinki, Mahire xanim Huseynovaning jiddiy qiyofasi ortida o‘ta dilkash, inson sha’ni va mehnatini qadrlaydigan, muruvvatli, mehribon, hazil-mutoibani yaxshi ko‘radigan shaxs yashiringan.
Shaxsan men o‘zim Mahire xanim bilan 2 marta uchrashish sharafiga ega bo‘ldim. Birinchi marta talabalarim bilan Ozarbayjon davlat pedagogika universitetiga akademik mobillik doirasida borganimizda Mahire xanim bizlarni o‘z kabinetlarida yuksak ehtirom va hurmat bilan qabul qilgan edilar. To‘g‘risi, shunday mashhur olima va shoira, davlat arbobi bo‘lgan nufuzli xonimning bizlarga bo‘lgan samimiy munosabati, mehmondo‘stligidan men ham, talabalarim ham hayron qolgan edik. Mahire xanimga xos eng yaxshi xislatlardan biri uning nihoyatda ishchanligi, keng fikrlashi, bag‘rikengligi hisoblanadi. U har qanday muammoni, hattoki, eng qiyin masalalarni ham osongina, hech qanday byurokratik to‘siqlarsiz hal qilish qobiliyatiga, qudratiga ega insondir. Xususan, bizning – o‘zbekistonlik professor-o‘qituvchi, talabalarning 7 kun davomida Bokuda bo‘lishimiz, universitetdagi barcha imkoniyatlardan foydalanishimiz va akamdemik mobillikni muvaffaqiyatli amalga oshirishimizda Mahire xanimning xizmati buyuk. Ayniqsa, dam olish kuni bo‘lganiga qaramay, bizlar bilan Ozarbayjon davlat pedagogika universitetining Guba filialiga yetib borib, u yerda bizning sharafimizga “O‘zbekiston-Ozarbayjon do‘stlik kechasi” tadbirini uyushtirgani, Guba tog‘lariga sayohatga taklif qilib, u yerdagi ajoyib restoranda bizlarni mehmon qilganini hech qachon unutmaymiz. Biz Bokuda kechirgan 7 unutilmas kun uchun Mahire xanimdan umrbod minnatdormiz.
Mahire xanim bilan 2-uchrashuvimiz Toshkentda kechdi. Mahire xanimni o‘zbekistonlik do‘stlari juda ko‘p bo‘lganligi tufayli ular bilan uchrashish oson kechmadi. Ular Jizzaxda, Samarqandda, keyin Toshkentda juda ko‘p uchrashuvlar va tadbirlarda qatnashib, Respublikamizdagi ko‘plab Oliy ta’lim muassasalarining “Faxriy professori” unvoni bilan taqdirlanib, xullas, juda tig‘iz va qizg‘in safar jadvali orasida biz bilan uchrashishga vaqt topdilar (buning uchun ularga ming rahmat). Uchrashuvda xalqlarimiz, universitetlarimiz o‘rtasidagi do‘stona, ilmiy-ijodiy aloqalar, ilmiy-ijodiy rejalar haqida fikr almashdik. Bizlarni eng quvontirgani Mahire xanimga O‘zbekiston, Toshkentning juda yoqqani bo‘ldi. Ular keyingi safar Buxoro va Xivaga ziyorat qilishni niyat qilganliklarini aytib, bizlarni bu safarda birga bo‘lishga taklif qildilar. Mahire xanimning “O‘zbek va ozarbayjon tillarining parallel korpusi”ni yaratish haqidagi taklifimizni qabul qilganliklari bizga alohida sharaf bag‘ishladi. Shuningdek, Mahire xanimning “Ozarbayjon-o‘zbek tillarining qiyosiy grammatikasi” monografiyasini yozayotganliklarini bilib, boshimiz ko‘kka yetdi. Xudo xohlasa, bu kitobning taqdimotlarini Bokuda va Toshkentda o‘tkazishni niyat qildik. Bundan tashqari ham Mahire xanim boshchiligida yana boshqa xalqaro loyihalarni amalga oshirishni reja qildik.
Bugungi kunda ham Mahire xanim Ozarbayjon davlat pedagogika universitetida qutlug‘ ishlarning boshida, qaynoq ilmiy- ijodiy jarayonda. Ilmni umrining mazmuni deb bilgan olima, ozarbayjon tilshunosligining dunyo miqyosidagi taniqli namoyandasi, filologiya fanlari doktori, professor Mahire xanim Huseynova asrlarga tengdosh umr, mustahkam sog‘lik, ilmiy va ijodiy zafarlar tilaymiz. Ular ayni kuch-quvvatga, shijoatga to‘lib, hayotda ham, ilmda ham bardam, ijodda esa sermahsul. Shuning uchun ularning o‘z oldiga qo‘ygan rejalari juda katta. Ilm sirlarini ochishda charchamang, tinib-tinchimas, zahmatkash, hurmatli va e’zozli ustozimiz Mahire xanim Huseynova!

Saodat Muhamedova,

Alisher Navoiy nomidagi Toshkent davlat o‘zbek tili va adabiyoti universiteti “O‘zbek tili va adabiyoti ta’limi” kafedrasi mudiri,
filologiya fanlari doktori, professor”

ADPU-nin Filologiya Fakültəsi

EHTIROMGA LOYIQ ATOQLI OLIMA, SHOIRA, DAVLAT ARBOBI – MAHIRE XONIM HUSENOVA HAQIDA QALB SO‘ZLARIM

Saodat Muhamedova

Alisher Navoiy nomidagi Toshkent davlat o‘zbek tili va adabiyoti universiteti “O‘zbek tili va adabiyoti ta’limi” kafedrasi mudiri,
filologiya fanlari doktori, professor.

“YAZARLAR” JURNALININ NOYABR – 2024 № 11 (47)-Cİ SAYINDA XÜSUSİ DOĞUM GÜNÜ TƏBRİKİ– PDF (səh.138): >>>> Yazarlar-47

Saodat Muhamedovanın yazıları

MAHİRƏ NAĞIQIZININ YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Professor Mahirə Nağıqızının doğum günüdür! – Təbrik!

YAZARLAR cameəsi adından uzun illərdir yorulmadan Ana dilimizin keşiyində dayanaraq, daim onun zənginləşməsinə əvəzsiz töhfələr verən fədakar alim-sair, professor Mahirə Nağıqızını doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

“YAZARLAR” JURNALININ NOYABR – 2024 № 11 (47)-Cİ SAYINDA XÜSUSİ DOĞUM GÜNÜ TƏBRİKİ– PDF (səh.138): >>>> Yazarlar-47

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Hörmətlə: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Yarpaq-yarpaq

Yarpaq-yarpaq
Yay da bitir, indi payız,
Bilinəcək yarpaq-yarpaq.
Xəyallarımız xəzana,
Bürünəcək yarpaq-yarpaq

Kim söyləyər, yaş o yaşdı,
Bu yaş o yaşdan da başdı.
Demə, gözlədiyim qışdı,
Görünəcək yarpaq-yarpaq

Çovğun ötüb qar gələcək,
Sınağa nə var, gələcək.
Sevirsə də yar gələcək,
Sürünəcək yarpaq-yarpaq.

Hansı qar var, ərimədi,
O nə dərddi kirimədi.
Nə diləkdi yerimədi,
Yeriyəcək yarpaq-yarpaq.

İstədiyin qəlbdi, candı?
Can deyilən əl-amandı.
Zaman özü kim ki yandı,
Kürüyəcək yarpaq-yarpaq.

Olan olacaq, gözdəmə,
Odda olanı közdəmə.
Mahirə, dərdə döz demə,
Kiriyəcək yarpaq- yarpaq.

Mahirə Nağıqızı – Dünyadı

Dünyadı

Dünyadan nə diləyirsən,
Yetişməz kara dünyadı.
Təzim edib baş əyirsən,
Etmə, bekara dünyadı.

Əvvəli var, sonu yoxdu,
Bir biçimdə donu yoxdu.
Axtarma, qanunu yoxdu,
Çıxmaz aşkara dünyadı.

Bələd olan tinətinə
Qəlb qızdırmaz biətinə.
Müxənnətin niyyətinə
Gələn şikara dünyadı.

İxtilafı hər üzündə,
Cəhənnəmi yer üzündə.
Arif olanın gözündə
Açıq- aşkara dünyadı.

Etmə həsbi- hal yanında,
Onun fikri mal yanında.
Zalıma qul, qul yanında
Dönən sərkara dünyadı.

Mahirə halına talıb,
Qəmnən başqa nəyi qalıb.
Becə yerə ömür alıb,
Verən rüzgara dünyadı.

2017- iyul-İlisu.

Mahirə Nağıqızı – Çiçək-çiçək

ÇİÇƏK-ÇİÇƏK
Sənin verdiyin çiçəkdi,
Bəsdi mənə çiçək-çiçək.
Çəkdi, dünyasına çəkdi,
Səsdi mənə çiçək-çiçək.

Gündə olan, ayda olan,
Dəyişməz ki, qayda olan.
Dünya sənin boyda olan
Kəsdi mənə çiçək-çiçək.

Yüz hikməti bir dağında,
Sınmam dağın qabağında.
Tanrı olan tabağında,
Düzdü mənə çiçək-çiçək.

Haqq olanın qulu mənəm,
Sinəm sözlə dolu mənəm.
Yandır odda, deyim, mənəm,
Közdü mənə çiçək-çiçək.

Bilib də söz-söhbətini,
Mahirə söz hikmətini,
Dünyanın bal şərbətini
Süzdü mənə çiçək-çiçək.