Etiket arxivi: Motivasiya ruhlu yazılar

Nisə Kərimova – Həyat davam edir

Həyat davam edir
Hər bir insanın həyat tərzi müxtəlifdir və bizim həyata baxışımız da fərqlidir. Nə qədər problem olmağından asılı olmayaraq, əsas odur ki, insan o problemə necə reaksiya verir. Bəziləri çətinlik çıxanda sınırlar, özlərinə qapanırlar, heç nə etmirlər, depressiyaya düşürlər. Amma elə insanlar da var ki, onlar çıxış yolu axtarırlar, hər bir problemi həll etmək üçün çalışırlar. Onlar heç vaxt təslim olmurlar. Bəli, hər bir çətinlik çıxanda ortaya hətta güclü insanlar belə narahat olurlar, stress yaşayırlar, amma öz hisslərinə qapılmırlar. Nə olursa-olsun, onlar həyatını davam etdirirlər.
Bu həyatda gərək güvən, sevgi, ədalət, hər kəsə qarşı pozitiv xüsusiyyətin olsun. Çünki bu, qəlbi sağlamlaşdırır və gözəlləşdirir. “Sən bacarmazsan”, “sən kimsən?”, “sən hardan gəlmisən ki, harada gedəsən?” deyən insanların sözlərini ürəyinə götürməyəsən. Buna görə ilk öncə özünü tanımaq lazımdır. Sokrat demişdi ki, özünü tanıyan insan Allahı və insanları tanıyar.
Yəni insan bilməlidir öz güclü və zəif tərəflərini, nəyi xoşladığını, nəyi xoşlamadığını. Özünü tanıyan insan çətinliyə düşdüyü zaman özünü itirməz, dərhal çıxış yolu tapar. Dünya çox böyükdür, onu daraltmağa ehtiyac yoxdur. Ən əsası, ruhdan düşməyəsən. Düşüncəni pozitivlə yüklə, neqativə yer buraxma öz beynində. Problemsiz insan yoxdur. Güclü insan o insan deyil ki, hər dəfə həyatında yaxşı şeylər baş verir. Güclü insan o insandır ki, yıxıldıqdan sonra qalxmağa cəhd edir və həyatını davam etdirir.
Bu həyatda gərək güclü olmalısan, öz zəif cəhətlərini heç kimə deməməlisən ki, səndən istifadə etməsinlər deyə. Heç vaxt dayanma. İtkinlərin ola bilər, amma onun əvəzində gözəl qapılar açıla bilər. Keçmiş dərsdir. Gələcək fürsət. İndiki an isə sənin gücündür. Həyat davam edir — dayanmaq yox, davam etmək vaxtıdır.


Müəllif: Nisə Kərimova

Nisə Kərimovanın yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nisə Kərimova – Məqsəd varsa, həyat da var

Məqsəd varsa, həyat da var
Məqsəd insanın həyatına rəng qatır. Məqsədi olmayan insanın həyatı mənasız kecir. Onların vaxtı boş keçir. Və belə insanlar qocalanda bu həyatda heçnə etmədilər deyə peşman olurlar. Məqsədsiz insanın motivasiyası az olur və ya hec olmur. Onların enerjisi enir və heçnə etmədən özlərini yorğun hiss edirlər. Belə insanlar öz həyatlarını axarına buraxırlar və “nə olacaq oda olacaq” deyib yaşayırlar
Məqsədli insanlar. Onların həyatı mənalı olur. Onlar yuxudan oyandiqda ilk öncə öz məqsədini nece həyata keçirəcəyini düşünürlər və kiçik addımlarla öz məqsədinə doğru gedirlər. Onların enerjisi yüksək olur. Belə insanlar hec kimə qulaq asmırlar, öz fikirlərini üstün tuturlar . Onlar bilirlər gec tez öz məqsədinə catacaqlar. Ətrafdakılar Onların məqsədinə gülə bilər,səndə alınmaz deyərlər.,amma onlar nə olursa olsun qabağa gedirlər. Hər kəsin öz həyatı var, öz dünyagörüşü. Özünü tanıyan insanın həyatı gözəl olur. Cətinlik olur,amma buna baxmayaraq inkişaf edə edə , hər səfdə dərs cixardıb birdə o səhvi etmirlər.
Məqsədlər cürbəcür olur. Kimsə arıqlamaq istəyir , kimsə varlanmaq , kimsə oxumaq və ya işləmək istəyir. Mənim məqsədimi soruşsanız, mən insanlara xidmət etmək istəyirəm. Bu mənim əsas məqsədlərimnən biridir Və buna görə də çalışıram. Sizdə çalışın ,dayanmayin,ruhdan düşməyin. Alınmasa hədəfinizə çatmağin yolunu axtarın . Və ən əsası inanin. İnanınki alınacaq. Əgər bilmirsinizsə nəyə qadirsiniz, nə Məqsəd qoyasınız qabaqınıza, nə işlə məşqul olasınız . Əgər məqsədiniz yoxdusa, baxın ətrafınıza görün sizi nəyə görə tərifləyirlər .
Məqsəd insanın hərəkəte gətirir. Xəstə olsan belə ,imkanın olmasa belə. Məqsədin varsa- həyat daa var deməkdir. Öz həyatını dəyərləndir . Sən qapını döyki, qapı sənə açılsınBunu yadınızda saxlayın ki, “MƏQSƏD VARSA, HƏYAT DA VAR”

Müəllif: Nisə Kərimova

Nisə Kərimovanın yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NİSƏ KƏRİMOVA – ÖZÜN KİMİ OL

ÖZÜN KİMİ OL
Bu məqaləni yazmaqda məqsədim, hər bir kəsi özü kimi olmağa dəvət etməkdir. Biz hər birimiz cəmiyyətdə oluruq və istəyirik ki, bizi qəbul etsinlər, hər kəsin xoşuna gələk. Amma çox təəssüf ki, nə qədər biz çalışırıq başqasının xoşuna gələk, o qədər də bizdən ya üz döndərirlər, ya da bizdən istifadə edirlər. Səbəb isə bundan ibarətdir ki, biz özümüzü olduğumuz kimi qəbul etmirik. Ya bizi artıq çəki, sakit olmağımız, utancaq olmağımız, çox danışmağımız, ya da məhdudiyyətli olmağımız narahat edir. Yəni səbəblər çoxdur.
Və peşə ilə bağlı narahatçılığımız da var. Bəzi insanlar öz fikirlərini ifadə edə bilmirlər, nə istədiyini deyə bilmirlər və belə halda onlar istər şəxsi həyatında, istərsə də karyerasında mənfi nəticələrə gətirib çıxarır. Realda baş vermiş bir hadisə nümunə çəkim:
Bir Lamiya adında xanım olur. O, öz kollektivinə oxşamaq istəyər, amma çox çətin olur belə həyatı davam etdirmək. Ona heç kim dəyər vermirdi, onu görməzdən gəlirdilər. Belə ki, Lamiya axırda qərar verdi ki, özü kimi olacaq və beləcə o, öz fikirlərini ifadə etməyə başladı, özünü necə varsa, elə də qəbul etdi. Lamiyanın həyatı yaxşılığa doğru dəyişildi. Kollektiv və rəhbər ona dəyər verməyə və hörmət etməyə başladılar.
Özünə dəyər verən insan çox şeylər qazanır. Bir xanım var idi, o qədər istədiyinə başı qarışmışdı ki, özünü unutmuşdu, öz istəklərini, arzularını qurban vermişdi. Qarşı tərəf isə ona soyuq davranmağa başladı və ondan uzaqlaşdı. Həmin xanım özünü qəbul etdi, öz həyatını qurdu, kurslara yazıldı, inkişaf etməyə başladı və öz güvəni özünə qayıtdı. Özünü olduğu kimi qəbul etdi. Beləliklə, xanım başqasıyla ailə qurub xoşbəxt oldu.
Heç kim gərək öz arzusundan əl çəkməsin. Bir şagird sakit və çox utancaq idi. O, öz sinif yoldaşlarına oxşarmaq istəyirdi, amma alınmırdı. Axırda şagird öz xoşladığı sahə ilə — rəssamlıqla məşğul oldu və nəticədə çox böyük nailiyyətlər, uğurlar qazandı.
Bəziləri var ki, zahiri görkəminə görə utanırlar. Məsələn, bir müğənni var idi, onun ön dişləri qabağa çıxırdı və müğənni oxuyanda öz dişlərini çalışırdı dodaqları ilə gizlətsin ki, pis görünməsin. Bunu görən görkəmli şəxsiyyətlərdən biri ona dedi ki, bir də belə etməsin. Çünki o, olduğu kimi hamı tərəfindən həm seçilir, həm də sevilir.

Fiziki məhdudiyyətli insanlar haqqında da misal çəkmək istərdim. Elələri vardır hansı ki, yeriyə bilmirlər, amma asan xidmətdə və ya digər sahədə nə qədər yüksəliblər. Yəni heç vaxt məyus olmaq lazım deyil, əksinə variantlar axtarmaq lazımdır və özünü hər hansı bir sahədə tapmaq lazımdır.
İnsana həyat bir dəfə verilib. Bu həyatı kim nə deyər, kim nə fikirləşər, kim məndən məmnun qalar, yox — özünü ön planda qoymaq lazımdır. Özünü hər tərəfli qəbul etmək və həyatını davam etdirmək lazımdır. Həyatda ən çətin, amma ən gözəl seçim — özün kimi qalmaqdır!

Müəllif: Nisə Kərimova

Nisə Kərimovanın yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I