Həyat davam edir Hər bir insanın həyat tərzi müxtəlifdir və bizim həyata baxışımız da fərqlidir. Nə qədər problem olmağından asılı olmayaraq, əsas odur ki, insan o problemə necə reaksiya verir. Bəziləri çətinlik çıxanda sınırlar, özlərinə qapanırlar, heç nə etmirlər, depressiyaya düşürlər. Amma elə insanlar da var ki, onlar çıxış yolu axtarırlar, hər bir problemi həll etmək üçün çalışırlar. Onlar heç vaxt təslim olmurlar. Bəli, hər bir çətinlik çıxanda ortaya hətta güclü insanlar belə narahat olurlar, stress yaşayırlar, amma öz hisslərinə qapılmırlar. Nə olursa-olsun, onlar həyatını davam etdirirlər. Bu həyatda gərək güvən, sevgi, ədalət, hər kəsə qarşı pozitiv xüsusiyyətin olsun. Çünki bu, qəlbi sağlamlaşdırır və gözəlləşdirir. “Sən bacarmazsan”, “sən kimsən?”, “sən hardan gəlmisən ki, harada gedəsən?” deyən insanların sözlərini ürəyinə götürməyəsən. Buna görə ilk öncə özünü tanımaq lazımdır. Sokrat demişdi ki, özünü tanıyan insan Allahı və insanları tanıyar. Yəni insan bilməlidir öz güclü və zəif tərəflərini, nəyi xoşladığını, nəyi xoşlamadığını. Özünü tanıyan insan çətinliyə düşdüyü zaman özünü itirməz, dərhal çıxış yolu tapar. Dünya çox böyükdür, onu daraltmağa ehtiyac yoxdur. Ən əsası, ruhdan düşməyəsən. Düşüncəni pozitivlə yüklə, neqativə yer buraxma öz beynində. Problemsiz insan yoxdur. Güclü insan o insan deyil ki, hər dəfə həyatında yaxşı şeylər baş verir. Güclü insan o insandır ki, yıxıldıqdan sonra qalxmağa cəhd edir və həyatını davam etdirir. Bu həyatda gərək güclü olmalısan, öz zəif cəhətlərini heç kimə deməməlisən ki, səndən istifadə etməsinlər deyə. Heç vaxt dayanma. İtkinlərin ola bilər, amma onun əvəzində gözəl qapılar açıla bilər. Keçmiş dərsdir. Gələcək fürsət. İndiki an isə sənin gücündür. Həyat davam edir — dayanmaq yox, davam etmək vaxtıdır.
Məqsəd varsa, həyat da var Məqsəd insanın həyatına rəng qatır. Məqsədi olmayan insanın həyatı mənasız kecir. Onların vaxtı boş keçir. Və belə insanlar qocalanda bu həyatda heçnə etmədilər deyə peşman olurlar. Məqsədsiz insanın motivasiyası az olur və ya hec olmur. Onların enerjisi enir və heçnə etmədən özlərini yorğun hiss edirlər. Belə insanlar öz həyatlarını axarına buraxırlar və “nə olacaq oda olacaq” deyib yaşayırlar Məqsədli insanlar. Onların həyatı mənalı olur. Onlar yuxudan oyandiqda ilk öncə öz məqsədini nece həyata keçirəcəyini düşünürlər və kiçik addımlarla öz məqsədinə doğru gedirlər. Onların enerjisi yüksək olur. Belə insanlar hec kimə qulaq asmırlar, öz fikirlərini üstün tuturlar . Onlar bilirlər gec tez öz məqsədinə catacaqlar. Ətrafdakılar Onların məqsədinə gülə bilər,səndə alınmaz deyərlər.,amma onlar nə olursa olsun qabağa gedirlər. Hər kəsin öz həyatı var, öz dünyagörüşü. Özünü tanıyan insanın həyatı gözəl olur. Cətinlik olur,amma buna baxmayaraq inkişaf edə edə , hər səfdə dərs cixardıb birdə o səhvi etmirlər. Məqsədlər cürbəcür olur. Kimsə arıqlamaq istəyir , kimsə varlanmaq , kimsə oxumaq və ya işləmək istəyir. Mənim məqsədimi soruşsanız, mən insanlara xidmət etmək istəyirəm. Bu mənim əsas məqsədlərimnən biridir Və buna görə də çalışıram. Sizdə çalışın ,dayanmayin,ruhdan düşməyin. Alınmasa hədəfinizə çatmağin yolunu axtarın . Və ən əsası inanin. İnanınki alınacaq. Əgər bilmirsinizsə nəyə qadirsiniz, nə Məqsəd qoyasınız qabaqınıza, nə işlə məşqul olasınız . Əgər məqsədiniz yoxdusa, baxın ətrafınıza görün sizi nəyə görə tərifləyirlər . Məqsəd insanın hərəkəte gətirir. Xəstə olsan belə ,imkanın olmasa belə. Məqsədin varsa- həyat daa var deməkdir. Öz həyatını dəyərləndir . Sən qapını döyki, qapı sənə açılsınBunu yadınızda saxlayın ki, “MƏQSƏD VARSA, HƏYAT DA VAR”
ÖZÜN KİMİ OL Bu məqaləni yazmaqda məqsədim, hər bir kəsi özü kimi olmağa dəvət etməkdir. Biz hər birimiz cəmiyyətdə oluruq və istəyirik ki, bizi qəbul etsinlər, hər kəsin xoşuna gələk. Amma çox təəssüf ki, nə qədər biz çalışırıq başqasının xoşuna gələk, o qədər də bizdən ya üz döndərirlər, ya da bizdən istifadə edirlər. Səbəb isə bundan ibarətdir ki, biz özümüzü olduğumuz kimi qəbul etmirik. Ya bizi artıq çəki, sakit olmağımız, utancaq olmağımız, çox danışmağımız, ya da məhdudiyyətli olmağımız narahat edir. Yəni səbəblər çoxdur. Və peşə ilə bağlı narahatçılığımız da var. Bəzi insanlar öz fikirlərini ifadə edə bilmirlər, nə istədiyini deyə bilmirlər və belə halda onlar istər şəxsi həyatında, istərsə də karyerasında mənfi nəticələrə gətirib çıxarır. Realda baş vermiş bir hadisə nümunə çəkim: Bir Lamiya adında xanım olur. O, öz kollektivinə oxşamaq istəyər, amma çox çətin olur belə həyatı davam etdirmək. Ona heç kim dəyər vermirdi, onu görməzdən gəlirdilər. Belə ki, Lamiya axırda qərar verdi ki, özü kimi olacaq və beləcə o, öz fikirlərini ifadə etməyə başladı, özünü necə varsa, elə də qəbul etdi. Lamiyanın həyatı yaxşılığa doğru dəyişildi. Kollektiv və rəhbər ona dəyər verməyə və hörmət etməyə başladılar. Özünə dəyər verən insan çox şeylər qazanır. Bir xanım var idi, o qədər istədiyinə başı qarışmışdı ki, özünü unutmuşdu, öz istəklərini, arzularını qurban vermişdi. Qarşı tərəf isə ona soyuq davranmağa başladı və ondan uzaqlaşdı. Həmin xanım özünü qəbul etdi, öz həyatını qurdu, kurslara yazıldı, inkişaf etməyə başladı və öz güvəni özünə qayıtdı. Özünü olduğu kimi qəbul etdi. Beləliklə, xanım başqasıyla ailə qurub xoşbəxt oldu. Heç kim gərək öz arzusundan əl çəkməsin. Bir şagird sakit və çox utancaq idi. O, öz sinif yoldaşlarına oxşarmaq istəyirdi, amma alınmırdı. Axırda şagird öz xoşladığı sahə ilə — rəssamlıqla məşğul oldu və nəticədə çox böyük nailiyyətlər, uğurlar qazandı. Bəziləri var ki, zahiri görkəminə görə utanırlar. Məsələn, bir müğənni var idi, onun ön dişləri qabağa çıxırdı və müğənni oxuyanda öz dişlərini çalışırdı dodaqları ilə gizlətsin ki, pis görünməsin. Bunu görən görkəmli şəxsiyyətlərdən biri ona dedi ki, bir də belə etməsin. Çünki o, olduğu kimi hamı tərəfindən həm seçilir, həm də sevilir.
Fiziki məhdudiyyətli insanlar haqqında da misal çəkmək istərdim. Elələri vardır hansı ki, yeriyə bilmirlər, amma asan xidmətdə və ya digər sahədə nə qədər yüksəliblər. Yəni heç vaxt məyus olmaq lazım deyil, əksinə variantlar axtarmaq lazımdır və özünü hər hansı bir sahədə tapmaq lazımdır. İnsana həyat bir dəfə verilib. Bu həyatı kim nə deyər, kim nə fikirləşər, kim məndən məmnun qalar, yox — özünü ön planda qoymaq lazımdır. Özünü hər tərəfli qəbul etmək və həyatını davam etdirmək lazımdır. Həyatda ən çətin, amma ən gözəl seçim — özün kimi qalmaqdır!
Bu gün dünyada baş verən sürətli dəyişiklik və informasiya bolluğu insanlara həm müsbət, həm də mənfi təsirlər göstərir. Bir çox insanlar psixoloji, fizioloji və sosial yöndən çətinlik çəkirlər. Məhz buna görə də cəmiyyətdə yaxşı təhsil almış, təcrübəli və peşəkar psixoloqlara ehtiyac yaranır. Psixoloqlar insanların zəka, təfəkkür, təxəyyül, motivasiya və emosiya kimi bir sıra sahələrini öyrənir, gündəlik həyatda insan davranışları ilə əlaqədar problemləri həll etməyin və aradan qaldırmağın yollarını axtarırlar. Bu səpkidə olan bir çox problemlərin həlli üçün insanlara yol göstərir və kömək edirlər.
Qeyd edək ki, insanların problemlərinin böyük əksəriyyəti tibbi deyil, məhz psixoloji xarakter daşıyır. Ona görə də, dünyada psixoloqlara ehtiyac gündən-günə artmaqdadır.
Bu səbəbdən də, ölkənin bir çox universitetləri “Psixologiya” ixtisasından bakalavr səviyyəsi üzrə kadr hazırlayır. Respublikanın aparıcı universitetlərindən biri olan Naxçıvan Dövlət Universitetində də 2021-2022-ci tədris ilindən etibarən əyani və əlavə təhsil üzrə baklavr səviyəsində “Psixologiya” ixtisasından kadr hazırlığına başlanılacaqdır. Dərslər Pedaqoji fakültədə elektron kürsülü, geniş və səliqəli auditoriumlarda təcrübəli müəllimlər tərəfindən keçiriləcəkdir.
Universitetin bu ixtisas üzrə kadr hazırlamaqda əsas məqsədi Azərbyacanda psixologiya elminin inkişafına təkan verimək, psixologiya sahəsində kadr hazırlığının keyfiyyətini yüksəltmək, vətəndaşlara peşəkar psixoloji xidmət göstərən psixoloqlar yetişdirmək, elmi psixoloji ekspertizalar təşkil etmək və həyata keçirməkdir.
Qeyd edək ki, “Psixologiya” ixtisası üzrə təhsil alan tələbələr psixologiyanın aşağıdakı sahələri üzrə elmi biliklərə yiyələnəcəklər:
1. Təhsil psixologiyası
2. Klinik psixologiya;
3. Sosial psixologiya;
4. Təcrübi psixologiya:
5. Fizioloji psixologiya;
6. İnkişaf psixologiyası;
7. Sənaye və təşkilat psixologiyası;
Həmçinin bu ixtisası üzrə təhsil alacaq tələbələr aşağıdakı imkanlardan da istifadə edə biləcəklər:
1. Məzunların ixtisasları üzrə gələcəkdə təhsilini xaricdə davam etdirmə imkanı;
2. Klinikalarda və xəstəxanalarda təcrübə keçmək;
3. Beynəqlxalq təlimlərdə, treninqlərdə, kurslarda, konfrans və simpoziumlarda iştirak etmək;
Qeyd edək ki, “Psixologiya” ixtisası üzrə dərin biliyə yiyələnmiş tələbələrdə aşağıdakı keyfiyyətlər formalaşacaqdır:
1. Düşüncələrini yazılı və sözlü ifadə etmək;
2. Yaradıcı və analitik düşüncə qabiliyyətli olmaq;
3. Səbirli və təmkinli olmaq;
4. Dinləmək və ünsiyyət qurmaq;
5. Diqqətçil və özgüvənli olmaq.
Belə ki, “Psixologiya” ixtisasını bitirən məzunlar gələcəkdə əmək fəaliyyətlərini aşağıdakı sahələr üzrə davam etdirə bilərlər:
1. Xəstəxana və klinikalarda;
2. Elm və təhsil müəssisələrində;
3. Özəl şirkətlərdə;
4. Psixoloji xidmət mərkəzlərində;
5. Sənaye sahələrində.
“Psixologiya” ixtisasını bitirmiş məzunların peşə fəaliyyəti isə aşağıdakılardan ibarətdir:
1. İnsanların davranışlarını incələmək və davranışlarının səbəblərini araşdırmaq;
2. İnsanların düşüncə formalarını, reaksiyalarını, duyğularını və bütün bunların qaynaqlarını analiz etmək;
3. Müxtəlif tipli test və dəyərləndirmə vasitəsi ilə problem və ya problemlərin qaynağını aradan qaldırmağa çalışmaq;
4. Psixoloji problemlər yaşayan insanlarla tez-tez görüşlər təşkil etmək;
5. Psixoloji inkişafdakı yayınmaların qarşısını almağa yönəldilmiş profilaktik işlər aparmaq;
6. İnsanların müəyyən təbəqələri ilə işləməkdə həkimlərə köməklik etmək;
7. Psixoloji problemləri olan insanlar üçün sosial inkişaf proqramları tərtib etmək;
8. Psixologiya sahəsində yeni biliklərin inkişafına yönəlmiş psixoloji tədqiqat və təcrübələr aparmaq;
9. Özəl və dövlət şirkətlərində çalışan vətəndaşlara psixoloji xidmətlər göstərmək.
Əziz gənclər! Sizləri 2021-2022-ci tədris ilində Naxçıvan Dövlət Universitetində yeni fəaliyyətə başlayacaq “Psixologiya” ixtisası üzrə ali təhsil almağa dəvət edirik.